Məhkəmə qərarları › İş №1(012)-433/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-433/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-433/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 03:30 radələrində Abşeron rayonu. Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına'" daxil olan ümumi 0.637qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına" daxil olan ümumi 0.332 qram çəkidə ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Günəş" bağçasının yaxınlığında saxlanılıb, Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli alt köynəyinin ətəyindən bir ədəd sellofana bükülmüş həmin 0,637 qram çəkidə narkotik vasitə heroin və 0,332 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 15 aprel 2022-ci il tarixdə saat 04 radələrində Sumqayıt şəhərindən kirayədə yaşadığı evdən çıxaraq taksi sifariş edib Abşeron rayonu Mehdiabad qəsəbəsinə tanıdığı qadınla görüşməyə gəlmişdir. Mehdiabad qəsəbəsində siqaret çəkmək üçün taksidən düşmüş, səkinin üstündə iki ədəd ağ rəngli sellofan büküm gözümə dəymiş və əyilib həmin iki ədəd sellofan bükümü götürmüşdür. Həmin sellofanlarda maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğu məlum olmuş və öz şəxsi istifadəsi üçün götürüb əynində olan qara rəngli alt köynəyinin ətəyinə büküb gizlətmiş, yenidən taksiyə əyləşib tanıdığı qadını gözlədiyi vaxtı 3 nəfər polis əməkdaşı xidməti avtomobillə taksiyə yaxınlaşmışlar. Onu xidməti avtomobilə əyləşdirmişlər. Mehdiabad PB- nə gətirmişlər. Xidməti otaqların birində üzərinə video nəkilişlə şəxsi axtarış kenirmişlər. Şəxsi axtarış kenirilməzdən əvvəl ona huquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində qanunla dıovriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir əşya predmet varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli alt köynəyinin ətəyinə bükdüyü iki ədəd ağ rəngli sellofona bükülmüş halda narktik vasitə olan heroin və psitxotrop olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi heroin və metamfetamin kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Protokol və zərf imzalanmışdır. Bildirmişdi ki, həmin narkotik vasitə heroin və psixotrop maddəni Mehdiabad qəsəbəsində yerdən tapmış və özü istifadə edəcəkdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə hesab edilən metamfetamini öz istifadəsi uhuh üzərində gəzdirmiş, əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış və üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddədən hen kimə hər hansı bir miqdarda satmamış və ya hew kimə hədiyyə verməmiş, uzərindəH aşkar olunmuş psixotrop maddədən əlavə, başqa hen bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, yaşadığı evdə axtarış aparılmasına heu bir etiraz etmir, onun narkotik vasitə heroin və psixotrop maddə metamletamini əldə etməyindən hen kəsin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hərhansı bir fiziki və psixi, həmninin hər-hansı bir digər formada təsir olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, X9 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri işləyir, polis serjantıdır. 15 aprel 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati ərazisində X9 Alayının 12-ci Patrul Bölüyünün polis nəfərləri polis serjantı Şahid2 və X5 ilə birlikdə xidmət apardığı zaman mərkəzi yolla birləşik üzü qaranlıq yolda Günəş bağcaçının 150 metr kənarında Opel Astra markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və salonunda iki nəfər şəxsin əyləşdiyini görmüşlər. Ərazidə baş vermiş oğurluq və müxtəlif hadisələrlə əlaqədar olaraq onlar həmin şəxslərə yaxınlaşıb özlərini onlara təqdim etmişlər. Avtomobildə sağ tərəfdə əyləşən şəxs onları görüb maşından düşərək qaçmaq istəyərkən onlar həmin şəxsi saxlayıb xidməti avtopatrul maşınına əyləşdirib bölməyə gətirərək barəsində raport yazıb növbətçi hissəyə təhvil vermişlər. Bölmədə onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bölmənin inzibati otağında təhqiqatçı, müdafiəçinin və bizim iştirakımızla Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olubolmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara rəngli alt köynəyin ətəyinə bükülmüş ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngli kütləni və ağ rəngli kütləni təqdim edrək həmin kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitəyə oxşar heroin və psixotrop maddəyə oxşar kütlələr götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırıldı və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan sonra Şahid4 sürücüsü olduğu Opel Astra markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X9 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri işləyir, polis serjantıdır. 15 aprel 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati ərazisində X9 Alayının 12-ci Patrul Bölüyünün polis nəfərləri polis serjantı X4 və X5 ilə birlikdə xidmət apardığı zaman mərkəzi yolla birləşik üzü qaranlıq yolda Günəş bağcaçının 150 metr kənarında Opel Astra markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və salonunda iki nəfər şəxsin əyləşdiyini görmüşlər. Ərazidə baş vermiş oğurluq və müxtəlif hadisələrlə əlaqədar olaraq onlar həmin şəxslərə yaxınlaşıb özlərini onlara təqdim etmişlər. Avtomobildə sağ tərəfdə əyləşən şəxs onları görüb maşından düşərək qaçmaq istəyərkən onlar həmin şəxsi saxlayıb xidməti avtopatrul maşınına əyləşdirib bölməyə gətirərək barəsində raport yazıb növbətçi hissəyə təhvil vermişlər. Bölmədə onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bölmənin inzibati otağında təhqiqatçı, müdafiəçinin və bizim iştirakımızla Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olubolmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan qara rəngli alt köynəyin ətəyinə bükülmüş ağ rəngli sellofana bükülmüş qəhvəyi rəngli kütləni və ağ rəngli kütləni təqdim edrək həmin kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitəyə oxşar heroin və psixotrop maddəyə oxşar kütlələr götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırıldı və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu, həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan sonra Şahid4 sürücüsü olduğu Opel Astra markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və onlar tərəfindən imzalanmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç br şikayət, tələb və iddiası yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 Alayının 12-ci Patrul Bölüyünün polis nəfəri X2 ifadəsi elan edilərkən məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsinə uyğun ifadə verdiyi müəyyən edildi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında tədqiq edilmiş ifadəsindən görünür ki, özünə məxsus olan Opel Astra markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə 211 taksi şirkətindən Sumqayıt şəhərindən Mehdiabad qəsəbəsi, Günəş uşaq bağçasının yanma və yenidən Sumqayıt şəhərinə 10 manat 20 qəpiyə sifariş qəbul etmiş, saat 04 radələrində sonradan tanıdığı Vidadi adlı şəxs sərnişin qismində avtomobilə əyləşmiş və onu Abşeron rayonu Mehdiabad qəsəbəsinə Günəş bağçasından təxminən 150 metr içəriyə aparmışdır. Vidadi adlı şəxs taksidən yerə düşərək telefonla kiminləsə danışaraq təxminən 10 metr irəli gedib sonra geri qayıdaraq avtomobilə əyləşmiş və kimisə gözlədiyini demişdir. Təxminən 5 dəqiqə sonra 3 nəfər polis əməkdaşı xidməti avtomobillə onlara yaxınlaşmışlar və özlərini təqdim edərək ondan kim olduğumu soruşmuşlar. O, onlara taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Vidadi isə özünü şübhəli apardığından sözləri düz gəlmədiyindən ona avtomobildə yerə düşməyi təklif etmişlər. Vidadi avtomobildən yerə düşərək qaçmağa cəhd etdiyindən polis əməkdaşları onu polis bölməsinə aparpmışlar. O, da onların arxasınca polis bölməsinə gəlmişdir. Bölmədə polis əməkdaşları Vidadidən üzərində hər hansı bir dövriyyəsi qadağan edilmiş əşya olub-olmamasını soruşmuşlar. Həmin şəxs üzərində narkotik vasitə gəzdirdiyin bildirmişdir. Sonra onun avtomobilinə baxış keçirilmiş, avtomobildən qeyri qanuni hər hansı bir əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş video çəkiliş görüntüləri olan ağ rəngli CD formatlı diskə baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli alt köynəyinin ətəyindən iki ədəd sellofan bükümdə çıxararaq təqdim etdi. Həmin kütlələləıin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğu aşkar olunmuşdur. Həmin narkotik vasitə heroin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində qara rəngli alt köynək olan şəxs onun özüdür, əynində olan əynində olan qara rəngli alt köynəyin ətəyindən çıxararaq təqdim etdiyi bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroin və bir ədəd psixotrop maddə olan metamfetamindir, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri , Mehdiabad qəsəbəsi ərazisində yerdən tapmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli 6/2159 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi -0,637 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 0,332 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in, metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan psixotrop maddə”in siyahısına (Siyahı İ). daxildir. Heroinin təmiz çəkisi: 0,637 qram, sərf edildi: 0,05qr, qalıq:0,587qr, metamfetaminin təmiz çəkisi: 0,332qr, sərf edildi: 0.05 qr, qalıq: 0,282 qr. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10 may 2022-ci il tarixli 2339 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,637 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,332 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq, 0,587 qram maddə qalığı narkotik vasitə heroin və 0,282 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İ hissəsinin 27-ci bəndində psixotrop maddəmetamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Corat qəsəbə İƏDÜN-nin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi 546 saylı evdə yaşamaqla yaşayış yerində müsbət xarakteriza edilir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmənin çağrışına gəlmədiyi üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcrixanasında yerləşdirilmiş və məhkəmədə həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,587 qram heroin, 0,282 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 İsak oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanlsın. Təqsirləndirilən şəxs narkomaniyyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,587 qram heroin, 0,282 qram olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 İsak oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar