Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-427/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçiiştirakı ilə xx.xx.1988-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli,evli, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 309-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 14 radələrində idarə etdiyi DAF markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır-Xırdalan yolunun Masazır qəsəbəsi ərazisindən keçən hissəsində Masazır dairəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol ayırıcında sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yol ayrırıcına daxil olaraq sağa dönərkən yolu hərəkət hissəsini keçməkdə olan piyada X4 vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Nizami Mamedovun sağ pəncənin İİ, İİİ daraq sümüklərinin açıq sınıqları, sağ baldırın aşağı 1/3-nin və pəncənin skalp olunmuş yarası, sol pəncənin əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ağ rəngli DAF markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə etibarnamə əsasında, «BJE» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx xxxxxx 2019-cu il tarixdə saat 09.30 radələrində idarə etdiyi yük avtomobili ilə Masazır qəsəbəsindən Ə.Vahid heykəlinin yaxınldığında duz gölü istiqamətində üzü Masazır dairəsi istiqamətində təxminən 3 -5 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxtı onun qarşısında və arxasında avtombillər asta sürətlə hərəkət etmişdir. Belə ki, hərəkətdə olduğu yol tıxac idi. Onun qarşısında avtobus iki minik avtomobili və həmin minik maşınının qarşısında avtobus hərəkət etmidir. Avtobus dayanıb aldam götürdüyü üçün qarşısında hərəkətdə olan minik avtomobillləri də dayanmış, bu səbəbdən o, da yük maşınını dayandırmışdır. O, avtomobilinin sağ və soluna baxmış, lakin heç bir maneə görməmişdir. Qarşısında olan avtomobillər hərəkətə gəldiyindən o, da avtomobili hərəkətə gətirib yerindən tərpədib təxminən 3-5 km/saat sürətlə yaırm metr məsafə qət etmişdir ki, bir də çöldən qışqırıq səsi gəlmiş və qışqıraraq ona «uşaq maşınının altında qaldı»-demişlər. O, dərhal avtomobilini saxlamışdır. Avtomobildən aşağı düşəndə avtomobilimin sağ tərəfinə qaçmışdır. Avtomobilinin altına baxmış, heç nə görməmişdir. Əyilib avtomobilin sol tərəfində mühərrik olan hissəsinin altına baxdıqda avtomobilmin qabaq sol təkərinin uşağın ayağının dərisini soyub. Uşağın anası yanında idi. O, dərhal maşınıma əyləşib arxaya vermişdir. Uşaq sağ ayağından xəsarət almışdır. O, dərhal uşağı yoldan keçən maşınlardan biri ilə Xırdalan şəhər xəstəxanasına aparmışdır. Oradan onları Nəsimi bazarının yanında olan Travmatologiya xəstəxanasına göndərmişlər. Bir gün uşaq xəstəxanada qalmışdır. Uşağı oradan çıxarıb «Bakı sağlamlıq mərkəzi» adlanan özəl klinikaya aparmışdır. Orada uşaq müalicə olunmuşdur. O, uşağın müalicəsinə ümumilikdə təxminən 10.000-12.000 manat pul xərcləmişdir.Sonda o, törətdiyi əməlindən peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişşəxs qismində dindirilmiş zərər çəkmiş şəxs qismində tanınmış X2 qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində azyaşlı oğlu Nizami ilə birlikdə yaşadığı evdən çıxıb mağazaya gedən zaman Abşeron rayonu Masazır qəsəbəsində Ə.Vahid heykəlinin yanında üzü Masazır dairəsi istiqamətində hərəkətdə olarkən oğlu Nizaminin əlindən tutmuş və oğlu Nizam sol tərəfində olmuşdur. Onlar yolun sağ kənarı ilə düzünə hərəkət etmişlər. Belə ki, yolun sağ kənarında market yerləşmişdir. Onlar marketə getmək istəmişlər. Xırdalan istiqamətində hərəkətdə olan ** NV *** dövlət qeydiyyat nişanlı yük maşının gəldiyini görüb Nurlan əlimdən çıxıb qabaqda yolun digər tərəfinə keçmək istəmiş, bu zaman sağa dönən həmin yük maşını oğlu Nizamini vurmuşdur. Nəticədə oğlu Nizami ayağından xəsarət almışdır. Hadisədən dərhal sonra sürücü ilə birlikdə oğlunu xəsğtəxanaya aparmışlar və oğlu orada müalicə almışdır. Qeyd etmişdir ki, yük avtomobili sağa dönməmişdən qabaq onları artıq asfalt yolda hərəkət etmişlər və yolun digər tərəfinə keçmək istəmişlər.İfadəsinin sonunda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs buna dair ərizəsini məhkəməyə təqdim etdi.Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi materiallarında olan məhkəmə-tibb ekspertizasının ekspertizasının xx.xx.2020-ci il tarixli 341 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X3 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, onurğa sütununun bel şöbəsinin 3 və 4-cü fəqərələrinin kompression sınıqları, onurğa sütünün bel şöbəsinin 5-ci fəqərəsinin sol yan çıxıntısının az yerdəyişmiş sınığı, oma sümüyünün sağ hissəsinin sol qalça və sol oturaq sümüklərinin qapalı yerdəyişməmiş sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə piyada qismində avtomobil vurması nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1722 №-li rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində sağ pəncənin 2-3-cü daraq sümüklərinin açıq sınıqları, sağ baldırın aşağı 1/3-nin və pəncənin skalp olunmuş yarası, sol pəncənin əzilməsi xəsarətləri aşkar olunmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində yaramışlar, xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi materiallarında olan Komisyon məhkəmə tibbi ekspetizasının xx xxxx 2020-ci il tarixli T152/202 №-li rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində sağ pəncənin 2-3-cü daraq sümüklərinin açıq sınıqları, sağ baldırın aşağı 1/3-nin və pəncənin skalp olunmuş yarası, sol pəncənin əzilməsi xəsarətləri aşkar olunmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində yaranmışlar, xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxx 2020-ci il tarixli 8/622 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «DAF» markalı, 99- NV-061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Cinayət işi materiallarının olan xx.xx.2019-cu il tarixli 2/6570 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törədərkən ayıq olmuşdur. Cinayət işi materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-43938-1220 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin kompyuter uçot bazasına əsasən 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2017-ci il tarixdə AD seriyalı 071983 nömrəli «BJ» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. Cinayət işi üzrə DAF markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaqın ilkin mərhələsində sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X2 anası Qanuni nümayəndə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, eləcə də iş üzrə keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxs X2 anası Qanuni nümayəndə verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş maddi və mənəvi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və onların qanuni nümayəndələrini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan qərar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün Abşeron RPİ-nə göndərilməlisdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut sübut kimi tanınmış DAF markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin istintaqın ilkin mərhələsində sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 150 (yüz əlli) manat Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan qərar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün Abşeron RPİ-nə göndərilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut DAF markalı ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin istintaqın ilkin mərhələsində sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 150 (yüz əlli) manat Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-427/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-427/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver