Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-432/2020 02.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X14, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Şahid5 və Şahid6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci ildə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, İsmayıllı şəhəri Ş.Qurbanov küçəsi ev 10 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünün “xxxxxxxxxxxxx”ASC-nin Mingəçevir şəhəri üzrə filialının rəhbəri vəzifəsində işləməsinə inandırıb qızı Şahid1 Mingəçevir şəhərində yerləşən Texniki-Humanitar Litseyinə ingilis dili müəlliməsi vəzifəsinə işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs1la onun idarə etdiyi avtomobilində görüşərək sonuncudan 1800 (min səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Bakı Biznes Universitetində İngilis dili üzrə tərcüməçilik fakültəsində oxuyan oğlu X2 illik təhsil haqqının azaldılmasında köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin oktyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs2la görüşərək sonuncudan 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətdə olan oğlu X15 xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsində köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin oktyabr ayında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayı evində Zərərçəkmiş şəxs3lə görüşərək sonuncudan N(bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısında adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin noyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs4lə görüşərək sonuncudan 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Şahid3 Qəbələ rayonunda yerləşən “ASAN” xidmətə işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin noyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs5la görüşərək sonuncudan N (bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısınaa adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə saat 13 radələrində kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs6la görüşərək sonuncudan 1500 (bir min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayı evində Zərərçəkmiş şəxs3lə görüşərək sonuncudan 3500(üç min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına atası Barat Məmmədlinin adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə kirayədə yaşadığı Şirvan şəhəri, 28 May küçəsində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs7 ilə görüşərək sonuncudan N(bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına atası İlqar Əliyevin adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə kirayədə yaşadığı Şirvan şəhəri, 28 May küçəsində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs8lə görüşərək sonuncudan N(bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına adının ön sıraya salaınmasına və Fövqaladə Hallar Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2020-ci il tarixdə 14 radələrində kirayədə yaşadığı Ağdaş şəhəri, Koroğlu küçəsində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs9la görüşərək N manat pulunu, həmin günü saat 22:20 radələrində ünvan 2 ünvanında yerləşən fərdi evdə X6 vasitəsi ilə N(bir min) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs9 ümumilikdə 4000(dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, Ş.Qurbanov küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayədə yaşayır. Subaydır, lakin himayəsində 2 övladı var və övladlarından biri, yəni böyük oğlu nevroloji xəstədir. Təxminən üç il olar ki, o, ailəsindən rəsmi olaraq boşanmışdır. İki övladı Göyçay şəhər sakini keçmiş həyat yoldaşı Sevinc Usubova ilə bilrikdə yaşayır. Onun daimi yaşayış yeri yoxdur. Lakin arvadının atasına məxsus Göyçay şəhəri, Ş.Qurbanov küçəsi ev 10-da qeydiyyatdadır. Hal hazırda keçmiş arvadı övladları olə birgə həmin ünvanda yaşayır. O, əvvəllər bir neçə dəfə məhkum olunmuş, axırıncı dəfə xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasınada bir il müddətinə azadlıqdan məhkum olunmuşdur. O, 2016-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, bu günə kimi rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu ilin avqust ayında Bakı şəhərindən Mingəçevir şəhərinə avtoyumalarda pul qazanmaq üçün gəlmişdir. 2019-cu ilin avqust ayında Mingəçevir şəhərinə gəldikdə onun 650 manat pulu var idi. O, ilk olaraq Mingəçevir şəhəri Kür çayı sahilində olan otellərin birində gecəsi 70 manata qalmışdır. Daha sonra həmin otel baha olduğu üçün o, həmin oteldən çıxan zaman ona taksi çağırmaqlarını istəmiş, bir neçə dəqiqə sonra “Opel” markalı taksi otelin qarşısına gəlmiş, o, həmin taksiyə əyləşib taksi sürücsü ilə tanış olmuşdur. O, adını sonradan bildiyi taksi sürücüsünə özünü “xxxxxxxxxxxxxin” Mingəçevir şəhəri üzrə nümayəndəsi kimi təqdim etmiş və ona qiymətə görə daha münasib otelə aparmağı bildirmişdir. Həmin taksi sürücüsü onu Mingəçevir şəhəri mərkəzi bazarın yanında gündəliyi 15 manata olan otelə gətirmiş və o, həmin oteldə 3 gün qalmışdır. Həmçinin o, həmin taksi sürücüsünə ona münasib qiymətə ev tapmağı xahiş etmişdir. 3 gün sonra Akif adlı taksi sürücüsü ona Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində 3 otaqlı aylığı 250 manata ev tapdığını bildirmişdir. O, həmin taksi sürücüsü ilə həmin evə baxmaq üçün getmişlər. Həmin ev Habil adlı şəxsə məxsus olmuşdur. Evi bəyəndiyi üçün o, Habil adlı şəxsə əvvəlcədən 250 manat pul vermişdir. O, bir neçə gün evdə istirahət etdikdən sonra Mingəçevir şəhərində avtoyumalarda iş tapıb gündəlik qazanc əldə etmək məqsədi ilə işləməyi düşünmüşdür. 2019-cu ilin avqust ayının sonlarında evdə sıxıldığından taksi sürücüsü Akifə zəng vurub onu gəzmək üçün Kür çayı sahilinə aparmasını istəmişdir. Taksi sürücsü onu evdən götürüb Kür çayı sahilinə apararkən yolda ondan yenidən nə işlə məşğul olduğunu soruşduqda o, taksi sürücüsünə yenidən “Gilan Holdigin” Mingəçevir filalı üzrə nümayəndəsi olduğunu bildirmiş və Holdingə təmannasız işçilər axtardığını demişdir. Taksi sürücüsü ondan nə işləri olduğunu soruşduqda o, Akifə Holdingdə sürücüyə, anbardara və digə işçilərə ehtiyac olduğunu demişdir. O, övladının dərmanlarını almaq üçün daha asan yolla pul əldə etmək üçün bunları Akifə demiş və düşünmüşdür ki, ona iş üçün müəyyən şəxslər zəng vurduqda ona “xxxxxxxxxxxxxdən” başqa digər yerlərədə işə düzəlmək üçün müraciət edənlər olacaq və o, həmin adamların pulunu alıb aldadaraq övladının müalicəsinə dərmanlar alacaqdır. Sabahsı gündən ona tanımadığı şəxslər zəng vurub içə düzəlmək istədiyini bildirdikdə o, həmin şəxslərə təmannasız olaraq xxxxxxxxxxxxxə işə qəbul olduğunu demiş və həmin şəxslərə müəyyən sənədləri hazırlamağı bildirirmişdir. Bundan sonra tanımadığı şəxslər ona zəng vurub öz sənədlərini kserekopiyasını və yaxud işə düzəlmək üçün anket məlumatlarını təqdim etmişlər. O, isə həmin şəxslərin verdikləri sənədləri qəbul edib qısa müddətdə onlara xxxxxxxxxxxxxdən zəng vurub əlaqə saxlayacaqlarını demişdir. O, özünü daha da tanıtmaq üçün Mingəçevir şəhəri dostluq parkında ona əvvəlcədən zəng vuran adamlara məlumat verib həmin şəxslərlə görüşüb və həmin şəxslərin anket məlumatlarını götürərək qeyd etmişdir. Bu ərəfədə ona başqa yerlərə işə düzəlmək istəyən şəxslər müraciət etmişdir. Lakin o, həmin şəxslərə başqa yerdə işə düzəlmək üçün müəyyən qədər pula ehtiyac olduğunu bildirmişdir. Lakin həmin şəxslər onunla daha sonra əlaqə saxlamamışlar. 2019-cu ilin sentyabr ayının 16-da günorta saatlarında ona tanımadığı nömrədən zəng gəlmişdir. O, telefona cavab verdikdə tanımadığı bir xanım ona nömrəni tanışı olan bir şəxsdən aldığını və ona universiteti bitirdiyini, diplomunun olduğunu və Mingəçevir şəhərində müəllimə kimi işə düzəlmək istədiyini bildirmişdir. O, isə həmin xanıma maraglandıqdan sonra ona cavab verə biləcəyini demişdir. O, həmin xanımla danışdıqdan sonra ətrafında olan taksi sürücülərinə yaxınlaşıb Mingəçevir şəhərində olan məktəbələri maraglanmışdır. Tanmadığı taksi sürcüsü isə ona ən yaxşı məktəblərin adlarını çəkmiş və onun yadında Mingəçevir şəhəri 15 nömrəli yəni X20, 3 nömrəli tam orta məktəbi və 10 nömrəli orta məktəbi yadında qalmışdır.Təxminən 2 saat sonra o, həmin xanıma zəng vurub onun işə düzəlməsində köməklik edə biləcəyini lakin bunun üçün görüşmək lazım olduğunu demişdir. Həmin xanım isə ona atası ilə birgə gələcəyini dedikdə razılaşmış, xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Mingəçevir şəhəri H.Əliyev parkında o, adını sonradan bildiyi Ülkər adlı xanım və onun atası Elxanla görüşmüşlər. O, söhbət zamanı Ülkərə Mingəçevir şəhəri 15 nömrəli, 3 nömrəli və 10 nömrəli tam orta məktəblərin adlarını çəkmiş və Ülkərə məktəblərin birinə müəllimə kimi işə düzəltmək üçün 4000 manat lazım olduğunu, lakin ona görə 2000 manata həll edə biləcəyimi bildirmişdir. O, Ülkər və Ülkərin atası Elxanla görüşüb danışdıqdan sonra sabahsı gün səhər onlarla görüşüb məktəbə gedib danışacaqlarını bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə səər saatlarında o, Elxana zəng vurmuş və məktəbə getmək lazım olduğunu bildirmiş, saat 10 radələrində Elxan özünə məxsus avtomobil ilə onu yaşadığı binanın qarşısından götürmüşdür. Avtomobildə o, Elxan və Elxanın qızı Ülkər olmuşdur. Elxan ona yolda qızı Ülkəri 15 nömrəli, yəni Mingəçevir şəhəri X20nə işə düzəltmək istədiyini demişdir. Həmçinin o, avtomobildə Elxana qızı Ülkəri 2000 manata yox 1800 manata işə düzəldə biləcəyini demişdir. Onlar Elxanla həmin məktəbin qarşısına gəlmişlər. O, Elxan və Ülkərə məktəbin qarşısında gözləməyi bildirmişdir. Daha sonra məkətəbə daxil olub direktorun qəbuluna girmək istədiyini bildirmiş, məktəbin direkrtoru Nailə xanımın qəbuluna girmiş, özünü Nailə xanıma X11 şəhəri üzrə nümayəndəsi kimi tədqim etmiş və Nailə xanıma məktəb ləvazintları və məktəblilər üçün partaların təmannasız olaraq verilməsində köməklik edə biləcəyini bildirmişdir. Nailə xanım isə ona gülümsəyərək təmannasız olsa pis olmaz demişdir. O, daha sonra Nailə xanıma şəxsi xahişinin olduğunu və qohumunun onun rəhbərlik etdiyi məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəlməsində köməklik etməyini istəmişdir. Nailə xanım isə ona hal-hazırda məktəbdə boş vakansiya olmadığını bildirmişdir. O, əvvəlcədən Elxandan Ülkərin universiteti bitirməsi ilə bağlı sənədləri və diplomunu Nailə xanıma göstərmişdir. Nailə xanım isə ona məktəbdə iki nəfər ingilis dili müəlliməsinin analıq məzuniyyəti ilə bağlı məzinuyyətə çıxacağını və müəyyən sənədləri hazırlasa Ülkərin məktəbdə ingilis dili müəlliməsi kimi işləyə biləcəyini bildirmişdir. O, Nailə müəllimədən bu sözləri qohumu kimi təqdim etdiyi Elxan və onun qızı Ülkərə bildirməsini xahiş etmişdir. Nailə müəllimə isə razılığını bildirmişdir. O, Nailə müəllimənin otağından çıxıb məktəbin qarşısında dayanmış Elxan və Ülkəri içəri dəvət etmişdir. Onlar birlikdə Nailə müəllimənin qəbuluna girmiş, Nailə müəllimə Ülkərdən haranı bitirməsini yenidən soruşmuş və Ülkərə işə qəbul olmaq üçün sənədləri hazırlamağı və ona köməklik edəcəyini bildirmişdir. Daha sonra o, və Elxan qızı Ülkərlə məktəbdən çıxıb Elxanın avtomobilinə əyləşmişlər. Avtomobildə olan zaman o, Elxana 1800 manat pulu indi vermək lazım olduğunu bildirmişdir. Elxan qızı Ülkərin yanında özünə məxsus avtomobilin salonunda ona 1800 manat pulu vermişdir. O, Elxana Ülkərin sənədlərini Yevlax rayonunda təsdiq etdirib 3-4 gün müddətində razılıq alacağını bildirmişdir. Daha sonra Elxan onu yaşadığı evin yanında avtomobilində düşürtmüş, o, Elxandan 1800 manat pulu aldıqdan sonra kirayədə qaldığı evə qalxıb əşyalarını yığıb Mingəçevir şəhərindən İsmayıllı rayonuna getmişdir. O, çıxıb getməyi ilə bağlı heç kimə məlumat verməmiş və istifadəsində olan nömrəni telefondan çıxardıb qırıb atmışdır. Daha sonra İsmayıllıda kirayə ev tutduqdan sonra Bakı şəhərinə gedib skaliroz xəstəiyindən əziyyət çəkən oğlunu xəstəxanaya aparmış və Elxandan aldığı 1800 manat pulu övladının xəstəlik xərclərinə xərcləmişdir. Niyyəti isə pulu ələ keçirmək olmuşdir. Bundan başqa 2019-cu ilin sentyabr ayının sonları tanımadığı bir şəxsin avtomobilində Mingəçevir şəhərindən İsmayıllı şəhərinə getmiş və həmin gün saat 23 radələrində İsmayıllı şəhərinə çatmışdır. Gecə vaxtı olduğu üçün İsmayıllı şəhərində qalmaq üçün ev və ya mənzil axtarmışdır. Lakin kirayə evlərin aylıq haqqı baha olduğu üçün başqa kirayə evlər axtarmağa qərar vermişdir. Həmin vaxt şəhər ərazisində əyləşdiyi taksinin sürücüsü İsmayıllı rayonunun İvanovka kəndində ucuz qiymətə kirayə evlərin olduğunu bildirərək onu oraya aparmışdır. İvanovka kəndində günlük haqqı 15 manata kirayəyə verilən 1 otaqlı həyət evi tapmış və həmin evi 3 günlük kirayəyə götürmüşdür. Növbəti gün səhər saatlarında İvanovka kəndindən İsmayıllı şəhərinə gedərək orada kirayə ev axtarmışdır. Şəhər ərazisində Akşin adlı bir makleri tapmış, Akşin ona bir neçə ev göstərmiş, şəhərin Kəpənək adlanan ərazisində olan kirayə evi bəyənmiş, lakin həmin evdə səliqəsizlik olduğu üçün həmin evi kirayə götürüb-götürməmək barədə düşünmüşdür. Akşin və onun yanında evin sahibi olan Elxanın qardaşı Eldəniz də olmuşdur. Eldəniz iki gün ərzində evi səliqəli vəziyyətə gətirəcəyini ona bildirdikdə o, evi kirayə götürməyə razılıq vermişdir. Aralarında olan razılığa əsasən o, kirayə haqqı kimi Eldənizə aylıq 250 (iki yüz əlli) manat pul verməli olmuşdur. Eldəniz ilə söhbət edərkən Eldəniz onun hansı peşə sahibi olduğunu soruşmuş və o, Eldənizə vəkil olduğunu demişdir. Növbəti gün günorta saatlarında o, İsmayıllı şəhəri Nizami küçəsində yerləşən bina evinin 1-ci mərtəbəsinə yerləşən həmin mənzilə köçmüşdür. Həmin vaxt Eldəniz, Eldənizin qardaşı Elxan və sonuncunun arvadı evdə səliqə-səhman işləri görürmüşlər. O, əşyalarını evə yerləşdirdikdən sonra bazara gedərək bazarlıq etmiş və işlərini bitirdikdən sonra evə qayıtmışdır. Elxan ilə tanışlıq zamanı ona hüquqşunas-vəkil olduğunu demişdir. Təxminən 10 gün sonra Eldəniz ilə küçədə rastlaşmış və söhbət edə-edə evə getmişlər. Evdə çay içərkən Eldəniz vəkil olduğunu bilərək adını xatırlamadığı qohumunun həbsxanada olduğunu, onu həbsdən azad edə bilib-bilməyəcəyini ondan soruşmuş, o, həbsdə olan həmin şəxsi həbsxanadan çıxara biləcəyini Elxana bildirmişdir. Sonradan Eldəniz bu söhbəti davam etdirməmişdir. Həmin vaxtlarda Eldənizin qohumu olan Nəzərxan adlı bir şəxs yaşadığı evin yaxınlığında yerləşən küçədə ona yaxınlaşmış, küçədə Nəzərxan qohumu olan Elxanın evində kirayədə yaşadığını bildirərək onun vəkil olub-olmadığını dəqiqləşdirmiş, o da Nəzərxana hüquqşunas-vəkil olduğunu bildirmişdir. Bundan sonra Nəzərxan Bakı Biznes Universitetinin İngilis dili üzrə tərcüməçilik fakültəsininin birinci kursunda əyani təhsil alan oğlu Ruslanın təhsil haqqısını azalda bilib-bilməyəcəyini ondan soruşduqda, o, Nəzərxanın oğlunun təhsil haqqını azalda biləcəyini Nəzərxana demiş və bunun üçün Nəzərxana oğlu Ruslanın şəxsiyyət vəsiqəsinin surətini və 3000 manat pulu ona verməli olduğunu bildirmişdir. Nəzərxan söhbət əsnasında oğlu Ruslanın Bakı Biznes Universitetinə qeydiyyat zamanı 500 (beş yüz) manat pul ödədiyini də ona demişdir. O, həmin ödəniş qəbzini Nəzərxanın ona təqdim etməsini ondan xahiş etmiş, Nəzərxan təxminən 1 həftə sonra, yəni 2019cu ilin oktyabr ayında, günorta saatlarında ödəniş qəbzini, oğlu Ruslanın şəxsiyyət vəsiqəsinin surətini, Ruslanın tələbə vəsiqəsinin surətini və 2500 (iki min beş yüz) manat pulu gətirərək kirayədə qaldığı evdə ona vermişdir. Həmin vaxt o, Nəzərxanı inandırmaq məqsədilə mobil telefonu götürərək “votsap” proqramı vasitəsilə özünə məxsus mobil nömrələrdən birinə zəng edərək Nəzərxanın oğlunun məsələsini danışdığı kimi təəssürat yaratmışdır. Həmçinin digər əlinə qələm götürərək dəftərə Nəzərxanın və Ruslanın ad, soyad, ata adını yazmışdır ki, Nəzərxan bu məsələdə ona inansın. Söhbət zamanı Nəzərxana bir neçə gün sonra Bakı Biznes Universitetinin dekanının yanına gedəcəyini, Nəzərxandan aldığı sənədləri dekana verəcəyini, bundan sonra 4 il ərzində oğlu Ruslanın təhsil haqqı ödəməyəcəyini Nəzərxana demişdir. O, Nəzərxanın işini düzəltməmiş, Nəzərxandan aldığı 2500 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Niyyəti isə pulu ələ keçirmək olmuşdir. Bundan başqa bu söhbətdən bir müddət sonra Elxan vəkil-hüquqşunas olduğunu bilərək ondan 2019-cu ilin aprel ayından 1 il 6 ay müddətinə Beyləqan rayonunun Görüş kəndində yerləşən hərbi hissədə müddətli hərbi xidmətdə olan oğlu X12 hərbi hissədən Bakı şəhərində yerləşən hansısa bir hərbi hissəyə köçürə bilib-bilməyəcəyini soruşduqda o, Elxana bu işi həll edə biləcəyini demişdir. Elxandan oğlu Rəsulun olduğu hərbi hissə barəsində məlumatlar almış və bir neçə gün sonra Rəsulun yanına getmişdir. Rəsul ilə görüş zamanı Rəsul ilə yemek yemiş, Rəsulu ailəsi ilə danışdırmış, Rəsula tezliklə Bakı şəhərində yerləşən hərbi hissələrin birinə köçürüləcəyini bildirmişdir. O, ümumilikdə Rəsulun yanına 2-3 dəfə getmişdir. 2019-cu ilin oktyabr ayının sonları o, Elxana oğlu Rəsulun köçürmə işi üçün N manat pul lazım olduğunu demiş və Elxan pulu yaxın zamandan hazır edərək ona məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Elxanın pulun hazır olduğunu bildirərək onu yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsi, Quşçuluq massivində yerləşən evə çağırmışdır. Danışıqlarına əsasən ona verməli olacağı N manat məbləğində pulu Elxan ona vermişdir. Həmin vaxt Elxanın həyat yoldaşı da orada olmuşdur. Pulu alıb işi həll edəcəyini deyərək evdən çıxıb getmişdir. O, Elxanın işini düzəltməmiş, Elxandan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Niyyəti isə pulu ələ keçirmək olmuşdir. Bundan başqa 2019-cu ilin oktyabr ayında İsmayıllı şəhər Əşya bazarında özünə kostyum və digər paltarlar almışdır. Kostyumu düzəltdirmək lazım olduğu üçün yaxınlıqda dərzi axtararkən Süleyman adlı dərzinin tapmış və kostyumu düzəltməyi Süleymandan xahiş etmişdir. Süleyman kostyumunu düzəldərkən ondan hansı işlə məşğul olduğunu soruşmuş, o, Süleymana hüquqşunasvəkil olduğunu demişdir. Növbəti dəfə Süleymanın yanına gedərək aldığı paltarları düzəltdirmək istəyərkən Süleyman bir tanışının əlillərə verilən avtomobil növbəsinə növbədənkənar dayanaraq avtomobil almaq istədiyini ona demiş, o, həmin işi həll edə biləcəyini Süleymana demiş və Hacıağa adlı həmin şəxsin mobil nömrəsini Süleymandan alaraq həmin şəxsə özünün zəng edəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində Hacıağaya zəng edərək hüquqşünas-vəkil olduğunu, əlillər üçün verilən avtomobillərdən almağa kömək etmək məqsədilə zəng etdiyini bildirmışdır. Bir neçə gün telefon vasitəsilə Hacıağa ilə bu mövzüda danışmış, nəticədə o, Hacıağaya işinin həll olması üçün 1500 manat pul verməli olacağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Hacıağa orta yaşlı bir kişi ilə kirayədə yaşadığı evə gəlib 1500 manat pulu ona vermişdir. Söhbət zamanı o, Hacıağaya xx.xx.2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərinə Dovlət X22 binası qarşısına getməsini, orada Hacıağaya avtomobil veriləcəyini demiş və Hacıağa evdən çıxaraq getmişdir. Bundan başqa 2019-cu ilin noyabr ayının ortalarında Şirvan şəhərinə gedərək “Təbəssüm” oteldə qalmış, otelin günlük haqqı onun üçün baha olduğuna görə şəhərdə kirayə ev axtarmağa qərar vermişdir. Bunun üçün otelin işçisinə yaxınlaşaraq tanıdığı taksinin olub-olmadığını soruşmuş və həmin şəxs də onun üçün sonradan adının Vüqar olduğunu öyrəndiyi şəxsi taksi kimi çağırmışdır. O, Vüqarın idarə etdiyi “Vaz-2172” markalı **-XF-*** dövlət qeydivat nişanlı avtomobil ilə otelin qarşısına gəlmiş, Vüqarın avtomobilinə əyləşmiş və ondan tanıdığı maklerin olub olmadığını soruşmuşdur. Vüqar şəhər ərazisində bir neçə makleri tanıdığını deyib onu həmin maklerlərin yanına aparmışdır. Kirayə verilən evlərə baxarkən o, Şirvan şəhəri, 28 may küçəsində yerləşən aylıq kirayə haqqı 400 manat olan bir ev tapmış və həmin ev xoşuna gəldiyi üçün evi kirayəyə götürmüşdür. Söhbət əsnasında o, Vüqarın mobil nömrəsini götürərək taksi lazım olduğu halda Vüqarı çağıracağını bildirmişdir. Şirvan şəhərində olduğu müdddətdə mütəmadi olaraq taksi sürücüsü kimi Vüqarın xidmətindən istifadə etmiş və taksi kimi həmişə Vüqarın haqqını vermişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində Vüqara zəng edərək təkrar taksi kimi onu kirayə qaldığı evə çağırmış, Vüqar gəlmiş və o, Vüqardan avtomobilini “Elit” adlı bazarı istiqamətində idarə etməyi xahiş etmişdir. Yolda olarkən o, Vüqara “əlil kimi qeydiyyatda olan tanışı varsa həmin şəxsə ucuz qiymətə əlillər üçün nəzərdə tutulan avtomobillərdən almağa kömək edə bilər” dedikdə Vüqar bu barədə tanışlarına məlumat verəcəyini ona bildirmişdir. Günlərin bir günü Şirvan şəhəri ərazisində o, Vüqarla “Elit” adlı bazarının qarşısında olarkən Vüqarın dostu kimi təqdim etdiyi Alim adlı şəxs onlara yaxınlaşmış, Alimlə söhbət edərkən qeydiyyatda olan əlillər üçün nəzərdə tutulan avtomobillərdən ucuz qiymətə ala biləcəyini Alimə demişdir. Həmin vaxt Alim ona atasının əlil olduğunu deyərək hansı qiymətə avtomobil ala biləcəyini ondan soruşmuş, o, kənara çəkilərək telefonu qulağına yaxınlaşdırıb kiminləsə danışır kimi təəssürat yaratmışdır. Lakin heç kimlə danışmamışdır. O, telefonla danışarkən Vüqar və Alim də öz aralarında avtomobil almaq məsələsini müzakirə etmişlər. Təxminən 2-3 dəqiqə telefonla danışdıqdan sonra o, Vüqar və Alimə avtomobil istədikləri halda ilkin olaraq hər biri üçün ona 3000 manat, avtomobili alarkən isə əlavə N manat da verməli olduqlarını bildirmişdir. Alim və Vüqar pul tapdıqdan sonra onunla əlaqə yaradacaqlarını bildirmişlər. Bir neçə gün sonra Vüqar ona zəng edərək özü və Alimi nəzərdə tutaraq hər biri üçün ilkin olaraq N manat pul verə biləcəklərini dedikdə o, onlarla razılaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Alim və Vüqar onun kirayədə yaşadığı evə gələrək evin qonaq otağında hər biri N manat pulu ona vermiş, Vüqar öz hərbi biletinin kserosurətini, Alim isə atasının əlillik ilə bağlı sənədlərinin kserosurətini ona vermişdir. O, pulu götürkdükdən sonra onları inandırmaq üçün təkrar telefonu qulağına yaxınlaşdıraraq telefonla bu iş barəsində kimləsə danışır təəssüratı yaratmışdır. Telefonu söndürdükdən sonra növbəti günü Vüqar və Alimin işini həll elmək məqsədilə Bakı şəhərinə gedəcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixə qədər Vüqar və Alimlə telefon əlaqəsi saxlamış, daha sonra isə həmin mobil nömrəmi sındıraraq kənara atmışdır. Bundan başqa 2019-cu ilin dekabr ayının ortalarında Ağdaş rayonuna müvəqqəti yaşamaq üçün gəlmiş, ona ev lazım olduğu üçün o, sonradan adını bildiyi Məqsəd adlı şəxslə tanış olmuş, Məqsədə ona həyət evi lazım olduğunu bildirmiş, Məqsəddə ona “şəhərin özündə bir həyət evi var onun sahibi Bakı şəhərindədir,onunla danışım sonra gedib evi sənə göstərərəm” demişdir. Məqsəd həmin şəxslə danışmış və həmin şəxs “Bakı şəhərindəyəm, gələndən sonra evi göstərərəm”- deyə bildirmişdir. Səhəri gün həmin evin sahibi sonradan adını bildiyi İlham adlı şəxs gəlmiş və o, Məqsədlə birlikdə İlhamın evinə baxmağa getmişlər. Həmin evi bəyənmiş və evi 200 manat müqabilində kirayəyə götürmüşdür. Əvvəlcədən də evin bir aylıq pulunu vermiş və o, həmin ünvanda tək yaşamağa başlamışdır.Yaşadığı müdddət ərzində həmin küçədə yaşayan Vilayət adlı şəxslə tanış olmuş, söhbət əsasında Vilayətə “əlillərə avtomobil verirlər, əgər sən avtomobil istəyirsənsə sənə təşkil edim”-deyə bildirmişdir. Vilayət ona pulu olmadığını bildirmişdir. Həmçinin Vilayətə “sən mənə bir nəfər tap əgər avtomobil istəyirsə ona təşkil edərəm” demişdir. xx.xx.2020-ci il tarixdə bir nəfər şəxs ona zəng edib “onun mobil nömrəsini Vilayət müəllimin verdiyini, maşınla bağlı söhbət etmək istəyini bildirdikdə o, həmin şəxsi evə dəvət etmiş, həmin gün sonradan adını bildiyi İlham adlı şəxslə görüşmüşdür. İlhamın yanında adını sonradan bildiyi Pərviz adlı şəxs də olmuşdur. İlham ona aprel döyüşlərində yaralandığını bldirdikdə İlhama hərbi biletinin, xəstəlik kağızlarının kseresurətini gətirməyi tapşırmış, ona avtomobil verilməsində köməklik edəcəyini bildirmişdir. Həmçinin o, İlhamdan ona 6500 manat pul verəcəyini dedikdə İlham da ona onun 4000 manat pulu olduğunu bildirmişdir. Bundan sonra İlham pulu gətirmək üçün ondan ayrılmış, təxminən üç saat keçdikdən sonar Vilayətin oğlu Pərvizlə birlikdə onun müvəqqəti qaldığı Ağdaş şəhərindəki İlham adlı şəxsin evinə gəlmiş və Pərvizin yanında İlham ona 3000 manat pulu və dediyi sənədlərin kseresurətini vermiş, qalan N manat puluda qardaşının Bakıda ona verəcəyini bildirmişdir. İlham qardaşı ilə danışmış, sonra İlham qardaşının mobil nömrəsini ona vermişdir. O, həmin gün Bakı şəhərinə getmiş və İlhamın qardaşı Raufla Abşeron rayonu, Gəncələr şəhərciyində görüşmüş, həmin vaxtı Rauf onu evə dəvət etmiş, o, Raufla Raufun yaşadığı evə çıxmışdır. Raufdan qalan N manatı da Raufun yaşadığı evdə almışdır. O, İlhamdan əlillər üçün avtomobil verilməsi siyahısına yazdırmaq məqsədi ilə ümumilikdə 4000 manat pulunu almışdır. O, Zərərçəkmiş şəxs3 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayı evində Zərərçəkmiş şəxs3 3500(üç min beş yüz) manat pulunu alıb ələ keçirməsi, o cümlədən Zərərçəkmiş şəxs5 özünün hüquqşünasvəkil olmasını inanadırıb Şahid3 Qəbələ rayonunda yerləşən “ASAN” xidmətə işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin noyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs5la görüşərək sonuncudan N (bir min) manat pulunu alıb ələ keçirməsi ittihamını qəbul etmir. Sonda o, tutduğu əməllərdən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Lakin istintaq zamanı müdafiə hüququ təmin olunmaqla verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabrın ayının ortaları kirayədə qaldığı Elxana məxsus evdə olarkən Elxan ondan əlillər günündə özü və qardaşı Eldəniz üçün avtomobil almalarına kömək ola bilib-bilməyəcəyini ondan soruşmuş, o, həmin vaxt Elxanı inandırmaq üçün telefonla “Whatsupp” vasitəsilə özünə məxsus digər nömrəsinə zəng edərək kiminləsə danışmaq təəssüratı yaradaraq iki qardaş var, biri Qarabağ əlili, digəri isə müharibə veteranıdır. İkisi də əlillər üçün avtomobil növbəsinə dayanmışlar. Necə etmək olar ki, onlar avtomobil alsınlar?”-deyə soruşmuş, daha sonra Elxana “avtomobil almaq bir nəfər üçün 6000 manata başa gəlir, 6000 manatın N manatı ona çatacaq, qalan 5000 manatı isə başqa bir adama demiş, Elxan 3500 manat pulu olduğunu, həmin pulu özü və qardaşı üçün verə biləcəyini demiş, o, təkrar telefonla Elxanı nəzərdə tutaraq onların cəmi 3 manat 50 qəpiyi olduğunu demiş, 2019-cu ilin noyabr ayında Eldənizdən 3500 manat pulunu, xx xxxxxx 2019-cu il tarixdə isə Elxanın xahişi ilə Elxanın yaşadığı Abşeron rayonu Güzdək qəsəbəsi Quşçuluq massivində yerləşən evində Elxan arvadının yanında ona 3500 manat pulu vermiş, pulu verərkən o, Elxana xx xxxxxx 2019-cu il tarixdə onun yaşadığı evə gələcəyini, o və qardaşı Eldəniz ilə birlikdə avtomobil almağa gədəcəyini bildirmiş, o, Elxanla Eldənizin işini düzəltməmiş, Elxan və Eldənizdən aldığı pulu öz ehtiyaclarına xərcləmiş və niyyəti isə pulu ələ keçirmək olmuşdur. Bundan başqa bildirmişdir ki, 2019-cu ilin noyabr ayının ortaları kirayədə yaşadığı Elxana məxsus evdə olarkən sonradan adını Ramil bildiyi şəxs ona müraciət edərək qızı Şahid3 işə düzəlməyini ondan xahiş etmiş, o, Ramilə qızını Qəbələ rayonunda yerləşən “Asan” xidmətə işə düzəldə biləcəyini deyərək Ramildən N manat pul istəmiş,. Ramil də ona inanıb həmin günün sabahısı kirayədə yaşadığı evə gələrək evdə ona N manat pul vermiş, o, Ramildən N manat pulu alıb ona zəng edərək məlumat verəcəyini bildirmiş, sonra Ramilin qızını işə düzəltməmiş, Ramildən aldığı pulu öz ehtiyaclarına xərcləmiş və niyyəti isə pulu ələ keçirmək olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçədə yerləşən fərdi evdə yaşayır, qızı Şahid1 2019-cu ilin iyun ayında MİQ-lu imtahanında ingilis dili fənnindən imtahan verərək 41 bal toplamış və Mingəçevir şəhərinə orta məktəblərinə keçid balı olan 48 balı toplaya bilməmiş, qızı Ülkər 41 balla Quba rayonu, Gültəpə orta məktəbinə işə qəbul olmuş, 2019-cu ilin sentyabr ayının 13-də o və Ülkər qızının qəbul olduğu Quba rayonu, Gültəpə kəndində yerləşən orta məktəbin şəraitinə baxmaq üçün getmiş, lakin ora gedən zaman Quba rayonu, Gültəpə kəndinin ucqar kənd olduğunu və orada yaşamaq üçün çətin şərait olduğunu görüb qızı Ülkərin orada müəllimə kimi işləməsinə razı olmamış, onlar Mingəçevir şəhərinə geri qayıtdıqdan bir neçə gün sonra qızı Ülkər evdə olan zaman ona Ülkərin tanışı Məryəm adlı qadının zəng vurub X11 şəhəri üzrə filial rəhbəri olan Pünhan adlı şəxsin Ülkəri Mingəçevir şəhərində orta təhsil müəsissələrin birində işə düzəltməkdə kömək edə biləcəyini demiş, daha sonra qızı onun yanında Pünhan adlı şəxsin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurub Pünhanın nömrəsini Məryəm adlı qadından aldığını bildirmiş, Pünhan isə qızına Məryəm ilə bu barədə danışdığını və axşam saat 20 radələrində Mingəçəvir şəhəri H.Əliyev adına parkda görüşməyi təklif etmiş, o və atası Pünhanla razılaşmış, həmin günü yəni 16 sentyabr axşam saat 20 radələrində qızı Ülkər, o, və Pünhan adlı şəxs Mingəçevir şəhəri, H.Əliyev adına parkda görüşmüşlər. Pünhan adlı şəxs orta boylu, sarışın təxminən 40-45 yaşlarında saçının ortası müəyyən qədər dazlaşmış bir şəxs olmuş, Pünhan adlı şəxslə parkın içərisində görüşüb söhbət edən zaman Pünhan özünün X11 filalı üzrə rəhbəri olduğunu, Mingəçevir şəhərində 120 nəfər şəxsi təmannasız işə götürdüyünü, özünün zəngin olduğunu, Südabə Həsənova adlı keçmiş dövlət məmurunun qardaşı oğlu olduğunu, heç bir maddi çətinliyi olmadığını və qızı Ülkərin vəziyyətindən Məryəm adlı şəxsin vasitəsi ilə məlumatlı olduğunu və onlara kömək etmək istədiyini bildirmiş, Pünhan ona qızı Ülkəri Mingəçevir şəhərində Politexnik Universitetə və Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbə işə düzəldə biləcəyini bildirmiş, lakin o, qızının magistiratura təhsili olmadığı üçün Mingəçevir şəhər Politexnik Universtitetinə yox, Mingəçevir şəhər 15 saylı tam orta məktəbə ingilis dili müəlliməsi kimi işə düzəltməsini demiş, Pünhan bunun üçün 4000 manat pul vermək lazım olduğunu lakin onlara 2000 manata bu işi həll edəcəyini bildirmiş, o, isə maddi durumum yaxşı olmadığı üçün 2000 manat pul verə bilməyəcəyini bildirmiş, Pünhan isə sabah, yəni xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində onları Mingəçevir şəhər 15 nömrəli tam orta məktəbin qarşısında gözləyəcəyini bildirmiş, xx xxxxxxxx 2019-cu il saat 10 radələrində o, qızı ilə Pünhan adlı şəxslə Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbin qarşısında görüşmüş, Pünhan onlara məktəbin qarşısında gözləməyi deyib məktəbə daxil olmuş, o, qızı Ülkər bir az məktəbin qarşısında gözlədikdən sonra məktəbin binasına daxil olmuşlar, təxminən 30-40 dəqiqə sonra Pünhanla məktəbin dəhlizində rastlaşmış və Pünhan onlarla birlikdə ilə məktəbin direktoru Nailə müəllimənin qəbuluna girmiş, Nailə müəllimənin qəbulunda olan zaman Nailə müəllimə qızı Ülkərin bitirdiyi Bakı Mühəndislik Universitetinin diplomuna baxdıqdan sonra qızı Ülkərə xeyirli olsun deyib təbrik etmiş, o, Nailə müəllimənin bu sözündən sonra içində Pünhana qarşı daxili inam yaranmış, bundan sonra onlar məktəbdən çıxmış və ona məxsus olan avtomobillə Pünhanı Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin qarşına aparmış, Pünhan ona Yevlax şəhəri regional təhsil idarəsinin müdiri Elçin müəllimin yanına gedib qızı Ülkərin Mingəçevir şəhəri 15 saylı tam orta məktəbdə müəllimə kimi işləməsi üçün təyinat alacağını bildirmiş, o, Mingəçevir şəhəri 16 saylı tam orta məktəbin qarşısında özünə məxsus Vaz 2107 markal avtomobilin salonunda qızı Ülkərin yanında 1800 manat pulu sayıb ona vermiş, Pünhan pulu ona əlbəəl verməməsini, özünə məxsus qovluğu açıb onun içərisinə qoymasını demiş, o da 1800 manat pulu onun qovluğunun içərisinə qoymuş, Pünhan pulu götürüb avtomobildən enən zaman saat 16 radələrində ona zəng vurub görüşəcəyini demiş, lakin həmin günü saat 14:30-da zəng vurub Elçin müəllimin yerində olmadığını və sabah 15 nömrəli tam orta məktəbin qarşısında görüşəcəyini bildirmişdir. Lakin qızı Ülkər axşam saatlarında Pünhanın “Whatsapp” profilinin bağlandığını bildirmiş və onun içinə şübhə düşdüyü üçün o, Pünhan adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, Pünhanım mobil telefon nömrəsinə zəng çatmadığını görən zaman dərhal Məryəm adlı qadına zəng vurub olanları Məryəmə danışmış, Məryəm adlı qadın isə Pünhanın Holding rəhbəri olduğunu və axşam saatlarında yorğun olduğu üçün mobil telefonu söndürə biləcəyini bildirmiş, sabahısı gündən o, və qızı Pünhanın adlı şəxsə nə qədər zəng vursa da həmin şəxslə əlaqə saxlaya bilməmişlər. Sabahısı gün o və qızı Ülkər Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbin direktoru Nailə müəllimənin qəbuluna getmiş, onlar Nailə müəlliməyə dünən birgə gələn Pünhan adlı şəxsi tanıyıb-tanımadığını soruşduqda Nailə müəllimə onlara həmin şəxsi birinci dəfə gördüyünü və həmin şəxsin özünü Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın qohumu kimi təqdim etdiyini bildirmiş, Nailə müəllimə onun rəhbərlik etdiyi məktəbdə müqavilə əsasənda bir müəllimə üçün boş yer olduğunu və Yevlax rayonundan razılıq əsasında qızı Ülkəri işə götürə biləcəyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu İsmayıllı kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, beş övladı var, işsizdir, ikinci qrup əlil olduğu üçün təqaüd alır. X28 Bakı şəhərində yerləşən Bakı Biznes Universitetinin İngilis dili üzrə tərcüməçilik fakültəsininin birinci kursunda əyani təhsil alır. X28 illik 2500 manat olmaqla ödənişli əsaslarla təhsil alır, onun maddi imkanı zəif olduğu üçün, həmçinin arvadı X3 və o, ikinci qrup əlil olduğu üçün oğlunun təhsil haqqısını azaltmaq istəmişdir. 2019-cu ilin sentyabr ayının sonları kürəkəni Zərərçəkmiş şəxs3 məxsus İsmayıllı şəhəri, Nizami küçəsi ev 11, mənzil 8 ünvanında yerləşən evinin yaxınlığından keçərkən digər kürəkəni, Elxanın qardaşı Zərərçəkmiş şəxs4 orada görmüş, Eldənizə yaxınlaşıb salam vermiş, Eldənizlə söhbət edərkən ona Elxana məxsus bina evinə yeni kirayəçinin gəldiyini bilmiş, həmin vaxt adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı şəxs ev əşyalarını evə yerləşdirmiş, buna görə o, Pünhana yaxınlaşmamış, 2-3 gün sonra Təqsirləndirilən şəxs evin yaxınlığında görmüş, Pünhana yaxınlaşmış, Elxan və Eldənizin onun kürəkənləri olduğunu, nə köməyə ehtiyacı olarsa ona mobil nömrəsinə zəng edə biləcəyini bildirmiş, həmin vaxt Pünhan ona vizit kartını vermiş və ev ilə bağlı onunla vizit kartında gostərilən nömrələrlə əlaqə saxlamağı xahiş etmiş, vizit kartının bir tərəfinin yuxarısında “Vəkil Təqsirləndirilən şəxs” sözləri, aşağısında “*** *** ** **, *** *** ** **” sözləri yazılmış, vizit kartının digər tərəfində isə “Advokat konsultant Təqsirləndirilən şəxs, *** *** ** **, *** *** ** **” yazılmış, o, vizit kartına əsasən Təqsirləndirilən şəxs ali hüquq təhsilli vəkil olduğunu düşünmüş və oğlu Ruslanın təhsil haqqısının azaldılması ilə bağlı Pünhandan məsləhət almağı qərara almış, bundan bir neçə gün sonra küçədə Pünhanı görmüş, Pünhandan oğlu Ruslanın təhsil haqqının necə azalda biləcəyini soruşmuş, Pünhan bu işin çətin bir iş olmadığını, bunun üçün ona şəxsiyyət vəsiqəsinin surətini və 3000 manat pul verməli olduğumu bildirmiş, söhbət əsnasında o, oğlu Ruslanın Bakı Biznes Universitetinə qeydiyyat vaxtı 500 (beş yüz) manat pul ödədiyini də Pünhana bildirmiş, Pünhan həmin ödəniş qəbzini də təqdim etməli olduğunu ona demiş, o, Pünhanla razılaşmış və pul axtarmağa başlamış, bir həftə sonra Pünhan ilə rastlaşmış, Pünhana pulu hazırlaya bilmədiyini, lakin çalışdığını demiş, Pünhan pulu təcili olaraq tapmasını ondan tələb etmiş, əks halda sözügedən işinin alınmayacağını da vurğulamış, təxminən bir həftə sonra o, borc olaraq 2500 (iki min beş yüz) manat pul almış və Pünhanın yaşadığı evə getmiş, 2019-cu ilin oktyabr ayı, saat 15-16 radələrində Pünhanın yaşadığı evin qapısını döyüb içəri daxil olmuş, evdə iki balaca oğlan uşağını görmüş, bir nəfər cavan oğlan balkonda şişə ət çəkərək kabab hazırlamış, o, stulda oturmuş, Pünhan da stulda oturmuş, o, əlinə qələm digər əlinə mobil telefonunu götürərək kiminləsə telefon vasitəsilə danışmış, telefon danışığı zamanı Pünhan “ bu 3 manat kimə çatacaq? “ deyərək kiməsə müraciət etmişdir. Həmin şəxsin də ona dediklərini dəftərə yazmışdır. Telefon danışığı bitdikdən sonra Pünhan pulu sənədlərin arasına qoyaraq digər otağa keçmişdir. Sənədləri otaqda qoyub geri qayıtmışdır. Ona bir neçə gün sonra Bakı Biznes Universitetinin dekanının yanına gedəcəyini, ondan aldığı sənədləri dekana verəcəyini, bundan sonra 4 il ərzində oğlunun təhsil haqqı ödəməyəcəyini ona demişdir. Günorta saatları olduğu üçün ona yemək yeməyi təklif etmiş, lakin o, getməli olduğunu bildirmiş və sağollaşıb evdən çıxmış, Pünhana verdiyi 2500 manat pul 10 ədəd 100 manatlıq, 10 ədəd 50 manatlıq və 6 ədəd 100 dollarlıq əskinaslardan ibarət olmuşdur. Təxminən 1-2 gün sonra Pünhana ona zəng edərək yaxın zamanda dekanın yanına gedəcəyini ona bildirmiş, lakin bir neçə günün keçməsinə baxmayaraq, Pünhanla o, dekanın yanına getməmişlər, o, bununla bağlı Pünhana irad bildirdikdə, Pünhan tələsməməyini ondan xahiş etmiş, günlərin bir günü Pünhan ona növbəti gün birlikdə dekanın yanına gedəcəyini bildirmiş, o, Pünhanla razılaşmış, səhərisi gün Pünhan zəng edərək xəstələndiyini, buna görə də Bakı şəhərinə gedə bilməyəcini ona demiş, təxminən 8-10 gün ərzində Pünhan bu yolla vaxtı uzatmış, həmin vaxtdan sonra o, demək olar ki, hər gün Pünhana zəng edərək nə vaxt Bakı şəhərinə gedəcəyini soruşurmuş, Pünhan da hər gün demək olar ki, eyni cavab verərək “sabah gedəcəyik” deyərək cavab vermişdir. 2019-cu ilin noyabr ayında o, Pünhana yenidən zəng etmək istəyəndə Pünhanın mobil nömrəsinə zəng çatmamış və o, aldanıldığını başa düşmüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Güzdək qəsəbəsi Quşçuluq massivində yaşayır. İsmayıllı şəhəri, Nizami küçəsi bina 11, mənzil 8 ünvanında ona məxsus mənzilini kirayəyə verir. Mənzildə kirayəçi olmayanda mənzilin açarı İsmayıllı şəhərinin özündə yaşayan, qardaşı Eldənizdə olur. 2019-cu ilin sentyabr ayının sonlarında qardaşı Eldəniz ona zəng edərək tanımadığı bir şəxsin ona məxsus evi kirayə götürmək istədiyini bildirmiş, o, mənzili kirayəyə vermək istəmədiyini qardaşına demiş, Eldəniz ona nəyə görə mənzili kirayəyə vermək istəmədiyini soruşduqda, o, əvvəlki kirayəçilərin evi səliqəsiz vəziyyətə saxladığını əsas gətirərək bir müddət evi kirayəyə verməkdən imtina etdiyini demiş, bundan sonra tanımadığı bir nəfər şəxs ona zəng etmiş, həmin şəxs sözügedən mənzili kirayəyə götürmək istədiyini bildirmiş, lakin o, həmin şəxsə mənzili kirayəyə vermək istəmədiyini söyləmiş, həmin şəxs onunla görüşmək istədiyini dedikdə, o, növbəti gün İsmayıllı şəhərinə gələcəyini bildirərək həmin şəxslə görüşəcəyini demiş, danışığının növbəti günü onlar İsmayıllı şəhərində ona məxsus evin yaxınlığında görüşmüş, həmin vaxt yanında qardaşı Eldəniz və Akşin adlı makler olmuş, onlar bir yerdə onun mənzilinə getmişlər. Orada çay içmiş, söhbət əsnasında həmin şəxs özünü vəkil Təqsirləndirilən şəxs kimi təqdim etmiş, həmçinin Pünhan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın onun bibisi olduğunu, atasının Ədliyyə Nazirliyinin sturuktur bölmələrinin birində işlədiyini də demiş, o, Pünhandan İsmayıllı rayonuna nəyə görə gəldiyi barədə sual verdikdə, Pünhan müqavilə əsasında İsmayıllı rayonu məhkəməsində proseslərə çıxacağını, bununla bağlı olaraq İsmayıllı rayonunda müvəqqəti qalacağını ona demiş, o, hərəkətlərindən həmin şəxsin mədəni bir insan olduğunu düşünmüş və həmin şəxsin danışdıqlarına inanaraq mənzilini həmin şəxsə kirayəyə verməyə qərar vermiş, aralarında əldə olunan razılaşmaya əsasən Pünhan ona aylıq 250 manat kirayə haqq verməli olmuş, növbəti gün Pünhan onun evinə yerləşmiş, oğlu Rəsul Ağayev 2019-cu ilin aprel ayından 1 il 6 ay müddətinə Beyləqan rayonunun Görüş kəndində yerləşən hərbi hissədə müddətli hərbi xidmətdədir. O, Bakı şəhərində yaşadığı üçün oğlunu Bakı şəhərində yerləşən hərbi hissələrin birini köçürtməyə çalışmış, bir dəfə söhbət əsnasında Pünhana bu barədə danışmış, 2019-cu ilin oktyabr ayının əvəllərində Pünhan Beyləqan rayonunda məhkəmə işi olduğunu, buna görə də oğlunun yanına gedəcəyini ona demiş, o da oğlu Rəsul və oğlunun olduğu hərbi hissə barəsində bütün məlumatları Pünhana vermiş, həmin vaxtlarda Pünhan oğlunun yanına gedərək onun oğlu ilə görüşmüş və yemek yemiş, oğluna onu Bakı şəhərində yerləşən hərbi hissələrin birinə köçürəcəyini bildirmiş, oğlu ilə görüşərkən Pünhan video görüntü vasitəsilə onunla əlaqə yaratmış və onlar ailəlikcə oğlu Rəsul ilə danışmışlar. 2019cu ilin oktyabr ayının sonları Pünhan yaşadığı evə gələrək oğlunun Beyləqan rayonundakı hərbi hissədən Bakı şəhərində yerləşən hərbi hissəyə köçürülməsi işini N manata həll edə biləcəyini demiş, o da həmin vaxt N manat pulu həyat yoldaşı Şahid2 yanında Pünhana vermiş, N manat pulun 5-i 100 manatlıq əskinaslardan, 3-ü isə 100 dollarlıq əskinaslardan ibarət olmuş, bundan sonra o, Pünhana daha da inanmış, 2019-cu ilin noyabrın 18-20 arası vaxtda İsmayıllı şəhərində yerləşən Pünhana kirayə verdiyi evdə olarkən Pünhana Əlillər günündə onun avtomobil almasına kömək ola bilib-bilməyəcəyini soruşmuş, Pünhan həmin vaxt bir nəfərə zəng edərək ona “ iki qardaş var, biri Qarabağ əlilidir, digəri isə müharibə veteranıdır. İkisi də əlillər üçün avtomobil növbəsinə dayanmışlar. Necə etmək olar ki, onlar avtomobil alsınlar?” deyərək müraciət etmiş, həmim şəxs Pünhana “ Lap yaxşı. İkisi də bizim fəxrimizdir. Həll edərik, ikisi də avtomobil ilə təmin olunarlar” deyərək cavab vermiş, telefon danışığından sonra Pünhan “avtomobillə təmin olunmağın bir nəfərə 6000 manata başa gəldiyini, 6000 manatın N manatının ona çatdığını, qalan 5000 manatın isə başqasına veriləcəyini” demiş, o, Pünhana onun 3500 manat pulu olduğunu demiş, Pünhan təkrar həmin şəxsə zəng edərək ona 3 manat 50 qəpiyi olduğunu demiş, həmin şəxs ona “əgər sən zamin durursansa 3 manat 50 qəpiyi indi versin, qalan pulu isə 10 gün ərzində verər. Lakin onu qeydiyyata salarıq avtomobilini alar” demiş, növbəti gün yəni xx xxxxxx 2019-cu il tarixdə Pünhan yaşadığı Abşeron rayonu Güzdək qəsəbəsi Quşçuluq massivində yerləşən evə gəlmiş, o, 3500 manat pulu həyat yoldaşı Şahid2 yanında Pünhana vermiş, 3500 manat pulun 33-ü 100 manatlıq əskinaslardan, 4-ü isə 50 manatlıq əskinaslardan ibarət olmuş, xx xxxxxx 2019-cu il tarixdə Pünhan onların evinə gələcəyinə, o, və qardaşı Eldənizlə birlikdə avtomobil almağa gədəcəyinə söz vermiş, lakin həmin gün günorta saatlarından sonra Pünhana zəng çatmamış, bununla bağlı olaraq o, xx xxxxxx 2019-cu il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlum məzmunda məlumat vermiş və müraciətinin araşdırılması aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərilmişdir.Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, ev 3 mənzil 21 ünvanında qeydiyyatda olmaqla İsmayıllı rayonu, Sumağallı kəndində yaşayır, evlidir, üç övladı var, işləmir, ikinci qrup Qarabağ əlil olduğu üçün təqaüd alır. Uzun müddətdir İsmayıllı şəhər əşya bazarında dərzi işləyərək Süleyman Babayevin yanında paltar tikir. Bununla bağlı münasibəti yaranmış, Süleymanın yanına çoxlu müştərilərin gedib-gəldiyini nəzərə alaraq bir dəfə Süleyman əlillər üçün avtomobil növbəsinə növbədənkənar duraraq tez bir zamanda avtomobil almaq istədiyini bildirmiş, Süleyman belə bir işi görə biləcək tanışının olmadığını, lakin yanına gələn şəxslərin içərisində belə bir işi bacaranı olanda, bu barədə ona məlumat verəcəyini demiş, 2019-cu ilin noyabr ayının əvvəllərində özünü vəkil Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı Pünhan ona “Süleyman dediyi adamdır, adım Pünhandır, maşın işini həll edəcəm” demiş, həmçinin Pünhan İsmayıllı şəhərində kirayə qaldığı evin ünvanını da ona demişdir. Həmin vaxt ona nömrəni Pünhana tanışı Süleyman verdiyini demiş, xx.xx.2019-cu il tarixinə kimi bu mövzuda Pünhanla danışdıqdan sonra o, 1500 manat pul gətirməsini ona bildirmiş, o, xx.xx.2019cu il tarixdə saat 13 radələrində “Accesbank”ın İsmayıllı şəhərindəki filialından N manat kredit pul götürmüş və üzərində olan 500 manatı da pulun üzərinə əlavə edib Süleyman və qohumu Şərif ilə birlikdə Pünhanın kirayə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11, mənzil 8 ünvanındakı evinə getmiş, 1500 manat pulu evdə Pünhana vermiş, həmin pullar 5-i 100 manatlıq, 2-i 10 manatlıq, qalan 49-u isə 20 manatlıq əskinaslardan ibarət olmuş, söhbət zamanı Pünhan ona xx.xx.2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərinə Dovlət X22 binası qarşısına getməsini, orada ona avtomobil verəcəyini demiş, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində o, həmin ünvanda gedərək Pünhana zəng etmiş, əvvəlcə Pünhanın mobil nömrəsinə zəng çatsa da, sonradan zəng çatmamış, belə olan halda, o, aldadıldığını anlamış, həmin gün İsmayıllı rayonuna geri qayıtmış, lakin, həmin vaxtdan sonra Pünhanı İsmayıllı şəhərində görməmiş, bir müddət sonra isə ərizə ilə İsmayıllı rayon Polis Şöbəsinə müraciət edərək məlum məzmunda məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri, V.Osmanova küçəsi ev 5, mənzil 5-də yaşayır, xx.xx.2019-cu il tarixdə Pünhan Akşin adlı makler ilə qardaşı Zərərçəkmiş şəxs3 məxsus İsmayıllı şəhəri, Nizami küçəsindəki ev 11, mənzil 8 ünvanındakı evə gələrək, İsmayıllı şəhərində bir müddət vəkilliklə məşğul olub yaşayacağını bunun üçün də kirayə mənzil axtardığını ona demiş, o, qardaşı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlamış, Elxan mənzilini 250 manata kirayəyə verməyə razılıq verəndən sonra Pünhana aylıq 250 manat pul müqabilində həmin evi kirayəyə götürməyinə razılıq vermiş, Pünhan xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə kimi həmin evdə tək, bəzən isə ailəsi ilə birgə yaşamaqla aylıq kirayə haqqını vaxtı-vaxtında ödəmiş, Pünhanla söhbət zamanı Pünhan özünün hüquqşünas-vəkil olduğunu bildirmiş və o, Pünhandan müharibə əlili kimi maşın növbəsinə (növbədənkənar) durmasına və avtomobil almasına kömək etməyi demiş, Pünhan bu işi həll edə biləcəyini ona demiş, xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində o, yaşadığı evdə olarkən Pünhan ona zəng edərək “əlillərə 20 pulsuz maşın veriləcəyini, 3500 manat pul və əlilliyini təsdiq edən sənədləri gətirməyi” deyib onu yaşadığı evə çağırmış, o da Pünhana inanıb xx.xx.2019cu il tarixdə səhər saatlarında 3500 manat pulu, əlillik vəsiqəsini, xəstəliyi ilə bağlı bir neçə sənədlərin surətlərini götürərək Pünhanın kirayə yaşadığı evə getmiş, evdə olarkən o, 3500 manat pulu və qeyd etdiyi sənədlərin kserosurətlərini Pünhana vermiş, o, Pünhana pulu verərkən evdə ikisindən başqa heç kim olmamış, Pünhan ona xx.xx.2019-cu il tarixdə saat 09 radələrində Bakı şəhərində, Dövlət X22 H.Zərdabi küçəsində yerləşən inzibati binasının qarşısına getməsini, orada onun avtomobil növbəsinə növbədənkənar dayanmaq məsələsini həll edəcəyini və ona avtomobil verəcəyini bildirmiş, buna görə o, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhərində yerləşən həmin ünvana getmiş, orada olarkən o, Pünhana zəng etmiş, ilk öncə Pünhanın mobil telefonuna zəng çatsa da, sonradan onda olan mobil nömrəsinə zəng çatmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2019-cu il dekabr ayının əvvəllərində ona taksi lazım olduğu üçün dostu Zərərçəkmiş şəxs8 zəng etmiş. Vüqar ona “Elit” ticarət mərkəzinin qarşısında olduğunu demiş, o, Vüqara yaxınlaşmış bu zaman Vüqarın yanında Pünhan adlı bir şəxs olmuş, həmin Pünhan adlı şəxs onlara əlil kimi qeydiyyatda olan biri varsa ona ucuz qiymətə əlillər üçün nəzərdə tutulan avtomobil ala biləcəyini demiş, o, Vüqar ilə ona əvvəlcə inanmamış, onun atası əlil olduğu üçün o, atasının adına ala biləcəyini demiş, bundan sonra Pünhan kənara çəkilmiş və Altay adlı birinə zəng etmiş, sonra onlara demişdir ki, “pulu hazırlayaq o işi qaydasına qoyacaqdır”. Pünhan onların hər birinə 3000 manat verəcəyini, sonra maşını alarkən N manat əlavə ödəyəcəyini demiş, onlar qərarlaşdırıb pul tapdıqdan sonra Pünhanla əlaqəyə keçəcəklərini Pünhana demiş, bundan sonra onlar Vüqarla öz aralarında danışmış, Pünhana tam inandıqlarından onlar Pünhana ilkin olaraq hər birinin N manat verəcəyini dedikdə Pünhan onlarla razılaşmış, bundan sonra onlar xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində Pünhanın kirayə yaşadığı evdə görüşmüş, Pünhana N manat pul vermiş, eyni zamanda Vüqar öz hərbi biletinin surətlərini o, isə atasının sənədlərinin surətlərini Pünhana vermiş, Pünhan evdə Altay adlı şəxslə yenidən əlaqə saxlamış, Pünhan telefon danışığını bitirdikdən sonra sabah onların işini həll etmək üçün Bakı şəhərinə gedəcəyini demiş, hadisənin sabahısı günü Pünhan Vüqar ilə əlaqə saxlamış və işlər qaydasında keçdiyini və narahat olmamağı demiş, onlar xx xxxxxx 2019-cu il tarixə qədər Pünhan ilə daim əlaqə saxlamış, lakin sonradan Pünhanla əlaqə saxlaya bilməmiş və aldadıldıqlarını hiss etmişlər. Sonra DİN-nin 102 qaynar xəttinə zəng edərək bu barədə şikayətlərini bildirmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır.Şirvan şəhəri ərazisində fərdi olaraq taksi sürücüsü kimi çalışır və ailəsini dolandırır. Təxminən 2019-cu ilin noyabr ayının ortalarında Şirvan şəhərində yerləşən “Təbəssüm” oteldən taksi lazım olması barədə zəng gəlmiş, o, idarə etdiyi özümə məxsus olan “Vaz-2172” markalı **-XF-*** dövlət qeydiyat nişanlı avtomobillə otelə getmiş, oradan orta yaşlı bir kişi avtomobilə əyləşmiş və ondan tanıdığı kirayə ev verən olub olmadığını soruşmuş, söhbət əsnasında o, həmin şəxsin adının Pünhan olduğunu öyrənmiş, o, Pünhanı Şirvan şəhərində fəaliyyət göstərən ev kirayəsi və alqı satqısı ilə məşğul olan obyektlərə aparmış, Pünhan özünə 400 manat qiymətində Şirvan şəhəri, 28 may küçəsində kirayə bir ev tapmış, bundan sonra Şirvan ondan mobil telefon nömrəsini götürmüş və mütəmadi olaraq taksi kimi fəaliyyətindən istifadə etməyə başlamışdır. 2019-cu il dekabr ayının əvvəllərində Pünhan ona zəng edərək “Elit” ticarət mərkəzinə getməyi tapşırmış, onlar “Elit” ticarət mərkəzinə gedən zaman Pünhan yolda ona tanışlarından əlil kimi qeydiyyatda olan biri varsa ona ucuz qiymətə Əlillər üçün nəzərdə tutulan avtomobil ala biləcəyini demiş, o, Pünhana ilkin olaraq inanmamış, lakin Pünhan yenə bu barədə demiş, onlar “Elit” bazarının qarşısında olarkən dostu Zərərçəkmiş şəxs7 ona zəng etmiş və taksi lazım olduğunu demiş, o, dostu Alimə “Elit” ticarət mərkəzinin qarşısında olduğunu dedikdə Alim orada onlara yaxınlaşmış və bu zaman Pünhan Alimə də ona bildirdiyi kimi əlil üçün maşın ala biləcəyini demiş, Alim atası əlil olduğu üçün maşın ala biləcəyini bildirmiş, bundan sonra Pünhan kənara çəkilmiş və Altay adlı birinə zəng etmiş, sonra onlara pulu hazırlamağı, o işi qaydasına qoyacağını demiş, Pünhan onların hər birinə 3000 manat verəcəyini, maşını alarkən də N manat əlavə ödəyəcəklərini demiş, onlar qərarlaşdırıb pul tapdıqdan sonra Pünhanla əlaqəyə saxlayacaqlarını Pünhana deyib Alimlə öz aralarında danışmış, Pünhana tam inanmamış, bu səbəbdən də onlar Pünhana ilkin olaraq hər biri N manat verəcəklərini demiş, Pünhan onlarla razılaşmış bundan sonra onlar xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində Pünhanın kirayə yaşadığı evdə görüşmüş, onlar hər biri çıxarıb Pünhana N manat pul vermiş, eyni zamanda o, öz hərbi biletinin kserosurətlərini, Alim isə atasının sənədlərinin surətlərini vermiş, Pünhan evdə Altay adlı şəxslə yenidən əlaqə saxlamış, Pünhan telefon danışığını bitirdikdən sonra onlara sabah işini həll etmək üçün Bakı şəhərinə gedəcəyini demiş, hadisənin sabahı günü Pünhan onunla əlaqə saxlamış və işlərin qaydasında keçdiyini, narahat olmamağı bildirmiş, onlar xx xxxxxx 2019-cu il tarixə qədər Pünhan ilə daim əlaqə saxlamışlar lakin sonradan Pünhanla əlaqə saxlaya bilməmiş və o zaman aldadıldıqlarını hiss etmiş, DİN-nin “102” xidmətinə zəng edərək bu barədə şikayətlərini bildirmişlər. Pünhanın şəxsiyyət vəsiqəsinin qabaq üzünün sürəti onun avtomobilinə düşmüş, o, təhqiqat zamanı həmin vəsiqəsinin qabaq üzünü təqdim etmişdir. Həmin şəxsin adı tam olaraq Təqsirləndirilən şəxsdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağdaş rayonu, Şəmşabad kəndində yerləşən fərdi evdə yaşayır. xx.xx.2012-ci il tarixdə N saylı hərbi hissədə əsgər kimi xidmətə başlamış, xx.xx.2012-ci il tarixdə əsgər olduğu hərbi hissədən X18 kursunu keçmək üçün Xüsusi Təyinatlı hərbi hissəyə ezam olunmuş, xx.xx.2013-cü il tarixdə X18 kursunu bitirərək Müdafiə Nazirini 0064 saylı əmrinə əsasən ona gizir rütbəsi verilərək Xüsusi Təyinatlı hərbi hissənin kəşfiyyatçı vəzifəsində xidmətə davam etmişdir. xx.xx.2016-cı il tarixdə Ağdərənin Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanaraq İİ qrup müharibə əlili kimi ordu sıralarından təxris olunmuşdur. Təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid4 yanında, “əlillər üçün avtomobil verilir və o da istəyir ki, həmin avtomobilin verilməsi növbəsinə yazılsın demişdir. Həmin vaxtı Pərviz ona demişdir ki, “bizim qonşuluqda bir nəfər şəxs var, həmin yerdə kirayə yaşayır və hüquqşunasdır, onunla səni tanış edərəm avtomobilin alınmasında sənə köməklik edər”. O, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhəri, Koroğlu küçəsində Pərvizlə birlikdə həmin şəxslə görüşmüşdür. Onda bilmişdir ki, həmin şəxs Göyçay şəhəri, Ş.Qurbanov küçəsi 10 nömrəli evdə qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Həmin vaxt Pünhan ona demişdir ki, “mən səni avtomobil növbəsini daha tez qabağa çəkərəm və sən avtomobili tez alarsan”. Həmçinin Pünhan ona demişdir ki, “səni Fövqaladə Hallar Nazirliyinə də işə düzəldərəm”. Həmin vaxtı Pünhan ondan 6500(altı min beş yüz) manat pul, əlillikl bağlı sənədin, şəxsiyyət vəsiqəsinin ksero surətini, hərbi biletin surətini və xəstiliyinə dair sənədlərin surətlərini istəmiş, o da Pünhana “onun 4000 manat pul tapıb verə biləcəyini demişdir. O həmin gün dostu Pərvizdən 3000 manat pul almış və Pərvizin iştirakı ilə Pünhana Ağdaş şəhəri, Koroğlu küçəsindəki kirayə yaşadığı İlham adlı şəxsin evində vermişdir. Həmçinin o, Pünhanın ona dediyi sənədlərin surətlərini də Pünhana vermişdir. Qalan N manat pulu vermək üçün həmin gün axşam Bakı şəhərində yaşayan qardaşı X9 zəng edib “sənin mobil nömrəni Pünhan adlı şəxs var ona verirəm səninlə görüşsün ona verərərsən” demişdir. Pünhanda həmin gün Abşeron rayonu, Gənclər şəhərciyində qardaşına zəng edib qardaşının yaşadığı evdə görüşmüş, qardaşı Rauf da həmin N manat pulu Pünhana vermişdir. Daha sonra o, Pünhanın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə tez-tez əlaqə saxlayıb Pünhandan nə xəbər olduğunu öyrənmiş, Pünhan ona demişdir ki, “narahat olma işlərin düzəlir yəni sənin sənədlərini təsdiqlətmişəm. xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gedib avtomobili götürəcəyik” demişdir. xx.xx.2020-ci il tarixdə səhər radələrində o, Pünhana zəng etmiş və Pünhan ona bir saat sonra Ağdaş şəhərində görüşməyi demiş, lakin bir saat sonra o, Pünhana zəng etsə də Pünhanın mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra o da gəlib polis şöbəsinə ərizə ilə müraciət etmişdir.Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, iki övladı var, işləmir, ikinci qrup əlilliyi ilə bağlı təqaüd alır. 1997-ci il təvəllüdlü qızı Şahid3 2018-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinin məzunu olmuş, lakin hazırki vaxtadək hər hansı bir işə düzələ bilməmişdir. 2019-cu ilin noyabr ayının ortaları bacanağı Zərərçəkmiş şəxs3 və ailəsi evində qonaq olmuşdur. Elxan ilə söhbət zamanı Elxan ona Pünhan adlı bir nəfərlə tanış olduğunu, Pünhanın İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən bina evində kirayədə qaldığını, özünün də şəxsi işinə kömək üçün Pünhana 4500 manat pul verdiyini, Pünhanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənovanın da bacısı oğlu olduğunu, Pünhanın qızını işə düzəldə biləcəyini ona demişdir. Bu söhbətdən bir gün sonra Pünhanla görüşmək üçün Elxanla birlikdə Pünhanın kirayə yaşadığı evə getmiş, saat 17-18 radələrində Pünhanla görüşmüş, Pünhana qızını işə düzəltmək istədiyini demiş, Pünhan qızı X21 rayonunda “Asan” xidmətdə hansısa bir işə düzəldəcəyini deyərək bunun müqabilində Pünhana N manat pul verməli olacağını ona demiş, o, Pünhanla razılaşmış, növbəti gün saat 17-18 radələrində o, bacanağı Elxanla birlikdə Pünhanın kirayə qaldığı evə getmiş və Elxanın yanında N manat pulu Pünhana vermiş, N manat pulun 6-ı 100 manatlıq, 8-i isə 50 manatlıq əskinazlardan ibarət olmuş, həmin vaxt təxminən noyabr ayının 15-20-si arası Pünhan pulu alıb işi nə vaxt həll edəcəyini deməmiş, yalnız özünün zəng edəcəyini deyərək onları yaşadığı evdən yola salmış, o, Pünhan ilə özü əlaqə saxlamamış, bacanağı Elxan vasitəsilə əlaqə saxlamış, bir müddət sonra Elxan ona Pünhanın telefona cavab vermədiyini demiş, sonradan bacanağı Elxan və digər bacanağı Eldənizin aldanıldığını görüb özünün də aldanıldığını anlamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs9 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Mingəçevir şəhəri, R.Rza küçəsi ev 23, mənzil 24-də yaşayır, o, 2013-cü ildən bu günə kimi Mingəçevir şəhəri, Texniki-Humanitar Litseyin direktoru vəzifəsində çalışır, o, məktəb direktoru olduğu üçün şikayət və təkliflərlə bağlı yanına məktəbində oxuyan şagirdlərin valideyinlərinin və digər vətəndaşların qəbulunu keçirmişdir. 17.09.219-cu il tarixdə saat 11 radələrində onun kabinetinə bir nəfər şəxs daxil olmuş, həmin şəxs adının Pünhan olduğunu və hal-hazırda “xxxxxxxxxxxxxin” Mingəçevir filalının rəhbəri olduğunu bildirmiş, həmin şəxs onunla söhbət əsnasında onun rəhbərlik etdiyi məktəbə bir təklifi və bundan əlavə olaraq özü üçün bir xahişi olduğunu bildirmiş, o, isə Pünhan adlı şəxsin fikirlərini dinləmiş, həmin şəxs rəhbərlik etdiyi şirkətin vasitəsi ilə onun rəhbərlik etdiyi məktəbə müəyyən məktəb avadanlıqları və dəftərxana ləvazimatları bağışlamaq niyyətində olduğunu bildirmiş, o isə həmin şəxsə onun rəhbərlik etdiyi məktəbə heç bir avanadnlıq lazım olmadığını və məktəbin oturacaqlarının Turkiyə Respublikasından gətirildiyini demiş, həmin şəxs isə ona icazə versə, həmin oturacaqların şəkillərini çəkmək istədiyini demiş, o, isə razılıq vermiş, daha sonra Pünhan adlı şəxs tanışı olan bir nəfər şəxsin MİQ imtahanında iştirak etdiyini, lakin imtahanlarda yetərli bal toplaya bilmədiyi üçün şəhərdə işə qəbul ola bilmədiyini deyib həmin şəxsin onun rəhbərlik etdiyi məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəlməsini xahiş etmiş, o, isə həmin şəxsə müəllimlərin vakansiya göstərilən yerlərə yalnız MİQ ilə işə qəbul edildiklərini və onun rəhbərlik etdiyi məktəbdə ingilis dili fənnindən dərs saatları çox olduğundan müddətli müqavilə əsasında yalnız Təhsil Nazirliyinin məktubu əsasında vakansiya olan yerə müəllimi işə qəbul edə biləciyini demiş, Pünhan işə qəbul olmaq istəyən xanımın atası ilə məktəbin həyətində olduğunu və icazə versə onunla görüşdürmək istədiyini bildirmiş, o, isə buna etiraz etməmiş və Pünhana yenə də müddətli müqavilə əsasında işə götürsək belə həmin şəxslərin əvvəlcə TN-nin ƏMHM-ə müraciət etməli və həmin qurumdan razılıq məktubu olduqdan sonra müddətli müqavilə əsasında işə qəbul olunacağını demiş, Pünhan otaqdan çıxıb bir neçə dəqiqə sonra həmin şəxslərlə onun otağına daxil olmuş, işə qəbul olmaq istəyən xanım atası ilə birgə onun qəbuluna gəlmiş, o, xanımın diplomuna baxdıqdan sonra Bakı Mühəndislik Universitetini bitirdiyini görmüş və həmin şəxslərə yalnız TN-nin ƏMHM-nin onlara razılıq verdiyi halda onun rəhbərlik etdiyi məktəbdə işləyə biləcəyini bildirmişdir. Daha sonra Pünhan və həmin şəxslər çıxıb getmişlər. Səhəri gün səhər saat 10 radələrində onun məktəbinə işə qəbul omaq istəyən xanım və atası gəlmiş, həmin şəxslər ona Pünhan adlı şəxsi əvvəllər tanıyıb tanımadığını soruşduqda o, həmin şəxslərə Pünhan adlı şəxsi əvvəllər tanımadığını bildirmiş, həmin şəxslər Pünhan adlı şəxsə xanımı işə düzəltmək üçün 1800 manat pul verdiyini ona bildirdikdə o, həmin şəxslərə məktəbə işə qəbul olmaq üçün MİQ imtahanlarında iştirak etmək lazım olduğunu, müddətli müqavilə əsasında işə qəbul olmaq üçün isə yalnız TN-nin razılığı əsasında və ƏMHM-nin razılıq məktubu əsasında işə qəbul ola biləcəyini bildirmiş və həmin şəxsləri işə qəbul qaydalarını biılmədikləri üçün qınamışdır. Daha sonra həmin şəxslər Pünhan adlı şəxs tərəfindən aldadıldıqlarını başa düşüb çıxıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o,ailəsi ilə birlikdə Mingəçevir şəhəri, Nizami küçəsi ev 2, mənzil 68-də yaşayır. 2019-cu ilin avqust ayında telefonunda “VVatsapp” sosial şəbəkəsində tanışı Lalə adlı şəxsin statusunda X11 filialı üzrə Mingəçevir şəhər mərkəzi bazarının qarşısında işə qəbul elan etdiyini görmüş, o da oğlunun işə girməsi üçün oğluna bu barədə məlumat vermiş və oğlu ilə birgə Mingəçevir şəhəri mərkəzi bazarının qarşısına getmişlər, lakin orada heç kim olmamış, o, Lalə adlı tanışına zəng vurub burada heç kimin olmadığını bildirmiş, Lalə adlı şəxs isə ona həmin şəxsin Mingəçevir şəhəri, Dostluq parkında işə qəbulla bağlı toplandığını bildirmiş, daha sonra onlar orada Pünhan adlı şəxslə görüşdükdə Pünhan oğlu Sahibə təmannasız olaraq işə qəbul olunacağını bildirmiş, daha sonra Pünhan adlı şəxs oğluna müəyyən sənədləri gətirmək lazım olduğunu bildirmiş və həmin sənədlərin təsdiq olunmasının zəruri olduğunu deyib oğlundan 24 manat pul almış, Pünhan onlara işə girmək istəyən şəxs olduqda təmannasız işə qəbul etdiyini bildirmiş, bundan sonra o, ətrafında olan şəxslərədə Pünhan adlı şəxsin Gilan Holdinqə işə təmannasız işə qəbul etdiyini bildirirmiş, həmçinin o, Pünhanın istifadəısində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlayıb danışan zaman o, Pünhana Ülkər adlı tanışının Quba rayonunda ingilis-dili müəlliməsi kimi işə düzəldiyini, lakin orada şəraiti yaxşı olmadığı üçün orada işləməyəcəyini və bu səbəbdən də Ülkər adlı tanışına onun şirkətində uyğun iş olub-olmaması barədə maraqlanmış, Pünhan adlı şəxs isə ona Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbdə Ülkəri asanlıqla işə qəbul etdirə biləcəyini bildirmiş və nömrəsinin Ülkərə verməsini istəmiş, bundan sonra o, Ülkərə zəng vurub Pünhan barədə məlumat verərək Pünhanla aralarında olan söhbətləri Ülkərə danışmış və daha sonra Pünhanın nömrəsini Ülkərə danışmaq üçün vermiş, 2019-cu ilin sentyabr ayında axşam saatlarında Ülkər ona zəng vurub Pünhan adlı şəxlə görüşüb Mingəçevir şəhəri 15 nömrəli məktəbin dirktorunun qəbulunda olduğunu və daha sonra Pünhan adlı şəxsin məktəbin direktoru üçün 2000 manat pul vermək lazım olduğunu bildirmiş, o, isə Ülkərə qəti şəkildə Pünhana pul vermək lazım olmadığını demiş və Ülkərdə həmçinin rüşvət yolu ilə işə qəbul olunmaq istəmədiyini bildirmiş, xx xxxxxxxx 2019-cu il tarixdə o, Ülkərə zəng vurmuş, Ülkər ona 1800 manat pulu Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbində ingilis dili müəlliməsi kimi işə düzəlmək üçün artıq Pünhana verdiklərini və Pünhanın onları aldadıb telefonlarını söndürərək aradan çıxdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, “Gənclər şəhərciyi” yaşayış kompleksi blok 25, mənzil 18-də yaşayır. Zərərçəkmiş şəxs9 onun doğma qardaşıdır. İlham Ağdaş rayon Şəmsabad kəndində yaşayır. Qardaşı İlham xx.xx.2012-ci il tarixdə N saylı hərbi hissədə əsgər kimi xidmətə başlamış, xx.xx.2012-ci il tarixdə əsgər olduğu hərbi hissədən X18 kursunu keçmək üçün Xüsusi Təyinatlı hərbi hissəyə ezam olunmuş və xx.xx.2013-cü il tarixdə X18 kursunu bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən ona gizir rütbəsi verilərək Xüsusi Təyinatlı hərbi hissənin kəşfiyyatçı vəzifəsində xidmətə davam etmişdir. xx.xx.2016-cı il tarixdə Ağdərənin rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanaraq İİ qrup müharibə əlili kimi ordu sıralarından təxris olunmuş, qardaşı İlham ona xx.xx.2020-ci il tarixdə saat təxminən 14-15 radələrində zəng edərək onun mobil nömrəsini Pünhan adlı şəxsə verməsini və həmin Pünhan adlı şəxslə görüşüb ona N manat pul verməsini bildirmiş, həmçinin İlham ona verdiyi N manat pulunu sonra qaytaracağını demiş, həmin gün axşam radələrində Bakı şəhərində ona bir nəfər zəng etmiş, adının Pünhan olduğunu bildirmiş və onun İlhamın qardaşı olduğunu demiş, o da həmin şəxsə İlhamın qardaşı olduğunu söyləmiş, həmin Pünhan adlı şəxs ona görüşməyi təklif edərək “sizdə mənə çatası N manat pul var” demişdir. O, Pünhanla Bakı şəhəri Şamaxinka deyilən yerdə görüşmüş, pulun evdə olduğunu bildirb Pünhanı onun idarə etdiyi “Chevrolet” markalı **-UX-*** qeydiyyat nişanlı avtomobilində qabaqda əyləşdirmiş, sonra Pünhanla birlikdə yaşadığı Abşeron rayonu, Gənclər şəhərciyinə getmiş, orada hava soyuq olduğu üçün Pünhana verəcəyi N manat pulun evdə olduğunu deyib Pünhana onunla birlikdə evə qalxmağı demiş, Pünhan da onunla birlikdə evə çıxmış, Pünhan onun yaşadığı evə daxil olmuş, evdə Pünhan onunla bərabər çay içmiş, daha sonra Pünhan ona demişdir ki, “mən gedirəm, mənim başqa bir şəxslə görüşüm var, pulu ver mən gedim”. Hətta o, orda Pünhana İlhamdan 3000 manatı aldığını soruşmuş, Pünhan da ona “3000 manat aldığını, ondan da N manat aldıqdan sonra onun işini tez həll edəcəyini, İlhama müharibə əlilləri üçün avtomobil verilməsi növbəsinə də yazdıracağını, həmçinin də onu Fövqaladə Hallar Nazirliyinə işə də düzəldəcəyini demiş, o, yaşadığı ünvan 8 mənzil 18 ünvanın giriş qapısının qarşısında Pünhana N manat pul vermiş, Pünhan da həmin verdiyi N manat pulu cibinə qoyub getmiş, bundan sonra o, qardaşı İlhama zəng edərək Pünhana pul verməsi barədə məlumat vermiş, aradan təxminən 1-2 gün keçdikdən sonra İlham ona zəng etmiş və Pünhana zəng çatmadığını, onları aldatdığını demiş, sonradan Pünhanın qardaşı İlhamdan əlavə digər rayonlarda da müxtəlif şəxsləri müxtəlif adlarla aldadaraq dələduzluq etdiyi məlum olmuş, daha sonra da Pünhanın Ağdaş RPŞ tərəfindən tutulmasını və barəsində həbs qətimkan tədbirinin seçildiyini bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 75-də ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, Ağdaş şəhəri, Koroğlu küçəsində iki mərtəbəli yaşayış evi vardır. O, həmin evdə yaşamır. Lakin həmin evi kirayəyə vermişdir. xx.xx.2019-cu il tarixdə evi boş olduğundan Ağdaş şəhərində makler kimi tanınmış X10 ona zəng edib evi kirayəyə istəyən olduğunu bildirmişdir. O da Məqsədə demişdir ki, “mən Bakı şəhərindəyəm Ağdaşa gəlim gedək evi həmin şəxsə göstərək əgər bəyənsə verərəm”. O, xx.xx.2019-cu il tarixdə Ağdaş şəhərinə gəlmiş və Məqsədlə Ağdaş şəhərində M.İsayev küçəsində yerləşən “Üzünük” adlı kafedə görüşmüşdür. Məqsəd sonradan adını bildiyi Göyçay şəhəri, Ş.Qurbanov küçəsi, 10 nömrəli evdə qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə onu tanış etmiş, o da həmin şəxslə görüşmüşdür. Bundan sonra onlar üçü də birlikdə Ağdaş şəhəri, Koroğlu küçəsi 22 nömrəli evinə getmişlər. Həmin Pünhan adlı şəxs onun evini bəyənmişdir. Pünhan ona demişdir ki, “ayda sənə 200 manat pul verəcəm”. O da Pünhanla razılaşmışdır. Bundan sonra Pünhan ona şəxsiyyət vəsiqəsinin kseresurətini və 200 manat pul vermişdir. O da evin açarlarının birini Pünhana vermişdir. Həmçinin sonradan bilmişdir ki, Pünhan ailəlidir, ailəsində gətirib birlikdə onun kirayə verdiyi evində yaşayırlar. xx.xx.2020-ci il tarixdə Ağdaş şəhər sakini İİ qrup müharibə əlili kimi tanıdığı İlham adlı şəxs ona zəng vuraraq “sənin evində kirayə qalan şəxsi tanıyırsanmı” soruşmuş, o da İlham adlı şəxsə “mən həmin şəxsi tanımıram, bilirəm ki, Göyçaylıdır və o şəxsiyyət vəsiqəsinin kserosurətini mənə veribdir, lakin onun nə iş görməsini bilmədiyini demişdir. Həmçinin qonşuluğunda yaşayan Pərviz adlı şəxs də ona zəng etmiş və o, İlhama dediyi kimi də Pərvizə bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, onun evində kirayə yaşayan Pünhan adlı şəxs İİ qrup müharibə əlili kimi tanıdığı İlham adlı şəxsə qarşı dələduzluq edərək onun 4000 manat pulunu almışdır. Daha sonra Pünhanın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng vurmuş, lakin Pünhana zəng çatmamışdır. Bundan sonra o, Ağdaş şəhərində olan Pünhana kirayə yaşaması üçün verdiyi evinə gəlmiş, evə gəlib baxan zaman Pünhanın öz əşyalarını götürüb getdiyini görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ev 1/1-də yaşayır və Ağdaş şəhərində maklerlik işi ilə məşğul olur. Bildirmişdir ki, Ağdaş şəhər sakini X19 onun dostudur. X33 şəhəri, Köroğlu küçəsində iki mərtəbəli yaşayış evi vardır və İlham həmin evdə yaşamır. Həmçinin İlham həmin evi kirayəyə vermiş və ona demişdir ki, “kirayəyə ev istəyən olsa mənə xəbər edərsən”. xx.xx.2019-cu il tarixdə adını bildiyi Pünhan adlı şəxs ona yaxınlaşaraq özünü vəkil kimi təqdim etmiş və kirayəyə ev axtardığını və onu da makler kimi tanıtdıqlarını bildirmişdir. Dostu İlhamın evini Pünhana demişdir. Həmin Pünhan adlı şəxs ona bildirmişdir ki, “gedək evə baxaq, xoşuma gəlsə razılaşarıq”. Hətta Pünhan ona bildirmişdir ki, “ailəliyəm və ailəmidə gətirəcəm”. Bundan sonra o, həmin tarixdə dostu İlhama zəng edib evi kirayəyə istəyən olduğunu bildirmişdir. İlham da ona Bakı şəhərində olduğunu və Ağdaşa gələndə gedib evi həmin şəxsə göstərərik, əgər bəyənsə verərəm demişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə İlham Ağdaş şəhərinə gəlmiş və onlar Ağdaş şəhərində M.İsayev küçəsində “Üzünük” adlı kafedə görüşmüşlər. Sonrada o, Göyçay şəhəri, Ş.Qurbanov küçəsi 10 nömrəli evdə qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə İlhamı tanış etmişdir. Bundan sonra onlar üçüdə birlikdə İlhamın evinə getmişlər. Pünhan adlı şəxs İlhamın evini bəyənmiş, lhama ayda 200 manat pul yerəcəyini bildirmişdir. İlham da Pünhanla razılaşmış, sonra Pünhan İlhama şəxsiyyət vəsiqəsinin kseresurətini və 200 manat pul vermişdir. İlham da evin açarlarını birini Pünhana vermişdir. Təxminən xx.xx.2020-ci il tarixdə şəhər sakini İİ qrup müharibə əlili kimi tanıdığı İlham adlı şəxs onunla görüşmüş və bildirmişdir ki, “sənin dostun İlhamın evində kirayə qalan şəxsi tanıyırsanmı”. O da demişdir ki, “o, həmin şəxsi tanımır, bilir ki, Göyçaylıdır və o şəxsiyyət vəsiqəsinin kserosurətini ona veribdir, lakin onu İlhama vermişdir”. Pünhan 2019-cu dekabr ayının 20-dən İlhamın evində kirayə yaşamışdır. O, İlhamdan Pünhanı nə üçün axtarmasını soruşmuş, İlham ona bildirmişdir ki, “mənə iş düzəltməlidir, o evdən çıxsa və açarı gətirib sənə versə mənə xəbər et”. Daha sonra İlham çıxmış, bundan sonra dostu İlham ona zəng edib bildirmişdir ki, “Pünhan barəsində nəsə bilmişəm, gəlim, gedək evə baxaq”. Dostu İlham gəlmiş, o, İlhamla birlikdə evə baxmağa getmiş və həmin vaxt Pünhanın evdə olmadığını və getdiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, dostu İlhamın evində kirayə yaşayan Pünhan İİ qrup mühariharibə əlili kimi tanıdığı İlham adlı şəxsə qarşı dələduzluq edərək onun 4000 manat pulunu almışdır. İlham Pünhana həmin pulun 3000 manatını Ağdaş rayonunda vermiş, N manatını isə İlhamın Bakı şəhərində yaşayan qardaşı ona vermişdir. Bundan sonra Pünhanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş, lakin Pünhanın nömrəsinə zəng çatmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri H.Əliyev pr. ev 107 üvanında yaşayır. Uzun müddətdir ki, İsmayıllı şəhəri, Əşya bazarında dərzi işləyir. İşlədiyi müddətdə çox sayda insanlarla tanış olmuşdur. Həmin şəxslərdən biri də İsmayıllı rayonu, Sumağallı kənd sakini Zərərçəkmiş şəxs6dur. Hacıağa ikinci qrup əlildir. Hacıağa onun daimi müştərisidir. Bir dəfə Hacıağa ona əlillər üçün avtomobil növbəsinə növbədənkənar duraraq avtomobil almaq istədiyini bildirmişdir. Həmçinin Hacıağa onun uzun müddət bazarda işlədiyini, bununla əlaqədar çox sayda insanları tanıdığını düşünərək Hacıağanın avtomobil almaq işinə kömək etməsini onda xahiş etmişdir. 2019-cu ilin sonları tanımadığı bir şəxs yanına gələrək yeni aldığı kostyumu düzəltdirmək istədiyini bildirmişdir. O, həmin şəxsin kostyumunu götürərək düzəltməyə başlamış, iş əsnasında həmin şəxslə söhbət etmişlər. Söhbət zamanı özünü vəkil Təqsirləndirilən şəxs kimi təqdim edərək dünya səviyyəsində tanınmış vəkil olduğunu demiş, o, kostyumunu düzəltdirdikdən sonra həmin şəxsə vermiş və həmin şəxs bazardan çıxaraq getmişdir. Bu vaxtlarda Hacıağa onun yanına gələrək “Süleyman sənin yanına çoxlu adamlar gəlir. Mənə kömək elə. Əlillər üçün avtomobil növbəsinə növbədənkənar girim” demişdir. Bu zaman o, Pünhanı nəzərdə tutaraq “bir nəfər var ona deyərəm görüm nə deyir” demişdir. 2-3 gün sonra Pünhan yenidən bir neçə paltar alaraq, həmin paltarları düzəltdirmək üçün onun yanına gəlmişdir. O, Pünhana bir tanışının əlillərə verilən avtomobil növbəsinə növbədənkənar dayanaraq avtomobil almaq istədiyini dedikdə Pünhan bu işi həll edə biləcəyini ona bildirmişdir. Həmin vaxt o, Pünhan ilə Əşya bazarının yaxınlığında yerləşən açıq havada olan bir çayxanada oturub çay da içmişlər. Çay içərkən Pünhan ondan Hacıağanın mobil nömrəsini istəmiş, o da Pünhana Hacıağanın mobil nömrəsini vermişdir. Bir neçə gün sonra o Hacıağa ilə mobil telefon vasitəsilə əlaqə yaratmış və tərəflər razılığa gəlmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Hacıağa idarəsində olan avtomobil ilə qohumu Şərif ilə birlikdə İsmayıllı şəhər bazarına gələrək onu da götürüb bir yerdə Pünhanın yaşadığı İsmayıllı şəhəri, Nizami küçəsi ev 11, mənzil 8 ünvanındakı evə getmişlər. Pünhanın yaşadığı evdə olarkən onlar çay içmişlər. Çay süfrəsi arxasında Pünhan bir nəfər ilə mobil telefonla danışmış, o, Pünhanın kiminlə danışıdığını bilməmişdir. Lakin həmin şəxs mobil telefon vasitəsilə Pünhana “niyə gəlib avtomobili götürmürlər? Sənədləri burdadı gəlib avtomobili götürsünlər. Dövlət səviyyəsində çəkiliş də olacaq” demişdir. Hacıağa evdə olarkən 1500 manat pulu Pünhana vermişdir. Təxminən 20-25 dəqiqə evdə oturduqdan sonra onlar Pünhanla sağollaşaraq evdən çıxmışlar. Sonradan öyrənmişdir ki, Pünhan Hacıağanı aldadaraq telefonlarını söndürmüş və qaçıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, validynləri ilə birlikdə Göyçay şəhəri, Ş.Qurbanov küçəsi ev 10-da yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əri olduğunu bildirmişdir. O, Pünhanla xx.xx.2015-ci il tarixdə rəsmi olaraq boşanmışdır. Onların birgə nigahdan iki azyaşlı övladı olmuşdur. Həmin uşaqlar onunla birgə yaşayır. Yaşadığı ev atasına məxsusdur. Təqsirləndirilən şəxs da həmin ünvanda qeydiyyatdadır. Lakin Pünhan onlarla yaşamır. O, Pünhanla boşandıqdan sonra Pünhan uşaqlarına təsadüfi hallarda aliment vermişdir. Hətta Pünhan aliment ödəməkdən boyun qaçırdığı üçün məhkəməyə müracitələri olmuşdur. Axırıncı dəfə də Pünhan onunla 2019-cu ilin dekabr ayının əvvəllərində telefon əlaqəsi saxlayıb ona bildirmişdir ki, “uşaqlara taksi ilə ərzaq məhsulları yollayıram və onu qəbul elə”. Lakin o, Pünhanla üzbəüz gəlməmişdir. Sonradan eşitmişdir ki, Pünhan İsmayıllı rayonunda dələduzluq cinayəti etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin də ona məlum omuşdur ki, Pünhan Ağdaş, Mingəçevir və digər rayonlarda da dələduzluq cinayəti etmişdir. Ağdaşda da cinayət etdiyi üçün həbs olunmuşdur. Pünhanın anası rəhmətə getmiş, atası isə sağdır. Pünhanla uşaq vaxtlarından atasının heç bir əlaqəsi olmamışdır. Pünhanın bir qardaşı var, o da, Rusiya Federasiyasında yaşayır. Ümumiyyətlə Pünhanın daimi yaşayış yeri yoxdur. Pünhanın əvvəllər Bakı şəhərində sonra isə digər rayonlarda da müvəqqəti yaşamasını eşitmişdir. X26 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X26 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışığını əks etdirən bir ədəd ağ rəngli CD formatlı diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından suiistifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünün “xxxxxxxxxxxxx”ASC-nin Mingəçevir şəhəri üzrə filialının rəhbəri vəzifəsində işləməsinə inandırıb qızı Şahid1 Mingəçevir şəhərində yerləşən Texniki- Humanitar Litseyinə ingilis dili müəlliməsi vəzifəsinə işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs1la onun idarə etdiyi avtomobilində görüşərək sonuncudan 1800 (min səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Bakı Biznes Universitetində İngilis dili üzrə tərcüməçilik fakültəsində oxuyan oğlu X2 illik təhsil haqqının azaldılmasında köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin oktyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs2la görüşərək sonuncudan 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətdə olan oğlu X15 xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsində köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin oktyabr ayında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayı evində Zərərçəkmiş şəxs3lə görüşərək sonuncudan N(bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısında adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin noyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs4lə görüşərək sonuncudan 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Şahid3 Qəbələ rayonunda yerləşən “ASAN” xidmətə işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə 2019-cu ilin noyabr ayında kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs5la görüşərək sonuncudan N (bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısınaa adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə saat 13 radələrində kirayədə yaşadığı İsmayıllı şəhəri Nizami küçəsi ev 11 mənzil 8 ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs6la görüşərək sonuncudan 1500 (bir min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivində yerləşən fərdi yaşayı evində Zərərçəkmiş şəxs3lə görüşərək sonuncudan 3500(üç min beş yüz) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına atası Barat Məmmədlinin adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə kirayədə yaşadığı Şirvan şəhəri, 28 May küçəsində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs7 ilə görüşərək sonuncudan N(bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına atası İlqar Əliyevin adının ön sıraya salaınmasına köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2019-cu il tarixdə kirayədə yaşadığı Şirvan şəhəri, 28 May küçəsində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs8lə görüşərək sonuncudan N(bir min) manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 özünün hüquqşünas-vəkil olmasını inanadırıb Əmək və X17 Nazirliyinin Qarabağ Müharibəsi əlilləri üçün avtomobil veriləcək şəxslərin növbəlik üzrə siyahısına adının ön sıraya salaınmasına və Fövqaladə Hallar Nazirliyində işə düzəlməsinə köməklik göstərəcəyini vəd verərək aldadıb bu məqsədlə xx.xx.2020-ci il tarixdə 14 radələrində kirayədə yaşadığı Ağdaş şəhəri, Koroğlu küçəsində yerləşən fərdi evdə Zərərçəkmiş şəxs9la görüşərək N manat pulunu, həmin günü saat 22:20 radələrində ünvan 2 ünvanında yerləşən fərdi evdə X6 vasitəsi ilə N(bir min) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs9 ümumilikdə 4000(dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli bilməməsi barədə göstərdikləri iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təkzib olunduğundan məhkəmə tərəfindən qeyri-səmimi və özünümüdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs X1 şəhəri, Ş.Leninski rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 159-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək (01) bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağdaş RİH başçısının Şəmsəbad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün İsmayıllı RPŞ tərəfindən axtarış elan edilmiş, xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmış, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər RPŞ tərəfindən tutularaq həbsə alınmış, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra o, xx.xx.2020-ci il tarixində Ağdaş RPŞ tərəfindən şübhəli şəxs qismində tutulmuş, Ağdaş RM-nin xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X23 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Mahir oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs8 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefon danışığını əks etdirən bir ədəd ağ rəngli CD formatlı diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili X23 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Mahir oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-432/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-432/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver