Məhkəmə qərarları › İş №1(012)-425/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-425/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-425/2024 12.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində ünvan 3ünvanında arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı uşağı ilə ona görüş imkanı verilməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı mətbəxdə Zərərçəkmiş şəxs saçından tutub başını divara vurmuş, sonra isə sonuncunun əlindən aldığı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən bir dəfə sağ kürək nahiyəsinə vuraraq başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və sağ kürək nahiyəsinin deşilmişkəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından Əbülfəz adlı övladları dünyaya gəlmişdir. Qısqanclıq zəminində onların arasında tez-tez mübahisələr baş vermişdir. Bu səbəbdən arvadı Zərərçəkmiş şəxs boşanmaq məqsədi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə övladını görmək üçün getmişdir. Türkanla aralarında mübahisə yaranmış və evin mətbəx hissəsinə keçmişlər. Azyaşlı oğlu Əbülfəzlə Türkanın anası Şöhlət başqa otaqda olmuşlar. Bu zaman Türkan mətbəxdə olan bıçağı əlinə götürərək yaxasından yapışıb bıçaqla onu hədələmiş və getməsini istəmişdir. Türkana on dəqiqə səbirli olmasını və söhbət edib çıxıb gedəcəyini bildirmişdir. Bu məzmunda aralarında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı əsəbi halda bıçağı Türkanın əlindən almış və yaxasından yapışaraq özünə tərəf çəkmiş və Türkan dizləri üstə yerə oturmuşdur. Həmin vaxt əsəbi olduğu üçün əlində olan bıçaqla bir dəfə Türkanın kürək nahiyəsindən vurmaqla ona xəsarət yetirmişdir. Daha sonra bıçağı kənara ataraq həkim çağırmaq istəmişdir. Lakin həkim çağırmayaraq evdə tibbi yardım göstərməklə Türkanın kürəyində olan yarasını sarımışdır. Həmin günü səhərə qədər Türkana xəsarətinə görə nəzarət etmişdir. Səhər saat 09 radələrində yaşadıqları evdən çıxaraq işə getmişdir. Baş vermiş hadisə 10-15 dəqiqə davam etmiş və həmin vaxt hadisənin şahidi qaynanası Şöhlət olmuşdur. Hadisə zamanı arvadı Türkan ona heç bir xəsarət yetirməmişdir. Əsəbi olduğu olduğu üçün Türkanı bıçaqla vurmuşdur. Lakin başqa bir niyyəti olmamışdır. Hadisə barədə Türkan xx.xx.2023-cü il tarixdə polisə məlumat vermişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, zərərçəkmiş şəxs onunla barışmamışdır. Təqsirləndirilən şəxs təqsiri onun özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə X3 ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir azyşalı övladları dünyaya gəlmişdir. Ailələrində olan söz-söhbətlər və münaqişələr səbəbindən ayrılmaq qərarına gəlmişlər. O, bu barədə məhkəməyə boşanma ərizəsi vermişdir və hazırda məhkəmədə qaydasında boşanmışlar. Hadisə günü saat 12 radələrində Elgün Muxtarov onun Bakı şəhəri, H.Əliyev prospektində satıcı işlədiyi telefon mağazasına gələrək münaqişə yaradaraq, onu mağazanın içərisində söyüb, təhqir etmişdir. Elgün hadisə günü saat 20 radələrində yaşadığı ünvana gəlmiş, uşağı qucağına almış, o Elgündən getməsini, onu və uşağını rahat buraxmasını istəmişdir. Elgün azyaşlı uşağı ondan almaq istəmiş və onu əlləri ilə itələmişdir. O, evin mətbəx hissəsindən bıçaq götürüb, Elgünü qorxutmaq məqsədi ilə evdən getməsi üçün Elgünə yaxınlaşmışdır. Həmin vaxt Elgün onun saçından tutub, başını divara vuraraq əlindəki mətbəx bıçağını onun əlindən alıb, çiynindən tutub aşağı əymiş və əlindəki bıçaqla kürəyinə qəsdən bir dəfə zərbə endirərək xəsarət yetirmişdir. Hadisə yaşadıqları evin içərisində baş vermişdir. Həmin hadisənin şahidi anası Şahid olmuşdur. Elgünün orda olması 30 dəqiqəyə yaxın, mübahisə isə təxminən 10-15 dəqiqə çəkmişdir. Əvvəllər də, onların arasında dəfələrlə mübahisələr baş vermişdir. Elgünün onu döyməsi barədə bir neçə dəfə polis orqanlarına müraciəti olsa da, sonra ailənin dağılmasının qarşısını almaq məqsədi ilə onu bağışlamışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Onu axşam həkimə aparan olmamış və Elgün ona qulluq göstərməmişdir. Axşam evdə anası tərəfindən yarası sarınmış, səhər ağrıları olduğu üçün həkimə getmişdir. Sonra isə polisə hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və hazırda ondan şikayətçi olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Elgün yaşadığı Abşeron rayonu, Masazır kəndi, S.Aşıq küçəsində fərdi evə gəlmiş və oğlu Əbülfəzi görmək istəmişdir. Elgün İçəri keçib oğlunu qucağına götürmüşdür. Bu zaman Türkan Elgünə yaxınlaşaraq uşağı istəmiş və evdən çıxıb getməsini tələb etmişdir. Bu səbəbdən Elgünlə Türkanın arasında söz mübahisəsi baş vermişdir. O, uşaq narahat olmasın deyə onlara söhbətlərini başqa otaqda etmələrini təklif etmişdir. Türkan və arxası ilə Elgün mətbəxə keçmişdir. O, nəvəsini digər otağa qoyub mətbəxə gəldikdə Elgünlə Türkanın yerdə oturduqlarını görmüşdür. Nə baş verdiyini soruşduqda Elgün ona Türkanı bıçaqla vurduğunu bildirmişdir. Lakin hadisənin necə baş verdiyini görməmişdir. Budan sonra o Türkana evdə tibbi yardım göstərməklə kürəyində olan yarasını sarımışdır. Səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadıqları evdən Elgün çıxıb getmiş və qızı Türkan bu haqda DİN-nin 102 xidmətinə zəng edərək məlum məzmunda məlumat vermişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasım xx.xx.2023-ci il tarixli, 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın sağ gicgah nahiyəsinin dərialtı hematoması küt əşyanın təsirindən, sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxsnm bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalozasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası qərarda qeyd olunan şəraitdə, yəni bıçağın tiyəsinin təsirindən, başın sağ gicgah nahiyəsinin dərialtı hematoması isə müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. İş üzrə təyin olunmuş məhkəmə balistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1852 nömrəli rəyindən görünür ki, bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nın 59-cu maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilib-edilməməsi məsələsini də araşdıraraq belə qənaətə gəlmişdir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzaların, yəni cərimə, ictimai işlər islah işləri cəzalarından hər hansı birinin təqsirləndirilən şəxsə təyin edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsib yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu və Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmı dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini tərk etməmək, Abşeron rayonu və Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar