Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-429/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 13 mart 2022-ci il tarixdə Rusiya Federasiyası, İrkutsk vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Avto yuma məntəqəsində yuyucu işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin Abşeron rayonu, Hökməli qəsəbəsi, X5 nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub yolnəqliyyat hadisəsi törədərək ehtiyatsızlıqdan iki nəfər şəxsin az ağır bədən xəsarəti almasına səbəb olmuşdur. Belə ki, o, 07 yanvar 2022-ci il tarixdə saat 01 radələrində etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt avtomobil yolunun “Masazır” dairəsi ərazisindən keçən hissəsində saatda 60 kilometr sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni svetoforun qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini stop xətt (1.12 yol xətti) qarşısında, piyada keçidi qarşısında, digər yol ayrıclarında isə svetofor qarşısında dayandırmalı, onu həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək, dairəvi yola daxil olarkən svetoforun qadağanedici siqnalı verilməsinə baxmayaraq hərəkətini davam etdirərək, dairəvi yolun sağ tərəfindən dairəvi yola daxil olan, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Hyundai Accent” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 soldan 1-ci qabırğanın yerdəyişməyən, L4 fəqərəsinin xətti yerdəyişmiş, L5 fəqərəsinin xətti yerdəyişməyən, sol qalça, sirkə kasasının dibinin, sol oturaq sümüyünün yerdəyişməyən sınıqlarından ibarət az ağır zərər, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 soldan 3,4,5,6 və 7 qabırğaların yerdəyişməyən sınıqlarından ibarət az ağır zərər vurulmasına, eləcə də “Hyundai Accent” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 2450 manat və “Kia Rio” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs1 3710 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yol vərəqəsi ilə “Kia Rio” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti göstərir. 07 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhərindən Sumqayıt şəhəri istiqamətində idarə etdiyi Kia Rio markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edirmiş. Masazır dairəsinə yaxınlaşanda 1-ci işıqfor yaşıl işığının yanıb söndüyünü görüb düşünmüş ki, işıqforun qırmızı işığı yanana kimi yolu keçər. Üstəlik də sürəti 60-70 km olduğu üçün düşünmüş ki, anidən tormozlama etməsin. Ona görə də dairəvi yola çatanda avtomobilin surətini azaltmayıb dairəvi yolu keçmək qərarına gəlib hərəkətini davam etdirmişdir. Birinci işıqfordan işıqforun qırmızı işığından keçəndən sonra ikinci işıqfora çatmamış Masazır istiqamətindən dairəvi yolun sağ tərəfindən Xırdalan şəhər istiqamətində hərəkətdə olan Hyundai Accent markalı avtomobil onun hərəkət yoluna çıxması səbəbindən tormoz vermiş ki, toqquşma baş verməsin. Lakin məsafə az, yəni ki 4-5 metr olduğundan avtomobili tormozda sürüşüb Hyundai markalı avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobili sola doğru istiqamətlənib yolun hərəkət hissəsində dayanmışdır. Onun avtomobili ilə toqquşan “Hyundai Accent” markalı avtomobil isə dairənin sağ tərəfində səkiyə çıxıb dayanmışdır. Qeyd edirəm ki, toqquşma zamanı təhlükəsizlik yastığı açılmışdır. Onun avtomobilinin qabaq tərəfi əzilərək deformasiyaya uğramış, alın şüşəsi isə çatlamışdır. Şüşə qırıntıları onun əllərini kəsib yaralamışdır. “Hyundai” markalı avtomobilin sürücüsü və yanında əyləşən sərnişin xəsarət almışlar. Hadisə yerinə gələn polis əməkdaşları və FHN-nin əməkdaşları sürücünü avtomobildən düşürmüşlər. Sonra isə təcili yardım maşını ilə həmin şəxsləri xəstəxanaya yola salmışlar. O, hadisə ərəfəsində Sumqayıt şəhəri istiqamətində avtomobili saatda 60 km sürətlə idarə etmişdir. Həmin vaxt Masazır dairəsində işıqforın yaşıl işığı yandığı üçün hərəkətini davam etdirmiş, yolun sağ tərəfindən Masazır istiqamətindən gələn “Hyundai” markalı avtomobil onun keçməyini gözləməyib hərəkət hissəsinə daxil olduğundan toqquşma baş vermişdir. Onun avtomobilində hər hansı nasazıqlıq olmamışdır. Onun nəqliyyat vasitəsini idaerə etmək hüququ olmuşdur. O, təxminən 4-5 metr məsafədən Hyundai markalı avtomobilin hərəkət yoluma çıxmasını görüb tormuz vermişdir. Həmin vaxt onun avtomobilində nə yük, nə də sərnişin olmamışdır. O, həmin “Kia Rio” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini günlük 30 manata icarəyə X1 götürmüşdüm. Surətini təqdim etdiyi yol vərəqini də Təbriz ona vermişdi. Təbriz ona yol vərəqəsini verəndə həmin avtomobilə aid olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini ona vermədiyi üçün avtomobilin kimə məxsus olmasını, həmin yol vərəqəsinin saxta olub-olmamasını bilməmişdir. Məhkəmə zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, fərdi əməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ilə Abşeron rayonu, Masazır qəsəbəsindən sonuncuya məxsus “Hyundai Accent” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. O və Nadir Masazır dairəsinə yaxınlaşdıqda Bakı-Sumqayıt yolu ilə kəsişmədə olan işıqforun qırmızı işıq yandığı üçün Nadir avtomobili saxlayıb yaşıl işığın yanmasını gözləmişdir. Nadir yaşıl işıq yandıqdan sonra hərəkətini davam etdirən zaman Bakı şəhəri istiqamətindən sürətlə gələn “Kia” markalı avtomobil tormozla sürüşərək onların avtomobilinin sol tərəfindən vurub körpünün altında olan səkinin üzərinə çıxarmışdır. Zərbə nəticəsində o və Nadir xəsarət almış və Nadirin avtomobilinin sol tərəfi tamamilə əzilmişdir. Hadisə zamanı “Kia” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək yolun ortasında onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobilə onunla Nadirdən başqa hər hansı şəxs olmamışdır. O, avtomobilin sağ qabaq oturacağında oturmuş və hadisə nəticəsində qabırğası əzildiyindən ciyərinə maye yığılmışdır. Hadisə zamanı Nadir avtomobilini 100 km/saat sürətlə idarə edirmiş. Orada Nadirin xəsarətləri daha çox olduğu üçün özündə olmamışdır. Bundan sonra FHN-in əməkdaşları gələrək onu avtomobildən çıxarmış və onunla Nadir təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya getmişlər. Məhkəmə zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. 07 yanvar 2022-ci il tarixdə saat 01:00 radələrində o, idarə etdiyi avtomobillə qardaşı və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə gəlib orada qardaşı Əbdülü evlərinə düşürdüb sonra Bakı şəhərinə getmək üçün Masazır dairəsi istiqamətində hərəkət etmişdir. O, Masazır dairəsinə yaxınlaşanda Bakı-Sumqayıt yolunun kəsişməsində olan işıqforun qırmızı işığının yandığını görüb dayanaraq yaşıl işığın yanmasını gözləmişdir. Yaşıl işıq yandıqdan sonra o, idarə etdiyi avtomobili hərəkətə gətirib yola daxil olarkən Bakı şəhər istiqamətindən sürətlə gələn “Kia” markalı avtomobil tormozla onun avtomobilinin sol tərəfindən vurmuşdur. Nəticədə onun avtomobilinin qarşı tərəfi sürüşüb körpünün alt hissəsində yolun sağ səkisinin üzərinə çıxaraq fırlanıb qarşı tərəfi Masazır istiqamətində dayanmışdır. Bu vaxt baş vermiş qəza səbəbindən avtomobilin təhlükəsizlik yastığı açılmışdır. Hadisə nəticəsində onun çanaq və qabırğa hissəsəmdə kəskin ağrılar olduğu üçün özünü yaxşı hiss etməmişdir. Həmçinin avtomobil deformasiyaya uğradığı üçün maşından düşmək mümkün olmamışdır. Hadisə yerinə gələn FHN əməkdaşları onu avtomobildən çıxarıb kənara qoymuşlar. O, həmin vaxt ağrıdan tam olaraq nə baş verdiyini bilməmiş və xatırladığına görə onu təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanaya gəldikdən sonra məlum olmuşdur ki, çanaq, onurğa, qabırğa nahiyəsində xəsarətlər var. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə zamanı qabaq sağda əyləşən Zərərçəkmiş şəxs3 da qabırğa nahiyəsindən xəsarət almışdır. Hadisənin baş verməsinə səbəb onun avtomobili ilə toqquşan sürücünün işıqforun tələblərini pozaraq qırmızı işıqda sürətlə keçib onun hərəkət yoluna daxil olması olmuşdur. Hadisə zamanı o, avtomobili yeni hərəkətə gətirdiyi üçün sürət həddi 10-15 km/saat olmuşdur. Avtomobilin sol tərəfi tamamilə əzilərək deformasiyaya uğramışdır. O, avtomobili ilə toqquşan “Kia” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımır, əvvəllər Muradla onun arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Toqquşma Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən köməkçi hissəsinin ortasında baş vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, “Kia Rio” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki pasportla ona məxsusdur. Onun baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumatı olmamışdır. O, hadisənin necə baş verdiyi haqda məlumatı olmamış, hadisənin baş vermısində kimin günahkar olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, onun “Hyundai Accent” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Təxminən 2021-ci ilin sonlarına yaxın o həmin avtomobilini satmaq qərarına gəlmişdir. Həmin ərəfələrdə tanışı Zərərçəkmiş şəxs2 ona maşın almaq istədiyini demişdir. O da Nadirə avtomobilini satdığını demişdir. Bundan sonra Nadir onun avtomobilinə baxıb razı qalmış və avtomobili 12.000 manata satacağına danışmışlar. 10 sentyabr 2021-ci il tarixdə o, elə avtomobili Nadirə 12.000 manata satmış və Nadirə baş etibarnamə vermişdir. Həmin vaxt onların vaxtı az olduğundan avtomobili Nadirin adına keçirə bilməmişlər və qərara gəlmişlər ki, daha sonra avtomobili Nadirin adına keçirərlər. Lakin daha sonra da işləri olduğundan avtomobili Nadirin adına keçirmə prosesi qalmışdır. Hal-hazırda avtomobil onun adına olsa da, o, “Hyundai Accent” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 satmış və hal-hazırda da Zərərçəkmiş şəxs2 mülkiyyətidir və Nadirə məxsusdur. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Abşeron rayonu, Masazır dairəsində asfalt-beton örtüklü hissəsində baş vermişdir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunmur, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və hamardır. Yol birtərəflidir, işlək hissədə hərəkət zolağına bölünmə vardır. Yol örtüyünün eni 10 metrdir. Yolun hərəkət hissəsi sağdan Masazır qəsəbəsi, Ə. Vahid küçəsidir və soldan isə Masazır dairəsidir. Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi Kia Rio markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil hadisədən sonra yolun sol kənarında qarşı tərəfi Xırdalan şəhəri istiqamətində 1,2 metr işıqforun qarşısında səki ilə paralel dayanmışdır. Zərərçəkmiş şəxs2 hadisə zamanı idarə etdiyi “Hyundai Accent” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə hadisədən sonra Masazır dairəsində yolun sağ kənarında səkidə qarşı tərəfi isə Masazır qəsəbəsi istiqamətində körpü dirəyindən 1,5 metr paralel vəziyyətdə dayanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş 15 mart 2022-ci il tarixli İCR-00439 nömrəli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Hyundai Accent markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 2450 manat ziyan vurulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş 30 aprel 2022-ci il tarixli e/530 nömrəli ziyan aktından görünür ki, Kia Rio markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 3710 manat ziyan vurulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydarı”na əlavə 07 yanvar 2022-ci il tarixli, 2/871 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsindən alınmış 29 mart 2022ci il tarixli 016-37159-1222 nömrəli məktubunda göstərilmişdir ki, kompüter uçot məlumat bazasına əsasən xx.xx.2022-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan) BA016005 nömrəli “BC” kateqoriyalı; xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AD092311 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Yol-nəqliyyat ekspertizasının 06 may 2022-ci il tarixli, 8/724 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən göstərilən şəraitdə Hyudai Accent markalı, 99GG844 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasıın Qanununun 60-cı maddəsiin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 fevral 2022-ci il tarixli, 278 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər – soldan 3,4,5,6 və 7 qabırğaların yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 aprel 2022-ci il tarixli, 19 Ə nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – soldan 1-ci qabırğanın yerdəyişməyən, L4 fəqərəsinin xətti yerdəyişmiş, L5 fəqərəsinin xətti yerdəyişməyən, sol qalça, sirkə kasasının dibinin, sol oturaq sümüyünün yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindənm törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər: dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini əks etdirən kadrların olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 07 yanvar 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini əks etdirən video görüntüdür. Video görüntünün uzunluğu 1 dəqiqə 12 saniyədir. Həmin video görüntünün 63cü saniyəsində qaran rəngli avtomobil sürətlə svetoforun qırmızı işığında dairəvi yola daxil olur. Həmin vaxt dairəvi yolun sağ tərəfindən avtomobil dairəvi yola daxil olur. Bu zaman svetoforun qırmızı işığında dairəvi yola daxil olan qara rəngli avtomobil dairəvi yola sağ tərəfdən daxil olan avtomobilin sağ yan tərəfinə çırpıldığı kadrları əks olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RİH-nin Hökməli qəsəbə İƏDÜ-nin nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Bəbirov X3 rayonu, Hökməli qəsəbəsi, X5ndə yerləşən fərdi evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti ehtiyatsızlıq nəticəsində törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin hüquqi varisinin ailəsinə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin onunla barışması, ona qarşı şikayət və tələblərinin olmaması, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X7 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 170 (yüz yetmiş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X7 İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 170 (yüz yetmiş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-429/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-429/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver