Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-431/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı kəndi, Aşıq Ələsgər küçəsi, ev 15-də yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə- metamfetamin və narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq, 20 manat pul müqabilində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş bir ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 1,551 qram şəxsi istehlak miqdarından artıq miqdarda olan psixotrop maddə - metofetamin alıb əldə etməklə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış və Abşeron rayonu, Novxanı kəndinə daşımış, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Novxanı kəndi, Aşıq Ələsgər küçəsində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Saray polis bölməsinə gətirilib, orada xidməti otaqların birində xx.xx.2023-cü il tarixdə saat 22.38-dən saat 22.50-dək üzərində şəxsi axtarış aparılarkan həmin bir ədəd şəffaf rəngli selofan bükümdə kustar üsulla hazırlanmış 1,551 qram çəkidə psixotrop maddə-metamfetamin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq, 10 manat pul müqabilində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxil edilmiş bir ədəd şəffaf rəngli selofan bükümdə çəkisi 0,546 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroin alıb əldə etməklə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış və Abşeron rayonu, Novxanı kəndinə daşımış, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Novxanı kəndi, Aşıq Ələsgər küçəsində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Saray polis bölməsinə gətirilb, orada xidməti otaqların birində xx.xx.2023-cü il tarixdə saat 19.40-dan 20.10-dək üzərində şəxsi axtarış aparılarkan həmin bir ədəd şəffaf rəngli selofan bükümdə, kustar üsulla hazırlanmış 0,546 qram çəkidə narkotik vasitə - heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, iki ildir ki, narkotik vasitə-heroin və el arasında “patı” deyilən psixotrop maddə metamfetamin qəbul etmişdir. Vətəndaşların bağlarında yaşıllaşdırma işləri görərək gündəlik çörək pulu qazanmışdır. İşlədiyi iş rütubətli olduğu üçün bədənində ağrılar olduğundan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bədənində ağrılar olduqda çəkməklə qəbul etmişdir. 29 avqust 2023-cü il tarixdə bədəni ağrıdığı üçün saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində, məscidin yaxınlığında qarşısına təsadüfən çıxan bir nəfər təxminən 30-35 yaşlı, arıq bədənli, orta boylu kişinin narkoman olduğunu üzünə baxanda bilmiş, ondan “patı”, yəni psixotrop maddə-metamfetamin satıb-satmadığını soruşduqda həmin şəxs bir bükümünü 30 manata sata biləcəyini demişdir. Həmin şəxsə 20 manat pulu olduğunu bildirmiş, tanımadığım həmin şəxs razılaşmış və ondan 20 manat pul qarşılığİığında bir sellofan bükümdə psixotrop maddə-metamfetamin almışdır. Əldə etdiyi psixotrop maddəni sellofan bükümdə əynində olan göy rəngli cins şalvarın cibinə qoyub yaşadığı Novxanı kəndinə, Aşıq Ələsgər küçəsi, 15 saylı evə gəlmişdir. Evdə bir qədər vaxt keçirib, saat 22 radələrində evin qabağındakı küçəyə çıxmışdır ki, bir qədər gəzişsin və psixotrop maddə-metamfetamindən çəksin. Küçədə gəzişən zaman iki nəfər mülki geyimli şəxsi görüb şübhələnmiş və psioxotrop maddə qəbul etməmişdir. Yaşadığı evə qayıtmaq istəyərkən həmin iki nəfər şəxs onu saxlamış və özlərini təqdim etdikdə onların polis əməkdaşları olduqları məlum olmuşdur. Polis əməkdaşları onu narkotik vasitələr və ya psixotrop maddələr saxlamaqda şübhəli bildikləri üçün Saray polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Saray polis bölməsinə getmişdir. Saray polis bölməsində xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş və şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarımın sağ yan cibindən 1(bir) ədəd sellofana bükümdə saxladığım içərisində psixotrop maddə-metamfetamin olan sellofan bükümü çıxarıb stolun üstünə qoyaraq təqdim etmişdir. Həmin, içərisində psixotrop maddə-metamfetamin olan sellofan büküm şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalar çəkilmiş və psixotrop maddə polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar olunmuş psixotrop maddə-metamfetaminlə əlaqədar polis əməkdaşları tərəfindən sorğu edilərkən o, həmin psixotrop maddə-metamfetamini özü qəbul etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul verərək aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla saxlanılması qadağan olunan və ya cinayət xarakterli hər hansı əşya və predmet aşkar olunmamışdır. Onun üzərində axtarış və götürmə aparılmasına dair polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, üzərində axtarış və götürmə aparıllmasına dair heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. 29 avqust 2023-cü il tarixdə üzərindən psixotrop maddə-metamfetamin aşkar olunduğuna görə Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həmin cinayət işi üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 31 avqust 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildikdən sonra, iş tapıb bağ evində işləmişdir. Həmin vaxtdan sonra telefon işlətmədiyi üçün ona istintaq tərəfindən edilən zənglərdən xəbəri olmamış, ona görə də, istintaqa çağırılmağından xəbərim olmadığı üçün istintaqa gəlmədiyinə görə barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində, mərkəzi küçələrdən birində qarşısına təsadüfən çıxan bir nəfər təxminən 40 yaşlı, uzun boylu, arıq kişinin narkoman olduğunu üzünə baxanda bilmiş, ondan “kakos”, yəni narkotik vasitə- heroin satıb-satmadığını soruşduqda tanımadığı həmin şəxs bir bükümünü 10 manata sata biləcəyini demişdir. Tanımadığı həmin şəxsə 10 manat pul verib qarşılığİığında bir sellofan bükümdə narkotik maddə-heroin almışdır. Əldə etdiyi narkotik maddəni sellofan bükümdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyub yaşadığı Novxanı kəndinə, Aşıq Ələsgər küçəsi, 15 saylı evə gəlmişdir. Narkotik vasitəni üzərində saxlamışdır ki, bədənində ağrılar olduqda qəbul etsin. 21 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında, təxminən saat 19 radələrində yaşadığı evin qarşısında, Aşıq Ələsgər küçəsində olarkən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib barəsinə olan cinayət işi üzrə axtarışda olduğunu bildirib onu Saray polis bölməsinə gətirmişlər. Üzərində narkotik maddə olduğu üçün Saray Polis bölməsində narahat olmuşdur. Polis əməkdaşları ondan nə üçün özünü şübhəli apardığı barədə soruşduqda o, üzərində narkotik vasitə-heroin olduğunu etiraf etmişdir. Odur ki, Saray polis bölməsində xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl iştirakçılar elan olunmuşdur. Hüquq və vəzifələri ona izah edilmiş və şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd sellofana bükümdə saxladığı içərisində narkotik vasitə-heroin olan sellofan bükümü çıxarıb stolun üstünə qoyaraq təqdim etmişdir. Həmin, içərisində narkotik vasitə-heroin olan sellofan büküm şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalar çəkildi və imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə-heroinlə əlaqədar polis əməkdaşları tərəfindən sorğu edilərkən həmin narkotik vasitəni özü qəbul etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla saxlanılması qadağan olunan və ya cinayət xarakterli hər hansı əşya və predmet aşkar olunmamışdır. Onun üzərində axtarış və götürmə aparılmasına dair polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunulmuşdur. Üzərimdə axtarış və götürmə aparıllmasına dair heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Psixotrop maddələrin və narkotik maddələrin satışı ilə məşğul olmamış və belə niyyəti heç vaxt olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hazırda Abşeron rayon Polis İdarəsinin Saray Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 avqust 2023-cü il tarixdə, saat 22 radələrində sahə polis nəfəri, polis serjantı Şahid2la birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində, Aşıq Ələsgər küçəsində ərazini gəzərək xidmət aparakən bir nəfər şəxsin zahiri görünüşündən narkomana oxşadığı, həmin şəxsə yaxınlaşdıqda onlardan uzaqlaşmaq istəməsi şübhə doğurmuş, ona görə də, həmin şəxsə yaxınlaşaraq polis əməkdaşları olaraq özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini araşdırdıqda onun xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Onu narkotik vasitələr saxlamasında, daşımasında və qəbul etməsində şübhəli bilərək Abşeron rayon Polis idarəsinin Saray polis bölməsinə dəvət etmiş və onu Saray polis bölməsinə gətirmişlər. Saray polis bölməsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Üzərində şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs vəkillə təmin olunmuşdur. Şəxsi axtarış və götürmə aparılarkan onun hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş və vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, kristal şəkilli maddəni çıxarıb təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən onun üzərindən başqa cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metafetamin iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərində iştirakçılar imza etmişlər. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs psixotrop maddəni Sumqayıt şəhərində, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan faktla əlaqədar Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində cinayət işi başlanıldıqan sonra cinayət işi istintaqın davam etdirilməsi üçün İstintaq şöbəsinə göndərilmişdir. Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs, istintaq zamanı barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayndığı üçün barəsində 12 oktyabr 2023-cü il tarixdə tutulmasından ötrü axtarış elan edilmişdir. Axtarışda olan Təqsirləndirilən şəxs tutulmasından ötrü polis serjantı Şahid2 Miələkbər oğlu ilə birlikdə 21 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində onun yaşadığı Abşeron rayonu Novxanı kndinə getmişlər. Təqsirləndirilən şəxs Novxanı kəndi, Aşıq Ələsgər küçəsindəki evinə yaxınlıaşarkan onun evinin qarşısından keçən həmin küçədə olduğunu görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmiş və istintaqdan yayındığına görə axtarışda olması ilə əlaqədar Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs narahat olmuş və özünü şübhəli aparmışdır. Ondan özünü şübhəli aparmasının səbəbini soruşduqda üzərində narkotik vasitə heroin olduğunu bildirmçişdir. Odur ki, onu Abşeron RPİ-nin Saray PB-nə gətirmişlər. 21 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Saray polis bölməsinə gətirilmiş axtarışda olan Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılmışdır. Üzərində şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs vəkillə təmin olunmuşdur. Şəxsi axtarış və götürmə aparılarkan onun hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş və vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli, heroinə bənzər kütləni təqdim edərək həmin kütlənin heroin olmasını, həmin narkotik vasitə heroini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manat pul qarşılığında özü qəbul etmək üçün aldığını bildirmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə zərfə qoylaraq qablaşdırılıb möhürlənmiş və imzalanmışdır. Bununla əlaqədar şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik maddələri və psixotrop maddələri konkret olaraq kimdən əldə etməsi barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, iş üzrə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekstertizanın 30 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4604 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN- Zərflər üçün 246” dairəvi möhür əksləri, “ Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,551 qram olan açıq qəhvəyimtil rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,551 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 1,501 qram. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekstertizanın 22 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5682 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 246” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” və sair sözlər, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,546 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi -0,546 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq -0,496 qramdır. Cinayət işi üzrə alınmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8116 №-li rəyindən və həmin tarixli, 8116 A №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Həmin cinayət işi üzrə xx.xx.2023-cü il tarxdə təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs İxitiyar oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Abşeron rayon məhkəməsinə təqimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin prokuror tərəfindən vəsatət təmin edilməmiş, ona görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azadlığa buraxılmışdır. İstintaq zamanı, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altrına vermə” qətimkan tədbirinin tələblərini pozaraq istintaqdan yayınmış, ona görə də, xx.xx.2023-cü il tarixdə onun barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3 və 151.3-cü maddələrinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində axtarışda olan təqsirləndirilən şəxs Paşayev X3 rayonu, Novxanı kəndi, Aşıq Ələsgər küçəsində saxlanılmış, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsində şübhəli olduğu üçün Abşeron RPİ-nin Saray PB-nə gətirilb, xx.xx.2023-cü il tarixdə saat 19.40-dan 20.10-dək xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkan əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə, kustar üsulla hazırlanmış 0,546 qram çəkidə narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Axtarışda olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üzərindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi, daşıdığı və saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,546 qram çəkidə narkotik vasitə - heroin aşkar edilib götürüldüyü üçün barəsində Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraatına qəbul edilərək istrintaq aparılmışdır. 230271274 saylı cinayət işi üzrə axtarışda olan və üzərindən 0,546 qram çəkidə narkotik vasitə - heroin aşkar edilib götürülmüş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş, ona görə də cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət cinayət işi üzrə toplanmış kifayət qədər sübutlar əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə mənim tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 230271552 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarxdə təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs İxitiyar oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Abşeron rayon məhkəməsinə təqimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, prokuror tərəfindən vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi məsələsinə baxlması üçün Abşeron rayon məhkəməsinə təqdimat göndərilmişdir. Abşeron rayon prokurorunun ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs İxitiyar oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimatı Abşeron rayon məhkəməsi tərəfindən təmin edilərək xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində üç ay müddətində, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan iki ədəd DVD farmatlı diskə məhkəmə istintaqında baxış keçirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2014-cü il təvəllüdlü Yağmur adlı 1 azyaşlı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən 03 oktyabr 2009-cu il təvəllüdlü 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki eksperthəkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə təmiz çəkisi 1,551 qram olan, ekspertiza tədqiqatından sonra 1,501 qram qalıq qalmış psixotrop maddə -metamfetamin, təmiz çəkisi -0,546 qram olan, ekspertiza tədqiqatından sonra 0,496 qram qalıq qalmış narkotik vasitə- heroin, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən psixotrop maddə-metamfetaminin aşkar edilərək götürülməsi ilə əlaqədar üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD formatlı disk və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən narkotik vasitə -heroin aşkar edilərək götürülməsi ilə əlaqədar üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar video çəkiliş görüntülərini əks etdirən bir ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatından qalıq qalmış 1,501 qram psixotrop maddə -metamfetamin və ekspertiza tədqiqatından qalıq qalmış 0,496 qram narkotik vasitə- heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, həmçinin maddi sübut kimi tanınmış iki ədəd DVD disklərinin iş materiallarına əlavə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 1,501 qram psixotrop maddə -metamfetamin və 0,496 qram narkotik vasitə- heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 1,501 qram psixotrop maddə-metamfetamin və 0,496 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən :Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-431/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-431/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver