Məhkəmə qərarları › İş №1(012)-430/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-430/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-430/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, X6 iştirakları ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Sumqayt şəhəri, 11-ci mikrorayon ev 29 mənzil 22 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü-cü maddələriilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyətilə təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 0,60 manat olmaqla ümumilikdə 440 manat dəyərində 720 metr uzunluğunda 4-lük və hər bir metrinin dəyəri 0,50 manat olmaqla ümumilikdə 380 manat dəyərində 860 metr uzunluğunda 2,5-lik elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə hasara çəkilmiş hər bir metrinin dəyəri 4,3 manat olmaqla ümumilikdə 172 manat dəyərində 40 metr uzunluğunda 10-luq elektrik naqilini, evin isərisində olan taxta qutudan hər bir metrinin dəyəri 1 manat olmaqla ümumilikdə 150 manat dəyərində 150 metr uzunluğunda 2,5-lik elektrik naqilini, hər birinin dəyəri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində 02 ədəd elektrik uzadıcılarını və hər birinin dəyəri 7 manat olmaqla ümumilikdə 70 manat dəyərində 10 ədəd elektrik işıq lampalarını gizli olaraq talayıb zərərçəkmş şəxs Zərərçəkmiş şəxs22 ümumilikdə 552 (beş yüz əlli iki) manat məbləğində maddi ziyan vurarmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanının taxta materialından olan pəncərəsinin şüşəsini çıxarmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağında olan sandığın qapağını sındıraraq içərisindən 2000 (iki min) manat məbləğində nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu qanunsuz daxil olaraq, həyətdəki əl damında olan 300 manat dəyərində 01 ədəd elektrik avtoyuma aparatını, 30 manat dəyərində 01 ədəd əl arabasını, ümumi dəyəri 50 manat olan müxtəlif təmir alətlərini, 400 manat dəyərində 01 ədəd «Kia Sorento» markalı avtomobilin spoylerini və evin həyətindən 80 manat dəyərində su sayağacını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində X7 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş mis metalından hazırlanmış hər bir metrinin dəyəri 5 manat olmaqla ümumilikdə 1500 manat dəyərində 300 metr uzunluğunda 6-lıq, mis metalından hazırlanmış hər bir metrinin dəyəri 4 manat olmaqla ümumilikdə 1600 manat dəyərində 400 metr uzunluğunda 4-lük, mis metalından hazırlanmış hər bir metrinin dəyəri 3 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 400 metr uzunluğunda 3-lük, mis metalından hazırlanmış hər bir metrinin dəyəri 2 manat olmaqla ümumilikdə 700 manat dəyərində 350 metr uzunluğunda 2-lik elektrik naqillərini və ümumi dəyəri 1000 manat olan istilik sistemi kollektorlarını gizli olaraq talayıb zərərçəkmiş şəxs Mütalib Quliyevə ümumilikdə 6000 (altı min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən bağ evinin yataq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 125 manat olmaqla, ümumilikdə 1000 (bir min) manat dəyərində 08 ədəd radiatorları gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs23 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə yerin altına çəkilmiş hər bir metrinin dəyəri 1,8 manat olmaqla ümumilikdə 387 manat dəyərində 215 metr uzunluğunda 3-lük, hər bir metrinin dəyəri 12 manat olmaqla ümumilikdə 240 manat dəyərində 20 metr uzunluğunda 4 jilalı 6lıq elektrik naqillərini və həmin həyətdə saxlanc yeri hesab edilən tikilinin içərsində olan taxta qutudan 70 manat dəyərində 01 ədəd elektrik laqondanı gizli olaraq talayıb zərərçəkmş şəxs Zərərçəkmiş şəxs23 ümumilikdə 697 manat məbləğində maddi ziyan vurarmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs14n Murad oğluna məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağında olan paltar dolabındakı qara rəngli dəri çantadan 500 (beş yüz) manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Nurəddin Ramazanova həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində X8 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 400 manat dəyərində yaddaş aparatından və monitordan ibarət olan 01 ədəd kompüteri, hər bir qutunun dəyəri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində 06 qutu alçipan şuruplarını, hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 64 manat dəyərində 16 ədəd «Siemens» markalı elektrik qoruyucu avtomatlarını, hər birinin dəyəri 6 manat olmaqla ümumilikdə 36 manat dəyərində 06 ədəd su kranlarını və hər bir metrinin dəyəri 0,40 manat olmaqla ümumilikdə 40 manat dəyərində 100 metr uzunluğunda 4-lük elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxs Namiq İbrahimova ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində X4 məxsus Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin yataq otağındakı pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağındakı paltar dolabında olan çantalardan Züleyxa Əhmədovaya məxsus 01 ədəd 3000 manat dəyərində 583 əyarlı brilyant qaşlı qızıl saatı, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı kulonlu qızıl boyunbağını, 01 cüt 500 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğanı, o cümlədən sonuncunun gəlini Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 4000 manat dəyərində 583 əyarlı qızıl boyunbağını, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı qızıl qolbağı, 01 ədəd 1500 manat dəyərində 583 əyarlı üzük və sırğadan ibarət olan qızıl dəstini, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı kulonlu qızıl boyunbağını, 01 ədəd 500 manat dəyərində 583 əyarlı qaşlı qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində 583 əyarlı gül formalı qaşlı qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində 583 əyarlı qaşsız qızıl üzüyü, 01 cüt 1000 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğanı və 01 ədəd 1500 manat dəyərində 583 əyarlı brilyant qaşlı kişi qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş şəxs Züleyxa Əhmədovaya ümumilikdə 4900 (dörd min doqquz yüz) manat məbləğində, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs21 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağında olan dolabın siyirməsindən 01 ədəd 500 manat dəyərində qızıl qadın üzüyünü, 01 ədəd 500 manat dəyərində qızıl kişi üzüyünü, 01 ədəd 500 manat dəyərində qızıl boyunbağını, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd qadın gümüş üzüklərini, 01 cüt 500 manat dəyərində qaşlı qızıl sırğanı, hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 02 ədəd qızıl qolbaqları, 01 ədəd 600 manat dəyərində üzərilərində «Türkan və Nuray» sözləri yazılmış kulon və boyunbağıdan ibarət olan qızıl dəstini və həmin otaqda paltar dolabında olan pul kisəsinin içərisindən 20 manat məbləğində nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 ümumilikdə 3020 (üç min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs20 qızına məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir darvazasının qıfılını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açaraq həyətə, oradan isə evin plastik pəncərəsini sındırmaq yolu evə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs20 məxsus 1674 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatını, hər birinin dəyəri 120 manat olmaqla ümumilikdə 1320 manat dəyərində 11 ədəd ağ rəngli «Optimal» markalı 96/500 model 10 hissəli (seksiyalı) istilik radiatorlarını, hər bir qutunun dəyəri 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu şurupları, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 100 manat dəyərində 10 ədəd kleyləri, hər bir metrinin dəyəri 1,60 manat olmaqla ümumilikdə 16 manat dəyərində 10 metr plasmas boruları, 250 manat dəyərində 01 ədəd aspiratoru, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd istilik su kranlarını, hər bir metrinin dəyəri 0,62 manat olmaqla ümumilikdə 62 manat dəyərində 100 metr uzunluğunda 4-lük, hər bir metrinin dəyəri 0,95 manat olmaqla ümumilikdə 95 manat dəyərində 100 metr uzunluğunda 6-lıq elektrik naqillərini və həmin evdə təmir işləri aparan usta Zərərçəkmiş şəxs19 məxsus hər birinin dəyəri 95 manat olmaqla ümumilikdə 190 manat dəyərində 02 ədəd elektrik drelləri, 220 manat dəyərində 01 ədəd elektrik lazer aparatını, 320 manat dəyərində 01 ədəd preforatoru, 170 manat dəyərində 01 ədəd digər preforatoru, 180 manat dəyərində 01 ədəd digər preforatoru, 160 manat dəyərində 01 ədəd plasmas boruları yapışdıran ütünü, 110 manat dəyərində 01 ədəd lobziki, 500 manat dəyərində 01 ədəd digər preforatoru, 250 manat dəyərində 01 ədəd elektrik mişarı, 95 manat dəyərində 01 ədəd elektrik loqondanı və 250 manat dəyərində 01 ədəd digər elektrik loqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 ümumilikdə 3653 (üç min altı yüz əlli üç) manat məbləğində, Zərərçəkmiş şəxs19 isə ümumilikdə 2425 (iki min dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs17 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin yataq otağındakı pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş mis metalından hazırlanmış hər bir metrinin dəyəri 3,56 manat olmaqla ümumilikdə 356 manat dəyərində 100 metr uzunluğunda 6-lıq və mis metalından hazırlanmış hər bir metrinin dəyəri 3 manat olmaqla ümumilikdə 180 manat dəyərində 60 metr uzunluğunda 4-lük elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin həyətində olan yay mətbəxinin şüşə qapısını sındırmaq yolu ilə saxlanc yeri olan mətbəxə qanunsuz daxil olaraq, oradan hər bir metrinin dəyəri 0,75 manat olmaqla ümumilikdə 150 manat dəyərində 200 metr uzunluğunda 6-lıq və hər bir metrinin dəyəri 0,50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 200 metr uzunluğunda 4-lük elektrik naqillərini, ümumilikdə 300 manat dəyərində istilik sistemi avadanlıqlarını və 150 manat dəyərində elektrik ötürücülərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin birinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabındakı çantadan 300 manat məbləğində nağd pulu, 200 manat dəyərində 01 ədəd «Çayka» markalı qol saatını, evin ikinci mərtəbəsində yerləşən yataq otağından 60 manat dəyərində 01 ədəd «Casio» markalı qol saatını, 100 manat dəyərində 01 ədəd «Dolce Gabbana» markalı qol saatını, ümumi dəyəri 60 manat olan bijuteriyanı və 10 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yataq otağının plastik pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağından hər bir dəstinin dəyəri 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində 03 ədəd yataq dəstlərini, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd süfrələri və evin mətbəxində yerləşən soyuducudan ümumilikdə 100 manat dəyərində müxtəlif ərzaqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin qapısını açmaq yolu ilə zirzəmiyə oradan isə evə qanunsuz daxil olaraq, evdən hər bir metrinin dəyəri 2 manat olmaqla ümumilikdə 200 manat dəyərində 100 metr uzunluğunda 2,5-lik elektrik naqilini, 100 manat dəyərində 01 ədəd elektrik dreli, 100 manat dəyərində 01 ədəd elektrik preforatoru, 50 manat dəyərində 01 ədəd elektrik lobziki, 150 manat dəyərində 01 ədəd elektrik su motorunu, 350 manat dəyərində 01 ədəd qab-qaşıq dəstini və 50 manat dəyərində 01 ədəd elektrik mikseri gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 1040 (bir min qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabından 800 manat və digər yataq otağındakı paltar dolabında olan pul qabından isə 4 manat məbləğində nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 804 (səkkiz yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 150 manat dəyərində 01 ədəd samovarı və 60 manat dəyərində 01 ədəd elektrik laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 210 (iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs7 məxsus Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin mətbəx otağının plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 03 ədəd su kranı dəstlərini, 15 manat dəyərində 01 ədəd hamam əşyaları üçün asılqanı, 10 manat dəyərində 01 ədəd hamam üçün paltar asılqanı, hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 16 manat dəyərində 04 ədəd su borularını, 5 manat dəyərində 01 ədəd kanalizasiya borusunu, 80 manat dəyərində 01 ədəd 07 litr su tutumlu odun samovarını, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd işıq plafonlarını, 3 manat dəyərində 01 ədəd şüşə materialından olan qənd qabını, 1 manat dəyərində 01 ədəd şüşə materialından olan limon qabını, hər bir dəstin dəyəri 5 manat olmaqla, ümumilikdə 10 manat dəyərində 02 dəst iki ədəd nəlbəki və iki ədəd fincandan ibarət dəstləri, hər birinin dəyəri 1 manat olmaqla ümumilikdə 12 manat dəyərində 12 ədəd çəngəlləri, hər birinin dəyəri 1 manat olmaqla ümumilikdə 12 manat dəyərində 12 ədəd yemək qaşıqlarını, 01 ədəd 2,20 manat dəyərində uzunluğu 228,5 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd 2,40 manat dəyərində uzunluğu 247 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd 2,60 manat dəyərində uzunluğu 267,7 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd 2,20 manat dəyərində uzunluğu 227,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd 1,40 manat dəyərində uzunluğu 149,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd 1,40 manat dəyərində uzunluğu 142,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd 0,70 manat dəyərində uzunluğu 70 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd 1 manat dəyərində uzunluğu 99,5 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd 0,80 manat dəyərində uzunluğu 78 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd 0,30 manat dəyərində uzunluğu 30 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm və 01 ədəd 1,90 manat dəyərində uzunluğu 198 sm, hündürlüyü 8 sm, eni 1,5 sm olan aliminium profilləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 320,90 (üç yüz iyirmi manat doxsan qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin qapısını açmaq yolu ilə saxlanc yeri olan zirzəmiyə qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində 01 ədəd samovarı, 70 manat dəyərində 01 ədəd elektrik samovarı, 80 manat dəyərində 01 ədəd elektrik laqondanı, 60 manat dəyərində 01 ədəd digər elektrik laqondanı, 40 manat dəyərində 01 ədəd digər elektrik laqondanı, ümumi dəyəri 120 manat olan “Wolf” markalı elktrik lobzik və dreldən ibarət olan dəsti, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində 03 ədəd hamam aksesuarlarını, hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 06 ədəd «Arko» markalı su kranlarını, 60 manat dəyərində olan 01 ədəd yiv açanı, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd məngənələri, hər bir metrinin dəyəri 0,60 manat olmaqla ümumilikdə 60 manat dəyərində 100 metr uzunluğunda 3,5-lik, hər bir metrinin dəyəri 0,40 manat olmaqla ümumilikdə 10 manat dəyərində 25 metr uzunluğunda 2-lik, hər bir metrinin dəyəri 1,2 manat olmaqla ümumilikdə 54 manat dəyərində 45 metr uzunluğunda 4-lük elektrik naqillərini, ümumi dəyəri 80 manat olan müxtəlif tikinti alətlərini, ümumi dəyəri 40 manat olan elektrik avadanlıqlarını, 30 manat dəyərində nərd-taxtanı və 8 manat dəyərində olan stepleri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1122 (bir min yüz iyirmi iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ittihamda qeyd olunan xüsusatları təsdiq etdi və bildirdi ki,həmin oğurluqdan əldə etdiyi pulu da bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluqları o, tək etmiş, bu barədə heç kimə bildirməmiş, oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdiy yaşayış evi vardır. Həmin ev tam təmir olunmadığına görə evdə yaşayış yoxdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə evinə gedib baş çəkən zaman, evdə hər şey öz yerində olmuşdur. xx.xx.2020-ci il tarixdə evinə növbəti dəfə baş çəkən zaman, evin zirzəmisinin qapısını açıq vəziyyətdə olduğunu görmüşdür. Zirzəmiyə baxış keçirən zaman, oradan 200 manat dəyərində 01 ədəd samovarın, 70 manat dəyərində 01 ədəd elektrik samovarın, 80 manat dəyərində 01 ədəd elektrik laqondanın, 60 manat dəyərində 01 ədəd digər elektrik laqondanın, 40 manat dəyərində 01 ədəd digər elektrik laqondanın, ümumi dəyəri 120 manat olan “Wolf” markalı elktrik lobzik və dreldən ibarət dəstin, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində 03 ədəd hamam aksesuarlarının, hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 06 ədəd «Arko» markalı su kranlarının, 60 manat dəyərində olan 01 ədəd yiv açanın, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd məngənələrin, hər bir metrinin dəyəri 0,60 manat olmaqla ümumilikdə 60 manat dəyərində 100 metr uzunluğunda 3,5-lik, hər bir metrinin dəyəri 0,40 manat olmaqla ümumilikdə 10 manat dəyərində 25 metr uzunluğunda 2-lik, hər bir metrinin dəyəri 1,2 manat olmaqla ümumilikdə 54 manat dəyərində 45 metr uzunluğunda 4-lük elektrik naqillərin, ümumi dəyəri 80 manat olan müxtəlif tikinti alətlərin, ümumi dəyəri 40 manat olan elektrik avadanlıqların, 30 manat dəyərində nərd-taxtanın və 8 manat dəyərində olan steplerin yerində olmadığını aşkar etmişdir. Evin zirzəmisindən oğurluq olduğunu başa düşüb DİNnin 102 zəng xidmətinə zəng vuraraq, məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1122 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evi tikdirir. Həmin ev tam tikilsədə içərisində təmir işləri getdiyi üçün içərisində yaşayış olmasa da, evin qapı və pəncərələri vardir. xx.xx.2019-cu il tarixdə evinə baş çəkmək üçün gəldikdə evin sol tərəfində olan plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olarkən otaqların birində qoyduğu 400 manat dəyərində yaddaş aparatından və monitordan ibarət olan 01 ədəd kompüterin, hər bir qutunun dəyəri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində 06 qutu alçipan şuruplarının, hər birinin dəyəri 4 manat olmaqla ümumilikdə 64 manat dəyərində 16 ədəd «Siemens» markalı elektrik qoruyucu avtomatların, hər birinin dəyəri 6 manat olmaqla ümumilikdə 36 manat dəyərində 06 ədəd su kranlarının və hər bir metrinin dəyəri 0,40 manat olmaqla ümumilikdə 40 manat dəyərində 100 metr uzunluğunda 4-lük elektrik naqilinin gizli oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsində 3 sot torpaq sahəsində özünə bir mərtəbəli ev tikdirmişdir. Həmin ev tam təmir olunmadığından evdə təmir işləri davam etdirilirmiş. Evdə yaşayış olmasa da, evin bütün otaqlarına istilik sistemi çəkdirmişdir. Evdə təmir işləri getdiyinə görə, evinə tez-tez baş çəkirmiş. Axırıncı dəfə xx.xx.2019-cu il tarixdə olmuş və həmin vaxt hər şey öz qaydasına olmuşdur. Növbəti dəfə xx.xx.2019-cu il tarixdə evinə baxmamğa gedən zaman, evin pəncərəsinin açıq vəziyyətdə olduğunu və evinə quraşdırdığı hər birinin dəyəri 125 manat olmaqla, ümumilikdə 1000 (bir min) manat dəyərində 08 ədəd radiatorların oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs10 ifadəsindən görünür ki, onun Abşeron rayonu, Saray qəsəbəsində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin ev təmirsiz olduğu üçün orada yaşayış olmamış, lakin o, mütəmadi olaraq həmin evə gedib baş çəkirmiş. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə evdə olmuş və növbəti dəfə xx.xx.2020-ci il tarixdə evə gedib baş çəkdikdə evin zirzəmisinin qapısını açıq vəziyyətdə olduğunu görmüşdür. Evə ətraflı baxdıqda 100 metr uzunluğunda 2x5 ölçüdə, 200 manat dəyərində olan elektrik naqilin, bir ədəd 100 manat dəyərində drelin, bir ədəd 100 manat dəyərində olan prefoaratorun, bir ədəd 50 manat dəyərində olan lobzikin, bir ədəd 150 manat dəyərində olan su motorunun, 350 manat dəyərində olan qab-qaşıq dəstinin və bir ədəd 50 manat dəyərində olan mikserin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. etdim. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1040 manat məbləğində maddi ziyan dəyməsini görmüşdür. Dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə zərərçəkmiş şəxslər X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 , Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14n Murad oğlu, X11, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 qızı, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 Vəliyyəddin oğlu, Zərərçəkmiş şəxs23 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, lakin onlardan Zərərçəkmiş şəxs20 qızı və Zərərçəkmiş şəxs19 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs23 elan edilmiş ifadəsindən görünür ki, onun ünvan 7 saylı ünvanda 0,27 ha yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2 mərtəbəli və mansardan ibarət fərdi yaşayış evi tiktirmişdir. Həmin ev tikilsə də təmiri başa çatdırılmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində evin təmiri ilə məşğul olan ustalar ona evin elektrik naqillərinin və usta ləvazımatlarının oğurldandığını bildirmişlər. O, dərhal həmin evə getmiş və həyətə baxış keçirən zaman, həyətdə yerin altına çəkilmiş hər bir metrinin dəyəri 1,8 manat olmaqla ümumilikdə 387 manat dəyərində 215 metr uzunluğunda 3-lük, hər bir metrinin dəyəri 12 manat olmaqla ümumilikdə 240 manat dəyərində 20 metr uzunluğunda 4 jilalı 6-lıq elektrik naqillərinin və həmin həyətdə saxlanc yeri onlan tikilinin içərsində olan taxta qutudan 70 manat dəyərində 01 ədəd elektrik laqondanın yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 697 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs22 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsində özünə fərdi yaşayış evi tikdirir. Həmin fərdi yaşayış evində ustalar işlədiyindən və evin təmiri başa çatdırlmadığından evdə yaşayış olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində evdə işləyən ustalar evdən çıxıb gedibmişlər. Həmin gün saat 18:30 radələrində digər ustalar iş görmək üçün evə gəlmişlər. Onlar gələn zaman həyətin giriş qapısından evə hasarla evə gedən elektrik naqillərini və evin içərisində olan elektrik naqilləri ilə uzadıcıların oğurlandığını aşkar etdikdən sonra ona zəng vuraraq məlumat vermişlər. Buna görə də o, həmin ünvana gəlmiş, həyətə və evinə baxış keçirən zaman həyətin giriş qapısından evə çəkilmiş hər bir metri 4,3 manat olan 172 manat dəyərində 40 metr uzunluğunda 10-luq, evdə qutuda olan hər bir metrinin dəyəri 1 manat olan 150 manat dəyərində 150 metr uzunluğunda 2,5-lik elektrik naqilinin, 2 ədəd hər birinin dəyəri 80 manat olmaqla 160 manat dəyərində elektrik uzadıcıların və 10 ədəd hər biri 7 manat olan 70 manat dəyərində elektrik işıq lampalarının oğurlandığını aşkar etmişdim. Daha sonra oğurluq olması barədə dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xtidmətinə zəng vurub məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 552 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllələrdə ev tikdirmişdir. Evdə təmir işləri yekunlaşmaq üzrə olubmuş. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində evə gələrkən, evin divarlarına çəkilmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Həmin naqillər suvağın altından çıxarılaraq kəsilmişdir. Evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 0,60 manat olmaqla ümumilikdə 440 manat dəyərində 720 metr uzunluğunda 4-lük və hər bir metrinin dəyəri 0,50 manat olmaqla ümumilikdə 380 manat dəyərində 860 metr uzunluğunda 2,5-lik elektrik naqilləri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 820 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, ünvan 8 ünvanında birmərtəbəli 3 otaqdan ibarət evi vardır. Həmin evdə 2018-ci ilin sentyabr ayından yaşayış yoxdur. Həmin ünvanda yaşayış olmasa da, həftədə bir dəfə evə gedib baş çəkirmiş. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə həmin ünvana gedib baş çəkmişdir. Həmin ünvanda həyətin girişdən sağda əl damı vardır, həmin əl damı daş tikilidən olmaqla bir ədəd kiçik pəncərəsi və girişində dəmir qapısı vardır, lakin əl damının pəncərənin şüşəsi olmamış, oranı havalandırma üçün şüşəsiz saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində yenidən fərdi evinə baş çəkmək üçün getdikdə, evin həyətindəki dəmirdən olan darvazası açıq vəziyyətdə olmuşdur. Həyətə daxil olduqda əl damın giriş qapısının qıfılını qırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Həmin əl damında olan 300 manat dəyərində 01 ədəd elektrik avtoyuma aparatın, 30 manat dəyərində 01 ədəd əl arabasının, ümumi dəyəri 50 manat olan müxtəlif təmir alətlərin, 400 manat dəyərində 01 ədəd «Kia Sorento» markalı avtomobilin spoylerini və evin həyətindən 80 manat dəyərində su sayağacının oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 860 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, R.Nəbiyev küçəsi ev 21-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 10:15 radələrində yaşadığı evdən çıxıb Bakı şəhərində yaşayan qızıgilə qonaq getmişdir. Ondan sonra isə saat 13 radələrində onunla birlikdə yaşayan qızı Vəfa Davudova evdən çıxıb qapıları kilidləyərək şəxsi işləri ilə bağlı Xırdalan şəhərinə getmişdir. Həmin gün axşa qızı Vəfa ilə zəngləşərək saat 20:12 radələrində yaşadıqları evin yaxınlığında görüşüb evə getmişlər. Evə daxil olduqdan sonra o, əlindəki çantanı aparıb yataq otağına qoymaq istəyərkən, otaqdakı əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Sonra digər otaqlara da baxdıqda əşyaların dağınıq vəziyyətə salındığını görmüşlər. Özünə məxsus yataq otağında olan sandığın qapağını açanda içərisində dəsmalın arasına bükərək saxladığı 2000 manat pulunun yerində olmadığını, pulu bükdüyü dəsmalın da sandığın kənarına atıldığını gördükdən sonra evdən oğurluq olduğuna əmin olmuşlar. Ona görə də qızım Vəfa Davudova həmin vaxt DİN-in “102” zəng mərkəzinə zəng vuraraq oğurluq olması barədə məlumat vermişlir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqındaZərərçəkmiş şəxs14n Murad oğlunun elan olunmuş ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yaşamasına baxmayaraq, Abşeron rayonu, Saray qəsəbəsində də onun özünə məxsus fərdi yaşayış evi vardır. Sonuncu ünvanda arada oğlunun ailəsi birlikdə də yaşayırlar. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yaşadığı Saray qəsəbəsindəki evdən çıxıb getmişdir. Həmin vaxt oğluda ailəsi ilə birlikdə istirahətə getdiyindən, evdə heç kəs olmamışdır. Həmin gün axşam saat 20:30 radələrində Saray qəsəbəsindəki evinə qayıdarkən evin yataq otağının pəncərəsinin sındırıldığını görmüşdür. Yataq otağındakı şkafa baxarkən sənəd saxladığım qara çantanın içərisindən 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Abşeron RPİ-nə həmin faktla bağlı şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X5 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saraya qəsəbəsində inşa etdirdiyi evdə olan zaman hər şey öz qaydasında olmuşdur. 3 gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında evinə gəlib baş çəkdiyi zaman, evin yataq otağında olan plastik pəncərəsini açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda evin divarlarına çəkilmiş mis metalından hazırlanmış hər bir metrinin dəyəri 5 manat olmaqla ümumilikdə 1500 manat dəyərində 300 metr uzunluğunda 6-lıq, mis metalından hazırlanmış hər bir metrinin dəyəri 4 manat olmaqla ümumilikdə 1600 manat dəyərində 400 metr uzunluğunda 4-lük, mis metalından hazırlanmış hər bir metrinin dəyəri 3 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 400 metr uzunluğunda 3-lük, mis metalından hazırlanmış hər bir metrinin dəyəri 2 manat olmaqla ümumilikdə 700 manat dəyərində 350 metr uzunluğunda 2-lik elektrik naqillərinin və ümumi dəyəri 1000 manat olmaqla istilik sistemin kollektorlarının yerində olmadığını aşkar etmişdir. O, başa düşdüm ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər onun evindən oğurluq etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə ailəsi və qaynanası X9 ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə qaynanası, həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evlərinə getmişlər və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evdə kimsə olmamışlar. Yaşadıqları evdən qaynanası Züleyxa Əhmədovaya məxsus qızıl-zinyət əşyalarının oğurlanması haqda hadisədən sonra məlumat almışdır. xx.xx.2019-cu il tarixdə yaşadıqları evdən oğurluq olması nəticəsində özünə məxsus 01 ədəd 4000 manat dəyərində 583 əyarlı qızıl boyunbağı, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı qızıl qolbaq, 01 ədəd 1500 manat dəyərində 583 əyarlı üzük və sırğadan ibarət olan qızıl dəsti, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı kulonlu qızıl boyunbağı, 01 ədəd 500 manat dəyərində 583 əyarlı qaşlı qızıl üzük, 01 ədəd 500 manat dəyərində 583 əyarlı gül formalı qaşlı qızıl üzk, 01 ədəd 500 manat dəyərində 583 əyarlı qaşsız qızıl üzük, 01 cüt 1000 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğa və 01 ədəd 1500 manat dəyərində 583 əyarlı brilyant qaşlı kişi qızıl üzüy oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 11500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X2 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə oğlunun aləsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə oğlunun ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evlərinə getmişlər və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən evdə kimsə olmamışlar. xx.xx.2019-cu il tarixdə evinə qayıdan zaman, yaşadıqları evdən oğurluq olduğunu aşkar etmişlər. Evdə olmayan müddət ərzində naməlum şəxslə evindən ona məxsus 01 ədəd 3000 manat dəyərində 583 əyarlı brilyant qaşlı qızıl saatı, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı kulonlu qızıl boyunbağını, 01 cüt 500 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğanı, və gəlini Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 4000 manat dəyərində 583 əyarlı qızıl boyunbağını, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı qızıl qolbağı, 01 ədəd 1500 manat dəyərində 583 əyarlı üzük və sırğadan ibarət olan qızıl dəstini, 01 ədəd 1000 manat dəyərində 583 əyarlı kulonlu qızıl boyunbağını, 01 ədəd 500 manat dəyərində 583 əyarlı qaşlı qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində 583 əyarlı gül formalı qaşlı qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində 583 əyarlı qaşsız qızıl üzüyü, 01 cüt 1000 manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğanı və 01 ədəd 1500 manat dəyərində 583 əyarlı brilyant qaşlı kişi qızıl üzüynü oğurladıqlarını aşkar etmişdir Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4900 manat məbləğində, gəlini Zərərçəkmiş şəxs2 isə 11500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs20 qızının ifadəsindən görünür ki, ünvan 10 ünvanda olan yeni tikilmiş evində 2017-ci il tarixdən təmir işlərinə başlanmışdır. Nə vaxt pulu olduqda orada hissə-hissə təmir işlərini gördürürmüş. Evinin tikilməsinə və təmir edilməsinə Zaur adlı usta özü işləməklə, gətirdiyi başqa ustalara da rəhbərlik edirmiş. Səhəti ilə əlaqədar özü ora tez-tez gedə bilmirmiş. 2019-cu ilin noyabr ayının axırlarında kombi istilik aparatı üçün kreditlə aldığı radiatorları Zaur onun tapşırğı ilə evində saxlamışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində evə köçmək istədiyini və buna görə işlərini sürətləndirməsini Zaura demişdir. xx xxxxxx 2019-cu il tarixdən Zaur orada işləməyə başlamışdır. xx xxxxxx 2019-cu il kredit yolu ilə “İrşad” şirkətindən aldığı kombi istilik aparatını həmin şirkətin avtomobili ilə Masazır kəndindəki evinin ünvanı verməklə göndərmişdir. Zaur göndərdiyi kombini qəbul etdiyini və evin birinci mərtəbəsindəki mətbəxə qoyduğunu, qapıları bağladığını ona demişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində usta Zaur ona zəng edərək, küçə darvazasının qıfılının sındırıldığını, darvazanın açıq olmasını, evin pəncərələrinin sındırıldığını və evdən oğurluq olduğu barədə xəbər vermişdir. Buna görə o, həmin tarixdə evinə inşa etdirdiyi evinə getmişdir. Evinə gəldikdə, evdən 1674 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatının, hər birinin dəyəri 105 manat olmaqla ümumilikdə 1155 dəyərində 11 ədəd radiatorların, hər bir qutunun dəyəri 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu şurupların, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 100 manat dəyərində 10 ədəd kleylərin, hər bir metrinin dəyəri 1,60 manat olmaqla ümumilikdə 16 manat dəyərində 10 metr plasmas boruların, 250 manat dəyərində 01 ədəd aspiratorun, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd istilik su kranlarının, hər bir metrinin dəyəri 0,62 manat olmaqla ümumilikdə 62 manat dəyərində 100 metr uzunluğunda 4-lük, hər bir metrinin dəyəri 0,95 manat olmaqla ümumilikdə 95 manat dəyərində 100 metr uzunluğunda 6-lıq elektrik naqillərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nətcəsində ona ümumilikdə 3488 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs20 qızının məhkəməyə göndərdiyi teleqaramdan görünür ki, dəymiş ziyan ödənildiyindən şikayətini geri götürür. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs12 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yaşayıram. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində evi bağlayaraq çıxıb getmiş və həmin vaxtı evdə kimsə olmamışdır. Həmin gün saat 20 radələrində evə gələrkən, evin yataq otağının qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Evinə daxil olub baxış keçirən zaman, evin birinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabındakı çantadan 300 manat məbləğində nağd pulun, 200 manat dəyərində 01 ədəd «Çayka» markalı qol saatının, evin ikinci mərtəbəsində yerləşən yataq otağından 60 manat dəyərində 01 ədəd «Casio» markalı qol saatının, 100 manat dəyərində 01 ədəd «Dolce Gabbana» markalı qol saatının, ümumi dəyəri 60 manat olan bijuteriyanın və 10 manat məbləğində nağd pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 730 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs18 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində özünə 9 sot torpaq sahəsi alaraq, həmin yerdə özünə fərdi yaşayış evi inşa etməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində həmin evinə gəlib baş çəkən zaman, evin qapısının və hyətdə olan yay mətbəxin şüşə qapısının sındırıldığını görmüşdür. Mətbəxə daxil olduqda oradan hər bir metrinin dəyəri 0,75 manat olmaqla ümumilikdə 150 manat dəyərində 200 metr uzunluğunda 6-lıq və hər bir metrinin dəyəri 0,50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 200 metr uzunluğunda 4-lük elektrik naqillərin, ümumilikdə 300 manat dəyərində istilik sistemi avadanlıqların və 150 manat dəyərində elektrik ötürücülərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs17 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu Saray qəsəbəsində yerləşən yeni məhəllədə özünə birmərtəbəli kürsülü ev inşa etdirmişdir. xx.xx.2019-cu il tarixdə inşa etdirdiyi evdə olan zaman hər şey öz qaydasında olmuşdur. Təxminən 10 gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə saat 14 radələrində evinə gəlib baş çəkdiyi zaman, evin yataq otağında olan plastik pəncərənin üzərindəki dəmir barmaqlığı qırılmış, plastik pəncərəni isə açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda evin divarlarına çəkilmiş hər bir metrinin dəyəri 3,56 manat olmaqla ümumilikdə 356 manat dəyərində 100 metr uzunluğunda 6-lıq və hər bir metrinin dəyəri 3 manat olmaqla ümumilikdə 180 manat dəyərində 60 metr uzunluğunda 4-lük elektrik naqillərinin yerində olmadığını aşkar etmişdir. Başa düşmüş ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evindən oğurluq etmişlər. Həmin oğurluq hadisəsi ilə əlaqədar dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı ona ümumilikdə 536 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 elan olunmuş ifadəsindən görünür ki, 2013-cü ildən Abşeron rayonu, Saray qəsəbəsində inşa etdiyi fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində ailə üzvləri ilə yaxın qohumunun uşağının kiçik toy məclisinə getmişlər. Evdən çıxarkən evin qapı və pəncərələrini o, cümlədən həyət darvazasını açarla bağlamışdır. Həmin gün saat 23 radələrində evə gəlmişlər və qapını açıb evə girəndə anası ona otaqda paltar şkafında olan əşyaların dağınıq, pəncərənin isə açıq olduğunu bildirmişdir. Otağa girən zaman o, paltar şkafında olan əşyaların bir hissəsi çarpayının və döşəmənin üstünə atıldığını, evin pəncərəsini isə açıq olduğunu görmüşdür. Digər otağa keçib baxanda paltar şkafını və servantın siyirmələri açıq, əşyalar dağınıq vəziyyətdə olduğunu görmüşdür. Paltar şkafında paltarların arasında qoyduğu 800 pulu axtarmış, lakin pulun qoyduğu yerdə olmadığını görmüşdür. Digər əşyalara nəzər salmış, evdən hər hansı bir əşya oğurlanmamışdır. Anam isə ona uşaqların yatan otaqda paltar şkafında olan pul qabından 4 manat pulun da oğurlandığını bildirmişdir Evdə oğurluq hadisəsi olduğu üçün DİN-in 102 xidmətinə bu barədə məlumat verdim. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 804 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs16 elan olunmuş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Saray qəsəbəsi, Z.Əliyeva küçəsində özümə məxsus iki mərtəbəli mansarlı fərdi yaşayış evi vardır. xx.xx.2019-cu il tarixdə evdə olan zaman hər şey öz qaydasında olmuşdur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında evinə gəlib baş çəkdiyi zaman, evin birinci mərtəbəsində yerləşən yataq otağının plastik pəncərəsini sınmış vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olduqda hər bir dəstinin dəyəri 100 manat olmaqla, ümumilikdə 300 manat dəyərində 03 ədəd yataq dəstlərinin, hər birinin dəyəri 50 manat olmaqla, ümumilikdə 100 manat dəyərində 02 ədəd süfrələrin və soyuducudan ümumilikdə 100 manat dəyərində ərzaqların yerində olmadığını aşkar etmişdir. Başa düşdüm ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evindən oğurluq etmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 elan olunmuş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə özünə məxsus bir mərtəbəli fərdi yaşayış evi vardır. Arabir həmin evə gedib baş çəkirmiş. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə həmin evə gedib baş çəkdikdə, evin plastik pəncərəsini açıq vəziyyətdə olduğunu görmüşdür. Evinə baxış keçirən zaman, evdə olan bir ədəd 150 manat dəyərində olan qədimi samovarın və 60 manat dəyərində olan elektrik laqondanın oğurlandığını aşkar etmişdir. Lakin, onun həmin vaxtı başqa işləri olduğu üçün, oğurluq barədə məlumatı gec vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 210 manat məbləğində ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs21 elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində o, işə getmək üçün evdən çıxmışdır. Həyat yoldaşı Gülnarə isə evdə qalmışdır. Bir müddət keçdikdən sonra, həmin günü təxminən saat 17 radələrində həyat yoldaşı Gülnarə Səlimova ona yenidən zəng vurmu və evdən oğurluq olması barədə məlumat vermişdir. O, bu xəbərdən sonra, dərhal evə gəlmiş və evdə ona məlum olmuş ki, xx xxxxxx 2019-cu il tarixdə saat 12.30 radələrindən 13 radələrinə qədər olan müddət ərzində həyat yoldaşı Gülnar evdə olmadığı vaxt naməlum şəxs yaşadığı evə pəncərədən qanunsuz daxil olaraq, yataq otağında olan dolabdan 3000 manat dəyərində qızıl-zinət əşyalarını, yəni yataq otağında olan dolabın siyirməsindən 01 ədəd 500 manat dəyərində qızıl qadın üzüyünü, 01 ədəd 500 manat dəyərində qızıl kişi üzüyünü, 01 ədəd 500 manat dəyərində qızıl boyunbağını, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd qadın gümüş üzüklərini, 01 cüt 500 manat dəyərində qaşlı qızıl sırğanı, hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 02 ədəd qızıl qolbaqları, 01 ədəd 600 manat dəyərində üzərilərində «Türkan və Nuray» adları yazılmış kulon və boyunbağıdan ibarət qızıl dəstini və həmin otaqda paltar dolabında olan pul kisəsinin içərisindən 20 manat məbləğində nəğd pulu oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3020 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs7 elan olunmuş ifadəsindən görünür ki, 2016-cı ildən onun özünə məxsus Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən 3 sot torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin ərəfədə evdə təmir işləri getdiyinə görə yaşayış olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, həmin evə gedib oradan bir iki əşya götürüb çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində onun bağ evi ilə qonşuluqda yaşayan əmisi oğlu Kamal Sadıqov zəng vuraraq, onun evindən oğurluq edən şəxsin polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. O, dərhad bağ evinə getmiş və orada artıq kimsənin olmadığını görmüşdür. Evinə baxış keçirtdikdə isə evinin mətbəxinin pəncərəsinin açıq olduğunu və evdən hər birinin dəyəri 30 manat olan 03 ədəd su kranları dəstlərinin, 15 manat dəyərində olan 01 ədəd hamam əşyaları üçün asılqan, 10 manat dəyərində hamam üçün paltar asılqanın, hər birinin dəyəri 4 manat olan 04 ədəd su borularının, 5 manat dəyərində olan 01 ədəd kanalizasiya borusunun, 40 manat dəyərində olan 01 ədəd stəkan-nəlbəki dəstinin, hər birinin dəyəri 20 manat olan 02 ədəd işıq plafonlarının, 150 manat dəyərində samovarın, 36 manat dəyərində 15 metr aliminium profillərin, 66 manat dəyərində qalın aliminium profillərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 468 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etmiş və orada məlum olmuş ki, onun evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs Ağala oğludur. Onun evindən oğurlanmış əşyaların bir qismi, yəni (01 ədəd samovar, 02 ədəd işıq plafonları, 01 ədəd qənd qabı, 01 ədəd limon qabı, 02 ədəd stəkan-nəlbəki dəstləri, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 01 ədəd uzunluğu 228,5 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 247 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 267,7 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 227,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 149,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 142,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 70 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 99,5 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 78 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 30 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm və 01 ədəd uzunluğu 198 sm, hündürlüyü 8 sm, eni 1,5 sm olan aliminium profilləri) o, tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs19 elan olunmuş ifadəsindən görünür ki, 2017-ci il tarixdən Zərərçəkmiş şəxs20 qızının Abşeron rayonu, Masazır kəndii, Z.Əliyeva küçəsindəki 55 nömrəli ünvandakı evində təmir tikinti işləri aparırmış. Zərərçəkmiş şəxs20 həmin həyətindəki evini, hasarını əvvəldən dəvət etdiyi ustalar, onun başçılığı ilə işləyib tikmişlər. Onun özüdə ustalıq və dəvət etdiyi ustaların işinə nəzarət edirmiş. Ülkər xanım kredit yolu ilə aldığı kombi radiatorlarını 2019-cu ilin noyabr ayının axırlarında göndəribimiş və sonuncunun tapşırığı ilə həmin radiatorları özünə məxsus evdə qoymuşdur. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Ülkər xanım evinə tez köçmək istədiyini ona dediyindən və təmiri tezləşdirmək üçün aldığı kombi istilik aparatını da həmin tarixdə “İrşad” şirkətin avtomobili ilə göndərmişdir. Kombini gətirənlər onun tapşırığı ilə evin birinci mərtəbəsindəki mətbəxə qoyub getmişlər. Həmin mətbəxin qapı və pəncərələri bağlı vəziyyətdə və qıfılın açarı da onda olurmuş. Evdə istilik sistemini qurmaq və işə salmaq üçün evində saxladığı Ülkərə məxsus olan kombi istilik radiatorlarını da iş yerinə, kombi gətirilməzdən 4 gün əvvəl gətiribmiş və radiatorları divarlara qurmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində iş vaxtı qurtardığına görə, evin pəncərə, qapılarını və küçənin darvazasını bağlayıb getmişlər. Səhəri gün yəni, xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində ustalarla birlikdə Ülkərin evinə işlərini davam etdirmək üçün gəlmişlər. Evə gələn zaman, evin küçə darvazasının qıfılının sındırıldığını və darvazanın açıq olduğunu görmüşdür. Həyətə girən zaman evin birinci və ikinci mərtəbəsinin pəncərələrini açıq olduğunu görmüşdür. O, Ülkərə zəng edib, oğurluq barədə xəbər vermişdir. Qapını açıb evə daxil olduqda, Ülkər xanımın aldığı 1674 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatının, hər birinin dəyəri 105 manat olmaqla ümumilikdə 1155 dəyərində 11 ədəd radiatorların, hər bir qutunun dəyəri 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu şurupların, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 100 manat dəyərində 10 ədəd kleylərin, hər bir metrinin dəyəri 1,60 manat olmaqla ümumilikdə 16 manat dəyərində 10 metr plasmas boruların, 250 manat dəyərində 01 ədəd aspiratorun, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd istilik su kranlarının, hər bir metrinin dəyəri 0,62 manat olmaqla ümumilikdə 62 manat dəyərində 100 metr uzunluğunda 4-lük, hər bir metrinin dəyəri 0,95 manat olmaqla ümumilikdə 95 manat dəyərində 100 metr uzunluğunda 6-lıq elektrik naqillərin və özümə məxsus hər birinin dəyəri 95 manat olmaqla ümumilikdə 190 manat dəyərində 02 ədəd elektrik drellərin, 220 manat dəyərində 01 ədəd elektrik lazer aparatının, 320 manat dəyərində 01 ədəd preforatorun, 170 manat dəyərində 01 ədəd digər preforatorun, 180 manat dəyərində 01 ədəd digər preforatorun, 160 manat dəyərində 01 ədəd plasmas boruları yapışdıran ütünün, 110 manat dəyərində 01 ədəd lobzikin, 500 manat dəyərində 01 ədəd digər preforatorun, 250 manat dəyərində 01 ədəd elektrik mişarın, 95 manat dəyərində 01 ədəd elektrik loqondanın və 250 manat dəyərində 01 ədəd digər elektrik loqondanın oğulandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nətcəsində ona ümumilikdə 2425 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs19 məhkəməyə teleqramla müraciət etməklə dəymiş ziyanın ödənilməsini, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə istintaqında Şahid1 və Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs19 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid Abşeron RPİ-nin CAŞ-nin sabiq ə/m polsi baş leytenantı X14 bildirmişdir ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən zaman, Abşeron rayonu, Saray qəsəbəsində bir sıra oğurluq cinayətlərini törədən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirmək qərarına gəlmişlər. Bununla bağlı ondan Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid10 və Abşeron RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyataxtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə onlar məlumat daxil olmuşdur. Sonuncu onlar tərəfdən saxlanılaraq Abşeron rayon Abşeron rayon polis idarəsin dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmiş ki, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş elektrik naqillərini, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə hasara çəkilmiş elektrik naqilini, evin isərisində olan taxta qutudan elektrik naqilini, 02 ədəd elektrik uzadıcılarını və 10 ədəd elektrik işıq lampalarını, bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanının taxta materialından olan pəncərəsinin şüşəsini çıxarmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağında olan sandığın qapağını sındıraraq içərisindən 2000 (iki min) manat məbləğində nəğd pulu, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu qanunsuz daxil olaraq, həyətdəki əl damında olan 01 ədəd elektrik avtoyuma aparatını, 01 ədəd əl arabanı, müxtəlif təmir alətlərini, 01 ədəd «Kia Sorento» markalı avtomobilin spoylerini və evin həyətindən su sayağacını, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 01 radələrində X7 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş mis metalından hazırlanmış elektrik naqillərini və istilik sistemi kollektorlarını, bundan başqa xx.xx.2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən bağ evinin yataq otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 08 ədəd radiatorları, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs23 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həyətdə yerin altına çəkilmiş elektrik naqillərini və həmin həyətdə tikilinin içərsində olan taxta qutudan 01 ədəd elektrik laqondanı, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs14n Murad oğluna məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağında olan paltar dolabındakı qara rəngli dəri çantadan 500 (beş yüz) manat məbləğində nağd pulu, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 22 radələrində X8 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan yaddaş aparatından və monitordan ibarət olan 01 ədəd kompüteri, 06 qutu alçipan şuruplarını, 16 ədəd «Siemens» markalı elektrik qoruyucu avtomatlarını, 06 ədəd su kranlarını və elektrik naqilini, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 17 radələrində X4 məxsus Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin yataq otağındakı pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağındakı paltar dolabında olan çantalardan qızıl-zinyət əşyalarını, bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs21 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağında olan dolabın siyirməsindən qızıl-zinyət əşyalarını, həmin otaqda paltar dolabında olan pul kisəsinin içərisindən 20 manat məbləğində nəğd pulu, bundan başqa xx.xx.2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs20 qızına məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir darvazasının qıfılını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açaraq həyətə, oradan isə evin plastik pəncərəsini sındırmaq yolu evə qanunsuz daxil olaraq, oradan inaşaat materiallarını, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs17 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin yataq otağındakı pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla, plastik pəncərəni açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin divarlarına çəkilmiş mis metalından elektrik naqillərini, bundan başqa xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin həyətində olan yay mətbəxinin şüşə qapısını sındırmaq yolu ilə saxlanc yeri olan mətbəxə qanunsuz daxil olaraq, oradan elektrik naqillərini, bundan başqa xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin birinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabındakı çantadan 300 manat məbləğində nağd pulu, 01 ədəd «Çayka» markalı qol saatını, evin ikinci mərtəbəsində yerləşən yataq otağından 01 ədəd «Casio» markalı qol saatını, 01 ədəd «Dolce Gabbana» markalı qol saatını, bijuteriya və 10 manat məbləğində nağd pulu, bundan başqa xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu Saray qəsəbəsi Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yataq otağının plastik pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağından 03 ədəd yataq dəstlərini, 02 ədəd süfrələri və evin mətbəxində yerləşən soyuducudan müxtəlif ərzaqları, bundan başqa xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin qapısını açmaq yolu ilə zirzəmiyə oradan isə evə qanunsuz daxil olaraq, evdən elektrik naqilini, 01 ədəd elektrik dreli, 01 ədəd elektrik preforatoru, 01 ədəd elektrik lobziki, 01 ədəd elektrik su motorunu, 01 ədəd qab-qaşıq dəstini və 01 ədəd elektrik mikseri, bundan başqa xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağındakı paltar dolabından 800 manat və digər yataq otağındakı paltar dolabında olan pul qabından isə 4 manat məbləğində nəğd pulu, bundan başqa xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan 01 ədəd samovarı və 01 ədəd elektrik laqondanı, bundan başqa xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin qapısını açmaq zirzəmiyə qanunsuz daxil olaraq, oradan elektrik naqili, samovar, inşaat malları və təmir alətlərini oğurlamışdır. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin digər əməkdaşları Şahid9 və Əsədov X12 RPİ-nin sabiq ə/m polis baş leytenantı X14 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu məntəqəsinə bir neçə dəfə əridilmiş halda metal gətirdiyinə görə tanıyır. Lakin sonuncu ilə heç bir şəxsi münasibəti olmamışdır. Həmçinin yuxarıda sadaladığı əlvan metalları da işlədiyi məntəqəyə gətirib satarkən oğurluq olub-olmamasını dəfələrlə soruşmuşdur. Rüfət həmin metalın oğurluq olmamasına onu inandırdığına görə Rüfətdən metal alırmış. Məhkəmə istintaqında Şahid7 elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu məntəqəsinə bir neçə dəfə əlvan metal və elektrik avadanlıqları gətirib satması səbəbindən tanımışdır. Lakin sonuncu ilə heç bir şəxsi münasibəi olmamışdır. Həmçinin yuxarıda sadalanan əlvan metalları, tikinti və elektrik alətlərini də həqiqətən Rüfət ona satmışdır. Rüfət ona sadalanan əşyaları satarkən o, hər dəfə Rüfətdən əşyaların oğurluq-olub-olmamasını soruşmuşdur. Lakin Rüfət həmin əşyaların özünə məxsus olduğuna, oğurluq olmadığına onu inandırdığına görə Rüfətə inanıb həmin metalları və elektrik avadanlıqlarını almışdır. Məhkəmə istintaqında Şahid8 elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs yaxından tanımır. Lakin Rüfətin 2019-cu ilin noyabr ayının sonlarında və 2020-ci ilin yanvar ayının əvvəllərində işlədiyi obyektə gələrək müxtəlif növ elektrik mallarını satmasını təklif etdiyini deməsinə də şübhə etmir. Çünki hər gün onun obyektinə xeyli sayda müştərilər gəldiklərindən obyektə gələn müştərilərin hamısını yadında saxlaya bilmir. Məhkəmə istintaqında Şahid6 elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu məntəqəsinə bir neçə dəfə müştəri qismində gəldiyinə görə tanıyır. Lakin sonuncu ilə heç bir şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə 2019-cu ilin sentyabr ayında onun işlədiyi yerə gələrək özü ilə gətirdiyi samovarı 15-20 manata satmaq istədiyini söyləmişdir. Lakin o, Rüfətdən şəxsiyyət vəsiqəsini tələb etdiyi üçün ona şəxsiyyətini təqdim edən hər hansı bir sənəd təqdim edə bilmədiyinə görə Rüfətdən həmin samovarı almadığından Rüfət oradan çıxıb getmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində çay içmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən çayxanaya getmişdir. O, masada əyləşib çay içməyə başlayandan təxminən yarım saat sonra həmin çayxanaya əvvəllər tanıdığı Təqsirləndirilən şəxs da gəlmişdir. Həmin vaxt Rüfət çayxananı işlədən Zümriyyət adlı qadına yaxınlaşıb ona qardaşı uşağının xəstə olduğunu bildirərək, evdən gətirdiyi bir neçə əşyanı satmaq istədiyini bildirmişdir. Belə ki, Rüfət Zümriyyətə bir ədəd samovar, bir ədəd qutuda stəkannəlbəki dəsti, çəngəllər və qaşıqları göstərib pula ehtiyacı olduğu üçün satmaq istədiyini söyləmişdir. Zümriyyət həmin vaxt Rüfətdən dəfələrlə satdığı əşyaların oğurluq olubolmamasını soruşmuşdur. Lakin Rüfət sonuncuya əşyaların özünün olmasını söyləmişdir. Bundan sonra Rüfət, Zümriyyətdən 40 manat alıb həmin əşyaların hamısını sonuncuya satmışdır. Sonra Rüfət onun əyləşdiyi masaya yaxınlaşıb onunla çay içməyə başlamışdır. O, Rüfətdən hardan gəldiyini və Zümriyyətə satdığı əşyaları hardan aldığını soruşanda Rüfət ona evdən gəldiyini və həmin əşyaları da pula ehtiyacı olduğuna görə evdən gətirib satdığını bildirmişdir. Onlar birlikdə çay içib bir qədər söhbət etdikdən sonra bir-birilərindən aralaşıb getdik. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayonda Rüfətlə rastlaşan zaman Rüfət, ona Sumqayıt şəhərində, Yaşıldərə yaşayış massivində bir evin yaxınlığında aliminium materialdan olan profillər gizlətdiyini və gedib ona həmin profilləri götürüb metal qəbulu məntəqələrinin birinə satmaqda ona köməklik göstərməyimi xahiş etmişdir. Həmin vaxt o, Rüfətdən həmin profilləri hardan aldığını və oğurluq olub-olmadığını soruşanda Rüfət ona həmin profilləri səhər tezdən evdən gətirmiş olduğunu, metal qəbulu məntəqələri hələ bağlı olduğuna görə müvəqqəti olaraq Yaşıldərə massivində yarım tikili bir evin yanında gizlətdiyini bildirmişdir. Həmçinin Rüfət həmin profillərdən əldə etdiyi puldan ona da verəcəyini söz verdiyinə görə Rüfətə köməklik etməyə razılıq vermişdir. Bundan sonra onlar piyada təxminən 20-25 dəqiqə getdikdən sonra Rüfət ona Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivində hasarı olmayan yarım tiliki bir ev göstərib aliminium profilləri orada gizlətdiyini bildirmişdir. Onlar həmin evin yan tərəfinə keçib qamışlıq olan yerdə ağacların arasında gizlətdiyi aliminium məftillə bağlanmış halda olan həmin aliminium profilləri və 2 ədəd işıq plafonlarını götürüb, təxminən 15-20 metr getdikdən sonra Post Patrul Xidməti avtomobilinin onlara yaxınlaşdıqlarını görmüşlər. Bu zaman Rüfət əlindəki aliminium profilləri yerə ataraq qaçmış, Polis əməkdaşları isə ona yaxınlaşıb yanındakı şəxsin nə üçün qaçdığını soruşmuşlar. O, polis əməkdaşlarına yanında olan Rüfət adlı şəxsin nə üçün qaçdığını bilmədiyini bildirmişdir. Sonra şübhə doğurduğuna görə polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparıb araşdırma aparmışlar. Məhkəmə istintaqında Şahid4 Nurəddin qızının elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 12 qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 5 il olar ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisndə yerləşən 60 saylı yaşayış binasının yanında icarəyə çayxana işlətməklə ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs (sonuncunu bir neçə dəfə işlədiyi çayxanada müştəri olması səbəbindən tanımış) işlətdiyi çayxanaya gələrək qardaşı uşağının xəstə olduğunu bildirərək, evdən gətirdiyi bir neçə əşyanı satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona bir ədəd samovar, 02 ədəd qutuda stəkan-nəlbəki dəstini, çəngəl və qaşıqları göstərib pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, həmin şəxsdən dəfələrlə satdığı əşyaların oğurluq olub-olmamasını soruşmuş, lakin həmin şəxs əşyaların özünə məxsus olmasını deyib onu inandırmışdır. Bundan sonra o, həmin şəxsə 40 manat verib sadaladığı əşyaların hamısını almışdır. Səhəri gün polis əməkdaşları onun işlədiyi çayxanaya gələrək, Təqsirləndirilən şəxs almış olduğu əşyaların oğurluq olmasını bildirmişlər və o, könüllü olaraq həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki;Cinayət işinin materiallarına əlavə olunmuş götürmə barədə protokoldan görünür ki, cinayətin predmeti olan Zərərçəkmiş şəxs7 evindən oğurlanmış 01 ədəd samovar, 02 ədəd işıq plafonları, 01 ədəd qənd qabı, 01 ədəd limon qabı, 02 ədəd stəkan-nəlbəki dəstləri, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 01 ədəd uzunluğu 228,5 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 247 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 267,7 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 227,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 149,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 142,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 70 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 99,5 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 78 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 30 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm və 01 ədəd uzunluğu 198 sm, hündürlüyü 8 sm, eni 1,5 sm olan aliminium profillər Şahid4 qızından götürülmüş və həmin əşyalar daha sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs7 qaytarılmışdır. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/654 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan ağ rəngli, «Optimal» markalı 96/500 model 10 hissəli (seksiyalı) istilik radiatorunun 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 manat müəyyən olunur. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/105 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadə olunmuş malların orta bazar qiyməti ilə ümumi dəyəri 184,90 manat müəyyən edilir. Cinayət işi üzrə təyin olunaraq keçirilmiş məhkəmə-daktilaskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/190R saylı rəyi ilə müəyyən edilmişdir ki:

1. xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs18 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 08 ədəd yapışqan lent kəsikləri üzərilərində olan əl izlərindən 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi (ADİS-in məlumat bankına Sumqayıt ŞPİ-dən daxil olan) xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunan cəzanın onun ailəsinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs20 qızı və Zərərçəkmiş şəxs19 təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş məhkumluq haqqında Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinib 4500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş 4500 manat məbləğində cərimə cəzası qazancından dövlət nəfinə 20% məbləğində tutulmaqla 01 il 10 ay müdətə islah işləri cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 3568 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsilə təqsirli bilinməklə 4500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzası aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 il 10 ay müddətinə islah işləri cəzası ilə əvəz edilimişidir. Məhkum Təqsirləndirilən şəxs hazırki müddətə kimi ona təyin edilmiş islah işləri cəazasını çəkməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Təqsirləndirilən şəxs Nağıyev X10 şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən təyin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017--ci il tarixli qərarına əsasən islah işləri cəzasına dəyişdirilmiş cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin həmin hökmə əsasən onaazadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin bu hal Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal kimi cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Təqsirləndirilən şəxsə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən təyin edilmiş 01 il 10 ay müddətinə islah işləri cəzası bir günə dörd gün hesabı ilə 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmalı, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut «02 ədəd istilik sisteminin radiatorları» sahibi Zərərçəkmiş şəxs20 qızına qaytarılması, 01 ədəd samovar, 02 ədəd işıq plafonları, 01 ədəd qənd qabı, 01 ədəd limon qabı, 02 ədəd stəkan-nəlbəki dəstləri, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 01 ədəd uzunluğu 228,5 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 247 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 267,7 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 227,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 149,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 142,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 70 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 99,5 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 78 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 30 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm və 01 ədəd uzunluğu 198 sm, hündürlüyü 8 sm, eni 1,5 sm olan aliminium profillərin cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X8, Zərərçəkmiş şəxs14n Murad oğluna, X7, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 Vəliyyəddin oğluna, Zərərçəkmiş şəxs23 bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi cəmi 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci və 68.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən çəkilməmiş 01 (bir) İl 10 (on) ay müddətinə islah işləri cəzasının 04 günü azadlıqdan məhrum etmə cəzasının 01 gün gününə bərabər tutulmaqla 05 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, bu hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanılma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut «02 ədəd istilik sisteminin radiatorları» sahibi Zərərçəkmiş şəxs20 qızına qaytarılması, 01 ədəd samovar, 02 ədəd işıq plafonları, 01 ədəd qənd qabı, 01 ədəd limon qabı, 02 ədəd stəkan-nəlbəki dəstləri, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 01 ədəd uzunluğu 228,5 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 247 sm, hündürlüyü 7,7 sm, eni 3,8 sm, 01 ədəd uzunluğu 267,7 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 227,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 149,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 142,5 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 70 sm, hündürlüyü 5 sm, eni 2,1 sm, 01 ədəd uzunluğu 99,5 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 78 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm, 01 ədəd uzunluğu 30 sm, hündürlüyü 6,5 sm, eni 2,8 sm və 01 ədəd uzunluğu 198 sm, hündürlüyü 8 sm, eni 1,5 sm olan aliminium profillərin cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X8, Zərərçəkmiş şəxs14n Murad oğluna, X7, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22 Vəliyyəddin oğluna, Zərərçəkmiş şəxs23 dəymiş ziyanın ödənilməsini Təqsirləndirilən şəxs mülki qaydada hökm qanuni qüvvəsini aldıqdan sonra tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdlan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi cəmi 60 saat göstərdiyi hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar