Məhkəmə qərarları › İş №1(012)-43/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-43/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-43/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Məzunlar evində yaşayan, barəsində Abşeron rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.1997-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Abşeron rayonu Masazır qəsəbəsi X23 massivi-2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 20.01.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 Yadiyar oğlu və tanışı X5 ilə bir qrup şəxs halinda özgənin əmlakını talamaq məqsədilə 13.01.2020-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi Zərərçəkmiş şəxs1 Novruz oğluna məxsus ünvan 4 ünvanının plastiq pəncərəsini açma yolu ilə daxil olaraq 32 diaqanal dəyəri 300 manat olan “Sony”markalı televizoru, stolüstü “Apple” markalı dəyəri 600 manat olan komputyeri, 2 ədəd hər birinin dəyəri 200 manat olan “Apple” markalı komputyerləri, oğurlayaq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 19.01.2020.-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 Novruz oğluna məxsus ünvan 4 ünvanına daxil olaraq tavan arasında olan dəyəri 800 manat olan “star flaşh” markalı “cy 600A” model 4 hissədən ibarət ışıqları və 44 manat dəyərində 11 ədəd əl dəsmallarını oğurlamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 avqust 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 qızına məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu Məzunlar evi bina 2 mənzil 12-nin eyvanına küçədən qaz borusu ilə qalxaraq eyvanın pəncərəsinin üzərində olan dəmir barmaqlığı ayağı və əli ilə itələyərək aralayıb mənzilə qanunsuz daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində Shivaki markalı televizor, 01 ədəd 50 manat dəyərində Dreamstar markalı krosnu ötürücüsünü, 01 ədəd 700 manat dəyərində Asus markalı noutbuku və yataq otağından dolabın içərisindən 50 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah hiyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 sentyabr 2019-cu il tarixdə gecə saat 01 radələrində X2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, X23, “Məzunlar evi” yaşayış kompleksi, 2 saylı binanın, 1 saylı mənzilinin plastik pəncərəsini bıçaqla açaraq mənzilə qanunsuz daxil olaraq oradan 01 ədəd 750 manat dəyərində “Shivaki” markalı televizoru, 01 ədəd 370 manat dəyərində çarpayını, 01 ədəd 780 manat dəyərində soyuducunu və 01 ədəd 290 manat dəyərində stol-stul dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs Səlman Allahyarova ümumilikdə 2190 manat məbləğındə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən AAAF Park yaşayış kompleksində yerləşən mənzilinə evin ikinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olmaqla oradan 30 manat məbləğində nəğd pulu, ümumi dəyəri 400 manat olan 2 ədəd səsgücləndirici aparatı, 200 manat dəyərində olan 1 dəst idman paltarını, 100 manat dəyərində olan “Samsung” markalı mobil telefonu, 30 manat dəyərində “Ferruçi” markalı 1 ədəd qol saatını, 2000 manat dəyərində olan 1 ədəd qol saatını, 400 manat dəyərində olan 1 cüt qızıl sırğanı və 100 manat dəyərində olan şahmat oyun dəstini gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 3330 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 qızının Abşeron rayonu, Masazır qəsəbəsi, “Məzunlar evi” yaşayış kompleksi, ev 1də yerləşən 45 nömrəli mənzilinə qapını açmaqla qanunsuz daxil olaraq oradan 400 manat olan 1 ədəd “Şvaki” və 220 manat dəyərində 1 ədəd “Super Max” markalı 32 dioqnal televizoru, 180 manat dəyərində olan 1 ədəd qaz sobasını, 150 manat dəyərində olan 1 ədəd aspiratoru, 250 manat dəyərində olan 1 ədəd “Çinar” markalı soyuducunu, 850 manat dəyərində olan 3 ədəd səsgücləndirici aparatı, 35 manat dəyərində olan 1 ədəd hamam güzgüsünü, 450 manat dəyərində olan 1 ədəd “Seqavay” skuteri, 20 manat dəyərində olan 2 ədəd simistitel su kranını, 30 manat dəyərində olan 1 ədəd yorğanı, 70 manat dəyərində olan peyk antenasının qəbuledici cihazını oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2675 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 Yadiyar oğlu və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halinda 13.01.2020-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi Zərərçəkmiş şəxs1 Novruz oğluna məxsus ünvan 5 ünvanının plastiq pəncərəsini açma yolu ilə daxil olaraq 850 manata olan 1 ədəd “Sony” markalı televizoru, 32 diaqanal dəyəri 300 manat olan “Sony”markalı televizoru, stolüstü “Apple” markalı dəyəri 600 manat olan komputyeri, 2 ədəd hər birinin dəyəri 200 manat olan “Apple” markalı komputyerləri, oğurlayaq ümumilikdə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 2150 manat ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 13.01.2020-ci il tarixdə qardaşı Nurlan və tanışı Rövşən ilə Abşeron rayonu, Masazır qəsəbəsi, AAAF y/k-də yerləşən 2 mərtəbəli evin işiqlarının yanmadığı üçün evdə yaşayış olmadığını müəyyən etmiş və küçə qapısının sol hissəsindəki hasardan qalxaraq həyətə daxil olmuş, sonra Nurlan evin sol hissəsində yerləşən balaca otağın üzərinə qalxaraq evin 2-ci mərtəbəsinin plastik qapısını açmış və onlar evə daxil olmuşlar. Nurlan evin dəmir qapısını evdən tapdığı açar vasitəsi ilə açdıqdan sonra Rövşən ilə evə daxil olmuş, evin 1-ci mərtəbəsində yerləşən otaqda olan qara rəngli “Sony” markalı televizoru quraşdırılmış yerindən çıxararaq salafana bükmüş, evin 2-ci mərtəbəsindəki yataq otağındakı divara bərkidilmiş “Sony” markalı televizoruda yerindən sökərək evin birinci mərtəbəsindəki televizorun yanına qoymuş, 2-ci mərtəbədəki stolun üzərindəki “Apple” markalı kompyuteri və “Apple” markalı notebook kompyuterləri götürərək digər əşyaların yanına qoymuş, həmin əşyaları birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Nurlan və onun yaşadığı “Məzunlar evi” deyilən yerə gətirmişlər və həmin əşyaları “Lalafo” internet saytı vasitəsi ilə tanımadığı şəxslərə ümumilikdə 600 manata satmışlar. Puldan hər biri 200 manat özünə götürmüş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 19.01.2020-ci il tarixdə yenidən həmin ünvana getmiş, küçə qapısından həyətə, oradan isə evə daxil olmuş, evin içərisində dəsmallar olan çantanı və evin mansarında olan işığı oğurlayaraq evdən çıxmış və küçədə polis əməkdaşları onu saxlayaraq Abşeron RPİ-nə gətirmişlər. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslərin bir neçəsinin ondan şikayətçi olmamasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 26.08.2019-cu il tarixdə saat 23 radələrində oğurluq etmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs4 yaşadığı mənzilin qapısını döymüş və ona heç kim cavab verməmişdir. Zərərçəkmiş şəxs4 4-5 gün olardıkı görmədiyi üçün onun harasa getdiyini və mənzildə heç kimin olmadığını bilmişdir. Bundan sonra küçəyə çıxıb binanın arxa tərəfindəki qaz borusu ilə Zərərçəkmiş şəxs4 yaşadığı mənzilin ikinci mərtəbəsinin eyvanına qalxmış, mənzilin pəncərəsinin üzərindəki dəmir barmaqlığı ayağı və əlləri ilə itələyərək orta hissəsini qırdıqdan sonra, həmin pəncərədən mənzilə daxil olmuş, mənzilin işıqlarını yandırmış, dəhlizdə divardan asılmış televizoru, peyk antenasının qəbuledici aparatı ilə birlikdə divardan sökmüş, sonra masanın üzərində olan “Asus” markalı notebooku yataq otağındakı dolabın içərisindən 50 manat nağd pulu götürmüş, dəhlizdəki dolabdan götürdüyü göy rəngli selofan torbanın içərisinə qoymuş, sonra həmin əşyaları özü ilə gətirdiyi krosna aparatının məftili ilə yataq otağının pəncərəsindən aşağıya sallayıb, mənzilin işıqlarını söndürüb içəriyə daxil olduğu yerdən çıxmış və oğurladığı əşyaları yaşadığı mənzilə aparmışdır. Ertəsi gün saat 15 radələrində oğurladığı “Asus” markalı notebooku Bakı şəhəri, Xətai rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən kompyuter alışı və satışı obyektinə tanışı Elvin adlı şəxsin sənədini təqdim etməklə 30 manata satmış, “Shivaki” markalı televizoru peyk antenasının qəbuledici aparatı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Laçın” kafesində kababçı işləyən Xəyal adlı şəxsə 120 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa 2019-cu ilin sentyabr ayının 10-da oğurluq etmək qərarına gəlmiş, bunun üçün yaşadığı binada yerləşən mənzillərin hansında yaşayış olmadığına diqqət yetirmişdir. Bundan sonra yaşadığı binanın birinci mərtəbəsində yerləşən mənzilin işıqlarının uzun müddət yanmadığını hiss etmiş, 11.09.2019-cu il tarixdə gecə saat 01 radələrində birinci mərtəbədə yerləşən mənzilin küçəyə açılan plastik pəncərəsini bıçaqla açıb, oradan içəriyə daxil olmuş, mətbəxdə olan 01 ədəd stolu, 02 ədəd stulu pəncərənin yanına yığmış, sonra dəhlizdə olan stolu, stulları oraya qoymuş, mənzildəki çarpayını söküb onu da pəncərənin yanına yığmış, divardan televizoru çıxardaraq həmin əşyaların üzərinə qoymuşdur.Sonra tanışı Elvinə zəng edərək oğurladığı əşyaları gəlib pəncərədən çıxarmasında ona kömək etməsini demiş, bir neçə dəqiqə sonra Elvin gəlib ona köməklik edərərk əşyaları daşıyaraq yaşadığı evin pilləkənınə yığmışlar. Qonşuluqda yaşayan Məcidov Orxanın mənzilinə gedib onu da kömək etməyə çağırmış, bunun müqabilində sabah ona pul verəcəyini bildirmiş, Orxan da Elvinlə ona kömək edərək, əşyaları onun yaşadığı mənzilə aparmışlar. Sonra yenə pəncərədən oğurluq etdiyi mənzilə daxil olub, dəhlizdəki dolabın içərisindən həmin mənzilin açarlarını tapıb qapını açaraq, mətbəxdə olan soyuducunu Elvinlə köməkləşib öz yaşadığı mənzilinə aparmışlar. Bundan sonra geri qayıdıb mənzilin qapısnı bağlayıb içəriyə daxil olduğu yerdən çıxmışdır. Oğurladığı televizoru “Sədərək” ticarət mərkəzində işləyən Yadulla adlı şəxsə 90 manata, digər əşyaları isə tanımadığı şəxslərə internet vasitəsilə satmışdır. Oğurluğa tək girmiş, lakin sonradan ona əşyaları yaşadığı mənzilə aparmaq üçün qonşuları Elvin və Orxanı çağırmışdır. Orxana həmin əşyaları özü üçün aldığını demiş, Elvin isə əşyaların oğurluq olduğunu bilmiş, oğurluq nəticəsində cəmi 270 manat pul əldə etmiş, həmin puldan 70 manatını Elvinə, 10 manatını isə Orxana vermiş və qalan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 14 oktyabr 2019-cu il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır kəndi, AAAF Park yaşayış kompleksinin villalar olan ərazisində oğurluq etmək üçün piyada gəzərkən gördüyü 2 mərtəbəli evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin 2-ci mərtəbəsində olan pəncərədən evə daxil olmuşdur. Evin ikinci mərtəbəsində olan 30 manat məbləğində nəğd pulu, 2 ədəd səsgücləndirici aparatı, 1 dəst idman paltarını, 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd qol saatı, 1 cüt qızıl sırğanı və şahmat oyun dəstini oğurlayaraq həmin evə daxil olduğu pəncərədən çıxaraq yaşadığı mənzilə aparmış, səhəri günü, yəni 15 oktyabr 2019-cu il tarixdə həmin 2 ədəd səsgücləndirici aparatı, 1 dəst idman paltarını, 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd qol saatı, 1 cüt qızıl sırğanı və şahmat oyun dəstini Bakı şəhərində yerşən “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsə cəmi 52 manata satmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əşyaları satdığı şəxsə onların oğurluq olduğunu deməmiş və özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa 27 oktyabr 2019-ci il tarixdə axşam saat 22 radələrində binanın həyətində olarkən oğurluq etmək üçün yaşadığı kompleksdə münasib mənzil axtardığı vaxt, 1-ci binanın 10-cu mərtəbəsində lifdən soldakı mənzilin işıqlarının yanmadığını görükdə, həmin mərtəbəyə qalxaraq oradakı 45 nömrəli mənzilin qapısını döymüş, qapını açan olmadığı üçün evdə heç kimin olmadığına tam əmin olmuş, bundan sonra dəhlizdəki döşəmə silən ağacın nazik tərəfini qapının arasına salıb aralayaraq qapını açıb mənzilə daxil olmuş və oradan 2 ədəd “Şvaki” markalı televizoru, 1 ədəd qaz sobasın, 1 ədəd aspiratoru, 1 ədəd “Çinar” markalı soyuducunu, 3 ədəd səsgücləndirici aparatı, 1 ədəd hamam güzgüsünü, 1 ədəd “Seqavay” skuteri, 2 ədəd simistitel su kranını, 1 ədəd yorğanı, peyk antenasının qəbuledici cihazını oğurlayaraq yaşadığı evə aparmış, televizorlardan birini öz mənzilində qoymuş, və sonra Bakı şəhəri, Yasamal rayonu ərazisindəki “Tri karona” adlanan binaların həyətinə tanımadığı taksi ilə aparmış, orada həmin əşyaları tanımadığı şəxsə 270 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Əşyaları satdığı müştəriyə həmin əşyaların ona məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan başqa 13.01.2020-ci il tarixdə, saat 01 tanışı Rövşən və qardaşı Nicatla birlikə Abşeron rayonu, Masazır qəsəbəsi, AAAF y/k-də oğurluq etmək məqsədilə münasib ev axtardıqları vaxt, orada gördükləri 2 mərtəbəli evin işiqlarının yanmadığını gördükdə, evdə yaşayış olmadığını bilmiş, bundan sonra küçə qapısının sol hissəsindəki hasardan qalxaraq həyətə daxil olmuşlar. Sonra evin sol hissəsində yerləşən balaca otağın üzərinə qalxaraq evin 2-ci mərtəbəsinin plastik qapısını açaraq evə daxil olmuş, evdən tapdığı açar ilə evin dəmir qapısını açmış və Rövşən ilə Nicat evə daxil olmuşlar. Evin 1-ci mərtəbəsində yerləşən otaqdan qara rəngli “Sony” markalı televizoru quraşdırılmış yerindən çıxararaq salafana bükmüş, 2-ci mərtəbədə yataq otağındakı divara bərkidilmiş “Sony” markalı televizoru yerindən sökərək evin birinci mərtəsindəki televizorun yanına qoymuşlar. 2-ci mərtəbədə stolun üzərindəki “Apple” markalı kompyuteri və “Apple” markalı notebook kompyuterləri götürərək digər əşyaların yanına qoymuşlar. Oğurladıqları həmin əşyaları Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən onun və Nicatın yaşadığı “Məzunlar evi” deyilən yerə aparmış və həmin əşyaları “Lalafo” internet saytı vasitəsi ilə tanımadığı şəxslərə ümumilikdə 600 manata satmış, həmin pulu aralarında bölməklə hər biri 200 manat götürmüşlər və o, götürdüyü pul şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslərin bir neçəsinin ondan şikayətçi olmamasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X7 ifadəsində göstərdi ki, Səlman Allahyarov onun atasıdır. O, gözdən əlil olduğu üçün Sosial Müdafiə Fondu tərəfindən ona 2017-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi, Məzunlar evi, bina 1 mənzil 1 verilmişdir. Həmin evdə o, atası və anası X6 ilə birlikdə yaşayırlar. Təxminən 2 ay bundan öncə o, oxuduğu texnikumda dərsləri bitdiyi üçün ailəlikcə Ordubad rayonuna getmişlər. 01.10.2019-cu il tarixdə atası Abşeron rayonu, Masazır qəsəbəsi, Məzunlar evində yerləşən mənzilə qayıtmış, mənzilin giriş qapsını açdıqda evin əşyalarının dağıdılmış olduğunu, mənzildən 750 manat dəyərində 01 ədəd Shivaki markalı televizor, 370 manat dəyərində 01 ədəd çarpayı, 780 manat dəyərində 01 ədəd soyuducu və 290 manat dəyərində dəst stol stul oğurlandığını aşkar etmiş və oğurluq nəticəsində ona ümumilikdə 2190 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Novruz oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ona məxsus ünvan 6 ünvanında fərdi yaşayış evində yaşamır, ancaq mütəmadi olaraq həmin ünvana gedib gəlir. 13.01.2020-ci il tarixdə saat 17 radələrində həmin evə gəlib baş çəkən zaman evin 2-ci mərtəbəsinin pəncərəsinin, küçə qapısından həyətə daxil olduqda isə evin qapısının açıq olduğunu görmüş, evə daxil olduqda birinci mərtəbədə yerləşən qonaq otağındakı dəyəri 850 manata olan 1 ədəd “Sony” markalı televizoru, 2-ci mərtəbəki yataq otağında divara quraşdırılmış 32 diaqanal dəyəri 300 manat olan “Sony” markalı televizorun, oradakı stolüstü 600 manat dəyərində olan “Apple” markalı komputyerin və 2 ədəd hər birinin dəyəri 200 manat olan “Apple” markalı komputyerlərin, evin mansarında dəyəri 970 manat olan professional foto işıqlandırma dəstinin oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona ümumilikdə 4520 manat dəyərində maddi ziyan dəymişdir. Bir müddət həmin şəxsləri özü axtarsa da, nəticə əldə edə bilmədiyi üçün 20.01.2020.-ci il tarixdə Abşeron RPİ-nə hadisə barədə ərizə ilə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 Novruz oğlu məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən dörd ilə yaxındır azyaşlı qızı Zəhra ilə Abşeron rayonu Masazır qəsəbəsi, “Məzunlar evi” yaşayış kompleksində yerləşən özünə məxsus mənzildə yaşayır. Qızının xəstəliyi ilə əlaqədar onu 21.10.2019-cu ildə, saat 22 radələrində təcili Novxanı kənd polikinkasına aparmış, orada qızına ilkin tibbi yardım göstərildikdən sonra onu əvvəllər müalicə aldığı Bakı şəhəri Suraxanı rayonundakı 8 nömrəli uşaq poliklinkasına aparmış, təxminən 15 gün xəstəxanada qızı ilə qaldıqdan sonra 03.11.2019-cu ildə, saat 22 radələrində mənzilinə qayıtmış, mənzilin qapısının qıfılını aça bilmədiyi üçün, qonşuların köməyi ilə qapının qıfılını sındırıb mənzilə daxil olduqda, mənzildəki əşyaların səliqəsinin pozulduğunu, hər biri 400 manat olan 2 ədəd “Şvaki” markalı televizorun, 350 manat dəyərində 1 ədəd qaz sobasının, 200 manat dəyərində 1 ədəd aspitarorun, 400 manat dəyərində 1 ədəd “Çinar” markalı soyuducunun, 850 manat dəyərində 3 ədəd səsgücləndirici aparatların, 40 manat dəyərində 1 ədəd hamam güzgüsünün, 450 manat dəyərində olan 1 ədəd “Seqavay”in (skuter), 20 manat dəyərində 2 ədəd simistetelin, 30 manat dəyərində 1 ədəd yorğanın və 70 manat dəyərində peyk antenasının qəbuledici aparatının yerində olamdığını gördükdə, onların oğurlandığını bilmiş və mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş və oğurluq nəticəsində ona ümumilikdə 3210 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 qızının məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2017-ci ildə aldığı Abşeron rayonun Masazır kəndi, AAAF PARK yk-də olan 2 mərtəbəli evinə arabir gedib baş çəkir. Axırıncı dəfə 13 oktyabr 2019-cu il tarixdə həmin evə getmiş, evdəki əşyaların yerində olduğunu görüb, getmişdir. Ondan sonra 16 oktyabr 2019-cu il tarixdə evinə getdikdə evin ikinci mərtəbəsinin açıq olduğunu, evə daxil olduqda evdəki əşyaların dağınıq olduğunu görmüş, evdəki əşyalara nəzər yetirdikdə evdən hər birinin dəyəri 200 manat olan 2 ədəd səs gücləndiricinin, evin ikinci mərtəbəsində 200 manat dəyərində 1 dəst idman paltarının, 100 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonun, 100 manat dəyərində 1 ədəd “Ferruci” markalı qol saatın, 200 manat dəyərində 1 ədəd qızıl saatın, 1 ədədi 400 manat dəyərində qızıl sırğanın oğurlandığını aşkar etmişdir. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra, hadisə yerinə polis əməkdaşları gəlmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 qızının elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən iki ilə yaxındır ki, ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Abşeron rayonu, Masazır kəndi, X23 Massiv-2, ev 2, mənzil 12 ünvanda qeyri qəsmi ər-arvad kimi yaşadığı X3, oğlu X17 və qızı X12 ilə birlikdə yaşayır. 23.08.2019-cu il tarixdə saat 12 radələrində ailə üzvləri ilə birlikdə gəzmək üçün Qusar rayonuna getmiş və 29.08.2019-cu il tarixdə, saat 15 radələrində həmin mənzilinə qayıtmış, mənzilin seyf giriş qapısını açarla açmaq isdədikdə, qapını aça bilmədiyi üçün həyətə gedib eyvana baxdıqda eyvanıın pəncərəsinin üzərindəki dəmir barmaqlığın qırıldığını görmüş, bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək mənzilindən oğurluq olması barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəldikdən sonra, onun xahişi ilə qonşusu Denis həyətdəki qaz turbası ilə eyvana qalxıb, qapını içəridən açmış və polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşdur. Mənzilin zalından 300 manat dəyərində 01 ədəd işlənmiş 81 dioqanallı «Şhivaki» markalı televizor, 50 manat dəyərində işlənmiş 01 ədəd «Dream-Star» markalı rəqəmsal aparatı, 700 manat dəyərində işlənmiş 01 ədəd «Asus» markalı noutbuk klaviatiatura mişkası ilə birlikdə və yataq otağındankı paltar dolabındakı payız gödəkcəsinin cibindən 50 manat nəğd puluu oğurlandığını aşkar etmiş və oğurluq nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs4 qızının məhkəməyə ünvanladığı ərizədə təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, atası ilə Bakı şəhəri, Şamaxınka adlanan yerdə kirayə yer götürərək qədim əşyaların alışı və satışı ilə məşğul olur. Təxminən 2019-cu ilin oktyabr ayının ortalarında işdə olduğu vaxt, sonradan adını öyrəndiyi Nurlan adlı şəxs ona yaxınlaşaraq özünə məxsus şahmat naboru və 2 ədəd qol saatını pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin əşyaları Nurlandan 22 manata almışdır. Sonradan şahmat naborunu 15 manata, bir ədəd saatını isə 15 manata satmışdır. Nurlanın ona satdığı əşyaların oğurluq olmasını bilməmişdir. O, onda qalmış həmin qol saatlarından birini istintaqa təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11.12.2019-cu il tarixli 28949 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qəhvəyi rəngli, “Ferruci” markalı kişi qol saatının istifadə olunması nəzərə alınmaqla 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 30,00 manat müəyyən olunur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13.02.2020-ci il tarixli 2309 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 844,00 müəyyən olunur. O cümlədən: - 1. Qara rəngli, 96x35x35 sm ölçülü çantanın içərisinə qablaşdırılmış vəziyyətdə “STAR FLASH” markalı, “CY 600A” model, 4 hissədən ibarət, istifadə olunmuş, normal vəziyyətdə olan foto içıqlandıran dəsti-800.00 manat; - 2. 11 ədəd müxtəlif rəngdə müxtəlif ölçüdə, təzə vəziyyətdə əl-dəsmalları 44,00(11x4,00) manat. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizasdının 31.01.2020-ci il tarixli 201 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 04.02.2020-ci il tarixli 20/70R saylı ekspert rəyindən görünür ki,

1. 14.10.2019-cu il tarixdə, Abşeron rayonu, Masazır kəndi, AAAF Park villarında yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayyinəsi zamanı 04 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd barmaq izi (Göyçay RPŞ və BƏSİİ-dən ADİS-in məlumat bankına daxil olan) xx.xx.1997-ci ildə Göyçay şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs1 sağ əlinin adsız barmağın əksi ilə eynidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03.03.2020-ci il tarixli 5374 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 835,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızının evindən oğurlanmış əşyalardan aşkar edilib götürülmüş 1 ədəd soyuducu, 1 ədəd qaz sobası, 1 ədəd aspirator, 1 ədəd hamam güzgüsü və 1 ədəd televizr maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 Novruz oğlunun evindən oğurlanmış əşyalardan aşkar edilib götürülmüş “star flaşh ” markalı “cy 600A” model 4 hissədən ibarət işıqları və 11 ədəd əl dəsmallar maddisübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 İbrahim oğlunun evindən oğurlanmış əşyalardan aşkar edilib götürülmüş 1 ədəd qəhvəyi rəngli, “Ferruci” markalı kişi qol saatı maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 qardaşıı Təqsirləndirilən şəxs1 Yadiyar oğlu və tanışı X5 ilə bir qrup şəxs halinda özgənin əmlakını talamaq məqsədilə 13.01.2020-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi Zərərçəkmiş şəxs1 Novruz oğluna məxsus ünvan 4 ünvanının plastiq pəncərəsini açma yolu ilə daxil olaraq 32 diaqanal dəyəri 300 manat olan “Sony”markalı televizoru, stolüstü “Apple” markalı dəyəri 600 manat olan komputyeri, 2 ədəd hər birinin dəyəri 200 manat olan “Apple” markalı komputyerləri, oğurlayaq zərərçəkmişə ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 19.01.2020.-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 Novruz oğluna məxsus ünvan 4 ünvanına daxil olaraq tavan arasında olan dəyəri 800 manat olan “star flaşh” markalı “cy 600A” model 4 hissədən ibarət ışıqları və 44 manat dəyərində 11 ədəd əl dəsmallarını oğurlamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 avqust 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 qızına məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu Məzunlar evi bina 2 mənzil 12-nin eyvanına küçədən qaz borusu ilə qalxaraq eyvanın pəncərəsinin üzərində olan dəmir barmaqlığı ayağı və əli ilə itələyərək aralayıb qanunsuz mənzilə daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində Shivaki markalı televizor, 01 ədəd 50 manat dəyərində Dreamstar markalı krosnu ötürücüsünü, 01 ədəd 700 manat dəyərində Asus markalı noutbuku və yataq otağından dolabın içərisindən 50 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah hiyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 sentyabr 2019-cu il tarixdə gecə saat 01 radələrində X2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, X23, “Məzunlar evi” yaşayış kompleksi, 2 saylı binanın, 1 saylı mənzilinin plastik pəncərəsini bıçaqla açaraq mənzilə qanunsuz daxil olaraq oradan 01 ədəd 750 manat dəyərində “Shivaki” markalı televizoru, 01 ədəd 370 manat dəyərində çarpayını, 01 ədəd 780 manat dəyərində soyuducunu və 01 ədəd 290 manat dəyərində stol-stul dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs Səlman Allahyarova ümumilikdə 2190 manat məbləğındə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən AAAF Park yaşayış kompleksində yerləşən mənzilinə evin ikinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olmaqla oradan 30 manat məbləğində nəğd pulu, ümumi dəyəri 400 manat olan 2 ədəd səsgücləndirici aparatı, 200 manat dəyərində olan 1 dəst idman paltarını, 100 manat dəyərində olan “Samsung” markalı mobil telefonu, 30 manat dəyərində “Ferruçi” markalı 1 ədəd qol saatını, 2000 manat dəyərində olan 1 ədəd qol saatını, 400 manat dəyərində olan 1 cüt qızıl sırğanı və 100 manat dəyərində olan şahmat oyun dəstini gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 3330 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 qızının Abşeron rayonu, Masazır qəsəbəsi, “Məzunlar evi” yaşayış kompleksi, ev 1-də yerləşən 45 nömrəli mənzilinə qapını açmaqla qanunsuz daxil olaraq oradan 400 manat olan 1 ədəd “Şvaki” və 220 manat dəyərində 1 ədəd “Super Max” markalı 32 dioqnal televizoru, 180 manat dəyərində olan 1 ədəd qaz sobasını, 150 manat dəyərində olan 1 ədəd aspiratoru, 250 manat dəyərində olan 1 ədəd “Çinar” markalı soyuducunu, 850 manat dəyərində olan 3 ədəd səsgücləndirici aparatı, 35 manat dəyərində olan 1 ədəd hamam güzgüsünü, 450 manat dəyərində olan 1 ədəd “Seqavay” skuteri, 20 manat dəyərində olan 2 ədəd simistitel su kranını, 30 manat dəyərində olan 1 ədəd yorğanı, 70 manat dəyərində olan peyk antenasının qəbuledici cihazını oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2675 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 Yadiyar oğlu və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halinda 13.01.2020-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi Zərərçəkmiş şəxs1 Novruz oğluna məxsus ünvan 5 ünvanının plastiq pəncərəsini açma yolu ilə daxil olaraq 850 manata olan 1 ədəd “Sony” markalı televizoru, 32 diaqanal dəyəri 300 manat olan “Sony”markalı televizoru, stolüstü “Apple” markalı dəyəri 600 manat olan komputyeri, 2 ədəd hər birinin dəyəri 200 manat olan “Apple” markalı komputyerləri, oğurlayaq ümumilikdə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 2150 manat ziyan vurmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətmələri özlərinin etirafları ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 25.01.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay Rayon Məhkəməsinin 04.11.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22.06.2017-ci ildə Salyan rayon Məhkəməsinin 21.06.2017-ci l tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76-cı madəsinə əsasən 04 (dörd) ay 13 (on üç) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Göyçay Rayon Məhkəməsinin 04.11.2014-cü il tarixli hökmü ilə məhkumluğu ödənilmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərəçəkmiş şəxslərə dəymiş ziyanın bir qisminin ödənməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 20.01.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və ibtidai istintaq orqanı tərəfindən həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 25.01.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Probasiya şöbəsinin 23.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.1, 66.3 və 68.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, 12.08.2016-cı il tarixdə cəzasının sonun ilə azad edilmiş və o, cərimə cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs1 təyin edilən cəzaya Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası ilə tam birləşdirməklə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25.05.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CMin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” 22 dekabr 2010-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Göyçay rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat məbləğində cərimə cəzasını icra etməmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş və məhkumluğu ödənilmədən qəsdən az ağır cinayət əməlini törətmişdir. Bununla da, onun əməlində cinayətlərin residiv yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə həmçinin belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qisminin ödənməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olması onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 istintaq orqanının çağırıçlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, o, 20.01.2020-ci il tarixində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli tutulduğu 20.01.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə hesab edir ki, şəxs Təqsirləndirilən şəxs1 oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə onlara dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 oğlunun Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası ilə tam birləşdiilsin və Təqsirləndirilən şəxs1 oğluna qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20.01.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanilsın. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz manat məbləğində pul ödənilsin. Təqsirləndirilən şəxs1 oğluna ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxslərə onlara dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar