Məhkəmə qərarları › İş №1(012)-428/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-428/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-428/2022 01.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 1, ev 16-da qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, M.Hüseynzadə küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “Ayna Sultanova” heykəlinin yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ümumi 0,853 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrinbdə Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən istirahət parkının yaxınlığında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi çəkisi 0,853 qram psixotrop maddə metamfetamin, həmçinin əynində olan qara rəngli parçadan ibarət gödəkçənin sol iç cibindən psixotrop maddəni qəbul etmək üçün nəzərdə tutulmuş bir ədəd qələmin boru kimi istifadə olunan qırığı və siqaretin gümüşü rəngli 5 hissəyə bükülmüş falqaları aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əcəmi metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,304 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə tarixdə saat 15 radələrində X4 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri ərazisində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülümüş təmiz çəkisi 0,304 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu “Ayna Sultanova ” adlanan ərazidə fəhlə işləyən vaxtı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən təmənnasız şəxsi istifadəsi üçün “Şüşə“ yəni metamfetamin adlanan psixotrop maddə almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində ünvan 3 ünvanda yerləşən istirahət parkının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim etmişlər, polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra onun üzərində narkotik vasitə və ya psioxotrop maddə oluğundan şübhələndiklərini bildirib, onu Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmişlər. xx.xx.2022-ci il tarixdə o, polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 19-ci PŞyə getmişdir. Polis Şöbəsində ona videoçəkilişlə üzərinə şəxsi axtarış aparacaqları bildirilmiş, hüquqlarının müdafiə olunması üçün öz istəyilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Baxışda iştirak etmək üçün videoçəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Bundan sonra xidməti otaqların birində onun polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffav rəngli salofana bükülmüş psixotrop maddə olan “Şüşə” yəni metamfetamini, həmçinin əynində olan qara rəngli parçadan ibarət gödəkçənin sol iç cibindən psixotrop maddəni qəbul etmək üçün nəzərdə tutulmuş bir ədəd qələmin boru kimi istifadə olunan qırığı və siqaretin gümüşü rəngli 5 hissəyə bükülmüş falqaları çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi 01 ədəd şəffav rəngli salofana bükülmüş psixotrop maddə olan “Şüşə” yəni metamfetamin açılaraq, həmin şəffav rəngli salofan bükümün içərisindəkinin nə olduğunu deməyi təklif olunmuş və o, həmin 01 ədəd şəffav rəngli salofana bükülmüş içərisində olan psixotrop maddənin “Şüşə”yəni metamfetamin adlandığı bildirmişdir. Ondan həmin psixotrop maddənin haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edilən, haradan, necə və nə məqsədlə əldə etməyini bildirmişdir. Bundan sonra iştirakçıların və onun iştirakı ilə çəkiliş zamanı təqdim etdiyi 01 ədəd şəffav rəngli selofana bükülmüş psixotrop maddə olan “Şüşə” yəni metamfetamin, psixotrop maddəni qəbul etmək üçün nəzərdə tutulmuş bir ədəd qələmin boru kimi istifadə olunan qırığı və siqaretin gümüşü rəngli 5 hissəyə bükülmüş falqaları ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan şübhələndikləri üçün onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron RPİ- nin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı bir büküm şəffav sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra video çəkilişlə onun təqdim etdiyi narotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Sorğu zamanı o, təqdim etdiyi narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əcəmi metro stansiyası yaxınlığında tanımadığım şəxsdən 6 (altı) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 Alayının 12-ci patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında iş yoldaşı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində 9647 çağırışlı avtopatrulla xidmətdə olan zaman Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçiin onu Abşeron RPİ-nə dəvət etmişlər və həmin şəxs onlarla birlikdə Abşeron RPİ- nə gəlmişdir. RPİ-də həmin şəxsin 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkılışlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqıqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf selofana bükülü narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra təqdim olunmuş bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, M.Əcəmi metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 6 manata özü istifadə etmək üçün alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2022-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan, əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü 19-cu PŞ-nin rəisinə raportla məruzə etmişdir. İş yoldaşı 19-cu PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 25 ünvanında yerləşən istirahət parkının yaxınlığında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə aparılmışdır. 19-cu PŞ-nin təhqiqatçısı, polis polkovniki Vahid Quliyevin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş maddəni, həmçinin əynində olan qara rəngli parçadan ibarət gödəkçənin sol iç cibindən qələmin boru kimi istifadə olunan qırığını və siqaretin gümüşü rəngli 5 hissəyə bölünmüş falqalarım çıxararaq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və ya narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Daha sonra həmin 01 ədəd şəffaf selofana bükülmüş maddə, qələmin boru kimi istifadə olunan qırığı və siqaretin gümüşü rəngli 5 hissəyə bölünmüş falqalarım bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir və ucadan oxunmuşdur. Heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu eləcə də zərfin üzərini imzalamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə psixotrop maddə “Şüşə” yəni metamfetamindir, həmin metamfetamini xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu “Ayna Sultanova” adlanan ərazidən adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən təmənnasız şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşı Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 04 mart 2022-ci il tarixli 6/1225 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,304 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,254 qram - 0,050 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 26 yanvar 2022-ci il tarixli 6/493 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Salafan bükülü toz şəkilli narkotik maddəyə bənzər maddə... yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,853 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 1 ədəd boruşəkilli predmetin içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. (qalıq 0,803 qram - 0,05 qram psixotrop maddə olan metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasmın ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 13 may 2022-ci il tarixli 2454 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ethiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,254 narkotik vasitə heroin və qalıq çəkisi 0,803 qram psixotrop maddə olan metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sadiqov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 01 il 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Nəsimi rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işlərinin birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinin tələblərinə əsasən ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı aparılmışdır. Axtaışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin, həmçinin əynində olan qara rəngli parçadan ibarət gödəkçənin sol iç cibindən psixotrop maddəni qəbul etmək üçün nəzərdə tutulmuş bir ədəd qələmin boru kimi istifadə olunan qırığı və siqaretin gümüşü rəngli 5 hissəyə bükülmüş falqaları polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi və eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Abşeron RPİnin inzibati binasının xidməti iş otağında üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülümüş narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Şahidlər Şahid1, Şahid3 və Şahid4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini və xidmətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmişlər. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törətməsini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 180 manat 70 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,254 narkotik vasitə heroin və qalıq çəkisi 0,803 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 180 manat 70 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,254 narkotik vasitə heroin və qalıq çəkisi 0,803 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar