Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-43/2022 14.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, Abşeron Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, döngə 2, ev 2-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 7, mənzil 3-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18.05.2021-ci tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə qohumu X8 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında əvvəllər oğurluq cinayətini törətdiyinə görə barəsində Abşeron Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işinin baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən 18.04.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Mərkəzi kitabxana binasının plastik pəncərəsini açmaqla qanunsuz içəri daxil olaraq oradan 01 dəst 950 manat dəyərində 2007-ci il istehsallı “Benq” markalı kompyuteri, 01 dəst 850 manat dəyərində 2009-cu il istehsallı “Benq” markalı kompyuteri, hər birinin dəyəri 1200 manat olan 2011-ci il istehsallı 02 dəst kompyuteri, 850 manat dəyərində 01 dəst 2015-ci il istehsallı “Benq” markalı kompyuteri, 01 ədəd 30 manat dəyərində klaviaturanı və 20 manat dəyərində təsərüfat şampununu, ümumilikdə 5100 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əmisi oğlu X2 şəhərində yaşayır. 18.04.2021-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evində olarkən əmisi oğlu Vurğun onun evinə gəlmiş və Xırdalan şəhəri 27-ci məhəllədə kitabxanada kompyuterlər olduğunu, onunla birlikdə gedib həımin kompyuterləri oğurlamağı təklif etmişdir. O, Vurğunun təklifi ilə razılaşmış və həmin vaxtı Xırdalan şəhəri 27-ci məhəllədə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən kitabxananın yanına gəlmişlər. Kitabxananın qarşısında olan parkda əyləşib ətrafa nəzər salmışlar və insanların gəliş-gedişinin seyrəlməsini gözləmişlər. Təxminən 2 saat sonra Vurğunla kitabxananın sağ hissəsində yerləşən pəncərəyə yaxınlaşmışlar. Vurğun əli ilə kitabxananın plastik pəncərəsini açmış və içəri keçmişdir. O, da pəncərənin yanında gözləmişdir. Vurğun içəridən götürdüyü kompyuter dəstlərini pəncərədən ona vermiş və o, da kompyuterləri götürüb yerə yığmışdır. Vurğun kitabxanadan 3 dəst kompyuter və selofonda bir neçə ədəd şampon çıxarmışdır. Oğurladıqları kompyuterləri və şampunları orada zibilxanadan tapdıqları arabaya yığıb oradan Nizami küçəsində yerləşən “Aytac” kafesinin yanına gəlmişlər və o, orada 1 dəst kompyuteri özünə götürmüşdür. Qalan 2 dəst kompyuteri və şampunları Anar özü ilə aparmışdır. Kompyuter dəstini yaşadığı evin zirzəmisinə qoyub saxlamışdır. Bundan 5 gün sonra oğurladığı kompyuter dəstini satmaq üçün Bakı şəhərində yaşayan qohumu Nəsimiyə zəng edib 50 manata kompyuter satmaq istədiyini bildirmişdir. Nəsimi ondan kompyuteri haradan əldə etdiyini soruşmuş, o, da kompyuteri zibilxanadan tapdığını bildirmişdir. Nəsimi kompyuteri 40 manata alacağını bildirmiş və o, komyuteri 40 manata satmağa razılaşıb kompyuteri Bakı şəhərinə 5 mərtəbə deyilən ünvana aparıb orada Nəsimiyə verib 40 manat almışdır. 40 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Vurğun da oğurladıqları kompyuterləri satdığını bildirmişdir. Lakin kimə satdığını ona deməmişdir. Kitabxanadan kompyuter dəstlərini əmisi oğlu X8 ilə birlikdə oğlurlamış və həmin oğurluq barədə heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2001-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin nəzdində olan Abşeron rayon X1 müdiri vəzifəsində işləyir. Kitabxanaya məxsus olan kompyuter avadanlıqlarını kitabxanada ayrı bir otağa yığıb saxlamışlar. 16.04.2021-ci il tarixdə işdən çıxıb getmişlər. 19.04.2021-ci il tarixdə səhər saatlarında kitabxanaya gəlmiş və həmin vaxtı kitabxananın plastik pəncərəsinin açıq olduğunu və kompyuter avadanlıqlarının olduğu otağın və digər iki otağın qapılarının kilidinin qırıldığını aşkar etmişdir. Kompyuter avadanlıqları olan otaqdan 5 dəst ümumi dəyəri 4575,90 manat olan komyuterin, 30 manat dəyərində 01 ədəd klaviaturanın və 20 manat dəyərində şampunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində Kitabxanaya 4625,90 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq nəticəsində kompyuter avadanlıqları olan otaqdan 950 manat dəyərində 2007-ci il istehsalı olan 1 dəst “Benq” markalı kompyuterin, 850 manat dəyərində 2009-cu il istehsalı olan 1 dəst “Benq” markalı kompyuterin, 2 dəst “Benq” markalı hər birinin dəyəri 1200 manat olan 2011-ci il istehsalı olan kompyuterin, 850 manat dəyərində 2015-ci il istehsalı olan 1 dəst “Benq” markalı kompyuterin, 30 manat dəyərində 01 ədəd klaviaturanın və 20 manat dəyərində təsərüffat şamponunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində Kitabxanaya 5100 manat maddi ziyan dəymişdir. İstintaqa verdiyi ilkin ifadəsində dəymiş ziyanı az göstərmiş, lakin sonradan Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş İnventarizasiya siyahısında oğurlanmış 5 dəst kompyuterin dəyərinin 5050 manat olduğu göstərilmişdir. Odur ki, o, ekspertin rəyi ilə razı deyil və təqsirləndirilən şəxsə elan ediləcək ittihamda ekspertin rəyinin əsas götürülməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının sonlarında qohumu Təqsirləndirilən şəxs ona zəng edib 50 manata kompyuter dəstini satmaq istədiyini bildirmişdir. O, Samirdən kompyuterin kimə məxsus olduğunu soruşmuşdur. Samir kompyuterin özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, Samirə kompyuteri almaq istədiyini bildirmiş və Samir kompyuter dəstini yəni 1 ədəd manitoru, 1 ədəd prosessoru, 1 ədəd klaviaturanı və 1 ədəd yupesi Bakı şəhərinə yaşadığı ünvana gətirib ona vermiş, bunun müqabilində o, qohumu Samirə 50 manat pul vermişdir. O, həmin kompyuter dəstinin oğurluq olduğunu sonradan bilmişdir. Samirdən aldığı kompyuter dəstinin oğurluq olduğunu bilməmiş, Samir kompyuterin özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Samir ona başqa heç nə satmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İttiham aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları Abşeron RPİ-nin istintaq şöbəsi tərəfindən yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə birlikdə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 04.03.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilib CM-nin 221.3-cü maddəsinə dair müddəa xaric edilib, CM-nin 126.2.4-cü maddəsi CM-nin 128-ci maddəsinə tövsif olunub qəti 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 30.06.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə 27.10.2015-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 04.03.2015-ci il tarixli qərar ləğv edilərək yeni Apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17.06.2016-cı il tarixli qərarı ilə CMnin 221.3-cü maddəsinə əsasən 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 17.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. 26 iyul 2021-ci il tarixdə X4 barəsində ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrilmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd üzərində «E PRO» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuterin elektrik tənzimləyicisi (Yupes), bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş komyuter prosessoru, bir ədəd üzərində «Benq, model ET-0023-N, LCD monitor, september 2009» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter manitoru, bir ədəd üzərində «Gigabyte GK-7P» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter klaviaturası maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinə təhvil verilmişdir. Abşeron rayon polis idarəsinin 18.05.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 18.05.2021-ci tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Azərbaycan Respublikası Baş Prokurorluğun “X7” 107.15-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs 04.04.2020-ci il tarixdə saat 19:55 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Törədilmiş cinayət əməlinə görə ********* nömrəli cinayət işinin istintaqı Abşeron RPİ-nin istintaq şöbəsi tərəfindən yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 18.04.2021-ci il tarixdə saat 23 radələrində oğurluq cinayəti törətmişdir. Həmin cinayət əməlinə görə ********* nömrəli cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Abşeron Rayon Məhkəməsinin icraatında baxılmasını və iş üzrə hökm çıxarılmamasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə dair 4 mart 2013cü il qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Avropa Məhkəməsinin X9 Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur. Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (X9 Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar). Göründüyü kimi, Təqsirləndirilən şəxs 04.04.2020-ci il tarixdə saat 19:55 radələrində törətdiyi oğurluq cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs 18.04.2021-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqdarda ziyan vurub oğurluq cinayətini törətməsinə görə CM-in 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ekspertiza rəyi ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarsından az ola bilməz. Təqsirləndirilən şəxs Həsənov X6 Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 02 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18.05.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində «E PRO» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuterin elektrik tənzimləyicisi (Yupes), bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş komyuter prosessoru, bir ədəd üzərində «Benq, model ET- 0023-N, LCD monitor, september 2009» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter manitoru, bir ədəd üzərində «Gigabyte GK-7P» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter klaviaturası ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 75 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində «E PRO» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuterin elektrik tənzimləyicisi (Yupes), bir ədəd üzərində markalanma yazıları olmayan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş komyuter prosessoru, bir ədəd üzərində «Benq, model ET- 0023-N, LCD monitor, september 2009» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter manitoru, bir ədəd üzərində «Gigabyte GK-7P» markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş komyuter klaviaturası ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinə qaytarılması nəzərə alınsın. İş üzrə 75 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-43/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-43/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver