Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-428/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs «ANC GROUP” MMC-nın nümayəndəsi Nümayəndə Şövkət oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X3 iştirakı ilə 11,04.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Həsən Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31,12.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən "xxxx" MMC-yə məxsus “Rahat market” dən 1 ədəd dəyəri 750 manat olan “Zebra” markalı, (1P)P/N: TC210K-01A222-A6, (S) S/N:**********0900 və WLAN MAC: C81CFE1FA3B1 İMEİ kodlu mal qəbulu üçün olan terminalı gizli olaraq talayıb oğurlayaraq, zərərçəkmiş "xxxx" MMC-yə məxsus “Rahat Market”ə ümumilikdə 750 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Fləsən Əliyev küçəsində yerləşən mənzildə tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə bir qədər spirtli içki qəbul etdikdən sonra həyətə düşmüş. Bir qədər piyada gəzdikdən sonra, həmin tarixdə saat 21-22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Rahat marketin qarşısına gəlmişdir. Daha sonra özünə siqaret almaq üçün həmin “Rahat markefə daxil olmuşdur. “Rahat market”dən içəri daxil olduğu zaman pula ehtiyyacı olduğundan və bir qədər spirtli içkinin təsiri altında olduğundan həmin marketdən oğurluq etmək qərarına gəlmiş. Bundan sonra ətrafa baxmış, kassirin başının qarşıq olduğunu gördükdən sonra kassaya yaxınlaşmış və orada üzərində “Zebra” yazısı olan qara rəngli mal qəbulu üçün olan terminalı mobil telefon zənn edərək oğurlamaq istəmişdir. Bir qədər ətrafa nəzər saldıqdan sonra satıcıdan ona sellofan torba verməsini xahiş etmişdir.Satıcı ona sellofan torba verdikdən sonra ətrafda heç kimin olmamasından istifadə edib həmin əlində olan sellofan torbanı görsənməmək üçün kassanın yaxınlığında olan ödəmə terminalının üzərinə qoymuşdur. Bir neçə dəqiqə sonra satıcının fikrinin onda olmadığını, digər müştərilər ilə söhbət etdiyin gördükdən sonra həmin mobil telefon zənn elədiyi “Zebra” markalı mal qəbulu üçün olan terminalı üzərində olan sellofan torbaya bükərək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən evə getmiş. Daha sonra yaşadığı mənzildə spirtli içki içməyə davam etmişdir. Bir qədər spirtli içki qəbul etdikdən sonra “Rahat market”dən oğurladığı mobil telefona baxmaq istəmişdir. Həmin əşyaya baxdığı zaman onun mobil telefon olmadığını görmüşdür. Daha sonra həmin əşyanın mai qəbulu üçün olan terminal olduğunu müəyyən etdikdən sonra həmin əşyanı sata bilməyəcəyini başa düşüb onu geri qaytarmağı fikirləşmişdir. 01.01,2023-cü il tarixdə yuxudan oyandıqdan sonra həmin mal qəbulu üçün olan terminalı Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” marketdən oğurladığını düşünərək həmin mal qəbulu üçün olan terminalı aparıb “Bazarstore” marketə qaytarmışdır. 29.01,2023-cü il tarixdə özünə siqaret almaq üçün Səttar Bəhlulzadə küçəsində yerləşən “Rahat Market”ə girən zaman həmin marketin filial müdiri Nümayəndə Şövkət oğlu tərəfindən saxlanlımışdır. Əlavə olaraq bildirmişdir ki, sonradan adını bildiyi Nümayəndə Şövkət oğlunun filial müdiri olduğu “Rahat markefdən oğurluq etməyi barədə heç kimin məlumatı olmamış, oğurluq cinayətini tək törətmiş, cinayəti törədən zaman yanında heç kim olmamış, oğurluq edən zaman içkili olduğu üçün 1 ədəd mal qəbulu üçün olan “Zebra” markalı terminalı mobil telefon zənn edərək oğurlamış, lakin sonradan həmin əşyanın mobil telefon olmadığını bildikdən sonra onu aparıb geri qaytarmağı qərara almışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanının aradan qaldırılmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs «ANC GROUP” MMC-nın nümayəndəsi qismində dindirilmiş Nümayəndə Şövkət oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ev 9, mənzil 31-də yaşayır. "xxxx" MMC-nə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən “Rahat markefin filial müdiri vəzifəsində işləyir. 01.01,2023-cü il tarixdə səhər saatlarında filial müdiri olduğu “Rahat market”də işçilərin mal qəbulu üçün olan terminalı axtarmalarını lakin tapa bilmədiklərini görmüşdür. Daha sonra müşahidə kameralarına baxmağı qərara almışdır. Müşahidə kameralarına baxan zaman isə həmin mal qəbulu üçün olan “Zebra” markalı dəyəri 1550 manat terminalın xx.xx.2022-ci il tarixdə axşam 22:30 radələrində mağazaya müştəri qismində daxil olan tanımadığı şəxs tərəfindən oğurlandığını görmüşdür. Müşahidə kamerasına baxan zaman müəyyən etmişdir ki, mağazaya müştəri qismində daxil olmuş şəxs kassada olan satıcıdan sellofan torba istəmiş, satıcı ona sellofan torba verdikdən sonra həmin şəxs əlində olan sellofan torbanı kassada yerləşən ödəmə terminalının üzərinə qoymuşdur.Daha sonra həmin şəxs kassirin diqqətinin onda olmadığını gördükdən sonra əlində olan sellofan torbanı götürərək kassada olan mal qəbulu üçün olan terminalın üzərini örtərək onu götürüb cibinə qoyaraq marketdən uzaqlaşmışdır. Bundan sonra Nümayəndə Şövkət oğlu mağazasından oğurluq olması barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra Abşeron rayon polis idarəsinə gedərək bu barədə ərizə yazmışdır. Zərərçəkmiş şəxs Nümayəndə Şövkət oğlu əlavə dindirmə zamanı ifadəsində onun filial müdiri olduğu "xxxx" MMC məxus Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən “Rahat Market”də oğurlanmış "Zebra” markalı mal qəbulu üçün olan terminalın oğurlanması nəticəsində ümumilikdə "xxxx" MMC-nə məxsus “Rahat markefə 1550 manat maddi ziyan dəydiyini qeyd etsə də, ekspertiza tərəfindən verilmiş qiymətlərə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanı aradan qaldırdığına görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 07 mart 2023-cü il tarixli 35 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 27 yanvar 2023-cü il tarixli qərarın təsviri hissəsində qeyd olunan, "xxxx" MMC-nə məxsus “Rahat markefdən oğurlanmış Zebra markalı mal ödəmə terminalının 2023-cü ilin mart ayına orta bazar qiyməti 750.00 (yeddi yüz əlli) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi iləbilinərək barəsində 01 il müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsndə 2018-2022-ci illər ərzində, həmçinin carı ilin 15 may tarixinədək Təqsirləndirilən şəxs qismində hər hansı cinayət işinə baxılmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Rahat market” dən oğurladığı bir ədəd 1 ədəd qara rəngli, dəyəri 750 manat olan “Zebra” markalı, (1P)P/N: TC210K-01A222-A6, (S) S/N:**********0900 və WLAN MAC: C81CFE1FA3B1 İMEİ kodlu mal qəbulu üçün olan terminalı saxlanması üçün sahibi Nümayəndə Şövkət oğluna qaytarılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş hüquqi şəxs «ANC GROUP” MMC-nın nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, onun Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd dəyəri 750 manat olan “Zebra” markalı, mal qəbulu üçün olan terminal qaytarıldığından ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, ekspert rəyi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılması nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut bir ədəd dəyəri 750 manat olan “Zebra” markalı, (1P)P/N: TC210K-01A222-A6, (S) S/N:**********0900 və WLAN MAC: C81CFE1FA3B1 İMEİ kodlu mal qəbulu üçün olan terminal zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd dəyəri 750 manat olan “Zebra” markalı, (1P)P/N: TC210K-01A222-A6, (S) S/N:**********0900 və WLAN MAC: C81CFE1FA3B1 İMEİ kodlu mal qəbulu üçün olan terminal zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-428/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-428/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver