Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-429/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində -4 azyaşlı uşağı olan, ali təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2024-cü il tarixə təxirə salınmış, məhkumluğu ödənilməmiş, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 23, mənzil 17-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs özünün hüquqşünas-vəkil olmasını inandırıb qanunsuz narkotik vasitə satdığına görə Şəki rayon polis şöbəsinin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş qardaşı X7 Şəki Rayon Məhkəməsində həbsdən azad etdirəcəyinə köməklik göstərəcəyi adı ilə aldadaraq, xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Etibar İbrahimova məxsus Şəki rayonu, Layısqı kəndində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs 5500 manat pulunu, həmin günü saat 11 radələrində Şəki şəhəri, Mərkəzi bazarında oğlu Şahid5 İlqar oğlunun vasitəsi ilə 500 manat pulunu, yol xərclərini bəhanə gətirərək xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs qardaşı X2 Şəki şəhəri, Mərkəzi Poçtu vasitəsi ilə göndərdiyi və anası X8 vasitəsi Sumqayıt şəhəri Mərkəzi Poçtundan çıxardığı 50 manat pulunu, həmin məqsədlə 2019-cu ilin iyun ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda qardaşı qohumu X9 vasitəsi ilə 50 manat pulunu, X1nun barəsində sənədlərini düzəlməsi adı ilə 2019-cu ilin iyun ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda qardaşı oğlu Şahid2 Zəkəriyyə oğlunun vasitəsi ilə 100 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 6200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır, ailəlidir 4 az yaşlı uşağı vardır. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuş və bildirmişdir ki, İlqarın qardaşı Zəkəriyyənin qızı Gülyaz baldızı Qızxanımın baldızı Afətin gəlinidir. Onlarla yaxşı münasbiətləri olmuş, heç bir ədavət və ya qərəzli münasibəti yoxdur. İlqarın qardaşı Ehtibar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün təxminən 2019-cu ilin yanvarın sonlarında Şəki RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmuşdur. Odlar Yurdu universitetinin hüquqşünaslıq fakültəsini bitirdiyi və əvvəllər mülki işlərdə nümayəndə olaraq hüquqşünaslıq üzrə işlədiyi üçün İlqargil ondan məsləhət almaq istədiklərini bildirib yaşadıqları Şəki rayonuna dəvət etmişlər və Sumqayıt şəhər poçtuna öz adına 50 manat pul göndərmişlər . İlqargilin təkidi ilə xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Şəki rayonu, Aşağı Layısqı kəndinə çatdım və Gülyazın atası Zəkəriyyəgilə getmişdir. Həmin vaxt İlqar və Ehtibarın arvadı Tükəzban da orada olmuşlar. İlqargil ona bildirmişlər ki, “Ehtibar Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə həbs olunmuşdur”. İlqargilə qanunlarda dəyişiklik olduğunu və həmin maddəyə görə azadlıqdan məhrumetmə cəzasının verilmədiyini və Ehtibarın həbsdən çıxma şansının olduğunu bildirmişdir. İlqargil onun yol və digər xərclərimi çəkəcəklərini öz üzərilərinə götürmüşlər, lakin İlqargilə bir qohum kimi köməklik edəcəyini və buna görə heç nə lazım olmadığını bildirmişdir. Lakin İlqargildən gedəndən sonra Gülyaz zəng edərək səhər ona 500 manat pul verəcəklərini və hara desə ora gətirəcəklərini demişlər. xx xxxxx 2019-cu il tarixdə saat 10 radələrində Şəki şəhər bazarının qarşısında Gülyazın əmisi oğlu kimi tanıdğı cavan oğlanla görüşmüş və həmin şəxs ona 500 manat pul verərək Gülyazın yolladığını bildirmişdir. Bundan sonra İlqargilin işi ilə maraqlanmağa başlamışdır. Ehtibarın maddələri ilə maraqlandıqda ona Azərbaycan Respublikası CM-in 234.1, 234.2 və 240-ci maddələri ilə ittiham elan olunduğunu və arıtq işin Şəki rayon məhkəməsində olduğunu bilmişdir. İlqargilə bu barədə bildirdikdə yenə də köməklik etməyini xahiş etmişlər. Ehtibarın azyaşlı övladı olması və digər yüngülləşdirici hallarına dair sənədləri toplayıb məhkəməyə təqdim etmişdir. Həmçinin sonuncu dəfə məhkəmə istintaqı müddətində 2019-cu ilin iyun ayının ortalarında İlqargil Gülyazın qardaşı Orxanın vasitəsilə ona 100 manat göndərmişlər və Orxan pulu ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda vermişdir. Bundan sonra Ehtibara sanksiyanın ən aşağı həddində, yəni 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası barədə hökm kəsmişlər. Lakin İlqargil bu hökmdən narazı qalmışlar. İlqargilə başa salmışdır ki, Ehtibar üçün ən yaxşı sayılan cəza kəsilmişdir, lakin İlqargil Ehtibarı həbsdən qurtarmadığı üçün ondan şikayət edəcəklərini bildirmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən fərdi evdə ailəsi ilə bir yerdə yaşayır. X1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Şəki rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Qardaşı arvadı Şahid1 qohumları vasitəsilə tanış olduğu Samirə adlı özünü vəkil kimi təqdim edən qadının guya qanunlarda dəyişiklik olmasını və 6.000 manat müqabilində qardaşını azadlığa çıxara biləcəyini bildirməsini demişdir. Qardaşı arvadı Tükəzbanın dediklərinə razı olmuş və qohumlarından 5.500 manat pul toplamışdır. Tükəzban qohumları vasitəsilə Samirə ilə əlaqə saxlamış və sonuncu xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində qardaşının Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən evinə gəlmiş və Samirə ilə görüşüb qardaşı arvadı Tükəzbanın, digər qardaşım Zəkəriyyənin arvadı Şahnazın və onun arvadı Gülnarın yanında 5.500 manat pul vermişdir. Samirə həmin məbləğlə işin düzəlməyəcəyini demiş və əskik olan 500 manatı da sabah ona çatdırmaqlarını bildirmişdir. Səhər saatlarında heyvan satmış və qalan 500 manatı da oğlu Xalidin vasitəsilə Samirəyə göndərmişdir. Oğlu xx xxxxx 2019cu il tarixdə saat 11 radələrində Şəki şəhər bazarının qarşısında həmin 500 manatı Samirəyə vermişdir. Bundan başqa Samirə guya məhkəmələrə getmək üçün yol pulu adı ilə iki dəfə 50 manat pul istəmiş, Şəki rayonundan poçt vasitəsilə Abşeron rayonu, Xırdalan şəhər poçtuna qardaşı X6 adından iki dəfə 50 manat pul göndərmiş, həmin qəbzlərin birinin surətini materiala əlavə kimi təqdim etmişdir. Bundan başqa, sonuncu dəfə 2019-cu ilin iyun ayının ortalarında Ehtibarın məhkəmə istintaqı gedən zaman Samirə guya məhkəməyə təqdim etmək üçün Maştağadan hansınsa sənədləri almaq adı ilə ondan 100 manat pul istəmiş, həmin pulu qardaşı oğlu Orxana göndərmiş, sonuncu da Samirə ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev parkında görüşərək Samirəyə vermişdir. Lakin sonradan qardaşı Ehtibara 3 il 9 ay azadlıqdan məhrum etmə cəzası vermişlər. Onlar Samirə ilə əlaqə saxlayıb bu barədə soruşanda Samirə artıq onları tanımadığını və onlardan pul almadığını bildirmişdir. Ona görə də Samirənin barəsində şikayət etmək qərarına gəlmişdir. Xahiş etmişdir ki, Samirənin aldadıb ondan aldığı 6.200 manat pulunun qaytarılmasına köməklik göstərilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Şəki rayonu, Layısqı kəndində yerləşən fərdi evdə yaşayır. X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Şəki rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs eltisi Şahnazın kürəkəni Mübariz Abdurrahmanovun uzaq qohumudur. Qohumlar arasında söhbət olanda Samirə Ehtibarın tutulması barədə eşitmiş və Ehtibarı həbsdən qurtara biləcəyini demişdir. Samirə özünü onlara vəkil kimi təqdim edərək guya qanunlarda dəyişiklik olmasını və 6.000 manat müqabilində ərini azadlığa çıxara biləcəyini bildirməsini demişdir. Onlar Samirənin dediklərinə razı olmuşlar və qohumlarından 5.500 manat pul toplamışlar. Samirə ilə əlaqə saxlamış və Samirə xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində qaynı Zəkəriyyənin Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən evinə gəlmiş və o, qaynım İlqar, eltisi Şahnaz və digər eltisi Gülnarla birlikdə Samirəni qarşılamışlar. Samirə bir daha onları əmin etmişdir ki, “6.000 manat dövlət rüsumu qarşılığında Ehtibarı azadlığa çıxaracaqdır”. Qaynı İlqar topladığı pulları, yəni 5.500 manat pulu onların yanında Samirəyə vermiş, Samirə həmin pulları sayaraq götürmüş və bu məbləğlə işin düzəlməyəcəyini deyərək əskik olan 500 manatı da sabah ona çatdırmaqlarını bildirmişdir. Səhər saatlarında qaynı İlqar heyvanını sataraq qalan 500 manatı da oğlu Xalidin vasitəsilə Samirəyə göndərmiş, Xalid də xx xxxxx 2019-cu il tarixdə saat 11 radələrində Şəki şəhər bazarının qarşısında həmin 500 manatı Samirəyə vermişdir. Bundan başqa isə Samirəyə guya məhkəmələrə getməsi üçün İlqar digər qaynı Zəkəriyyənin adından poçt vasitəsilə iki dəfə 50 manat pul göndərmiş, bir dəfə də qaynı Zəkəriyyənin oğlu Orxan vasitəsilə Samirəyə 100 manat pul göndərmişlər. Lakin sonradan əri Ehtibara 3 il 9 ay azadlıqdan məhrum etmə cəzası vermişlər. Onlar Samirə ilə əlaqə saxlayıb bu barədə soruşanda, Samirə artıq onları tanımadığını və onlardan pul almadığını bildirmişdir. Ona görə də Samirənin barəsində şikayət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuş və bununla bağlı bildirmişdir ki, qızı Samirə heç bir yerdə işləmir, evdar qadındır. Dörd azyaşlı övladı var. Samirənin əri avtomobillərin təmiri sexində işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs onların uzaq qohumudur. Təxminən 2019-cu ilin may əyının əvəllərində qızı Samirə ona bildirmişdir ki, “İlqarın qardaşı Şəki polisi tərəfindən həbs olunub və İlqar Samirədən məhkəmədə aparılan işdə çıxış etməyini və İlqarın qardaşına hüquqi yardım göstərməsini xahiş etmişdir. Qeyd etmişdir ki, qızı Samirə “Odlar Yurdu” universitetinin hüquq fakültəsini bitirdiyindən Samirənin hüquq sahəsində müəyyən biliyi olduğundan Samirə İlqara məsləhətlər verməklə və işi ilə maraqlanmaqla köməklik etməsinə söz vermişdir. Samirə evdən çıxa bilmədiyindən ondan xahiş etmişdir ki, “İlqar mənim adıma onun Şəki şəhərinə yollanmaq üçün yol pulu göndərəcək pulu mən poçtdan qəbul edib Samirəyə verim”. Razılıq verib Sumqayıt şəhəri, Mərkəzi poçtuna gedib adına köçürülən 50 manat pulu götürüb Samirəyə vermişdir. Samirə pulu götürüb övladları ilə birlikdə Şəki şəhərinə yollanmışdır. Bundan sonra nə baş verdiyi barədə onun xəbəri və məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zəkəriyyə oğluşahid Tükəzbanİbrahimovanın ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışğını əks etdirən bir ədəd ağ rəngli üzərində qırmızı hərflərlə “PRİNCO BUDGET DVD-R up to 16X DVD” sözləri yazılmış DVD farmatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən CM-in 179.1-ci maddəsi ilə başlanmış cinayət işinə zərərçəkmiş şəxslə barışıb, ziyanı tam ödədiyinə görə icraatına xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2016-cı il təvəllüdlü X3 yaşına çatanadək təxirə salınmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qəraraına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü apellyasiya protestinə mübasibətdə dəyişdirilmiş, hökmün nəticə hissəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməsinə dair müddəaların xarici edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək,03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan RespublikasıCM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi övladı xx.xx.2017-ci il təvəllüdlü X14 on dörd yaşına çatanadək təxirə salınması qət edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli qanununa uyğunlaşdırılmış Təqsirləndirilən şəxs barəsindəki Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün müstəqil icra olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə azad edilərək, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Əsmər, xx.xx.2009-cu il təvəllüdlü Ümid, xx.xx.2010-cu il təvəllüdlü Cəlil və xx.xx.2016-cı il təvəllüdlü Oqtay adlı 4 azyaşlı övladı var. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan suiistifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayətini törətmişdir. Yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törətməsi zərərçəkmiş şəxsin, şahid ifadələri, baxış protokolu, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun qadın olmaqla, himayəsində dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin178.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2016-cı il təvəllüdlü X3 yaşına çatanadək təxirə salınması və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək,03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan RespublikasıCM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi övladı xx.xx.2017-ci il təvəllüdlü X14 on dörd yaşına çatanadək təxirə salınmaları ləğv olunmalı və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş müvafiq olaraq cəzanın çəkilməmiş qalan 04 (dörd) il və 03 (üç) il azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmalı və həmin Məcəllənin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X14 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixlərdə 1 (bir) gün tutulduğu, müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ağ rəngli üzərində qırmızı hərflərlə “Princo BUDGET DVD-R up to 16 X DVD” sözləri yazılmış DVD formalı disk cinayət işinin materiallarında lar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkil X19 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381,383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2016-cı il təvəllüdlü X3 yaşına çatanadək təxirə salınması ləğv olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx.xx.2017-ci il təvəllüdlü X14 on dörd yaşına çatanadək təxirə salınması ləğv olunsun. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən çəkilməmiş qalan 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzaları ilə qismən birləşdirilsin, üzərində qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X14 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ağ rəngli üzərində qırmızı hərflərlə “Princo BUDGET DVD-R up to 16 X DVD” sözləri yazılmış DVD formalı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X19 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-429/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-429/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver