Məhkəmə qərarları › İş №1(012)-425/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-425/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-425/2022 30.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nəriman qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olmamış, orta təhsilli, evli, Tovuz rayonu, Böyük Qışlaq kəndində qеydiyyаtdа оlan və Abşeron rayonu, Məmmədli kəndində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19.00 radələrində, Abşeron rayonu Məmmədli kəndində yerləşən, yaşadığı evdə, qısqanclıq zəmnində аrаlаrındа yaranmış mübahisə zamanı arvadı Rzayeva Nü şabə Nəriman qızının sifət nahiyyəsindən təpik ilə qəsdən vuraraq, ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan üç övladları vardır. xx.xx.2022-ci il tarixdə Məmmədli kəndində spirtli içki qəbul etmiş, saat təxminən 17.00 radələrində sərxoş vəziyyətdə evə gəlmişdir. Evə gələn zaman Nüşabənin evin sahibəsi ilə həyətdə əyləşib söhbət etməsini görmüş və onu yanına çağırmışdır. Həmin vaxt Nüşabə telefon vasitəsi ilə video çəkdiyi üçün sərxoş vəziyyətdə olduğundan onun bu hərəkəti ona pis təsir etmiş və əsəbiləşərək təpik zərbəsi ilə bir dəfə Nüşabənin burun nahiyəsindən vurmuşdur. Bir neçə saatdan sonra qayını Ayaz onlara gəlmiş, ondan nə baş verməsini soruşduqda Nüşabəni vurmasını demişdir. Sonra Ayaz DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan arvadı olan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nəriman qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan üç övladları vardır. Qeyd etmişdir ki, əri Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir və tez-tez heç bir səbəb olmadan onunla münaqişələr yaradır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19.00 radələrində yaşadığı evin həyətində kirayə qaldığı evin sahibi ilə oturub söhbət edən zaman baldızının əri Eldənizin evə daxil olmasını görmüş, bir neçə dəqiqə sonra isə əri Yasin gələrək onu evə çağırmış və Eldənizin hansı səbəblə onun evinə gəlməsini soruşmuş və onun yanına gəlməsini deyərək iradını bildirmiş, eyni zamanda mübahisə yaratmışdır. Mübahisə zəmnində isə Yasin ona qarşı təhqiredici ifadələr işlətmiş və təpik zərbəsi ilə onun burun nahiyəsinə vurmuşdur. Həmin vaxt çarpayıda yatmış Eldəniz səsə görə yuxudan oyanaraq ondan nə baş verməsini soruşmuşdur. Eldənizə cavab olaraq onun evəgəlməsinə görə yasinin qısqanclıq etdiyini söyləmişdir. Eldəniz danışandan sonra isə ona məlum olmuşdur ki, Yasin Eldənizlə birgə spirtli içki qəbul edərək evə birlikdə gəlmişlər. Yolda isə Yasin özü Eldənizi evə yola salmış və özü spirtli içki alması üçün mağazaya getmişdir. Xəsarət aldıqdan sonra qardaşı Ayaza zəng edərək olanları demiş, Ayaz gələrək onun xəsarət almasını gördükdən sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Yasinlə arasında olan mübahisə bir neçə dəqiqə davam etmiş və həmin vaxt Yasin təpik zərbəsi ilə onun burun nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Nərman oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022- ci il tarixdə Abşeron rayonu Məmmədli kəndində yaşayan bacısı Nüşabə ona zəng edərək əri Yasin tərəfindən döyülməsini bildirmiş və onların evinə gəlməsini istəmişdir. Buna görə də bacısının yaşadığı evə getmiş və Nüşabənin burun nahiyəsindən xəsarət almasını, Yasinin isə sərxoş vəziyyətdə olmasını görərək ondan hansı səbəblə bacısına xəsarət yetirməsini soruşmuşdur. Yasin isə kobud cavab verərək yaxşı etdiyini söyləmiş və bundan sonra DİNin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi 1118 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün natamam sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər; dərəcəsinə görə sağlamılığın qısa müddətə polzulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Nəriman qızı tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Nəriman qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar