Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-431/2023 30.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki o, 31 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 119 saylı marşrut üzrə işləyən ictimai nəqliyyat vasitəsi olan “isuzu” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtobusun giriş qapısında dayanmış vəziyyətdə olarkan həmin avtobusa sərnişin qismində minən Nümayəndə və sonuncunun həyat yoldaşı Şahid2 yol vermədiyinə görə Nümayəndə ona irad bildirməsindən narazı qalaraq onunla mübahisə edərək heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, hamı tərəfindən qəbul olunan əxlaq normalarına açıq etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs Nümayəndə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yerdə, insanların gözü qarşısında qəsdən yumruqla sonuncunun sifətinə bir dəfə vurub ona sol göz qapaqlarının və gözaltı nahiyənin şişkinlikli qançırı, gözün ağlı qişasına qansızmadan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, «Sultan» şadlıq sarayının yaxınlığında 119 nömrəli sərnişin avtobusuna minərək, avtobusun qabaq tərəfdən giriş qapısının yanında ayaq üstə daynmışdır. Onun mindiyi sərnişin avtobusu Xırdalan şəhərində H.Əliyev prospekti ilə hərəkət edərək «Mədrəsə» deyilən yerin yaxınlığındakı daynacaqda saxlamış, həmin vaxt adı ona sonradan məlum olan Nümayəndə, sonradan arvadı kimi məluma olan qadınla birlikdə avtobusa minmişlər. Onlar avtobusa minmək istəyərkən o, bir qədər kənara çəkilərək onlara yol versə də, Nümayəndə avtobusun salonuna daxil olduqdan sonra ona qarşı kobudluq edərək onun ünvanına kobud şəkildə- «mərifətin, qanacağın olsun», ifadəsini söyləyərək onu təhqir etmiş, odur ki, aralarında mübahisə yaranmış, mübahisə zamanı Nümayəndə hər iki əli ilə sifət nahiyəsinə vurmruqla vurmuş, dalaşarkan o da sağ əlinin yumruğu ilə Nümayəndə sifətinin sol tərəfindən bir dəfə vurmuşdur. Aralarında mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada, Nümayəndə, arvadı Şahid2 və avtobusda olan tanımadığı sərnişinlər olmuşlar. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, İİ-ci qrup əlidir, heç bir yerdə işləmir. 31 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində «Mədrəsə» deyilən yerin yaxınlığındakı dayanacaqda 119 saylı sərnişin avtobusuna mindiyi zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs avtobusun qabaq qapısının qarşısında dayandığı üçün ondan avtobusa minmək üçün yol verməsindən ötrü kənara çəkilməsini istəmiş, sonuncu ona sərt formada- «gəl keç də», ifadəsi ilə cavab verərək, kənara çəkilməmişdir. O, həyat yoldaşı Şahid2 ilə birlikdə 119 nömrəli marşurut avtobusuna daxil olandan sonra Təqsirləndirilən şəxs ünvanına- «insanda mədəniyyət yaxşı şeydir», ifadəsini işlətdikdən sonra avtobusun salonunda aralarında mübahisə baş vermiş, mübahisə zamanı yumruğunu Təqsirləndirilən şəxs sifətinə tutaraq- «səni vuraram», ifadəsni söyləmiş, lakin Təqsirləndirilən şəxs vurmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun sifətinin sol tərəfindən gözünün ətrafından yumruqla bir dəfə vurub xəsarət yetirmişdir. Bundan sonra o, əsəblrini cilovlaya bilməyib Elmanı sillə ilə bir dəfə sifət nahiyyəsindən vurmuşdur.Daha sonra Təqsirləndirilən şəxs avtobusu saxlatdırıb düşmüş, sonrakı dayanacaqda o da avtobusdan düşərək şikayət etmək üçün Abşeron rayon Polis İdarəsinə getmişdir. Avtobusda Təqsirləndirilən şəxsla onların arasında mübahisə təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə yerində olan arvadı Ruhiyə və avtobusda olan sərnişinlər narahat olmuşlar. Məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq edən Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Nümayəndə baş vermiş hadisədən sonra Abşeron rayon Polis İdarəsində tanımışdır. 31 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdlan şəhəri, H.Əliyev prospekti ilə “Xırdalan dairəsi” istiqamətində istifadəsində olan 119 nömrəli marşurut xətti üzrə “İsuzu” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək sərnişinləri apararkən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs avtobusda qabaq qapının yaxınlığında ayaq üstə dayanmış vəziyyətdə olmuşdur. Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Mədrəsə» adlı yerin yaxınlığında dayanacaqda avtobusu saxlamış, həmin yerdə adı sonradan ona məlum olan Nümayəndə bir nəfər qadınla avtobusa minmişlər. Həmin vaxt Nümayəndə qabaq qapının yaxınlığında olan Təqsirləndirilən şəxs avtobusa rahat minmək üçün yol istəmiş, Təqsirləndirilən şəxs kənara çəkilməklə Nümayəndə və yanında olan qadına yol vermişdir. Nümayəndə avtobusun salonuna daxil olandan sonra Elmana qarşı kobud şəkildə «mədəniyyətsiz», ifadəsini işlətmiş, Elman ona cavab olaraq- «mədəniyyətsiz sənin özünsən», söyləmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış, Mübahisə zamanı Nümayəndə hər iki əli ilə Təqsirləndirilən şəxs sifət nahiyəsinə yumruq atmış, ona görə də Elman da Ramizin sifətindən bir dəfə yumruq vurmuşdur. Avtobusun salonunda olan bir neçə sərnişin mübahisəni sakitləşdirmişlər, daha sonra o, avtobusu bir qədər irəlidə Abşeron RPİ-nin qarşısında saxlamış, Təqsirləndirilən şəxs avtobusdan düşmüşdür. Bir qədər irəlidə Nümayəndə da avtobusu saxlatdırıb yanındakı qadınla birlikdə avtobusdan düşmüşlər. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, 31 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində həyat yoldaşı Nümayəndəla 119 nömrəli sərnişin avtobusuna mindiyi zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxsnn avtobusun giriş qapısının qarşısında dayandığını görüb, ondan yol istəmişdir. Lakin Elman onun sözünü dinləməmiş, daha sonra həyat yoldaşı Nümayəndə həmin şəxsə yol verməsini bildirmiş, Elman onlara sərt formada cavab verərək- «gəl keç də», ifadəsini söyləmiş, onların avtobusa rahat minməsi üçün kənara çəkilməmişdir. Onlar avtobusa daxil olandan sonra həyat yoldaşı Ramiz- «insanda mədəniyyət yaxşı şeydir», ifadəsini söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Nümayəndə ünvanına nalayiq ifadələr işlətmiş, sonra aralarında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı həyat yoldaşı yumruqlarını Elmanın sifətinə tutaraq - «səni vuraram», demiş, bu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Ramizin sifətinin sol tərəfindən, göz ətrafından bir dəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Mübahşisə 5-10 dəqiqə davam etmiş, avtobusda tanımadığı sərnişinlər olmuşlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi” X3 Abşeron rayon şöbəsi tərəfindən verilmiş 10.01. 2023-cü il tarixli, 10 nömrəli ekspert rəyindən görünür ki, 1969- cu il təvəllüdlü Nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarət-sol göz qapaqlarının və gözaltı nahiyənin şişkinlikli qançırı, gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-431/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-431/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver