Məhkəmə qərarları › İş №1(012)-429/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-429/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-429/2021 13.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.04.2021-ci il tarixdə saat 01 radələrində Şahid məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yeni inşa edilmiş evin birinci mərtəbəsinin plastik pəncərəsini dəmir parçası ilə açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 0,40 manat olmaqla, ümumilikdə 400 manat dəyərində 1000 metr 4 mm ölçülü və hər bir metrinin dəyəri 0,70 manat olmaqla, ümumilikdə 700 manat dəyərində 1000 metr 6 mm ölçülü elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Şahid ümumilikdə 1100 (bir min yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06.05.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxsməxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin birinci mərtəbəsində olan mətbəx otağının plastik pəncərəsini, yerdən tapdığı dəmir parçası ilə açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq evin hamam otağında olan 120 manat dəyərində 01 ədəd istifadə olmuş «BAW-205» markalı elektrik mişarı, 80 manat dəyərində 01 ədəd istifadə olmuş «GBH 2-26 DRE» markalı kiçik ölçülü preforatoru, 150 manat dəyərində 01 ədəd istifadə olmuş «Kzubr» markalı böyük ölçülü preforatoru, hər bir metrinin dəyəri 0,30 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 100 metr 2,5 mm ölçülü və hər bir metrinin dəyəri 0,40 manat olmaqla, ümumilikdə 40 manat dəyərində 100 metr 4 mm ölçülü elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 420 (dörd yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddət narkotik vasitələrdən istifadə etdiyi, maddi vəziyyəti yaxşı olmadığına və narkotik vasitələrə olan tələbatını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 11 aprel 2021-ci il tarixdə saat təxminən 01 radələrində oğurluq etmək üçün Sumqayıt şəhərindən Abşeron rayonu, Saray qəsəbəsinə piyada gəlmişdir. Saray qəsəbəsində Sahil küçəsində iki mərtəbəli evin yeni inşa edildiyini görüb həmin evdə tikinti materiallarının olacağını guman edərək həmin evdən oğurluq etmək istəmişdir. Ətrafa baxıb heç kimin olmadığını görüb hasardan həmin evin həyətinə keçmiş, həyətdə iki mərtəbəli, suvağı vurulmamış, mişar daşlarından tikilmiş ev görmüşdür. O, evin giriş qapısının sol tərəfində olan plastik pəncərəni yerdən tapdığı dəmir parçası ilə açaraq evə daxil olmuşdur. Evin içərisində divarlara suvaq vurulmuş, elektrik naqilləri çəkilmişdir. O, divara çəkilmiş elektrik naqillərindən dartıb çıxardaraq özü ilə gətirdiyi torbaya yığıb evə girdiyi pəncərədən çıxaraq Sumqayıt şəhərinə getmişdir. Səhəri gün Sumqayıt şəhərində dəniz kənarında həmin naqilləri yandırıb içərisində olan mis məftilləri götürərək tanımadığı səyyar şəkildə metal qəbul edən şəxslərə satıb 55 manat pul almışdır. Bundan sonra Abşeron rayonu, Saray qəsəbəsində olan zaman evlərdən birində yaşayış olmadığını bildiyi üçün həmin evə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 06.05.2021-ci il tarixdə saat 02 radələrində evin hasarından tullanaraq həyətə keçmiş və evin birinci mərtəbəsində yerləşən plastik pəncərəni yerdən götürdüyü dəmir parçası ilə açıb evə daxil olmuşdur. Həmin evin otaqlarına baxış keçirtdikdə hamam otağında olan 02 ədəd prefaratoru, 01 ədəd elektrik mişarını və təxminən 200 metr uzunluğunda olan elektrik naqillərini özü ilə gətirdiyi torbaya yığıb pəncərədən evi tərk etmişdir. Oğurladığı elektrik naqillərini 06.05.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində dövlət qeydiyyat nömrəsini xatırlmadığı «Vaz» markalı avtmobili ilə metal yığanlara 30 manata satmışdır. Qalan tikinti alətlərini isə kisənin içərisində Abşeron rayonu, Saray qəsəbəsində gizlətmiş və sonradan həmin əşyaları istintaqa təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Şahid ifadəsində göstərdi ki, ünvan 3 ünvanında 2020-ci ilin sentyabr ayından iki mərtəbəli yaşayış evini inşa etdirməyə başlamışdır. Evin yerləşdiyi torpaq sahəsi mişar daşları ilə hasarlanmış və evin giriş qapısı darvaza qapısıdır. Evin pəncərələri plastik materialından olsada dəmir barmaqlıqlar qoyulmamışdır. 10 aprel 2021-ci il tarixdə, saat 17 radələrində evdə işləyən ustalar evdən çıxıb getmişlər. 11 aprel 2021-ci il tarixdə saat 10 radələrində evində usta işləyən Afər və Etiram ona zəng edərək evdə oğurluq olması barədə məlumat vermişlər. Məlumatı aldıqdan sonra o, evinə gəlmiş və evin birinci mərtəbəsində yerləşən mətbəx otağının plastik pəncərəsini açıq vəziyyətdə olduğunu görüb evə daxil olmuş və baxış keçirən zaman evin birinci və ikinci mərtəbəsinin divarlarına çəkilmiş ümumilikdə 1500 manat dəyərində 1000 metr 4 mm və 1000 metr 6 mm ölçüdə elektrik naqillərini divarlardan çıxarıldığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1500 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın onun valideyni tərəfindən ödənildiyini, şikayətçi olmadığını bildirdi və bu barədə ərizə yazaraq məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yaşasa da, eyni zamanda Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yeni məhəllədə özü üçün fərdi yaşayış evi tikir. Həmin ev iki mərtəbəli, divar daşlarından hörülmüş, dörd tərəfdən hasara alınmış 0,03 ha torpaq sahəsində yerləşir. Hal-hazırda evin təmiri tam başa çatdırılmamış, evdə təmir işlərini özü görmüş, evin plastik pəncərələrində dəmir barmaqlıqlar olmamışdır. 05.05.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində evdə təmir işləri gördükdən sonra evin giriş qapısını bağlayıb həmin evi tərk etmişdir. Səhəri gün, yəni 06.05.2021-ci il tarixdə təxminən saat 07:30 radələrində evə gələn zaman, evin birinci mərtəbəsində yerləşən mətbəx otağının plastik pəncərəsini açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Daha sonra evin giriş qapısını açaraq evə daxil olmuş və evin birinci mərtəbəsində yerləşən hamam otağına baxdıqda oraya yığdığı 300 manat dəyərində 01 ədəd «BAW-205» markalı elektrik mişarın, 50 manat dəyərində 01 ədəd “GBH 2-26DRE” markalı balaca preforatorun, 150 manat dəyərində 01 ədəd «Kzubr» markalı böyük preforatorun, hər bir metrinin dəyəri 1 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 100 metr 2,5-lik mis və hər bir metrinin dəyəri 1,5 manat olmaqla ümumilikdə 150 manat dəyərində 100 metr 4-lük mis elektrik naqillərin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 750 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.05.2021-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə 2021-ci ili aprel-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 351,4 manat müəyyən edilir. İş materiallarında olan baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsi nəticəsində əldə etdiyi 01 ədəd «BAW-205» markalı elektrik mişarı, 01 ədəd “GBH 2-26 DRE» markalı balaca preforatoru və 01 ədəd «Kzubr» markalı böyük preforatoru istintaqa könüllü olaraq təqdim etmişdir. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs həmin cinayəti törətməsini bir daha təsdiq edir.İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş cinayətin predmeti olan 01 ədəd «BAW-205» markalı elektrik mişarı, 01 ədəd GBH 2-26 DRE» markalı balaca preforator və 01 ədəd «Kzubr» markalı böyük preforator cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan müvafiq istintaq hərəkətləri protokollarından və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərər çəkmiş şəxslərə məxsus əmlakları gizli olaraq taladıqları yerləri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadələrini hadisə yerində təsdiq edib analoji ifadələr vermişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3–cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 29.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02.04.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Lakin məhkəmə zamanı müəyyən edildi ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümumi maddi ziyan Təqsirləndirilən şəxs valideyni tərəfindən qismən ödənilmiş, vurulmuş ziyandan yalnız 40 manat məbləğində olan naqillərin dəyəri Zərərçəkmiş şəxs yaşayış yerinin məlum olmaması səbəbindən ödənilməsi mümkün olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 07.05.2021-ci il tarixdə saat 14-15-də şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsi tərəfindən barəsində 08.05.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasında da həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 07.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş cinayəti nredmeti olan 01 ədəd «BAW-205» markalı elektrik mişarı, 01 ədəd “GBH 2-26 DRE” markalı balaca preforator və 01 ədəd «Kzubr» markalı böyük preforator cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE000 000 000 000 020 88501) köçürülməlidir. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət-ProsessualMəcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli 07.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeronrayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş cinayəti npredmeti olan 01 ədəd «BAW-205» markalı elektrik mişarı, 01 ədəd GBH 2-26 DRE» markalı balaca preforator və 01 ədəd «Kzubr» markalı böyük preforator cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məhkəmə hökmünədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (həbsdə olan şəxsə isə təqdim olunduğu vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar