Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-433/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxsının və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 noyabr 2020-ci il tarixdə birgə yaşadığı qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtda evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın siyirməsindən baldızı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 300 manat dəyərində dörd qram kütləli şunur toxunuşlu qulaqcığında “MİDAS 14K” damğası olan qızıl boyunbağını, oğurluq əməlini davam etdirərək 20 noyabr 2020-ci il tarixdə həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın siyirməsindən baldızı Zərərçəkmiş şəxs2 məxsus 990 manat dəyərində 13,20 qram kütləli 585 əyarlı üzərində şəffav qaşları olan bir dəst qızıl sırğa-üzüyünü gizli olaraq talayıb vahid niyyətlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1290 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək olan müddət ərzində birgə yaşadıqları qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtlarda sonuncunun hissə-hissə olmaqla evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının altındaki ayaqqabı qutusunun içərisindən vahid niyyətlə ümumilikdə 25500 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 yanvar 2021-ci il tarixdə saat 15 radələrində birgə yaşadıqları qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtda evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın siyirməsindən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 387 manat dəyərində 5,17 qram kütləli 585 əyarlı üzərində qara rəngli və rəngsiz şəffav qaşları və qulaqcığında “1/4” və “KOÇAK” damğası olan sarı rəngli kulonlu qızıl boyunbağını, 1 cüt 472 manat dəyərində 3,37 qram kütləli gümüşü rəngli hissələri 750 əyara uyğun gələn sarı rəngli hissələri 750 əyara uyğun gələn üzərində 0.093 karatlı şəffav rəngli briliant qaşları və kilidində “M*750” “4 MЮ” “43” damğaları olan qızıl sırğa cütünü, 791 manat dəyərində bir ədəd 8,33 qram kütləli 750 əyarlı qızıldan ulduz formalı elementləri olan üzərində “İL GEOİELLO” yazısı olan qızıl sırğa cütünü, bir ədəd 130 manat dəyərində 1,74 kütləli 585 əyarlı üzərində ərəb və fars mənşəli yazılar olan qızıl qolbağı, 1 ədəd 183 manat dəyərində 2,44 qram kütləli 585 əyarlı üzərində ərəb və fars mənşəli yazılar olan kulonlu qızıl boyunbağını gizli talayıb vahid niyyətlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1963 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2021-ci il tarixdə birgə yaşadıqları qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtda evin birinci mərtəbəsində yerləşən yataq otağında olan güzgülü dolabın siyirməsindən sonuncunun 1 ədəd 1929 manat dəyərində 25,72 qram kütləli 585 əyarlı, bismark toxunuşlu, qulaqcığında “МЯЦ” və “Я” sağ tərəfə baxan qadının baş hissəsinin təsviri əks olunmuş damğası olan qızıl boyunbağını,evin birinci mərtəbəsində yerləşən yataq otağında olan güzgülü dolabın siyirməsindən 1 ədəd 800 manat dəyərində 8,68 qram kütləli diametri 2,25mm ölçüdə üzərində “10 РУБЛЕЙ 1899 Г” yazıları olan qulplu qızıl onluq klonunu gizli talayıb vahid niyyətlə Zərərçəkmiş şəxs1 2729 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxsının ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2013-cü ildə Şahid2 ilə ailə həyatı qurmuş, həmin nigahdan onun bir qız övladı dünyaya gəlmişdir. Onun əri Turac illər ərzində xırda sahibkarlıqla məşğul olmuş, 15000 manat pul toplayaraq saxlaması üçün ona vermiş, o isə həmin pulu yataq otağında dolabda saxlamış, lazım olanda əri ilə birlikdə ehtiyacları üçün xərcləmişlər. O, qaynanası Zərərçəkmiş şəxs1 25 500 manat pulunu qızıl-ziynət əşyalarını və baldızı Zərərçəkmiş şəxs2 qızılziynət əşyalarını oğurlamamışdır. Onun İbtidai istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 49 mənzil 207-də yaşamış, 2013-cü ildə Şahid2 ilə ailə həyatı qirmuş, həmin nigahdan onun bir qız övladı dünyaya gəlmişdir. O, əri Turac, qaynanası Zərərçəkmiş şəxs1, baldızı Zərərçəkmiş şəxs2 və onun qızı Hüseynova Aylin ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi evdə yaşamışlar. Onun əri Turac heç bir yerdə işləməmiş, o, isə təxminən 2018-ci ildən Bakı şəhəri, Nizami rayonunda yerləşən “Socar Neftayırma zavodunda” lobarant vəzifəsində çalışmışdır. Həmin vəzifədə çalışdığı üçün 500 manat maaş almışdır. 2020-ci ilin fevral ayında o, işdən çıxmış, lakin bunu evdə bildirməmişdir. Əri Şahid2 yaşadığı evin yataq otağında olan dolabda 4000 ABŞ dolları, 8200 manat pulu olmuşdur. O, işdən çıxdığı üçün həmin pulun bir hissəsini öz ehtiyyacları üçün xərcləmişdir. O, həmin puldan əri Turaca da vermişdir. O, işdən çıxdığı 2020-ci ilin 17 fevral tarixindən etibarən həmin pulu hissə-hissə xərcləməyə başlamışdır. 2020-ci ilin oktyabr ayının 11-də o, həmin 8200 manat və 4000 ABŞ dolları puldan yerdə qalan 1000 ABŞ dollarını və təxminən 1700 manat pulu götürərək baldızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Türkiyə Cumhuriyyətinə istirahət etmək üçün getmişdir. O, Türkiyə Cumhuriyyətinə getdiyi zaman yataq otağılnda olan dolabdan götürdüyü pullar həmin 8200 manat və 4000 ABŞ dolları puldan götürdüyü sonuncu pullar olnuşdur. O, bir həftə Türkiyənin İstanbul şəhərində qaldıqdan sonra yenidən Azərbaycana qayıtmışdır. O, Azərbaycana qayıtdıqdan sonra 02 noyabr 2020-ci il tarixdə Turac ondan pul istədikdə pulları xərclədiyi üçün Turaca pul verə bilməyəcəyindən məcbur qalıb Turacın nişan üzüyünü və bir ədəd özünə məxsus qızıl boyunbağını evdən götürüb ünvan 4 ünvanında yerləşən Lombarda gəlmiş və həmin qızılları girova qoyub 1300 manat pul almışdır. Həmin pulu 05.11.2020-ci il tarixdə əri Turaca vermişdir. Bundan sonra 19 noyabr 2020-ci il tarixdə Turac ondan yenə pul istədikdə, o da evdə pul olmadığı üçün öz otağında olan güzgülü dolabdan baldızı Zərərçəkmiş şəxs2 məxsus 2 cüt qızıl sırğanı, 1 cüt qızıl sırğa və üzüyü götürərək ünvan 4 ünvanında yerləşən Lombarda gəlmiş və həmin qızılları 1260 manat pul müqabilində girov qoymuş, aldığı 1260 manat pulun da üstünə 240 manat pul qoyub 1500 manat pulu Turaca vermişdir. 01 yanvar 2021-ci il tarixdə onun ad günü olmuş, onun ad gününün axşamı Turac qızıl boyunbağısını çıxarıb yataq otağında olan güzgülü dolabın üzərinə qoymuş, həmin günün səhəri 02.01.2021-ci il tarixdə o, Turaca məxsus qızıl boyunbağını götürmüş və həmin günü ünvan 5 ünvanında yerləşən Lombarda girov qoyaraq 1400 manat pul götürmüş, həmin pulun üstünə 100 manat pul qoyub Zərərçəkmiş şəxs2 olan borcunu qaytarmışdır. Bundan sonra 19 yanvar 2021-ci il tarixdə O, baldızı Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl qolbağı öz yataq otağında olan güzgülü dolabdan götürərək Sumqayıt şəhəri, Sülh küçəsi 360 H ünvanında yerləşən Lombarda girov qoyaraq 400 manat pul götürmüş, həmin pulu da kreditə götürdüyü Lazer aparatının aylıq ödənişinə xərcləmişdir. Bundan sonra 10 fevral 2021-ci il tarixdə əri Turac ondan qardaşı Mehracın ondan borca pul istədiyini və evdə nə qədər pul olduğunu soruşduqda O evdəki puldan hər ikisinin xərclədiyini, yerdə qalan pulu sayıb deyəcəyini bildirmişdir. Turac evə gələndə pulu sayıb-saymadığını soruşduqda o da əri Turaca pulu Mehraca verməməsini demiş, Turac isə qardsaşına yox deyə bilmədiyini ona bildirmişdir. 13 fevral 2021-ci il tarixdə özünün şəxsi borcları olduğu üçün öz yataq otağından qaynanası Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl 10-luq klonu ondan xəbərsiz götürüb ünvan 4 ünvanında yerləşən Lombarda girov qoyub 1500 manat pul almış, həmin pul ilə öz borclarını bağlamışdır. Həmin vaxtdan bir müddət keçdikdən sonra Turac ona “Mehraca deyəcək ki, pulu bankdan götürmüşük. Evdə onun hesabına görə 15000 manat pul olmalıdı”-deyə bildirmişdir. Turac pulu saymaq istədiyini bildirdikdə pul olmadığı üçün o qorxmuş və Turaca pulu iş yoldaşı Kəmaləyə verdiyini demiş, Turac Kəmaləyə zəng vurana qədər o, Kəmaləyə zəng vuraraq ona ərinin zəng edəcəyini və ona 15000 manat pul verdiyini ərinə yalandan deməsini xahiş etmiş, Kəmalə də onun xahişini nəzərə alıb eyni cür Turaca Bundan sonra Turac onun nömrəsi ilə Kəmaləyə zəng vuraraq pulun onda olub olmadığını soruşduqda Kəmalə pulun onda olduğunu bildirmişdir. Bundan sonra Turac qardaşı Mehraca zəng vurmuş və olanları dedikdə Mehrac da Turaca onun yalan danışdığını, onu götürərək Kəmalə ilə görüşüb onu üzləşdirməsini tapşırmışdır. Bundan sonra Turac qaynatası Vahidi və onu öz avtomobilinə əyləşdirib Kəmalə ilə görüşməyə aparmış, Kəmaləni Bakı şəhərində yerləşən Neftçilər metrostansiyasının yanından götürüb “Socar” Neft emalı zavodunun yanına gəldikdə Turac Kəmaləyə ərinə zəng vurub çağırmasını istəmiş, Kəmalənin ərini gözləyən zaman Turac Kəmalənin üstünə acıqlı halda qışqırdıqda Kəmalə dözməyib həqiqəti deyəcəyini demiş, bundan sonra qaynatası Vahid və Kəmalə avtomobildən düşmüşlər. Avtomobildən düşdükdən sonra o, öyrənmişdir ki, Kəmalə onun Kəmaləyə mesaj yazaraq Kəmalədən pulu ona verdiyini yalandan ərinə və qaynatasına deməsini xahiş etdiyini əslində isə onun Kəmaləyə pul vermədiyini qaynatasına demiş və onun mesajlarını ona göstərmişdir. Həmin vaxtı ora Mehrac da gəlmiş və Kəmalə olanları Mehraca da danışmışdır. Bundan sonra Kəmalə, əri Turac, qaynatası Vahid və Mehrac birlikdə onun ata evinə atası Habilin yanına getmiş, evə çatdıqda Mehrac və Kəmalə olanları onun atası Habilə danışmış, Turac isə Kəmaləni öz evinə yola salmışdır. O isə ata evində qalmışdır. Həmin gündən bir gün sonra qaynanası Tellizar və qaynatası Vahid və Mehrac onun ünvan 7 ünvanına gələrək 15000 manat pulun qaynanası Tellizara məxsus olduğunu və evdən qızılları Lombarda qoyması ilə bağlı qəbzlər tapdıqlarını bildirmişlər. Bundan sonra o, evdən qızılları götürdüyünü etiraf etmiş və özündə olan bir ədəd Lombard qəbzini də qaynanası Tellizara vermişdir. Bundan sonra qaynanası Tellizar atası Habilə evdən götürdüyü qızılları və 15 000 manat pulu onlara geri qaytarmasını, əks təqdirdə onun barəsində polisə şikayət edəcəklərini bildirmiş, sonra baldızı Zərərçəkmiş şəxs2 ona zəng vurub onun barəsində polisə şikayət etdiklərini demişdir. Onu polis idarəsinə dəvət etdikdə o, Sumqayıt şəhərində Lombardlara qoyduğu qaynanası Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qızıl boyunbağını 1 ədəd qızıl onluq klonu, əri Turaca məxsus 1 ədəd qızıl boyunbağını, baldızı Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı, 3 cüt qızıl sırğanı və 1 ədəd qızıl qadın üzüyünü girovdan çıxararaq götürmüş və polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 5, mənzil 16-da ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun gəlinidir. Təqsirləndirilən şəxs 2013-cü ildə oğlu Turacla ailə həyatı qurmuşdur. Onların Abşeron rayonu, Ceyranbnatan qəsəbəsində bir neçə kiçik ticarət obyektləri vardır. O, həmin obyektlərin icarə pulunu yığıb nəvəsi Aylinin çarpayısının altında olan ayaqqabı qutusunun içərisində saxlamışdır. 19.01.2021-ci il tarixdə ona pul lazım olduğu üçün yaşadığı evin ikinci mərtəbəsində yerləşən nəvəsi Aylinin yataq otağında olan çarpayının altından pul götürmək istədikdə orada olan ona məxsus 25500 manat pulun yerində olmadığını aşkar etmişdir. Həmin zaman Günay evdə olmuşdur. O, həmin vaxta Günaydan pulun harada olduğunu soruşduqda Günay pulu banka qoyduğunu ona bildirmişdir. O, Günaya əsəbləşərək pulu nə üçün ondan xəbərsiz banka qoyduğunu soruşduqda Günay evin içərisində pulun itməsindən qorxaraq pulu banka qoyduğunu bildirmişdir. O da Günaya ki, “getsin pulu hansı banka qoyubsa gedib götürməyi tapşırmış, həmin günün axşamı pulun Günay tərəfindən banka qoyulması ilə bağlı oğlu Turaca və əri Vahidə məlumat vermiş, bir neçə gün sonra Günay hər gün banka gedərək pulu götürməyə getdiyini bildirmiş, geri qayıtdıqda isə növbə olduğu üçün pulu götürə bilmədiyini demişdir. Həmin vaxtdan təxminən 10 gün keçdikdən sonra O, bir daha Günaydan pulu niyə bankdan götürüb gətirmədiyini soruşduqda Günay pandemiya ilə bağlı növbənin onlayn olduğunu və bankdan pulu götürə bilmədiyini bildirmişdir. Pulun yerində olmadığından oğlu Turacın da xəbəri olmuşdur. Turac Günayla təklikdə danışmış və Günay Turaca da eyni yalanı demiş, pulun banka depozit olaraq qoyulduğunu bildirmişdir. Bundan sonra Turac da Günaydan pulu bankdan götürüb gətirməsini tələb etmiş, Günay pulu bankdan götürmədiyi üçün Turacla Günayın arasında narazılıq yaranmış və Turac Günaya acıqlanmışdır. Bu zaman Günay Turaca pulu banka qoymadığını, öz işlədiyi yerdə şöbə müdiri vəzifəsində çalışan Kəmalə adlı xanıma verdiyini və Kəmalə geri qaytardıqda Günaya əlavə olaraq pul da qaytaracağını etiraf etmişdir. Bundan sonra 19 fevral 2021-ci il tarixdə o, evdə olan özünə məxsus 1 ədəd 5000 manatlıq qızıl boyunbağının və bir ədəd 5000 manat dəyərində qızıl onluq kulonun yerində olmadığını aşkar etmişdir. Bu zaman Günay evdə olmamış və qızı Cahanı müəllim yanına aparmışdır. O, Günaya zəng vurub harada olduğunu soruşmuş, Günay ona qızı Cahanı müəllim yanına apardığını bildirmişdir. Bundan bir müddət sonra Günay evə gələrkən ona qızılların evdən oğurlandığını bildirmişdir. Bundan sonra Günay ona qızılları hara qoyduğunu soruşmuş, o, Günaya qızılları öz yataq otağında olan güzgülü dolabın çəkməcəsinə qoyduğunu bildirmişdir. Günay ona qızılları bəlkə başqa yerə qoyduğunu, qoyduğu yeri unutduğunu dedikdə o, Günaya bir həftə bundan öncə ona 300 manat pul verdiyi zaman qızılların yerində olduğunu bildirmişdir. Günayın həmin vaxtı əhvalının dəyişdiyini, rənginin qızardığnı hiss etmişdir. Bundan sonra Günay otağı axtarmağa başlamışdır. O, vəziyyəti hiss etmiş və Günaydan çıxıb öz otağına getməsini istəmişdir. Günay qızı Alidəyə zəng vuraraq evdə oğurluq baş verdiyini Alidədən qızıllarını daha etibarlı yerə qoyması üçün hara qoyduğunu soruşub Alidənin də qızıllarını götürmüş, sonra oğlu Turaca da zəng vuraraq evdən qızıllarının oğurlandığını bildirmişdir. Turac və yoldaşı Vahid Günayın yalan danışdığını başa düşmüş və evə gəldikdə qızılların harada olduğunu Günaydan soruşmuşlar. Günay qızılları götürmədiyinə and içmiş və onları inandırmağa çalışmışdır. Onlar evdə son dövrlərdə baş vermiş bu hadisələrə aydınlıq gətirmək üçün Günayın danışdığı yalanları sonuna qədər aydınlaşdırmağa çalışdıqları üçün oğlu Turac və əri Vahid Günayın pulu verdiyini bildirdiyi Kəmalə adlı xanımın yanına getmək və pulun Kəmalədə olub-olmadığını dəqiqləşdirmək qərarına gəlmişlər. Bundan sonra Turac və əri Vahid Kəmalə ilə görüşmüş və Kəmalə onlara məcburiyyət qarşısında qalaraq Günayın onu yalan danışmağa vadar etdiyini bildirmişdir. Turac və Vahid Kəmalə ilə görüşə gedərkən Günay yolda Kəmaləyə mesaj yazaraq ondan pul barəsində soruşsalar guya pulu ona verdiyini bildirməsini və 1-ci gün həmin pulu qaytaracağını xahiş etmiş, Kəmalə isə Günaya yalan danışa bilmədiyini bildirdikdə Günay onu yalan danışmağa razı salmışdır. Lakin Kəmalə işin ciddiyətini başa düşdükdən sonra hər şeyi əri Vahidə etiraf etmiş və Günayın Kəmaləyə yazdığı mesajları göstərmişdir. Bundan sonra o, qızı ilə birlikdə evdə axtarış aparan zaman Günayın ona və qızı Alidəyə məxsus qızılları lombarda girov qoyduğunu təsdiq edən qəbzləri tapmışlar. Onlar oğurluq barədə polisə müraciət etdikdən sonra Günay qzılları lombarddan götürüb istintaqa təqdim etmiş, lakin pulları götürmədiyini, xərclədiyini və həmin pulların həyat yoldaşı Turaca məxsus olduğunu bildirmişdir. Günay əvvəlcə qızılları da götürdüyünü etiraf etməmiş, qəbzlər evdən tapılana qədər heç nəyi boynuna almamışdır. İndə də pullların əri Turaca məxsus olduğunu və 25500 manat deyil 15000 manat olduğunu bildirmişdir. Halbuki oğlu Turac 2-ci qrup əlildir. Heç bir yerdə işləmir. Oğurlanan 25500 manat pul ona məxsus olmuşdur. O, məhkəmə baxışında mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 25500 manat maddi ziyanın əvəzinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs1 25500 manat maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbini qəbul etməyərək məhkəmədən onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 5, mənzil 16-da ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı Turacın arvadıdır. Təqsirləndirilən şəxs 2013-cü ildə qardaşı Turacla ailə həyatı qurmuş, onlarla birlikdə yaşayırlar. 19.01.2021-ci il tarixdə o, işdən evə qayıdan zaman anasına məxsus 25500 manat pulu evdən oğurlandığını öyrənmişdir. O, Günayla söhbət edən zaman ondan pulu nə etdiyini soruşduqda Günay pulu banka qoyduğunu demiş, ondan pulu bankdan götürməyi tələb etdikdə Günay hər gün pulu götürmək üçün banka getdiyini bildirmiş, geri qayıtdıqda isə növbə olduğu üçün pulu götürə bilmədiyini demişdir Bu hadisədən qabaq, 02.01.2021-ci il tarixdə Günayın ad günündən bir gün sonra qardaşı Turacın qızıl boyunbağısı evdən oğurlanmış, onlar həmin məsələdə Günaydan şübhələnməmiş, Günay hər dəfə söhbət düşəndə onlara Turac özü bilir qızılı nə edib demişdir. Onlar da həmin vaxtı Turacın özünün qızılın harada olmasından xəbəri olduğunu düşünmüşlər. 19.01.2021-ci il tarixdə evdən pul oğurlandıqda onlar artıq ondan şübhələnməyə başlamışlar. 19 fevral 2021-ci il tarixdə anası Tellizar ona ağlaya-ağlaya zəng vuraraq bildirmişdir ki, “ona məxsus qızıllar evdən oğurlanıb”. Qızılların oğurlandığından isə onun həmin vaxt məlumatı olmuşdur. Bundan bir müddət sonra Günay ona zəng vuraraq ona anasından gileylənmişdir ki, “evdən qızıllar oğurlanıb mən qızılları axtarıram anam Tellizar isə ona acıqlanır”. O da Günaya “narahat olmasın qızılları oğurlanıb əsəbidi, gəlim evə yoluna qoyaram”-deyə sakitləşdirmişdir. Bu zaman Günay ona onun qızıllarını da götürüb etibarlı yerə qoyacağnı bildirmişdir. O, axşam işdən evə gəldikdə artıq Günay onların evində olmamışdır. Onun atası və qardaşı X15 yanına, oradan da atası Habilgilə aparmış və söhbətdən sonra Günay atası Habilgildə qalmışdır,. Bu zaman o, Günaydan şübhələnmiş və Günaya zəng vurub onun qızıllarını hara qoyduğunu soruşduqda Günay qızı Cahanın çarpayısının içərisində Turacın ayaqqabı qutusunun içərisinə qoyduğunu, gələndə verəcəyini ona bildirmişdir. O, Günayın dediyi yerə Cahanın çarpayısının altına baxmış, lakin qızılları orada tapa bilməmişdir. Bir də təkrarən Günaya zəng vurub qızılların orada olmamasını dedikdə Günay ona yaxşı baxmasını bildirmişdir. O, Cahanın çarpayısının altını təmiz boşaldıb hər bir şeyə baxmış, lakin orada qızılını tapa bilməmişdir. Günay isə ona təkidlə qızılların orda olduğunu bildirmişdir. Həmin günü o, evi axtaran zaman Günayın paltar şkafında Lombard qəbzləri aşkar etmişdir. Həmin qəbzlərə baxan zaman isə ona məxsus qızılların 5 noyabr 2020-ci il tarixdə və 20 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən lombarda qoyduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 5, mənzil 16-da ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun gəlinidir. 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar və fevral aylarında yaşadığı evdən arvadı Zərərçəkmiş şəxs1 və qızı Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinyət əşyaları və 25500 manat pul oğurlandıqdan sonra o, Təqsirləndirilən şəxs pul və qızıllar ilə bağlı soruşmuş, Təqsirləndirilən şəxs qızılları götürmədiyini, lakin pulları götürüb əvvəllər işlədiyi “X17” zavodunda şöbə rəisi vəzifəsində işləyən Kəmalə adlı xanıma borc olaraq verdiyini bildirmişdir. Həmin vaxtı qızılın lombarda qoyulması ilə bağlı çeklər hələ evdən tapılmamışdı. Bununla bağlı onlar nə qədər Təqsirləndirilən şəxs soruşsalarda Günay heç vaxt qızılları götürməyini etiraf etməmişdir. O, Günaya birlikdə Kəmalənin yanına getməyi, ondan həqiqətən səndən pul alıb almadığını soruşmağını təklif etmiş, sonra Günay və Turacla birlikdə evdən çıxıb Kəmalənin işlədiyi “X17” zavoduna getmişlər. Yolda O, Kəmaləyə zəng etdikdə o, hal-hazırda Bakı şəhəri, Neftçilər metro stansiyasının yanında olduğunu, Kəmaləni ordan götürməli olduğunu bildirmişdir. Sonradan o, onlar birlikdə avtomobillə Kəmalə ilə görüşməyə gələrkən Günayın avtomobildən Kəmaləyə mesaj yazdığını, ondan guya pulun onda olduğunu və birinci gün pulu bizə geri qaytaracağını xahiş etdiyini öyrənmişdir. Bundan sonra onlar Kəmaləni Bakı şəhəri, Nefçilər metrostansiyasının qarşısından götürüb birlikdə X17 zavodunun qarşısına gəlmiş, Kəmaləyə ərinə zəng vurub bura gəlməsini bildirdikdə Kəmalə bir müddət ərininin gələcəyini deyib onları gözlətmiş, o, Kəmalənin üstünə acıqlandıqda Kəmalə doluxsunmuş və bundan sonra Günayın bir söz demədiyini görüb avtomobilin içərisində onunla danışmaq istəmədiyini bildirmiş, o, Kəmalə ilə avtomobildən düşüb kənara çəkildikdə Kəmalə ona pulun onda olmadığını, onlar Kəmalənin yanına gələrkən yolda Günayın ona mesaj yazdığını və onlara pulun onda olduğunu deməsini və 1-ci gün qaytaracağını xahiş etdiyini bildirmişdir. Kəmalə həmin mesajları da ona göstərmişdir. Bu zaman digər oğlu Mehrac da ora gəlmiş, onlar yəni, o, Kəmalə, Turac, Mehrac və Günay Günayın atasıgilə getməyi qərara alıb birlikdə oraya getmişlər. Onlar evə daxil olan zaman Günayın anası Zəhra evdə səsküy salaraq ona məxsus 40000 (qırx min) pulun oğurlandığını bildirmişdir. Onlar Zəhraya evə nə səbəbə gəldiklərini bilmədən nə üçün belə bir səhnə düzəltdiyini soruşmuşlar. Bu zaman Günayın anası Zəhra Günaya hücum çəkərək “sən mənim evimi yıxdın” demiş və özündən getmişdir. Zəhra özünə gəldikdən sonra onlar qonaq otağında əyləşmiş və Günayın atası Habilə onlar evdən 25500 manat pulun və qızılların oğurlandığını demiş, bu zaman Günay qızılların oğurlanmasını boynuna almasada, lakin pulları götürdüyünü etiraf etmişdir. Eyni zamanda Kəmalə olan-bitəni Günayın atası Habilə danışmışdır. Onlar həmin günü nə qədər etsələrdə Günay qızılları götürdüyünü etiraf etməmişdir. Bundan sonra Turac Kəmalədən üzr istəyib Kəmaləni evinə yola salmışdır. Günayın atası Habil bu pulların hara xərcləməsini soruşmaq üçün Günayın atası evində qalmasını məsləhət etdikdən sonra onlar öz evlərinə gəlmişlər. Alidə evdəki qızılların lombarda qoyulması ilə bağlı Günayın otağında paltar dolabından qəbzlər tapdığını bildirdikdə səhəri günü birlikdə yenə Günayın atası Habilin evinə getmişlər. Günayın atası Habilə qəbzləri göstərmiş, keçən dəfə qızın Günay qızılları götürdüyünü etiraf etmədiyini demiş, həmin qızıllarıda Günayın götürüb Sumqayıt şəhərində yerləşən lombarda qoyduğunu demişdir. Günayın anası Zəhra onun çantasını axtarmış, Günayın çantasından iki dənə əlavə oğurlanmış digər qızılların lombarda qoyulması ilə bağlı qəbz tapmış və onlara vermişdir. X16 pulları hara xərclədiyini soruşduğunu öyrənmək istədikdə Habil qızının pulları hara xərclədiyini ona demədiyini, onun bu adda qızının olmadığını, getsin etdiyi əməlin cəzasını çəksin deyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 oğlu ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, ev 5, mənzil 16-da ailə üzvləri ilə birlikdə yaşayır, 2-ci qrup əlildir və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun arvadıdır. Abşeron rayon məhkəmsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə onların arasında olan nigah ləğv edilmişdir. 01.01.2021-ci il tarixdə Günayın ad günü olan günü özünə məxsus 37 qramlıq qızıl boyunbağıdan istifadə etmiş, gecə vaxtı o, yatmaq üçün getdikdə həmin qızıl boyunbağını çıxararaq yatdığı otaqda güzgülü dolabın üstünə qoymuşdur. Həmin günü səhəri 02.01.2021-ci il tarixdə o, səhər-səhər yuxudan oyandıqda qızıl boyunbağının yerində olmadığını görmüşdür. O, həmin vaxtı evdən çıxıb öz şəxsi işləri üçün getmişdir. Bu zaman qızıl boyunbağını tapa bilmədiyi üçün Günaydan boyunbağını görüb görmədiyini soruşmuş Günay bildirmişdir ki, “mən yolumdan qalmayım, gedim işlərimi görüm. Yəqin uşaqlar götürüb tapıb yerinə qoyar”. O, da çıxıb işlərinin dalınca getmişdir. Axşam işdən evə qayıtdığı zaman Günaydan boyunbağını tapıbtapmadığını soruşmuş, Günay da ona bildirmişdir ki, “axtarıb lakin tapa bilməmişdir. Harda olsa evdə olar tapılar narahat olmasın. Bundan sonra o, bir neçə dəfə Günaydan qızıl boyunbağını axtarıb axtarmadığını soruşduqda Günay hər səfərində bir bəhanə gətirərək boyunbağını tapa bilmədiyini ona bildirmişdir. Bundan sonra 19 yanvar 2021-ci il tarixdə axşam saatlarında o, evə gəldikdə anası Tellizar özünə məxsus 25500 manat pulun yerində olmadığını, Günaydan pulu soruşduqda isə pulu banka qoyduğunu ona bildirmişdir. Bu zaman o, Günayla danışmaq üçün otağa qalxdıqda Günay yatdığı üçün onunla bu barədə danışa bilməmişdir. Həmin günün səhəri yəni 20.01.2021-ci il tarixdə o, Günaydan pulu soruşduqda Günay onun sepi evdən oğurlandıqdan sonra qorxub və ehtiyyat edib ki, birdən bu pul da evdən oğurlanar o pul da bizim üstümüzdə qalar. Bundan ehtiyyat etdiyindən pulu banka qoyduğunu ona bildirmişdir. O da “sən kimsənki özünə aid olmayan pulu aparıb banka qoyrsan”-deyə əsəbləşmişdir. Günay da evdən onun sepi oğurlandığından pulun da oğurlanmasından qorxub etibarlı olması üçün pulu banka qoyduğunu demişdir. O da Günaydana pulun banka qoyulmasına dair sənəd istədikdə Günay pulu banka qoyduqdan sonra 15 gün təsdiqlənmə müddəti keçir ondan sonra kart açılır və pulun banka qoyulması ilə bağlı müvafiq sənəd verilir-deyə bildirmişdir. O da Günaydan pulun sahibinə qaytarılması üçün geri götürülməsini tələb etmiş, Günay da problem deyil sabah onlayn növbə tutub işdən icazə alar pulu gedib götürər-deyə ona bildirmişdir. Həmin günün səhəri Günaya zəng vurduqda Günay işdə olduğunu, işdə ondan başqa heç kimin olmadığını, rəisdən icazə alıb saat 15:42 üçün Bankda onlayn növbə tutub pulu götürüb gətirəcəyini demiş, lakin həmin günü saat 16 radələrində o, dəfələrlə Günaya zəng vursa da o telefonu açmamışdır. Sonra çoxlu sayda zəng etdikdən sonra telefonu açıb ona da əsəbi halda cavab verərək bankda çoxlu növbə olduğunu, onu da işdən çağırdıqlarını bildirmişdir. O, saat 18 radələrində Günaya təkrar zəng vurduqda Günay pulu çatdırıb götürə bilmədiyini dedikdə O, Günayın yalan danışdlğını başa düşmüşdür. O, Günayın evə gəlməsini gözləmiş, o evə gəldikdə Günayı otağa çağırıb ondan düzgün danışmasını tələb etmiş, çoxlu söz-söhbətdən sonra pulu banka qoymadığını, həmin pulu işlədiyi zavodda şöbə rəisi vəzifəsində çalışan Kəmalə adlı xanıma verdiyini etiraf etmişdir. Günay Kəmalənin pula ehtiyacı olmadığını, işi qutarandan sonra Kəmalə artıqlaması ilə pulu qaytaracağını bildirdikdə o, Günaya Kəmalənin nömrəsinin ona verməsini təklif etdikdə Kəmalə ilə iş yoldaşı olduğunu, onun Kəmaləyə zəng edəcəyi təqdirdə işdə rüsvay olacağını deyib fevral ayının 15-i pulu Kəmalədən alacağını bildirmiş və onu arxayın salmışdır. O da Kəmalənin 15-nə kimi pulu hökmən çatdırmasını bildirmişdir. O, yanvar ayınnın 15-nə qədər Günayı gözləmiş, yanvar ayının 15-dən sonra isə Günay fevral ayının 19-dək müxtəlif bəhanələrlə onu gözlətmişdir. Fevral ayının 19-da o atası Vahidlə birlikdə olduğu zaman anası Tellizar atasına zəng vuraraq evdən ona məxsus qızıl-zinyət əşyalarının oğurlandığını bildirdikdə atası ilə evə gəlmiş və Günayın onlara yalan danışdığına tam əmin olmuşlar. Onlar Günayı da götürüb ona məxsus avtomobil ilə Kəmalə ilə görüşməyə getmiş, yolda atası Kəmaləyə zəng vurub harada olduğunu soruşmuş, Kəmalə hal-hazırda Bakı şəhəri, Neftçilər metrostansiyanın çıxışında olduğunu bildirdikdə onlar oradan Kəmaləni götürüb “Socar” Neft emalı zavodunun qarşısına gəlmişlər. Kəmaləyə zəng vurub həyat yoldaşınıda çağırmasını və birlikdə danışmasını bildirmiş, Kəmalə bir müddət ərinə zəng vurduğunu, ərinin gələcəyini deyib onları gözlətmişdir. Avtomobildə oturduğu zaman o, Kəmalənin ərinin gəlmədiyini görüb Kəmalənin üstünə acıqlanarkən Kəmalə bu zaman doluxsunmuş və Günayın üzünə baxıb Günayın heç nə demədiyini görüb atası Vahidlə təklikdə danışmaq istədiyini bildirmişdir. Bundan sonra atası Vahid və Kəmalə avtomobildən düşüb kənarda danışdıları zaman o da avtombildən düşüb onların yanına getmişdir. Bu zaman qardaşı Mehrac da ora gəlmişdir. Kəmalə ona Günaydan pul almadığını, Günayın bir il olar ki işdən çıxdığını, ora gəlməmişdən əvvəl Günayın ona mesaj yazaraq pulun onda olduğunu, birinci gün qaytaracağını xahiş etdiyini, Kəmalənin isə Günaya yalan danışmaq istəmədiyini bildirməsini, lakin Günayın təkidi qarşısında məcbur qalıb razılaşdığını, avtomolbildə isə işin ciddiyətini anladığını və Günayın heç nə demədiyini görüb həqiqəti olduğu kimi atasına və ona danışmış, Günayın yolda gələrkən Kəmaləyə yazdığı mesajları onlara göstərmişdir. Bundan sonra onlar, yəni Kəmalə, Günay, atası Vahid və Mehrac birlikdə Günayın atası Habilgilə getmişlər. Onlar evə daxil olan zaman Günayın anası Zəhra evdə səs-küy salaraq ona məxsus 40000 (qırx min) pulun oğurlandığını bildirdikdə və Zəhraya evə nə səbəbə gəldiklərini bilmədən nə üçün belə bir səhnə düzəltdiyini soruşduqda bu zaman Günayın analağı Zəhranın Günaya hücum çəkərək sən mənim evimi yıxdın deyib özündən getmişdir. Zəhra özünə gəldikdən sonra onlar qonaq otağında əyləşib Günayın atası Habilə onların evindən 25 500 manat pulun və qızılların oğurlandığını, Günayın qızılların oğurlanmasını boynuna almadığını, lakin pulları götürdüyünü etiraf etdiyini, həmin 25500 manat pulu isə iş yoldaşı Kəmaləyə verdiyini desədə Kəmaləyə pul vermədiyini bildirib onun Kəmaləyə yazdığı mesajları da Günayın atası Habilə göstərmişdir. Eyni zamanda Kəmalədə olanları Günayın atası Habilə danışmışdır. Onlar həmin günü nə qədər etsələr də Günay qızılları götürdüyünü etiraf etməmişdir. O, Kəmalədən üzr istəyib onu evinə yola salmışdır. Bundan sonra Günay pulu xərclədiyini desədə qızılları götürdüyünü etiraf etməmişdir. Günayın atası Habil Günayın pulları hara xərclədiyini öyrənmək üçün onun evində qalmasını təklif etdikdə Mehrac və atası ilə öz evlərinə gettmişlər. Alidə evi axtararkən Günayın otağında paltar dolabından evdəki qızılların lombarda qoyulması ilə bağlı qəbzlər tapmış, qəbzləri tapdığı günün səhəri birlikdə yenə Günayın atası Habilin evinə getmişlər. Günayın atası Habilə qəbzləri göstərmişlər ki, keçən dəfə qızın Günay qızılları götürdüyünü etiraf etməmişdir. “Bu da sübutu, həmin qızılları da Günay götürüb və Sumqayıt şəhərində yerləşən lombarda qoyub”. Bundan sonra Günayın anası Zəhra Günayın çantasını axtarmış, Günayın çantasından iki dənə əlavə oğurlanmış digər qızılların lombarda qoyulması ilə bağlı qəbz tapmış və həmin qəbzləridə onlara vermişdir. X16 pulları hara xərclədiyini soruşduqda Habil Günayın pulları hara xərclədiyini ona da demədiyini bildirmişdir. Bundan sonra Günayın atası Habil də onlara o adda qızı olmadığını, gedib etdiyi əməlin cəzasını çəkməsini bildirmişdir. Günayın ad günü vaxtı onun itən qızıl boyunbağının Günay tərəfindən lombarda qoyulması ilə bağlı qəbzdə evdən tapıldıqda onlar bütün bu vaxtı Günayın onları necə aldatdığını anlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlarında yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs o, “Socar” Neftayırma zavodunda işlədiyi müddətdən tanıyır. Günay onun işçisi olmuşdur. Günay 2020-ci ilin fevral ayından işdən çıxmışdır. Günayın işdən çıxmasına baxmayaraq onunla telefon əlaqəsi saxlamışdır. Arada “Vatsap” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxlamışlar. 19 fevral 2021ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq vəzifəli bir qadına ailəsindən gizli 15000 manat pul verdiyini, həmin qadınnın 15000 manat pulu birinci gün ödəyəcəyini, lakin həmin qadına pul verməsi ilə bağlı, həyat yoldaşına və ailəsinə məlumat vermədiyini, indi isə halhazırda ailəsində həmin 15000 manat pul ilə bağlı söz-söhbət yarandığını bildirmişdir. Günay ondan yalandan həmin pulun ona verildiyinin Günayın ailəsinə deməsini və birinci gün pulu qaytarcağına söz verməsini deməyi xahiş edərkən danışıq əsnasında Günayın əri telefonu Günayın əlindən alıb ondan pulu niyə qaytarmadığını, onun üstünə qışqıra-qışqıra harada olduğunu soruşduqda oda Bakı şəhəri, Nefçilər metrostansiyası tərəfdə olduğunu ona bildirmişdir. Günayın əri yoldaşını da çağırmasını, birlikdə danışmağı dedikdə o da razılıq vermişdir. Günayın əri Turac, qaynatası Vahid və Günay avtomobillə onun yanına gələn zaman Günay ona mesaj yazaraq onun həyat yoldaşına və qaynatasına guya ev alqı-satqısı ilə məşğul olduğunu, pulu ona görə aldığını, birinci gün qaytaracağını deməsini xahiş etdi. Günayın həmin mesajları da onun telefonunda qalmışdır. O, Günaya dəfələrlə ailəsinə düzgün danışmağı təklif emiş, yalan danışa bilmədiyini demişdir. Bundan sonra Günay yolda yenə vatsap ani mesjlaşma vasitəsi ilə mesaj yazaraq Günaydan 14000 manat pul aldığını, həmin pulun dörd minlik hissəsinin dollarla, qalan hissəsinin isə manatla aldığını deməsini xahiş etmişdir. Həmin vatsap mesajını da təqdim edə bilər. O, bir daha Günaya yalan danışa bilməcəyini demişdir. Bundan sonra Günayın qaynatası və əri Turac onu Bakı şəhəri, Neftçilər metrostansiyasının qarşısından götürmüşlər. Həmin vaxtı Günay da avtomobildə olmuşdur. Turac avtomobili işlədikləri zavodun qarşısına sürüb onun ərinin gəlməsi, bir yerdə söhbət etməsi üçün onu da gözləyərkən onun əri olmadığı halda belə yalan danışıb onu pis vəziyyətə qoyduğu üçün Günayın üzünə baxarkən Turacın və qaynatası Vahidin onun üstünə qışqırmaqlarının Günayın vecinə olmadığını görüb Günayın qaynatasına onunla təklikdə söhbət etmək istədiyini demişdir. Günayın qaynatası Vahid ilə birlikdə onlar avtomobildən düşüb bir az aralandıqdan sonra o, həqiqəti Vahid Niftalıyevə danışmış və ümumiyyətlə onun həmin puldan xəbəri olmadığını, buraya gəlməmişdən əvvəl Günayın ona zəng edərək eləcədə mesaj yazaraq hansısa bir vəzifəli qadına 15000 manat pul verib həmin şəxsdən indi pulunu geri ala bilmədiyini və indi evdən həyat yoldaşı Turac və qaynatası Vahidin pulun yerində olmadığını aşkar etdiklərini, onun xilası üçün pulun onda olduğunu və ev alqı-satqısı ilə məşğul olduğunu, həmin pulu birinci gün ödəyəcəyni bildirməsini xahiş etdiyini danışmış, Günayın mesajlarını qaynatası Vahid Niftalıyeva göstərərkən Vahid Niftalıyevin digər oğlu Mehracda oraya gəlmiş və ondan pulları nə etdiyini soruşmuşdur. O da Vahid Niftalıyeva danışdıqlarını Mehraca da bildirmişdir .Bundan sonra Mehrac avtomobilə yaxınlaşmış və Günaydan pulu soruşmuşdur. Həmin vaxtı Günay pulu götürdüyünü etiraf etmiş, vəonlar avtomobilə əyləşib Günayın atası Habil adlı şəxsin evinə getmişlər. Həmin vaxtı Günayın atasıgildə Günayın atası Habil, anası və bir azyaşlı uşaq olmuşdur. Onu qonaq otağında əyləşdirmişlər və ondan hadisənin necə olduğunu Günayın atası Habilə danışmasını istəmişlər. O da hadisə necə olubsa Günayın atasına danışmışdır. Həmin vaxtı orada Günay, yoldaşı Turac, qaynı Mehrac, qaynatası Vahid, atası Habil və anası olmuşdur. O, hadisəni təkrarən Günayın atası Habilə danışdıqdan sonra Mehrac Günaya “Kəmalə düz deyir? Pulun Kəmaləyə aidiyyatının olmadığını təsdiq edirsənsə Kəmalə çıxıb getsin!”-deyə soruşduqda Günay pulun Kəmaləyə heç bir aidiyyatı olmadığını bildirmişdir.. Bundan sonra Günayın yoldaşı Turac ondan üzr istəmiş və onu öz evinə yola salmışdır. Bundan başqa əlavə olaraq qeyd etmişdir ki, “Günay ondan xaricdən 12 ədəd hər biri 2600 manat olan İphone markalı telefon gətirdiyini, lakin gömrükdə problem yaşandığını bildirib ondan 3500 manat pul borc almış, həmin pulun 1000 manatını qaytarsada, 2500 manatını bu günə qədər geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 49 mənzil 207-də ailəsi ilə birlikdə yaşayır. Onun qızı Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid2 ilə 2013-cü ildə ailə həyatı qurmuşdur. 19 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində həyat yoldaşı Zəhra ilə evdə olduğu zaman qardaşı Niftalıyev Vahid, oğlu Şahid2 və Mehrac, qızı Günay və sonradan adının Kəmalə olduğunu öyrədniyi şəxs onlara gəlmişlər. İçəri daxil olduqdan sonra qardaşı oğlu Mehrac ona evdən pulların və qızıl-zinyət əşyalarının yoxa çıxdığını, atası Günayla danışarkən pulu iş yoldaşı Kəmalə adlı xanıma verdiyini demiş, Kəmalə ilə görüşərkən Kəmalə Günayın pulu ona vermədiyini və onlara yalan deməsi üçün əvvəlcədən mesaj yazaraq ondan xahiş etdiyini bildirmiş, həmin mesajlarıda onlara göstərmişdir. Bundan sonra Kəmalə ilə o, danışmış, Kəmalə ona heç kimin pul vermədiyini, sadəcə olaraq indi onun yanına gələn zaman Günayın ona mesaj yazaraq ondan bunu xahiş etdiyini bildirmişdir. Bundan sonra Turac Kəmaləlik artıq bir şey olmadığı üçün Kəmaləni öz evinə yola salmışlar. Günay onlarda qalmış və o, Günayla söhbət etmiş, lakin Günay həmin vaxtı qızlları götürdüyünü etiraf etməmişdir. Pulları isə götürüb xərclədiyini bildirmişdir. Həmin gündən təxminən bir gün sonra qardaşı Vahid, Tellizar və Mehrac yenidən onların yaşadığı evə gəlmişlər. Vahidgil yenidən Günayın pulu nə etdiyi ilə bağlı ondan soruşduqda və Günayın pulu xərclədiyini deməsini onlara bildirmişdir. Bundan sonra qardaşı Vahid əlində iki ədəd lombard qəbzini onlara göstərək qızın Günay ötən gün qızılları götürdüyünü etiraf etmirdi. Bu da sübut, qızılları o götürüb və Sumqayıt şəhərində yerləşən lombarda qoyub-deyə bildirmişdir. Bundan sonra arvadı Zəhra gedib Günayın pul kisəsini gətirmiş və qonaq otağında həmin pul kisəsini açmışdır. Həmin pul kisəsindən qızılların lombarda qoyulması ilə bağlı əlavə olaraq bir ədəd də lombard qəbzi aşkar edilmişdir. Bundan sonra onlar Günaydan nə üçün ötən gün qızılları götürmədiyini deyirdin soruşanda Günay onlara qorxusundan demədiyini bildirmişdir. Bundan sonra Günay hər şeyi etiraf etmiş və qızılları götürüb lombarda qoyduğunu boynuna almışdır. Bundan sonra Tellizar və Alidənin bu barədə polisə müraciət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Rüstəmova X8 Habil Kazım oğlu ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində dindirilən və məhkəmə baxışında tədqiq edilən Şahid7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsində yerləşən fərdi evdə yaşayır. O, ünvan 6 ünvanında yerləşən lombarda işləyir. Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə işlədiyi lombarda 1 ədəd 25,4 qram çəkidə 750 əyarlı qızıl boyunbağı girov qoyaraq 1400 manat pul almışdır. Bundan sonra 19.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs təkrarən onun işlədiyi lombarda 585 əyarlı 2 ədəd kulonlu qızıl boyunbağı, bir ədəd qızıl qolbaq və 1 cüt qızıl sırğa girov qoyaraq 400 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə gətirdiyi 1400 manatlıq girovu, 04.03.202-ci il tarixdə 19.01.2021-ci il tarixdə gətirdiyi 400 manatlıq girovu götürərək borcunu bağlamışdır. Təqsirləndirilən şəxs onun işlədiyi lombarda heç bir borcu yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından istintaq zamanı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 05 aprel 2021-ci il tarixli 6/1009-9/1389 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1) bir ədəd 13,20 qram kütləli 585 əyarlı qızıldan üzərində şəffav qaşları olan sarı rəngli bir dəst sırğa-cütü üzüyünün 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 990 manat, 2) bir ədəd 3,37 qram kütləli üzərində rəngsiz şəffav qaşları və kilidində “M*750” “4 MЮ” “43” damğaları olan sarı rəngli sırğa cütünün 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 472 manat, 3) bir ədəd 8,33 qram kütləli 750 əyarlı qızıldan ulduz formalı elementləri olan üzərində “İL GEOİELLO” yazısı olan sarı rəngli sırğa cütünün 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 791 manat, 4) bir ədəd 4 qram kütləli şunur toxunuşlu qulaqçığında “MİDAS 14K” damğası olan sarı rəngli boyunbağının 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 300 manat, 5) bir ədəd 1,74 kütləli 585 əyarlı üzərində ərəb və fars mənşəli yazılar olan sarı rəngli qolbağın 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 130 manat, 6) bir ədəd 2.44 qram kütləli 585 əyarlı üzərində ərəb və fars mənşəli yazılar olan sarı rəngli kulonlu boyunbağının 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 183 manat, 7) bir ədəd 5,17 qram kütləli 585 əyarlı üzərində qara rəngli və rəngsiz şəffav qaşları və qulaqcığında “1/4” və “KOÇAK” damğası olan sarı rəngli kulonlu boyunbağının 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 387 manat, 8) bir ədəd 25,72 qram kütləli 585 əyarlı, bismark toxunuşlu, qulaqcığında “МЯЦ” və “Я” sağ təəfə baxan qadının baş hissəsinin təsviri əks olunmuş damğası olan qırmızımtıl-sarı rəngli boyunbağının 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 1929 manat, 9) bir ədəd 8,68 qram kütləli diametri 2,25mm ölçüdə üzərində “10 РУБЛЕЙ 1899 Г” yazəları olan sarı rəngli qulplu pul 2021-ci ilin yanvar ayına ümumi orta bazar qiyməti 800 manat, həmin Məmulatların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 585 əyarlı, bismark toxunuşlu, qulaqcığında “МЯЦ” və “Я” sağ təəfə baxan qadının baş hissəsinin təsviri əks olunmuş damğası olan qırmızımtıl-sarı rəngli boyunbağı və bir ədəd 8,68 qram kütləli diametri 2,25mm ölçüdə üzərində “10 РУБЛЕЙ 1899 Г” yazıları olan sarı rəngli qulplu qızıl onluq kulon ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 4 qram çəkidə qulaqcığında “Midas 14K” damğası olan sadə qızıl boyunbağı, bir cüt üzərində qara qaşı olan və şffav qaşları olan 13.2 qram çəkidə 585 əyarlı qızıl sırğa, bir ədəd üzərində ərəb və fars hərfləri ilə yazılı kulon olan 2.44 qram çəkidə 585 əyarlı qızıl boyunbağı,bir ədəd üzərində qara halqalar olan 585 əyarlı qızıl boyunbağı, birr cüt iç-içə keçən iki halqa halında üzərində şəffaf qaşları olan 3,37 qram çəkidə 585 əyarlı qızıl sırğa, bir cüt dəyərində şəffav qaşları olan 8,33 qram çəkidə 750 əyarlı olan qızıl sırğa və bir ədəd nazik üzərində ərəb hərfələri ilə yazı olan 1,74 qram çəkidə 585 əyarlı qızıl qolbaq ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş beş ədəd lombard qəbzi iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan qismən, Zərərçəkmiş şəxs2 dəymiş ziyan isə tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə onlara elan edilmiş həmin ittiham üzrə özünü təqsirli bilməməsi barədə göstərdikləri, ona elan edilmiş həmin ittiham üzrə təqsirli olmaması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Mənzil Kommunal Təsərüffat Birliyinin 96 saylı MKİS tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu General Şıxlinski küçəsi, 49 saylı evin 207 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Abşeron rayon məhkəməsinin 27.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilmiş, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında 03 iyul 2013-cü il tarixdə Bakı Nikah Evində (Səadət sarayı) bağlanmış və 1185 saylı akt qeydi ilə qeyd edilmiş nikah pozulmuş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, 01 may 2014-cü il təvəllüdlü X7 boşanmadan sonra anasının, yəni Təqsirləndirilən şəxs yanında qalması, Şahid2 Təqsirləndirilən şəxs xeyrinə 01 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının əvvəli 09 mart 2021-ci ildən hesablanması qət edilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, onun ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni onun yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfədir az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin habelə işin faktiki hallarını, yəni vurulmuş ziyanın həcmini və onun yalnız az bir hissəsinin ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, törədilmə hallarını, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmalı və həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağının – 01 may 2014-cü il təvəllüdlü X3 on dörd yaşına çatanadək, yəni 01 may 2028-ci il tarixədək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hökm icra edilərkən onun barəsində həbs qətimkan tədbiri seçilməli, cəzaçəkmənin əvvəli onun həbs olunduğu tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatı təmin edilməmiş, müstəntiqin 27 fevral 2021-ci il tarixli qərar ilə onun MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət onun cəza müddətinə daxil edilməklə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində hökm icra edilərkən onun barəsində həbs qətimkan tədbiri seçilməli, cəzaçəkmənin əvvəli onun həbs olunduğu tarixdən hesablanmalı, cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, Bakı şəhər Probasiya şöbəsinə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 90 (doxsan) manatdır. İş üzrə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 25500 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 25500 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 100 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 manat məbləğində, məhkəmə baxışında 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, həmin cəzanın çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı uşağı - 01 may 2014-cü il təvəllüdlü X3 on dörd yaşına çatanadək, yəni 01 may 2028-ci il tarixədək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hökm icra edilərkən onun barəsində həbs qətimkan tədbiri seçilsin, cəzaçəkmənin əvvəli onun həbs olunduğu tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 585 əyarlı, bismark toxunuşlu, qulaqcığında “МЯЦ” və “Я” sağ təəfə baxan qadının baş hissəsinin təsviri əks olunmuş damğası olan qırmızımtıl-sarı rəngli boyunbağı və bir ədəd 8,68 qram kütləli diametri 2,25 mm ölçüdə üzərində “10 РУБЛЕЙ 1899 Г” yazıları olan sarı rəngli qulplu qızıl onluq kulon ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 4 qram çəkidə qulaqcığında “Midas 14K” damğası olan sadə qızıl boyunbağı, bir cüt üzərində qara qaşı olan və şffav qaşları olan 13.2 qram çəkidə 585 əyarlı qızıl sırğa, bir ədəd üzərində ərəb və fars hərfləri ilə yazılı kulon olan 2.44 qram çəkidə 585 əyarlı qızıl boyunbağı,bir ədəd üzərində qara halqalar olan 585 əyarlı qızıl boyunbağı, birr cüt iç-içə keçən iki halqa halında üzərində şəffaf qaşları olan 3,37 qram çəkidə 585 əyarlı qızıl sırğa, bir cüt dəyərində şəffav qaşları olan 8,33 qram çəkidə 750 əyarlı olan qızıl sırğa və bir ədəd nazik üzərində ərəb hərfələri ilə yazı olan 1,74 qram çəkidə 585 əyarlı qızıl qolbaq ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖİN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı 25500 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilsin. Cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 25 500 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, Bakı şəhər Probasiya şöbəsinə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 100 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 manat məbləğində, məhkəmə baxışında 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-433/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-433/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver