Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-433/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ciu il tarixdə Sabirabad rayonu, Vladimrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)- 75/2023 saylı qərarı ilə “həbs” tədbiri seçilmiş, Sabirabad şəhəri, Nizami küçəsində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs şərikli işlər görməyi təklif etməklə Bakı şəhərində yerləşən “Mona Liza” restoranı üçün "besetka”lar, Xocavənd rayonu, Hadrut qəsəbəsində tikiləcək fərdi evlər üçün taxta qapılar, Şəmkir rayonunda yerləşən otel və restoran, Quba rayonunda yerləşən restoran üçün mebellərin hazırlanması ilə bağlı sifarişlər qəbul etdiyini deyib lazımi materiallar alınmaqla sadalanan sifarişləri 01 avqust 2022-ci il tarixədək yekunlaşdırdıqdan sonra verəcəyi pulun qazanc olaraq ən azı iki qatı həcmində qaytaracağını yalandan vəd verib aldadaraq, 02 may 2022-ci il tarixdə sonuncunun oğlu Şahid1 işlətdiyi tikinti materialları dükanında Zərərçəkmiş şəxs 7500 (yeddi min beş yüz) manat, 01 iyun 2022-ci il tarixdə isə həmin məqsədlə sözügedən mağazada 5000 (beş min) manat pul alıb ələ keçirdikdən sonra cinayət əməlini davam etdirərək 02 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Şah Market” adlı mağazanın yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb eyni məqsədlə sonuncudan 4500 (dörd min beş yüz) manat pul alaraq ümumilikdə 17000 (on yeddi min) manat pulu vahid niyyətlə qanunsuz ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs aldığı puldan 4000 manatı qaytarmışdır. Onu aldatmaq fikri olmamışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyandan 4000 (dörd min) manatını ödədiyini, qalan məbləğini isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürməsini və hmayəsində dörd uşağının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Çinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, zərərçəkəni 2022-cı ilin aprel ayından tanıyır. Əvvəllər Zərərçəkmiş şəxsla arasında heç bır düşmənçilik və ədavət olmamışdır. Həmin günlərdə Zərərçəkmiş şəxs oğlu Vüqarın işlətdiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən tikinti materialları mağazasının qonşuluğunda qardaşları ilə birgə mebel sexi işlətmiş, həmçinin Vüqarın mağazasına müştəri kimi gedib-gəlmişdir. Qardaşları Asif və Vüsalla birlikdə həmin mebel sexini 2020-ci ilin sentyabr ayından işlətməyə başlamışlar. Bu şəkildə Zərərçəkmiş şəxsla arasında münasibət yaranmışdır. Əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxs pul borc alıb qeyd etdiyi tarixdə qaytarmış, beləcə, bir-birlərinə etibarı yaranmışdır. Zərərçəkmiş şəxs yaxın qohumlarının belə ona etmədiyi yaxşılıqları etdiyini bildirməklə yanında dərin hörmətinin olduğunu demişdir. 2022-ci ilin may ayının əvvəlində Bakı şəhərində yerləşən "Mona Liza” restoranı üçün 25 “besetka”-nın, Hadrut qəsəbəsində tikiləcək fərdi evlər üçün 2200 ədəd taxta qapının, Şəmkir rayonunda yerləşən restoran və otelin, Quba rayonunda yerləşən restoranın mebellərinin hazırlanması ilə bağlı sifarişlər qəbul etdiyini deməklə bu işləri görüb başa çatdırmaq üçün lazımı materiallar almaqda pulunun yetmədiyini və maddi dəstəyə ehtiyac duyduğunu bildirmişdir. Qeyd olunan işləri görmək üçün materialların alınmasına pul verməsini istəmiş və 01 avqust 2022-ci il tarixədək işləri yekunlaşdırıb verəcəyi pulun ən azı iki qatını geri qaytaracağını Zərərçəkmiş şəxs vəd etmişdir. Əvvəllər pul borc alıb qaytardığı üçün Zərərçəkmiş şəxsla arasında inam və etibar yarandığından, Zərərçəkmiş şəxs ona bu pulları verəcəyini bildirmişdir. Beləliklə, 02 may 2022-ci il tarixdə oğlu Vüqarın inşaat materialları mağazasında Zərərçəkmiş şəxs 7500 manat pul almışdır. Aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin pulu xərcləyib qurtardıqdan sonra may ayının sonlarında yenidən Zərərçəkmiş şəxsla oğlunun mağazasında görüşüb əlavə 10000 manat pula ehtiyacı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona həmin məbləğdə pulu verməyə imkanı olmadığını yalnız 5000 manat verə biləcəyini dediyi üçün razılaşıb həmin pulu 01 iyun 2022-cı il tarixdə sözügedən mağazada Zərərçəkmiş şəxs almışdır. Pulları alarkən yanlarında Zərərçəkmiş şəxs oğlu Vüqar olmuş, başqa hər hansı şəxsin olub-olmadığını isə xatırlamır. Aldığı 5000 manat pulun hamısını da şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs verdiyi vədlə bağlı heç bir iş görməmişdir. Bundan başqa iyun ayının sonlarında yenidən Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq əlavə pula ehtiyac olduğunu demiş və 02 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Şah Market”-ın yaxınlığında görüşərək sonuncudan daha 4500 manat pul almışdır. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs aldığı pulların məbləği 17000 manat olmuşdur. Aldığı sonuncu məbləğ də daxil olmaqla pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs qarşılığında yüksək gəlir əldə edəcəyinə dair yalandan vəd verib inandırmışdır. Faktiki olaraq bunun üçün heç bir real addım atmamışdır. Pulları aldıqdan sonra dəfələrlə Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb işlərinin nə yerdə olması ilə maraqlanmış, o isə yalandan Zərərçəkmiş şəxs narahat olmamasını, əvvəlcədən vəd etdiyi kimi 01 avqust 2022-ci il tarixdə aldığı pulları qaytaracağını bildirmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng etməsinə baxmayaraq o, həmin zəngi cavablandırmamışdır. Həmin gün qardaşı Asifin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində əməliyyat müvəkkili işləyən tanışı Namiqlə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs guya 17000 manat pul borc aldığını demiş və Zərərçəkmiş şəxsla görüşüb 15 avqust 2022-ci il tarixədək möhlət istəməsini xahiş etmişdir. Sonradan öyrənmişdir ki, Namiq Zərərçəkmiş şəxs oğlunun işlətdiyi mağazaya gedərək görüşmüş, Zərərçəkmiş şəxs yanında ona zəng edib möhlət istəmiş, o isə pulun hamısını gətirib qaytaracağına yalandan söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun əslində dələduzluq niyyəti ilə pullarını ələ keçirdiyim başa düşdüyü üçün barəsində daxili işlər orqanlarına şikayət edəcəyini demişdir. O, Zərərçəkmiş şəxs şikayət etməməsi üçün yalandan pulları qaytaracağını bildirib bunun qarşısını almağa çalışmışdır. Belə ki, Zərərçəkmiş şəxs 2022ci ilin sentyabr ayının sonunadək “Whatsapp” sosial şəbəkəsində ona mesajlar yazaraq pullarını geri qaytarmasını tələb etmiş, o isə səsli və yazılı mesajlar göndərməklə möhlət istəmişdir. Zərərçəkmiş şəxs aldığı pulları tezliklə qaytaracağına dair yalan vədlər verməklə məsələni bilərəkdən yubatmışdır. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxsla əlaqə saxlamış, 2022-ci ilin oktyabr ayının əvvəlində Zərərçəkmiş şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə etdiyi müraciətlə əlaqədar polis bölməsinə gedib izahat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi səsli mesajların hamısını dinləmiş və ekran görüntülərində qeyd edilən yazışmaları oxuyaraq tanış olmuşdur. Zərərçəkmiş şəxs mobil telefonunun "Kontaktlar” bölməsində “Anar Mebel” adı ilə qeyd etdiyi 55-637-82-70 mobil nömrəsi onun istifadəsində olmuş, həmin nömrə ilə istifadə edilən “Whatsapp” profilindən Zərərçəkmiş şəxs 55-675-11-18 mobil nömrəsi ilə istifadə etdiyi profilə göndərilmiş, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi səsli mesajlar və yazışmalar onun özü tərəfindən aparılmışdır. Bundan başqa 31 avqust 2022- ci ıl tarixdən 28 sentyabr 2022-ci il tarixədək “Whatsapp” sosial şəbəkəsində Zərərçəkmiş şəxsla yazışaraq dəfələrlə möhlət istəmiş, ona pul verməli olan şəxslərdən pulunu alıb Zərərçəkmiş şəxs aldığı pulun hamısını qaytaracağını bildirmiş, Zərərçəkmiş şəxs isə ona inanmayaraq barəsində polisə müraciət edəcəyini, oğlu Vüqarı atası ilə söhbət etmək üçün yaşadığı ünvana göndərəcəyini yazmışdır. Qardaşlarının Zərərçəkmiş şəxs yalandan vəd verib pulunu dələduzluq yolu ilə ələ keçirməsindən xəbəri və heç bir rolu olmamışdır. Ancaq söz verməkdə məqsədi Zərərçəkmiş şəxs yubatmaq olmuş, əslində pulları geri qaytarmaq niyyəti olmamışdır. Hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və qardaşlarını 2022-ci ilin aprel ayının əvvəlindən tanıyır. Anar, qardaşları Asif və Vüsal oğlu Vüqarın işlətdiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən tikinti materialları mağazasının qonşuluğunda mebel sexi işlətmişlər və həmin mağazaya müştəri kimi gəlib-getmişlər. Əvvəllər Anar bir neçə dəfə ondan pul borc alıb qaytarmaqla onun etibarını qazanmışdır. Anar 2022-ci ilin aprel ayı ərzində taxta-şalban materialları almaqda çətinlik çəkdiyi üçün ondan əvvəlcə 300 manat, ardınca 1000 manat və 2000 manat pul almışdır. Həmin pulları söz verdiyi vaxtda qaytarmaqla etibarını qazanmışdır. 2022-ci ilin may ayının əvvəlində Anar yenidən yanına gəlib Bakı şəhərində yerləşən "Mona Liza” restoranı üçün 25 “besetka’-nın, Xocavənd rayonu, Hadrut qəsəbəsində tikiləcək fərdi evlər üçün 2200 ədəd taxta qapının, Şəmkir rayonunda yerləşən restoran və otelin, Quba rayonunda yerləşən restoranın mebellərinin hazırlanması ilə bağlı sifarişlər qəbul etdiyini bildirmiş və bu işləri görüb başa çatdırmaq üçün lazımi materiallar almaqda pulunun yetmədiyini demişdir. Bundan sonra Anar ondan qeyd olunan işləri görmək üçün materialların alınmasına pul verməsini istəmişdir. Anar ona 01 avqust 2022-ci il tarixədək işləri yekunlaşdırıb verəcəyini və pulun ən azı iki qatını geri qaytarılacağını vəd etmişdir. Anar bu işlər nəticəsində yüksək gəlir əldə edəcəyini vəd etdiyi uçun Anara və qardaşlarına inanıb 02 may 2022-ci il tarixdə oğlunun mağazasında Anara 7500 manat pul vermişdir. 01 iyun 2022-ci il tarixdə Anar ondan 10000 manata yaxın pul istəmiş, o isə yalnız 5000 manat verə biləcəyini drmiş və Anara yenə də oğlunun mağazasında həmin məbləğdə pulu vermişdir. 02 iyul 2022-ci il tarixdə isə Anarla Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən "Şah Market”-in yaxınlığında görüşüb eyni məqsədlə 4500 manat pul vermişdir. Beləcə, etibarından sui-istifadə edilməklə Anar tərəfindən ondan alınan pulların ümumi məbləği 17000 manata çatmışdır. Anara 7500 manat pulu verərkən yanlarında oğlunun mağazası ilə üzbəüz yerləşən evdə yaşayan Sarvan adlı şəxs, 5000 manat pulu verərkən Sulutəpə qəsəbəsində yaşayan Ramiz adlı şəxs olmuşdur. 4500 manat pulu isə ikilikdə vermişdir. 01 avqust 2022-ci il tarixdə Anarla əlaqə saxlamış, lakin bu baş tutmamışdır. 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində əməliyyat müvəkkili işlədiyini bildirən, polis mayoru rütbəsində olan Namiq adlı şəxs mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Həmin şəxsi oğlunun mağazasına dəvət etdikdən təxminən yarım saat sonra həmin şəxs təkbaşına oraya gəlmişdir. Aralarında baş tutan söhbət zamanı Namiq adlı şəxs ondan Anarın maddi durumunun aşağı olduğunu, bu səbəbdən aldığı pulları qaytarması üçün 15 avqust 2022-ci il tarixədək möhlət verməsini xahiş etmişdir. Daha sonra Namiq onun yanında Anarla telefon əlaqəsi saxlayıb pulu qeyd edilən tarixdə qaytaracağına dair onunla razılaşdığını bildirmişdir. Həmin vaxt Anar pulun hamısını gətirib qaytaracağına söz vermişdir. 15 avqust 2022-ci il tarixdə Anar pulu gətirmədiyi üçün məcbur qalıb Namiqin mobil telefonuna zəng etmişdir. Namiqlə danışarkən Anarın və qardaşı Asifin onun zənglərinə cavab vermədiyini, görüşməkdən boyun qaçırdıqlarını bildirmişdir. Həmin vaxtdan gündə 2-3 dəfə Anarla həm ‘Whatsapp” sosial şəbəkəsində yazışmış və səsli mesajlar göndərmiş, həm də müxtəlif tarixlərdə zəng edərək danışmışdır. Danışıqlar zamanı Anar pulu aldığını etiraf etmiş, tezliklə qaytaracağına dair vədlər verməklə onu yubatmışdır. Nəhayət, 28 sentyabr 2022-ci il tarixdə saat 16.00 radələrində Anar istifadəsində olan mobil nömrədən zəng edərək pulun 10000 manatının hazır olduğunu və qaytarması üçün "Şah Market”-in yaxınlığına gəlməsini xahiş etmişdir. Oraya çatdıqdan təxminən 5 dəqiqə sonra Anar qardaşları Asif və Vüsalla birlikdə qara rəngli "BMW X5” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə oraya gəlmişdir. Asif ona yaxınlaşıb hədə-qorxu gələrək baş verənlərlə bağlı polisə məlumat verəcəyi təqdirdə özünü və oğlunu öldürəcəklərini, evini yandıracaqlarını bildirmişlər. Ardınca Asif 2 dəfə yumruqla sinə nahiyəsindən itələyərək "Get nə bacarırsan, elə” deyib avtomobilə əyləşmişdir. Eyni zamanda Anar 2022-ci ilin iyun ayının əvvəlində müxtəlif günlərdə oğlunun mağazasından ümumi dəyəri 210 manat olan nisyə şəkildə mebel avadanlıqları almış, 20 gün ərzində ödəyəcəyini bildirsə də, bugünədək həmin pulu da ödəməmişdir. Anarın ümumilikdə 17000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu dələduzluq edərək ələ keçirmişir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün sonuncudan dəyən maddi və mənəvi ziyanın ödənilməsini və onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs kiçik oğludur. Təxminən 7-8 ildir Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən tikinti materialları mağazasını işlədir. Təxminən il yarım əvvəl Təqsirləndirilən şəxs qardaşları Şahid4 və X5 ilə birlikdə onun mağazasından təxminən 180 metr aralı məsafədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsini icarəyə götürüb orada mebel sexi işlətməklə məşğul olmağa başlamışlar. Bundan sonra, Anar tez-tez onun mağazasına gələrək münasibət yaratmış, götürdüyü sifarişlərlə bağlı materiallara ehtiyac olduğunu bildirməklə mağazadan alış-veriş etmişdir. Əvvəllər Anar götürdüyü malların pulunu nağd şəkildə ödəsə də, aralarında yaranan münasibətə görə sonradan nisyə şəkildə almış, pulunu isə sifarişləri yekunlaşdırdıqdan sonra ödəmişdir. Atası həmin dövrdə gününün əksər hissəsini onun mağazasında keçirdiyindən 2022-ci ilin aprel ayının əvvəlindən həm Anar, həm də qardaşları Asif və Vüsalla arasında tanışlıq münasibəti yaranmışdır. Hətta Anar əvvəllər bir neçə dəfə atasından pul borc alıb vəd etdiyi tarixdə qaytarmışdır. Beləcə də, atasının və onun etibarını qazanmışdır. Belə ki, Anar 2022-ci ilin aprel ayı ərzində taxta-şalban materialları almaqda çətinlik çəkdiyi üçün atasından əvvəlcə 300 manat, ardınca 1000 manat və 2000 manat pul almışdır. Həmin pulları söz verdiyi vaxtda qaytarmaqla vədinə sadiq biri olmuşdur. Bu şəkildə Anar ilə atası və onun arasındakı münasibətlər irəliləmişdir. 2022-ci ilin may ayının əvvəlində Anar mağazasına gəlib Bakı şəhərində yerləşən "Mona Lıza” restoranı uçün 25 “besetka”-nın, Xocavənd rayonu, Hadrut qəsəbəsində tikiləcək fərdi evlər uçün 2200 ədəd taxta qapının, Şəmkir rayonunda yerləşən restoran və otelin, Quba rayonunda yerləşən restoranın mebellərinin hazırlanması ilə bağlı sifarişlər qəbul etdiyini, bu işləri görüb başa çatdırmaq üçün lazımi materiallar almaqda pulunun yetmədiyini bildirmiş və atasından maddi dəstək göstərməsini xahiş etmişdir. Bundan sonra Anar atasından qeyd olunan işləri görmək üçün materialların alınmasına pul verməsini, 01 avqust 2022-ci il tarixədək işləri yekunlaşdırıb aldığı pulun ən azı iki qatını geri qaytaracağını vəd etmişdir. Atası Anarın sonradan yalan olduğunu bildikləri vədlərinə inanıb 02 may 2022-ci il tarixdə onun mağazasında Anara 7500 manat pul vermişdir. Həmin vaxt mağazada onlardan başqa Anarın qardaşı Vüsal və daimi müştərisi olan Sarvan da olmuşdur. Anar atasından 7500 manat pul aldıqdan təxminən 1 ay sonra, yəni 01 iyun 2022-ci il tarixdə daha 10000 manat pul istəmiş, atası isə yalnız 5000 manat verə biləcəyini deməklə Anara ona məxsus mağazada həmin məbləğdə pulu vermişdir. Bundan sonra Anar hər dəfə mağazasına gəlib-gedəndə verdiyi vədləri xatırladaraq atasından aldığı pulları yaxın zamanda ən azı iki qatı qədərində geri qaytaracağını bildirmişdir. Sonradan atasının danışdıqlarından ona məlum olmuşdur ki, 02 iyul 2022-ci il tarixdə Anarla Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Şah Market”-in yaxınlığında görüşmüş və Anar atasına yalan vədlər verməklə daha 4500 manat pul almışdır. Beləliklə, Anarın atasının etibarından sui-istifadə etməklə aldığı pulların ümumi məbləği 17000 manat təşkil etmişdir. Anar aldığı pulları 01 avqust 2022-cı il tarixdə qaytarmamış, həmin gün atası Anarla əlaqə saxlasa da, telefonla danışmaq mümkün olmamışdır. 2022-ci ilin sentyabr ayının sonunadək atası Anara “Whatsapp” sosial şəbəkəsində mesajlar yazmaqla, həmçinin müxtəlif tarixlərdə zəng etməklə aldığı pulları qaytarmasını tələb etmiş, əks təqdirdə qanuni tədbir görülməsi üçün aidiyyəti orqanlara barəsində şikayət edəcəyini bildirmişdir. Həmin danışıqlar və yazışmalar zamanı Anar pulu aldığını etiraf etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirməklə atasını yubatmışdır. 06 oktyabr 2022-cı il tarixdə isə atası bütün bunlardan təngə gəlib Anarın əməlləri barədə ərizə ilə polis idaəsinə müraciət etmişdir. Anar 2022-ci ilin iyun ayının əvvəlində müxtəlif günlərdə onun mağazasından nisyə şəkildə ümumi dəyəri 210 manat olan mebel avadanlıqları almış, pulunu 20 gün ərzində ödəyəcəyini bildirsə də, bugünədək həmin pulu da ödəməmişdir. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştiak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Yaşadığı küçədə Zərərçəkmiş şəxs oğlu Vüqara məxsus tikinti materialları mağazası yerləşir. O, yaşadığı ev üçün tikinti materialları və xırdavat lazım olduqda həmin mağazadan alır. Zərərçəkmiş şəxs tez-tez oğlunun mağazasına gəlibgetdiyindən aralarında 'salam-sağ ol” münasibəti vardır. Təqsirləndirilən şəxs və qardaşlarını əvvəllər tanımamış, həmin şəxslərlə arasında münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ilin may ayının əvvəlində müştəri kimi Vüqarın mağazasında olan zaman sonradan adının Anar olmasını bildiyi bir nəfər şəxsin Zərərçəkmiş şəxsla kənarda söhbət etdiklərini görmüşdür. Həmin vaxt Vüqar da onların yanında dayanmışdır. Mağazadan alacağı avadanlıq onların söhbət etdikləri yerin yaxınlığında qoyulduğundan onlara mane olmamaq üçün söhbətin başa çatmasını gözləmişdir. Bu zaman Zərərçəkmiş şəxs “Anar, al. 7500 manat. Allah xeyrini versin” dediyini eşitmişdir. Başını qaldırıb baxanda Zərərçəkmiş şəxs Anar adlı şəxsə Vüqarın və tanımadığı digər şəxsin yanında pul verdiyini görmüşdür. Anar və yanındakı şəxs çıxıb getdikdən sonra ev üçün avadanlıqlar alıb Vüqar və Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Görüşdükdən sonra hansı məqsədlə həmin şəxsə pul verdiyini soruşduqda Zərərçəkmiş şəxs ona Anar adlı şəxsin Azərbaycanın müxtəlif bölgələrində iriölçülü sifarişlər qəbul etdiyini, pulu həmin sifarişlərin görülməsi üçün verdiyini və nəticədə həmin pulların ən azı iki qatının tezliklə özünə qaytarılacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs nə iş görürsə, xeyir tapmasını arzulasa da, pulu alan şəxsdən gözü su içmədiyini demişdir. Bir müddət sonra bilmişdir ki, Anar adlı şəxs verdiyi pulların qarşılığında ikiqat gəlir əldə edəcəyini, yüksək məbləğdə pullar qazanacağını vəd etməklə Zərərçəkmiş şəxs ümumilikdə 17000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştiak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin avqust ayından tanıyır. Zərərçəkmiş şəxs Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə ünvanladığı 04 oktyabr 2022-ci il tarixli ərizə ilə tanış olmuşdur. Yaşadığı küçədə Zərərçəkmiş şəxs oğlu Vüqara məxsus tikinti materialları mağazası yerləşir. O, yaşadığı ev üçün tikinti materialları və xırdavat lazım olduqda həmin mağazadan alır. Zərərçəkmiş şəxs tez-tez oğlunun mağazasına gəlibgetdiyindən aralarında "salam-sağ ol” münasibəti vardır. Təqsirləndirilən şəxs və qardaşlarını əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ilin iyun ayının əvvəlində müştəri kimi Vüqarın mağazasında olan zaman sonradan adının Anar olmasını bildiyi bır nəfər şəxsin yanındakı digər şəxslə birlikdə Zərərçəkmiş şəxsla kənarda söhbət etdiklərim görmüşdür. Həmin vaxt Vüqar da onların yanında dayanmışdır. Mağazadan almaq istədiyi su kranı və boruların çeşidlərinə baxarkən Anar adlı şəxslə Zərərçəkmiş şəxs arasında hansısa işi quracağı ilə bağlı məsələlərini yoluna qoymağa dair vədlər verdiyini eşitmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “Anar, 5000 manat verirəm. Elə olsun ki, bir-birimizi aldatmayaq” dediyini eşitmişdir. Anar və yanında olan şəxs pulu götürüb saydıqdan sonra mağazanın qarşısında dayanan qara rəngli xarici markalı avtomobilə əyləşərək çıxıb getmişlər. Daha sonra o, mağazadan aldıqlarının pulunu Zərərçəkmiş şəxs verərək oradan çıxıb getmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ona danışmışdır ki, Anar adlı şəxs verdiyi pulların qarşılığında ikiqat gəlir əldə edəcəyini, yüksək məbləğdə pullar qazanacağını vəd etməklə ümumilikdə 17000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. İş üzrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, işi ilə əlaqədar məhkəmə iclasında iştiak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayından tanıyır. Əvvəllər Zərərçəkmiş şəxsla aralarında heç bır düşmənçilik və ədavət olmamışdır. 2020-ci ilin sentyabr ayında qardaşları Anar və Vüsalla birgə Zərərçəkmiş şəxs oğlu Vüqarın işlətdiyi Bınəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən inşaat materialları mağazasının yaxınlığında yerləşən mebel sexində işləməyə başlamışlar. İş prosesində lazım olan avadanlıqları və xırdavatı həmin mağazadan almışlar. Bu məqsədlə kiçik qardaşı Anar teztez Zərərçəkmiş şəxs oğlunun mağazasına gedib-gəldiyi üçün həm Vüqar, həm də atası Zərərçəkmiş şəxsla aralarında tanışlıq münasibəti yaranmışdır. Ancaq o, Anarla Zərərçəkmiş şəxs münasibətlərinin hansı formada və səviyyədə olmasından məlumatsız olmuşdur. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək qardaşı Anara borc pul verdiyini, ancaq Anardan pulunu ala bilmədiyim bildirmişdir. Zərərçəkmiş şəxs qardaşı ilə bu barədə danışacağını dedikdən sonra Anarla əlaqə saxlamış və Zərərçəkmiş şəxsla aralarında olan pul məsələsinin nədən ibarət olmasını soruşmuşdur. Anar ona əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxs işləri ilə əlaqədar pul borc alıb hər dəfə vəd etdiyi vaxtda qaytardığını, lakin işləri yolunda getmədiyindən borc aldığı sonuncu məbləğləri qaytarmaqda çətinlik çəkdiyini, imkan tapdıqca hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin danışıq zamanı Anar özünün Zərərçəkmiş şəxsla danışacağını bildirdiyindən o, sonuncu ilə əlaqə saxlamağı artıq hesab etmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs yenidən onunla mobil telefon əlaqəsi saxlayan zaman sonuncuya Anarın aldığı pullarla bağlı əlaqə saxlayıb danışacağını demişdir. Bundan sonra bir daha Zərərçəkmiş şəxsla əlaqə saxlamamışdır. 2023-cü ilin yanvar ayının sonlarında Anar ona Zərərçəkmiş şəxs etdiyi müraciətlə əlaqədar ifadəsinin alınması üçün polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə çağırılması barədə məlumat vermişdir. Bir neçə gün sonra isə Anarın etdiyi dələduzluq cinayətinə görə polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Qardaşı Anarın iş qurmaq adı ilə müxtəlif vədlər verməklə və əlavə gəlir əldə edəcəyini deməklə Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Sadəcə, onunla danışanda Zərərçəkmiş şəxs pul borc aldığını və imkan tapanda borcunu ödəyəcəyini bildirmişdir. Həqiqətən də qara rəngli ‘‘BMW X5” markalı Az **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili va. Lakin heç vaxt qardaşları Anar və Vüsalla birgə Zərərçəkmiş şəxs yalandan pul qaytarmaq adı ilə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisinə çağırmamış, həmin yerə gedib öldürməklə və evini yandırmaqla hədələməmiş, sinə nahiyəsindən tutub itələməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 zərərçəkənin ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 07 dekabr 2022-ci il tarixdə içərisində “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs tərəfindən 55-637-82-70 mobil nömrəsi ilə istifadə edilən profildən onun 55-675-11- 18 mobil nömrəsi ilə istifadə etdiyi profilə göndərilmiş, çoxsaylı səsli mesajların içərisindən seçdiyi və əsas sübut hesab etdiyi 15 avqust 2022-ci il tarixdən 25 sentyabr 2022-ci il tarixədək göndərilmiş 24 ədəd səsli mesajlar olan 1 ədəd “DVD” diski və qeyd edilən mobil nömrələrlə sözügedən sosial şəbəkədə aparılmış yazışmaları əks etdirən 32 ədəd ekran görüntüsünü (skrinşotları) könüllü surətdə istintaqa təqdim etmiş, həmin 1 ədəd disk və 8 vərəqdə çap edilmiş 32 ədəd ekran görüntüləri (skrinşotlar) müvafiq qaydada götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli diskə və təqdim edilmiş ekran görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 07 dekabr 2022-cı il tarixli ərizəsinə əlavə etdiyi 01 (bir) ədəd “DVD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 09 sentyabr 2022-ci il tarixdə ‘Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs “Mən tam əmin oldum ki, sən professional dələduzsan. Bu oyunu Asif və Vüsalla birgə çox məharətlə oynadınız. Bu gedişatla üçünüzü də türməyə aparırsan” məzmununda. Təqsirləndirilən şəxs isə 28 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “Yazdın ki, mənə pul vermisən... Mən kişiyəm. Bir dəfə də olsun demədim ki, faizlə pul vermisən. O kəlməni mən işlətmədim” məzmununda mesaj göndərmiş, Zərərçəkmiş şəxs isə həmin mesaja “17 min manat pul vermişəm və həmin pulu itirsəm belə qanuni tədbirimi görəcəyəm”, “Sənə bu planı kim, o cümlədən Namiq cızırsa, səni uçuruma itələyir. Bilir ki, dələduzsan...Mən faizə pul verən insan deyiləm və bu ləkəni mənə yapışdıra bilməzsən” cavabını yazmışdır. Bundan başqa diskdəkı səsli mesajlara baxış keçirilərkən Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə göndərdiyi 12 saniyə davam edən səsli mesajda “Akif dayı, 17000 sənə borcum var”, 30 avqust 2022-ci il tarixdə göndərdiyiniz 1 dədiqə davam edən səsli mesajda “Akif dayı, 17000 aramızda haqq-hesab var, düzdü?”, “Yəni 17000 pulun hamısını verirəm sənə, sənin qadanı alım”, 02 sentyabr 2022-ci il tarixdə göndərdiyi 53 saniyə davam edən səsli mesajda “Akif dayı, 17000 aramızda pul var bizim. Almışam qaytarmağa. Canım çıxacaq, qaytaracam. Həftənin birinci günü 6000 verəcəm Vüqara. Yerdə qalan pul var ha, yəni 17000-in 6000-ni çıxanda 11000 pul qalır yerdə. 11000-i də ki mən sentyabrın axırına qədər hamısını ödəyəcəm” ifadələrini işlətdiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli şəxsin məcburi gətirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məcburi qaydada Abşeron RPİ-nin İstintaq Şöbəsrinə gətirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqında qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və və müəyyən edildiyi halda tutularaq polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim edilənədək icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində tutularaq Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş və Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-75/2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid4 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş 17000 (on yeddi) manat ziyanın 4000 (dörd min) manatı ödənilmişdir. İşin materiallarından görünür ki, işin məhkəmə baxışında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək cinayət əməli nəticəsində ona vurulmuş 13000 manat məbləğində maddi ziyanın və 10 000 manat məbləğində mənəvi zərərin və 129 manat ödənilmiş dövlət rüsumunun , cəmi 23 129 manat pulun təqsirləndirilən şəxsdən tutulub ona verilməsi barədə hökmdə mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkənin mülki iddiası məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu 17000 (on yeddi min) manat ziyandan 4000 (dörd min) manatını ödəməsini CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-75/2023 saylı qərarı ilə barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilənşəxsdən-mülki cavabdehdən tutularaq zərərçəkmişə- mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizələrinin və cinayət işinin materiallarını nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, hazırkı çinayət əməli üzrə vurulan maddi ziyandan 13 000 manat ödənilməmiş qalması yuxarıda qeyd edilənlərdən göründüyü kimi tam sübutdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiası əsaslıdır tam təmin edilməlidir. Mülki iddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. X4 10-cu bəndinə əsasən mənəvi zərərin miqları işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntılrının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə, işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə baş vermiş cinayət hadisəsində zərərçəkənin-mülki iddiaçının mənəvi zərər alması qaçılmaz olduğundan ziyanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərər hissəsində qismən təmin edilməli, mənəvi zərərin məbləği 1000 manat müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu qismən geri qaytarılmalıdır. Beləliklə, mülki iddia qismən təmin edilməli, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs maddi ziyana görə 13000 (on üç min) manat, mənəvi zərərə görə 1000 (bir min) manat və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ümumilikdə 14100 (on dörd min bir yüz) manat Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, təyin edilmiş cəzanın əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İddia qismən təmin edilsin və cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs Ədalət oğluna 13000 (on üç min) manat, mənəvi zərərə görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat, ümumilikdə 14100 (on dörd min bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-433/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-433/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver