Məhkəmə qərarları › İş №1(012)-436/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-436/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-436/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1969-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş Ağcabədi rayonu Aran kəndində qeydiyyatda olan, lakin Abşeron rayonu, Xırdalan şəhəri N.Gəncəvi küçəsi fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 26 yanvar 2024-cü il tarixdə gündüz vaxtı Abşeron rayonu Xırdalan şəhəri “Nizami Gəncəvi” küçəsində yaşadığı evin qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus əvvəlcədən şifrəsini bildiyi 5239 1517 5930 0984 nömrəli plastik kartı oğurlayaraq, elektron məlumat daşıyıcısı olan həmin plastik kartı Abşeron rayonu, Xırdalan şəhəri "xxxx" küçəsində yerləşən “Araz” marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid bankomata daxil edərək, 1400 manat pul çıxarıb gizli talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs 1400 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək,borc kimi həmin pulu götürdüyünü və ziyanı tam ödədiyini, əməlindən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai isrintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, alçipan ustası işləyib pul qazanaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs 3 il olar ki tanıyır. Onunla tanışlıqları oğlu Neyman vasitəsi ilə olmuşdur. Onunla münasibətləri dost münasibəti olmuşdur. 2024-cü ilin yanvar ayında dəqiq yadında deyil Mircəfərə bir nəfər şəxsin borcu olmuşdur. Həmin şəxs Mircəfər qoca olduğundan həmin pulu onun kartına köçürtmüşdür. Onların evinin qarşısında avtomobildə əyləşən zaman Mircəfərdən kartını alıb həmin pulu kart hesabına köçürmüş və həmin kartı mobil telefonunun arxasına qoyub cibinə qoymuşdur. Mircəfərin kartla nağdlaşdırma işləri aparmaqdan başı çıxmadığından o kartının şifrəsini demişdir. Mircəfərin də başı qarışıq olduğundan kartın onda olması yadından çıxmışdır. xx.xx.2024-cü il tarixdə gündüz vaxtı yaşadığı evin yaxınlığından Abşeron rayonu Xırdalan şəhəri "xxxx" küçəsində yerləşən Araz marketin qarşısında yerləşən Kapital Bank ASC-yə məxsus bankomatdan həmin kartı istifadə edərək, 1400 manat pulu çıxarmışdır. Həmin pulu öz ehtiyacları üçün istifadə etmişdir. Sonradan Mircəfərin kartını Zəngilan şəhərində işləyən zaman öz kartıyla birlikdə itirmişdir. Mircəfər ondan bu barədə soruşduqda heç bir məlumatı olmadığını demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Təqaüd almaqla dolanır. Övladları ondan ayrı yaşayır. xx.xx.2024-cü il tarixdə Kapital Bank ASC-yə məxsus olan kartına ona borclu olan Mehman adlı şəxs 1500 manat borcunu göndərmişdir. Həmin vaxtlar onunla dostluq edən həmişə yanında olan Taleh adlı tanışına kart vasitəsi ilə əməliyyatlar apara bilmədiyi üçün ondan köməklik istəmişdir. Ona pul göndərildikdən sonra Taleh ondan 100 manat borc istəyərək Zəngilan şəhərinə işləməyə gedəcəyini demişdir. Ona kartdan pul çıxara bilmədiyini demişdir. Taleh onun kartından həmin tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" qarşısında yerləşən Kapital Bank ASC-yə məxsus ATM-dən 100 manat çıxarmışdır. Həmin pulu Talehə vermişdir. Talehlə birlikdə onlar evə getmişlər. Çay içdikdən sonra Taleh onun yanından getmişdir. Bir müddət sonra ona avtomobilə görə avtomobilinin təmiri ilə bağlı pul lazım olmuşdur. Kartdan istifadə edərək pul çıxarmaq istəyən zaman, kartını tapa bilməmişdir. Bundan sonra, mobil telefonunda tətbiqə baxan zaman kartında pulun olmadığını görmüşdür. Bundan sonra banka müraciət edən zaman, 26 yanvar 2024-cü il tarixdə kartından 1400 manat pulun Abşeron rayonu Xırdalan şəhəri Araz marketin qarşısında yerləşən Kapital Bank ASC-yə məxsus ATM-dən çıxarılması barədə ona çıxarış vermişlər. Bu səbəbdən də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Kartının şifrəsini yalnız Taleh bilmiş və Talehdən başqa onun yanında həmin vaxtlar heç kim olmamışdır.Talehdən şübhələndiyini bildirmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmişdir, ona qarşı şikayəti, tələbi yosdur. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ziyanı tam ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2; 120.2.3; 29,120.2.2; 29,120.2.3; 29,120.2.10; 221.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işi üzrə "xxxx" ASC-dən daxil olmuş 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər müşahidə kamerası ilə 26 yanvar 2024-cü il tarixdə saat 15:10-da qeydə alınmışdır. Həmin DVD diskdə fotolar qeydə alınmışdır. Həmin müşahidə kamerasının qeydə aldığı görüntüdə olan yer Abşeron rayonu, Xırdalan şəhəri N.Gəncəvi küçəsində yerləşən Araz marketin çöl hissəsində quraşdırılmış Kapital Bank ASC-nin ATM-dəndir. Həmin görüntülərdən görünür ki, zahiri görünüşdən Təqsirləndirilən şəxs oğlıuna bənzəyən şəxs “Kapital Bank ASC”-nin ATM-də Zərərçəkmiş şəxs məxsus plastik kartla əməliyyat edir. Həmin görüntülərdə Taleh Həziyə bənzəyən şəxsin pul məvacibləri ilə görüntüləri də əks edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən “Kapital Bank ASC”-dən daxil olmuş görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində CM-nin 65.2. madddəsinin tələbləri həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmaması cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halın olmasını, ziyanın ödənilməsini, təyin edilmiş cəzanın məhkumu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədirləri nəticəsində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbsə alınmalı,barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən "xxxx" ASC-dən daxil olmuş görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən "xxxx" ASC-dən daxil olmuş görüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar