Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-424/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu Maralyan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində, qəbristanlığın yaxınlığındakı məhəllədə istintaqa məlum olmayan mənbədən 15 (on beş) manat müqabilində bir ədəd gümüşü rəngli kağız bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxil edilmiş, 0,839 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən həmin gün, saat 20:20 radölərində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd gümüşü rəngli kağız bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, 0,839 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki aydır ki, psixotrop maddə metamfetamin kağızda (falqada) büküb çəkmək yolu ilə qəbul edir. Əvvəllər isə, arabir narkotik maddə nəşə (qurudulmuş marixuana) çəkmək yolu ilə qəbul etmişdir. 09 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsinə gəlib, qəbristanlıqdan yuxarıda məhllədə bir nəfər tanımadığı şəxsə 15 (on beş) manat pul verib bir ədəd gümüşü kağız bükümdə psixotrop maddə olan patı (metamfetamin) alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan qəbul etsin. Mehdiabad qəsəbəsində qəbristanlığın yanından keçən yolla piyada olaraq avtobus dayanacağına gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildiriblər. Ona narkotik maddələr və psixotrop maddələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. O, onlarla birlikdə getməyə etiraz etməmiş və onlar onu özləri ilə Mehdiabad polis bölməsinə aparıblar. Polis Bölməsində xidməti otaqların birində dəvət olunmuş və onun hüquqlarını müdafiə edən vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Baxış və şəxsi axtarış keçirilərkən əvvəlcə onun hüquqları və vəzifələri ona elan edilmişdir, sonra ona polis əməkdaşı təklif etmişdir ki, üzərində saxlanılması qadağan olunan şübhəli əşyalar varsa təqdim etsin. Bu zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan gümüşü rəngli kağız bükümü çıxarıb stolun üstünə qoymuşdur. Həmin büküm açılmış və içərisində ağ rəngli psixotrop maddəyə baxıldıqdan sonra bununla əlaqədar ondan şifahi sorğu edilmişdir. O, sorğu zamanı həmin psixotrop maddə metamfetamini 09 fevral 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən 15 manat pul verərək özü qəbul etmək üçün aldığını bildirmişdir. Sonra üzərində şəxsi axrtarış edilmişdir və üzərindən cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Ondan aşkar edilmiş bir ədəd gümüşü kağız bükümdə olan psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərində imzalar edilmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş psixotrop maddə metamfetamini aldığı şəxsin təxminən 28-30 yaşlarınqda olmasını, psixotrop maddə olan metamfetamini ona satmış şəxsi əvvəllər görmədiyini billirmişdir. O, hündür, arıq və üzü tüklü bir oğlan olmuş, o, narkotik maddələrin və psixotrop maddələrin satışıı ilə məşğul olmamış və belə niyyəti heç vaxt olmamışdır.Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra, polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı fiziki, psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Abşeron RPİ-nin Mehtiabad Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün psixotrop maddəni əldə edərək üzərində daşıması barəsində etimad doğuran, məlum qərəzsiz mənbədən məlumat daxil olduğundan,daxil olmuş məlumatla əlaqədar cinayət törətməkdə şübhə edilən şəxsi ifşa etmək məqsədi ilə təxirə salınmaz tədbirlər görülməklə xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 həvalə edilməklə Mehtiabad polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili kimi onu də əməliyyat qrupuna daxil etmişlər. Ona görə də o, Şahid1 ilə birlikdə 09 fevral 2023-cü il tarixdə Abşeron rayonun Mehtiabad qəsəbəsində Mehtiabad qəbrirstanlığının yanından keçən piyada yolla avtobus dayanacağına tərəf gedən Təqsirləndirilən şəxs saxlayıb, özlərini ona təqdim etməklə ona narkotik maddələri və psixotrop maddələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirməklə onu Mehtiabad polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlala birlikdə Mehtiabad polis bölməsinə getməyə heç bir etiraz etməmiş və birlikdə polis bölməsinə getmişlər. Mehtiabad polis bölməsində xidməti otaqların birində dəvət olunmuş Elman Məmmədovun hüquqlarını müdafiə edən vəkilin və polis əməkdaşı Şahid1 iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış və şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış keçirilməzdən əvvəl onun hüquqları, vəzifələri ona izah edilmişdir, sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması qanunla qadağan edilmiş şübhəli əşyalar varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan gümüşü rəngli kağız bükümü çıxarıb stolun üstünə qoymuşdur. Həmin büküm iştirakçılar açılmış, içərisində ağ rəngli psixotrop maddəyə baxdıqdan sonra, Təqsirləndirilən şəxs şifahi sorğu edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoyduğu bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünün içərisindəki ağ rəngli kristall şəkilli maddə kütləsi psixotrop maddə olan metamfetamindir. Həmin psixotrop maddə metamfetamini 09 fevral 2023-cü il tarixdə təxminən saat 20 radələrində Abşeron rayonu Mehtiabad qəsəbəsində tanımadığı şəxsdən 15 manat pul verərək öz istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşyavə predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü kağız bükümdə olan psixotrop maddə metamfetamin ekspertiza tədqiqatına göndərilməsindən ötrü bir ədəd zərfə qoylaraq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu,Mehtiabad qəsəbəsində, Mehtiabad qəbristanlığın yanından keçən avtobus dayanacağına gedən yolda saxlanmışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul omadığını, psixotrop maddələrdən özü qəbul etməklə istifadə etdiyini bildirmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və psixotrop maddələri konkret olaraq kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehtiabad Polis bölməinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verib istintaq zamanı Şahid1 iş üzrə vermiş olduğu ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaq zamanı Abşeron rayon Pİ-nin TŞ-nin əməkdaşı tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə video çəkiliş görüntülərini əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilmişdir. Təqdim olunmuş CD formatlı diskdəki görüntülərdə Təqsirləndirilən şəxs psixotrop maddənin saxlanmasında və qəbul edilməsində şübhəli olduğunun elan edilməsi, Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması, Təqsirləndirilən şəxs üzrəində hər hansı şübhəli əşya və predmet varsa təqdim etməsi barədə təklif olunması, bu zaman onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf salafanda olan bükümü çıxarıb təqdim etməsi və psixotrop maddə olan həmin metamfetamini Mehtiabad qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almaqla əldə etməsini bildirməsi öz əksini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin olunaraq rəy alınmışdır. Məhkəmə-kimyəvi ekstertizanın 10 fevral 2023-cü il tarixli, 6/828 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Azərbaycan Respublikası DİN Zərflər üçün № 236» dairəvi möhür əksləri olan « Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş... « sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,839 qram olan ağ rəngli kristall şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in (Siyahı 1) daxildir. İş materiallarında olan ambulator məcburi- narkoloji tibbi yoxlamanın 23. 02.2023- cü il tarixli, 1050 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji diuspanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasmda heç bir məlumat yoxdur. Ekspertiza tədqiqatına tədqiq olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,839 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, ekspertiza tədqiqatından qalıq qalmış psixotrop maddə metamfetaminin çəkisi 0,789 qram təşkil edir. Odur ki, iş üzrə təmiz çəkisi 0,839 qram psixotrop maddə metamfetamin və bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,789 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Bşçısının Karxulu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,789 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 80 saat hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili Salmanov NatiqSoltan oğluna 480 manat məbləğində pul və məhkəmə zamanı 20 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,789 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 80 saat hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X3 480 manat məbləğində pul və məhkəmə zamanı 20 saat hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-424/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-424/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver