Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-43/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində yerləşən 22 saylı fərdi evini dövlət reyestr xidmətindən çıxarış aldıqdan sonra ona 65000 (altmış beş min) manata satacağını yalandan vəd edib aldadaraq 17 yanvar 2019-cu il tarixdə sonuncudan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yeləşən «Xızı» kafesində həmin tarixdə Azərbaycan manatına nisbətdə məzənnəsi 45900 (qırx beş min doqquz yüz) manat təşkil edən 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini qeyd edərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2011-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində işləyib ticarətlə məşğul olmuşdur. Moskva şəhərinə olduğu müddətdə işləyib gündəlik qazandığı pulları ailəsinə bank vasitəsilə göndərməyə başlamışdır. Lakin bank vasitəsi ilə pul göndərərkən faiz çox tutulduğundan başqa yol axtarmış və bu işlə məşğul olan Sahib adlı şəxslə tanış olmuş və Rusiyada qazandığı pulları ailəsinə Sahibin vasitəsi ilə göndərmişdir. Hətta elə vaxtlar olmuşdur ki, onun pulu Sahibdə yığılmılş, onun razılığı ilə Sahib öz problemlərinə sərf edib xərcləmiş sonradan pulu qaytarmışdır. Beləliklə, onunla Sahib arasında yaxın münatbət yaranmışdır. Moskvada işlədiyi müddətdə Sahibin vasitəsi ilə Azərbaycana göndərdiyi pullarla ev, 3 ədəd maşın və ferma almışdır. Bundan sonra o, Azərbaycana gəlib fermanı işlətməyə başlamış, lakin bir müddət sonra ziyana getdiyindən həm fermanı, həm də avtomaşını satmışdır və qərara gəlmişdir ki, yenidən Moskva şəhərinə qayıtsın, iş qurub işləsin. Bu məqsədlə Moskva şəhərinə qayıdıb, orada iş qurub işləmək istəsə də işləri alınmamışdır. Qaytarılma müddəti müəyyən edilmədən Sahib ona 7000 ABŞ dolları məbləğində borc vermişdir. Bundan sonra məcbur Azərbaycana qayıtmışdır. 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu yaxınlığında «Badam lanc» çay evində qəlyançı işlədiyi vaxt Sahib onun mobil telefonuna zəng edib əlaqə saxlamış və iş yerini öyrənib ora gəlmişdir. Sahib onun iş yerinə Akif, Mehdi və Natiq adlı şəxslərlə birlikdə gəlmişdir. Çay evində Sahiblə görüşüb söhbət edəndə Sahib ona demişdir ki, borca görə onu bərk sıxırlar və yanında olan şəxsləri təqdim edib demişdir ki, Moskvada işlədiyi sahibkarlara yaxın adamlardır, ona verdiyi borc pulu da alandan sonra onlara qaytarmalıdır. O, Sahibə, yaşadığı evi satışa çıxartdığını bildirmiş və evi satandan sonra borcunu qaytaracağını demişdir. Səhəri gün evdə olarkən dostu Tural ona zəng edib Sahib ilə bir neçə şəxsin çay evinə gəldiklərini və onu narahat etdiklərini bildirmişdir. Belə olanda o, atası Yaşarı da götürüb çay evinə getmiş, onlarla birlikdə atasının dostu Azər və xalası oğlu İmran kimi müraciət etdikləri Ceyhun Abbasov da getmişdir, çay evinin qarşısında görüşmüşlər. Çay evində yenə borc barədə söhbətləri olmuş, atası Yaşar Sahiblə söhbət edib evlərini satmağa qoyduqlarını, evi satıb, borcunu qaytaracağını bildirmiş və sonra ayrılmışlar. Aradan təxminən 10 gün keçəndən sonra atası Yaşarın mobil telefonuna zəng gəlmiş və pul barədə söhbət olduğundan qərara gəlmişlər ki, yenidən görüşsünlər. 2018-ci ilin dekabr ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Xızı» kafesində atası Yaşarın iştirakı ilə görüşmüşlər. Aralarında razılığa gəlmişlər ki, evi satıb borcu ödəsinlər. Həmin vaxtdan beş gün sonra yenidən «Xızı» kafesində görüşmüş, Sahib onun borcunun qaytarılmayacağından narahat oduğunu bildirdiyi üçün yazılı qəbz yazmağa razılaşmışdır. Qəbzi atası Yaşar yazmış, o, da imza etmişdir. Həmçinin Sahiblə birlikdə kafeyə gəlmiş şəxslər də həmin qəbzə imza etmişlər. Kafedən çıxandan sonra Sahib ona Moskva şəhərinə qayıtmasını demiş, söhbət əsasında Natiq ona bildirmişdir ki, pulla bağlı şikayət edəcəkdir. Natiqə bildirmişdir ki, ona yox, Sahibə borcu vardır. Buna baxmayaraq evini satmağa dəfələrlə cəhd etsə də, evin yerləşdiyi yerə görə sata bilməmişdir. Onun Natiqə hər hansı miqdarda borcu yoxdur, həmçinin yaşadığı evi ona satmağa təklif etməmiş və bu məqsədələ ondan hər-hansı miqdarda pul almamışdir. Natiqlə onun arasında Natiqə ev satmaq barədə hər hansı razılaşması olmamış, Xırdalan şəhərində olan evini Natiqə satacağı ilə əlaqədar ondan heç bir miqdarda pul almamışdır. Natiq, ona ev satacağı və həmin evə sənəd düzəlsdilməsi üçün ona 27000 ABŞ dolları məbləğində pul verdiyi barədə məlumatları yalan demişdir. Sahib, Natiq, Akif və Mehdi onunla Bakı şəhərində Neftçilər metrosunun yanında “Nabat” çay evində görüşərkən Sahib bildirmişdir ki, ona verdiyi 7000 ABŞ dolları məbləğində pulu Natiqdən almışdır, Natiq həmin məbləğdə pulu ondan tələb edir. Natiq Saibdən deyil, ondan şikayət edərək pulunu əsassız olaraq tələb edir. Natiq ona böhtan atmış, Natiqə ev satmaqla əlaqədar ondan pul almamış və onunla ev satmaq barədə hər hansı razılığı olmamışdır. Onun Natiqə borclu olması barədə yazılı mətni Xırdalan şəhəri, “Xızı” kafesində qeyd olunan şəxslərin iştirakları ilə atası Yaşar İdayətov yazmış və o, də həmin kağıza imza etmişdir. Atası onun soyadını səhvən İdayətov kimi göstərmişdir. O, həmin yazılı mətndə Zərərçəkmiş şəxs 27000 ABŞ dolları məbləğində borclu olduğunu Sahibin ona təkidi və məsləhəti ilə atasına yazdırmışdır. Sahib ona demişdir ki, həmin məzmunda yazılı kağız yazsın və Natiqə versin ki, Natiq ondan əl çəksin, o da rahat şəkildə Moskva şəhərinə qayıda bilsin. Şifahi olaraq Sahib ona demişdir ki, onunla aralarına olan borc 7000 ABŞ dolları təşkil edir və ondan həmin məbləğdə pulu alacaqdır. 2018-ci ildən hazırkı vaxta qədər Şahid1 olan borcundan qaytarmamış, Sahibin borcunu qaytarmağa maddi imkanı olmamışdır. 2019-cu ildə tarixi yadında qalmayan vaxtda Rusiya Federasiyasının Moskva şəhərində tutulmuşdur. Həmin vaxt Moskva şəhərində “Moskva Ticarət mərkəzində” Fariz adlı şəxslə birlikdə Çin vətəndaşı ilə dalaşmışdır. Ona görə polis onu cinayət törətməkdə şübhəli şəxs kimi saxlanmışdır. Polisdən qurtarmaq üçün Sahibə zəng edib ondan xahiş etmişdir ki, polisə pul verib onu azad etdirsin və Azərbaycan Respublikasına qayıtdıqdan sonra Xırdalan şəhərində yerləşən evini ya Sahibin, ya da Natiqin adına keçirtsin. Lakin Sahib ona kömək etməmişdir. Ona görə də, polis tərəfindən Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onun Zərərçəkmiş şəxs nə borcu olmuş, nə də evi satmaq barədə aralarında razılıqları olmuşdur. O, Zərərçəkmiş şəxs adlı şəxsi Sahib vasitəsi ilə tanımış, sonuncunun ona verdiyi 7000 ABŞ dolları məbləğində pulun əslində Natiqə aid olduğunu öyrəndikdən sonra borc barədə qəbz yazması barədə razılaşmış, qəbzi yazan atası borcun 7000 ABŞ dolları olduğunu bilsə də, onun təkidi ilə borcun məbləğini 27.000 ABŞ dolları olaraq qeyd etmişdir. O, Sahibi uzun müddət tanıdığı üçün onun sözünə inandığından qəbzin bu cür yazılmasına razılıq vermişdir ki, Sahiblə Natiq arasında problem olmasın. Sonda barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməllərinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxslər və şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, 2018-ci ilin noyabr ayında Rusiya Federasiyasının Moskva şəhərində olarkən orada Elvinlə tanış olmuşdır. Elvin onun tanışı Sahibin yanına gəlib müəyyən miqdarda pulu Azərbaycan Respublikasına göndərmişdir. Həmin ərəfədə Elvin söhbət əsasında tanışı Sahibə iş adamı olmasını, fermasının olduğunu, bizneslə məşğul olduğunu bildirmişdir. Elvin həmçinin Abşeron rayonu, Xırdalan şəhərində evi olduğunu, həmin evi satmaq istədiyini bildirmiş, o da həmin evi almaq istədiyini bildirmişdir. 2018-ci ilin dekabr ayında o, Azərbaycan Respublikasına gəldikdə tanışı Sahibin ona verdiyi elefon nömrəsi ilə əlaqə yaradıb Elvinlə evi almaq barədə danışmış, ilk dəfə Elvinlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Xızı» kafesində görüşmüşlər. Elvin satdığı evi 110.000 (yüz on min) manata aldığını, problemləri olduğu üçün dəyərindən aşağı qiymətə satdığını bildirmişdir. «Xızı» kafesindən çıxıb Elvinin satmaq istədiyi evə baxmağa getmişlər. Evə baxarkan evdə bir yaşlı qadın olmuşdur. Elvin həmin yaşlı qadını anası kimi təqdim etmiş və bildirmişdir ki, evin heç kimə aidiyyəti yoxdur, özü həmin evi satır. Evə baxandan sonra evi bəyənmiş, yenidən «Xızı» kafesinə qayıtmışlar. Kafedə olarkən Elvin evi 75.000 manata demiş, sənədlərin hazırlanması üçün də 10.000 manat pul lazım olacağını bildirmişdir. O, Elvinlə evə sənəd almaqla birlikdə 65.000 manata alacağı barədə razılaşmışlar. Elvin ona evin yerləşdiyi torpaq sahəsinin ilkin bələdiyyə sənədlərini təqdim etmiş, sonradan həmin sənədləri evə sənəd çıxarması üçün Elvinə vermişdir. O, Elvinlə evin satışı ilə əlaqədar danışarkan yanlarında heç kim olmamışdır. Aralarındakı ilkin razılamaya əsasən, sənədlər hazır olandan sonra evin dəyəri olan pulu tam şəkildə ödəməli olduğu halda, 2019-cu ilin yanvar ayının ortalarında Elvin ona zəng edib bildirmişdir ki, əgər evi almaq istəyirsə evin dəyərinin bir hissəsini əvvəldən ödməlidir. O, Elvinin evin sənədləşməsi ilə məşğul olduğunu zənn edib pulun 45.000 manatını ona verməyə razılıq vermişdir. 17 yanvar 2019-cu il tarixdə Xırdalan şəhşərinə gəlib, «Xızı» kafesində Elvinlə görüşmüş, Elvinlə görüşərkən dostu X10 yanında olmuşdur. Evi almaq üçün Elvinə həmin tarixdə Azərbaycan manatına məzənnəsi 45900 (qılrx beş min doqquz yüz) manat təşkil edən 27000 (iyirmi yeddi min) ABŞ dolları pul vermişdir. Elvin pulu aldıqdan sonra 25 yanvar 2019-cu il tarixədək evin sənədlərinin hazır olacğını və evi onun adına keçirəcəyioni vəd etmişdir. Lakin sonradan Elvin ona demişir ki, evin sənədləri bələdiyyə sənədidir, tikilmiş ev yüksək gərgindikli elektrik xəttinin yaxınlığında yerləşir. Bundan sonra Elvin ona bir neçə tanımadığı şəxsi göstərib demişdir ki,evin sənədləşməsini həmin şəxslər həyata keçirəcəklər. Həmin şəxslərə vermək üçün əlavə olaraq pul vermək lazım olduğunu demişdir. Əvvəlcə pul verməyə razılaşmış, lakin Xırdalan şəhərində tanıdığı əmlakçılarla ( maklelərlə) məsləhətləşmiş, tanış əmlakçılar həmin evin yüksək gərginlikli elektrik xəttinin yaxınlığında yerləşdiyini bildirib Elvinin həmin evə sənəd ala bilməyəcəyini demişlər. Ona görə də, o, Elvindən pulunu qaytarmağı tələb etmiş, lakin Elvin pulu olmadığını bildirmişdir. Belə olduqda Elvinə demişdir ki, evi başqasına satıb, onun pulunu versin, eyni zamanda Elvin özü də xahiş etmişdir ki, evi almaq üçün müştəri tapmaqda ona kömək etsin. Həmin ərəfədə Elvinin üzü tüklü olduğundan maraqlananda atasının ölməsini bildirmişdir. 2019-cu ilin yanvar ayının sonlarında Elvinlə zəngləşərək Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında yerləşn binanın altında yerləşən Nabat kafesində görüşmüşlər. Yenidən evin sənədləri ilə maraqlandıqda , Elvin ona borclu olan dostu Şəhriyarın adına olan 5 otaqlı mənzili həmin evin əvəzində satmağı ona təklif etmiş, o dazərəri bərpa etmək üçün razılaşmışdır. Həmin beş otaqlı evlə maraqlandıqda, Elvin həmin evin sənədlərinin girovda olduğunu, Şəhriyarın oğlu Mircavadın ona borcu olduğu üçün həmin evi borcun əvəzində 80.000 manata satacağını bildirmişdir. O, dostu Mehdi ilə birlikdə evin sahibi Şəhriyarın işlədiyi Ceyranbatan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gedib onunla görüşmüş və məsələni ona bildirmişdir. Şəhriyar ona demişdir ki, onun və oğlu Mircavadın Elvinə heç bir pul borcu yoxdur. Elvin onlara yalan demişdir, evin sənədləri də özündədir. Şəhriyarla söhbət zamanı bildirmişdir ki, Elvin ev satmaq adı ilə ondan 27.000 ABŞ dolları məbləğində pul almışdır. Aradan bir həftə keçəndən sonra Elvin telefonunu söndürmüş və onunla əlaqələri kəsmişdir. Bundan sonra tanışı Sahiblə telefon əlaqəsi saxlamış, onun köməyi ilə Elvinin mobil nömrəsini əldə edib onunla əlaqşə saxlamışdır. Elvinlə Bakı şəhəri, 8-ci kilometr ərazisində görüşmüş, Şəhriyar da həmin görüşə gəlmişdir. Elvinin yanında özünü Elvinin əmisi kimi təqdim edən, əslində Elvinin atası olan Yaşar, Yaşarın dostu Azər, xalası oğlu İmran olmuşdur. Onun yanında dostu Mehdi və Sahib də olmuşdur. Yaşar, baş vermiş hadisələrdən xəbərsiz olduğunu bildirsə də, sonradan utandığından yalan danışmasını bildirib Elvinin atası olduğunu bildirmişdir. Şəhriyar özünün və oğlu Mircavadın Elvinə heç bir borcu olmadığını, əksinə Elvinin ona borclu olduğunu Elvinin üzünə demişdir. Yaşar məsələni araşdıracağını bildirdikdə təkar görüşmək barədə razılaşmışlar. Bir neçə gündən sonra Xırdalan şəhərinə, “Xızı” kafesində tanışı Sahib, Mehdi, Yaşar, Elvin, Elvinin atası Yaşar, Yaşarın dostu Azərlə görüşmüşdür. Söhbət əsasında Elvinin atası Yaşar iki nəfər şəxsi təqdim edərək bildirmişdir ki, həmin şəxslərin vasitəsi ilə evi sənədləşdirəcəkdir, lakin vaxt lazımdır, əgər istəmirsə, evi satıb pulunu ödəsinlər. Bundan sonra evin sənədləşdirilməsi üçün 10.000 manat pul lazım olduğunu bildirmiş, o, həmin məbləğdə pulu verməkdən imtina etmiş və Elvinə verdiyi pulun qaytarılmasını tələb etmişdsir. Təqsirləndirilən şəxs, evi sataraq əldə olunan puldan ona olan 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pulu qaytaracağına söz vermiş, lakin o, vəziyyəti qiymətləndirərək, onlara inanmamış, odur ki, atası Yaşar İdayətov bu barədə qəbz yazmış, həmin qəbzi orada olan şəxslər, o cümlədən Təqsirləndirilən şəxs imzalamışdır. Bundan sonra dəfələrlə Elvinlə görüşmüş, Elvin hər dəfə müxtəlif vədlər verərək onun aldatmış və ona olan borcunu qaytarmamışdır. 2019-cu ilin yaz-aylarında Elvinin ona satmaq istədiyi sənədsiz olan evi tanışı, hazırda Rusiya Federasiyasında yaşayan Akif 60.000 manata almağa razı olmuş, bu barədə Elvinin atası Yaşara bildirdirmiş, sonradan Elvin ona zəng vurub uca səslə 100.000 manat dəyərində olan evi onun əlindən ucuz qiymətə almaq istədikləri ilə bağlı narazılıq edərək evi satmaqdan imtina etmişdir. Bir həftə keçdikdən sonra Elvin və onun atası Yaşarla əlaqə kəsilmiş, maraqlandıqda Yaşarın Moskva şəhərində olması məlum olmuşdur. Moskva şəhərində yaşayan dostu Sahiblə əlaqə saxlamış, Sahib ona demişdir ki, Yaşarla danışmışdır. Yaşar ona evin sənədlərinin onda olmasını bildirmişdir. Yaşar dostu Sahibə söz vermişdir ki, Elvini Moskva şəhərində işlə təmin edəcək, onun da pulunu göndərəcəkdir, lakin bir müqddət sonra Elvn Moskva şəhərində bir nəfər qızla oturub-durduğu üçün Elvinin atası Yaşar fikrindən daşınmış, Sahibə bildirmişdir ki, onun Elvin adlı oğlu yoxdur, onun borcunu ödəməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, eyni zamanda yaxın münasibətləri var. 17 yanvar 2019-cu il tarixdə Natiq ona bildirmişdir ki, Xırdalan şəhərində həyət evi almışdır və həmin ev üçün pul ödəməyə gedir. Onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərində «Xızı» kafesində Elvin adlı şəxslə görüşmüşlər. Kafedə birlikdə əyləşmib çay içərkən Elvinlə Natiq ev barədə söhbət etmişlər və Elvin evin sənədlərinin DƏDRX-də olduğunu, iki gün sonra sənədləri gətirəcçəyini bildirmişdir. Natiq alacağı ev üçün Elvinə kafedə onun iştirakı ilə 27.000 ABŞ dolları pul ödəmiş, bundan sonra Natiq bildirmişdir ki, evin sənədlərini onun adına keçirdiyi vaxt qalan 20.000 manat pulu da ödəyəcəkdir. Həmin gün kafedə o, Elvin və Natiq olmuşlar. Lakin sonradan eşitmişdir ki, Elvin telefonlarını söndürmüş və Natiq onunla əlaqə saxlaya bilmir. 2019-cu ilin yanvar ayının sonunda Natiq Elvinlə zəngləşdikdə onu «Nabat» kafesinə dəvət etmiş, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yerləşən binanın altındakı həmin kafedə Elvinlə görüşmüşlər. Yenidən qonşusu Natiq evin sənədləri ilə maraqlandıqda Elvin ona sənədləşmənin alınmadığını, pulu isə şəxsi ehtiyacları üçün xərclədiyini, lakin dostu Şəhriyarın adına olan 5 otaqlı mənzili həmin evin əvəzinə satmağa razılaşmışlar. Elvin həmin evin qiyməti ilə maraqlananda 80.000 manata satmasını bildirmiş, Natiq əvvəl razılaşmamış, pulunu geri istəmişdir. Lakinin Elvin pulunun olmadığını, həmin evin də ona borc əvəzinə verildiyini öyrəndikdə həmin evi Xırdalandakı evin əvəzinə almaq istədiyini demişdir. X5 yalan danışdığını, Elvinə borcun olmadığını və evin satılmadığını öyərmişdirlər. Bundan sonra Xırdalan şəhərində «Xızı» kafesində Elvinlə görüşdə Şəhriyar da iştirak etmişdir. Həmin görüşdə o, Elvin, Elvinin atası Yaşar, Natiq, Natiqin dostu Sahib də olmuşlar. Söhbət zamanı Elvinin 5 otaqlı evi Natiqə təklif etməsi ilə bağlı Şəhriyar demişdir ki, onun və onun oğlu Mircavadın Elvinə heç bir məbləğdə borcu yoxdur, əksinə ona məxsus Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış massivində yerləşən evinin əşyalarını Elvin satmışdır. Həmin vaxt Elvin, Natiqə evi satıb, beh vəsənədləşmə kimi aldığı pulu qaytarcağını bildirdikdə, ortada etibarsızlıq olduğu üçün yazılı qəbz verilməsinə razılaşmışlar. Həmin qəbzə bir neçə şəxs, o cümlədən Elvin də imza etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid X7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, həmyerlisi kimi tanıyır, onunla əvvəllər Rusiya Federasiyasında olarkan bazarda ticarətlə məqğul olmuşlar. O, 2001-ci ildən hazırkı vaxtadək Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və orada əsasən ticarətlə məşğul olur. Azərbaycan Respublikasına arabir gəlib-gedir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində 2017-ci ildən tanımış, həmin vaxt Təqsirləndirilən şəxs Rusiya Federasiyasına gəlib “Lyublina” ticarət mərkəzində ticarətlə məşğul olmuşdur. O, həmyerlisi kimi ona ticarət işlərində kömək etmiş və onunla münasibəti yaranmışdır. 2017-ci ilin sentyabr ayında Moskva şəhərində “Lyublina” ticarət mərkəzində olarkan Təqsirləndirilən şəxs onun yanına gəlib, Azərbaycana, yəni ailəsinə pul göndərmək lazım olduğunu bildirmiş və ondan 7000 (yeddi min) ABŞ dolları məbləğində borc pul istəmişdir. Eyni zamanda bildirmişdir ki, həmin məbləğdə borcunu Azərbaycan Respublikasında, Xırdalan şəhərində olan evini satdıqdan sonra tez bir zamanda qaytaracaqdır. O, Elvinə Moskvada 7000 (yeddi min) ABŞ dolları məbləğində pulu borc vermişdir. Borc verərkən Elvindən qəbz almamışdır, aralarında olan şifahi razılaşma ilə ona borc vermişdir. Bir müddət sonra, 2018-ci ilin axırlarında Elvinin onun borcunu ödəmədiyini görüb ondan borcunu istəmişdir. Elvin demişdir ki, maddi vəziyyəti pisdir, Azərbaycan Respublikasında, Xırdalan şəhərində fərdi həyət evi vardır, həmin evi satışa qoymuşdur, ev satılan kimi borcunu ödəyəcəkdir. Həmin vaxtlar Zərərçəkmiş şəxs Azərbaycanda özünə ev almaq istədiyindən, söhbət zamanı yanlarında olan Natiq, Elvinə demişdir ki, o, Azərbaycanda ev almaq istəyir, əgər doğrudan evi satırsa, qiymətləşib ala bilər. Elvin evi 65000 (altmış beş min) manata satmaq istədiyini bildirmişdri. Onlar razılaşmışlar ki, Azərbaycana gedib evə baxsınlar və qiymətləşib evi Natiq alsın. 2018-ci ildən 2019-cu ilə keçən ərəfədə yeni il bayramını evində qeyd etmək üçün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Azərbaycana getmişlər. Onlarla o, telefon əlaqəsi saxlamışdır. Natiqlə 2019-cu ilin yanvar ayında telefonda danışarkan Natiq bildirmişdir ki, Elvinin satdığı Xırdalan şəhərində yerləşən evə baxmış, evi 65000 (altmış beş min) manata almaq barədə Elvinlə razılaşmış və ilkin olaraq Elvinə 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pul vermişdir. Natiq, qalan pulu da evin sənədləri hazır olandan sonra Elvinə verəcəyi barədə onunla razılığa gəlmişlər. O, Elvinin Natiqdən 27000 ABŞ dolları pul aldığını bildikdən sonra Elvinə zəng etmiş və ona demişdir ki, evi satmışdır, ona olan 7000 (yeddi min) ABŞ dolları məbləğində borcunu ödəsin. Elvin Natiqdən 27000 (iyrmi yeddi min) ABŞ dolları məbləğində pulu aldığını təsdiq etmiş və bildirmişdir ki, müəyyən problemləri vardır, həll edib onun pulunu da Moskva şəhərinə göndərəcəkdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Elvin ona olan borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs ilə tanışları Natiq, Akif və Mehdi adlı şəxslərlə birlikdə 2019-cu ilin qış aylarında Bakı şəhərində “Nabat” çay evində görüşmüş, orada Təqsirləndirilən şəxs ona verdiyi 7000 (yeddi min) ABŞ dolları məbləğində borcunu tələb etmişdir. Elvin bildirmişdir ki, ona olan borcunu ödəyəcəkdir. Həmçinin Zərərçəkmiş şəxs da Elvindən ya evə sənəd alıb onun adına keçirtməyi, ya da 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pulunu qaytarmasını tələb etmişdir. Orada Elvinə bildirmişdir ki, Natiq ondan inciyir, çünki onları o, tanış etmişdir. Elvinlə görüşməyə öz pulunu ondan tələb etmək üçün getmişdir. Lakin Natiq də Elvindən ona verdiyi 27000 ABŞ dollarını tələb edərkən o, Natiqin tərəfini saxlayıb onu müdafiə etmiş və Natiqin də pulunu qaytarmalı olduğunu Elvinə bildirmişdir. Həmin söhbətə onlarla bir yerdə olan X9 qarışmamışdır. Çünki Akif vaxt keçirtmək üçün onun yanımda olmuşdur. Akif Moskva şəhərində olur, hazırda da, Moskva şəhərindədir. Söhbət zamanı razılaşmışlar ki, bir neçə gündən sonra Xırdalan şəhərində, “Xızı” kafesində görüşünlər. Bir neçə gündən sonra “Xızı” kafesinə o, Natiq və Mehdi ilə birlikdə getmişdir. Orada Elvinin atası Yaşar, atasının tanımadığı dostu da olmuşdur. Orada söhbət zamanı Elvinin atası Yaşar demişdir ki, oğlu Elvinin Natiqə və ona olan borcunu ödəyəcəklər. Bu zaman Natiq bildirmişdir ki, yazılı qəbz versinlər. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 27000 (iyirmi yeddi min) dollar borclu olduğu barədə qəbz yazılmış və həmin qəbzə orada olan şəxslər imza etmişlər. X17 söhbət zamanı atası Yaşar İdayətovun yanında etiraf etmişdir ki, Zərərçəkmiş şəxs 27000 ABŞ dolları borcu vardır. Elvinin atası Yaşar da bildirmişdir ki, oğlunun borcunu ödəyəcəklər. Odur ki, Natiq tələb etmişdri ki, onda yazılı kağız versinlər. Bundan sonra Yaşar yazılı kağız tərtib etmişdir,oradakılar da şahidlik edərək imza etmişlər. Moskva şəhərində polis tərəfindən Təqsirləndirilən şəxs nə ilə əlaqədar saxlanıldığı ona məlum deyildir. Elvin onunla telefonda danışarkan polisə cərimə ödəmək üçün ondan pul istəmiş, lakin o, Elvinə pul verməmişdir. 2019-cu ilin yay vaxtı Elvin Moskva şəhərinə gəlmişdir. Tarixi yadında qalmayan gündə Elvin ona zəng etmiş və bildirmişdir ki, onu polis saxlamışdır, xahiş etmişdir ki, polisə 200.000 (iki yüz min rubl) pul vermək lazımdır ki, onu buraxsınlar. Ona vəd etmişdir ki, polisdən çıxandan sonra Azərbaycana gedib evi Natiqin adına keçirəcək və onun borcunu da oradan göndərəcəkdir. O, Elvinə bildirmişdir ki, onun pulu yoxdur. Təqsirləndirilən şəxs ona təkrar-təkrar zəng etsə də, o, ona polisə verməsi üçün pul verməmişdir. Sonradan eşitmişdir ki, polis Elvini Azərbaycan Respublikasına deportasiya etmişdir. Bu günə qədər Təqsirləndirilən şəxs ona olan 7000 ABŞ dolları məbləğində borcunu ödəməmişdir. Lakin o, Rusiya Federasiyasında olduğu üçün, Elvindən şikayət etməmişdir. Hazırda da, Rusiya Federasiyasına gedəcəyi üçün, vaxtı olmadığından onun barəsində şikayət etmir. Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs nə evi vermiş, nə də onun 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcunu qayarmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Elvin, onun oğlu Mircavadla əvvəllər dostluq etmiş, lakin sonradan Təqsirləndirilən şəxs dələduz adam olduğunu görüb oğlunu ondan ayırmışdır. X3 Elvinlə birlikdə gedib yoldaşlıq edərək mehribanlaşmışlar. Azərbaycanda olarkan Elvin özü də onun yanıma gəlib-getmişdir. Elvin Rusiyada olarkan onunla danışıb həyət evi almaq istədiyini bildirmişdir. Ondan xahiş etmişdir ki, ona almaq üçün ev tapsın. O, soraqlaşıb Xırdalan şəhərində bazarın yaxınlığında iki mərtəbəli, sənədsiz ev tapmış və bu barədə Elvinə bildirmişdir. Evin şəkillərini ona göndərmiş və Elvin bəyənmişdir. Elvin Mircavada pul göndərmiş, onun göndərdiyi 95000 (doxsan beş min) manata həmin evi 2015, ya 2016-cı ildə almışdır. X8 yoldaşlıq edərkən onun Xırdalan şəhərində, bazarın yaxınlığında yerləşən beş otaqlı həyət evinə gəlib-getmişlər. Həmin vaxtlar o, evdə olan köhnə əşyaları satmaq istəmiş, ona görə də, Elvin həmin əşyaları satmış və təxminən 4-5 min manat pul əldə etmişdir. Həmin pulu Elvin ona verməmişdir, bildirmişdir ki, onun avtomobilini oğlu Mircavad sürmüş və avtomobilin matoru xarab olmuşdur. Odur ki, həmin pulu Elvindən almamış, ona demişdir ki, gedib həmin pulla maşınını təmir etdirsin. Sonra oğlu Mircavad onunla yoldaşlıq etməmişdir. 2019-cu ilin əvvəllərində Ceyranbatan qəsəbəsində olarkan yanına qabaqcadan tanıdığı Mehdi və onun yanında olan Natiq gəlmişlər. Onlar bildirmişlər ki, Təqsirləndirilən şəxs Natiqdən 27000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində pul alaraq Xırdalan şəhərində olan həyət evini həmin evə sənəd düzəldib satacağını vəd etmiş, lakin evin sənədini düzəltməmiş, Natiq ondan pulunu qaytarmasını tələb edərkən o, pulu qaytarmayaraq müxtəlif bəhanələr gətirir. Demişlər ki, Elvin, Natiqə Mircavadın ona borclu olduğunu bildirmiş, demişdir ki, guya o, beş otaqlı evini satıb onun borcunu qaytraracaqdır. O, Mehdiyə və Natiqə Elvinin yalan məlumat verdiyini bildirmişdir. Xahiş etmişdir ki, onu Elvinlə görüşdürsünlər və birlikdə olarkan onun üzünə desin ki, onun və oğlunun ona borcu yoxdur. Odur ki, sabahı gün Bakı şəhərində, yadında qalmayan kafeyə getmiş, orada Mehdi, Natiq və yadında qalmayan bir neçə şəxsolmuşdur. Elvinin atası Yaşar da orada olmuşdur. Elvin həmin vaxt oraya gəlməmişdir. O. Elvinin atası Yaşara demişdir ki, onun və oğlunun Elvinə heç bir borcu yoxdur. Əksinə Elvin, onun evinin əşyalarını satmış, lakin ondan həmin əşyaların pulunu almamışdır. Odur ki, tarixi yadında qalmayan gündə Xırdalan şəhərində, “Xızı” kafesində yenidən görüşmüşlər. Orada onun tanıdığı Natiq, Mehdi, Yaşar və digər bir neçə şəxs olmuşdur. Oraya Elvin də gəlmişdir. O, Elvinə demişdir ki, onun və oğlunun Elvinə heç bir borcu yoxdur. Bildirmişdir ki, əksinə, Elvin onun evinin əşyalarını satmış və o, həmin pulu Elvindən almamışdır. Beləliklə, Elvin etraf etmişdir ki, onun və oğlu Mircavadın ona heç bir borcu yoxdur. Orada söhbət zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, Natiqə 27000 (iyirmi yeddi min) ABŞ dolları borcu vardır. Söz vermişdir ki, evi satıb onun borcunu verəcək. Həmin vaxt orada Elvinin atası qəbz yazmış və qəbzi bir neçə şəxs, o cümlədən Təqsirləndirilən şəxs imzalamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid4 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid4 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası İdayətov Yaşarı tanıyır. Zərərçəkmiş şəxs 2019-cu ilin yanvar-fevral ayında bir dəfə çayxanada görmüşdür. Onun hüquqşünas olduğunu Yaşar İdayətov bildiyi üçün 2019-cu ilin əvvəllərində ayını və gününü xatırlamadığı tarixdə Yaşar onu evinə dəvət etmişdir. Yaşarın ona Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Tağıyev küçəsində yerləşən evini göstərmiş və ondan xahiş etmişdir ki, həmin evə baxsın və evə sənəd almaqla əlaqədar ona məsləhət versin. O, evə və onun yerləşdiyi əraziyə baxmış və görmüşdür ki, həmin yaşayış evi yüksək gərginlikli elektrik naqillərinin mühafizə zolağında yerləşir. Ona görə də, Yaşara məsləhət vermiş və izah etmişdir ki, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə bələdiyyə tərəfindən heç bir sənəd verilə bilməz və yaşayış evinə Dövlət Reyestr Xidmətindən çıxarış verilə bilməz. Həmin vaxt evin həyətinin çölündə bir neçə şəxs olmuş, onlar evlə bağlı söhbət etmişlər, lakin o, onların söhbətinə qoşulmamışdır. Həmin vaxt işi olduğu üçün maşına minib çıxıb getmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, uzun müddətdir Elvinin atası Yaşarla dostluq edir. Xatırlamadığı tarixdə Yaşarla Elvinin borclu olduğu şəxslərlə görüşə getmiş, orda öyrənmişdir ki, Elvinin Moskvada olduğu vaxt Sahibə borcu yaranmışdır. Yaşar da, hazırda maddi imkanlarının yaxşı olmadığı üçün yaşadıqları evi satmaq istədiklərini, elə borcu da o vəsaitdən ödəyəcəyini bildirmişdir. Bildiyinə görə Zərərçəkmiş şəxs ev satılması ilə bağlı razılıq olmamışdır. Elvin pulu Moskvada Sahibdən borc olaraq almışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən” verilmiş qəbzdən görünür ki, onun Zərərçəkmiş şəxs 27000 ABŞ dolları məbləğində borcu vardır və həmin pulu Abşeron rayonu, Xırdalan şəhəri, X2 124 saylı mənzili sataraq ödəyəckdir. Həmin qəbz təqsirləndirilən şəxs, onun atası və şahidlər tərəfindən imzalanmışdır;
2. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 25 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;
3. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi” haqqında 11 iyun 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə 25 oktyabr 2019-cu il tarixli qərar ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılmasından ötrü Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir;
4. “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanıma” haqqında 13 iyul 2020-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin əlamətləri olduğundan faktla bağlı ********* nömrəli cinayət işi başlanılmaqla, icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 14 iyul 2020-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmışdır;
6. “Cinayət törətməkdə şübhəli bilinən şəxsə ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 sentyabr 2020-ci il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham edilməli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, şübhəli şəxs qismində tutularaq, Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir;
7. “Cinayət işi üzrə icraatın dayandırılması” barədə 01 sentyabr 2020-ci il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs tutulub, istintaqa təqdim olunanadək dayandırılmışdır;
8. “Axtarışda olan şəxsin tutulması barədə” 06 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində tutularaq, rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir.
9. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 06 oktyabr 2020-ci il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılmasına əsaslar aradan qalxdığından icraat təzələnməklə, istintaq davam etdirilmişdir;
10. Təqsirləndirilən şəxsə qismində cəb etmək” haqqında 08 oktyabr 2020-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur;
11. Abşeron rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 4(012)-499/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir;
12. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
13. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 15 oktyabr 2020-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yataq xəstəsi olduğundan istintaqa təmin edilənədək icraat dayandırılmışdır;
14. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 28 iyul 2023-cü il tarixli qərardan müəyyən edilir ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir;
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
16. “Üzləşdirmə” haqqında 28 iyul 2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında həmin tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir;
17. “Baxış keçirilməsi” haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, foto şəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir;
18. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, istintaq zamanı Zərərçəkmiş şəxs dəymiş ziyan 27000 ABŞ dolları müəyyən edilmiş, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, səs yazıları olan disklər, Qəbzin surəti, üzərində inventar sahibinin Təqsirləndirilən şəxs olduğu göstərilən ünvan 3 ünvanda yerləşən evin eskiz lahiyəsinin üz qabığının sürəti və digər istintaq sənədləri sübut kimi qəbul edilmişdir.
19. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 1(012)-191/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 22 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal parkının yaxınlığında tutularaq, Abşeron RPİ-nin MSY-nə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir.
20. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 yanvar 2022-ci il təvəllüdlü X11 adlı övladı vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək heç kimi aldatmadığını, Natiq Hüseynovla aralarında ev alqı-satqısı barədə razılaşma olmadığını, həmçinin ondan hər hansı miqdarda pul vəsaitini borc almadığını, lakin Şahid1 7000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirsə də, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, həmçinin məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, səs yazıları, qəbz, habelə digər mötəbər dəlillərlə, həmçinin özünün dolayı ifadəsi ilə onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olarkən Sahibdən 7000 ABŞ dollarını qeyri müəyyən vaxt üçün borc aldığını, Natiq Hüseynovla aralarında münasibətin olmadığını, Sahibin onun iş yerinə gələrək yanındakı adamların pul sahibinin adamları olduğunu bildirmiş, sonra isə pulun Sahibinin N.Hüseynov olmasını öyrəndiyini qeyd etmişdir. O, Sahibə 7000 ABŞ dolları borcu olduğu halda 27000 ABŞ dollarını Natiq Hüseynova ödəyəcəyinə dair qəbz verməsini, qəbzdə soyadını niyə doğru göstərməməsini heç nə ilə izah edə bilməmişdir. Həmçinin şahidlər ev alqı-satğısı barədə razılıqdan sonra 27000 ABŞ dollarının verilməsini təstiq etmiş, o dəfələrlə səs yazısında evi ucuz istdikləri üçün vermək istəmədiyini bildirmişdir. Həmçinin o, ifadəsində qəbz yazıldıqdan sonra polis orqanlarına Natiq Hüseynovun müraciət edəcəyini onun özündən eşitsə də, buna borcun 27000 deyil 7000 olması barədə etirazını bildirməmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlara əsasən Natiq Hüseynovun qeyd edilən vaxtlarda Rusiya Federasiyasında olub-olmadığının müəyyən edilməsi üçün verilmiş sorğuya alınmış cavabdan da zərərçəkmiş şəxsin həmin tarixlərdə Rusiya Federasiyasında olduğu müəyyən edilmişdir. Həmçinin şahid ifadələri ilə Təqsirləndirilən şəxs sonradan Natiq Hüseynova başqa ev təklif etməsi də təsdiq edilmişdir. Bu cinayətin törədilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, səs yazıları, qəbz, habelə digər mötəbər dəlillərlə, həmçinin özünün dolayı ifadəsi ilə onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olması tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirilir. Eyni zamanda onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərin tam və ya qismən ödənilməməsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, himayəsində azyaşlı övladının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində məhkəmə dövründə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 22 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 27000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 410 manat (50 saat x 6 AZN + 10 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ümumilikdə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs xeyrinə 27000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 410 (50 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov