Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-436/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1995-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Məhəllədə, fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, O, Vəzirov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus kafe kimi fəaliyyət göstərən iaşə obyektinin plastik qapısını sındırıb, içəri qanunsuz daxil olmaqla oradan 200 manat dəyərində iki ədəd pivə çəlləyini, 200 manat dəyərində iki ədəd pivə aparatının qaz balonunu, 07 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində isə ümumilikdə 1000 manat dəyərində üzərində təzyiq cihazı olan bir ədəd vitrin soyuducusunun mühərrikini, bir ədəd “Çinar” markalı soyuducunun mühərrikini, bir ədəd pivə aparatının mühərrikini və həmin soyuduculara aid 100 manat dəyərində təxminən 15 metr uzunluqda olan elektrik naqillərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 1500 manat (min beş yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 28 sentyabr 2023-cii il tarixdə, saat 23:00 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Oruc Vəzirov küçəsində yerləşən işləməyən kafeyə gələrək, obyektin plastik qapısını çiyni ilə itələyib, sındıraraq açmış və içəri daxil olaraq oradan iki ədəd pivə çəlləyi, bir ədəd pivə aparatının qaz balonunu və üzərində olan təzyiq cihazını götürüb, Chevrolet markalı, **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin taksi sürücüsü üzdən tanıdığı Ziyad adlı şəxslə Balaxanı qəsəbəsinə apararaq, metal qəbulu məntəqəsində satmışdır. Bunların qarşılığı olaraq, o, taksi sürücüsünə 15 manat pul ödəmişdir. Bir həftə sonra oğurluq etmək məqsədi ilə günorta vaxtı yenidən həmin iaşə obyektinə gələrək, qapını açıb, içəri daxil olmuş və oradan bir ədəd vitrin soyuducusunun mühərrikini, bir ədəd “Çinar” markalı soyuducunun mühərrikini, bir ədəd pivə aparatının mühərrikini söküb çıxartmış, həmin soyuduculara aid təxminən 15 metr uzunluqda olan naqilləri kəsib götürmüş, sonradan obyektin qarşısında çıxaraq yoldan keçən Vaz 2104 markalı qırmızı rəngli taksi avtomobilinə işarə edib saxlatmışdır. Taksini idarə edən tanımdağı şəxsə həmin əşyaların özünə məxsus olduğunu bildirərək, Binəqədi qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq 85 manata satmışdır. O, hadisələri törədərkən tək olmuş, bu barədə heç kimin məlumatı olmamışdır. O, həmin əşyalarının bir qismini Binəqədi rayonunda yerləşən “metal qəbulu sexinə”, digər bir qismini isə Balaxanı qəsəbəsində yerləşən “metal qəbul sexinə” satmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməyə imkanı olmasa da, azadlıqda qalarsa işləyib, ziyanı ödəyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, günorta radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, O.Vəzirov küçəsində yerləşən ona məxsus əvvəllər kafe kimi işlətdiyi hal-hazırda bağlı olan 80 kv/m obyektin plastik qapısının sındırılmış vəziyyətdə olmasını və oğurluq hadisənin baş verməsini aşkar etmişdir. O, kafeyə daxil olanda içəridə olan iki ədəd pivə içkisi üçün nəzərdə tutulmuş çəlləklərin, iki ədəd qaz balonlarının oğurlanmasını görmüşdür. O, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan isə ikinci dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində həmin ona məxsus obyektdən təkrar qapının sındırılma yolu ilə daxil olmuş naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq olmasını aşkar etmişdir. Belə ki, ona məxsus üç ədəd soyuducuların mühərrikləri və digər detalları, həmçinin obyektin elektrik naqilləri oğurlanmışdır. Ona ümumulikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. O, təkrar bu barədə DİN-nin 102 xidmətinə və X3 müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün o, şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, 6-cı mkr, Ə.Əlixanov küçəsi ev 89, mənzil 71-də qeydiyyatda olmaqla yaşayır. O, təxinən iki ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədir-Xırdalan şossesi 5 ünvanında metal qəbulu yerində, işləyir. Həmin sex ona məxsusdur. Belə ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində bir nəfər gənc yaşlarında kişi cinsli şəxs adını indi öyrəndiyi Pərviz adlı şəxs obyektə markasını bilmədiyi avtomobil ilə yaxınlaşaraq 03 ədəd soyuducu mühərrikləri içərisində 3 kq mis metalı və bir neçə çeşidən ibarət mis və digər üzərində polietilen örtüklü elektrik naqilləri (5 kq) ona satmışdır. O, ümumilikdə Pərviz adlı şəxsə 85 manat pul ödəmişdir. Sonradan Pərviz adlı şəxsin yanında həmin vaxt bir nəfər başqa şəxs də olmuşdur. O, həmin şəxsləri tanımamış və əvvəllər həmin şəxslərdən hər hansı bir metal əşya qəbul etməmişdir. O, Pərvizin satdığı əşyaların oğurluq olmasından məlumatı olmamışdır. O, Pərvizdən həmin əşyaları qəbul edərkən oğurluq olub-olmamasını soruşsa da, Pərviz adlı şəxs həmin əşyaların oğurluq olmamasını bildirmişdir. O, Təqsirləndirilən şəxs heç bir sənəd tələb etməmiş və Pərviz ona heç bir sənəd təqdim etməmişdir. Sadəcə Pərviz onu əmin etmişdir ki, həmin əşyalar oğurluq deyil. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq, cinayət işi digər hakimin icraatında olan zaman məhkəmə prosesində iştirak edərək, ifadəsini təsdiq etməsini, hazırki keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. O, beş ildir ki, taksi fəaliyyəti ilə məşğul olur və hal-hazırda VAZ-2104 markalı, **-GL-*** d.q.n.-lı avtomobili idarə edir. Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinin məzmunu ilə tanış olmuşdur. Bildirmişdir ki, Pərviz Ağzadənin anası Elmira adlı qadını uzun zamandır tanıyır. Belə ki, təxminən 2023-cü ilin oktyabr ayınm əvvəli bir nəfər onun istifadəsində olan mobil telefonuna zəng edərək özünü Pərviz kimi təqdim edərək Elmiranın oğlu olmasını və bundan sonra öz yaşadıqları Mehdiabad qəsəbəsində yerləşən evə dəvət edərək taksi lazım olmasını, həmçinin evlərində dəmir əşyaların olmasını və metal qəbulu yerinə təhfil vermək üçün taksi kimi avtomobil lazım olduğunu bildirmişdir. O da Pərvizin çağırışma əsasən, Pərvizin yaşadığıı Mehdiabad qəsəbəsində yerləşən fərdi evinə getmişdir. Həmin vaxtı Pərviz evdən çıxaraq əlində bir neçə ədəd dəmir əşyalarla onun avtomobilinə əyləşmişdir. Pərviz ona evin yaxınlığında da dəmir əşyaların olmasını deyərək, ağ plastik olan tiklinin qarşısına onu sürdürmüşdür. O, avtomobili saxlamış, Pərviz avtomobildən düşüb içəri daxil olaraq təxminən üç ədəd mühərrik tipli əşyaları avtomobilin baqaj hissəsinə qoymuşdur. Pərvizin istəyi ilə onlar həmin əşyaları Binəqədi-Xırdalan şossesində yerləşən metal qəbulu yerinə getmişdilər. Pərviz avtomobildən enərək həmin əşyaları metal qəbulu yerinə satmışdır. Sonradan o, Pərvizlə Mehdiabad qəsəbəsinə qayıtmış və Pərviz Mehdiabad qəsəbəsində avtomobilindən düşərək ona 10 manat pul ödəmişdir. Pərviz ona həmin əşyaların oğurluq olması barədə heç bir məlumat verməmiş, həmin əşyaların da oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 22 qeydiyyatda olan və yaşayır. O, 5-6 aydır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində metal qəbulu yerində işləyir. Belə ki, 13 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində bir nəfər gənc yaşlarında kişi cinsli şəxs adını indi öyrəndiyi Pərviz adlı şəxs obyektə markasını bilmədiyi avtomobil ilə yaxınlaşaraq 02 ədəd dəmir pivə çəlləkləri və 01 ədəd pivə süzən cihaza qoşulan qaz balonunu ona satmışdır. O, ümumilikdə Pərviz adlı şəxsə 43 manat pul ödəmişdir. Sonradan Pərviz adlı şəxs həmin əşyaları təfil verdikdə avtomobildə kimlərin olmasını dəqiq görə bilməmişdir. O, Pərvizdən həmin əşyaları qəbul edərkən oğurluq olub-olmamasını soruşsa da, Pərviz adlı şəxs həmin əşyaların oğurluq olmamasını bildirmişdir. O, Pərvizi əvvəllər tanımamış, o, Pərvizdən aldığı əşyaları 10% bahasına əlvan metal qəbuluna satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 16 oktyabr 2023-cü il tarixdə, saat 20:00 dəqiqədə tutulmuşdur. - “Cinayət işinin başlama və icraata götürülməsi” barədə 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Abşeron rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 4(012)-781/2023 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 31 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Ağazadə X2 rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib, 03 üç il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, təqsirləndirilən şəxsin etirafedici ifadələri iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs məxsus iaşə obyetindən oğurlanmış əşyalar tapılmadığına və istintaq yolu ilə müəyyən olunmadığına görə zərərçəkmiş şəxs tərəfindən adları qeyd edilmiş əşyalar maddi sübut kimi tanınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin elan olunmuş ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ağazadə X2 rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib, 03 üç il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, lakin cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra ısa müddət keçməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 16 oktyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin mübahisələndirilmədən istintaq zamanı qəbul etdiyi 1500 manat məbləğində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə vurulmuş maddi zərərə görə 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-436/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-436/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver