Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-428/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1996-cı ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu X5 ilə birlikdə 16 yanvar 2021-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivində yaşadığı evin qarşısında saxladığı “Shacman SX33114DT366” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin hər biri 250 manat dəyərində olan iki ədəd akkumlyatorlarını oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu X5 ilə birlikdə 16 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivində yaşadığı evin qarşısında saxladığı “Shacman SX331” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin hər biri 240 manat dəyərində olan 2 ədəd akkumlyatorlarını oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 480 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu X5 ilə birlikdə 17 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Şahid2 etibarnamə ilə idarə etdiyi və Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evin qarşısında saxladığı, Zərərçəkmiş şəxs3 məxsus, “Shacman” markalı, 99-VL- 539 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin hər biri 180 manat dəyərində olan 2 ədəd, “Forvard” markalı akkumlyatorlarını oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 360 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu X5 ilə birlikdə 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Güzdək qəsəbəsində yaşadığı evin qarşısında saxladığı “Kamaz-5511” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin hər biri 200 manat dəyərində olan 2 ədəd akkumlyatorların və “MAZ 5334 KC3575” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtokranın hər biri 395 manat olan 2 ədəd akkumlyatorlarını oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 1190 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu X5 ilə birlikdə 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 03:30 radələrində Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Güzdək qəsəbəsində yaşadığı evin qarşısında saxladığı “DONG FENG” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin hər biri 270 manat dəyərində olan 2 ədəd akkumlyatorlarını oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 540 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu X5 ilə birlikdə 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 04 radələrində Şahid3 etibarnamə ilə idarə etdiyi və Abşeron rayonu, Güzdək qəsəbəsində yaşadığı evin qarşısında saxladığı, Zərərçəkmiş şəxs4 Talib oğluna məxsus, “Maz-5549” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin hər biri 240 manat dəyərində olan 2 ədəd akkumlyatorlarını oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 480 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 yanvar 2021-ci il tarixə keçən gecə axşam saat 21 radələrində Biləcəri qəsəbəsində yaşayan bibisi oğlu X4 onun yaşadığı evə qonaq gəlmiş, sonuncu ilə söhbət edib telefonda bir neçə saat müddətində oyun oynadıqdan sonra o, siqaret almağa və xərcləməyə pulunun olmadığını görüb Elnura Güzdək qəsəbəsinə gedib orada küçədə dayanmış yük maşınlarının akkumlyatorlarını oğurlayıb həmin akkumlyatoru məhəllələrində yaşayan və öz həyətində metal qəbulu ilə məşğul olan Nurlana satıb pulunu öz aralarında bölməyi təklif etmiş, Elnur da onunla razılaşdıqdan sonra, saat təxminən 05 radələrində o, atasının icarəyə götürdüyü “Kia- Rio” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib,idarə edərək Elnurla birlikdə akkumlyator oğurlamaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivinə getmiş və avtomobil ilə küçələrdə gəzərək oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamışlar. Həmin vaxtı “Shacman” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı və “Shacman” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobillərinin küçədə dayandığını və ətrafda heç kimin olmadığını görüb həmin avtomobillərin akkumlyatorlarını oğurlamaq qərarına gələrək idarə etdiyi avtomobili küçədə həmin maşınlardan bir az kənarda saxlamış, sonra avtomobilində olan vintaçanı götürüb Elnurla birlikdə həmin “Shacman” markalı maşınlara yaxınlaşıb həmin maşınların hər birinin üzərində olan iki ədəd, markasını bilmədiyi akkmlyatoru açıb idarə etdiyi “Kia-Rio” markalı avtomobilin yük yerinə qoyub tez sürüb oradan uzaqlaşaraq yenə həmin qəsəbədə oğurluq etməyə maşın axtarmağa başalmışlar. Lakin tapa bilməyib hava işıqlaşdığından tez oradan uzaqlaşmışlar. Elnura həmin gecə yenə bir neçə akkumlyator oğurlayıb sonra həmin akkumlyatorları cəm halında Nurlana satmaq üçün gecə görüşməyi təklif etmiş, sonuncu da razılaşıb evlərinə getmiş, o da oğurladıqları akkumlyatorları maşınının yük yerində saxlayıb evə yatmağa getmiş, nahardan sonra yuxudan dürub atası Elşən Mirzəyevin yaşadıqları qəsəbədə yerləşən avtomobil təmiri sexinə gedib ona köməklik etməyə başlamışdır. Həmin günü saat təxminən 20 radələrində sexdən çıxıb evə getmiş, az sonra Elnur onun yaşadığı evə gəlmiş, bir neçə saat birlikdə vaxt keçirdikdən sonra razılaşdıqları kimi saat 05 radələrində ailə üzvlərinin xəbəri olmadan sakitcə evdən çıxıb Elnurla birlikdə küçədə saxlanılan yük maşınlarından akkumlyator oğurlamaq üçün idarə etdiyi “Kia-Rio” markalı avtomobilə minib Abşeron rayonu, Qobu qəsəbəsinə gedərək küçədə saxlanılan yük avtomobili axtarmağa başlamışlar. Bir az gəzdikdən sonra “Shacman” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin küçədə dayandığını görüb həmin maşının akkumlyatorlarını oğurlamaq qərarına gələrək idarə etdiyi avtomobili küçədə həmin maşından bir az kənarda saxlamış və sonra avtomobilində olan vintaçanı götürüb Elnurla birlikdə həmin “Shacman” markalı maşına yaxınlaşıb avtomobilin üzərində olan markasını bilmədiyi iki ədəd akkumlyatoru açıb “Kia-Rio” markalı maşınının yük yerinə qoyub tez sürüb oradan uzaqlaşaraq yenə həmin qəsəbədə oğurluq etməyə maşın axtarmağa başlamışlar. Lakin tapa bilməyib artıq havanın işıqlaşdığını görüb tez oradan uzaqlaşıb yaşadığı Hökməli qəsəbəsinə qayıdaraq səhərin açılmasını gözləmək üçün atasının Hökməli qəsəbəsində işlədiyi avtomobil təmiri sexinin qarşısına getmişlər. Orada maşının içərisində bir az vaxt keçirdikdən sonra saat təxminən 09 radələrində məhəllələrində yaşayan metal qəbulu ilə məşğul olan Nurlanın yanına gedib, sonuncuya altı ədəd köhnə yük maşını akkumlyatorunun olduğunu deyib həmin akkumlyatorları almasını təklif etmiş, Nurlan da razılaşıb akkumlyatorların hər birini 44 manata alacağını söyləmiş və ondan həmin akkumlyatorları haradan aldığını soruşmuş, o da akkumlyatorları işlədikləri avtomobil təmiri sexində təmir etdikləri yük avtomobillərinin akkumlyatorlarını dəyişərkən qalan köhnə akkumlyatorlar olduğunu söyləyib əlavə 7-8 ədəd akkumlyatoru da sonra gətirəcəyini bildirmiş, Nurlan da onun təklifi ilə razılaşmış və bundan sonra altı ədəd akkumlyatoru tərəziyə qoyub çəkərək ona 265 manat pul vermiş, o da həmin pulu alıb oradan uzaqlaşaraq evlərinə tərəf getmiş, yolda olarkən oğurluqdan əldə etdikləri pulun 120 manatını Elnura verib, sonuncunu evlərinə yola salmış, sonra maşını sürüb evlərinə gedib yatmış, ertəsi günü oğrluqdan əldə etdiyi pulla maşınına ehtiyat hissəsi almaq üçün Xırdalan şəhərinə getdiyi vaxt həmin pulu da şalvarının arxa cibindən düşürüb itirmişdir. Buna görə də yenidən pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmiş və Elnura görüşüb gecə birlikdə akkumlyator oğurlamağa getməyi təklif etmiş, sonuncu da razılaşıb həmin gecə, yəni 19.01.2021-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində onun idarə etdiyi avtomobil ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsinə gedib oğurluq etmək üçün münasib avtomobil axtarmağa başlamışdır. Bu zaman həmin qəsəbəsindəki yeni yaşayış massivində sahibini tanımadığı evin qarşısında bir “Kamaz” markalı, 10-BJ- 218 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin və “MAZ” markalı, dövlət qeydiyyat nişanı olmayan avtokranın küçədə dayandığını görüb həmin maşınların akkumlyatorlarını oğurlamaq qərarına gəlmişlər. Buna görə o, idarə etdiyi “Kia-Rio” markalı avtomobili küçədə həmin maşınlardan 150-200 metr aralıda saxlayıb avtomobilindəki vintaçanı götürüb Elnurla birlikdə həmin maşınlara yaxınlaşmış və əvvəl “Kamaz” markalı yük maşınının iki ədəd akkumlyatorlarını, bunun ardınca da qaldırıcı kran maşının iki ədəd akkumlyatorlarını açıb idarə etdiyi “Kia-Rio” markalı avtomobilin yük yerinə qoyub tez sürüb oradan uzaqlaşaraq yenə həmin qəsəbədə oğurluq etmək üçün münasib maşın axtarmağa başalamışlar. Həmin vaxtı markasını bilmədiyi yük maşınının küçədə dayandığını görüb idarə etdiyi avtomobili həmin yük maşınının yanına sürüb saxlamış və Elnurla birlikdə maşından düşüb həmin yük avtomobilinin iki ədəd akkumlyatorlarını çıxarıb öz maşınının yük yerinə qoyub oradan uzaqlaşaraq yenə oğurluq etmək üçün avtomobil axtarmağa başlamışlar. Bu zaman küçədə “Maz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin dayandığını görüb həmin maşının da akkumlyatorlarını oğurlamaq qərarına gəlib, idarə etdiyi avtomobili yük maşınından bir az kənarda qaranlıqda saxlayıb Elnurla birlikdə həmin yük maşınının da iki ədəd markasını bilmədiyi akkumlyatorunu açıb öz maşınının salonuna qoyub Güzdək qəsəbəsindən çıxaraq səhərin açılmasını gözləmək və dönər yemək üçün Bakı şəhəri 20 Yanvar dairəsinə getmişlər. Lakin dönərxanalar bağlı olduğuna görə dönər yeyə bilməyib bir az maşının içərisində vaxt keçirərək saat təxminən 09 radələrində Hökməli qəsəbəsinə qayıdıb metal qəbulu ilə məşğul olan Nurlanın yanına getmişlər. O, maşından düşüb, Nurlana səkkiz ədəd də köhnə akkumlyator gətirdiyini deyib həmin akkumlyatorları almasını təklif etmiş, sonuncu da razılaşıb akkumlyatorların hər birinə 44 manat olmaqla ona 350 manat pul vermiş, o da həmin məbləğdə pulu alıb maşınını sürüb oradan uzaqlaşaraq evlərinə tərəf getmiş, yolda olarkən oğurluqdan əldə etdikləri pulun 150 manatını Elnura verib evlərinə yola salmış, özü isə evlərinə gedib yatmış, ertəsi günü oğurluqdan əldə etdiyi pulu maşınına ehtiyat hissəsi almağa xərcləmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivindəki fərdi evində yaşayır. Sürücüdür, ailəsini dolandırmaq üçün özünə məxsus, etibarnamə ilə idarə etdiyi, “Shacman SX331” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı özü boşaldan avtomobili ilə yük daşımaqla pul qazanır. Həmin yük avtomobilini 2018-ci ilin mart ayında X2 49.000 manata almış, lakin maddi imkanı olmadığına görə avtomobili öz adına sənədləşdirə bilməyib Kəmalə Mahmudovadan öz adına baş etibarnamə ilə almışdır. Həmin avtomobili həmişə yaşadığı evin qarşısında küçədə saxlayır. 16 yanvar 2021-ci il tarixdə gecə saat 05 radələrində qeyd olunan avtomobilini yaşadığı evin qarşısında küçədə saxlayıb evə yatmağa getmiş, həmin günü səhər saat 08 radələrində qonşuluqda yaşayan əmisi oğlu Məqsəd onun yanına gəlib, özünə və ona məxsus küçədə saxladıqları yük avtomobillərinin akkumlyatorlarının oğurlandığını söyləmiş, o bunu eşidən kimi tez öz avtomobilinin yanına getmiş və həqiqətən avtomobilinin üzərində olan hər birini 240 manata aldığı iki ədəd akkumlyatorların yerində olmadığını görmüş, bundan sonra mobil telefonu ilə akkumlyatorlarının oğurlanması barədə polisə məlumat vermişdir. Həmin vaxtı akkumlyatorlarının kim tərəfindən oğurlandığını bilməsə də az sonra polisdən həmin oğurluğun Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişlər. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, “Nübar” yaşayış massivindəki fərdi evində yaşayır. Ailəsini dolandırmaq üçün qardaşının adına qeydiyyatda olan, özünə məxsus “Shacman SX331” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobilini idarə edərək yük daşımaqla pul qazanır. Həmin avtomobil qardaşı Şahid1 adına qeydiyyatada olsa da faktiki olaraq ona məxsusdur. O, işdən qayıtdıqdan sonra avtomobilini həmişə yaşadığı evin qarşısında küçədə saxlayır. 14 yanvar 2021-ci il tarixdə qeyd olunan avtomobilini yaşadığı evin qarşısında, küçədə saxlamış, ertəsi günü işə getmədiyi üçün avtomobili yenə həmin yerdə qalmışdır. 16 yanvar 2021-ci il tarixdə səhər saat 08 radələrində evdən çıxıb həmin avtomobilinə yaxınlaşdığı vaxt avtomobilinin üzərindəki hər birinin dəyəri 250 manat olan 2 ədəd akkumlyatorun yerində olmadığını görmüş, həmin vaxtı qonşuluqda yaşayan əmisi oğlu Şükürə məxsus “Shacman SX331” markalı avtomobilin də akkumlyatorlarının yerində olmadığını müəyyən edib sonuncunun yanına gedərək bu barədə ona bildirmiş, bundan sonra Şükürlə birlikdə telefonla bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, həmin vaxtı akkumlyatorlarının kim tərəfindən oğurlandığını bilməsə də az sonra polisdən ona həmin oğurluğun Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişlər. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ev 23, mənzil 48-də yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus “Shacman” markalı, 99- VL-539 dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobili idarə etməsi üçün etibarnamə əsasında Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Şahid2 vermiş, sonuncu həmin avtomobillə onun sifariş etdiyi yükləri daşıyır və işdən sonra həmin yük avtomobilini yaşadığı ünvanda saxlayır. O da Elçinə sürücü kimi qət etdiyi məsafədən aslı olaraq zəhmət haqqı verir. 17 yanvar 2021-ci il tarixdə o, Elçinə zəng edib “Korgöz” daş karxanasına getməli olduğunu söyləmiş, həmin günü bir neçə dəqiqədən sonra, saat 11:30 radələrində Elçin ona zəng edib işə getmək üçün avtomobilə yaxınlaşıb mühərriki işə salmaq istəyərkən avtomobilin üzərindəki hər biri 180 manat dəyərində olan iki ədəd “Forvard” markalı akkumlyatorun yerində olmadığını söyləmiş, o da həmin akkumlyatorların oğurlandığını yəqin edib, Elçindən bu barədə polisə məlumat verməsini xahiş etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümimilikdə 360 manat məbləğində ziyan dəymişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Talib oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır. Əvvəllər sürücülüklə məşğul olsa da son vaxtlar səhhəti ilə bağlı işləyə bilmədiyi üçün özünə məxsus “Maz-5549” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı özü boşaldan avtomobilini etibarnamə ilə idarə etməsi üçün onunla eyni qəsəbədə yaşayan Şahid3 vermişdir. Rövşən həmin avtomobil ilə yük daşımaqla pul qazanır, işdən sonra avtomobili həmişə yaşadığı evin qarşısında küçədə saxlayır. 19 yanvar 2021-ci il tarixdə o, səhər qəsəbədə küçədə olduğu vaxt qəsəbə sakinlərindən həmin gecə Rövşənin və qəsəbənin bir neçə yük maşınlarının akkumlyatorlarının oğurlandığını eşidib, sonuncu ilə əlaqə saxlamış, Rövşən də avtomobilin üzərindəki hər biri 240 manat dəyərində olan iki ədəd akkumlyatorun oğurlandığını və bu barədə mobil telefonu ilə polisə məlumat verdiyini bildirmişdir. Həmin vaxtı o, akkumlyatorların kim tərəfindən oğurlandığını bilməsə də az sonra həmin oğurluğun Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır. Sürücüdür, özünə məxsus iki yük avtomobili var. Onlardan biri etibarnamə ilə idarə etdiyi Kamaz-5511 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı özü boşaldan yük avtomobili, digəri isə Maz- 5334 KC3575 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı qaldırıcı karan avtomobilidir. Həmin qaldırıcı kran avtomobilini 2020-ci ilin ortalarında Zakir adlı şəxsdən şifahi razılaşma əsasında 13.000 manata alsa da idarə etmir. Hər iki avtomobilini yaşadığı evin qarşısında küçədə saxlayır. “Covid-19” pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyinə görə o, avtomobillərini öz adına qeydiyyatdan keçirə bilməmişdir. 19 yanvar 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən küçəyə çıxdığı vaxt ona məxsus qaldırıcı kran avtomobilinin akkumlyatorlar olan qutusunun yerdə olduğunu görüb, həmin avtomobilinə yaxınlaşmış və avtomobilinin hər biri 200 manat dəyərində olan 2 ədəd akkumlyatorunun yerində olmadığını görüb oğurlandığını hiss edib tez həmin yerdə olan Kamaz markalı digər avtomobilinə yaxınlaşmış, bu zaman həmin avtomobilinin də hər birini 395 manata aldığı iki ədəd “Mutlu" markalı akkumlyatorunun yerində olmadığını görüb həmin akkumlyatorlarının oğurlandığını hiss etmiş, həmin vaxtı onunla eyni qəsəbədə yaşayan bacısı oğlu Şahid3 ilə söhbəti zamanı sonuncu da özünə məxsus yük avtomobilinin akkumlyatorlarının oğurlandığını söyləmişdir. Bundan sonra o, avtomobillərinin akkumlyatorlarının oğurlanması barədə polisə telefonla məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1190 manat məbləğində maddi ziyan dəymişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır. Sürücüdür, ailəsini dolandırmaq üçün özümə məxsus, etibarnamə ilə idarə etdiyi, "DONG FENG" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə mişar daşı daşımaqla pul qazanır. Həmin avtomobilini həmişə yaşadığı evin qarşısında küçədə saxlayır. 19 yanvar 2021-ci il tarixdə saat 08 radələrində özünə məxsus həmin yük avtomobilinə əyləşib mühərriki işə salmaq istəyərkən avtomobilin işə düşmədiyini görüb tez yerə düşüb avtomobilin nasaz yerini axtarmağa başlamış, bu zaman avtomobilinin üzərindəki hər biri 270 manat dəyərində olan 2 ədəd “Sarma” markalı akkumlyatorunun yerində olmadığını görüb oğurlandığını başa düşmüş, tez telefonu ilə bu barədə polisə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 540 manat məbləğində ziyan dəymişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, döngə 6-da nömrəsiz fərdi evdə yaşayır. Təxminən üç ay olar ki yaşadığı evin həyətində əlvan və qara metalları alıb Bakı şəhərindəki metal əritmə zavodlarına təhvil verərək pul qazanır. Qəbul etdiyi metalları bunun üçün ayırdığı xüsusi dəftərdə qeydiyyatını aparmaqla almış və metal aldığı adamların şəxsiyyət vəsiqələrinin ksero surətlərini alıb özündə saxlamışdır. Təqsirləndirilən şəxs 7-8 ay olar ki, onunla eyni məhəllədə yaşayan və metal qırıntıları toplayıb satmaqla məşğul olan adam kimi tanıyır. Əvvəllər ondan bir neçə dəfə qara metal qırıntıları almışdır. 2021-ci ilin yanvar ayının ortalarında tarixini dəqiq xatırlamadiğı gündə Ariz idarə etdiyi qara rəngli minik avtomobili ilə onun yaşadığı ünvana gəlib, altı ədəd istifadəyə yararsız akkumlyatorunu satmaq istədiyini bildirib, ona həmin akkumlyatorları almasını təklif etmiş, o da həmin akkumlyatorların içərisindəki qurğuşun metalını alıb satmaq niyyəti ilə Arizə həmin akkumlyatorların bir kiloqramını 1 manat 30 qəpiyə alacağını bildirmiş, sonuncu da razılaşmış və bundan sonra Arizin gətirdiyi altı ədəd akkumlyatoru tərəziyə qoyub çəkmiş, həmin vaxtı Ariz bundan başqa da evlərində əlavə səkkiz ədəd istifadəyə yararsız akkumlyator olduğunu, lakin həmin akkumlyatorları maşınına yükləyə bilmədiyi üçün altı ədədini gətirdiyini, qalanını da az sonra gətirəcəyini bildirmiş və ondan gətirəcəyi akkumlyatorların da pulunu hesablayıb verməsini xahiş etmiş, o da on dörd ədəd akkumlyatora görə ona cəmi 600 manat pul verəcəyini söyləmiş, Ariz də razılaşmış, bundan sonra o, Arizə 260 manat pul verib, gətirdiyi altı ədəd akkumlyatoru götürmüşdür. Bundan bir neçə gün sonra Ariz yenə həmin avtomobili ilə ona səkkiz ədəd də akkumlyator gətirib 340 manat pul alıb getmişdir. Ariz akkumlyatorları ona tək gətirmiş, Arizin yanında heç kim olmamış, sonuncunun bibisi oğlu Elnuru tanımır. Arizin gətirdiyi akkumlyatorları ertəsi günü metal əritmə zavoduna təhvil vermiş, avtomobilində yer olmadığına görə həmin akkumlyatorlardan yalnız ikisi həyətində qalmışdır. Şahidlər Şahid2 və Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadələri təsdiq etdikərini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» iş üzrə 28.09.2006cı il tarixli, həmçinin «Saidinin-Fransaya qarşı» iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilən şahidin verdiyi ifadəsi də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan müvafiq istintaq hərəkətləri protokollarından və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxslərə məxsus əmlakları gizli olaraq taladıqları yerləri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadələrini hadisə yerində təsdiq edib analoji ifadələr vermişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus “DONG FENG” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilindən oğurlayaraq Şahid4 satdığı 02 ədəd “Sarma” markalı akkumlyator sonuncu tərəfindən könüllü olaraq istintaqa təqdim edildiyinə görə iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.04.2021-ci il tarixli 228 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 02 ədəd, “Sarma” markalı, yük avtomobili üçün nəzərdə tutulmuş akkumlyatorların 2021-ci ilin yanvar ayına olan ümumi orta bazar qiyməti təxminən 480,00 manat təşkil edir. Məhkəməyə təqdim olunmuş zərərçəmiş şəxslər Zərərçəkmiş şəxs4 Talib oğlunun, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, cinayət işi üzrə vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs valideynləri tərəfindən onlara ödənilmişdir və təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17.03.2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28.08.2014-cü il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3, 66.5-ci maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya məhkəməsinin 27.05.2016-cı il tarixli qərarı ilə 28.08.2014-cü il tarixli hökm dəyişdirilərək qəti olaraq 03 il, 01 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,14.07.2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 05 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər, Nizami rayon məhkəməsinin 29.03.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya məhkəməsinin 01.06.2018-ci il tarixli qərarı ilə cəzası 04 il, 09 ay müddətinə endirilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 30.12.2019-cu il tarixli qərarı ilə 09 ay, 11 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 09.10.2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluqları ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, vurulmuş ziyanın ödənilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 21.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən barəsində 23.01.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasında onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 21.01.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE000 000 000 000 020 88501) köçürülməlidir. İş üzrə iki ədəd “Şarma” markalı akkumlyatorun saxlanılması üçün qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli 21.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə iki ədəd “Şarma” markalı akkumlyatorun saxlanılması üçün qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-428/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-428/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver