Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-426/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzərati altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ağkağız bükülü, ümumitəmizçəkisi 0,174 qramçəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Abşeron rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd ağ rəngli kağıza bükülü, ümumi təmiz çəkisi 0,174 qram olan kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur, təxminən iki ay olar ki, narkotik vasitə olan metamfetamindən hərdən özü üçün istifadə edir. xx xxxxx 2020-ci il tarixdə axşam saat 00:10 radələrində etibarnamə ilə idarə etdiyi, qara rəngli «Tofaş» markalı, «**-SU-***» dövlət qeydiyyat nişanlı avtomaşınla «İnşatçılar» metrosunun yaxınlığında dayanıb sərnişin gözləyirmiş, həmin vaxt məhlə uşağı kimi tanıdığı X8, müştəri kimi onun avtomobilinə əyləşmiş, ona, Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış massivinə gedib-qayıtmağı bildirmişdir. Natiq Əhmədov onun idarə etdiyi avtomobilin qabaq oturacağına əyləşdikdən sonra, O, idarə etdiyi avtomobil ilə Abşeron rayonu, «Qurtuluş-93» yaşayış massivinə gəlmiş, yaşayış masivində sərnişin Natiq Əhmədov onun idarə etdiyi avtomobildən düşərək, ona 5 dəqiqə gözləməyi bildirmişdir. O, avtomobildə gözləmiş, Natiq Əhmədov kiminləsə görüşdükdən sonra, yenidən onun avtomobilinə əyləşmiş, geri qayıtmağı bildirmişdir. O, idarə etdiyi avtomobil ilə Masazır qəsəbəsində hərəkətdə olarkən, stasionar polis postunda iki nəfər polis əməkdaşı, onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. O, idarə etdiyi avtomobili saxladıqdan sonra, polis əməkdaşları onlardan karantinlə əlaqədar sənədlərini istəmişlər, O və avtomobildə sərnişin kimi əyləşmiş Natiq Əhmədov heç bir sənədlərinin olmadığını, qarantin qaydalarını pozduqlarını etiraf etmişlər, polis əməkdaşları karantin qaydalarını pozduqları və heç bir sənədləri olmadıqları üçün onları Abşeron polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələb və göstərişinə əməl edərək polis idarəsinə getməyə razılıq vermiş, yolda polis əməkdaşları onlarla söhbət edərkən, O üzərində narkotik vasitə olduğunu etiraf etmiş, bundan sonra həmin polis əməkdaşları onları Abşeron rayon Polis İdarəsinə gətirmişlər, polis idarəsində otaqların birində video çəkiliş vasitəsi ilə, polis əməkdaşları, onun üzərində şəxsi axtarış aparılacağı bildirmiş, ona üzərində qadağan olunmuş hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etmək təklif olunmuş, o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd plasmas qabın içərisində ağ rəngli kağıza bükülmüş, narkotik vasitə olan metamfetamini, şəffaf selofana bükülmüş bir ədəd qırmızı rəngli kapsulanı və bir ədəd psixotrop maddəni istifadə etmək üçün müştüyə bənzər borunu cibindən çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin özünə məxsus olduğunu, xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, Z.Kərimov küçəsində təsadüfən küçədə gəzən vaxtı yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə metamfetamini, şəffaf selofana bükülmüş bir ədəd qırmızı rəngli kapsulanı və bir ədəd psixotrop maddəni istifadə etmək üçün müştüyə bənzər borunu polis əməkdaşları onların iştirakı ilə kağız zərfə qoyaraq qablaşdırmışlar. Həmin kağız zərfi axtarışda iştirak edən şəxslər və o, imzalamışlar. O, hərdən narkotik vasitələrdən istifadə etdiyi üçün, həmin tapdığı və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni özü qəbul edəcəymiş, onun üzərində narkotik vasitə olmasıdan sərnişin kimi onun idarə etdiyi avtomobilə əyləşmiş Natiq Əhmədovun xəbəri olmamış, onun da Natiq Əhmədovun üzərində naprkotik vasitə olmasından xəbəri olmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri kimi xidmət göstərir, rütbəsi polis serjantıdır. xx.xx.2020-ci il tarixdə polis nəfərləri - kiçik serjant Şahid2 ilə birlikdə xidmətdə olarkən, saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi «Qurtuluş-93» yaşayış massivində pandemiya ilə əlaqədar «Topaş» markalı, **-SU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onlar tərəfindən saxlanılmış, onlar avtomobilin sürücüsünə və sərnişinə özlərini təqdim etdikdən sonra, həmin şəxslərdən karantin müddətində saat 00:30 radələrində avtomobil ilə yaşayış massivində hərəkət etdikləri üçün icazələrinin, buna dair hər hansı bir sənədlərinin olub-olmaması ilə maraqlanmışlar. Sürüsü və sərnişin heç bir sənədləri olmadığını, karantin qaydalarını pozduqlarını və həmin şəxslərin özlərini şübhəli apardıqlarını müəyyən etmişlər. Sürücü və sərnişinin hərəkətləri onlarda şübhə doğurduğu üçün, həmin şəxslərə Abşeron rayon Pİ-nə dəvət etmişlər, sürücü Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, xidmətdə olduğu polis nəfəri Şahid2la birlikdə sürücü Təqsirləndirilən şəxs və sərnişin X7, Abşeron rayon Polis İdarəsin gətirmişlər. Polis idarəsində həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilmiş, barələrində qanuni tədbir görülməsi üçün onlar tərəfindən raport yazılmışdır. Təqsirləndirilən şəxs ğlunun və X6 üzərlərinə ayrı-ayrılıqda təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs və X6 üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən ona üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa stolun üstünə qoyması təklif olunmuşdur. Bundan sonrat Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən çıxardığı plasmas qabın içərisindən ağ rəngli kağızda ağ rəngli kütlə, bir ədəd plastik metaldan boru şəklində əşya və bir ədəd qırmızı rəngli kapsulanı çıxarıb təqdim etmiş, həmin kütləni psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni, narkotik vasitə istifadə etmək üçün borunu və kapsulanı qabla birlikdə Yasamal rayonunda evlərinin yaxınlığında yolun kənarında yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə oxşar kütlə, plastik materialdan olan boru şəkilli əşya və qırmızı rəngli kapsula kağız zərfə qoyularaq qablaşdırıldı və bu barədə protokol tərtib edilişdir. Bundan sonra həmin kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid2 oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ……….» sözləri qeyd olunan zərfdə bir ədəd bükümdə təmiz çəkisi – 0,174 qram olan ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd plastik metaldan olan boru şəkilli əşyada psixotrop maddə olan metamfetaminin izləri vardır. Həmin zərfdəki bir ədəd ağ-qarmızı rəngli kapsuldakı ağ rəngli tozşəkilli maddənin tərkibində narkotik və psixotrop maddələrin komponentləri yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının «22».04.2020-ci il tarixli «1021» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal –hazırda abstinensiya, infoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məsburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış massivində hərəkətdə olarkən,karantin rejimini pozduqları üçün, Abşeron rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və saat 01:50-dən saat 02:10-dək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd plasmas qabın içərisindən ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və şəffaf selofana bükülmüş 1 ədəd kapsul, 1 ədəd plastik materialdan olan boru şəkilli əşya aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Diskə baxış da iştirak etmiş Təqsirləndirilən şəxs, bildirdi ki, həqiqətən xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı bir ədəd plasmas qabın içərisindən ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və şəffaf selofana bükülmüş bir ədəd kapsul və bir ədəd plastik materialdan olan boru şəkilli əşya aşkar olunaraq götürülmüşdür. İş materiallareında olan rəydən görünür ki, ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 0,174 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram tədqiqata sərf olundu, qalıq 0,124 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 0,174 qram matemfitamin, bir ədəd plastik materialdan olan boru şəkilli əşya, bir ədəd ağ-qırmızı rəngli kapsula və bir ədəd CD diski maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,124 qram psixotrop maddə metamfetamin saxlanılması üçün, Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalı, bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsin üzərinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı bir ədəd plasmas qabın içərisindən ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və şəffaf selofana bükülmüş bir ədəd kapsula və bir ədəd plastik materialdan olan boru şəkilli əşya aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki,Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.1, 180.1 və 234.1–ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməklə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəza -2 (iki) il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Нязяров Камал Имамбахыш oğlundan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,124 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün, müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Yasamal rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qalıq çəkisi 0,124 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (bir yüz on dörd) manat məhkəmə-fiziki-kimyəvi ekspertizaların xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X3 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-426/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-426/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver