Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-431/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, «08 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqmda» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzası 01 il azaldılmış və cəzası xx.xx.2022-ci il tarixdə başa çatmış, Sumqayıt şəhəri, Nərimanov küçəsi, 7/14 nömrəli yataqxana, 14-cü məhəllədə qeydiyyatda olub Abşeron rayonu, Novxanı kəndi, bağlar yaşayış massivində yerləşən fərdi evdə yaşayan, barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2021 -ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 Rafiq oğlunun işlətdiyi Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən «Dönər 1» evinə, yəni binaya giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus 250 manat dəyərində İMEİ **********76712 kodlu İPHONE 6 markalı mobil telefonu, həmin telefonun içərisində olan 25 manat dəyərində 051 *** ** ** sim nömrəsini və həmin «Dönər1» evində satıcı işləyən Zərərçəkmiş şəxs1 məxsus 80 manat dəyərində «Salyut» markalı velosipedi gizli olaraq talayıb vahid niyyətlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Rafiq oğluna və Zərərçəkmiş şəxs1 cəmi 355 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Binəqədi rayonu ərazisindən gəlib piyada yolu ilə evinə gedərkən Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən “Dönər 1” restoran dönər evinin qarşısından keçən vaxtı dönər evinin içərisinə baxanda orada velosiped olduğunu görmüş, o, velosipedi götürmək üçün dönər evinin qapısını çiyni ilə vurub açmış, oraya daxil olanda velosipedin köhnə olduğunu görüb sürmək üçün velosipedi götürmüşdür. Həmin vaxtı vitrinin üstündə “İPHONE 6” markalı mobil telefonunun olduğunu görüb onu da götürərək dönər evindən çıxmışdır. O, velosipedi idarə edə-edə evinə getmişdir. Səhəri günü mobil telefonuna baxdıqda telefonun imei **********76712 kodlu işlək vəziyyətdə, içərisində sim nömrə olduğunu görmüş, o, həmin nömrəni telefondan çıxarıb xatırlamadığı yerə atmışdır. Mağazadan aldığı 077 *** ** ** mobil sim nömrəsini telefona taxaraq istifadə etmiş, lakin velosipedin yararsız olduğunu görüb həmin velosipedi yoldan keçən tanımadığı şəxsə 30 manata satmışdır. O, 05 mart 2022-ci il tarixdə saat 13 radələrində evində olarkən istifadəsində olan 077 *** ** ** sim nömrəsinə zəng gəlmiş telefonda Abşeron RPİ-nin Saray PB-nin əməkdaşı olduğunu bildirib onu polis bölməsinə dəvət etmişdir. O, bölməyə gələrkən orada ona 30.10 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən müddətdə Abşeron rayonu, Novxan, bağları ərazısində yerləşən “dönər 1” restoranından oğurluq olmuş və oradan bir ədəd velosiped və bir ədəd 275 manat dəyərində 051 *** ** ** sim nömrəsində istifadə etdiyi imei **********76712 kodlu İPHONE 6 markalı mobil telefon oğurlanmış, o, da səmimi olaraq həmin oğurluq hadisəsini törətdiyini, həmin velosipedi 30 manata satdığını, İPHONE 6 markalı mobil telefonu özü istifadə etdiyini etiraf etmiş, mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Abşeron rayonu, Novxanı bağlar ərazisində yerləşən “Dönər 1” restoranı Fuad adlı şəxsə məxsusdur. Həmin dönər evini icarə haqqı 50 manat ödəməklə götürərək işlədir. O, dönər evini hər gün saat 09-da açıb işə başlayır, axşam saat 23-də bağlayır. Belə ki, xx.xx.2021-ci il tarixdə dönər evini dönərçi Tural bağlayıb çıxmışdır. 31 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində işə gələrkən giriş qapının qıfılının sındırıldığını görmüş, içəri daxil olanda görmüşdür ki, ona məxsus 250 manat dəyərində imei **********76712 kodlu İPHONE 6 markalı mobil telefonu və telefonda istifadə etdiyi 25 manat dəyərində olan 051 *** ** ** sim nömrəsi və Turala məxsus 80 manat dəyərində olan velosipedin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 275 (iki yüz yetmiş beş) manat ziyan dəymişdir. Bununla bağlı hadisə barəsində polisin 102 məlumat mərkəzinə istifadəsində olan mobil telefonu ilə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Hazırda ona məxsus İPHONE 6 markalı mobil telefonu özünə qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən “Dönər 1” restoranı Fuad adlı şəxsə məxsusdur. Həmin dönər evini tanışı Orxan icarə haqqı 50 manat ödəməklə götürərək işlədir. O, da dönərxanada dönərçi işləyir. Hərdən müştəri ünvana dönər sifariş edəndə ona məxsus 80 manat dəyərində velosipedlə dönər aparmışdır. Hər gün saat 09-da işə başlayıb, axşam saat 23-də bağlanmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə dönər evinin qapısını bağlayıb çıxmışdır. 31 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində işə gələrkən giriş qapısının qıfılının sındırıldığını görmüş, içəri daxil olanda ona məxsus 80 manat dəyərində velosiped və Orxana məxsus 051 *** ** ** sim nömrəsində istifadə etdiyi imei **********76712 kodlu İPHONE 6 markalı mobil telefonunun oğurlandığını, nəticədə ona 80 manat ziyan dəymişdir. Hadisə barədə Orxan istifadəsində olan mobil telefon vasitəsilə 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli 9/1637 nömrəli rəyi ilə müyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd boz-qara rəngli, Çin istehsalı, “İphone 6” markalı “A 1586” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmaması, hazırki vəziyytdə , yəni ekranında çatlar, cızıqlar olmaqla və işlək vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 80,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. «08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqmda» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzası 01 il azaldılmış və cəzası xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. 01 ədəd boz-qara rəngli, Çin istehsalı, “İphone 6” markalı “A 1586” modelli mobil telefon maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 Rafiq oğluna təhvil verilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs vurulmuş ziyanın qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Pİ-nin İŞnin müstəntiqin qərarı ilə xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, cəza çəkməsinin əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə göstərildiyi kimi həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3 maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəzası qəti cəza müddətinə qismən hesablanmaqla ona qəti 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə göstərildiyi kimi həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-431/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-431/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver