Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-437/2020 07.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 məhəllə 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Kristal-ünvan 3 ünvanında yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0,413 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Saray postunda Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ cibindən həmin bir ədəd şəffaf rəngli sellofana bükümdə olan, kustar üsulla hazırlanmış 0,413 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Kristal-ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, o, arada bir narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə edir. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində taksi ilə Sumqayıt şəhərinə gedərkən bir nəfər şəxslə tanış olmuş, söhbət əsnasında həmin şəxs onun narkotik istifadəçisi olduğunu bilib ona narkotik maddə satdığını demiş, o da həmin şəxslə razılaşmış, onlar Sumqayıt şəhərinə çatdıqdan bir saat sonra 6-cı mikrorayonda görüşərkən həmin şəxsə 20 manat vermiş və həmin şəxs ona sellofanın içərisində narkotik maddə olan heroini təqdim etmişdir. O, həmin şəxsdən narkotik maddə olan heroini şəxsi istifadəsi üçün almış və bu səbəbdən də narkotik maddəni üzərində saxlamışdır. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə təxminən saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən Saray postunda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib karantin rejimi ilə əlaqədar olaraq icazəsinin olub-olmamsını yoxlamaq üçün sənədlərini istədikdə o, polis əməkdaşlarına üzərində heç bir sənəd olmadığını bildirmiş, polis əməkdaşları onu polis idarəsinə dəvət edən zaman üzərində narkotik maddə olduğu üçün cins şalvarının bel hissəsində olan bıçaqla boğaz, sol qol və alın nahiyyələrindən özü-özünə xəsarət yetirmiş, həmin vaxt yanında tanımadığı bir nəfər şəxs də olmuş, həmin şəxsin də üzərində heç bir sənəd olmamış, polis əməkdaşları onları birlikdə Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, həmin vaxt özünü şübhəli apardığı və narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmış, həmin vaxt ona əvvəlcə hüquq və vəzifələri izah olunmuş, bundan sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya predmet olub-olmaması soruşulan zaman o da əynində olan boz rəngli cins şalvarının sağ kiçik cibində olan şəffav sellofana bükülmüş narkotik maddə olan heroini könüllü olaraq təqdim etmiş, bundan başqa bir ədəd “Samsung” markalı mobil telefonunu və evin açarlarını da təqdim etmiş, bundan sonra üzərindən aşkar olunaraq götürülən narkotik maddə olan heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq idarənin 56 saylı möhürü ilə möhürlənmişdir. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini bir daha belə hallara yol verməyəcəyini və ilk dəfə cinayət məsluiyyətinə cəlb olunmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Respublikada Covid 19 pandemiyasına qarşı tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 03 radələrində Abşeron rayonu, Saray postunda iş yoldaşları Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantları Şahid3 və Şahid1 ilə bir yerdə xidmət aparan zaman həmin postdan yol maşını ilə gedən iki nəfər şəxsdən karantin rejimi ilə bağlı çölə çıxmağa icazəsinin olubolmadığını soruşaraq şəxsiyyət vəsqilələrini istədikdə həmin iki nəfər şəxs heç bir sənədlərinin olmadığını bildirdikdə onlar həmin şəxsləri Abşeron rayon polis idarəsinə dəvət etdikdə həmin şəxslərdən biri adının sonradan bildiyi Təqsirləndirilən şəxs üzərindən bir ədəd bıçaq çıxararaq özünə xəsarət yetirməyə başlamış, onlar həmin şəxsi zərərsizləşdirib yanında olan digər şəxslə birlikdə Abşeron rayon polis idarəsinə gətirib raportla növbətçi hissəyə təhvil vermişlər. Abşeron rayon polis idarəsində həmin şəxslərdən biri özünə bıçaqla xəsarət yetirən şəxsin xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, digərinin isə xx.xx.2000-ci il təvəllüdlü Şahid4 olduğu məlum olmuş, Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə üzərində qanunla qadağan edilmiş əşyaların, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu və evin açarlarını çıxararaq təqdim etmiş, həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümdə qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümdə olan narkotik vasitə heroin olduğunu, bir neçə saat əvvəl yəni xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata alıb özü ilə Abşeron rayonu, Saray qəsəbəsinə daşıdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs zərərsizləşdirilək əlindən alınmış və bir ədəd dəstəyi xaki rəngli düymə ilə açılıb-qatlanan bıçaq təhqiqata təqdim olunduqda təhqiqatçı tərəfindən götürülərək iki ədəd zərfə qoyulub qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuş, mobil telefon və açarlar isə Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsi axtarış aparılması başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar, o da həmin zərfə və protokola imza atmış, bundan sonra həmin otaqda tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş iki nəfər şəxsdən digər bir nəfər şəxs Şahid4 üzərində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə Şahid4 vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə ona üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməyi təklif olunmuş, Şahid4 onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra Şahid4 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid4 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamış, sonra bununla bağlı təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq edilmiş, daha sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 izahatları alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid3 və Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, valideynləri ilə bir yerdə ünvan 5 ünvanında yaşayır, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat 03 radələrində yol maşını ilə gedən zaman Abşeron rayonu, Saray postunda polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib, karantin rejimi ilə əlaqədər olaraq icazəsinin olub-olmamasını yoxlamaq üçün sənədlərini istədikdə o, polis əməkdaşlarına üzərində heç bir sənəd olmadığını bildirmiş, bu səbəbdən polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər, həmin vaxt polis əməkdaşları yanında olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs sənədlərinin olub-olmamasını soruşduqda həmin şəxs də üzərində heç bir sənədinin olmadığını bildirmiş, polis əməkdaşları həmin şəxsi polis idarəsinə dəvət edən zaman o, üzərində olan bıçaqla özünə xəsarət yetirmiş, polis əməkdaşları həmin şəxsin əlindən bıçağı aldıqdan sonra oraya yaxınlaşan post-patrul xidməti avtomobili ilə onları Abşeron rayon polis idarəsinə gətirmiş, Abşeron rayon polis idarəsində otaqların birində təhqiqatçı tərəfindən ondan üzərində qanunla qadağan edilmiş əşyaların, o cümlədən narkotik vasitənin olmasını, əgər varsa təqdim etməyini bildirdikdə o da polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş əşyaların, o cümlədən narkotik vasitənin olmadığını dedikdən sonra polis əməkdaşları video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə aşkar olunmamış, bununla bağlı təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və o, protokolu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron RPİ-də Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ cibindən özünün deməsinə görə narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/497 saylı tədqiqat rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “Zərflər üçün №56 möhür əksi ” və “...Təqsirləndirilən şəxsn..”əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.413 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil (Siyahı 1) daxildir”. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqiqatatəqdimedilmişnarkotikvasitənintəmizçəkisi0,413qramdır, tədqiqata 0,05 qramsərfedildikdənsonra0,363qramqalıqqalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,363 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman 0.413 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəziniin xx.xx.2020-ci il tarixli, 3/374 saylı məhkəmə-soyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 748 saylı məhkəmə-tibbi ekspertizasına dair rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin sol hissəsinin, boyun nahiyyəsinin ön-sol yan səthinin və sol saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş yaraları, iti kənara malik olan alətin, (alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, qeyd olunan xəsarətlərin öz-özünə yetirilməsi üçün əl çatan nahiyyələrdir, lakin kənar şəxs tərəfindən də yetirilə bildiyindən, özü-özünə yaxud kənar şəxs tərəfindən yetirlməsi istintaq yolu ilə aydınlaşa bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1649 saylı məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığı məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(012)-166/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-437/2020 saylı qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0.363 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 173,90 (yüz yetmiş üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 04 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla ona təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0.363 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 173,90 (yüz yetmiş üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 04 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 (yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-437/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-437/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver