Məhkəmə qərarları › İş №1(012)-435/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-435/2020

07.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-435/2020 07.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Şamaxı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 B ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs о, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında işlədiyi yerdən qanunsuz olaraq zərərçəkmiş şəxsin əmlakını ələ keçirib maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4 və Anar adlı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yük maşınlarının dayanacağından 02 ədəd Man yük maşınına aid amartizatoru, 02 ədəd İveko markalı avtomobilə aid qalovkanı, 01 ədəd karobkanın sol beyinini, 01 ədəd Man yük maşının yağ nasosunu, 01 ədəd Man yük maşının razdatkasını, 01 ədəd Man yük maşınına aid pistolet açarı, 02 ədəd paylayıcını oğurlamaqla ümumilikdə 3920 (üç min doqquz yüz) manat dəyərində yük maşınlarının ehtiyyat hissələrini gizli talayıb ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 3920 (üç min doqquz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, о, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeyri-rəsmi olaraq X5 ilə bir yerdə yaşamış, əvvəllər bir neçə dəfə müxtəlif maddələrlə təqsirli bilinərək məhkum olunmuş, sonuncu dəfə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən kioskdan oğurluq etdiyi üçün Abşeron rayon məhkəməsi tərəfindən 2 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuş, xx xxxxxx 2020-ci il tarixdə onunla bir məhəllədə yaşayan Azər adlı şəxsə işləmək istədiyini bildirmiş, bundan sonra Azər ona yük maşınlarının anbarında gözətçi işi olduğunu dedikdən sonra o da gedib işləmək istədiyii bildirmiş, bundan sonra o, Azərin qardaşı Əhlimanla Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yük maşınlarının dayanacağında görüşmüş, Əhliman ona işləyəcəyi yeri göstərib hər ay 300 manat maaş verəcəklərini, iş qrafiki hər gün axşam saat 20 radələrindən səhər saat 09 radələrinə kimi olduğunu, ərazidə yük maşınlarının ehtiyat hissələri və bir neçə yük maşını olduğunu demiş və onun işinin həmin yük dayanacağında gözətçilik etmək olacağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, dostu Tolik adlı şəxslə «Rent-A-Cardan»-dan onun sürücülük vəsiqəsi ilə götürdüyü «Mitsubishi Pajero markalı avtomobillə yeni işləyəcəyi yerə getmiş və Tolik onu düşürtdükdən sonra çıxıb getmiş, həmin gün gecə saat 01 radələrində Tolik idarə etdiyi avtomobillə onun iş yerinə gəlib onunla bir az söhbət etdikdən sonra buradan ehtiyat hissəsi götürmək üçün icazə almış, o, isə icazə verməmiş, bundan sonra Tolik də çıxıb getmişdir. xx xxxxxx 2020ci il tarixdə o, işdə olarkən gecə saat 03 radələrində Tolik dostu Anar adlı şəxslə onun işlədiyi yerə gəlmiş, onunla bir az söhbət etdikdən sonra Tolik ona anbardan avtomobil ehtiyat hissəsi götürmək istədiyini demiş, o, da sonuncuya ehtiyat hissələrinin götürməsinə icazə verməmiş, həmin vaxt Tolik ona çəkmək üçün siqaret təklif etmiş və içməyə kola vermiş, o, da siqareti çəkib kola içdikdən sonra yuxuya getmiş, ayılanda gecə saatları olmuş, səhərə kimi qarajın ərazisində qalmış, səhər açılandan sonra yaşadığı evə getmiş, evdə olan vaxt Əhliman ona zəng vurub müdiriyyətin onu işə çağırdığını demiş, o, da yol maşını ilə iş yerinə getmiş, işə çatdıqdan sonra müdir ona qarajın ərazisindən ehtiyyat hissələrinin oğurlandığını bildirmiş, o, da oğurluq olmasından məlumatının olmadığını demiş, bir az fikirləşdikdən sonra yəqin ki, qarajdan onun yanına gələn Tolikin Anarla o, yuxuya gedəndən sonra oğurluq etdiyni fikirləşmiş, bundan sonra o, Əhlimanın telefonundan Tolikin istifadəsində olan mobil telefona zəng vurub sonuncuya ehtiyat hissələrini əgər götürübsə geri qaytarmağı tələb etmiş, qaytarmayacağı təqdirdə onun polis tərəfindən tutulacağını söyləmiş, bundan sonra o, bir neçə saat gözləmiş, lakin Tolik ehtiyat hissələrini gətirməmiş, lakin sonradan Tolikin bir nəfərlə ehtiyat hissələrini göndərdiyini eşitmişdir. Sonda o, iş üzrə təqsirinin olmamasını əsas gətirərək icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindəgöstərdiki, о, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 10 sot torpaq sahəsi almış, həmin torpaq sahəsinin ətrafı mişar daşlarla hörülmüş, içərisində isə bir otaqdan ibarət tikili var, baş tərəfdə isə talvar, həmin torpaq sahəsindən yük avtomobillərinin qarajı kimi istifadə edir, o, özü həmin qarajda işlədiyi və gecələr orada qala bilmədiyi üçün qarajı mühafizə etmək üçün qaravolçu axtarmış və qarajda usta çilingər işləyən Şahid2 ona qardaşı Azərin qonşuluğunda yaşayan Xalıq adlı şəxsin iş axtardığını demiş, o, da Əhlimana həmin adamla söhbət etdikdən sonra əgər xoşuna gəlsə işə götürəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə qarajda olan vaxt Təqsirləndirilən şəxs iş yerinə gəlmiş, o, sonuncu ilə bir az söhbət etmiş və onu işə götürmək qərarına gəlmiş, axşam saat 22 radələrində o, evə gedəndə qarajı Təqsirləndirilən şəxs təhvil vermiş, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, özünə məxsus qaraja getmiş, həmin vaxt Əhliman ona qarajdan ehtiyat hissələri yoxa çıxdığını demiş, o, Təqsirləndirilən şəxs gecə gözətçi olan zaman qarajdan oğurluq etdiyini fikirləşmiş, Əhlimana Təqsirləndirilən şəxs toplantı adı ilə işə çağırmağı tapşırmış, bir neçə saat keçdikdən sonra Təqsirləndirilən şəxs qaraja gəlmiş, o, sonuncudan ehtiyat hissələrinin hara yoxa çıxdığını soruşmuş, Təqsirləndirilən şəxs də onun dediyindən xəbərinin olmadığını bildirmiş, lakin o, sonuncuya əgər düz deməsə şikayət edəcəyini dedikdə bundan sonra Təqsirləndirilən şəxs dostu Tolik adlı şəxsə zəng vurub əgər malları gətirməsə onu tutacaqlarını söyləmiş, Tolik də telefonda Təqsirləndirilən şəxs 2-3 saata malları gətirəcəyini demiş, bir neçə saat keçdikdən sonra ona məxsus qarajın qarşısına bir nəfər tanımadığı şəxs Mitsubshi Pajero markalı avtomobillə gələrək onun sürücü olduğunu avtomobillə ehtiyat hissələri gətirdiyini və buna görə Tolik adlı şəxsin ona 20 manat pul verdiyini demiş, həmin vaxt qarajın qarşısına Rent-A-Carın işçisi gələrək avtomobilin ona məxsus olduğunu bildirib avtomobili sürüb getmişdir. Hazırda o, vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində iki ilə yaxındır qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs ilə bir yerdə yaşayır, əri əvəllər bir neçə dəfə müxtəlif maddələrlə məhkum olunmuşdur. 2020-ci ilin yanvar ayında əri Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən obyektdə qaravol işinə düzəlmiş, həmin vaxt ərinin ayağında cəzasını çəkmək üçün elektron nəzarət sistemi olmuş, əri Təqsirləndirilən şəxs təxminən 3 gecə obyektdə qaravolçu işləmiş, xx.xx.2020-ci il tarixdə yaşadıqları evə Əhliman adlı şəxs gələrək ərini müdiriyyətin çağırdığını demiş, bundan sonra yoldaşı evdən getmiş, bir az keçdikdən sonra Xalıqın işlədiyi yerdən oğurluq olduğunu və avtomobillə ehtiyyat hissələrinin oğurlandığını eşitmiş, o, əri Təqsirləndirilən şəxs işlədiyi müddətdə yaşadqları evə ehtiyat hissələri və ya digər materialların gətirmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təxminən iki ilə yaxındır Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qarajda çilingər işləyir. 2020-ci ilin yanvar ayında qaraja qaravolçu tələb olunduğundan o, bu barədə qardaşı X8 əgər tanışı olsa ona xəbər eləməyi, o, da həmin şəxsi işə götürülməsi üçün qaraj sahibi ilə tanış edəcəyini söyləmiş, bir neçə gün sonra qardaşı Azər Soltanov ona yaşadığı evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs iş axtardığını, o, da qardaşına həmin şəxsi işə götürülməsi üçün qaraj sahibinə deyəcəyini söyləmiş, o, qardaşı Azər Soltanovla danışan günün axşamı Təqsirləndirilən şəxs işlədiyi qaraja gəlmiş, o, Təqsirləndirilən şəxs qaraj sahibi Zərərçəkmiş şəxslə görüşdürmüş, onlar da öz aralarında söhbət edib razılaşmışlar. Həmin günün axşamı Təqsirləndirilən şəxs qarajda qaravolçu kimi qalmış, təxminən üç gün sonra o, işə gəldikdə anbardan ehtiyyat hissələrinin yoxa çıxdığını görmüş və o, bu barədə dərhal Sərvərə məlumat vermiş, bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurmuş, telefona Xalıqın arvadı cavab vermiş, o, da sonuncudan telefonu Xalıqa verməsini xahiş etmiş, Xalıq telefona cavab verəndə o, Xalıqa müdirin iclas keçirməsi iə əlqədar qaraja gəlməyini demiş, Təqsirləndirilən şəxs qaraja gəldikdən sonra Zərərçəkmiş şəxs sonuncudan ehtiyat hissələrinin harada olmasını soruşmuş, Xalıqdə malların harada olmasından məlumatının olmadığını bildimiş və tanışı Tolik adlı şəxsə zəng vurub malları gətirməyini demiş, Tolik də Xalıqa 2-3 saata malları gətirib təhvil verəcəyini söyləmiş, həmin günün gecəsi bir nəfər şəxs Mitsubshi Pajero markalı avtomobillə ehtiyat hissələrini gətirib onlara vermiş, həmin şəxsdə onlara Tolik adlı şəxsin ehtiyyat hissələrini təhvil verməsi üçün ona 20 manat pul verdiyini demiş və həmin şəxs ehtiyat hissələrini təhvil verəndə Rent-a-Carın işçiləri gəlib avtomobili sürüb getdiklərini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Təqsirləndirilən şəxs bir-neçə aydır tanıyır, sonuncu onun yaşadığı evin yaxınlığında yaşayır, onunla yaxşı münasibətdə olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs ona işsiz olduğunu, heç bir yerdə işləmədiyini, iş axtarığını, əgər yaxşı iş olsa ona məlumat verməyini demiş, həmin ərəfədə qardaşı Şahid2 ona işlədiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yük maşınlarının qarajına qaravolçu tələb olunduğunu, əgər tanışı varsa ona məlumat verməyi söyləmiş, o, da qardaşına onunla bir məhəllədə bir nəfər şəxsin yaşadığını, onun iş axtardığını, qardaşı Əhlimanda ona demiş həmin adama telefon nömrəsini verib gəlməyi, sonuncunun işə götürülməsi üçün müdirdən xahiş edəcəyini demiş, bundan sonra o, Təqsirləndirilən şəxs qardaşının işlədiyi yerə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qaraja qaravolçu tələb olunduğunu söylədikdən sonra Təqsirləndirilən şəxs də orada işləmək istədiyini bildirmiş, o, da Xalıqa qardaşının telefon nömrəsini verib əgər istəyirsə gedib görüşməyi, əgər xoşuna gəlsə işləməyi demiş, o, sonradan Təqsirləndirilən şəxs onun təklif etdiyi yerə işə düzəldiyini bilmiş, bir neçə gün sonra isə o, Təqsirləndirilən şəxs işlədiyi yerdən oğurluq edildiyini və buna görə polis əməkldaşları tərəfindən həbs edildiyini eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirlmiş X7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 9 ilə yaxındır Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 048 Rent-a-Carı işlədir. Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə işdə olarkən iki nəfər şəxs Təqsirləndirilən şəxs və X4 iş yerinə gəlmişlər. Taleh İsmayılovu o, Tolik adı ilə tanıdığını və əvvəllər də bir neçə dəfə Tolikin ondan icarəyə avtomobil götürdüyünü bildirmiş, Taleh İsmayılov ondan icarəyə Mitsubishi Pajero markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 60 manata götürmüş, təxminən 2 gün sonra polis əməkdaşları onun işlədiyi yerə gəlib Taleh İsmayılova icarəyə verdiyi Mitsubishi Pajero markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qarajlardan ehtiyyat hissələrinin oğurlndığını demiş, o, GPS vasitəsilə avtomobilin olduğu yerdən, yəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Saray-Novxanı yolunun sol tərəfində yerləşən qarajın qarşısından avtomobili götürmüş, avtomobili götürən zaman avtomobilin salonunda və arxa saxlanc hissəsində heç bir əşyanın olduğunu aşkar etməmiş, avtomobili həmin vaxt İlqar adlı şəxs idarə etmiş, sonuncu ona sürücü olduğunu və avtomobili ona Tolik adlı şəxsin verdiyini bildirmiş, o avtomobili götürdükdən sonra işlədiyi yerə getmiş, həmin gündən sonra Tolik adlı şəxsi görməmişdir. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma və mərhələsində şahid qismində dindirilmiş şəxslərinverdikləri ifadələri də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/826 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, - -02 ədəd amartizator (Man) 200 manat - 02 ədəd Qalovka (İveko) 1600 manat - 01 ədəd beyin (karobkanın sol) (Man) 500 manat - 01 ədəd yağ nasoso (Man) 400 manat - 01 ədəd razdatka (Man) 500 manat - 01 pistolet açar (hava ilə) (Man) 120 manat - 01 ədəd pəncərə plastik 100 manat - 02 paylayıcı (Man) 500 manat Ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş məlumatda adları göstərilən malların istifadə olması nəzərə alınmaqla 2020-cu ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərəi hesablama yolu ilə təxminən 3920,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ 34 CTRE 000 000 000 000 020 885 01. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsivə şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki,Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələriilə düzgün tövsif edilmişdir.Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsiilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Rzayev X1 şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən təyin olunmuş cəzadan azad edilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qeyd edilən cəzanın 06 ay 20 gününü çəkmiş və 01 il 05 ay 06 günü isə çəkilməmiş olaraq qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Abşeron RİH başçısının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Rzayev X2 rayonu, Xırdalan şəhəri, Nizami məhəlləsi 27, ev 18 B ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də məhkum olunmasını və yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin hər birinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 177.2.1-cü maddəsininsanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, bu növ cəzanın təyin edilməsi qanuni və əsaslı olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, həmin cəzaya Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 06 günü müddətə olan hissəsi 08 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şühəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılmış, məhkəmə tərəfindən həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məvəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə bir günə bir gün hesabı ilə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı onun tutularaq həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ 34 CTRE 000 000 000 000 020 885 01) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. HökmünicrasıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi manat) məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsiilənəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 06 günü müddətə olan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 08 (səkkiz) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ 34 CTRE 000 000 000 000 020 885 01) köçürülsün. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi manat) məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu,(həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar