Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-434/2021 11.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 51-də qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Afiq Abdulhüseynov küçəsi ev 57-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 30.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 28 fevral 2021ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsi Ş.Əzizbəyov küçəsində yerləşən yeni etdirdiyi evin pəncərəsini özündə olan vint açanla açmaqla saxlanc yerinə qanunsuz olaraq daxil olub, evdən 240 manat dəyərində 12 girişçıxışlı bir ədəd kombi kollektorunu, bir ədədi 65 manat olan cəmi 650 manat dəyərində 14 ədəd qapı kilidlərini, bir ədədi 27 manat 50 qəpik olan cəmi 275 manat dəyərində 10 ədəd elektirik paylayıcısını, bir ədədi 11 manat olan cəmi 180 manat dəyərində 15 ədəd “arko” markalı krantları, 160 manat dəyərində bir ədəd laqundanı, 255 manat dəyərində bir ədəd “Bosh” markalı direli, bir bağlaması 65 manat olan cəmi 390 manat dəyərində 6 bağlama 4 mm ölçülü elektrik naqillərini, 320 manat dəyərində 6 mm ölçülü 40 metr uzunluğunda elektrik kabeli və bir ədədi 8 manat olan cəmi 160 manat dəyərində 20 ədəd elektrik açarlarını oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2630 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 27 mart 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsi Ş.Əzizbəyov küçəsində yerləşən yeni etdirdiyi evin pəncərəsini özündə olan vint açanla açmaqla saxlanc yerinə qanunsuz olaraq daxil olub, evin zirzəmisində və birinci mərtəbəsində olan bir ədədi 1,5 manat olan cəmi 7,5 manat dəyərində “Traynik” adlanan 32 mm ölçüçülü 5 ədəd plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 9 manat dəyərində “Traynik” adlanan 32x25 mm ölçülü 6 ədəd plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 6 manat dəyərində “Traynik” adlanan 32x20 mm ölçülü 4 ədəd plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 24 manat dəyərində “Traynik” adlanan 20 mm ölçülü 16 ədəd plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 27 manat dəyərində “Traynik” adlanan 25 mm ölçülü 18 ədəd plasmas birləşdiricini, bir ədədi 4 manat olan cəmi 180 manat dəyərində “Xamut” adlanan 20 mm ölçülü 45 ədəd plasmas birləşdiricini, bir ədədi 4 manat olan cəmi 40 manat dəyərində “Xamut” adlanan 25mm ölçülü 10 ədəd plasmas birləşdiricini, 3 manat dəyərində bir ədəd 15 mm ölçülü “Zaqluşka” adlanan bağlayacını, 1,5 manat dəyərində bir ədəd “Amerkanka” adlanan 32x25 ölçülü plasmas birləşdiricini, 1,5 manat dəyərində bir ədəd “Baçonka” adlanan 20 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 6 manat dəyərində “Prexodnik” adlanan 20x25 mm ölçülü 4 ədəd plasmas birləşdiricini, bir ədədi 1 manat olan cəmi 250 manat dəyərində “Polemak” markalı, 2 mm ölçülü 250 ədəd alçıpan dübelini, bir ədədi 1 manat olan cəmi 10 manat dəyərində 20 mm ölçülü 10 ədəd şuruplu xamutları, bir ədədi 1,5 manat olan cəmi 54 manat dəyərində 36 ədəd “Mufta” adlanan plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 66 manat dəyərində 44 ədəd “Mufta” adlanan 25 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 6 manat dəyərində 04 ədəd “Mufta” adlanan 32 mm ölçülü plasmas birləşdiricini, 3 manat dəyərində 01 ədəd “Mufta” adlanan 40 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 85,5 manat dəyərində 57 ədəd “Dirsək” adlanan 20 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 1,5 manat olan cəmi 54 manat dəyərində 36 ədəd “Dirsək” adlanan 25 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 2 manat olan cəmi 34 manat dəyərində 17 ədəd “Dirsək” adlanan 32 mm ölçülü plasmas birləşdiricini, 2 manat dəyərində 01 ədəd “Dirsək” adlanan 20x45 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 2 manat olan cəmi 8 manat dəyərində 04 ədəd “Dirsək” adlanan 25x45 mm ölçülü plasmas birləşdiricini, 3 manat dəyərində 01 ədəd “Dirsək” adlanan 32x45 mm ölçülü plasmas birləşdiricini, bir ədədi 8 manat olan cəmi 160 manat dəyərində iki ədəd hər biri 8 seksiyalı iltilik radiatorlarını, bir ədədi 8 manat olan cəmi 32 manat dəyərində 04 ədəd “Alfleux” markalı avtafaları, 15 manat dəyərində 01 ədəd 25 mm ölçülü plasmas su kranını, 90 manat dəyərində 01 ədəd su filterini, bir ədədi 13 manat olan cəmi 104 manat dəyərində 08 ədəd qapı barellərini, bir ədədi 10 manat olan cəmi 70 manat dəyərində 7 qutu alçiban şruplarını, bir ədədi 180 manat olan cəmi 360 manat dəyərində 02 ədəd sensorlu su krantlarını, bir ədədi 65 manat olan cəmi 260 manat dəyərində 4 ədəd krantlarını, 55 manat dəyərində bir ədəd “Mərqus” markalı su matorunu, bir ədədi 12 manat olan cəmi 24 manat dəyərində 02 ədəd su filterini oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2051 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, atası həbsdə olduğu üçün maddi imkanı yaxşı olmamış, ona görə oğurluq etmək qərarına gəlmişdir. Abşeron rayonu Masazır qəsəbəsində gündüz vaxtı gəzib oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarırmışdır. Masazır qəsəbəsində 3 mərtəbəli bir yaşayış evi tikilmiş, lakin evin təmir-tikinti işləri hələ tam qutarmamış, həmin evdə tikinti materiallarının olacağını guman edib, 28 fevral 2021-ci il tarixdə, saat təxminən 01 radələrində həmin evin yaxınlığına gəlib, evin yan tərəfindən hasarın üstünə çıxıb, elə hasarın üstündən ikinci mərtəbənin plasmas pəncərəsini özü ilə götürdüyü vint açanla açaraq içəri girmişdir. Evdə təmir işləri hələ tam qutarmamış, müxtəlif növ tikinti materialları olmuşdur. Evin birinci mərtəbəsində və zirzəmisindən kombi kallektorunu, qapı kilidlərini, elektrik paylayıcılarını (udilnitel), arko kranlarını, bir ədəd laqunda, bir ədəd Bosh markalı direli, bir neçə top 4 mm-lik elektrik naqillərini, 30- 40 metr uzunluğunda kabeli və bir neçə elektrik açarlarını torbalara yığıb həmin pəncərədən çıxartmış və onları yaşadığı evin yaxınlığında gizlətmiş, səhər tezdən gedib həmin əşyaları götürüb, marşrut avtobusu ilə Bakı şəhəri 3-cü mikrorayon bazarına aparıb tanımadığı şəxsə satıb 200 manat pul almış və həmin pulu da şəxsi ehtiyyaclarına xərcləmişdir. Həmin əşyaları alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Bundan başqa 27 mart 2021-ci il tarixdə, saat təxminən 02 radələrində əvvəllər oğurluq etdiyi həmin evin olduğu yerə gedib, ətrafda heç kimin olmadığını görüb həmin evin yanında tikilməkdə olan digər evin həyətindən oğurluq etmək istədiyi evin hasarın üstünə çıxıb, özü ilə götürdüyü vint açanla plasmas pəncərəni açaraq içəri girmişdir. Evdə təmir işləri hələ tam qutarmamış, müxtəlif növ tikinti materialları olmuşdur. Evin zirzəmisinə girib orada bir neçə ədəd su filterlərini, bir neçə qapı barellərini, bir neçə qutu alçiban şruplarını, bir neçə su kranlarını, bir neçə aftafa borolarını, plasmas yeşikdə olan plasmas müxtəlif su vintlərini, bir ədəd su matorunu, iki ədəd istilik radiatorları götürüb torbalara yığmış və evin pəncərəsindən çıxardıb yaşadığı evin yaxınlığında onları gizlətmişdir. Həmin gün oğurladığı əşyalardan olan su filterlərini, qapı barellərini, alçiban şruplarını, su kranlarını və su matorunu aparıb 3-cü mikrorayon bazarında tanımadığı şəxsə satıb 120 manat pul almış, bir neçə aftafa borolarını, plasmas yeşikdə olan plasmas müxtəlif su vintlərini də həmin gün gizlətdiyi yerdən götürüb, Masazır qəsəbəsində qəbristanlığın yaxınlığından yol ilə gedirmiş ki, aparıb bir dukana satsın. Bu zaman yoldan keçən əvvəllər tanıdığı Cavid idarə etdiyi Mersedes markalı avtomobillə gedirmiş və Cavid onu görüb hara getdiyini soruşmuş, o, Cavidə torbada olan əşyaları mağazaların birinə satmağa apardığını demiş və Cavid də demişdir ki, otursun onun avtomobilinə onu getmək istədiyi yerdə düşürdəcək. O, da Cavidin avtomobilinə oturmuş və Cavid ondan satmaq istədiyi əşyaların nə olduğunu soruşanda o, Cavidə həmin əşyaların su vintelləri olduğunu və evlərinin təmirindən artıq qaldığını ona görə onları satmaq istədiyini demişdir. Masazır qəsəbəsində Qurtuluş-93 yaşayış kompleksin aşağısından yol ilə gedəndə Cavid demişdir ki, orada olan tikinti materialları mağazasından özü həmişə tikinti materiallarını alır və istəyirsə o, həmin tikinti materillarını həmin mağazaya sata bilər. Özü Caviddən xahiş etmişdir ki, elə özü də onunla mağazaya gəlsin və onları satsın. Cavid də onunla birlikdə həmin mağazaya gəlmiş və özü yeşikdə olan su vintellərini və aftafaları həmin mağazada işləyən satıcıya satıb cəmi 35 manat pul almışdır. Ondan sonra Caviddən ayrılıb getmişdir. Cavid və həmin mağazada əşyaları alan şəxs də onların oğurluq olduqlarını bilməmişlər. Oğurladığı əşyalardan iki ədəd 8 seksiyalı istilik radiatorlarını isə evə aparmış və hazırda həmin radiatorlar özündədir. Qeyd etdiklərindən başqa heç bir oğurluq etməmiş, törətdiyi oğurluq barədə də heç kimə heç bir məlumat verməmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin yanında üç mərtəbəli yaşayış evini inşa etdirmişdir. Evin pəncərələri də plasmas pəncərələrdir, evdə hal-hazırda tikinti işləri davam edir. Evin yerləşdiyi torpaq sahəsi də mişar daşları ilə hasarlanmış və həyətin darvaza qapısı vardır. Sonuncu dəfə 2021-ci ilin fevral ayının 20-də həmin evin həyətinə keçib baxmış, onda görmüşdür ki, ev üçün aldığı tikinti materialları otaqdadır. Maddi vəziyyətindən aslı olaraq evin təmirini başa çatdıra bilməmişdir. 28 fevral 2021-ci il tarixdə, təxminən saat 11 radələrində evin sol yan tərəfinin pəncərəsinin açıq olduğunu görüb şübhələnmiş, sonra evə keçib yoxladıqda görmüşdür ki, otaqda olan 240 manat dəyərində 12 giriş-çıxışlı kombi kallektor, bir ədədi 65 manat olan 650 manat dəyərində on ədəd qapı zamok, bir ədədi 27 manat 50 qəpik olan 275 manat dəyərində 10 ədəd elektirik paylayıcısı (udilnitel), bir ədədi 11 manat olan 180 manat dəyərində 15 ədəd arko kranlar, 160 manat dəyərində bir ədəd laqunda, 255 manat dəyərində bir ədəd Bosh markalı direl, bir topu 65 manat olan 390 manat dəyərində 6 top 4 mm-lik elektrik naqilləri, 320 manat dəyərində 6 mm-lik 40 metr uzunluğunda kabel və bir ədədi 8 manat olan 160 manat dəyərində 20 ədəd elektrik açarları (avtomat) oğurlanmışdır. Oğurluq nəticəsində ona 2630 manat dəyərində ziyan dəymişdir. Bundan sonra o, oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hər gün gedib evinə baxırmış, 26 mart 2021ci il tarixdə, saat təxminən 13 radələrində gedib evə baxmış, heç bir oğurluq olmamışdır. 27 mart 2021-ci il tarixdə, saat 13 radələrində gedib evin giriş qapısını açarla açıb içəri baxanda görmüşdür ki, evin 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsinin arasında olan plasmas pəncərə açıqdır. Ondan sonra evin zirzəmisinə və birinci mərtəbəsinə baxanda orada olan tikinti materialların oğurlandığını aşkar etmişdir. O, baxmışdır ki, evdən “Traynik” adlanan 32mm ölçüçülü 5 ədəd 7,5 manat dəyərində plasmas birləşdirici, “Traynik” adlanan 32x25 mm ölçülü 6 ədəd 9 manat dəyərində plasmas birləşdirici, “Traynik” adlanan 32x20 mm ölçülü 4 ədəd 6 manat dəyərində plasmas birləşdirici, “Traynik” adlanan 20 mm ölçülü 16 ədəd 24 manat dəyərində plasmas birləşdirici, “Traynik” adlanan 25 mm ölçülü 18 ədəd 27 manat dəyərində plasmas birləşdirici, “Xamut” adlanan 20 mm ölçülü 45 ədəd 180 manat dəyərində plasmas birləşdirici, “Xamut” adlanan 25mm ölçülü 10 ədəd 40 manat dəyərində plasmas birləşdirici, “Zaqluşka” 15 mm ölçülü 01 ədəd 3 manat dəyərində bağlayacı, “Amerkanka” 32x25 ölçülü 01 ədəd 1,5 manat dəyərində plasmas birləşdirici, “Baçonka” 20 mm ölçülü 01 ədəd 1,5 manat dəyərində plasmas birləşdirici, “Prexodnik” 20x25mm ölçülü 04 ədəd 6 manat dəyərində plasmas birləşdirici, “Polemak” markalı, 2 mm ölçülü 250 ədəd 250 manat dəyərində alçıpan dübeli, Şuruplu xamut 20 mm ölçülü 10 ədəd 10 manat dəyərində, “Mufta” adlanan 20 mm ölçülü 36 ədəd 54 manat dəyərində plasmas birləşdirici, “Mufta” adlanan 25 mm ölçülü 44 ədəd 66 manat dəyərində plasmas birləşdirici, “Mufta” adlanan 32 mm ölçülü 04 ədəd 6 manat dəyərində plasmas birləşdirici, “Mufta” adlanan 40 mm ölçülü 01 ədəd 3 manat dəyərində plasmas birləşdirici, “Dirsək” adlanan 20 mm ölçülü 57 ədəd 85,5 manat dəyərində plasmas birləşdirici, “Dirsək” adlanan 25 mm ölçülü 36 ədəd 54 manat dəyərində plasmas birləşdirici, “Dirsək” adlanan 32 mm ölçülü 17 ədəd 34 manat dəyərində plasmas birləşdirici, “Dirsək” adlanan 20x45 mm ölçülü 01 ədəd 2 manat dəyərində plasmas birləşdirici, “Dirsək” adlanan 25x45 mm ölçülü 04 ədəd 8 manat dəyərində plasmas birləşdirici, “Dirsək” adlanan 32x45 mm öıçülü 01 ədəd 3 manat dəyərində plasmas birləşdirici, iki ədəd hər biri 8 seksiyalı 160 manat dəyərində iltilik radiatorları, 04 ədəd “Alfleux” markalı 32 manat dəyərində avtafa, 01 ədəd 25 mm ölçülü 15 manat dəyərində plasmas su kranı, bir ədəd 90 manat dəyərində su filteri, bir ədədi 13 manat olan cəmi 104 manat dəyərində qapı barelləri, bir ədədi 10 manat olan 7 qutu 70 manat dəyərində alçiban şruplar, bir ədədi 180 manat olan cəmi 360 manat dəyərində iki ədəd sensrlı su kranları, bir ədədi 65 manat olan cəmi 260 manat dəyərində 4 ədəd krantları, 55 manat dəyərində bir ədəd “Mərqus” markalı su matoru, bir ədədi 12 manat olan 24 manat dəyərində iki ədəd su filteri, cəmi 2051 manat dəyərində əşyalar oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş olanda evlərin təmiri ilə məşğul olur. Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və onun ailə üzvlərini tanıyır, aramızda heç bir qərəzli münasibətləri olmamışdır. 27 mart 2021-ci il tarixdə, saat təxminən 14 radələrində Masazır qəsəbəsində qəbristanlığın yaxınlığından idarə etdiyi “Mersedes” markalı, 99VL048 nömrə nişanlı avtomobillə gedəndə yolda Cahangirin çiynində bir ədəd torbada yük ilə getdiyini görüb, ona hara getdiyini deyini avtomobilə oturmağı və getdiyi istiqamətdə getdiyi üçün onu da lazım olan yerdə düşürdə biləcəyini demişdir. Cahangir də avtomobilinə oturmuş və Cahangirdən torbada nə olduğunu soruşanda Cahangir demişdir ki, evlərinin təmirində artıq qalmış plasmas vintlər və bir neçə avtafa boruları vardır, onları aparıb hansısa mağazaya satacaq, hətta ona da həmin əşyaları almağını təklif etmiş, lakin o, demişdir ki, ona lazım deyil. Cahangir demişdir ki, əgər tanıdığı mağaza varsa onları ora satsın. Qurtuluş-93 yaşayış kompleksin aşağısında olan “Bizim İnşaat” tikinti materialları mağazasından əvvəllər dəfələrlə tikinti materiallarını aldığından və mağazada işləyən onu tanıdığı üçün o, Cahangirə demişdir ki, istəyirdə həmin mağazaya satsın. Cahangir ondan xahiş etmişdir ki, elə mağazada işləyən onu tanıdığı üçün o, da onunla mağazaya getsin həmin malları satsın. Etiraz etməmiş və Cahangir ilə həmin mağazaya girmiş və Cahangir torbada olan malları mağazada işləyən şəxsə təqdim edib demişdir ki, həmin əşyalar evlərinin təmirindən artıq qalmışdır və satır. Mağazada işləyən şəxs də onları sayıb qeyd etmiş və cəmi 35 manat Cahangirə pul vermişdir. Ondan sonra o, Cahangirdən ayrılıb getmişdir. Cahangirin oğurluq etdiyini bilməmiş, Cahangir ona və həmin mağazada işləyən satıcıya da demişdir ki, həmin əşyalar evlərinin təmirindən artıq qalmışdır və ona görə onları satır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iki ildən çoxdur ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksinin yaxınlığında yerləşən “Bizim İnşaat” tikinti materialları mağazasını icarəyə götürüb işlədir. Hər gün həmin mağazada saat 08 radələrində işə başlayır, saat 19 radələrində mağazanı bağlayır. 27 mart 2021-ci il tarixdə, saat təxminən 14 radələrində mağazada olarkən bir nəfər tanımadığı şəxs yanında olan adını sonradan bildiyi Cavid adlı şəxs ilə mağazaya gəlmişlər. Həmin tanıdığı Cavid adlı şəxsin usta olduğunu bilirmiş, çünki əvvəllər dəfələrlə onun işlədiyi mağazadan tikinti materiallarını almışdır. Cavidin yanında olan şəxs sonradan adını bildiyi Cahangir adlı şəxs demişdir ki, onda artıq qalmış tikinti materialları vardır və onları satırr. O, da onların gətirdikləri tikinti materiallarına baxmış, müxtəlif ölçülü boru fitinqləri və boru aksesuarlarını, 3-4 ədəd aftava adlanan su vintelləri gətirmişlər, o, hesablamış cəmi 35 manat pul verib həmin əşyaları almışdır. Ondan sonra həmin əşyaları mağazada satmaq üçün vetrinlərə qoymuşdur. Həmin əşyaların oğurluq olduğunu bilməmiş, qeyd edilənlərdən başqa həmin şəxslərdən heç bir əşya almamışdır. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının məhkəmə əmtəşünaslıq ekspertizasının 02 iyun 2021-ci il tarixli, 173 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd olunan inşaat materiallarının nəzəri hesablama yolu ilə 2021-ci ilin mart ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1088,0 manat müəyyən olunur. Həmin santexniki malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 30.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.03.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 30.03.2021-ci il tarixdən hesablamaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Traynik” adlanan 32mm ölçüçülü 5 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 32x25 mm ölçülü 6 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 32x20 mm ölçülü 4 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 20 mm ölçülü 16 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 25 mm ölçülü 18 ədəd plasmas birləşdirici, “Xamut” adlanan 20 mm ölçülü 45 ədəd plasmas birləşdirici, “Xamut” adlanan 25mm ölçülü 10 ədəd plasmas birləşdirici, “Zaqluşka” 15 mm ölçülü 01 ədəd bağlayacı, “Amerkanka” 32x25 ölçülü 01 ədəd plasmas birləşdirici, “Baçonka” 20 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Prexodnik” 20x25mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Polemak” markalı, 2 mm ölçülü 250 ədəd alçıpan dübeli, Şuruplu xamut 20 mm ölçülü 10 ədəd, “Mufta” adlanan 20 mm ölçülü 36 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 25 mm ölçülü 44 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 32 mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 40 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 20 mm ölçülü 57 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 25 mm ölçülü 36 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 32 mm ölçülü 17 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 20x45 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 25x45 mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 32x45 mm ölçülü 01 ədəd plasmas birləşdirici, 04 ədəd “Allflex” markalı 32 manat dəyərində aftava, 01 ədəd 25 mm ölçülü plasmas su kranı və iki ədəd hər biri 8 seksiyalı iltilik radiatorları maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində zərəçəkmiş şəxslərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunuilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30.03.2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Traynik” adlanan 32mm ölçüçülü 5 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 32x25 mm ölçülü 6 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 32x20 mm ölçülü 4 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 20 mm ölçülü 16 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 25 mm ölçülü 18 ədəd plasmas birləşdirici, “Xamut” adlanan 20 mm ölçülü 45 ədəd plasmas birləşdirici, “Xamut” adlanan 25mm ölçülü 10 ədəd plasmas birləşdirici, “Zaqluşka” 15 mm ölçülü 01 ədəd bağlayacı, “Amerkanka” 32x25 ölçülü 01 ədəd plasmas birləşdirici, “Baçonka” 20 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Prexodnik” 20x25mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Polemak” markalı, 2 mm ölçülü 250 ədəd alçıpan dübeli, Şuruplu xamut 20 mm ölçülü 10 ədəd, “Mufta” adlanan 20 mm ölçülü 36 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 25 mm ölçülü 44 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 32 mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 40 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 20 mm ölçülü 57 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 25 mm ölçülü 36 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 32 mm ölçülü 17 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 20x45 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 25x45 mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 32x45 mm ölçülü 01 ədəd plasmas birləşdirici, 04 ədəd “Allflex” markalı 32 manat dəyərində aftava, 01 ədəd 25 mm ölçülü plasmas su kranı və iki ədəd hər biri 8 seksiyalı iltilik radiatorları ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30.03.2021-ci il tarixdən hesablansın. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Traynik” adlanan 32mm ölçüçülü 5 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 32x25 mm ölçülü 6 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 32x20 mm ölçülü 4 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 20 mm ölçülü 16 ədəd plasmas birləşdirici, “Traynik” adlanan 25 mm ölçülü 18 ədəd plasmas birləşdirici, “Xamut” adlanan 20 mm ölçülü 45 ədəd plasmas birləşdirici, “Xamut” adlanan 25mm ölçülü 10 ədəd plasmas birləşdirici, “Zaqluşka” 15 mm ölçülü 01 ədəd bağlayacı, “Amerkanka” 32x25 ölçülü 01 ədəd plasmas birləşdirici, “Baçonka” 20 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Prexodnik” 20x25mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Polemak” markalı, 2 mm ölçülü 250 ədəd alçıpan dübeli, Şuruplu xamut 20 mm ölçülü 10 ədəd, “Mufta” adlanan 20 mm ölçülü 36 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 25 mm ölçülü 44 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 32 mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Mufta” adlanan 40 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 20 mm ölçülü 57 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 25 mm ölçülü 36 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 32 mm ölçülü 17 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 20x45 mm ölçülü 01 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 25x45 mm ölçülü 04 ədəd plasmas birləşdirici, “Dirsək” adlanan 32x45 mm ölçülü 01 ədəd plasmas birləşdirici, 04 ədəd “Allflex” markalı 32 manat dəyərində aftava, 01 ədəd 25 mm ölçülü plasmas su kranı və iki ədəd hər biri 8 seksiyalı iltilik radiatorları ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlikedən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-434/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-434/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver