Məhkəmə qərarları › İş №1(012)-431/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-431/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-431/2020 04.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1966-cı ildə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, İsmayıllı ray, Babək küçəsi, D-5, ev 10-da qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-cu il tarixdə saat 12-13 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində işdən gələn keçmiş arvadı Zərərçəkmiş şəxs1 qarşılayıb evə gətirən zaman evlərinin yaxınlığında yolda Zərərçəkmiş şəxs1 nəyə görə bir gün əvvəl gəlini Şahid əlində televizorun pultunu almasını ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Arzu Əhməbovanın boğaz nahiyyəsindən tutub sıxaraq onu yerə yıxmış, sonra isə evə gəldikdə onunla mübahisə etməsi səbəbindən evdən mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs1 sol kürək nahiyyəsindən qəsdən vurmaqla sonuncuya sol kürəkaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası döş qəfəsi və sol dirsək oynağı nahiyyələrin sıyrıqları, sol gözaltı nahiyyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdə mübahisə baş verdiyin eşidərək geri dönmüş Zərərçəkmiş şəxs2 ona «nəyə görə anasını döyməsini» irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evlərinin həyətindən götürdüyü dəmir parçası ilə qəsdən oğlu Zərərçəkmiş şəxs2 vuraraq, ona başın təpə nahiyyəsinin əzilmişcırılmıış yarası, sol gözaltı və sağ bazu nahiyyələrinin qançırları, sol əlin sıyrığından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadıdır. Münasibətlərinin yaxşı olmadığı üçün 10 ilə yaxındır ki, boşansa da, yenə də arvadı Zərərçəkmiş şəxs1, gəlini Şahid və oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində arvadı Arzunun ondan zəng edərək işdən gələn zaman əlində olan əşyaları daşımaq üçün kömək istədiyinə görə evlərinin yaxınlığında onun qarşısına çıxmışdır. Arzunun yol boyu onunla mübahisə edərək gəlininin əlindən niyə televizorun pultunu almasını dediyinə görə də əsəbiləşib onun aldığı qatıq olan çantanı yerə atmışdır. Qatığın dağıldığına görə Arzunun onu təhqir edib üstünə qışqırdığı üçün onun boğazından tutub sıxmışdır. Sonra yolda tanımadığı iki nəfərin gələrək onları ayırmışıdr. Bundan sonra Arzu ilə birlikdə evə gəlmiş, evdə də Arzu səsini kəsməyərək onunla mübahisə etdiyi üçün Arzunu qorxutmaq məqsədi ilə mətbəx bıçağını götürüb onun bel nahiyyəsinə yüngül batırmışdır. Sonra oğlu Fəridin gələrək dəmir parçasının götürüb üstünə gələrək və sol qolunun bilək nahiyyəsindən vurmuşdur. Fəridin əlindən dəmir parçasını alan vaxt dəmir parçasının digər ucunun oğlu Fəridin başına dəymişdir. Mübahisə kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onunlabirlikdə keçmiş əri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və gəlini Şahid da yaşayır. Əri ilə münasibəti yaxşı olmadığı üçün 10 ilə yaxındır ki, boşanmışlar. Lakin uşaqlarının xatirinə yenə də bir yerdə yaşayırlar. Bir neçə dəfə əvvələr aralarında mübahisələri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində işdən çıxıb evə gələrkən yoldaşı Rövşənə zəng edərək ondan əlində olan əşyaları götürmək üçün kömək istəmiş, evlərinin yaınlığında yolda Rövşən onun qarşısına çıxmışdır. Ondan gəlinlə niyə mübahisə etdiyini soruşduqda, Rövşən «onun gününü qara edəcəm» demişdir. Ondan sakit olmasını və ailə söhbətlərinə qarışmamasını bildirdiyinə görə aralarında mübahisə düşmüşdür. Evə çatana yaxın Rövşən əlində olan əşyaları atıb onun üstünə hücum çəkərək boğazından tutub boğaraq yerə yıxmış və təpiklə qarın nahiyyəsindən vurmuşdur. Bu vaxt tanımadığı şəxslərin gəlib onu tutaraq araladıqdan sonra evə keçmişlər. Rövşən evə keçən kimi mətbəxdən bıçağı götürüb, sol kürək nahiyyəsindən bir dəfə vurmuşdur. Gəlini Mətanətin Rövşənin onula mübahisəsini eşitdiyi üçün oğlu Fəridə zəng edərək məlumat vermişdir. Fərid gəldikdə isə atasına bu nə hərəkətdir etmisən dediyi üçün onun xəsarətlərini görüb polisə məlumat vermiş, bu vaxt Rövşən evin qapısını içəridən bağlayaraq əgər polis gəlsə sizi bıçaqla öldürəcəyəm deyərək hədələmişdir. Sonra həyətə çıxıb qapını çöldən bağlamış, bundan sonra Rövşən qapını dəmir parçası ilə vurmağa başlamışdır. Qapını sındırmasın deyə açmış, həmin vaxt Rövşən içəri girib dəmir parçası ilə oğlu Fəridin başına vuraraq xəsarət yetirmişdir. Birazdan polis əməkdaşları gəlmişdir. Rövşən polisi görüb yerə atmış, bıçağı isə götürüb polisə təqdim etmişlər. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onunla birlikdə atası Təqsirləndirilən şəxs, arvadı Şahid və anası Zərərçəkmiş şəxs1da yaşayır. Atası ilə anasının münasibətlərinin yaxşı olmadığı üçün 10 ilə yaxındır ki, boşanmışlar. Lakin yenə də atasıonlarla bir yerdə yaşayır. Əvvələr bir neçə dəfə aralarında mübahisə olsada, atası evdən çıxmamışdır. xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində Bakı şəhərində olan zaman arvadı Şahid ona zəng edərək atasının anasını döydüyünü deyərək onu çağırmış, bunu eşidib tez avtomaşınını sürüb evə gəlmişdir. Çatanda anasının evdə divanın üstündə kürəyindən qan axan vəziyyətdə uzandığını görmüşdür. Sonra atası Rövşən onunla mübahisə edərək əli ilə gözündən vuraraq xəsarət yetirmiş, sonra həyətə çıxıb dəmir parçası götürərək onun üzərinə gəlmək istəyən zaman qapını çöldən bağlamışdır. Bundan sonra atası Rövşən qapını dəmir parçası ilə vurmağa başlamış, qapını sındırmasın deyə açmışdır. Bu vaxt atası Rövşən dəmir parçası ilə onun başından vuraraq xəsarət yetirmişdir. Dəmir parçasını ondan almaq istəsə də ala bilməmişdir. Birazdan polis əməkdaşları gəlmiş və atasının polisi görüb yerə atdığı bıçağı götürüb anası ilə birlikdə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1072 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin əzilmiş-cırılmıış yarası, sol gözaltı və sağ bazu nahiyələrinin qançırları, sol əlin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1084 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin və sol saidin qançırları, eləcə də qarının sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dəmir parçası ilə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1071 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol kürəkaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası – iti deşici kəsici alətin, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçxğın təsirindən əmələ gəlmişdi; döş qəfəsi və sol dirsək oynağı nahiyələrin sıyrıqları, sol gözaltı nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin xx.xx.2020-ci il tarixli 3/681 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 vurduğu bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır soyuq silah hesab edilmir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahid ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış, cinayət işi üzrə icraata xitam verilmişdir.. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1 ədəd mətbəxt bıçağıməhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 saat hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan 1 ədəd mətbəxt bıçağıməhv edilsin. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 42 (qırx iki) manat Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar