Məhkəmə qərarları › İş №1(012)-427/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-427/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-427/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X19 iştirakları ilə, xx xxxxxxx 2004-cü il tarixdə Yevlax rayonu, Xanabad kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və Bakı şəhəri Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 4-də yaşayan, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, çilingər işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, X29 küçəsi, ev 6-da olan zaman, Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-6437-5740 nömrəli plastik kartından elektron məlumat daşıyıcısından istifadə etməklə X21 vasitəsi ilə 04 mart 2023-cü il tarixdə saat 03:51-də tanışı Şahid4 istifadəsində olan 050-400-02- 42 mobil nömrəsinə 20 manat dəyərində kontur, ***-***-**-** mobil nömrəsinə saat 03:53- də 60 manat və saat 03:57-də 100 manat dəyərində kontur ödənişləri edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 180 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 bacısı X10 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman, Zərərçəkmiş şəxs1 adına olan sosial şəbəkədən götürdüyü "xxxx" ASC-yə məxsus 5103-0715-1099- 5570 nömrəli plastik kartından elektron məlumat daşıyıcısından istifadə etməklə X21 vasitəsi ilə 03 aprel 2023-cü il tarixdə saat 21:17-dən saat 21:19-dək tanışları Şahid3 aid 32 manat, 64 manat, 32 manat, 45 manat, 9 manat və 45 manat dəyərində inzibati cərimə, saat 21:20-də tanışları Bəxtiyar Bərxudarova aid 135 manat dəyərində inzibati cərimə, saat 21:21-də Təqsirləndirilən şəxs2 aid 64 manat, 40 manat və 96 manat dəyərində inzibati cərimə, saat 21:22-də ona aid 480 manat dəyərində inzibati cərimə, saat 21:25dən saat 21:49-dək Təqsirləndirilən şəxs2 anası Şahid1 adına olan 236 manat 36 qəpik, 300 manat, 300 manat, 300 manat, 500 manat, 50 manat, 320 manat və 1000 manat eləyərində kredit borcu, saat 21:56-dan saat 21:57-dək tanışları Şahid4 istifadəsində olan 050-400-02- 42 mobil nömrəsinə 200 manat və 200 manat dəyərində kontur, saat 22:02də ***-***-**-** mobil nömrəsinə 30 manat dəyərində kontur, saat 22:03-da 100 manat dəyərində elektrik enerjisinin istehlak haqqı, saat 22:06-da 50 manat 35 qəpik dəyərində suyun istehlak haqqı, saat 22:16-da ***-***-**-** mobil nömrəsinə 30 manat dəyərində kontur ödənişləri edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4758 manat 71 qəpik pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 bacısı X10 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman, Zərərçəkmiş şəxs1 adına olan sosial şəbəkədən götürdüyü "xxxx" ASC-yə məxsus 5103-0715-1099- 5570 nömrəli plastik kartından elektron məlumat daşıyıcısından istifadə etməklə X21 vasitəsi ilə 03 aprel 2023-cü il tarixdə saat 21:17-dən saat 21:19-dək tanışları Şahid3 aid 32 manat, 64 manat, 32 manat, 45 manat, 9 manat və 45 manat dəyərində inzibati cərimə, saat 21:20-də tanışları Bəxtiyar Bərxudarova aid 135 manat dəyərində inzibati cərimə, saat 21:21-də ona aid 64 manat, 40 manat və 96 manat dəyərində inzibati cərimə, saat 21:22-də Təqsirləndirilən şəxs1 aid 480 manat dəyərində inzibati cərimə, saat 21:25-dən saat 21:49-dək onun anası Şahid1 adına olan 236 manat 36 qəpik, 300 manat, 300 manat, 300 manat, 500 manat, 50 manat, 320 manat və 1000 manat dəyərində kredit borcu, saat 21:56- dan saat 21:57-dək tanışları Şahid4 istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə 200 manat və 200 manat dəyərində kontur, saat 22:02-də 051- ***-**-** mobil nömrəsinə 30 manat dəyərində kontur, saat 22:03-da 100 manat dəyərində elektrik enerjisinin istehlak haqqı, saat 22:06-da 50 manat 35 qəpik dəyərində suyun istehlak haqqı, saat 22:16-da ***-***-**-** mobil nömrəsinə 30 manat dəyərində kontur ödənişləri edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4758 manat 71 qəpik pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bildi,ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdi, əməlindən peşiman olmasını, zərərçəkənlərə dəyən ziyanın tam olaraq ödənilməsini, xəstə olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 3 il əvvəldən Bakı şəhərində yaşayan dostu Maqsudun vasitəsi ilə tanımışdır. Sonralar yaxın münasibətləri yarandığına görə o, 9-10 ay əvvəl Nurməmməddən bir neçə günə qaytarmaq şərti ilə 200 manat borc pul almışdır. Lakin maddi vəziyyəti yaxşı olmadığına görə o, həmin pulu Nurməmmədə qaytara bilməmişdir. Bundan az sonra Nürməmməd Rusiya Federasiyasına getmiş və oradan ona tez-tez zəng edib borcunu plastik kart vasitəsi ilə ona qaytarmağını tələb etməyə başlamışdır. O, da məcbur qalıb Nurməmmədə olan borcunu ödəmək üçün 04 mart 2023-cü il tarixdə Yevlax rayonundakı evlərində olduğu vaxtı gecə saat 03 radələrində özünə məxsus mobil telefonla “İnstagram” sosial şəbəkəsinə daxil olub, oradan kiminsə plastik kart nömrəsini əldə etmiş, həmin kartdan pul oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 “İnstağram” sosial şəbəkədə "xxxx" ASC-yə aid 4169 7388 6437 5740 nömrəli plastik kartının şəklini payşlaşdığını görüb, “X22” na daxil olaraq həmin kartın balansından əvvəl Nürməmmədin istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona 20 manat məbləğində kontur göndərmiş və həmin kartda pul olduğunu hiss edib qalan 180 manatı da kartdan ödəmək qərarına gəlmişdir, bunun ardınca həmin kartdan Nürməmmədin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 60 manat və 100 manat məbləğində kontur yükləmiş, əlavə 20 manatı da yükləmək istəsə də həmin məbləği kartdan çıxarmaq mümkün olmamışdır. O, həmin kartın sahibini tanımır, onun həmin kartında hansı məbləğdə pul olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayından tanıyır. Maqsudla təsadüfi şəhərdə tanış olmuşlar. Həmin vaxtdan da münasibətləri yaranmışdır. Təxminən 2022-ci ildən isə o, Maqsudun yaşadığı evə yaxın yerdən kirayə götürüb ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Maqsudla münasibəti normaldır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. 03 aprel 2023cü il tarixdə o, Maqsudla ona məxsus olan Yevlax rayonu, Xanabad kəndində yerləşən evdə olan zaman danışıb razılaşmışlar ki, internetdən kimsə məxsus olan bank kartının nömrəsini tapmış və həmin kartdan X21 vasitəsi ilə öz xeyirlərinə ödənişlər edib pul oğurlamışlar. X21 vasitəsi ilə Kapital banka məxsus olan kart vasitəsi ilə hər hansı bir ödəniş etdikdə 3D secure kodu, CW kodu və kartın bitmə tarixi yazmağı ödəniş zamanı tələb etmir. Əvvəl də qeyd etdiyi kimi onun barəsində Abşeron rayon məhkəməsində AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi istintaq olunur. Həmin cinayət mahiyyəti onun şəxsləri aldadıb guya ki, kredit təşkil etməsi olmuşdur. Həmin şəxslər də ona şəxsiyyət vəsiqələrinin şəklini göndərmişlər. Ona görə onun telefonunda tanımadığı çox şəxsin şəxsiyyət vəsiqələri olmuşdur. Həmin şəxsiyyət vəsiqələrdən də biri X7 məxsus olan şəxsiyyət vəsiqəsi olmuşdur. O, Pərizaddan da şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini istəmişdir. Lakin Pərizadı aldadıb pulunu ələ keçirməmişdir. Çünki o, Pərizadı aldadıb kredit vermək üçün ilkin ödəniş pul istəmişdir. Lakin Pərizad onun yalanına aldanmayıb ona pul göndərməmişdir. Bir sözlə Pərizadın şəxsiyyət vəsiqəsi vasitəsi ilə X21ndan qeydiyyatdan keçmişlər. Bundan başqa Kapital Banka məxsus Mastecard-lar hamısı 5103- 0715 rəqəmləri ilə başladığından o, Maqsudla internetdə Google axtarış sistemi vasitəsi ilə 5103-0715 rəqəmlərini axtarışa vermişlər. Facebook sosial şəbəkəsində “Xəbərin var xəbərdən” səhifəsində 5103-0715-1099- 5507 nömrəli Kapital Banka məxsus bank kartının şəkli paylaşılmışdır. Həmin ərəfələr həm Maqsudun, həm də onun ortaq işlətdikləri İphone 13 pro max markalı mobil telefonu olmuşdur. Həmin telefona X21nın tətbiqini yükləyib Pərizadın adından şəxsi kabinetə daxil olmuşlar. Daha sonra hazırda əzbər yadında qalmasa da təxminən 4700-4800 manat civarında ödəniş etməyə başlamışlar. Həmin ödənişlər həm onun, həm Maqsudun, həm Maqsudun dostu X4, həm də ortaq tanışları Şahid3 adına olan yol hərəkəti qaydasını pozuntusu nəticəsində inzibati xəta cərimələri, Maqsudun anasının adına Kontakt Home-də olan kredit borcları, kommunal ödənişlər, müxtəlif tanışlarına konturlar yükləmişlər. Həmin pulu da təxminən 1 saat ərzində yəni ki, 03 aprel 2023-cü il saat 21 radələrində 22 radələrinədək olan müddət ərzində yuxarıda qeyd etdikləri kartdan oğurlamışlar. Həmin vaxt onların yanında heç kim olmamışdır. Əvəzindən kontur yüklədikləri və ödəniş etdikləri şəxslərin də onların oğurluq etmələrində xəbəri olmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bildi,ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi, əməlindən peşiman olmasını, zərərçəkənə dəyən ziyanın tam olaraq ödənilməsini, əvvələr məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2021 -ci ilin mart ayından tanıyır. Maqsudla təsadüfi şəhərdə tanış olmuşlar. Həmin vaxtdan da münasibətləri yaranmışdır. Təxminən 2022-ci ildən isə Rüfət onun yaşadığı evə yaxın yerdən kirayə götürüb ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Rüfətlə münasibəti normaldır, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 03 aprel 2023-cü il tarixdə o, Rüfətlə sonuncuya məxsus olan yaşadığı Yevlax rayonu, Xanabad kəndində yerləşən evində olan zaman danışıb razılaşmışlar ki, internetdən kiməsə məxsus olan bank kartının nömrəsini tapıb həmin kartdan X21 vasitəsi ilə öz xeyrlərinə ödənişlər edib pul oğurlasınlar. X21 vasitəsi ilə Kapital banka məxsus olan kart vasitəsi ilə hər hansı bir ödəniş etdikdə 3D secure kodu, CW kodu və kartın bitmə tarixi yazmağı ödəniş zamanı tələb etmir. X7 məxsus olan şəxsiyyət vəsiqəsi vasitəsi ilə X21ndan qeydiyyatdan keçmişlər. Əlavə olaraq Kapital Banka məxsus Mastercard-lar hamısı 5103-0715 rəqəmləri ilə başlayır. O da Maqsudla internetdə Google axtarış sistemi vasitəsi ilə 5103-0715 rəqəmlərini axtarışa vermişlər. Facebook sosial şəbəkəsində “Xəbərin var xəbərdən” səhifəsində 5103-0715-1099-5507 nömrəli Kapital Banka məxsus bank kartının şəkli paylaşılmışdır. Həmin ərəfələr həm Rüfətin, həm də onun ortaq işlətdikləri İphone 13 pro max markalı mobil telefonu olmuşdur. Həmin telefona X21nın tətbiqini yükləyib Pərizadın adından şəxsi kabinetə daxil olmuşlar. Daha sonra təxminən 4700-4800 manat civarında ödəniş etməyə başlamışlar. Həmin ödənişlər həm onun, həm Rüfətin, həm onun dostu X4, həm də ortaq tanışları Şahid3 adına olan yol hərəkəti qaydasını pozuntusu nəticəsində inzibati xəta cərimələri, anasının adına Kontakt Home-də olan kredit borcları, kommunal ödənişlər, müxtəlif tanışlarına konturlar yükləmişlər. Həmin pulu da təxminən 1 saat ərzində yəni ki, 03 aprel 2023-cü il saat 21 radələrində 22 radələrinədək olan müddət ərzində yuxarıda qeyd etdikləri kartdan oğurlamışlar. Həmin vaxt yanlarında heç kim olmamışdır. Əvəzindən kontur yüklədikləri və ödəniş etdikləri şəxslərin də onların oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında zərərçəkən qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Universitetində kargüzar vəzifəsində işləyir. İşi ilə bağlı maaşını da Kapital Banka məxsus olan onun adına olan 5103-0715-1099-5570 nömrəli bank kartından alır. Bundan başqa da həmin kartında özünə məxsus olan pullarını da saxlayır. 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində 22 radələrinədək olan müddət ərzində bacısı X10 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olan zaman onun adına olan Kapital Banka məxsus 5103-0715-1099-5570 nömrəli bank kartından hissə-hissə olmaqla ümumilikdə 4758 manat 71 qəpik pul oğurlandığını görmüşdür. O, dərhal Kapital Bankın qaynar xətti olan 196 nömrəsinə zəng etmişdir. Operator onu başa salmışdır ki, kartı dərhal bloklamaq lazımdır ki, yerdə qalan balansındakı pulu oğurlaya bilməsinlər. O da dərhal kartını bloklamışdır. O, kartından pulun kim tərəfindən və necə çıxarılmasını bilməmişdir. O, həmin kartın məlumatlarını heç yerdə paylaşmamış, nə də heç kimə göndərməmişdir. O, ərizə və izahat yazan zaman bankdan çıxarış almadığından təxmini rəqəm demişdir. Daha sonra çıxarış aldığı üçün kartından konkret olaraq nə qədər pul çıxarılmasını dəqiqləşdirmişdir. Onun kartından 4758 manat 71 qəpik pul oğurlanmışdır. Ona dəyən ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir,hazırda onlara qarşı hər hansı şikayəti və tələbi yoxdur.`Bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir. İş üzrə digər zərərçəkən Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın Təqsirləndirilən şəxs1 anası X12 tərəfindən tam ödənildiyini, hazırda təqsirləndirilən şəxsə hər hansı bir şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda zərərçəkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Abşeron rayonu Məmmədli kəndi M.P.Vaqif küçəsi döngə-1, ev 18də yaşayır. 2 il olar ki, “Yapıkredi bank Azərbaycanın“ Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Baş ofisində mühasib köməkçisi işləyir. 2022-ci ilin sentyabr ayında xeyriyyəçilik etmək məqsədi ilə "xxxx"a aid 4169 7388 6437 5740 nömrəli plastik debit kartı alıb iş yoldaşları ilə birlikdə həmin kartın hesabına pul qoymuşdur. Kart hesabına yığılan pullardan xeyriyyə məqsədi ilə məktəblərə, uşaq evlərinə və imkansız ailələrə yardımlar edirmiş. 04 mart 2023-cü ildə səhər yuxudan oyanıb mobil telefonuna baxan vaxtı gecə saat 03 radələrində həmin kartımın bank hesabından cəmi 180 manat olmaqla 20, 60 və 100 manat pulun 3 dəfəyə çıxarılması barədə “Bir bank” mobil tətbiqi xidmətindən məlumat daxil olduğunu görmüş, həmin məbləğdə pulların kartına müdaxilə edilərək yəqin edib bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin pulların “X22” proqramı vasitəsi ilə oğurlandığını və kartında 372 manat pul qaldığını görüb dərhal mobil telefonundakı proqram vasitəsiilə kartımı bloklamışdır. Növbəti iş günü, yəni 06 mart 2023-cü il tarixdə "xxxx"a gedib bu barədə məlumat vermiş və kartından çıxan pulun aqibəti barədə maraqlanmışdır. Bank əməkdaşları da kartından çıxarılan pulların ***-***-**- ** və ***-***-**-** mobil telefon nömrələrinin balansına köçürülməsi barədə elektron məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu Təqsirləndirilən şəxs2 ilə yaxın dostdur. Təxminən 2 il müddətdir ki, Rüfətlə Maqsud dostluq edir. Həmçinin, ailəvi get gəli vardır. Rüfətin anası Lamiyə də onun evinə gəlib, hətta o, Rüfətin evinə getmişdir. Sonradan Rüfət onların yaşadığı evin yaxınlığında kirayə ev tutmuş və ailəsi ilə birlikdə yaxınlıqda yaşamağa başlamışlar. Həmin evi tapmağa da o, köməklik göstərmişdir. O, oğlu Təqsirləndirilən şəxs2 təxminən 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində Kontakt Home mağazalar şəbəkəsinin Bakıxanov filialından iphone 13 markalı mobil telefonu öz adına kreditlə almışdır. 2022-ci ilin ortalarında Maqsuda aldığı mobil telefonu Rüfətin əlində görmüşdür. Maqsuddan nə üçün aldığı mobil telefonu Rüfətə verməsini soruşduqda Maqsud müvəqqəti olaraq Rüfətlə telefonunu dəyişdirdiklərini və Rüfətin köhnə Samsung markalı mobil telefonunu götürüb işlətdiyini bildirmişdir. Bir qədər sonra X25 markalı mobil telefonunu naməlum şəraitdə itirmişdir. Rüfət isə Maqsuda Samsung markalı mobil telefonun təzəsini alıb ona verəcəyi təqdirdə Maqsudun iphone markalı mobil telefonunu geri qaytaracağını demişdir. Onlar qərara gəlmişlər ki, aylıq ödənişləri Rüfət ödəsin və iphone 13 markalı mobil telefon Rüfətə qalsın. Rüfət ondan mobil telefonun kredit ödəniş kodlarını soruşmuş və o, Rüfətə ödəniş etməsi üçün kodu göndərmişdir. Rüfət də 2-3 ay ödəniş etdikdən sonra İphone 13 markalı mobil telefonun elektrik ötürməsini bildirmiş və yenidən öz adına mobil telefon götürməyini xahiş etmişdir. O, Rüfətə artıq qızı X13 üçün aldığı mobil telefonun, Rüfətə verilən iphone 13 markalı mobil telefonun və 1 ədəd ütünün krediti ödənməmiş ona kredit verilməyəcəyini demişdir. Rüfət isə ona müqavilə nömrələrini göndərməsini və qalıq borclarına baxacağını demişdir. O da Rüfətin dediyi kimi müqavilə nömrələrini göndərmişdir. Rüfət 1 gün sonra ona zəng edərək iphone 13 markalı mobil telefonu lombarda qoymasını, onun adına olan bütün kreditləri bağlamasını bildirmişdir. O, dəqiqləşdirmək məqsədilə Kontakt Home mağazalar şəbəkəsinin Nefçilər filialına getmişdir. Orada ona adına olan kreditlərin ödənildiyi, kiçib hissəsinin qaldığı deyilmiş və qalan kiçik hissəni də özü ödəmişdir. Həmin vaxt yəni 2023-cü ilin təxminən mart-aprel ayları ərzində yenə Kontakt Home mağazalar şəbəkəsinin Bakıxanov filialından Maqsud üçün iphone 14 pro max markalı mobil telefonu öz adına kreditlə almışdır. İlkin ödəniş olaraq 1100 manat ödəniş etmiş və aylıq 190 manat olmaqla 12 aylığına telefonu götürmüşdür. Rüfət Maqsuda telefon aldığını bilərək ona kreditləri özünün bağladığını və nə üçün Maqsuda telefon aldığını demişdir. Bundan başqa ona nənəsinin yeni telefon almaq üçün pul verdiyini, belə ki, ilkin ödəniş kimi 300 manat pul verəcəyini və özünə də telefon almasını bildirmişdir. O da anası Lamiyə ilə məsləhət etmiş və Lamiyə də ondan xahiş etmişdir ki, mobil telefonu alsın və qarşılığında ona Rüfətin pensiya kartını versinlər. Lamiyə ona demişdir ki, Rüfət gözdən əlildir və kartına 5 aylıq 300 manat pul yüklənəcək, sonrakı aylarda pensiya 160 manat olacaq və kəsirləri də özü verəcəkdir. Ödəniş bitənə kimi kartı onda qalacaqdır. O da razılaşmış və təxminən 20 gün sonra Kontakt Home mağazalar şəbəkəsinin Bakıxanov filialından Rüfət üçün iphone 14 pro markalı mobil telefon götürmüşdür. İlkin ödəniş 300 manat ödəmişdir. 12 ay 257 manat ödəniş edəcəkmiş. Rüfət 2023-cü ilin aprel ayında tutulmuşdur. Bundan sonra ödənişləri o, ödəməyə başlamışdır. Rüfətin pensiya kartından pulları çəkərək ödəniş etmişdir. Anası ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Rüfət onlarla qonşuluqda yaşamışdır. Rüfət qonşulara kimin ipotekası, krediti və kommunal borcları vardırsa ödəyə biləcəyini təklif etmişdir. O, Rüfətə onun kreditlərini də qeyri-qanuni yolla ödəməsindən şübhələndiyini soruşduqda, Rüfət ona evində çörək yediyini, buna görə qəti şəkildə belə hərəkət etmədiyini bildirmişdir. X8 tanımamış və ödənişlər barədə heç bir məlumatı olmamışdır. Rüfət onun xəbəri olmadan kreditlərini ödəmişdir. O, Rüfətdən nə üçün onun yerinə ödəniş etməsini soruşduqda ona demişdir ki, İphone 13 markalı mobil telefonu lombarda qoyaraq pul götürübdür. Ona görə də ödəniş edib. O, Rüfətin onun adına olan 2956.36 AZN kredit ödəməsini bilməmişdir. 2023-cü ilin fevral ayın 12-də Rüfət onlara gələrək kiməsə qarşı dələduzluq etməsini deyərək şəxsin polisə şikayət etməməsi üçün 300 manat verməli olduğunu demişdir. Rüfət ondan 300 manat pul istəmiş və anasına məlumat verməməyini xahiş edərək pensiyasını alaraq geri qaytaracağını demişdir. O da Rüfətə 300 manat pul vermişdir. Mart ayının sonunadək kommunal ödənişlərə 300 manat ödəməli olduğunu demişdir. Rüfət də ona kommunalları ödəyə biləcəyini demiş və o razılaşmışdır. O, Rüfətə kommunal kodlarını göndərmişdir. Sonradan ona kommunalları ödəməsini və ona 150 manat borcunun qalmasını, Bakıya gələn zaman verəcəyini demiş, o da razılaşmışdır. Bəxtiyar Maqsudun uşaqlıq dostu, Rüfətin tanışı olmuşdur. Çingiz isə Bəxtiyarın tanışıdır. O, əvvəldən bilmişdir ki, Rüfətin Bəxtiyara 1400 manat borcu olmuşdur. Eşitmişdir ki, Rüfət Bəxtiyara borcunu ödəmək əvəzinə cərimələrini ödəməyi təklif edibdir. Həmin məbləğləri hansı formada və necə ödəməsini bilməmişdir. Həmçinin **********70476 nömrəli kodla İdeal İnşaat MTK-nın elektrik enerjisinə 100 AZN ödənişi hansı abonentin ödənişi olmasını da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 iki il əvvəl ortaq dostları vasitəsilə tanımışdır. Həmin vaxtdan onların aralarında normal münasibət olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. 2023- cü ilin mart ayının axırlarında Təqsirləndirilən şəxs1 ona Daxil İşlər Nazirliyində tanışlarının olduğunu və tanışlarının vasitəsilə cərimələri yarı qiymətinə sildirə biləcəyini bildirmişdir. 01 aprel 2023-cü il tarixdə o, Rüfətə çox sayda cərimələri olduğunu və bu səbəbdən avtomobilə həbs qoyulduğunu, buna görə də həmin cərimələrin ödənilməsində ona köməklik etməsini demişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Rüfətlə əlaqə saxlayaraq təxminən 227 manata yaxın məbləğdə cəriməsi olduğunu demiş və Rüfət də ona həmin cərimələri 100 manat qarşılığında ödəyə biləcəyini bildirmişdir. O da razılaşmış və Rüfətə 100 manat pul vermişdir. Bundan bir qədər sonra onun cəriməsi ödənilmişdir. Təqsirləndirilən şəxs1 ona nazirlikdə olan tanışları vasitəsilə cərimələri yarı qiymətinə ödətdirəcəyini bildirmişdir. Onun Rüfətin həmin ödənişləri oğurluq kartlar vasitəsilə etməsindən xəbəri olmamışdır. Çünki Rüfət ona həmin ödənişləri tanışları vasitəsilə sildirəcəyini demişdir. Həmçinin Rüfət həqiqətən cərimələrini sildirdiyi üçün o, Rüfətdən şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 maşın ustası olaraq təxminən 2012-ci il tarixdən tanıyır. Təqsirləndirilən şəxs1 isə təxminən bir ilə yaxındır ki, Maqsud vasitəsilə tanımışdır. Həmin vaxtdan aralarında normal münasibət olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin aprel ayının 3-də onun cəriməsi olduğu və avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün avtomobilini cərimə meydançasına aparmışlar. Həmin gün onun üzərində pul olmadığı üçün Rüfətdən cəriməni ödəməsini xahiş etmiş və 10-15 günə pulunu qaytaracağını bildirmişdir. Rüfətdə razılaşmış və 135 manatlıq cəriməni Rüfət ödəmişdir. Bundan təxminən 10-15 gün sonra o, Rüfətdən aldığı 135 manatın üzərinə etdiyi yaxşılığa görə 15 manatda qoyaraq ümumilikdə 150 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs1 o, bu barədə heçnə soruşmamışdır. Rüfət sadəcə ona pulunun olduğunu dediyi üçün o, Rüfətdən cəriməsini ödəməsini xahiş etmişdir. Onun Rüfətin həmin ödənişi oğurluq kartlar vasitəsilə etməsindən xəbəri olmamışdır. Həmçinin Rüfət həqiqətən cəriməni ödədiyi üçün o, Rüfətdən şübhələnməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, 86 saylı körpələr evi uşaq baxçasında xadimə-dayə vəzifəsində işləyir. 2022-ci ilin oktyabr noyabr aylarında instagram sosial şəbəkəsində hazırda adını unutduğu səhifədə kredit elanı görmüşdür. Həmin elanda qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrəni də sonralar xatırlamamışdır. Onun əlaqə saxladığı 2 nəfər şəxs ona özlərini bank işçiləri kimi təqdim etmiş və sərfəli kredit təklif etdiklərindən o, qəbul etmişdir. Həmin şəxslər ona 1000 manat pul verəcəklərini, lakin əvvəlcədən 300 manat pul verməli olduğunu bildirmişlər. Aylıq ödəniş barədə isə danışmamışlar. O, həmin şəxsə 300 manat pulunun olmadığını demişdir. Həmin şəxslər ona güvənmirsə öz kartına 20 manat pul köçüməsini demişlər. Həmin şəxslər onun kartından pulu götürəcəklərini və ardınca ona 1000 manat pul köçürəcəklərini demişdir. O, öz kartına 20 manat pul köçürməsi etmişdir. Bir neçə dəqiqə sonra şəxsiyyət vəsiqəsinin, kartının və həmin kartın mobil nömrəsinə gələn 4 rəqəmli SMS kodu istəmişlər. O, həmin şəxslərə şəxsiyyət vəsiqəsinin surətini və kartının 16 rəqəmli kodunu desə də, 4 rəqəmli kodu deməmişdir. Sonradan həmin şəxslər onu blok etmiş və onunla əlaqəni kəsmişlər. Həmin şəxslərlə həmin gündən əlaqə saxlamamış, nömrələrini də unutmuşdur. Adlarını da bilməmişdir. X22 ilə adından istifadə etməklə edilən ödənişlərdən heç bir xəbəri olmamışdır. Onun bu köçürmələrdən heç bir xəbəri olmamışdır. Həmin ona kredit verməyə görə onu aldadan şəxslər şəxsiyyət vəsiqəsindən istifadə etməklə bu hərəkətləri etmişlər. Qeyd olunan şəxslərin heç birini tanımamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 maşın ustası olaraq təxminən 6-7 aydır ki, tanıyır. Təqsirləndirilən şəxs1 isə Maqsud vasitəsilə tanımış və 2-3 ilə yaxındır ki, tanışlığı vardır. 03 aprel 2023-cü il tarixdə o, Rusiya Federasiyasının Moskva şəhərində olan zaman Təqsirləndirilən şəxs1 “Whatsapp” tədbiqi vasitəsilə onunla əlaqə saxlayaraq ona məxsus Niva markalı avtomobilini 1 günlük icarəyə götürmək istədiyini bildirmişdir. O da Rüfətə bir günü üçün 150 manat ödəməklə avtomobilini icarəyə götürə biləcəyini bildirmişdir. Bundan sonra Rüfət ona 150 manat göndərə bilməyəcəyini, lakin əvəzində 400 manatlıq kontur göndərə biləcəyini bildirmişdir. O da razılaşmış və bundan sonra Rüfət ona aid ***-***-**-** saylı mobil nömrəsinə 2 dəfəyə hər biri 200 manatlıq olmaqla ümumilikdə 400 manatlıq kontur balansı yükləmişdir. O da bunun qarşılığında Rüfəti avtomobilini gedib götürüb sürməsi üçün yönləndirmişdir. Daha sonra isə həmin konturu Moskva şəhərində olduğu üçün roming internet balansına yükləmişdir. Təqsirləndirilən şəxs1 ona həmin konturu haradan və hansı formada ödəməsi barədə heçnə deməmişdir. Onun Rüfətin həmin ödənişləri oğurluq kartlar vasitəsilə etməsindən xəbəri olmamışdır. Çünki Rüfət ona bu barədə heçnə deməmişdir. Həmçinin o, Rüfəti uzun müddətdi tanıdığı üçün şübhələnməmişdir. Həmçinin bildirmişdir ki, o, 4 ildən çoxdur ki, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. xx.xx.2023-cü il tarixdə həmin mobil telefon nömrəsi onun istifadəsində olub, həmin ərəfədə o, Rusiya Federasiyasında olub. Ona borcu olan tanışı Təqsirləndirilən şəxs1 həmin ərəfələr onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə müxtəlif məbləğlərdə pul (kontur) göndərib, Rüfətin həmin pulu onun telefonuna necə göndərdiyini o, bilmir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 25 ildən çoxdur ki, mobil telefondan istifadə edir, təxminən 10 il olar ki, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. ***-***-**-** mobil telefon nömrəsindən bir neçə gün istifadə etmişdir. Həmin mobil nömrəni 2021 -ci ilin noyabr ayında tanış X11 2500 manata almış, 15-20 gün sonra o, həmin mobil telefon nömrəsini öz adına rəsmiləşdirib istifadə etmək istəmişdir. Lakin nömrəyə çoxlu sayda tanımadığı adamlar zəng edib Vüqarı soruşduğuna görə o, təxminən 2 ay sonra həmin nömrəni 4000 manata satmaq qərarına gəlib bu barədə tanışlarıma söyləmişdir. Həmin vaxtı Vüqar ona zəng edib nömrəni satmaq istədiyini eşitdiyini deyib, ona nömrəni ona satmağımı xahiş etmişdir. O, da razılaşmışdır. Həmin vaxtı Vüqar artıq bir ay olardı ki, Türkiyə Respublikasında imiş. Razılaşmamızdan sonra Vüqar, mobil telefon nömrəsini ondan götürmək üçün öz tanışını göndərmiş və həmin nömrəni aldıqdan sonra ona kart vasitəsi ilə 2800 manat pul göndərmişdir. Bundan sonra Vüqar həmin mobil telefon nömrəsini “Rominq” xidmətinə keçirib istifadə etməyə başladı. Ona da bir neçə dəfə həmin mobil nömrə ilə zəng edib haləhval tutmuşdur. Onun bildiyinə görə Vüqar Bakı şəhəri Xəzər rayonu ərazisində törətdiyi müxtəlif cinayət əməllərinə görə axtarışda olduğu üçün Rusiya Federasiyasında tutulmuş və hazırda orada həbsdədir. xx.xx.2023-cü il tarixdə həmin mobil telefon nömrəsi onun istifadəsində olmayıb, ***-***-**-** mobil telefon nömrəsinin də Vüqarın dostu Şahid4 istifadəsində olmuşdur. Nurməmməd, həmin mobil nömrə ilə bir neçə dəfə onunla danışmışdır. Onun bildiyinə görə Nurməmməd də Rusiya Federasiyasında Vüqarla eyni evdə kirayədə yaşayırdı və Vüqar həbs olunduqdan sonra ***-***-**-** mobil telefon nömrəsindən Nurməmməd istifadə edir. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilən çıxarışlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, “X22” vasitəsilə X6 adı ilə qeydiyyatda keçirilmiş hesabla xx.xx.2023-cü il tarixdə saat 21:17-də Şahid3 aid 32 manat dəyərində inzibati cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:18-də 64 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:18-də 32 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:19-da 45 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:19-da 9 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:19-da 45 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:20-də Bəxtiyar Bərxudarova aid 135 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:21-də Təqsirləndirilən şəxs2 aid 64 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:21-də 40 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:21-də 96 manat dəyərində cərimə, xx.xx.2023-cü il tarixdə saat 21:22-də Təqsirləndirilən şəxs1 aid 480 manat dəyərində cərimə, xx.xx.2023cü il tarixdə saat 21:25-də Şahid1 aid 236 manat 36 qəpik dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:25-də 300 manat dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:26-da 300 manat dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:27-də 300 manat dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:29-da 500 manat dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:38-də 50 manat dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:48-də 320 manat dəyərində kredit ödənişi, xx.xx.2023-cü il tarixdə saat 21:49-da 1000 manat dəyərində kredit ödənişi edilmiş, xx.xx.2023-cü il tarixdə saat 21:56-də ***-***-**-** mobil nömrəsinə 200 manat dəyərində, saat 21:57-də 200 manat dəyərində kontur, xx.xx.2023-cü il tarixdə saat 22:02-də 051- 696- 23-23 mobil nömrəsinə 30 manat dəyərində kontur yüklənilmiş, xx.xx.2023-cü il tarixdə saat 22:03-da 100 manat dəyərində elektrik enerjisi kommunal ödənişi, xx.xx.2023cü il tarixdə saat 22:06-da 150 manat dəyərində su kommunal ödənişi, xx.xx.2023-cü il tarixdə saat 22:16- da 30 manat dəyərində telefon abunə haqqı ödənişi edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş "xxxx" ASC-dən daxil olan xx.xx.2023- cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilən çıxarışlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, “X22” vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 03:51- də ***-***-**-** mobil nömrəsinə 20 manat dəyərində, xx.xx.2023-cü il tarixdə saat 03:53-də ***-***-**-** mobil nömrəsinə 60 manat dəyərində kontur, xx.xx.2023-cü il tarixdə saat 03:57-də ***-***- **-** mobil nömrəsinə 100 manat dəyərində kontur yüklənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilmiş “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır.Həbs qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 19 sentyabr 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətmələrii özlərinin etirafı ilə bərabər, zərərçəkmiş şəxslərin ifadələri,şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxsərin hər ikisinin etdikləri cinayət üzrə özlərini təqsirli bilmələrini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkənlərə dəymiş maddi ziyanı tamamilə ödəməsi onlara təyin ediləcək cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1-ci maddəsinin sanksiyasının həddində və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yardımlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir.Abşeron rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(012)-185/2023 saylı Qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2 maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Yardımlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07.09. 2023-cü il tarixdə qeydiyyata götürülmüş, cəzasının 14 gününü çəkmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yardımlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli ,Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəzasının çəkilən 14 günü və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan həbs qətimkan tədbiri ilə bağlı 19 sentyabr 2023-cü il tarixdən hal-hazıradək, yəni, xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 08 ay,18 gün, CM-nin 69.3 maddəsinə əsasən bir günə iki gün hesabı ilə olmaqla, 01 il, 05 ay,06 gün, cəmisi 01 il,05 ay,20 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, CM-nin 69.3 maddəsinə əsasən bir günə iki gün hesabı ilə olmaqla 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırda Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri qüvvədə saxlanmalıdır. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 21 sentyabr 2023cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və bu məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yaşadıqları yer üzrə, yəni Bakı şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda, yəni Bakı şəhər Probasiya şöbəsində qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 və X20 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə, 04 gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməklə, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X20 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(038)-15/223 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 02 (iki) il azadlığın məhdudlaşdırlması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(038)-15/223 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilən 14 günü və Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri ilə bağlı 19 sentyabr 2023-cü il tarixdən hal-hazıradək, yəni, xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 08 ay, 18 gün, bir günə iki gün hesabı ilə olmaqla, 01 il, 05 ay,06 gün olmaqla, cəmisi 01 il, 05 ay, 20 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01 il, 06 ay, 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməklə, Bakı şəhəri ərazi hüdudlarını axşam tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 hazırki hök üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 oğluna ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar