Məhkəmə qərarları › İş №1(012)-430/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-430/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-430/2022 03.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan barəsində “polisin nəzarəti altına vermə ” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 15 mart 2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobu qəsəbəsində olan fərdi yaşayış evinin hasarının üstündən həyətinə, sonra isə pəncərəsini sındırmaqla həyətdə yerləşən otağa qanunsuz daxil olaraq, oradan 01 ədəd 2500 manat dəyərində “Ariston” markalı kombini, 01 ədəd 400 manat dəyərində su qızıdırıcısını, 01 ədəd 350 manat dəyərində samovarı, bir dəst 350 manat dəyərində manqal ləvazimatlarını, hər biri 200 manat dəyərində 2 ədəd məişət ütüsünü, 1 ədəd 300 manat dəyərində nərdtaxtanı, bir top 200 metr uzunluğunda 400 manat dəyərində elektrik naqillərini və hər biri 200 manat dəyərində 02 ədəd feni gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 5100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Zərərçəkmiş şəxs üzdən tanısa da adını sonradan bilmişdir. Zərərçəkmiş şəxs onun yaşadığı məhəllədə onunla qonşuluqda bağ evi var. Onların arasında uzun müddətdir ki, şəxsi münasibətlər zəminində ədavət var. Belə ki, bir müddət əvvəl Təqsirləndirilən şəxs həyətinə hasar çəkən zaman istəmədən onun həyətinə daş qırıntıları tökülmüş, Zərərçəkmiş şəxs isə həmin daşları götürüb Elçinin həyətinə xəbər eləmədən atdığı üçün aralarında mübahisə baş vermişdir. Bundan başqa da onların arasında bir neçə dəfə mübahisələr olmuşdur. Zərərçəkmiş şəxs həmin bağ evində daima yaşamır. 1-2 aydan bir həmin bağ evinə gəlib gedir. Bundan məlumatı olan Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə gecə saat 03 radələrində spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə evə qayıdarkən həmin bağ evinin qarşısından keçirmiş. Bağ evində yaşayış olmadığını bildiyi üçün Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə bağ evinin arxa hissəsindən hasardan həyətə daxil olmuş, həyətdə olan təsərrüfat belini götürüb bağ evinin həyətində yerləşən anbar kimi istifadə olunan saxlanc yerinin pəncərəsini qıraraq oraya daxil olmuşdur. Daha sonra oradan bir ədəd “Ariston” markalı kombi aparatı, bir ədəd su qızdırıcısı, bir ədəd samovar, bir dəst kabab şişi, iki ədəd məişət ütüsü, bir ədəd nərdtaxta, uzunluğun bilmədiyi bir topa elektrik naqilləri və iki ədəd saç fenini götürərək küçədə saxladığı özünə məxsus olan BYD markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığmışdır. Həmin vaxt kombini, su qızdırıcısını və samovarı avtomobilin baqajına, digər əşyaları isə içərisinə yığmış, daha sonra evə gedib yatmışdır. 16 mart 2022-ci il tarixdə yuxudan durub sərxoşluqdan ayılandan sonra etdiyi əməldən peşman olmuş, lakin qorxduğu üçün nə edəcəyini bilməmişdir. Avtomobilin içərisində olan əşyaları yəni, bir dəst kabab şişini, iki ədəd məişət ütüsünü, bir ədəd nərdtaxtanı, uzunluğun bilmədiyim bir topa elektrik naqillərini və iki ədəd saç fenini kiminsə görəcəyindən qorxduğu üçün Qobu qəsəbəsində Qobu-Lökbatan yolunda tullamış, digər əşyaları böyük olduğu üçün bir neçə gün maşının baqajında saxlamışdır. 25 mart 2022-ci il tarixdə polis əməkdaşları onu Qobu PB-nə dəvət edərək onunla fərdi söhbət aparan zaman əməli törətdiyini dərhal etiraf etmiş, götürdüyü əşyaları təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olduğunu, cinayət əməlini törədərkən heç kimin köməyindən istifadə etmədiyini bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Bakı şəhərində yaşasa da Abşeron rayonu, Qobu qəsəbəsində bağ evi, həmin bağ evinin həyətində isə anbar kimi istifadə etmək məqsədilə saxlanc yeri də tikdirmişdir. Həmin evə daimi yaşamasalar da tez-tez baş çəkməyə gəlirmiş. Belə ki, sonuncu dəfə 01 mart 2022-ci il tarixdə evə baş çəkməyə gələn zaman evdə və anbarda hər şey qaydasında olub. Daha sonra 16 mart 2022-ci il tarixdə həmin bağ evini baş çəkməyə gələn zaman anbarın pəncərəsinin sındırıldığını və naməlum şəxs və ya şəxslər tərəfindən 01 ədəd 2500 manat dəyərində Ariston markalı kombi aparatını, 01 ədəd 400 manat dəyəri olan su qızıdırıcısını, 01 ədəd 350 manat dəyəri olan samovarı, 350 manat dəyəri olan manqal aksesuarlarını, 01 ədədi 200 manat olan 02 ədəd məişət ütüsünü, 01 ədəd 300 manat dəyərində nərd taxtanı, 200 metr uzunluğunda 400 manat dəyəri olan elektrik naqillərini və 01 ədədi 200 manat olan iki ədəd fenin oğurladığını aşkar etmiş, bundan sonra DİN-nin 102 mərkəzi zəng xidmətinə və Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi nəticəsində ona vurulmuş 5100 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirdi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 aprel 2022-ci il tarixli 9/2152 nömrəli rəyindən görünür ki, “ Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 850,0 manat müəyyən edilir. O cümlədən:

1. 01 ədəd “Ariston” markalı, “Genus X 24FF” model kombi paratı – 650,0 manat;

2. 01 ədəd “Thermex” markalı, 24L-lik su qızdırıcı – 80,0 manat;

3. 01 ədəd təxminən 5-6 litr tutumlu odun samovarı – 120,0 manat.” Zərərəçəkən şəxs Zərərçəkmiş şəxs ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət edərək ********* nömrəli cinayət işi üzrə ona 5100 manat maddi ziyan dəydiyi üçün zərərçəkmiş şəxs qismində tanındığını, hazırda təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5100 manat məbləğində maddi ziyanın tam olaraq ödənildiyini, buna görə də heç bir tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Həsənli X2 rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 70-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 03 il şərti sınaq müddəti təyin edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını 2003-cü il tarixdə çəkib qurtardığını və üzərindən on doqquz ildən artıq zaman keçdiyini nəzərə alaraq məhkumluğu ödənilmiş hesab edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 5100 manat maddi ziyan tam olaraq qaytarıldığı üçün ödənilməsi halı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, vurulmuş ziyanın ödənilməsi, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, müstəntiqin vəsatətinin təmin edilməməsi və prokurorun xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, dərhal MSY-dan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhəri Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhəri Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd “Ariston” markalı, “Genus X 24FF” model kombi paratı – 650,0 manat; 01 ədəd “Thermex” markalı, 24L-lik su qızdırıcı – 80,0 manat; 01 ədəd təxminən 5-6 litr tutumlu odun samovarı – 120,0 manat.” iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş maddi sübut 01 ədəd “Ariston” markalı, “Genus X 24FF” model kombi paratı – 650,0 manat; 01 ədəd “Thermex” markalı, 24L-lik su qızdırıcı – 80,0 manat; 01 ədəd təxminən 5-6 litr tutumlu odun samovarı – 120,0 manat.” iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar