Məhkəmə qərarları › İş №1(012)-427/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-427/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-427/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2008-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşma çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə dostları X2 və X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu. Xırdalan şəhəri. AAAF park yaşayış kompleksində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Ailə“ marketə birlikdə pəncərədən qanunsuz daxil olmuş və oradan hər birinin qiyməti 4 manat 50 qəpik olan 418.5 manat dəyərində 12 ədəd ağ qalın. 8 ədəd nazik, 9 ədəd göy qalııı, 18 ədəd göy nazik. 7 ədəd qara qalın, 9 ədəd qara nazik, 22 ədəd ballı kompakt, 8 ədəd gold adlandırılan “Sobranie" markalı, hər birinin qiyməti 4 manat olan 308 manat dəyərində 7 ədəd göy kompakt, 16 ədəd boz kompakt, 15 ədəd boz nazik, 8 ədəd ağ nazik, 9 ədəd ballı nazik, 14 ədəd ballı kompakt, 8 ədəd mentol adlandırılan “Winston" markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 183.6 manat dəyərində 22 ədəd ağ kompakt, 12 ədəd ballı kompakt, 14 ədəd boz nazik, 6 ədəd göy kompakt adlandırılan “LD" markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 1 17.8 manat dəyərində 8 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 14 ədəd boz nazik, 9 ədəd göy nazik adlandırılan "Winchester" markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 281.4 manat dəyərində 23 ədəd nazik, 7 ədəd qalın adlandırılan “Kent 4" markalı, 8 ədəd nazik adlandırılan “Kent 1" markalı, 9 ədəd “Kent 8" markalı, 12 ədəd mentol adlandırılan “Kent" markalı, 8 ədəd “Dunhill" markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 670,8 manat dəyərində 12 ədəd göy qalın, 8 ədəd qırmızı qalın, 9 ədəd göy kompakt, 8 ədəd qırmızı kompakt 8 ədəd göy nazik, 7 ədəd qırmızı nazik, 14 ədəd ballı nazik adlandırılan “Argo" markalı,8 ədəd ağ, 12 ədəd göy, 22 ədəd qara adlandırılan “Viceroy" markalı, 8 ədəd ağ kompakt, 9 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 20 ədəd ağ nazik, 22 ədəd boz nazik, 8 ədəd qara nazik adlandırılan “Magna" markalı, 8 ədəd göy kompakt, 6 ədəd qırmızı kompakt, 9 ədəd göy nazik, 12 ədəd ağ nazik, 14 ədəd qızılı, 10 ədəd portağal, 8 ədəd göy mentol, 9 ədəd yaşıl mentol adlandırılan “Keno" markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 198,4 manat dəyərində 12 ədəd boz, 10 ədəd göy. 8 ədəd sarı adlandırılan "Rothmans" markalı, 12 ədəd boz, 14 ədəd mentol, 8 ədəd ağ adlandırılan “Palmall" markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 268.6 manat dəyərində 10 ədəd sarı, 12 ədəd boz kompakt, 8 ədəd göy kompakt, 9 ədəd mentol, 8 ədəd qarpız, 18 ədəd ağ nazik, 14 ədəd boz nazik adlandırılan “Davidoff' markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 241.8 manat dəyərində 10 ədəd boz, 10 ədəd göy adlandırılan "Vegas" markalı, 12 ədəd qalın, 9 ədəd boz nazik adlandırılan “West" markalı, 10 ədəd göy, 10 ədəd sarı adlandırılan “Prima" markalı, 8 ədəd boz, 7 ədəd göy kompakt, 9 ədəd qırmızı kompakt, 8 ədəd göy nazik adlandırılan “Kingston" markalı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 148.4 manat dəyərində 8 ədəd boz, 10 ədəd qızılı adlandırılan “Senati" markalı, 8 ədəd göy uzun, 9 ədəd boz uzun, 18 ədəd boz kompakt adlandırılan “Classic" markalı, hər birinin qiyməti 2 manat 90 qəpik olan 176.9 manat dəyərində 10 ədəd qırmızı kompakt, 9 ədəd göy kompakt, 10 ədəd qırmızı nazik, 8 ədəd göy nazik, 9 ədəd boz nazik, 9 ədəd yaşıl mentol və 6 ədəd qırmızı mentol adlandırılan “Wanl" markalı tütün məmulatlarını, hər birinin qiyməti 1 manat 80 qəpik olan 21,6 manat dəyərində 12 ədəd "Alpen gold" şokoladı, hər birinin qiyməti 2 manat olan 20 manat dəyərində 10 ədəd böyük “Snickers"şokoladı, hər birinin qiyməti 1 manat 50 qəpik olan 21 manat dəyərində 14 ədəd balaca “Snickers" şokoladı, hər birinin qiyməti 1 manat olan 20 manat dəyərində 20 ədəd “Orbit" markalı saqqız, hər birinin qiyməti 8 manat olan 32 manat dəyərində 4 ədəd “Head and shoulders" markalı saç şampunu, hər birinin qiyməti 6 manat olan 24 manat dəyərində 4 ədəd 1 kiloqramlıq “Ana-bala" yağı, hər birinin qiyməti 50 qəpik olan 12.5 manat dəyərində 25 ədəd alışqanı. 140 manat nağd pulu, cəmi 3305.30 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3305,30 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Quba rayonu, Zərqava kənd ünvanında qeydiyyatda olsa da. ünvan 2 ünvanında yaşayır. 26 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu. Xırdalan şəhəri, AAAF park yaşayış massivinin həyətində dostları X3 və X2 ilə söhbət edirmiş. Həmin vaxt kompleksin həyətində bir qədər gəzdikdən sonra o sonunculara 250 manat pul borcunun olduğunu bildirmiş və həmin pulu tapmaqda ona köməklik etməklərini xahiş etmişdir. Onlarda da pul olmadığından oğurluq etmək qərarına gəlmişlər. O AAAF' park yaşayış kompleksində yerləşən “Ailə" marketdən oğurluq etməyi təklif etmişdir. Firad və Məhəmməd razılıq verdikdən sonra 27 yanvar 2024-cü il tarixdə saat 04 radələrində həmin ünvana getmişlər. Marketin yanma çatdıqdan sonra marketin arxa tərəfinə keçmişlər, dükanın pəncərəsinin əvvəlcədən işləmədiyini Firad bildiyi üçün dükana pəncərədən daxil ola biləcəklərini bildirmişdir. Bundan sonra üzərlərində olan papaqdan maska düzəldib geyindikdən sonra dükanın arxasında olan qaz borusuna dırmaşmaqla marketə daxil olmuşlar. Marketə əvvəlcə Məhəmməd, daha sonra isə o və Firad daxil olmuşdur. Dükanda olan sellofan torbaları götürmüşlər. Firad kassaya yaxınlaşıb, kassada olan kağız pulları cibinə, masanın üzərindəki qabda olan qəpik pulları isə oğurlayıb sellofan torbaya yığmışdır. O və Məhəmməd isə dükandan siqaretləri oğurlayıb sellofan torbalara yığmışdır. Onlar dükana daxil olduqları yerdən çıxıb AAAF yaşayış kompleksinin həyətinə getmişlər. Oğurlayaraq sellofan torbalara yığdıqları əşyaları onun yaşadığı evin həyətinə qoymuşar və Firad götürdüyü kağız pulları sayan zaman 100 manat olduğu onlara məlum olmuşdur. Həmin kağız pulları və qəpik pulları Firad ona vermişdir. O həmin pulları saydıqda birlikdə 140 manat olduğu ona məlum olmuşdur. Həmin pulun 25 manatını Məhəmməd götürmüş, qalan pul isə onda qalmışdır. Sellofan torbalara baxan zaman isə torbalarda siqaretlərdən başqa, şokolad, saqqız, şampun, alışqan və yağ olduğunu görmüşdür. Ona pul lazım olduğu üçün oğurladıqları əşyaları onun evində saxlamışlar ki, o satsın və əldə eldiyi pul ilə borcunu qaytarsın. O siqaretləri həmin gün yəni 27 yanvar 2024-cü il tarixdə Xırdalan bazarında tanımadığı şəxslərə satmışdır. O satdığı siqaretlərdən 200 manatdan çox pul əldə etmişdir. Həmin pulun 100 manatını Məhəmmədə, 30 manatını isə Firada vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır və həmin yaşayış kompleksində bina 11-də yerləşən "Ailə" marketi icarə əsasında işlədir. Marketi hər gün saat 08-də açır və saat 02-03 radələrində bağlayır. 27 yanvar 2024-cü il tarixdə də marketi saat 03 radələrində bağlayıb evə getmiş və həmin tarixdə saat 08 radələrində marketi açdıqda marketdən oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Belə ki. naməlum şəxslər marketə marketin arxasındakı pəncərəni açmaqla daxil olmuş və marketdən hər birinin qiyməti 4 manat 50 qəpik olan 12 ədəd ağ qalın. 8 ədəd nazik, 9 ədəd göy qalın, 18 ədəd göy nazik. 7 ədəd qara qalın, 9 ədəd qara nazik, 22 ədəd ballı kompakt, 8 ədəd gold adlandırılan "Sobranie" markalı, hər birinin qiyməti 4 manat olan 7 ədəd göy kompakt, 16 ədəd boz kompakt, 15 ədəd boz nazik, 8 ədəd ağ nazik. 9 ədəd ballı nazik, 14 ədəd ballı kompakt, 8 ədəd mentol adlandırılan “Winston" markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 22 ədəd ağ kompakt, 12 ədəd ballı kompakt, 14 ədəd boz nazik. 6 ədəd göy kompakt adlandırılan “LD" markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 8 ədəd boz kompakt. 7 ədəd göy kompakt, 14 ədəd boz nazik, 8 ədəd göy nazik adlandırılan "Winchester" markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 23 ədəd nazik. 7 ədəd qalın adlandırılan "Kent 4" markalı, 8 ədəd nazik adlandırılan "Keııt 1" markalı. 9 ədəd "Kent 8" markalı. 12 ədəd mentol adlandırılan "Keııt" markalı. 8 ədəd "Dunhill" markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 11 ədəd göy qalın. 8 ədəd qırmızı qalın. 9 ədəd göy kompakt, 8 ədəd qırmızı kompakt 8 ədəd göy nazik, 7 ədəd qırmızı nazik, 14 ədəd ballı nazik adlandırılan "Argo" markalı, 8 ədəd ağ, 12 ədəd göy, 22 ədəd qara adlandırılan “Viceroy" markalı, 8 ədəd ağ kompakt. 9 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 20 ədəd ağ nazik, 22 ədəd boz nazik, 8 ədəd qara nazik adlandırılan "Magna" markalı, 8 ədəd göy kompakt. 6 ədəd qırmızı kompakt. 9 ədəd göy nazik. 12 ədəd ağ nazik, 14 ədəd qızılı, 10 ədəd portağal. 8 ədəd göy mentol, 9 ədəd yaşıl mentol adlandırılan "Keno" markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 12 ədəd boz, 10 ədəd göy, 8 ədəd sarı adlandırılan "Rothmans" markalı, 12 ədəd boz, 14 ədəd mentol, 8 ədəd ağ adlandırılan "Palmall" markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 10 ədəd sarı, 12 ədəd boz kompakt, 8 ədəd göy kompakt. 9 ədəd mentol, 8 ədəd qarpız, 18 ədəd ağ nazik. 14 ədəd boz nazik adlandırılan "Davidoff' markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 10 ədəd boz, 10 ədəd göy adlandırılan "Vegas" markalı. 12 ədəd qalın, 9 ədəd boz nazik adlandırılan "West" markalı, 10 ədəd göy, 10 ədəd sarı adlandırılan “Prima" markalı, 8 ədəd boz, 7 ədəd göy kompakt, 9 ədəd qırmızı kompakt, 8 ədəd göy nazik adlandırılan “Kingston" markalı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 8 ədəd boz, 10 ədəd qızılı adlandırılan "Senati" markalı, 8 ədəd göy uzun, 9 ədəd boz uzun, 18 ədəd boz kompakt adlandırılan “Classie" markalı, hər birinin qiyməti 2 manat 90 qəpik olan 10 ədəd qırmızı kompakt, 9 ədəd göy kompakt, 8 ədəd qırmızı nazik, 8 ədəd göy nazik. 9 ədəd boz nazik, 9 ədəd yaşıl mentol və 6 ədəd qırmızı mentol adlandırılan “Waııt" markalı lütün məmulatları, hər birinin qiyməti 1 manat 80 qəpik olan 12 ədəd "Alpcn gold” şokoladı, hər birinin qiyməti 2 manat olan 10 ədəd böyük "Snickcrs"şokoladı. hər birinin qiyməti 1 manat 50 qəpik olan 14 ədəd balaca “Sııickers" şokoladı, hər birinin qiyməti 1 manat olan 20 ədəd “Orbit" markalı saqqız, hər birinin qiyməti 8 manat olan 4 ədəd “Head and shoulders" markalı saç şampunıı. hər birinin qiyməti 6 manat olan 4 ədəd 1 kiloqramlıq “Ana-bala” yağı, hər biri 50 qəpik olan 25 ədəd alışqanı və 140 manat nəğd pulu oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3305 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin baş verdiyini gördükdən sonra oğlu Şahid zəng edib sonuncunu marketə çağırmışdır. Bundan sonra Şahid Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki. O, ünvan 4 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır və Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi bina 11 də yerləşən “Ailə" marketi icarə əsasında işlədir. 27 yanvar 2024-cü il tarixdə saat 09 radələrində evdə olduğu zaman atası istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək icarə əsasında işlətdiyi marketdən oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. O da dərhal marketə getmiş və həqiqətəndə oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Atasından marketdən neçə manat dəyərində oğurluq hadisəsinin baş verdiyini soruşduqda, təxminən 3000 manat civarında olduğunu bildirmişdir. Bundan sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində atası Zərərçəkmiş şəxs 3305.30 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki. marketdən 140 manat nəğd pul. tütün məmulatları, saqqız, alışqan, şampun yağ və şokolad oğurlanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Abşeron rayonu. Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən “Ailə" marketdən 27 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd SD disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs X5 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; video görüntü əks olunan bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar