Məhkəmə qərarları › İş №1(012)-432/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-432/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-432/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə video konfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş) xx xxxxxx 1968-ci ildə Xızı rayonunun Altıağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, Abşeron rayon Məhkəməsinin 11 avqust 2023cü il tarixli, 4(012)-607/2023 saylı qərarı ilə barəsində "həbs" qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükülüdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 1,721 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 35 manata əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 09 avqust 2023-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 6 saylı binanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib həmin gün saat 20:35-dən 20:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 1,721 qram olan ağ rəngli kristallardan ibarət-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. X7 Dəlilləri: Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulmuş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 09 avqust 2023-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı binanın qarşısında olan zaman iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etməklə Abşeron rayon Polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olmalarını, ona psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olmasını, həmçinin onlarla birlikdə idarəyə getməli olmasını bildirmişdirlər. İdarədə vəkilin iştirakı ilə ona şubhəli şəxs qismində hüquq və vəzifələri elan olunmuş, daha sonra videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirmişdir. O, könüllü olaraq cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxararaq masanın üzərinə qoymuş, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün etməsini və üzərində gəzdirməsi barədə məlumat vermişdir. Üzərindən aşkar edilmiş 1 ədəd içərisində psixotrop maddə olan şəffaf selofana bükülmüş kütlə zərfə qoyulmuş, üzəri möhürlənmiş və axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı və dövlət hesabına ayrılmış müdafiəçisi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Sonda etdiyi əməldən peşman olmasını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq olunmamasını, himayəsində baxıma ehtiyacı olan nəvələrinin olmasını və vərəm xəstəliyindən əziyyət çəkməklə hazırda X1 müalicə almasını bildirməklə barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəllər əldə edib, üzərində saxlaması barədə qərəsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün idarə rəhbərliynə raportla müraciyyət etmiş və əməlıiyyat qrupu yaradılmaqla, həmin qrupa idarənin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Həmin əməliyyat tədbiri ilə şübhəli şəxs olan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 6 saylı binanın qarşısında olduğunu müəyyən etmişlər. Özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərmiş, narkotik vasitə əldə edib gəzdirməkdə şübhəli olduğunu və ona görədə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlməyi təklif etmişlər. Şübhəli şəxs etraz etməyərək, onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişlər. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, dəvət edilmiş vəkili gəldikdən sonra onların arasında görüş təmin edilmiş, daha sonra video çəkiliş vasitəsi ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt o, cibində saxladığı bir ədədə şəffaf selofan bükülünü cıxararaq, təqdim etmiş, həmin psixotrop maddə metamfetamini özü qəbul etmək üçün aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərində qanunla qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan, bir ədəd şəffaf sellofan büklü təhqiqatçı tərəfindən götürülərək, kağız zərfə qoyulub möhürlənərək, qablaşdırılmış və bu barədə protokol tərtib edilərək, həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər şahid Abşeron rayon Polis İdarəsinin Cinayət- Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:21 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 09 avqust 2023-cü il tarixdən, saat 19:00-dan hesablanmışdır;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4283 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs “imza” sözləri, ad soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,721 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maadə - metafetamindir. Tədqiqata təqdim olunmuş metafetaminin təmiz çəkisi - 1,721 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq - 1,671 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir;

4. “Cinayət işinin başlanması” haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X4 haqqında 11 avqust 2023-cü il tarixli, 5143 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə birgə qəbulu edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

7. Abşeron rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 4(012)-607/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

8. “Maddi sübut hesab edilməsi” haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,721 qram çəkidə psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunsun və tədqiqatdan sonra qalıq 1,671 qram metafetmin saxlanması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir;

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2010-cu il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 aprel 2011-ci il tarixli qərarına əsasən təyin edilmiş narkomaniyadan məcburi mülaicə ləğv edilmiş, 09 aprel 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, Abşeron rayon Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl azad olunmuşdur. Son olaraq o, Abşeron rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 3 ay 27 gün vaxtından əvvəl azad edilmiş və 03 yanvar 2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmış hesab olunmuşdur;

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli tibbi arayışdan görünür ki, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından "xxxx" diaqnozu ilə Penitensiar Xidmətin X2nə daxil olmuş, keçirilmiş rentgenoloji, labrator müayinələrin nəticəsi olaraq onda “Hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, VM (+) pozitiv, “C” viruslu hepatit, subklinik mərhələ, şəkərli diabet, İİ tip, insulin tələbli” diaqnoz təsdiqlənmiş, xəstə 24 avqust 2023-cü il tarixdə 1-ci sıra vərəm əleyhinə dərmanlarla müalicəyə cəlb edilmişdir. Hal-hzırda xəstənin ümumi vəziyyəti kafidir, vərəməleyhinə müalicələri davam etdirilir.

11. Abşeron rayon Məhkəməsinin 08 noyabr 2023-cü il tarixli, 4(012)-856/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 09 yanvar 2024-cü il tarixədək uzadılmışdır;

12. “Sübutların qiymətləndirilməsi” haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4283 nömrəli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2023-cü il tarixli, 5143 №-li ekspert rəyi, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, şəxsin üzərindən aşkar edilərək, götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,721 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 01 ədəd zərfdə - 1,671 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, həmçinin 09 avqust 2023-cü il tarixdə şəxsin üzərində aparılmış şəxsi axtarış və götürülmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır.

Şəxsi axtarış və götürmə aparılması barədə 09 avqust 2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunsuz dövriyyəsi qadağan edilmiş və yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edildikdə sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək, həmin bükümdəki kütlələrin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vərəm xəstəliyindən əziyət çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 müalicə almasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu qeyd edir ki, sonuncu, yəni üçüncü dəfə 14 oktyabr 2016-cı il tarixdə Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 3 ay 27 gün vaxtından əvvəl azad edilmiş və 03 yanvar 2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmış hesab olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində oğlu əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, aşkar edilmiş psixotrop maddənin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, onun əvvəllərdə davamlı olaraq eyni cinayət əməllərini törətməsini, əvvəllər barəsində qəbul edilmiş cəzalardan nəticə çıxarmayaraq, islah olunmamasını və barəsində təyin edilmiş cəzadan şərti olaraq azad edilməsinə baxmayaraq yenidən cinayət törətməsini, azadlıqda qalacağı təqdirdə yenidən eyni tərkibli cinayət əməlinin törətməsi ehtimallarının çox olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 09 avqust 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X4 ekspert komissiyasının 11 avqust 2023-cü il tarixli, 5143 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla səhhətində olan ağciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı müalicə kursu bitdikdən sonra barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,671 qram psixotrop maddə - metafetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ağciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı müalicə kursu bitdikdən sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 1,671 qram psixotrop maddə - metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar