Məhkəmə qərarları › İş №1(012)-435/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-435/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-435/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Ermənistan Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, ev 3, mənzil 1-də qeydiyyatda olmaqla, ünvan 1-da yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, Abşeron rayonu Saray qəsəbəsi ərazisində, qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş, AM 7002 nömrəli, 9x18 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən 01 ədəd «Makarov» konstruksiyalı tapançanı, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronlarını və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı əldə edərək ünvan 1 ünvanında yerləşən yaşadığı evə daşımış, həmin evdə saxlamış və üzərində gəzdirmiş, 21 avqust 2024-cü il tarixdə saat 01 radələrində tanışı Şahid4 ilə həmin yerdə aralarında olan borc pula görə mübahisə edərkən Azərbaycan Respublikası DİN-nin X5 Alayının 12ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, həmin silah, onun komplekt hissəsi olan– darağı və döyüş sursatı olan– patronları ilə birlikdə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilərək həmin gün saat 10:18-dən 10:31-dək üzərində şəxsi axtarış aparılan zamanı polis əməkdaşları tərəfindın bir ədəd şəffaf selofanda baxışa təqdim edilmiş və həmin şəffaf selofanda bir ədəd «Makarov» konstruksiyalı tapança, SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, 08 ədəd ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan bir ədəd darağı ilə birlikdə götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmiş və xəstə olmasını nəzərə alaraq barəsində “həbs” qətimkan tədbiri seçilməsini xahiş etmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək izahatında göstərmişdir ki, fərdi əməklə məşğul olur, təxminən, 5 il əvvəl Abşeron rayonu, Saray qəsəbəsində yolun kənarında bir ədəd “Makarov” markalı tapançanı darağı və 5 ədəd patronları ilə birlikdə tapmış, sonra həmin tapançanı yaşadığı evə apraraq saxlamışdır. 20 avqust 2024 cü il tarixdə qonşuluqda yaşayan Şahid4 60 manat borca pul almış və səhərisi gün qaytaracagına söz vermiş və Anar razılaşmışdır. Lakin xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində Abşeron rayonu Saray qəsəbəsi "Azər" marketin yaxınlığında olan zaman Anarla rastlaşmış və o, borca verdiyi pulu qaytarmağı tələb etməyə başlamışdır. Həmin vatxt ona bir neçə günə pulu qaytaracağını bildirdikdə o, əsəbləşərək üzərinə gəlib pulu qaytarmağı israrla tələb etmişdir. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və şalvarımın qayışına keçirtdiyi silahı görüb dərhal dartıb üzərindən çıxartmışlar. Mübahisənin səbəbin soruşmuşlar və mübahisənin səbəbini onlara izah etmişdir. Həmin vaxt hər ikisini Abşeron RPİ-nin İŞ-nə dəvət etmişlər, həmin vaxt etraz etməmişlər və polis əməkdaşları ilə birlikldə Abşeron RPİ-nin Saray PB-nə gəlmişlər. Abşeron RPİ-nin Saray PB-nə aparıldıqdan sonra, səxoşluğu ilə əlaqədər həkim müayinəsidən keçirilmiş, sonra Saray PB-nə gətirilərək üzərində şəxsi-axtarış keçiriləcəyi barədə məlumat verilmiş, sonra xidməti otaqların birində müdafiəçimin iştirakı ilə və video çəkilişlə üzərindən götürülmüş tapança təhqiqat orqanına təqdim edilmiş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa təqdim etməyim təklif edilmişlər. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 50 manatlıq əskinası, sol yan cibindən 01 ədəd qırmızı rəngli alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş və polis əməkdaşları tərəfimndən götürülmüş Makarov tipli tapançanı harada əldə etdiyini soruşanda onlara həmin silahı təxminən 5 il əvvəl Abşeron rayonu, Saray qəsəbəsi yolun kənarıənda tapdığını demişdir. Həmin Makarov tipli tapançaya baxış keçirilmiş, baxış zamanı tapançanın içərisindən 1 ədəd sandıq və 05 ədəd güllə aşkar olunmuş, sonra üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən hər hansı əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş silah qablaşdırılmış və həmin qablaşmanın üzərini imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayonu ərazisində fəaliyyət göstərən DİN-nin Çevik polis alayınnın 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirdi ki, həmin bölüyün polis nəfəri polis serjantı Şahid3 ilə xx.xx.2024-cü il tariuxdə saat 01 radələrində xidmətdə olarkən Abşeron rayonu Saray qəsəbəsində “Azər” marketin yaxınlığında iki nəfər şəxsin bir-birləri ilə mübahisə etdiyini görüb, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və sakitliyə riyat etmələrini bildirmiş və niyə mübahisə ediklərini soruşmuşlar. Həmin vaxt onların aralarında olan borc pula görə mübahisə etdiklərini müəyyən etmişlər. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ bel hissəsində tapancaya bənzər əşyanın olduğunu Şahid3 görmüş, həmin vax Şahid3 həmin əşyanı dartıb onun bel nahiyyəsindən cıxartmışdır. Həmin əşyanın Makarov tipli tapancaya oxşadığını müəyyən etmişlər, ondan sonra həmin şəxslər özlərini şübhəli apardığı üçün onların hər ikisi Saray PB-nə dəvət etmişlər. Onlar etraz etməmiş və onların hər ikisini Abşeron RPİ-in Saray PB-nə gətirib Polis bölməsində raportla Saray PB-nin rəhbərliyinə məruzə etmişlər və həmin şəxsləri silahla birlikdə təhqiqat orqanına təqdim edilmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs digər şəxsin isə Şahid4 olduğunu müəyyən etmişlər. Abşeron RPİ-nin Saray PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, müdafiəçi ilə təmin edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi və üzərində qanunla qadagan edilmiş hər hansı əşyanın olub-olmadığını əgər varsa təqdim etməsi barədə xəbərdar edilmişdir. Həmin vaxt o, əynində olan şalvarin sağ yan cibindən bir ədəd 50 mantlıq pul əskinazı, sol yan cibindən isə bir ədəd qırmızı rəngli alışqanı çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş digər əşya aşkar edilməmişdir. Eyni zamanda təqdim edilən tapançanın içərisində bir ədəd tapança darağı və həmin darağın içində isə 5 ədəd tapança patronu aşkar edilərək götürülmüş, sorğü zamanı Arzu bildirmişdir ki, həmin Makarov tapanca ona məxsusdur həmin tapançanı üzərində olan daragı və 5 ədəd patronu ilə birlikdə 5 il bundan əvvəl Saray qəsəbəsində yolun kənarından tapmış və həmin vaxtdan yaşadığı mənzildə saxlamışdır. Həmin Mmakarov tipli tapançaya bənzər əşya patron və darağı ilə birlikdə qablaşdırlaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 anaıoji ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayonu Pİ-nin Saray PB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat qrupunda olarkən, DİN-nin X6 iki əməkdaşı Şahid2 və Şahid3 sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Şahid4 Abşeron RPİ-nin Saray PB-nə gətirərək Makarov tipli tapançayla birlikdə Saray PB-nə təhfil vermişlər və həmin vaxt Arzu sərxoş vəziyyətdə olmuşdur. Saray PB-nin rəhbərliyinə raportla müraciət etmiş, Arzu sərxoş olub olmamsını ilə əlaqədar onu həkim müayinəsindən keçirtmişlər, sonrada Arzu təhqiqat qrupuna üzərindən aşkar edilmiş həmin tapança ilə birlikdə təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifəlləri izah eduilməklə müdafiyəçi ilə təmin edilmişdir. Həmin vaxt iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmadığını əgər varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, əynində olan şalvarin sağ yan cibindən bir ədəd 50 mantlıq pul əskinazı, sol yan cibindən isə bir ədəd qırmızı rəngli alışqanı çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş digər əşya aşkar edilməmişdir. Eyni zamanda təqdim edilən tapançanın içərisində bir ədəd tapança darağı və həmin darağın içində isə 5 ədəd Makarov tapançasına məxsus patronu aşkar edilərək götürülmüşdür. Sorgü zamanı Arzuman həmin Makarov tapancasının özünə məxsus olduğu 5 il əvvəl Saray qəsəbəsində yolun kənarlndan tapdığını və həmin vaxtdan yaşadığı mənzildə saxladığını bildirmişdir. Həmin Makarov tipli tapançaya bənzər əşya patron və darağı ilə birlikdə qablaşdırlaraq götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Arzunu uşaq yaşalarından tanıyır, onunla münasibəti normal olubdur. 20 avqust 2024 cü il tarixdə qonşuluqda yaşayan Arzu 60 manat borca pul alaraq axşama qaytaracagını dediyindən ona borca pul vermiş, lakin o pulunu dediyi vaxt qaytarmamış və pula ehtiyacı olduğu üçün xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində Arzu ilə Abşeron rayonu Saray qəsəbəsi, "Azər" marketin yaxınlığında rastlaşdıqda ondan pulunu geri istəmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş, mübahisə zamanı polis işçilləri təsadüfən gəlib mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları əl atıb Arzunun belindən qayışın altında saxladığı tapancanı dartıb çıxartmışlar. Onlar tapancanı necə gördüyünü bilməmiş, halbu ki, Arzunu uzun müddət tanısada onda heç vaxt silah görməmişdir. Həmin vaxt adlarını soruşmuşlar və birlikdə Saray PB-nə getməliyik dedikdə, etraz etməmişlər və polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəliblər. Həmin vaxt Arzu sərxoş vəziyətdə olmuş, Arzunu başqa otağa, onu isə digər otağa keçirtmişlər. Həmin vaxt müdafiyyəçi ilə təmin edib hüquqları izah etdikdən sonra video görüntü ilə üzərinə şəxsı axtarış keçiriləcəyini və üzərində qanunla qadağan edilmiş hər hansı predmet varsa təqdim etməyi bildirmişlər. Etraz etməmiş və əynində olan şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamini polis əməkdaşına təqdim etmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olduğu soruşulduqda həmin maddənin psixotrop maddə metamvetamin olduğu özü qəbul etmək üçün həmin gün səhər saatlarında Sumqayıt şəhərində tanımadığım şəxsdən 10 manata özüm qəbul etmək üçün aldığını demişdir. Həmin fakt üzrə barəsində cinayət işi başlanmışdır.Eyni zamanda Arzunun üzərindən silah aşakar edildiyi üçün Arzu barəsində də cinayət işi başlandığını sonradan eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı video görüntü köçürülmüş DVD diskinə baxış keçirildi. Disk açıldıqda içərisində 01 ədəd qovluq aşkar edilmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin X6 12-ci bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Saray PB-nin inzibati binasına gətirilmiş və saat 10:18 radələrindən saat 10:31 radələrindək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirlən zaman qeydə aınmış vido görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, polis əməkdaşı tərəfindən bir ədəd “Makarov” tipli tapança 5 ədəd patronu və bir ədəd darağı ilə birlikdə təhqiqat orqanına təqdim edilir. Təqsirləndirilən şəxs müdafiyəçi ilə təmin edilməklə, ona hüquq və vəzifəlləri izah edilir, ondan sonra ona üzərində qanunla qadagan edilmiş hər hansı predmet əşya varsa təqdim etmək təklif edilir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd 50 manatlıq əskinazı, sol cibindən isə bir ədəd qırmızı rəngli alışaqnı çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin “Makarov” tipli tapanca, darağ və 5 ədəd patron ona məxsusdur, həmin tapancanı 5 il əvvəl Saray qəsəbəsində yolun kənarında taparaq yaşadığı mənzildə saxlamışdır. Həmin gün silahı götürüb üzərində gəzdirilərkən Saray qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən üzərindən həmin silah aşakar edilərək götürülmüşdür. Ona təhqiqatçı tərəfindən sual verilir sizə qarşı polis tərəfindən hər hansı fiziki zor tətbiq edilib edilmədiyi soruşulduqda o, hər hansı təzyiqə məruz qalmadığını bildirir və vidieo görüntü dayandırılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/1375 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd çərçivəsində AM-7002 №-si olan silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1985-ci ildə istehsal olunmuş 9 mm kalibirli, Makrov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təynatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsuli ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulub ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ- də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-1xx-xx/2024 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibirli AM-7002 nömrəli, lakin sürgüdə MY-3679F N-li PM modelli tapancadan eksperimental qaydada atılmış güllə və giliz nümnəlləri idarənin «Güllə- Giliz>>> kartotekasında <<Arsenal>>> avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapanca, bir ədəd darağ 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Makarov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarından ekspertiza keçirildikdən sonra qalıq qalmış–2 ədəd patronlar iş üzrə maddi sübut qismində tanınaraq və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) 2-ci maddəsinin 8-ci bəndinə görə odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Sözügedən Qanunla bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, habelə onun istehsalı və satışı müvafiq icazənin alınması ilə şərtləndirilmişdir (“Xidməti və mülki silah haqqında” Qanunun 3, 8 və 9-cu maddələri). Bu Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” cinayət əməlini təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə” məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və istintaq zamanı şahid qismində dindirilmiş şahidlərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət Qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının İokansk, QARN hərbi tribunalının xx.xx.1985-ci il tarixli hökmü ilə Rusia Federasiyasının 244 M.V maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum eilmişdir. Bakı şəhəri Nizami rayon Xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə Azərbaycan SSR CM-nin 50-2 maddəsinə əsasən 02 il 06 ay 25 gün müddətinə şərti azad edilmişdir. Sumqayıt şəhər Xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 220 m 1 hissəsi və 41 maddəsi ilə təqsirli bbilinərıək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 2 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 220 m 1 hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron RPŞ-də Azərbaycan Respubilkası CM-nin 128-ci maddəsi ilə xx.xx.2008-ci il tarixli qərarla CPM-nin 40.2.2-ci maddəsi ilə barəsində olan cinayət işi xitam edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən halın olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-616/2024 saylı qərarı ilə barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 616/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21 noyabr 2024-cü il tarixdən 15 gün olmaqla, 06 dekabr 2024-cü il tarixədək uzadılmışdır və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu vaxta qədər həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapanca, bir ədəd darağ 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Makarov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarından ekspertiza keçirildikdən sonra qalıq qalmış–2 ədəd patronlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddələrinə əsasən xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan əlavə, maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD farmatlı disk cinayət işində saxlanmalıdır. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş bir ədəd “Makarov” konstruksiyalı yivli odlu silah hesab olunan tapanca, bir ədəd darağ 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Makarov konstruksiyalı avtomatın komplekt hissəsi olan bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 05 ədəd 9x18 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli silahların ştat patronlarından ekspertiza keçirildikdən sonra qalıq qalmış–2 ədəd patronlar xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan DVD farmatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar