Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-436/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi Vəliyədin oğlunun iştirakı ilə xx.xx.1983-cü ildə Yardımlı rayonu, Bürzünbül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Yardımlı rayonu Bürzünbül kəndində qeydiyyatda olan və Abşeron rayonu Masazır kəndi H.Cavid küçəsi ev 5-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində Zərərçəkmiş şəxs qardaşı X3 ilə dalaşdığını cüzi bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib, Zərərçəkmiş şəxs baş nahiyyəsindən yumruqla vuraraq ona başın sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs boynunu qoltuğunun altına salaraq onu qabağa əyib, həmin vəziyyətdə tutub saxlayaraq əli ilə bel nahiyyəsindən yumruqla vuraraq ona kürək nahiyyəsinin sağ hissəsinin qançırı-sıyrığı, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onlarla qonşu məhəllədə yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində evinin yaxınlığındakı çayxanada dostu Şahid2 ilə oturub çay içirmişdir. Bu zaman həyat yoldaşı X2 ona zəng edərək uşağın xəstə olduğunu bildirib, evə gəlməyini demişdir. Çayxanadan çıxıb evinə tərəf getmişdir. Emil də onunla gəlmişdir. Küçənin başına çatanda görmüşdür ki, qapılarının qarşısında təxminən 7-8 nəfər adamlar toplaşıblar. Narahat olub tez ora qaçmış və çatanda görmüşdür ki, Elnur qapının qarşısında borunun üstündə oturub və sifəti qanlıdır. Həmin vaxt orada qonşuları Rafət, İlham, anası Rübabə və tanımadığı qonşular olmuşlar. Onlardan nə baş verdiyini soruşmuş, onlar ona demişlər ki, qonşu Niyaməddin ilə Elnur dalaşıb. Küçənin digər tərəfinə getmişdir ki, Niyaməddindən nəyə görə Elnur ilə dalaşdığını soruşsun. Küçədə Niyamədini görüb ona yaxınlaşmış və Niyaməddin onu görən kimi onunla əlbəyaxa olmuşlar.Dalaşanda orada olan tanımadığı şəxslər onları ayırmışlar. Ondan sonra evinin qarşısına gəlmiş və əmisi oğlu Şərbət Cəbiyev ora gələrək, Elnuru onun idarə etdiyi Mersedes markalı avtomaşınla əvvəl Xırdalan şəhər TTY xəstəxanasına, oradan da Bakı şəhər 1 saylı KTM aparmışlar. Həkimlər Elnura tibbi yardım göstərmişlər və onlar evə qayıtmışlar. Niyaməddin ilə ancaq əlbəyaxa olmuş və orada olan tanımadığı şəxslər onları ayırmışlar.Əməlindən peşmançılıq çəkir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onunla Masazır qəsəbəsində qonşuluqda yaşayan Elnur adlı şəxs və onun qardaşı Veysəl ilə münasibəti normal olmuşdur.xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində evdə olmuş, 13 yaşlı oğlu Nəcməddin küçədə velosiped sürürmüşdür. Elnurun qardaşı uşaqları 2006-cı il təvəllüdlü oğlu Nəcməddinin qarşısını kəsərək onların məhəlləsində velosiped sürməyi qadağan etmişlər. Oğlu bununla bağlı anasına məlumat vermişdir. Həmin vaxt arvadı Röyalə də Elnurun anasına bu səbəbdən öz etirazını bildirmişdir. Küçədə yaranan səs-küyə evdən küçəyə çıxıb görmüşdür ki, həyat yoldaşı Röyalə ilə əvvəllər tanımadığı Elnurun anası kimi bildiyi qadın sözlə mübahisə edirlər, yanlarında azyaşlı uşaqlar da vardır.Onların mübahisəsi uşaqlara görə olmuşdur.Ona görə həyat yoldaşına demişdir ki, rədd ol evə get.Elnurun da anasına bundan əvvəl demişdir ki, burdan getsin. Elnurun anasına iradını bildirmiş və onları sakitləşməyə çalışmışdır. Bu zaman Elnur da öz evlərinin qarşısından bir uşağın əlindən tutub onlara tərəf gəlib, onların yanına çatan kimi onunla dalaşmağa başlayıb, yumruqla sifət nahiyyəsinə vurmağa başlamışdır.Öz növbəsində Elnuraəl-qol atmış, bu zaman onlarıqadınlar, yəni onun həyat yoldaşı və Elnurun anası aralaşdırmışlar. Həmin vaxt küçədə tanımadığı adamlar da bunu görürmüşlər.Elnurun anası və digər tanımadığı qadınlar Elnuru tutmuşlar, hətta Elnur anası ilə birlikdə yerə yıxılmışdır.Onlar Elnuru evlərinə tərəf aparmışlar, onları daha görməmişdir. Öz evinin qarşısında küçədə evinə tərəf gedərkən Elnurun adını sonradan bildiyi qardaşı Veysəl arxadan başına nəiləsə vurmuş, sonra boynunu qoltuğun altına salaraq onu qabağa əymiş və o vəziyyətdə tutub saxlayaraq, başına və bel nahiyyəsinə yumruqla vurmağa başlamışdır. Nəticədə zərbənin təsirindən başı yarılmış və yerə yıxılmışdır.Onları orada olan qadınlar ayırmışlar. Onu qonşusu Umid öz avtomobili ilə TTY aparmışdır. Dalaşma zamanı Elnur onun alın nahiyyəsindən yumruqla, ondan bir qədər sonra isə Veysəl isə başının arxasından və kürəyindən əlində olan hansısa əşya ilə vurmuş, lakin bilməmişdir ki, Veysəlin əlində nə var. Rübabəni itələməmiş, Rübabəni və öz həyat yoldaşı Röyaləni sakitləşdirirmişdir. Veysəlin əlində olan əşyanı görməmiş, elə fikirləşmişdir ki, yəqin Veysəlin əlində daş olmuş, dalaşma təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında tanışlıq münasibəti vardır. xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində Veysəlin yanına Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən çayxanaya getmiş və oturub çay içirmişlər. Bu zaman Veysəlin evlərindən zəng gələrək evdə uşağın xəstə olduğunu demişlər. Ona görə də Veysəl ilə birlikdə evlərinə gəlmişlər və evlərinin qarşısında küçədə 10-15 nəfər qadın, 5-6 nəfər kişilərin dayandıqlarını görmüşlər. Veysəlin qardaşı Elnur qapının qarşısında qaz xəttinin borusunun üstündə oturmuşdur, onun sifəti və başı qan olmuşdur. Veysəl də evə girmişdir ki, uşağına baxsın. Sonra Elnuru idarə etdiyi Mersedes markalı avtomobilə mindirib xəstəxanaya aparmışlar, sonra məlum olmuşdur ki, Elnur qonşusu ilə uşağa görə dalaşmışdır.Veysəl Niyaməddin ilə dalaşmamış, dalaşma ancaq Elnur ilə Niyaməddin arasında olmuşdur, lakin həmin dalaşmanı da görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsində yaşayan Elnur Rəciyev və onun qardaşı Təqsirləndirilən şəxs 10 ilə yaxın müddətdir ki, tanıyır, üzvlərini tanıyır, onlarla aralarında heç bir qərəzli münasibəti olmamışdır, onlarla qohumluq münasibəti vardır. Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs tanımamışdır. xx xxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində idarə etdiyi Niva markalı avtomobillə Masazır qəsəbəsi H.Cavid küçəsindən keçərkən Elnurun evinin qarşısında çoxlu qadın və uşaqların toplaşdığını görüb, avtomobili Elnurun evinin qarşısında saxlamış və Elnurun başının qanlı olduğunu görmüşdür. Elnurdan nə olduğunu soruşanda, Elnur qonşusu ilə dalaşdığını və TTY zəng etməsini demişdir. Ona görə də TTY zəng etmiş, lakin gec olduğuna görə Emil ilə Veysəl də ora gəlmiş və Elnuru Şərbətin avtomobili ilə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanıyır, onlarla münasibəti yaxşıdır. Digər qonşusu Elnur Rəciyev və onun qardaşı Veysəli üzdən tanıyır, lakin onlarla heç bir münasibəti yoxdur. xx xxxx 2019-cu il tarixdə, saat 19: 30 radələrində evdə olmuşdur. Bu vaxt küçədə qışqırıq, söyüş səslərini eşidib, narahat olduğu üçün pəncərədən küçəyə baxıb görmüşdür ki, küçədə çoxlu uşaqlar və adamlar toplaşıblar, Niyaməddin və Veysəl dalaşırlar. Tez paltarını dəyişib küçəyə çıxıb görmüşdür ki, artıq onları aralayıblar və orada olan şəxslər Veysəli evlərinə tərəf aparırlar, Niyaməddin və həyat yoldaşı küçədə olmuşlar, Niyaməddinin başından qan axmış, yerdə oturmuş vəziyyətdə olmuşdur.Niyaməddini idarə etdiyi avtomobilə oturdub, Xırdalan şəhəri TTY xəstəxanasına aparmış, oradan da Niyaməddini Bakı şəhəri KTM xəstəxanasına aparmışdır. Dalaşma zamanı orada təxminən 25-30 nəfər qadın, uşaq və yoldan keçən tanımadığı şəxslər və yaxınlıqda yaşayan qonşular olmuşlar, amma adlarını bilmir.Evinin pəncərəsindən baxanda görmüşdür ki, Veysəl ilə Niyaməddin dalaşmışlar, ancaq onlar nə ilə bir-birini vurduqlarını görməmiş, dalaşma təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanıyır, lakin onlarla heç bir münasibəti yoxdur. Digər qonşu Rəciyev Elnur və qardaşı Təqsirləndirilən şəxs tanıyır, onlarla həmyerlidir və münasibətləri yaxşıdır. xx xxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində evdə uzanıb istirahət etmişdir. Bu zaman küçədə qışqırıq, dava-dalaş, söyüş, təhqir səslərini eşidib narahat olduğu üçün pəncərədən baxıb görmüşdür ki, Elnurun anası Rübabə və Niyaməddin, onun arvadı mübahisə edirlər. Tez küçəyə çıxıb görmüşdür ki, Niyaməddin ilə Elnur bir-biri ilə dalaşıb, bir-birini yumruq-təpiklə vururlar, hər ikisi qan içindədir. Orada olan Emil və İlham onları ayırırmışlar. Həmin vaxt orada çoxlu adamlar olmuş, xəstə olduğu üçün araya girməmişdir. Elnurla Niyaməddini ayırmışlar, Elnur evlərinə tərəf getmişdir. Aradan 5-6 dəqiqə sonra Veysəl də gəlmiş və Elnuru Şərbətin avtomobili ilə xəstəxanaya aparmışlar. Orada olan dalaşma 10-15 dəqiqə davam etmişdir. Veysəlin Niyaməddin ilə dalaşdıqlarını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki,qonşuluqda yaşayan Rübabə və onun oğlu Elnuru tanıyır, Rübabənin digər oğlu Veysəli isə bir dəfə görmüş, onlarla aralarında heç bir qərəzli münasibətləri olmamışdır. xx xxxx 2019-cu il tarixdə, saat19: 30 radələrində evdə olmuş, bu zamanküçədə səs-küy eşitmiş və azyaşlı oğlu Nimayəddin küçədə velosiped sürdüyü üçün narahat olub küçəyə çıxmışdır. Həyətin darvazasından küçəyə çıxanda görmüşdür ki, təxminən 20-25 metr məsafə küçədə Rübabə və nəvələri onun oğlu Nəcməddin ilə mübahisə edirlər. Oğlu Nəcəməddinə yaxınlaşaraq nə məsələ olduğunu soruşmuş, oğlu Rübabənin nəvələri küçədə söyüş söyürmüşlər, onlara deyib ki, küçədə söyüş söyməsinlər ətrafda qızlar olduğunu deyərək, Rübabəyə iradını bildirərək, azyaşlı uşağın üstünə nəyə görə gəlib.Rübabə də ona demişdir ki, oğlu Nəcməddin onların küçəsinə nəyə görə gedib orada velosiped sürür, onların küçəsinə gəlməsin. Buna görə də Rübabə ilə aralarında sözlə mübahisə olmuş və arxaya dönəndə görmüşdür ki, həyat yoldaşı Niyaməddin artıq yanındadır. Rübabə ona söyüşlər söymüş, onun cavabını verərək dediyi sözləri özünə qaytarmışdır. Həyat yoldaşı Niyaməddin də Rübabəyə demişdir ki, “ayıbdır, yekə arvadsan, çıx get evinə”. Bu zaman Elnur qaça-qaça gələrək Niyaməddinə hücüm edib Niyaməddini yumruq-təpiklə vurmağa başlamışdır. Onlar əlbəyaxa olaraq, bir-birini yumruqla vururmuşlar. Yoldan keçən tanımadığı şəxslər, Rübabə və özü onları ayırmışlar.Onlar Elnuru evlərinə tərəf aparmış və həyat yoldaşı ilə evinə tərəf gedirmişdir. Bu zaman Elnurun qardaşı Veysəl gələrək arxadan həyat yoldaşı Niyaməddinin başına nəiləsə vurmuş, sonra boynunu qoltuğun altına salaraq onu qabağa əyib həmin vəziyyətdə tutub saxlayaraq, başına və bel nahiyyəsinə yumruqla vurmağa başlamışdır. Niyaməddinin başı yarılmış və yerə yıxılmışdır. Orada olan tanımadığı şəxslərlə birlikdə onları ayırmışlar, Niyaməddinin başından qan gəldiyi üçün əynində olan jaketini çıxardıb onun başını bağlamışdır. Sonra qonşusu Ümidin avtomobili ilə Niyaməddini Xırdalan şəhər TTY xəstəxanasına, oradan da TTY avtomobili ilə KTM xəstəxanasına aparmışlar, orada Niyaməddinə tibbi yardım göstərilmişdir. Baş vermiş dalaşma zamanı küçədə olan bütün qonşular narahat olmuşlar, yoldan keçən tanımadığı adamlar hamısı dalaşmanı görmüşlər.Niyaməddin Rübabəni itələməmiş, elə Rübabə də onlarla birlikdə dalaşanları ayırmışlar. Veysəlin əlində nəsə görməmiş, həyat yoldaşı Niyaməddin başından xəsarət aldığına görə elə bilmişdir ki, yəgin Veysəlin əlində daş olmuş, amma Veysəlin əlində hər hansı bir əşyanı görməmişdir.Dalaşma təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid7Şahid5 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 şahid Elnur Rəciyevinifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1329 №lirəyindəngörünürki,Zərərçəkmiş şəxs məhkəmə tibbivə kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, kürək nahiyyəsinin sağ hissəsinin qançırı-sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2019-cu il tarixdə dava-dalaş zamanı əllə vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə başın sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ kürək nahiyyəsinin qançırı-sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş xx xxxx 2019-cuil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon İHB-nın Masazır kəndi inzibati ərazi üzrə nümayəndəsinin xasiyyətnaməsindəngörünürki,Təqsirləndirilən şəxsyaşayış yeri üzrə müsbət xarakterizəolunur. xx.xx.2019-cu il tarixli şübhəli şəxs tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-in əməkdaşları tərəfindən tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2019-cu qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməklə, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxs X6 ilə təqsirləndirilən şəxs X4 barışdıqlarına görə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X1 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə barəsində cinayət təqibinə icraata xitam verilmişdir. X1 Zərərçəkmiş şəxs qəsdən sağlamlığa zərərvurmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, lakin sonuncular barışdığına görə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının 31-dan 2019-cu ilin oktyabr ayının 12-dək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 02 ay 13 gün, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı müdafiəçi vəkil X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək,qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının 31-dan 2019-cu ilin oktyabr ayının 12-dək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 02 ay 13 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 02 (iki) ay 08 (səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı müdafiəçi vəkil X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-436/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-436/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver