Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-425/2020 14.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ciildə Kürdəmirrayonu, Atakişilikəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğ ulolan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Fatmayı kəndi, fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq metrostansiyasının yaxınlığından yaşadığı Abşeron rayonu Fatmayı kəndinə getmək üçün müştəri qismində taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi 2006-cı il buraxılışlı albalı rəngli «VAZ-21074» markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilinə minərək həmin gün saat 23 radələrində Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən «Töhfə» şadlıq sarayının yaxınlığına gəldikdən sonra verdiyi 10 manat yol haqqının qalığını qaytarmamasını səbəb gətirərək Zərərçəkmiş şəxs yumruqla vuraraq, sağ gözaltı nahiyənin qançırı, qarın nahiyəsinin sol yarısının, sağ dirsək oynağı, sağ said nahiyəsinin aşağı 1/3-nin, sağ əlin 2-ci barmağının, sol əlin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə işdən çıxıb evə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metro stansiyasının yaxınlığında Abşeron rayonu, Fatmayı kəndinə bir manata aparan avtomobillərin dayanacağına getmiş, orada «VAZ-2107» markalı avtomobilin dayandığını görüb, həmin avtomobilə yaxınlaşaraq qabaq sərnişin oturacağında bir nəfər qadının və avtomobilin arxa oturacağında bir nəfər cavan oğlanın oturduğunu görmüş və özü də həmin avtomobilin arxa oturacağına oturduqdan sonra avtomobil Fatmayı kəndinə tərəf hərəkətə başlamış, Abşeron rayonu, Fatmayı kəndində yerləşən «Töhfə» şadlıq sarayının qarşısında arxa oturacaqda əyləşən cavan oğlan düşmüş, bir az qarşıda isə qadın düşdükdən sonra avtomobilin sürücüsü onu dediyi ünvana aparmış və o, avtomobildən düşüb sürücüyə 10 manat pul verərək, avtomobilin sürücüsündən 2 manat çıxıb qalan pulunu qaytarmağını tələb etmiş, lakin avtomobilin sürücüsü sonradan adının Ceyhun olduğu bildiyi şəxs qaytarmağa xırda pulunun olmadığını bildirdikdə o, Ceyhuna gedib pulu xırdalamaq lazım olduğunu demiş və yenidən avtomobilə oturduqdan sonra Ceyhun avtomobili sürmüş, yolda Ceyhun ona Binəqədiyə gedib söhbət etməyi deyərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Ceyhunun bu sözlərindən sonra o, yumruqla Ceyhunun sifətinə bir dəfə zərbə vurmuş, bu zaman Ceyhun avtomobildə olan bıçağı götürmək istəmiş, o, təkrarən yumruqla sonuncunun qarnına bir dəfə zərbə vurmuş, Ceyhun avtomobili saxlayaraq qapısını açıb aşağı düşmək istəyən zaman, o, Ceyhunu itələyib avtomobildən çıxarmış, bundan sonra o, sürücünün oturacaq yerində oturaraq avtomobili idarə etmyə başlamış, Ceyhun avtomobildə oturmaq üçün avtomobilin qapısından tutmuş, lakin o, avtomobili sürüb oradan uzaqlaşmış, o, avtomobili idarə edərək, Pirşağı kəndi istiqamətinə sürüb orada yolun kənarında yerləşən at heykəlinin yanında saxlamış, bundan sonra avtomobildən düşüb, avtomobilin üzərində olan ön və arxa dövlət qeydiyyat nişanlarını və avtomolbili işə salan elektrik naqillərini götürdükdən sonra o, həmin yerdən avtomobil yoluna çıxaraq, yoldan keçən taksiyə minib Koroğlu metrostansiyasına getmiş, oradan da Bakı şəhərində yerləşən beynəlxalq avtovağzaldan taksiyə minib Kürdəmir rayonuna getmiş, o, həmin avtomobildən dövlət qeydiyyat nişanlarından başqa heç-bir şey götürməmiş, onun niyyəti sadəcə olaraq avtomobili idarə edərək, Ceyhundan uzaqlaşmaq olmuşdur. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, eləcə də zərərçəkmiş şəxsə vurduğu maddi zərəri ödəməklə onunla barışıq əldə etməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki o, özünə məxsus «VAZ-2107» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Bakı şəhəri, Azadlıq metrostansiyasının yaxınlığından Abşeron rayonu, Fatmayı, Göradil, Pirşağı, Novxanı kəndlərinə iki manatdan sərnişin daşıyır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində daimi müştəriləri olan bir nəfər oğlan, bir nəfər qadın avtomobilə sərnişin olaraq götürmüş və əlavə iki nəfər şəxsdə götürdükdən sonra yola çıxmağı qərarlaşdırmış, bu zaman sonradan adının Rauf olduğunu bildiyi şəxs onun idarə etdiyi avtomobilə yaxınlaşmış və Fatmayı kəndinə getmək istədiyini dedikdə o, adamın birini iki manata apardığını ona bildirmiş, Rauf ona iki nəfərin gediş haqqını verəcəyini bildirərək, avtomobilə oturub ondan sürməsi tələb etmiş, yola düşdükdən sonra, avtomobildə olan iki nəfər şəxsləri Fatmayı kəndində yerləşən dairədə düşürtmüş, oradan da Fatmayı kəndində yerləşən «Töhfə» şadlıq sarayının yanına sürmüş, oradan da ara küçəyə dönüb təxminən 200 metr sürub saxlamış, Rauf avtomobildən düşüb yük yerinə qoyduğu karton karobkanı götürüb fərdi yaşayış evinin darvazasının qarşısında küçəyə qoyduqdan sonra Rauf cibindən on manat çıxardıb ona vermiş və verdiyi puldan iki manat çıxmağını bildirmiş, o, Raufa gediş haqqının iki manat yox, dörd manat etdiyni bildirdikdə, Rauf ona Fatmayı kəndinə həmişə bir manata gəldiyini və iki nəfərin yerinə görə iki manat verdiyini bildirmiş, o, Raufa yenidən adamın birini iki manata gətirdiyini bildirdikdə, Rauf onunla razılaşıb, on manatı ona vermiş və dörd manat çıxmasını tələb etmiş, o, Raufa beş manat pul verib bir manat çatmadığını deyən zaman, Rauf beş manatı ondan alıb bir manatını da tələb etmiş, o, Raufa pulu xırdaladıqdan sonra qalan pulu qaytaracağını demiş, Raufda onunla razılaşmış, Rauf yenidən onun idarə etdiyi avtomobilə oturmuş və onlar birlikdə «Töhfə» şadlıq sarayı istiqamətinə gedən zaman Rauf qəfildən yumruqla onun sifətinin sağ tərəfinə bir zərbə vurmuş, o, avtomobili saxlayıb, söndürən zaman Rauf onun üzərinə çıxmış və yenidən onu yumruqla vurmağa başlamış, Rauf onun üstündə oturduğu və nəfəsi çatmadığı üçün o, avtomobilin qapısını açıb aşağı düşmüş, bu zaman Rauf avtomobili hərəkətə gətirərək sürməyə başlamış, Raufun avtomobilni sürdüyünü görüb qapını açıb Raufu aşağı düşürtmək istəmiş, lakin Rauf avtomobili sürməyə davam etmiş, Rauf avtomobili sürdüyü üçün o, təxminən 30-40 metr avtomobilin qapısından tutaraq qaçmış, sonra avtomobilin sürəti artdığı üçün o, əlini qapıdan buraxmış, Rauf avtomobili Fatmayı kəndi istiqamətinə sürüb getdikdən sonra o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng vuraraq Raufun ona məxsus avtomobili qaçırması barədə məlumat vermiş, təxminən on dəqiqə keçdikdən sonra, yolda polis əməkdaşlarının avtomobil ilə gəldiyini görüb onları saxlatmış, o, başına gəldiklərini polis əməkdaşlarına danışmış, sonuncular da həmin istiqamətə avtomobili sürmüşlər. Təxminən on dəqiqədən sonra polislər geri qayıdaraq Raufu tapmadıqlarını ona bildirdikdən sonra o, polis əməkdaşları ilə birlikdə Raufun getdiyi ünvana getmiş, oradan bir nəfər şəxs çıxıb Raufun ora gəlmədiyini bildirmiş, oradan da polislərlə birlikdə Raufun yaşadığı ünvana getmişlər, orada Raufun arvadı Raufun evə gəlmədiyini demiş, oradan Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getmişlər. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları ona zəng vuraraq, avtomobilinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Pirşağı yolu istiqamətində tapıldığını bildirdikdən sonra o, polis əməkdaşı və avtomobilini qaçıran Rauf adlı şəxslə birlikdə həmin ünvana getmiş və orada o, öz avtomobilini tanıdıqdan sonra polis əməkdaşı tərəfindən onun avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən cərimə meydançasına yerləşdirilmiş, daha sonra o, həmin gün polis əməkdaşı ilə birlikdə cərimə meydançasına getmiş, meydançada müstəntiq tərəfindən onun avtomobilinə baxış keçirilmiş, onun avtomobilinə baxış keçirilən zaman, avtomobilindən ön və arxa dövlət qeydiyyat nişanlarının, 150 manat dəyərində «Pioner» markalı maqnitafonunun, 01 ədəd 20 manat dəyərində «Samsung» markalı mobil telefonunun, 01 ədəd 50 manat dəyərində «HTC» markalı mobil telefonunun, 4 ədəd 200 manat dəyərində «Pioner» markalı səs gücləndiricinin və 01 dəst 25 manat dəyərində elektrik naqilinin yerində olmadığını müəyyən etmişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 445 manat məbələğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs barışdığını, ona vurulmuş ziyan ödənildiyini və ona qarşı şikayətinin, tələbinin olmadığını bildirmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin ə/m Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2013-cü ildən Azərbaycan Respublikasının DİO-da işləyir, 2016-cı ildən isə Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilmiş, bölmədə Təqsirləndirilən şəxs «VAZ-2107» markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Pirşağı kəndi istiqamətinə sürüb orada yolun kənarında yerləşən at heykəlinin yanında saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxsla və zərərçəkmiş Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Pirşağı yoluna getmiş və yolun kənarında Zərərçəkmiş şəxs öz avtomobilini tanıyaraq, avtomobilindən ön və arxa dövlət qeydiyyat nişanlarının, «Pioner» markalı maqnitafonunun, 01 ədəd «Samsung» markalı mobil telefonunun, 01 ədəd «HTC» markalı mobil telefonunun, 4 ədəd «Pioner» markalı səs gücləndiricilərin və 01 dəst elektrik naqilinin yerində olmadığını bildirmiş, bundan sonra həmin «VAZ-2107» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən cərimə meydançasına yerləşdirilmiş, daha sonra həmin meydançada avtomobilə müstəntiq tərəfindən baxış keçirilmiş və onlar iştirakçı kimi həmin protokolu imzalmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəməyə təqdim etdiyi ərizədə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş Şahid ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 544 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözaltı nahiyənin qançırı, qarın nahiyəsinin sol yarısının, sağ dirsək oynağı, sağ said nahiyəsinin aşağı 1/3-nin, sağ əlin 2-ci barmağının, sol əlin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 764 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu aqqravasiya əlamətləri ilə aşkar olunur. Onda aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyni dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs qəsdən yalan danışan və özündən qondarma fikirlər söyləyə bilər. Belə hallar psixi xəstəliyin nəticəsi kimi deyil, özünü müdafiə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsn əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd **-SV-*** dövlət nömrə nişanları və «VAZ-2107» markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarılmış və qeyd olunan xüsusat həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bir daha təsdiq edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq metro stansiyasının yaxınlığından yaşadığı Abşeron rayonu, Fatmayı kəndinə getmək üçün müştəri qismində taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi 2006-cı il buraxılışlı albalı rəngli «VAZ-21074» markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilinə minərək həmin gün saat 23 radələrində Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən «Töhfə» şadlıq sarayının yaxınlığına gəldikdən sonra verdiyi 10 manat yol haqqının qalığını qaytarmamasını səbəb gətirərək Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ gözaltı nahiyənin qançırı, qarın nahiyəsinin sol yarısının, sağ dirsək oynağı, sağ said nahiyəsinin aşağı 1/3-nin, sağ əlin 2-ci barmağının, sol əlin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmış, istintaq orqanı tərəfindən onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin185.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3-cümaddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki,Təqsirləndirilən şəxs Yasamal RPİ İŞ tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan respublikası CM-nin 322.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2019cu ildə Azərbaycanb Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı tam ödədiyi üçün ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Kürdəmir rayonu, Atakişili kənd İƏD üzrə nüayəndəliyi tərəfindən tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Qurbanov X5 rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla hal-hazırda ərazidə yaşamir. İş materiallarında olan doğumm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-xx.xx.2007-ci il təvəllüdlü X7 var. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi cinayət əməlini etiraf etməsi,əməlindən səmimi peşman olması, himayəsində bir azyaşlı uşağının olmasını, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsi və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə faktiki yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs qeydiyyata alındığı probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120 (yüz iyirmi) manat məbləğində və məhkəmə baxışı zamanı 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 120 (yüz iyirmi) manat məbləğində və məhkəmə baxışı zamanı 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-425/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-425/2020
14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver