Məhkəmə qərarları › İş №1(012)-425/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-425/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-425/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq övladı, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(008)-2147/2021 saylı və dəyəri 2750,00 manat olan boyunbağı, sırğa, üzük, qolbağında ibarət olan dəst və 250,00 manat dəyərində olan nişan üzüyü, 250 manat dəyərində olan qaz peçi 4 gözlü (öztürklülər firması), 300,00 manat dəyərində olan gümüşü rəngli aspirator (öztürklülər firması), 55,00 manat dəyərində olan gümüşü mat moyka, 45,00 manat dəyərində olan su krantı (mətbəxtdə), dəyəri 1600 manat olan 4 paqon metrlik mətbəx mebeli, dəyəri 1500,00 manat olan yataq mebeli, ümumilikdə 6750,00 manat məbləğində pul vəsaiti və ödənilmiş 14,00 manat məbləğində dövlət rüsumunun alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1 -1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə və Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə 01,03.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021 -ci il tarixli, 2(008)-2147/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 5600 manat məbləğində aliment borcunu, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021 -ci il tarixli, 2(012)-2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6750,00 manat məbləğində borcunu, ümumilikdə 12350,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən başlayaraq övladı, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(008)-2147/2021 saylı və dəyəri 2750,00 manat olan boyunbağı, sırğa, üzük, qolbaqdan ibarət olan dəst və 250,00 manat dəyərində olan nişan üzüyü, 250,00 manat dəyərində olan qaz peçi 4 gözlü (öztürklülər firması), 300,00 manat dəyərində olan gümüşü rəngli aspirator (öztürklülər firması), 55,00 manat dəyərində olan gümüşü mat rəngli moyka, 45,00 manat dəyərində olan su krantı (mətbəxtdə), dəyəri 1600,00 manat olan 4 paqon metrlik mətbəx mebeli, dəyəri 1500 manat olan yataq mebeli, ümumilikdə 6750,00 manat məbləğində pul vəsaiti və ödənilmiş 14,00 manat məbləğində dövlət rüsumunun alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)- 2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə və Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2024-cü il tarixədək Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(008)-2147/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 5600,00 manat məbləğində aliment borcunu, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021- ci il tarixli, 2(012)-2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6750 manat məbləğində borcunu, ümumilikdə 12350,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəmədiyinin səbəbini fərdi əməklə, yəni qeyri-rəsmi olaraq bərbərliklə məşğul olmaqla ayda təxminən 1200,00-1300,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, övladı ilə görüşməyinə zərərçəkmiş şəxs tərəfindən maneə yaradılmasına görə, həmçinin məhkəmə qətnamələrindən yuxarı instansiya məhkəmələrinə şikayət verməməsinə baxmayaraq, faktiki imkanlarının məhkəmələr tərəfindən nəzərə alınmadan ona yüksək məbləğdə aliment kəsildiyi üçün qətnamə ilə razı olmadığını, həmin qətnaməni ədalətsiz hesab etdiyinə görə aliment borcunu və satıb xərclədiyi əmlakların pullarını qərəzli olaraq, qəsdən ödəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı tam ödədiyini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi olmadığını bildirərək, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq övladı, xx.xx.2018- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(008)-2147/2021 saylı və dəyəri 2750,00 manat olan boyunbağı, sırğa, üzük, qolbaqdan ibarət olan dəst və 250,00 manat dəyərində olan nişan üzüyü, manat dəyərində olan qaz peçi 4 gözlü (öztürklülər firması), 300,00 manat dəyərində olan gümüşü rəngli aspirator (öztürklülər firması), 55,00 manat dəyərində olan gümüşü mat rəngli moyka, 45,00 manat dəyərində olan su krantı (mətbəxtdə), dəyəri 1600,00 manat olan 4 paqon metrlik mətbəx mebeli, dəyəri 1500 manat olan yataq mebeli, ümumilikdə 6750,00 manat məbləğində pul vəsaiti və ödənilmiş 14,00 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə və Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2024-cü il tarixədək Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2021 -ci il tarixli, 2(008)-2147/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 5600,00 manat məbləğində aliment borcunu, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)- 2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 6750,00 manat məbləğində borcunu, ümumilikdə 12350,00 manat məbləğində borcunu fərdi əməklə məşğul olmaqla, ayda 500,00-600,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 2147/2021 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2872/2021 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs dəyəri 2750 manat olan boyunbağı, sırğa, üzük, qolbağında ibarət olan dəst və 250 manat dəyərində olan nişan üzüyü, qaz peçi 4 gözlü “öztürklülər” firması-250 manat, aspirator “öztürklülər” firması gümüşü rəngdə-300 manat, moyka gümüşü mat-55 manat, su krantı mətbəxdə -45 manat, mətbəx mebeli 4 paqon metr-1600 manat, yataq mebeli-1500 manat, ümumilikdə 6750 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. - Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir; - “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2782/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sabunçu Rayon Məhkəməsinin 2(008)-2147/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-1176/2022 saylı qərara əsasən Əliyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-763/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs iş saatlarında, yəni saat 09:00-dan 18:00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-133/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti olaraq məhdudlaşdırılmışdır; - Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-339/2023 saylı qərardadı ilə Təqsirləndirilən şəxs məxsus “VAZ 21154” minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyuımuşdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-514/2023 saylı qərarına əsasən Əliyev X3 Xəatalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-1999/2023 saylı qərarına əsasən Əliyev X3 Xəatalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. - “Cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edilmişdir; - “Cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edilmişdir; - “Cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edilmişdir; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqında” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Abşeron rayn İcra və Probasiya Şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və icrata qəbul edilərək istintaqı aparılmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. - Sübutların qiymətləndrilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin ifadələri toplanmış digər sübutlar və Abşeron rayon İcra və Probasiya Şöbəsində toplanmış materiallar Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2147/2021 saylı və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2872/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən qərəzli olaraq icra etmədiyini təsdiq edən sübutlar kimi qəbul olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması qərara alınmışdır. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron Abşeron RPİ-nə gətirilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəməyə verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-355/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq qazancından 20% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası təyin edilmişdir. - Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, dəyən ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs heç bir şikayət və yələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən həmin maddənin “Qeyd” hissəsinə əsasən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.1-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, verilmiş ittiham üzrə yaranmış 12350 manat aliment borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 201 (iki yüz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 201 (iki yüz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar