Məhkəmə qərarları › İş №1(012)-436/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-436/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-436/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyev Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7 Oktay oğlunun, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 Mövləddin oğlunun, X4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.09.2020-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsi ev 16A ünvanda yerləşən fərdi yaşayış evinin həyətinin giriş darvazasının açıq qapısından qanunsuz daxil olub saxlanc yeri kimi həyətdə evin yardımçı tikilinin girişində olan 1 ədəd 200 manat dəyərində “Stels Cross” markalı 28 ölçüdə olan velosipedini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 oktyabr 2020ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus evin plastik pəncərəsindən içəriyə qanunsuz daxil olaraq evin 1-ci və 2-ci mərtəbələrindən 1500 manat dəyərində elektrik naqillərini oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 ünvanına həyətinin qapısından içəri qanunsuz daxil olub saxlanc yeri kimi həyətdə olan 900 manat dəyərində velosipedi ələ keçirib zərərçəkmiş Aqil Almazova 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 noyabr 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qəbiristanlığın yaxınlığında yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz keçərək evin plastik pəncərəsini açıb evə daxil olmaqla zaldan 01 ədəd 600 manat dəyərində “LG” markalı televizoru, 01 ədəd 40 manat dəyərində kanal ötürücüsünü və 01 ədəd 60 manat dəyərində yataq örtüyünü gizli talayıb zərər çəkmiş şəxsə ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27.11.2020-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarından evin həyətinə qanunsuz daxil olaraq, saxlanc yeri kimi evin həyətində olan 1 ədəd “ Land “ markalı maşınyuma aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 ümumilikdə 380 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 14 dekabr 2020-ci il tarixdə, saat 01 radələrində X2 yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsi Şahbala İsayev küçəsində yerləşən yeni inşa etdirdiyi evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən Zərərçəkmiş şəxs14 Mövləddin oğluna məxsus 1 ədəd 250 dəyərində Bosh markalı laqonda, 1 ədəd 100 manat dəyərində 2 ədəd Bosh markalı laqonda,hər birinin dəyəri 200 manat olan 2 ədəd Bosh markalı preparator, 1 ədəd 240 manat dəyərində lazer cihazı,1 ədəd 80 manat dəyərində lobzik,hər birinin dəyəri 80 manat olan 3 ədəd Bosh markalı drel, 3 bağlama hər birinin dəyəri 60 manat olan 4 mm-lik elektrik kabeli, dəyəri 150 manat olan 100 metr 10 mm-lik elektrik kabeli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs14 cəmi 1740 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talama məqsədilə 18.12.2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qaraca nəfəslikdən içəri qanunsuz daxil olaraq saxlanc yeri kimi qaracda olan 700 manat dəyərində qədimi mis samovarı, 1 ədəd 100 manat dəyərində Bosh markalı preparatoru, 2 ədəd hər biri 100 manat dəyərində olan dreli, 1 ədəd Vektra markalı 80 manat dəyərində laqondanı və 1 ədəd 50 manat dəyərində alminum qazanı oğurlayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 1130 ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talama məqsədi ilə vətəndaşın şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədləri talama məqsədi ilə 19 dekabr 2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Sevil Qazıyeva küçəsində yolun kənarında saxlanılmış Ford Tranzit markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapısını açaraq salona girmiş, oradan vətəndaş Zərərçəkmiş şəxs10 məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilə dair etibarnaməni, içərisində 130 manat nağd pulu olan 15 manat dəyərində pul qabını, bir ədəd 50 manat dəyərində bir ədəd “Pioneer” markalı maqnitafonu, bir ədəd 130 manat dəyərində 100 amperlik akkumlyatoru, bir ədəd 15 manat dəyərində təkər açarını, bir ədəd 30 manat dəyərində avtomobil qaldırıcısını və bir ədəd 20 manat dəyərində elektrik trosunu talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 390 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədləri talamışdır. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 2020-ci ilin dekabr ayının 23-də saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Masazır qəsəbəsi, Nizami küçəsi 1 nömrəli fərdi yaşayış evinə hasardan keçməklə qanunsuz daxil olub evin içindən elektrik naqillər, radyatorların su paylayıcı borularını, elektirk qoruyucuları və yandırıb söndürən cihazları gizli yolla talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 1200 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 25.12.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin birinci mərtəbəsinin plastik pəncərəsindən içəriyə qanunsuz daxil olaraq evin 1 və 2-ci mərtəbələrindən 1215 manat dəyərində elektrik naqillərini və bir ədəd 85 manat dəyərində dreli oğurlamaqla Zərərçəkmiş şəxs11 ümumilikdə 1300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 25.12.2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə qanunsuz daxil olaraq, saxlanc yeri kimi həyətdə olan bir ədəd 230 manat dəyərində SAFT markalı olan velosipedi talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 230 manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 2020ci ilin dekabr ayının 26-da saat 01 radələrində Zərərçəkmiş şəxs5 Abşeron rayonu Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub əlindəki metal alətlə evin plastik pəncərəsini açıb içəri daxil olaraq divara asılmış vəziyyətdə olan 1 ədəd 300 manat dəyərində LG markalı televizoru, yataq otağındakı şkafdan 1 ədəd 500 manat dəyərində 6 qram çəkidə paxlava formalı qızıl üzüyü, 1 ədəd 300 manat dəyərində üzərində tək sirkon qaşlı qızıl üzüyü,1 ədəd 400 manat dəyərində qızıl boyunbağını və 61 manatı ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1641 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 27.12.2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, saxlanc yeri kimi həyətdə olan 40 manat dəyərində 01 ədəd lobzik, 50 manat dəyərində 01 ədəd laqonda və 90 manat dəyərində 01 ədəd preferatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 180 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli talama məqsədilə 2020-ci ilin dekabr ayının 28-də saat 02 radələrində Zərərçəkmiş şəxs7 Oktay oğluna məxsus Abşeron rayonu Masazır qəsəbəsi, Qasımbəy Zakir küçəsində yerləşən “Hüseyn” marketə qapısını açmaqla qanunsuz daxil olaraq, piştaxtanın üzərində olan 3 manat 50 qəpik olan 13 qutu Sobraniye,bir qutusunun qiyməti 3 manat 26 qəpik olan 10 qutu Kent 1, bir qutunun qiyməti 3 manat 26 qəpik olan 10 qutu Kent 4, bir qutunun qiyməti 3 manat 70 qəpik olan 20 qutu Winston Jompact, bir qutunun qiyməti 3 manat 70 qəpik olan 20 qutu Winston, bir qutunun qiyməti 2 manat 76 qəpik olan 10 qutu LD, bir qutunun qiyməti 2 manat 53 qəpik olan 10 qutu LD Jompact, bir qutunun qiyməti 2 manat 22 qəpik olan 25 qutu boz rəngli Palmall, bir qutunun qiyməti 2 manat 22 qəpik olan 10 qutu boz rəngli Winchester Jompact, bir qutunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu göy rəngli Winchester Jompact, bir qutunun qiyməti 2 manat 20 qəpik olan 10 qutu göy rəngli Winchester, bir qutunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu boz rəngli Winchester, bir qutunun qiyməti 1 manat 74 qəpik olan 10 qutu ağ rəngli Magna, bir qutunun qiyməti 1 manat 74 qəpik olan 10 qutu boz rəngli Magna, bir ədədinin qiyməti 76 qəpik olan 10 ədəd Snikers şokoladını, bir ədədinin qiyməti 1 manat 20 qəpik olan 3 ədəd Bizon enerci içkisini, bir ədədinin qiyməti 1 manat 70 qəpik olan 2 ədəd Enerci GO içkisini və 26 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 550 manat 50 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli talama məqsədi ilə 2020-ci ilin dekabr ayının sonunda saat 18 radələrində Zərərçəkmiş şəxs15 Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə inşa etdirdiyi evin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, evdən 60 manat dəyərində bir ədəd dreli, 130 manat dəyərində bir ədəd laqondanı, 100 manat dəyərində bir ədəd samovarı və 90 manat dəyərində elektrik naqillərini ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs15 ümumilikdə 380 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 20 sentyabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən çıxaraq Saray qəsəbəsində Həzi Aslanov küçəsi ilə piyada hərəkət edərkən yolun kənarında evin giriş darvazasının qapısının açıq olduğunu görmüşdür. Bundan sonra o, qapıdan içəri boylandıqda həyətdə üç mərtəbəli ev və evin yan tərəfində bir mərtəbəli tikili görmüşdür. Həyətdə heç kimin olmadığına əmin olduqdan sonra giriş darvazasının qapısından həyətə daxil olmuşdur. Həyətdə evin yan tərəfində yerləşən birmərtəbəli tikilinin giriş hissəsində divara söykədilmiş bir ədəd “Stels” markalı 28 ölçüdə velosipedi götürüb həyətdən çıxarmışdır. Bundan sonra həmin velosipedi yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən evə aparıb həyətə qoymuşdur. Həmin velosipedi o, arada sürmüşdür. Anası Solmaz ondan həmin velosipedi haradan əldə etdiyini soruşduqda o, həmin velosipedi sürmək üçün tanış adamdan aldığını demişdir. Ancaq anası Solmazın həmin velosipedi onun oğurlamağı barədə heç bir məlumatı olmamışdır. 01 dekabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Saray qəsəbəsində Vəli Axundov küçəsində yerləşən evinin qarşısında küçədə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra bilmişdir ki, həmin mülki geyimdə olan şəxslər polis əməkdaşlarıdır. Polis əməkdaşları onun 20 sentyabr 2020-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətindən bir ədəd velosiped oğurlamağı barədə məlumatları olduğunu bildirmişlər və onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində onunla fərdi söhbət zamanı o, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 evinin həyətindən bir ədəd velosiped oğurladığını etiraf etmişdir. Bundan əlavə o, 12.10.2020-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hansı evdə yaşayış yoxdursa oradan oğurluq etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin ətrafında gəzmiş, ara küçələrdə gəzəndə bir mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüş, evdə adam olub-olmadığını yoxlamaq üçün evin həyətinə daş atmış, bir qədər gözlədikdən sonra heç kimin çıxmadığını görüb 13.10.2020-ci il tarixinə keçən gecə saat 01 radələrində hasardan həyətə keçmiş və evin plastik pəncərəsindən içəriyə daxil olmuş, evin 1 və 2-ci mərtəbələrində olan kabelləri götürüb özü ilə gətirdiyi kisəyə yığaraq evə daxil olduğu yerdən çıxmış və oğurladığı naqilləri yandırıb adını istintaqa açıqlamaq istəmədiyi metal qəbulu obyektinə 180 manata satmışdır. Qeyd etmişdir ki, oğurluğu tək etmiş, ehtiyacı olduğu üçün heç kimə oğurluq etməsi barədə bildirməmişdir. Bundan əlavə o, 30 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində küçə ilə gedərkən bir evin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək istəmişdir. O, evin həyətinin qapısına yaxınlaşmış və əli ilə qapının dəstəyindən tutub açmış və görmüşdür ki, qapı heç bağlı deyilmiş, açıqdır. O, həmin həyətə girmiş, həyətdə bir mərtəbəli yaşayış evi var idi. Evin həyətində iki ədəd uşaq velosipedi və bir ədəd də böyük velosiped var idi. O, həmin böyük velosipedi götürüb həyətdən çıxıb, elə velosipedi idarə edərək yaşadığı evə getmişdir. Səhəri günü həmin velosipedi aparıb Sumqayıt şəhərində əşya bazarı adlanan ərazidə tanımadığı şəxsə 100 manata satmış və aldığı pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Velosipedi alan şəxs də onun oğurluq olduğunu bilməmişdir. Həmin evdən oğurluq etməyini də heç kimə deməmişdir. O, həmin velosipedin sahibini əvvəllər tanımamışdır. Bundan əlavə o, 2020-ci ilin noyabr ayının 23-dən 24-nə keçən gecə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hansı evdə yaşayış yoxdursa oradan oğurluq etmək üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin ətrafında gəzmiş, ara küçələrdə gəzəndə bir mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüş, evdə adam olub-olmadığını yoxlamaq üçün evin həyətinə daş atmış, bir qədər gözlədikdən sonra heç kimin çıxmadığını görüb 24.11.2020-ci il tarixdə saat 02 radələrində hasardan həyətə keçmiş və evin plastik pəncərəsindən içəriyə daxil olmuş, evin qonaq otağından 1 ədəd «LG» markalı televizoru, kanal ötürücüsünü götürüb evə daxil olduğu yerdən çıxmışdır. Oğurladığı əşyaları tanımadığı taksi sürücüsünə 55 manata televizoru isə 70 manata satmışdır. Həmin pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Qeyd etmişdir ki, oğurluğu tək etmiş, ehtiyacı olduğu üçün heç kimə oğurluq etməsi barədə bildirməmişdir. Bundan başqa o, 27.11.2020-ci il tarixdə gecə saat 23 radələrində Masazır qəsəbəsində oğurluq məqsədi ilə tək gəzən zaman, Masazır qəsəbəsində işığı yanmayan fərdi yaşayış evi görmüşdür. O, həmin evə tərəf yaxınlaşmış və dəqiq evə və ətrafa baxaraq evdə heç kimin olmadığını görmüşdür. Eyni zamanda ətrafda da heç kimin olmadığına tam əmin olduqdan sonra o, həyətə daxil olmuş və evin qarşısında həyətin bir kənarında maşın yuma aparatını görmüş, elə həmin vaxtı onu oğurlamaq qərarına gəlib onu oğurlayıb ordan çıxıb getmişdir. O, həmin axşamı oğurladığı maşın yuma aparatını tanımadığı taksi ilə Saray qəsəbəsinə aparıb Saray qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətmişdir. Səhəri günü isə yenə tanımadığı taksi ilə həmin maşın yuma aparatını tanımadığı şəxsə Sabunçu rayonu Rus bazarı adlanan bazara aparıb orada onu tanımadığı şəxsə özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün 100 manata satdığını deyib maşın yuma aparatını həmin şəxsə 100 manat satmışdır. Həmin pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2020-ci ilin dekabr ayının 14-də gecə saat 01 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yeni məhəllədə küçə ilə gedərkən həmin küçədə iki mərtəbəli böyük bir evin yeni inşa edildiyini görüb həmin evdən oğurluq etmək istəmişdir. O, evin həyətinin giriş qapısı da yox idi, oradan həyətə keçmiş və evin giriş qapısı dəmir qapı bağlı olduğu üçün evin arxa tərəfindəki plasmas pəncərəni yerdən tapdığı dəmir parçası ilə açaraq oradan evə daxil olmuşdur. Evin içərisində tikinti işləri aparılmış, orada tikinti materialları və ustaların alətləri var idi. O, həmin evdən bir ədəd böyük Bosh markalı laqonda, iki ədəd Bosh markalı balaca laqondaları, iki ədəd Bosh markalı preferatorları, bir ədəd Bosh markalı lazer cihazını, bir ədəd lobziki, 3 ədəd Bosh markalı drelləri, 3 bağlama 4 mm-lik elektrik naqilləri, təxminən 100 metr kabeli götürmüşdür. Səhəri günü həmin əşyaları aparıb Sumqayıt şəhərində əşya bazarı adlanan ərazidə tanımadığı şəxsə 250 manata satmış və aldığı pulu da öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Həmin əşyaları alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Həmin evdən oğurluq etməyini də heç kimə deməmişdir. O, həmin evin sahibini də əvvəllər tanımamışdır. Bundan başqa o, 18.12.2020-ci il tarixdə gecə saat 23 radələrində Saray qəsəbəsində oğurluq məqsədi ilə tək gəzən zaman, Saray qəsəbəsində 1 fərdi yaşayış evinin işığının yanmadığını görmüş, həmin evə tərəf yaxınlaşmış və dəqiq evə və ətrafa baxarkən evdə heç kimin olmadığını görmüşdür. Eyni zamanda ətrafda da heç kimin olmadığına tam əmin olduqdan sonra o, evin hasarından həyətə daxil olmuş və evin həyətində tikili görmüş, həmin tikilinin isə həyətə 1 dəmir qapısı və 1 ədəd plastik materialdan olan pəncərəsi vardır. O, qapının bağlı olduğunu görüb həmin tikilinin xırda pəncərəsindən yəni nəfəsliyindən içəri daxil olmaq qərarına gəlmişdir. Sonra isə həmin nəfəsliyi vint açanla açıb nəfəslikdən içəri daxil olmuşdur. O, həmin qaracdan 1 ədəd mis materialdan olan samovarı, 2 ədəd markasını dəqiq bilmədiyi dreli, 1 ədəd preferatoru və 1 ədəd markasını dəqiq bilmədiyi laqondanı oğurlayıb oradan çıxıb getmişdir. O, həmin gün axşam oğurladığı əşyaları tanımadığı taksi ilə Saray qəsəbəsində yaşadığı evin yaxınlığında aparıb gizlətmişdir. Səhəri günü isə yenə tanımadığı taksi ilə həmin əşyaları Sumqayıt şəhərinə aparıb orada onları tanımadığı şəxsə özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını deyib ümumilikdə 150 manata satmışdır. Həmin pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2020-ci ilin dekabr ayının 19-da saat 01 radələrində Abşeron rayonu Saray qəsəbəsi Sevil Qazıyeva küçəsi ilə tək gedərkən orada Ford Transit markalı avtomobil görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin avtomobildən oğurluq etmək üçün avtomobilin sol qapısını açmaq istəyən zaman açıq olduğunu görmüş və avtomobilin qapısını açaraq salona daxil olmuşdur. Salondan bir ədəd elektrik trosu, bir ədəd qaldırıcı, bir ədəd açarı, bir ədəd maqnitafon götürmüşdür. Sonra avtomobilin qabaq kapotunu açaraq oradan akumlyatoru da götürmüş və hadisə yerindən uzaqlaşmışdır. Səhəri günü yəni 20 dekabr 2020-ci il tarixdə oğurladığı əşyaları Abşeron rayonu Saray qəsəbəsində yaşayan Pərviz adlı şəxsin mağazasına getmiş və ona oğurladığı əşyaları 25 manata satmışdır. Lakin Pərvizə demişdir ki, həmin əşyalar özünə məxsusdur, oğurluq deyil. Pərviz ona inanmış və əşyaları ondan almışdır. O, da aldığı 25 manat pulu özü üçün xərcləmişdir.Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs10 avtomobilindən 130 manat pul, pul qabı,şəxsiyyət vəsiqəsi, etibarnamə və sürücülük vəsiqəsi oğurlamamışdır. Bundan başqa o, 2020-ci ilin dekabr ayının 23-də günorta saat 15 radələrində ağrıları olduğu üçün narkotik vasitə qəbul etmək məqsədilə nə isə oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə Masazır qəsəbəsində piyada gəzərkən məhəllələrin yanından keçən vaxtı tam təmir edilməmiş, darvazası isə şiferdən olan yer görüb fikirləşmişdir ki, həyətdə və ya həyətdə olan evin içində kabel olar, ona görə də hasardan boylanıb həyətdə kimsənin olmadığına əmin oluqdan sonra həyətə tullanmışdır. Evin böyründəki plastikdən pəncərəni bərkdən vurub açmış və evin içinə girmişdir. Həmin ev tam təmir olunmamışdır. Yerdə ustaların çaynik və sair avadanlıqlar işlətdikləri naqilləri kəsib doğramışdır. Həmçinin razetkalarda olan naqilləri dartıb çıxartmışdır. Həmçinin evdə olan və gözünə sataşan nə naqil olubsa onları götürüb evin arxa tərəfdən çıxıb xeyli uzaqlaşmışdır. Qurtuluş deyilən tərəfə boş olan yerə gəlmiş, orda yerdə həmin naqillərdə olan misi kibrit ilə yandırıb çıxartmış və yerdən götürdyü sellofan torbaya yığıb mis və dəmir qəbul etmə məntəqəsinə satmışdır.Mislərə görə nə qədər pul verildiyini xatırlamır. Bundan başqa o, 24.12.2020-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş, bunun üçün Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin ətrafında gəzmişdir. Ara küçələrdə gəzəndə bir mərtəbəli fərdi yaşayış evin işıqlarının yanmadığını görüb evin həyətinə daş atmışdır ki, əgər kimsə evdə olsa səs edər, bir qədər gözlədikdən sonra görmüşdür ki, heç kim çıxmamış və 25.12.2020-ci il tarixə keçən gecə saat 01 radələrində hasardan həyətə keçmiş və evin plastik pəncərəsindən içəriyə daxil olmuş, divarda olan elektirk naqillərini və bir ədəd dreli götürüb evə daxil olduğu yerdən çıxmışdır. Oğurladığı əşyaları Sabunçu bazarında tanımadığı şəxslərə satmış, ümumilikdə 300 manat pul əldə etmiş, həmin pulları şəxsi ehtiyacı üçün xərcləmişdir.Bundan əlavə o, 25.12.2020-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Masazır kəndində sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsin yaşadığı evin həyətinə açıq olan dəmir darvazanın qapısından girmiş, həyətdə heç kim olmadığından və onu kimsə görmədiyindən, həyətdə olan 01 ədəd «Saft» markalı velosipedi götürüb sürərək, Masazır dairəsi adlanan yerə gəlmiş və orada özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. İdarədə o, könüllü olaraq həmin velosipedi haradan oğurladığını etiraf etmişdir. Bundan əlavə o, 2020-ci ilin dekabr ayının 25-dən 26-na keçən gecə Masazır qəsəbəsinə gələrkən gölün yanından keçən zaman evin nə həyətinin, nədəki evinin işıqlarının yanmadığını görmüş, hasardan tullanıb evin həyətinə girmiş, orada barmaqlığın olmadığını görmüş, əlindəki balaca dəmir alətlə plastik pəncərəni açıb itələyərək oradan evin içinə daxil olmuşdur. Evin içindəki divara asılmış vəziyyətdə olan bir ədəd LG markalı televizoru, yataq otağındakı şkafdan isə 2 ədəd üzük, bir ədəd boyunbağı və 61 manata yaxın pulu oğurlamışdır. Həmin qızılların hansı formada olduğunu xatırlamır. Səhərə qədər gözləməyərək kənar yollarla yola çıxmış, yoldan keçən tanımadığı VAZ-2107 markalı ağ rəngli nömrəsinə fikir vermədiyi taksi saxlatdıraraq sürücüyə onu Saray qəsəbəsinə aparmasını xahiş etmişdir. Sürücü təxminən 40-42 yaşlarında kişi idi. Ona təcili pul lazım olduğu üçün 200 manat müqabilində qızıl satdığını bildirmiş, sürücü ona qızıllara görə 200 manat ödəyə biləcəyini demişdir. Sürücü ona 200 manat pulu ödədikdə həmin malların oğurluq olub-olmadığını soruşduqda sonuncuya özünə və ailə üzvlərinə məxsus olduğunu, təcili pul lazım olduğu üçün satmışdır. Daha sonra həmin televizoru yaşadığı evin yanındakı yarımtikilidə gizlətmişdir. Bundan əlavə o, 27.12.2020-ci il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan əvvəllər tanıdığı Zərərçəkmiş şəxs6 Bayram oğlunun yaşadığı evin həyətinə açıq olan dəmir darvazanın qapısından girmiş, həyətdə heç kim olmadığından və onu kimsə görmədiyindən, həyətdə sol tərəfdə yerdə 01 ədəd preferator olduğunu görüb həmin preferatoru götürüb, həyətə daxil olduğu qapıdan çıxmışdır. Həmin evdən bir qədər kənarda bir nəfər əvvəllər tanımadığı şəxsin küçə ilə getdiyini görüb, ona satdığını bildirmişdir. Həmin şəxs ondan preferatoru hansı qiymətə satdığı soruşduqda, həmin əşyanı 20 manat müqabilində satdığını ona bildirmişdir. Həmin şəxs ona cəmi 15 manat məbləğində pulunun olduğunu bildirmiş və o da onunla razılaşaraq ona 15 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2020-ci ilin dekabr ayının 28-də gecə saat 02 radələrində Masazır qəsəbəsində gəzərkən marketin qabağından keçəndə bağlı olduğunu, ətrafa baxanda heç kəsin olmadığını görüb oğurluq etmək qərarına gəlmişdir. Əlindəki balaca dəmir alətlə plastik qapını açıb itələmiş və marketin içinə daxil olmuşdur. Marketin içində piştaxtanın üstündə bir blok və 3 ədəd Sobraniye, 2 blok kent, 4 blok Winston, 2 blok LD, 2 blok və 5 ədəd Pallmal, 6 blok Vinçester, 2 blok Magna siqaretlərini, 10 ədəd sinkers şokoladını, 3 ədəd bizon, 2 ədəd Enerci GO energetik içkilərini və 26 manat pulu oğurlamışdır. Həmin siqaretləri yoldan keçən tanımadığı VAZ- 2106 markalı ağ rəngli nömrəsinə fikir vermədiyi taksi nişanlı avrtomobil saxlatdırmış, sürücüdən xahiş etmişdir ki, onu Saray qəsəbəsinə aparsın. Sürücünün təxminən 37-38 yaşı olardı. Ona demişdir ki, siqaretləri var, ona təcili pul lazımdır. Sürücü bir söz deməmiş və qiymətini ona 200 manat olduğunu demişdir. Sürücü siqaretlərə görə ona 150 manat verə biləcəyini demişdir. O da razılaşmış, ona görə ki, başqa bir adama sata bilməyəcəkdir. Sürücü cibindən 150 manat pul çıxarıb ona vermişdir. Həmin malların oğurluq olub-olmadığını ondan soruşmuşdur. Şokoladı və energetik içkiləri özü istifadə etmişdir. O, taksi sürücüsünə həmin malların ona və ailə üzvlərinə məxsus olduğunu, təcili pul lazım olduğu üçün satdığını demişdir. Sürücü də ona inanmışdır. Bundan başqa o, 2020-ci ilin dekabr ayının sonlarında bir gün saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində yeni məhəllədə küçə ilə gedərkən bu zaman bir evin yeni inşa edildiyini görüb həmin evdən oğurluq etmək istəmişdir. O, evin həyətin hasarından həyətə girmiş və elə girdiyi yerdə balaca iki otaqlı bir evin pəncərəsindən içəri baxıb içəridə əşyalar olduğunu görmüşdür. Həmin evin pəncərələrində dəmir barmaqlıqlar var idi, pəncərələr də plasmasdan idi. O, orada yerdən tapdığı dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını bir tərəfdən divardan qopartmış, sonra plasmas pəncərəni çərçivəsi ilə birlikdə dəmir parçası ilə itələyib yerindən çıxartmışdır.Pəncərə çərçivəsi ilə birlikdə evin içərisinə düşmüşdür. O, oradan içəri girmiş və həmin otaqdan bir ədəd markasını bilmədiyi drel, bir ədəd markasını bilmədiyi laqonda, bir ədəd samovarı və bir qədər elektrik naqillərini götürüb oradan çıxmışdır. Səhəri günü həmin əşyaları aparıb Sumqayıt şəhərində əşya bazarı adlanan ərazidə tanımadığı şəxsə 100 manata satmış və aldığı pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin əşyaları alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Həmin evdən oğurluq etməyini də heç kimə deməmişdir. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsindən görünür ki, onun Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə 9 sot torpaq sahəsi var. Torpaq sahəsini hasarlamış və torpaq sahəsində bir mərtəbəli yaşayış evini tikdirmiş, evin dam örtüyü də vurulub, ancaq qapı-pəncərələri hələ qoyulmamış, tikinti işlərinə maddi vəsaiti olmadığına görə işləri dayanmışdır. Evin həyətində iki otaqlı balaca ev tikmiş və ora əşyalarını yığmışdır. Sonuncu dəfə 16 dekabr 2020-ci il tarixdə gedib evə baxmışdır. 26 dekabr 2020-ci il tarixdə saat 10 radələrində getmiş və evinə baxanda iki otaqlı evin bir otağın pəncərəsinin dəmir barmaqlığın bir tərəfi divardan qopardıldığını və plasmas pəncərənin yerindən çıxarılaraq otağın içərisinə düşdüyünü, otaqdan 60 manat dəyərində bir ədəd markasını bilmədiyi drel, 130 manat dəyərində markasını bilmədiyi laqonda, bir ədəd 100 manat dəyərində samovar və 90 manat dəyərində elektrik naqillərin oğlurlandığını görmüşdür. Ona görə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs7 Oktay oğlunun ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşayır. O, Abşeron rayonu, Masazır qəsəbəsi, Qasımbəy Zakir küçəsində icarə əsasında market işlədir. Marketin adı Hüseyndir. 2020-ci ilin dekabr ayının 27-də gecə saatlarında marketi bağlayıb evinə getmişdir. 28 dekabr 2020-ci il tarixdə marketə gələrkən plastik qapının açıq olduğunu, içəri girəndə marketin dağınıq vəziyyətdə olduğunu görmüş, diqqətlə nəzər yetirdikdə marketdən müxtəlif növ siqaretlər, şokolad və energetik içkilərin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Qeyd etmişdir ki, işlətdiyi marketdən bir qutusunun qiyməti 3 manat 50 qəpik olan 13 qutu Sobraniye siqaretini, bir qutusunun qiyməti 3 manat 26 qəpik olan 10 qutu Kent 1 siqaretini, bir qutusunun qiyməti 3 manat 26 qəpik olan 10 qutu Kent 4 siqaretini, bir qutusunun qiyməti 3 manat 70 qəpik olan 20 qutu Winston compact siqaretini, bir qutusunun qiyməti 3 manat 70 qəpik olan 20 qutu Winston siqaretini, bir qutusunun qiyməti 2 manat 76 qəpik olan 10 qutu LD siqaretini, bir qutusunun qiyməti 2 manat 53 qəpik olan 10 qutu LD compact siqaretini, bir qutusunun qiyməti 2 manat 22 qəpik olan 25 qutu boz rəngli Palmall siqaretini, bir qutusunun qiyməti 2 manat 22 qəpik olan 10 qutu boz rəngli Winchester compact siqaretini, bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu göy rəngli Winchester compact siqaretini, bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 10 qutu göy rəngli Winchester siqaretini, bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 20 qutu boz rəngli Winchester siqaretini, bir qutusunun qiyməti 1 manat 74 qəpik olan 10 qutu ağ rəngli Magna siqaretini, bir qutusunun qiyməti 1 manat 74 qəpik olan 10 qutu boz rəngli Magna siqaretni, bir ədədinin qiyməti 76 qəpik olan 10 ədəd Snikers şokoladını, bir ədədinin qiyməti 1 manat 20 qəpik olan 3 ədəd Bizon enerci içkisini, bir ədədinin qiyməti 1 manat 70 qəpik olan 2 ədəd Enerci GO enerci içkisini və 26 manat pulunu oğurlamışlar. Oğurluq nəticəsində ümümilikdə ona 550 manat 50 qəpik ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Yeni Bakı yaşayış massivinin yaxınlığında yaşayış olmayan iki mərtəbəli fərdi yaşayış evi var. Həmin ev 6 sot torpaq sahəsinin içərisində inşa edilmiş, evin ətrafında mişar daşlardan hörülmüş hasar olmuş, giriş hissəsində iki laylı metal materialdan hazırlanmış darvaza olmuşdur. O, mütəmadi olaraq həmin evə gedib baş çəkmişdir. Sonuncu dəfə 12.10.2020-ci il tarixdə saat 14 radələrinə kimi evində olmuş, 13.10.2020-ci il tarixdə səhər saatlarında özünə məxsus evə baxmaq üçün yenidən getmiş,həmin vaxtı evin həyətinə daxil olanda evin birinci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu, içəriyə daxil olduqda evin 1 və 2-ci mərtəbələrindən ümumilikdə 1500 manat dəyərində elektrik naqillərinin oğurlandığını görüb DİN-nin 102 Zəng xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsindən görünür ki, onun Saray qəsəbəsi, M.Dilbazi küçəsində 10 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsində o, bir otaqlı ev və avtomobilin saxlanılması üçün qarac tikmişdir. 17.12.2020-ci il tarixdə o, axşam saatlarında Saray qəsəbəsində yerləşən evindən çıxıb Bakı şəhərində olan evinə getmişdir. O, 20.12.2020-ci il tarixdə evinə gəlib həyət darvazasını açaraq içəri daxil olub görmüşdür ki, həyətində olan qaracın nəfəslik şüşəsi açılmış vəziyyətdədir. O, qaracın qapısını açdıqda görmüş ki, qaracdan ona məxsus bir ədəd qədimi mis materialdan olan samovar yoxdur. Eyni zamanda 2 drel, 1 ədəd preferator və bir ədəd laqonda oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir.O,ifadəsinə əlavə olaraq göstərmişdir ki,17.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək olan müddət ərzində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki qaracından plastik nəfəsliyi vint açanla açma yolu ilə içəri daxil olub oradan 1 ədəd 700 manat dəyərində qədimi mis samovarı, 2 ədəd hər biri 100 manat dəyərində olan markasını dəqiq bilmədiyi drelləri, bir ədəd 100 manat dəyərində BOSH markalı preferatoru, 1 ədəd 80 manat dəyərində «Vektra» markalı laqonda və 1 ədəd 50 manat dəyərində aliminium qazan oğurlanmaqla ümumilikdə olan 1130 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsindən görünür ki, 2020ci ilin aprel ayından Abşeron rayonu Ceyranbatan qəsəbəsi Şahbala İsayev küçəsində yerləşən qohumu X3 evində təmir işlərini görməyə başlamışdır. Salehin evi iki mərtəbəlidir, evin yerləşdiyi torpaq sahəsi hasarlanmış, lakin darvaza hələ qoyulmamışdır. Evin pəncərələri plasmasdandır, giriş qapısı da metal seyf qapıdır. O, usta yoldaşları ilə hər gün həmin evə işləməyə getmişlər. 13 dekabr 2020-ci il tarixdə saat 17 radələrində evin giriş qapısını açarla bağlamış və evinə getmişlər. 14 dekabr 2020-ci il tarixdə saat 10 radələrində işlədiyi həmin evə gəlmiş, evin giriş qapısını açarla açmış lakin qapı açılmamışdır. O, qapının açılmadığını görüb evin arxa tərəfinə keçib görmüş ki, arxa tərəfdə plasmas pəncərə açıqdır. O, pəncərədən içəri girib baxmış ki, evin qapısı içəridən bağlanılıb və evdə olan təmir alətləri oğurlanmışdır. O, ev sahibinə bu barədə bildirmiş və özü də ətrafa baxıb əşyaları axtarmış, lakin tapa bilmədiyi üçün DİN-in 102 xidmətinə məlumat vermişdir. Evdən 250 manat dəyərində bir ədəd böyük Bosh markalı laqonda, bir ədədi 100 manat olan iki ədəd 200 manat dəyərində Bosh markalı balaca laqondalar, bir ədədi 200 manat olan iki ədəd cəmi 400 manat dəyərində Bosh markalı preferatorlar, bir ədəd 240 manat dəyərində Bosh markalı lazer cihazı, bir ədəd 80 manat dəyərində lobzik, bir ədədi 80 manat olan 3 ədəd cəmi 240 manat dəyərində Bosh markalı drellər, bir bağlaması 60 manat olan cəmi 180 manat dəyərində 3 bağlama hər bağlaması 100 metr olan 4mm-lik elektrik naqilləri, bir metri 1,5 manat olan 100 metr 10 mm-lik 150 manat dəyərində kabel oğurlanmışdır. Ümumilikdə ona 1740 manat ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, özünə məxsus Abşeron rayonu Masazır qəsəbəsində Nizami küçəsi 1 saylı evi təmir edir, arada bir ustalar işləyəndə gedib gəlir. Sonuncu dəfə 22 dekabr 2020-ci il tarixdə həmin evə getmişdir. 28 dekabr 2020-ci il tarixdə səhər saatlarında Masazır qəsəbəsindəki evə gələndə evin pencərəsinin açıq olduğunu görüb, evə daxil olduqda oğurluq olduğunu başa düşmüşdür. Belə ki, hər mərtəbədə işıq şitində olan qoruyucu avtomotların, qoruyucu avtomatlara birləşən naqillərin eləcə də hər mərtəbədə olan işıq yuvularının oğurlandığını aşkar etmişdir. Sonra həyətə çıxıb görmüşdür ki, qaraca gedən elektrik naqilidə kəsilib oğurlamışdır. Oğurluq nəticəsində ona 1200 manat ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, 2020ci ilin dekabr ayının 24-də Abşeron rayonu Masazır qəsəbəsindəki evindən çıxıb qapıları bağlamış və 28 dekabr 2020-ci il tarixdə qayıdanda həyətin giriş qapısının sol tərəfində olan pəncərənin açıq olduğunu, evə daxil olduqda otağın birində divara asılmış bir ədəd 680 manata aldığı «LG» markalı televizovun oğurlandığını, yataq otağına keçdikdə şkafdan bir ədəd 500 manat dəyərində üzərində sirkon qaşı olan 6 qram çəkidə qızıl üzüyünün, bir ədəd 300 manat dəyərində üzərində tək qaşı olan sirkondan qızıl üzüyünün, bir ədəd 400 manat dəyərində qızıl boyunbağının və bir cüt qızıl sırğanın oğurlandığını görmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən oğurlanmış 1 ədəd «LG» markalı istifadə olunmuş televizorun qiymətinin 300 manat qiymətləndirilməsinə etirazı olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, bir il əvvəl, yəni 2019-cu ildə Bakı şəhərində xatırlamadığı dükandan 600 manata 28 ölçüdə “Stels Cross” markalı bir ədəd velosiped almışdır. Həmin velosipedi 1 il ərzində arada boş vaxtlarında sürürmüş. 20 sentyabr 2020-ci il tarixdə gecə saatlarında velosipedinin oğurlandığını aşkar etmişdir. Sonradan ona məxsus velosipedinin gündüz vaxtı oğurlandığını xatırladığını bildirmişdir. O, həmin gün velosipedini axtarsa da tapa bilməmiş, velosipedinin yaşadığı evin həyətindən oğurlandığını başa düşmüşdür. O, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, onun 1 ədəd velosipeddən başqa heç bir əşyası oğurlanmamışdır.Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən oğurlanmış 1 ədəd 28 ölçüdə “Stels Cross” markalı istifadə olunmuş velosipedin qiymətinin 200 manat qiymətləndirilməsinə etirazı olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsindən görünür ki, təxminən 2009-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində 3 sot torpaq sahəsi almışdır. 2018-ci il tarixdən hazıra qədər həmin torpaq sahəsində 2 mərtəbəli ev tikdirir. 24 dekabr 2020-ci il tarixdə tikdirdiyi evdə ustaların yanına getmişdir. Ustalar evin təmiri ilə məşğul olmuşlar. 25 dekabr 2020-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olarkən Saray qəsəbəsində olan evdə işləyən usta onun mobil telefonuna zəng edərək evdən oğurluq olduğunu bildirmişdir. O, da ustaya əllərini heç nəyə vurmamalarını və tez bir zamanda ora gələcəyini demişdir. O, dərhal Sumqayıt şəhərindən çıxaraq Saray qəsəbəsində olan evə getmişdir. O, evə baxış keçirərkən evin hər iki mərtəbəsində çəkilmiş elektrik naqillərinin divardan sökülərək oğurlandığını və 85 manat dəyərində drelin oğurlandığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 mərkəzizəng xidmətinə evindən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra Abşeron rayon polis idarəsinin əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişlər. Evin elektrik naqillərinə o, 800 manata almışdır. Evdən oğurluq olması nəticəsində ona ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, yaşadığı evin yerləşdiyi torpaq sahəsi mişar daşları ilə hasarlanmış və həyətin qapısı da dəmirdəndir. O, özünə təxminən bir il əvvəl 26 ölçülü velosipedi 900 manata almışdır. Həmin velosipedi yaşadığı evin həyətində saxlamışdır. 30 oktyabr 2020-ci il tarixdə o, evdə olmamış, arvadı Şəfa azyaşlı qızını saat 17 radələrndə qəsəbədə olan diş həkiminə aparmış və gedəndə həyətin qapısını açarla bağlamamış, sadəcə qapını örtmüşdür. Həmin gün saat 18 radələrində evə gəlib ona məxsus olan velosipedin oğurlandığını aşkar etmişdir. O, velosipedi oğurlandığı üçün DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsindən görünür ki, Saray qəsəbəsində olan bir mərtəbəli evi 0,10 ha torpaq sahəsində yerləşir. Həmin toraq sahəsi 3 tərəfdən divar daşları ilə hasara alınıb. 27.12.2020-ci il tarixdə saat 12 radələrində arvadı ilə evdən çıxıb marketə getmiş, evə tez qayıtmalı olduqları üçün darvazanın qapısını bağlamamışdır. Marketə gedib-qayıtmaqları cəmi 30 dəqiqə çəkmiş, evə qayıtdıqda, həyətin sol tərəfində qoyduğu 40 manat dəyərində 01 ədəd lobzikin, 50 manat dəyərində 01 ədəd laqondanın və 90 manat dəyərində 01 ədəd preferatorun yerində olmadığını aşkar etmişdir. O, başa düşmüş ki, marketə gedən zaman, darvazanın qapısı açıq olduğundan kimsə həyətə daxil olaraq həmin əşyaları oğurlamışdır. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq olması barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 180 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs13 oğlunun elan edilmiş ifadəsindən görünür ki, 27.11.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə Beyləqan rayonuna getmişdir. Orada 1 gün qaldıqdan sonra 28.11.2020-ci il tarixdə axşam üstü saat 18 radələrində evinə gəlmişdir. O, evdən 27.11.2020-ci il tarixdə saat 08 radələrində çıxmış, evinin qapılarını da bağlamışdır. O, 02.12.2020-ci il tarixdə saat 14 radələrində evinin həyətində təmizlik işləri aparan zaman evin həyətində olan navesin altında saxladığı 1 ədəd istifadə olunmuş avtoyuma aparatını aşkar etməmişdir. Bundan sonra nə qədər axtarsa da tapmadığı üçün DİN-nin 102 xidmətinə zəng edərək oğurlanması barədə məlumat vermişdir. “ Land “ markalı aparatın dəyəri 380 manat təşkil edir. O, həmin avtoyuma aparatını təxminən 2020-ci ilin yay aylarında təzə vəziyyətdə 380 manata almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, yaşadığı evin həyətində özünə məxsus «SAFT» markalı velosipedi vardır. Həmin velosipedi 1 ay əvvəl 230 manata almışdır. 25.12.2020-ci il tarixdə evdə olan zaman həyətə düşmüş və velosipedin yerində olmadığını aşkar etmişdir. Bundan sonra həmin gün işlədiyi yerdə növbədə olduğu üçün müraciət etməmişdir. 27.12.2020-ci il tarixdə isə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək baş vermiş oğurluqla bağlı məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs10 elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus Ford Transit markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyaraq ailəsini dolandırır. 18 dekabr 2020-ci il tarixdə idarə etdiyi Ford Transit markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonundan gələrək atası Əliheydər Salmanovun yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, Sevil Qazıyeva küçəsinə gəlmiş, atası gilin küçəsində evin qarşısında avtomobili saxlamış və uşağı xəstə olduğu üçün dərhal onu götürüb digər avtomobillə xəstəxanaya getmiş, avtomobilin qapılarını bağlamışdır. 19 dekabr 2020-ci il tarixdə saat 08 radələrində avtomobilinə yaxınlaşmış, avtomobilin qabaq sol qapısının açıq vəziyyətdə olduğunu görüb salona daxil olmuş, oradan şəxsiyyət vəsiqəsinin, etibarnamənin və sürücülük vəsiqəsinin, 130 manat nağd pulun, 15 manat dəyərində pul qabı ilə birlikdə oğurlandığını görmüş, salondan 50 manat dəyərində bir ədəd «Pioneer» markalı maqnitafon, bir ədəd 130 manat dəyərində 100 amperlik akkumulyatorun, 15 manat dəyərində bir ədəd təkər açarının, 30 manat dəyərində qaldırıcının və bir ədəd 20 manat dəyərində elektrik trosunun oğurlandığını görmüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 elan edilmiş ifadəsindən görünür ki, təxminən 3 il əvvəl Abşeron rayonu, Masazır kəndi ərazisində Masazır qəbiristanlığı ilə üzbəüz 2 sot torpaq sahəsi almış, həmin torpaq sahəsində bir mərtəbəli 5 daş üstündə fərdi yaşayış evini tikmiş, həmin ev təmirlidir. 18.11.2020-ci il tarixdə yaşadığı evə gedib baxarkən evin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu, içəriyə daxil olduqda isə evdə 01 ədəd 600 manat dəyərində «LG» markalı televizor, 01 ədəd 60 manat dəyərində yataq örtüyünün və 01 ədəd 40 manat dəyərində kanal ötürücüsünün oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə teleqram vurmaqla bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, iştirakı olmadan işə baxılmasını xahiş edir, istintaqda verdiyi ifadəni təsdiq edir və bildirdi ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir və təyin ediləcək cəzanı məhkəməninn mükahizəsinə buraxır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, 20 dekabr 2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mağazada olarkən Saray kənd sakini Nurlan adlı şəxs onun yanına gəlmişdir. Nurlan akkumlyator, maqnitafon, elektrik trosu, qaldırıcı, təkər açarı olduğunu bildirmişdir. O, həmin malların haradan əldə etdiyini soruşduqda, sonuncu həmin malların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bldirmişdir. O, da həmin əşyalara ehtiyacı olduğu üçün həmin malları almaq üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Nurlan həmin malları 100 manata satdığını demişdir. O, da razılıq vermiş, lakin Nurlandan həmin malların oğurluq olub-olmadığını soruşduqda bildirmişdir ki, oğurluq deyil, özünə məxsusdur. O, da 100 manat pulu Nurlana vermiş və ondan bir ədəd elektrik trosu, bir ədəd təkər açarı, bir ədəd qaldırıcı, bir ədəd akkumlyator və bir ədəd maqnitafonu almışdır. Daha sonra həmin əşyalar yaxşı vəziyyətdə olmadığı üçün tanımadığı şəxsə satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2013-cü ildən Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidmət etdiyi inzibati ərazi Abşeron rayonu, Saray qəsəbəsidir. 20.09.2020-ci il tarixdə vət. Zərərçəkmiş şəxs2 Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evindən oğurluq olması barədə məlumat vermiş. 01.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 evinin həyətindən oğurluq edilməsi cinayətində ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə idarənin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsinə getmişlər. Yaşadığı evin qarşısında görüb Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətindən oğurluq olmasını bildirmişlər. Həmin cinayətdə onun şübhəli olduğunu bildirib Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra polis idarəsinə gəlmişlər. Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı o, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətindən 1 ədəd 28 ölçüdə “Stels Cross” markalı velosiped oğurladığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində digər şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02.12.2020-ci il tarixli 628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Stels Cross” markalı, 28 ölçüdə velosipedin işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti 200 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20.04.2020–ci il tarixli 121 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd istifadədə olmuş, 2015-ci ildə istehsal edilmiş «LG» markalı 32LF550U-ZA modelli televizorun işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin dekabr ayına orta bazar qiyməti ilə dəyəri 300 manat müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 28 ölçüdə “Stels Cross” markalı velosiped və bir ədəd zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus «LG» markalı televizor maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. Zərərçəkmiş şəxslərin ifadələri ifadələrin yerində yoxlanması zamanı çəkilmiş videogörüntünü əks etdirən 1 ədəd DVD formatlı disk, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Abşeron rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci madddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş və 21.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Abşeron rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. 07.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin təhlükəli residivi yaradır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti Abşeron rayon Probasiya Şöbəsindən daxil olmuş 07.09.2021-ci il tarixli 3054 nömrəli məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası bu günə qədər tam olaraq ödənilməmiş qalmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 dekabr 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qəimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 31.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və həbsetmənin əvvəlinin 29.12.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyandan qismən təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə razılıq əldə etməsi nəticəsində ondan şikayətçi olmamasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Abşeron rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1 və 66.2-ci madddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş və 21.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 3000 manat cərimə olunmuşdur. 07.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətin təhlükəli residivi vardır. Ona görə də Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasının çəkilməmiş hissəsi olan 3000 (üç min) manat cərimə cəzası ilə tam toplanmaqla, Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilməli, cəzalar müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarixdən 03.12.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 2 ( iki) günü hesabı ilə hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 28 ölçüdə “Stels Cross” markalı velosiped və bir ədəd zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus «LG» markalı televizor maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 (bir yüz) manat məhkəmə əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7 Oktay oğluna, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 Mövləddin oğluna, X5, Məmmədova Hörmət Bəkir qızına, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 Bəhram oğluna, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13 dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs oğluna qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna hazırki hökmlə qəti olaraq təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 (üç min) manat cərimə cəzası ilə tamamilə toplanmaqla qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 01.12.2020-ci il tarixdən 03.12.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 2 ( iki) günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 03 (üç) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat cərimə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs oğlunun tutulduğu 29 dekabr 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin edimiş cəzalar müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 28 ölçüdə “Stels Cross” markalı velosiped və bir ədəd zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus «LG» markalı televizorun sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat məhkəmə əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7 Oktay oğluna, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 Mövləddin oğluna, X5, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 Bəhram oğluna, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13 dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar