Məhkəmə qərarları › İş №1(012)-436/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-436/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-436/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən,əvvəllər məhkumuğu ödənilmiş, subay, Lənkəran rayonu Kosalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mars” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə atası Şahid gözlərini dövlət hesabına müalicə etdirəcəyi və sonuncuya təqaüd düzəldəcəyi ilə aldadaraq Zərərçəkmiş şəxs 3600( üç min altı yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 3600 (üç min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Bakı şəhərində dərzilik fəaliyyəti ilə məşğul olduğu zamandan 2018-ci ildən tanıyır.Həmin vaxtlar onunla Zərərçəkmiş şəxs arasında tanışlıq yaranmışdır. Zərərçəkmiş şəxs 2020-ci ilin təxminən iyun iyul aylarında söhbət zamanı ona atası Şahid gözlərində problem olduğunu və bunun üçün də atasını müalicə etdirmək istədiyini və bununla bağlı atasına sosial yardım düzəltdirmək istədiyini bildirmişdir. Onun isə sosial yardım düzəltməkdən anlayışı olmuşdur. Belə ki, 2015-2018-ci illər arası o, Lənkəran rayonu ərazisində kompyuter salonu işlətmiş və həmin vaxtlarda da aztəmninatlı ailələr üçün kompyuter vasitəsi ilə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin elektron internet saytı vasitəsi ilə aztəminatlı ailələr üçün ünvanlı sosial yardım düzəltmək üçün elektron ərizələr,müraciətlər göndərmişdir. O, düşünmüşdür ki, Zərərçəkmiş şəxs da bu yolla kömək edə bilər . Bunun üçün o, Rövşənə atası Şahid gözlərini pulsuz müalicə edə biləcəyini və ona ünvanlı sosial yardım düzəldə biləcəyini bildirmişdir. Bu iş üçün isə Zərərçəkmiş şəxs 2610 manat pul ödəmək lazım olduğunu bildirmişdir.Bundan sonra sonra o, hissə-hissə müxtəlif vaxtlarda bu niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə 2610 manat pul almışdır. Zərəçəkmiş şəxs qalan 1000 manatı isə faiz kimi hesablamışdır. Bundan sonra onun maddi vəziyyəti yaxşı olmadığı üçün o həmin pulu ödəyə bilməmiş və Zərərçəkmiş şəxs atası Şahid üçün sosial yardım və onu dövlət hesabına müalicə etdirməyə nail ola bilməmişdir. Sonda o, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 2 ünvanında dərzi kimi fəaliyyət göstərir. Şahid onun atasıdır , atasının 63 yaşı olduğu üçün son dövrlərdə səhhətində ciddi problemlər yaranmağa başlamışdır. Atasının gözləri zəifləməsinə baxmayaraq maddi vəziyyəti yaxşı olmadığı üçün onu müalicə və əməliyyat etdirə bilməmişdir. 2020-ci ilin yay aylarında tanış olduğu Təqsirləndirilən şəxs ona atasını dövlət hesabına müalicə etdirə biləcəyini və atasına aylıq 200 manat təqaüd kəsiləcəyini bildirmiş və bu işlərin görülməsi üçün ondan 3600 manat pul tələb etmişdir. O, 2020-ci ilin iyul ayının 10-da Muradla əlaqə saxlamış və Muradla təyin olunmuş vaxtda Abşeron rayonu Xırdalan dairəsi adlanman ərazidə yerləşən “Mars” marketin qarşısında görüşmüş və atasına təqaüd ayırmaqda ona köməklik etməsi üçün ona 3600 manat pul vermişdir. Murad həmin vaxtı təxminən 1 ay müddətində atasının əməliyyat olunacağını və ona təqaüd ayrılacağını bildirmişdir.Bundan sonra Murad hər dəfə müxtəlif bəhanələr edərək xüsusən də mövcud pandemiya şəraitini bəhanə gətirərək onu hal-hazırki vaxta qədər aldadaraq pulumu verməmişdir. Həmin dövr ərzində pandemiya ilə əlaqədar olaraq o da hüquq mühafizə orqanlarına şikayət edə bilməmişdir. Zərərçəkmiş şəxs tələbinin Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın ödənilməsindən ibarət olduğunu bildirdi. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görədə Təqsirləndirilən şəxs şikayətçi olmaqla onun cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki,Zərərçəkmiş şəxs onun oğludur.Özü isə 3-cü qrup gözdən əlildir.Oğlu Rövşən 2020-ci ilin yay aylarında ona Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, həmin şəxsin oğlu Rövşənə onun üçün aylıq 200 manat təqaüd ayıracağını və onun gözlərini dövlət hesabına müalicə etdirəcəyini bildirmiş və bu işlərin müqabilində oğlundan 3600 manat pul istəmişdir.Bundan sonra oğlunun və özünün Muradın dediklərinə inandığını və oğlu Rövşənin 2020-ci ilin iyul ayında Murada bu işlərin həlli üçün 3600 manat pul verdiyini bildirmişdir.Bundan sonra Murad telefonları söndüərərk edilən zənglərə cavab verməmiş və telefonları söndürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixdə Lənkəran rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatda çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mars” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə atası Şahid gözlərini dövlət hesabına müalicə etdirəcəyi və sonuncuya təqaüd düzəldəcəyi ilə aldadaraq Zərərçəkmiş şəxs 3600( üç min altı yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 3600 (üç min altı yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə zərərçəkmiş şəxsdən 2610 manat məbləğində pul almasını sübuta yetirə bilmədi. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 14 fevral 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, o, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2022-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon Pİ-nə və Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi iə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ( on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 17 oktyabr 2022-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi iə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar