Məhkəmə qərarları › İş №1(012)-429/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-429/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-429/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: X2 iştirakları ilə (Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş) xx xxxx 1996-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid1 guya SOCAR-a baş tibb bacısı işinə düzəldəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq, sonuncunun 18 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində yerləşən “Şans” adlı marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə ona məxsus bank kartına göndərdiyi 1500 manat və kart hesabından mobil telefon vasitəsi ilə köçürmə yolu ilə göndərdiyi 500 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməmiş və Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin 16 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 2022-ci ilin avqust ayında tanımışdır. Mehriyə SOCAR-a tibb bacısı kimi işçilər lazım olduğunu, işləmək istəyən şəxslərə köməklik edə biləcəyini deyib həmin vaxtlar istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Bir neçə gün sonra bir nəfər qadın zəng edərək nömrəni Mehridən əldə etdiyini və SOCAR-a işə düzəlmək istədiyini bildirmiş, o, həmin qadına 2000 manat müqabilində köməklik edə biləcəyini dedikdən sonra Günel və əri Talehlə aralarında bir neçə dəfə telefon danışıqları olmuşdur. Bundan sonra o, bank kartının şəklini Talehə göndərmiş, razılaşmaya əsasən 2000 manat pul onun kart hesabına köçürülmüşdür. Həmin vəsaiti öz şəxsi ehtiyacları üçün xərcləmiş, onun reallıqda heç kəsi işə düzəltmək imkanı olmamışdır. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə 23 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasına qoşulmuş təqsirləndirilən şəxs Sübhan Tağıyev ona elan olunmuş ittiham üzrə özünü bir daha təqsirli bilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini tətbiq etməklə barəsində bəraətverici əsaslar olmadan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 vasitəsi ilə 2022-ci ilin avqust ayında tanımışdır. Belə ki, Günel ona tanışı Şahid2 da tanıdığı Təqsirləndirilən şəxs Güneli SOCAR-a tibb bacısı kimi işə düzəldə biləcəyini demişdir. Daha sonra o, Mehrinin verdiyi ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə Süphanla əlaqə saxlamışdır. Süphan ona 2000 manat müqabilində arvadı Güneli SOCARa baş tibb bacısı işinə düzəldə biləcəyini demişdir. O, Süphanla razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Abşeron Gənclər Şəhərciyində yerləşən "Şans" adlı marketdən Sübhana məxsus bank kart hesabına 1500 manat pul göndərmişdir. Bir qədər sonra isə həmin karta 500 manat pulu mobil telefonundan köçürmə yolu ilə göndərmişdir. Daha sonra Süphan bir müddət müxtəlif bəhanələrlə günü-günə satmış, sonradan isə Süphanın mobil nömrələrinə zəng çatmamışdır. O, Süphanın dələduzluq etdiyini başa düşüb şikayət etmək qərarına gəlmişdir. Təsqirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Süphan adlı şəxsi 2022-ci ilin avqust ayında tanımışdır. Belə ki, həmin vaxt sosial şəbəkədə tibb bacılarının qrupunda Şahid2 adlı tibb bacısı ***-***-**-** saylı mobil nömrəni paylaşaraq Sübhan adlı şəxsə məxsus olduğunu, həmin şəxsin SOCAR-da işlədiyini və SOCAR-a tibb bacısı ixtisası üzrə işçi axtardıqlarını bildirmişdir. Bundan sonra o, həmin şəxsə zəng etdikdə Təqsirləndirilən şəxs 2000 manat pul müqabilində onu işə düzəldə biləcəyini demişdir. Bu barədə o, əri Talehə dedikdə Taleh də Süphanla telefon vasitəsi ilə əlaqə saxlayıb məlumat almışdır. Onlar Süphana inandıqlarına görə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən “Şans” adlı marketdən Süphanın dediyi kart hesabına 1500 manat pul yollamışlar. Daha sonra əri Taleh telefon vasitəsi ilə digər 500 manat pulu da həmin kart hesabına göndərmişdir. Daha sonra Süphan müxtəlif bəhanələrlə onlara aldatmağa, bir müddət sonra isə ümumiyyətlə zənglərinə cavab verməməyə başlamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Süphan adlı şəxsi 2022-ci ilin avqust ayında tanımışdır. Belə ki, Süphan dəqiq xatırlamadığı tarixdə həmin vaxtlar işlədiyi “Vitamed Klinikası”na gəlib özünü SOCAR-ın işçisi kimi təqdim edib ona yaxınlaşmışdır. Daha sonra Süphan ona SOCAR-a tibb işçiləri axtardığını deyib istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsini ona verib getmişdir. Daha sonra o, Süphanın ona verdiyi mobil nömrəni tibb bacılarının sosial şəbəkə qrupunda paylaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid1 adlı tibb bacısı Süphanla əlaqə saxlamış, Süphan Güneli aldadaraq 2000 manat pulunu ələ keçirmişdir. O, Süphanı cəmi bir dəfə işlədiyi klinikada görmüşdür. Sonradan aralarında Günel barəsində bir neçə dəfə telefon danışığı baş tutsa da heç vaxt görüşməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs pulunu dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimiş və istintaqı aparılmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli arayışına əsasə görünür ki, X1 Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(100)-354/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək, ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 32,4 312.2-ci maddələri ilə təqsirli bilinərək, ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Abşeron rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 25 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan sonra o, Sumqayıt şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(060)-573/2023 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza qismən toplanılmaqla ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, daha sonra o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)-47/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək, ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-211/2023 nömrəli qərarı ilə 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 04 il 06 ay müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)-47/2023 saylı hökmü dəyişdirilmiş, dövlət ittihamçısının imtinası qəbul edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(100)- 47/2023 saylı hökmündən X3 Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cəza təyin olunmasına və Cinayət Məcəlləsinin 66.2-ci madəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, ona Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 fevral 2024cü il tarixli, 1(102)-405/2024 saylı qərarı ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhkum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

5. “Qətimkan tədbirinin seçilməsinə” dair 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır;

6. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir.

7. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi razılıq ərizəsindən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işi üzrə icraata müddətin keçməsi əsası ilə xitam verilməsinə etiraz etmir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, X2 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, 18 avqust 2022-ci il tarixdə həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həçinin təqsirləndirilən şəxs və müdafiyəçi etiraz etmədiyindən, X4 barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməklə, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, özünün və müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs X2 barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X3 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona, təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməsin. Cinayət işi üzrə X4 barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. X3 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar