Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-432/2023 27.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 11-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1975-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron rayonu Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 23-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, köhnə qəbirastanlıgın yaxınlığında yerləşən yarımtikilinin giriş qapısının dəmir barmaqlıqlarını sındırıb tiklinin içərisinə birlikdə qanunsuz daxil olaraq, oradan hər kubunun dəyəri 400 manat olan ümumi 800 manat dəyərində 2 kub taxtanı və evin zirzəmisində olan bir ədəd 200 manat dəyərində dəmir qapını, yəni ümumilikdə 1000 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən mişar daşları ilə inşa edilmiş hasar ilə əhatə olunanş torpaq sahəsinə birlikdə qanunsuz daxil olub, oradan qarajın 1000 manat dəyərində bir ədəd 3,4 x 2 metr ölçüdə dəmir darvazasını, ümumi 200 manat dəyərində hər birinin uzunluğu 3,5 metr olan 9 ədəd dəmir borunu, 100 manat dəyərində 1 ədəd dəmir şvelleri və ki'ınclüyü, hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd çarpayı başlığını, yəni ümumilikdə 1400 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərcəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçüıı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf selofana bükülmüş, bir bükümdən ibarət 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına’' daxil olan ümumi 1,040 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon Hökməli qəsəbəsi ərazisində saxlanılaraq. Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli parça şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədədə bükümdə təmiz şəkisi. 1,040 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, köhnə qəbirastanlıgın yaxınlığında yerləşən yarımtikilinin giriş qapısının dəmir barmaqlıqlarını sındırıb tiklinin içərisinə birlikdə qanunsuz daxil olaraq, oradan hər kubunun dəyəri 400 manat olan ümumi 800 manat dəyərində 2 kub taxtanı və evin zirzəmisində olan bir ədəd 200 manat dəyərində dəmir qapını, yəni ümumilikdə 1000 manat dəyərində əmlakı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən mişar daşları ilə inşa edilmiş hasar ilə əhatə olunanş torpaq sahəsinə birlikdə qanunsuz daxil olub, oradan qarajın 1000 manat dəyərində bir ədəd 3,4 x 2 metr ölçüdə dəmir darvazasını, ümumi 200 manat dəyərində hər birinin uzunluğu 3,5 metr olan 9 ədəd dəmir borunu, 100 manat dəyərində 1 ədəd dəmir şvelleri və künclüyü, hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd çarpayı başlığını, yəni ümumilikdə 1400 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. Maddi cəhətdən sıxıntılar çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 19 dekabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Qobu qəsəbəsində dostu Qılmanın yaşadığı evdə olarkən qəsəbəni gəzib, hardan metallomluq dəmir, metal oğurlayıb aparıb satıb çörək pulu etmək qərarına gəlmişlər. Onlar Qılmanın evindən çıxıb gedərkən sonuncu ona demişdir ki, “qəbirsanlıqla üzbə-üz bir ev var, gedək orda görmüşəm pula gedən materiallar var". Onlar birlikdə gedib həmin sahibini tanımadığı evə yaxınlaşmış, orada ev tam tikilib qutarsada pəncərələi olmamış, onlar pəncərədən içəri daxil olub orada olan 6 metrə uzunluğunda olan 13 ədəd 5x15 taxtaları və orada olan bir ədəd dəmir qapını yoldan keçən Foton markalı yük maşını saxlatdırıb evin qarşısına gətirmiş, qeyd etdiyi taxtaları və dəmir qapını həmin tanımadığı dövlət nömrə nişanını bilmədiyi avtomaşına yığıb oradan Qobu yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə dəmir qapını 25 manata taxtaları isi bir ədədini 10 manatdan satmış, Qılmanla birlikdə oğurladığı əşyalardan əldə etdikləri 155 manat pulu yarı bölmüş, hər birinə 77 manat 50 qəpik pul düşmüşdür. Bundan başqa, göstərmişdir ki, tanışı Qılman ilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Qobu qəsəbəsində görüşmüş, Qılman oğurluq etmək üçün yer müəyyən etməsi barədə ona bildirmişdir. Bundan sonra, saat 13 radələrində Qılman dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes" markalı taksi sürücüsü ilə danışıb razılaşmış və oğurluq etmək üçün Qobu qəsəbəsində qəbirstaıılığın yaxınlığında yerləşən yaşayış olmayan torpaq sahəsinə getmişlər. Qılman maşını kənada saxlamağını sürücüdən xahiş etmiş. Qılman oğurluq etmək istədiyi torpaq sahəsinə daş hasarın üzərindən keçməklə daxil olmuşdur. Qılman hasardan daxil olduqdan sonra darvazanı açmış, o da həmin torpaq sahəsinə daxil olmuşdur. Qılmanla birlikdə torpaq sahəsinə yığılmış dəmir darvazasını, 9 ədəd dəmir boruları, 1 ədəd şvelleri və künclüvü 2 ədəd çarpayı başlığı olmaqla bir ədəd çarpayını götürüb, “Mercedes" markalı taksiyə yükləmişlər. Qılman həmin əşyaların özünə məxsus olduğunu taksiyə bildirmiş, bundan sonra oğurladıqları əşyaları Qobu qəsəbəsində yerləşən metal qəbulu sexinə 210 manata satmışlar. Metal qəbulu sexinə Qılman öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, orada da həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmişdir. Metal qəbulu sexindən aldığı 210 manat pulun 30 manatını taksi sürücüsünə vermiş, qalan 180 manatı öz aralarında bölmüşlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radəllərində Bakı şəhərində Yasamal rayonu ərazisndə olarkən bir nəfər təxminən 30- 35 yaşlarında olan arıq bədən qurluşlu şəxs ona yaxınlaşmış, narkotik vasitəyə ehtiyacının olub, olmadığını soruşduqda o, ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxsi tanımır və harada yaşadığını bilmir. Həmin şəxsdən soruşmuşdur ki, neçəyə satırsan, həmin şəxs də demişdir ki, bir isdifadə üçün 15 manata satır. O. həmin şəxslə razılaşmış və sol cibindən bir bükümdə narkotik vasitə olan heroini çıxarıb ona vermiş və o da 15 manat pulu həmin tanımadığı şəxsə vermişdir. Həmin narkotik vasitəni alıb, əynində olan şalvarın sol yan cibinə qoyub Hökməli qəsəbəsinə gəlmiş, fikirləşmişdir ki. axşam isdifadə etsin. Saat təxminən 18 radəllərində iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli olduğu ona bildirmiş və Qobu polis bölməsinə dəvət edilmişdir. O da etraz etməmiş, polis əməkdaşları ilə birlikdfə Qobu PB-nə gəlmiş. Qobu PB-ndə xidməti otaqların birində ona vəkil təqdim edilməklə hüquq və vəziffəlləri izah edilmiş, video çəklişlə üzərinə şəxsi axtariş keçiriləcəyi və üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmamaması vardırsa təqdim etməsi ona bilodirilmişdir. O, etraz etməmiş və əynində olan göy rəngli şalvarın sol yan cibinə qoyduğu şəffaf rəngli selolana bükülmüş narkotik vasitə heroini polislərə təqdim etmişdir. Sonra üzərinə şəxsi axtariş keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən başqa qanunsux saxladığı əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan lıeroin zərfə qoyulub qablaşdırılmış və protokol tərtib edilmiş, o həm zərfə və həm də protokola imza etmişdir. Göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroiıı özünə məxsusdur, özü qəbul etmək üçün əldə etmişdir. Sonda o, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini əsas gətirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntıları olmuş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. 19 dekabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Qobu qəsəbəsində dostu Elnurun yaşadığı evə gəlmiş və aralarında məsləhətləşib qəsəbəni gəzib, metallomluq dəmir, metal oğurlayıb aparıb sataraq çörək pulu etmək qərarına gəlmişlər. Onlar evdən çıxıb gedərkən Elnura qəbirsanlıqla üzbəüz bir ev olduğunu, orda pula gedən materiallar olduğunu gördüyünü demişdir. Bundan sonra, birlikdə gedib həmin sahibini tanımadığı evə yaxınlaşmış, həmin ev tam tikilib qutarsa da pəncərələri olmamış, pəncərədən içəri daxil olub orada olan 6 metr uzunluğunda olan 13 ədəd 5x15 taxtaları və orada olan bir ədəd dəmir qapını götürüb həmin yerə çağırdığı markasını xatırlamadığı avtomobilin yük yerinə yığmışlar. Qobu yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə dəmir qapını 25 manata, taxtaları isə bir ədədini 10 manatdan satmış, Elnurla birlikdə oğurladığı əşyalardan əldə etdikləri 155 manat pulu yarı bölmüş, hər birinə 77 manat 50 qəpik pul düşmüşdür. Bundan başqa, tanışı Elnur ilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Qobu qəsəbəsində görüşmüş, bir neçə gün əvvəl Qobu qəsəbəsində qəbirstanlığın yanında boş torpaq sahəsində dəmir məmulatlarının yığıldığını görmüş, həmin vaxtdan qeyd olunan dəmir məmulatlarını oğurlamaq qərarına gəlmişdir. Bu barədə tanışı Elnura təklif etmiş, sonuncu da etiraz etməmişdir. Yolda tanımadığı dövlət qeydiyyat nişanını unutduğu “Mercedes” markalı taksiyə yaxınlaşıb, özünə məxsus dəmir məmulatlarını metal qəbulu sexinə aparmaq istədiyini bildirmişdir. Sonra birlikdə Qobu qəsəbəsində dəmir məmulatlarının yığıldığı ünvana getmiş, həmin torpaq sahəsinə darvazadan daxil olunması görülməsin deyə taksini kənarda saxlatdırmışdir. Bundan sonra torpaq sahəsinə daş hasarın üzərindən keçməklə daxil olub darvazanı açmış, Elnur da həmin torpaq sahəsinə daxil olmuşdur. Elnur ilə birlikdə köməkləşib dəmir darvazasını, 9 ədəd dəmir boruları, 1 ədəd şvelleri və klinclüyü 2 ədəd çarpayı başlığı olmaqla bir ədəd çarpayını götürüb, “Mercedes” markalı taksiyə yükləmişlər. Oğurladığı əşyaları Qobu qəsəbəsində yerləşən metal qəbulu sexinə 210 manata satmış, metal qəbulu sexinə Qılman öz şəxsiyyət vəsiqəmi təqdim etmişdir. Orada da həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmiş, metal qəbulu sexindən aldığı 210 manat pulun 30 manatını taksi sürücüsünə vermiş, qalan 180 manatı öz aralarında bölmüşlər. Sonda o,əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini əsas gətirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Qobu qəsəbəsində yeni məhəllə adlanan yerdə yeni tikilmiş vəziyyətdə olan təmirsiz evi var. O, mənzilini təmir etmək məqsədi ilə oraya bəzi tikinti materialları yığmış, sonuncu dəfə həmin evdə xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə gəlib həmin evə baxanda giriş qapısının dəmir barmaqlıqların qırıb mənzilə yıgdıgı 2 kub taxtanı, bir ədəd dəmir qapını naməlum şəxs oğurlandığını görmüşdür. Bu səbəbdən də baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. O, dəmir qapını 200 manata və 2 kub taxtanı isə 800 manata almış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1000 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona heç bir maddi və digər ziyanın dəymədiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 10 il əvvəl Abşeron rayonu, Qobu qəsəbəsində 0,12 ha torpaq sahəsi almış və həmin torpaq sahəsini mişar daşı ilə əhatəyə almışdır. Həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün müəyyən tikinti materialları alıb torpaq sahəsinə yığmışdır. Həmin torpaq sahəsinə hər 10-15 gündən bir getmiş, 09 dekabr 2022-ci il tarixdə sonuncu dəfə torpaq sahəsinə baş çəkmək üçün getdikdə orada hər şey qaydasında olmuş, 25 dekabr 2022-ci il tarixdə yenidən torpaq sahəsinə baş çəkmək üçün gəlmiş, lakin həmin vaxtı torpaq sahəsinin girişində qoyduğu 3.40x2 metr ölçüdə 1000 manat dəyərində dəmir darvazasının, torpaq sahəsinin içərisində yerləşən ümumi dəyəri 200 manat olan hər birinin uzunluğu 3,5 metr olan 9 ədəd dəmir borunun, bir ədəd 100 manat dəyərində dəmir şvellerin və 1 ədəd künclüyün, bir ədəd 100 manat dəyərində dəmir çarpayının və 2 ədəd başlığının oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1400 manat dəyərində maddi ziyan dəymiqdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsində istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 3 ilə yaxındır ki, Abşeron rayonu, Qobu qəsəbəsində Hökməli-Qobu yolunun kənarında Ramil Bədəlova məxsus metal qəbulu məntəqəsində işləyir. İşlədiyi metal qəbulu sexində həm istifadəyə yararsız metalların, tikinti materiallarının qəbulu ilə və həm də işlənmiş əşyaların qəbulu ilə məşğul olur. 19 dekabr 2022-ci il tarixdə işdə olarkən üzdən tanıdığı, adını sonradan bildiyi Qılman adlı şəxs bir nəfər tanışı ilə işlədiyi sexə gəlmişdir. Sonuncular yük maşını ilə gəlmişdir. Qılman yük maşını ilə istifadədə olunmuş tikinti materiallarını gətirdiyini və tikintidən artıq qaldığı üçün dəyərindən ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Belə ki. Qılman yük maşını ilə 6 metr uzunluğunda olan 13 ədəd 5x15 ölçülü taxtalar və bir ədəd dəmir qapı gətirmişdir. Sonuncunun gətirdiyi tikinti materiallarına və dəmir qapıya baxmış və onların istifadədə olmasını nəzərə alaraq Qılman ilə qiymətini razılaşmışdır. Qılman tikinti materiallarının və dəmir qapının özünə məxsus olduğunu bildirdiyi iiçiin onun şəxsiyyət vəsiqəsinin surətini alıb qeydiyyat apardıqdan sonra həmin materilların pulunu ona vermiş və materialları ondan təhvil almışdır. Belə ki. metal qapını metal kimi 25 manata, taxtaların birini isə 10 manata onunla razılaşmış, sonrakı günlərdə dəmir qapını metal kimi təhvil vermiş və taxtaları isə hissə-hissə müştərilərə satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Qılmanın bir nəfər tanışı ilə sexinə Mercedes markalı yük maşını ilə yenidən gəldiyini görmüşdür. Qılman bu dəfə də yük maşını ilə bir ədəd dəmir darvaza, 9 ədəd dəmir boru, bir ədəd şveller, bir ədəd künclük, bir ədəd çarpayı gətirmişdir. O. həmin əşyalara baxdıqda onların istifadədə olmuş əşyalar olduğunu görmüşdür. Qılman gətirdiyi materialların və dəmir qapının özünə məxsus olduğunu bildirdiyi üçün onun şəxsiyyət vəsiqəsinin surətini alıb yenidən qeydiyyat apardıqdan sonra həmin materilların qiyməti barədə onunla razılaşmış və aralarında olan razılaşmaya görə ona 210 manat pul ödəyib materialları ondan təhvil almışdır. Bundan sonrakı günlərdə dəmir qapını metal kimi təhvil vermiş və digər materilaları isə hissə-hissə müştərilərə satmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq şahid kimi verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitəni üzərində qəbulu, saxlaması və gəzdirməsi barədə Abşeron rayon Polis İdarəsinin Qobu PBnə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında və gəzdiriltnəsində şübhəli olduğu üçün 09 fevral 2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılılmış və Qobu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 09 fevral 2023-cü il tarixdə Abşeron rayonu. Hökməli qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinin Qobu PB-nə dəvət edilmişdir. PB-də xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə heroinə oxşar kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində öz istifadəsi üçün alaraq öz üzərində saxladığını və narkotik maddə aldığı şəxsin əlamətlərini xatırlamadığını bildirmişdir. Bundan sonra, təqdim edilmiş narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin Qobu PB-nin polis sahə rəisi, polis kapitanı Şahid3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Qobu PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polis mayoru Şahid2 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Abşeron rayon Pİ-nin Qobu PB-nə gətirilərək inzibati binada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı, həmin bir ədəd selofona bükülü narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin xx.xx.2023-cü il tarixli, 6/817 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №245» dairəvi möhür əksi və «imza Təqsirləndirilən şəxs1-imza, iştirak etdilər - 3 imza. Tərtib etdi: M. Həsən ov imza.xx.xx.2023» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 1,040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin ümumi çəkisi 1,040 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0,990 qram təşkil edir. İş üzrə maddi sübut kimi tanınmış ekspert tədqiqatından qalıq qalmış 0,990 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş və bir ədəd DVD diskinin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin xx.xx.2023-cü il tarixli 944 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və binaya qanunsuz daxil olub, özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir.Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin elan olunmuş ifadələri, şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökm çıxarılmalı və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cümaddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması və həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qobu qəsəbə İƏD üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, 11 nömrəli evdə həyat yoldaşı Xəyalə Ağazadə, uşaqları 2018-ci il təvəllüdlü Nailə və 2018-ci il təvəllüdlü Elay ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 tərəfindən iş üzrə vurulmuş ziyanın ödənilməsi və himayəsində iki azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş və onun barəsində xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,990 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə olunmalıdır. Həmçinin məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və binaya qanunsuz daxil olub, özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etməsi tam sübutdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahidlərin elan edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəmənin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və o, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən və hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. İş materiallarında olan Qobu qəsəbə İƏD üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, 15 nömrəli evdə həyat yoldaşı, uşaqları 2003-cü il təvəllüdlü İlkin və 2013-cü il təvəllüdlü Qızılgül ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən iş üzrə vurulmuş ziyanın ödənilməsi və himayəsində bir azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş narkomaniyadan məcburi müalicəyə cəlb olunması və narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində və Təqsirləndirilən şəxs2 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılmanın iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi narkotik vasitə olan 0,990 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş narkomaniyadan məcburi müalicəyə cəlb olunması və narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində və Təqsirləndirilən şəxs2 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-432/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-432/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver