Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-429/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 aldadıb onun oğlu Şahid DOST dayanaqlı və operativ sosial təminat agentliyinə işə düzəldəcəyini vəd etməklə 2021-ci ilin avqust ayının sonlarında ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin binasının qarşısında 2200 manat pulunu alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 aldadıb onun arvadı X1 DOST dayanaqlı və operativ sosial təminat agentliyinə işə düzəldəcəyini vəd etməklə 2021-ci ilin noyabr ayının ortalarında ünvan 3 ünvanın qarşısında 2000 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 aldadıb onu DOST dayanaqlı və operativ sosial təminat agentliyinə işə düzəldəcəyini vəd etməklə 2021-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda yerləşən “Səmayə” şadlıq sarayının qarşısında 2100 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərahim adlı tanışı vasitəsilə 2021-ci ilin avqust ayında tanış olduğu Zərərçəkmiş şəxs1 ona zəng edərək oğlu Ümüdi ”DOST”Agentliyinə işə düzəltmək istədiyini dedikdə, “DOST” Agentliyində tanışı olduğunu və ora işə adam düzəldə biləcəyini, bunun üçün 2200 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və iş yerinə gəlıməsini xahiş etmişdir. Həmin günün səhərisi Zərərçəkmiş şəxs1 işlədiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən "xxxx" MMC-yə gedərərk orada onunla görüşmüş və söhbət zamanı işin iki ay müddətində düzələcəyini vəd verərək, bunun müqabilində Zərərçəkmiş şəxs1 2200 manat pul və oğlu Ümüdə aid sənədlərin surətini, arayışları almışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 ona yenə zəng edərək qızı Sürəyyanı və oğlu Ümüdin tələbə yoldaşı Zərərçəkmiş şəxs2 da ”DOST”Agentliyinə işə düzəltməsini xahiş etmiş və sonra kürəkəni Ayazın və Zərərçəkmiş şəxs2 mobil nömrələrini ona verib əlaqə saxlamağını demişdir. 2021-ci ilin noyabr ayınını sonlarında Zərərçəkmiş şəxs1 kürəkəni Ayaza zəng edərək onunla Badamdar qəsəbəsində yaşadığı evin yaxınlığında görüşərək arvadı X1 ”DOST”Agentliyinə işə düzəltməsi üçün Ayazdan 2000 manat pul, Sürəyya Nəcəfovaya aid sənədlərin surətini və arayışları almışdır. Daha sonra həmin ərəfədə, 2021-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlamış və onunla Xırdalan şəhərində adını xatırlamadığı şadlıq evinin yanında görüşmüş, aralarında söhbət zamanı Adiləni 2100 manat pulun müqabilində “DOST” Agentliyinə işə düzəldəcəyini vəd vermişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşaraq 2100 manat pulu və işə düzəlmək üçün sənəd və arayışları ona vermişdir. Pulları götürdükdən bir müddət sonra Həsən Nəsəfov və Zərərçəkmiş şəxs2 ondan şübhələnməyə başladıqda, onların sənədlərinin DOST agentliyi tərəfindən qəbul olunduğuna inandırmaq üçün, istifadəsində olan 055 671-50-52 mobil nömrədən onlara sms göndərmişdir. Sonra işlərinin uzandığını görən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona dəfələrlə zəng edərək işin düzəlib-düzəlməyəcəyini soruşduqları vaxt, həmişə onlara işin alınacağını vəd vermişdir. Sonra onlar pullarını tələb etməyə başladıqda, onlara pulu qaytaracağına söz verməsinə baxmayaraq, pulları qaytarmamışdır. Yetkinlik yaşına çatmamış oğlu Yusif ağır xəstə olduğundan işə düzəltmək adı ilə həmin şəxslərdən aldığı pulları oğlu Yusifin müalicəsinə xərclədiyindən onların pullarını qaytara bilməmişdir. 2022-ci ilin mart ayında uşağının xəstəliyi ilə əlaqədar Zərərçəkmiş şəxs1 2000 ABŞ dolları borc pul götürmüş və 2- 3 ay müddətində qaytaracağına söz verməsinə baxmayaraq, ailə vəziyyəti və uşağın səhhəti ağır olduğundan həmin borcu da qaytara bilməmişdir. Beləliklə ümumilikdə həmin şəxslərdən, yəni Zərərçəkmiş şəxs1 oğlu Ümüdü ”DOST”Agentliyinə işə düzəltmək adı ilə 2200 manat, Zərərçəkmiş şəxs3 arvadı Sürəyyanı ”DOST”Agentliyinə işə düzəltmək adı ilə 2000 manat və Zərərçəkmiş şəxs2 ”DOST”Agentliyinə işə düzəltmək adı ilə 2100 manat pullarını alıb aldadaraq ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 borca aldığı 2200 ABŞ dolları qaytara bilməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onunla bir yerdə ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də işləyən Fərahim Qasımovun vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayının sonlarında Fərahimlə aralarında olan söhbət zamanı o, Fərahimə oğlu Ümüdi işə düzəltmək istədiyini bildirmişdir. Fərahim isə ona demişdir ki, Nicat adlı tanışı vardır və Nicatın işə düzəltmək üçün geniş əlaqələri vardır. Sonra o, Fərahimdən Nicatın telefon nömrəsini götürüb sonuncu ilə əlaqə saxlamışdır. Təxminən bundan 3-4 gün sonra o, Nicatla keçmiş iş yerinin qarşısında görüşmüş və söhbət zamanı oğlunu “ASAN” xidmətə, əgər mümkün olarsa “DOST” agentliyinə işə düzəltmək istədiyini bildirmişdir. Nicat ona bildirmişdir ki, “DOST” agentliyinə işə düzəlmək üçün təxminən 2000-2500 manat arası pul vəsaiti lazım olacaqdır. Bir neçə gün sonra o, ünvan 6 ünvanda yerləşən, keçmiş iş yeri olan "xxxx" MMC-nin qarşısında Nicatla görüşmüş və razılaşdıqları kimi 2200 manat pulu ona vermiş, sonuncu isə işin 2 ay müddətində düzələcəyini demişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Nicat hər dəfə bəhanə gətirərək təxminən 50 nəfərə yaxın şəxsdən ibarət nabor yığıldıqdan sonra bir dəfəyə hamısını, o cümlədən oğlu Ümüdin də adı çəkilən Agentliyə işə qəbul olunacağını bildirmişdir. O da Nicata inanıb bir söz deməmişdir. Hətda həmin müddətdə 2022-ci ilin mart ayının əvvəllərində Nicat ona zəng edərək, oğlunun xəstə olmasını və bununla əlaqədar təcili pul lazım olduğunu bildirib ondan 2000 ABŞ dolları məbləğində borc pul istəmişdir. O, Nicatın vəziyyətini başa düşüb etiraz etməmiş və həmin məbləğdə pulu Nicata iş yerinin qarşısında orada mühafizə polisində işləyən Nihat adlı polis əməkdaşının vasitəsilə borc vermişdir. Belə ki, o, işdən təcili çıxmalı olmuş və pulu Nihatda saxlamışdır ki, Nicat gəlib götürsün. Sonuncu da gəlib pulu Nihaddan götürmüşdür. Üstündən bir müddətdə keçməsinə baxmayaraq Nicat onun oğlunun iş məsələsini həll etməmiş və götürdüyü borc pulu da ona qaytarmamışdır. Bu səbəbdən Nicatın onu aldatdığını başa düşüb sonuncudan pulları geri qaytarmağını tələb etməyə başlamışdır. Buna baxmayaraq Nicat müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. O, vəziyyətin belə olduğunu görüb ərizə ilə polisə müraciət etmişdir. Bundan başqa Nicat onun digər qohumlarını da aldatmışdır. Belə ki, oğlunun işini guya gördüyü müddətdə bu barədə onun kürəkəni Zərərçəkmiş şəxs3 da məlumatı olmuşdur. Həmin səbəbdən onun qızı Sürəyyanı da “DOST” agentliyinə işə düzəltmək üçün Nicata müraciət etmiş və 2021-ci ilin noyabr ayının ortalarında kürəkəni Ayaz Badamdar qəsəbəsində yaşadığı evin yaxınlığında görüşərək Sürəyyanın işinə görə Nicata 2000 manat pul vermişdir. Həmçinin oğlu Ümüdin tələbə yoldaşı Zərərçəkmiş şəxs2 da iş barədə məlumatı olduğu üçün Nicata müraciət etmiş və o da 2021-ci ilin noyabr ayında “DOST” agentliyinə işə düzəlmək üçün Nicata 2000 manat pul vermişdir. Dəfələrlə tələb etməklərinə baxmayaraq Nicat onları aldadaraq aldığı pulları ona və adı çəkilən şəxslərin heç birinə qaytarmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu S.Dadaşov küçəsi ev 42 Ada qeydiyyatdadır, hal-hazırda ünvan 7 ünvanında yaşayır. Hazırda “Azfen” birgə müəssisəsi, satınalma üzrə müdir müavini vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, qayınatası Həsən 2021-ci ilin noyabr ayında ona zəng edərək, Nicat adlı tanışının olmasını və işə adam düzəltməkdə köməklik göstərə biləcəyini, Sürəyyanın da “DOST” Agentliyində işlə təmin oluna biləcəyini və bunun üçün 2000 manat pul lazım olacağını bildirmişdir. Bundan sonra qayınatası Həsən Nicatın mobil nömrəsini ona verib əlaqə saxlamağı tapşırmışdır. Qayınatası Həsən eyni zamanda öz oğlu Ümüdü də “DOST” Agentliyinə işə düzəltmək üçün Nicata müraciət etdiyini və bunun üçüın 2200 manat pul verməsini demişdir. O, elə həmin gün Nicatla telefon əlaqəsi saxlamış və yaşadığı ünvanı ona demişdir. Bir qədər sonra Nicat onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi ev 11 ünvana gəlmiş və o, orada 2000 manat pulu Nicata vermişdir. Nicatla söhbət zamanı sonuncu işin 1 ay müddətinə düzələcəyinə vəd vermiş və çıxıb getmişdir. Bundan sonra nə Nicat onunla əlaqə saxlamış nə də özü Nicata zəng etmişdir. İşin gedişatı ilə qayınatası Həsən məşğul olurmuş. 2022-ci ilin mart ayında qayınatası zəng edərək işin alınmadığını və Nicatın pulu qaytarmadığını ona bildirmişdir. 2021-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs həyat yoldaşı X1 “DOST” Agentliyinə işə düzəlməsi üçün 2000 manat pulu ikisinin iştirakı ilə, yəni onunla Nicatın özünün iştirakı ilə yaşadığı ünvan 8 ünvanın qarşısında vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatdadır, ünvan 10 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü Azərbaycan Turizm və Menecment universitetinin Sosial Menecment fakültəsinin maqistr pilləsinin 2-ci kurs tələbəsidir, heç bir yerdə işləmir. 27 sentyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayon DOST agentliyində könüllü fəaliyyətlə məşğul olmuş, DOST agentliyinin iş prinsipi xoşuna gəldiyi üçün, habelə həmin iş ixtisasına da aid olduğuna görə elə DOST agentliyinə işə düzəlmək istəmişmir. Özü maraqlandıqda prosedur qaydasında əvvəlcə könüllü fəaliyyətlə məşğul olub daha sonra müsahibəyə çağırılmalı olduğunu ona bildirmişlər. Həmin ərəfədə tələbə yoldaşı Şahid ilə aralarında olan danışıq zamanı sonuncu ona bildirmişdir ki, özü də DOST agentliyinə işə düzəlmək prosesindədir və bununla bağlı onun atası Həsən bir nəfər Təqsirləndirilən şəxs adlı tanışına ümumilikdə 2200 manat pul vermişdir. Ümüdün dediklərini eşitdikdə müsahibədən kəsiləcəyindən narahat olub özü də həmin Nicat adlı şəxslə əlaqə saxlayıb danışaraq pul müqabilində DOST agentliyinə işə düzəlmək qərarına gəlmiş və buna görə Nicatla əlaqə saxlayıb iş barədə danışmaq üçün Ümüdə Nicatın mobil nömrəsini verməyi xahiş etmişdir. Ümüdün atası Həsən Nicata qəbaqcadan məlumat verdikdən sonra o, 2021-ci ilin noyabr ayının təxminən ortalarında Nicatla mobil telefonla əlaqə saxlamışdır. Nicat tam əminliklə ona işi həll edə biləcəyini demiş və bunun müqabilində 2100 manat pul verməli olduğunu bildirmişdir. Həmçinin şəxsiyyət vəsiqəsinin surəti, yaşadığı yer üzrə və ailə tərkibi haqqında arayış sənədlərini istəmişdir. O da Nicatla razılaşmış və danışıqlarının üstündən təxminən 1 həftə, 10 gün keçdikdən sonra, 2021-ci ilin noyabr ayının sonlarında günorta saatlarında Xırdalan şəhərində yerləşən Səmayə şadlıq sarayının qarşısında Nicatla görüşmüşdür. Həmin vaxt özü və Nicat olmuş, yanlarında başqa bir şəxs olmamışdır. Söhbət əsnasında Nicat bir daha tam əminliklə ona bildirmişdir ki, işlə bağlı onun anket məlumatları artıq DOST agentliyinə sistemə daxil olmuş, 2022-ci ilin fevral ayına kimi işi həll olunacaqdır. O da Nicata inandığı üçün elə orada 2100 manat pulu, habelə istədiyi sənədlərin surətini sonuncuya təqdim etmiş və bundan sonra onlar ayrılmışlar. Daha sonra o, Nicatla arabir əlaqə saxlayıb iş barədə maraqlanmağa başlamış, lakin Nicat yeni ilə keçməyi və başqa müxtəlif bəhanələr gətirərək tez bir zamanda işin həll olunacağı bildirirmiş. Artıq 2022-ci ilin yanvar ayının sonlarında Nicatın vədlərindən şübhələnməyə başlamış, hətta bununla bağlı Ümüdlə də danışıb onun işi barədə maraqlanırmış. Artıq özü və Ümüd gil Nicatdan işlərinin nəticəsini tələb etməyə başladıqda 02 fevral 2022-ci il tarixdə onun istifadəsində olan 077 ***-**-** və Ümüdün istifadəsində olan 055 716-59-19 saylı mobil nömrələrə 055 671-50-52 saylı mobil nömrədən sms vasitəsi ilə DOST agentliyini adından bildiriş daxil olmuşdur. Onlar bildiriş smslərinə diqqət yetirdikdə saxta olduğunu düşünmüşlər. Belə ki, mobil nömrəni fiziki şəxsə məxsus olduğunu və mətnində rəsmiyyyətə uyğun olmayan şəkildə göndərildiyindən şübhələnib artıq Nicatın onları aldatdığını düşünmüşlər. Bundan sonra Nicatdan iş barədə deyil, pulları geri qaytarmağı tələb etməyə başlamışlar. Nicat isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa çalışırmış. Daha sonra isə Nicat ümumiyyətlə mobil telefon nömrəsini söndürmüş və buna görə bir müddət onu tapa bilməmişlər. Bir müddət sonra Nicat polisə şikayət verəcəklərindən qorxub başqa mobil nömrələrdən onlarla əlaqə saxlamağa başlamış, və yalvararaq pulu qaytaracağına söz vermişdir. Lakin Nicatın bu vədləri də yalan çıxmışdır. Nəhayət Ümüd ona bildirmişdir ki, atası Həsən Sabunçu rayon polis idarəsinə Nicatın barəsində şikayət etmişdir. O da bir müddət gözlədiklən sonra özü də şikayət etmək qərarına gəlmişdir. Nicat ondan və Ümüddən başqa sonuncunun bacısı Sürəyyanı da DOST agentliyinə işə düzəltmək üçün eyni qaydada Sürəyyanın əri Zərərçəkmiş şəxs3 da hansısa məbləğdə pul almışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid qismində dindirilmiş atası Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1575 (bir min beş yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). xx.xx.2023-cü il tarixdə Şükürov X2 RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin İstintaq şöbəsinə təhvil verilmiş, bu səbəbdən həmin tarixdə baş müstəntiq Əli Məsimov tərəfindən cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs baş müstəntiq Əli Məsimov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilərək saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad olunmuşdur.Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-429/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-429/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver