Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-437/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, vəkil X5, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil X7 iştirakı ilə xx.xx.1982-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, hazırda Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsində işləyən, əvvəllər həmin Departamentin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 32.4,312.1 və 313-cü maddələri ilə, xx.xx.1983-cü ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyatçı kargüzarı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 5 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Füzuli rayonunun Sərdərli kəndində qeydiyyatda olmaqla, 1993-cü ilin avqust ayında yaşadığı həmin kəndin erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar yaşayış yerindən məcburi köçkün düşmüş və Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzildən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi arasında “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada qanuni əsaslarla bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsi əsasında istifadə edən, eyni zamanda rəisi olduğu MKİS-də dalandar (xadimə) işləyən məcburi köçkün Şahid1 övladı X12 və nəvəsi X4 həmin mənzilə qeydiyyata alınmasında köməklik göstərilməsi barədə 2019-cu ilin mart ayının birinci yarısında özünə etdiyi müraciətlə əlaqədar Şahid1 özünə olan inam və etibarından istifadə edərək Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsində guya yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını Şahid1 yalandan bildirib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək onun razılığını almaqla sövdələşib, rəisi olduğu Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsində qeydiyyatçı-kargüzar işləyən Təqsirləndirilən şəxs2 pul vəsaitinin qısa müddətə tam şəkildə çatdırılmasının vacib olmasına dair Şahid1 ilə söhbətlər aparıb inandıraraq maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini alıb ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin mart ayının ortalarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid1 600 manat və 900 manat olmaqla, vahid niyyətlə cəmi 1.500 (bir min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzilin onun müvəqqəti istifadəsinə verilməsinə dair rəsmi sənəd olan 3 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsini alıb, həmin pul vəsaiti və müqaviləni Təqsirləndirilən şəxs2 qəbul etdikdən sonra, 2019-cu ilin mart ayında Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən həmin idarənin inzibati binasındakı xidməti iş otağında tamah niyyətilə həmin müqavilədə “kirayəçinin ailə üzvləri” qrafasında öz əlyazısı ilə “X12 (övladı)” və “X10 (nəvəsi)” sözlərini yazıb həmin qrafanın boş qalmış hissəsini 3 yerdən böyük “Z” hərfləri ilə dolduraraq məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq heç bir rəsmiləşmə aparılmadan Təqsirləndirilən şəxs2 vasitəsilə həmin müqaviləni Şahid1 geri qaytarmaqla, sonuncuya məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus həmin pul vəsaitini vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, tamah niyyətilə rəsmi sənədə biləbilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Təqsirləndirilən şəxs2 27 sentyabr 2013-cü il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin qeydiyyatçı-kargüzarı vəzifəsində işləyərkən 5 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisivəzifəsində işləyən Təqsirləndirilən şəxs1 maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini alıb ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, sonuncunun vəzifəli şəxs kimi qulluq mövqeyinə görə ona olan inam və etibardan suiistifadə edib özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Füzuli rayonunun Sərdərli kəndində qeydiyyatda olmaqla, 1993-cü ilin avqust ayında yaşadığı həmin kəndin erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar yaşayış yerindən məcburi köçkün düşmüş və Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzildən Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəhbər vəzifəli şəxsi arasında “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada qanuni əsaslarla bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsi əsasında istifadə edən, eyni zamanda işlədiyi MKİS-də dalandar (xadimə) işləyən məcburi köçkün Şahid1 övladı X12 və nəvəsi X4 həmin mənzilə qeydiyyata alınmasında köməklik göstərilməsi barədə 2019-cu ilin mart ayının birinci yarısında Təqsirləndirilən şəxs1 etdiyi müraciətlə əlaqədar, sonuncunun Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsində guya yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını Şahid1 yalandan bildirib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək onun razılığını almaqla sövdələşməsindən sonra, sonuncunun rüşvət verməyə təhrik etmə cinayət əməlində iştirakı olmadan, şəxsən qeyd edilən pul vəsaitinin qısa müddətə Təqsirləndirilən şəxs1 tam şəkildə çatdırılmasının vacib olmasına dair Şahid1 ilə söhbətlər aparıb onu inandıraraq cinayətin predmeti olan pul vəsaitini alıb sahiblik edərək Təqsirləndirilən şəxs1 təqdim etməsi barədə qabaqcadan verdiyi vədinə uyğun olaraq 2019cu ilin mart ayının ortalarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 dələduzluq niyyətilə pul istənildiyini, şəxslərin mənzilə qeydiyyata salınmasının MKİS-in səlahiyyətlərinə daxil olmadığını, bunun üçün hər hansı ödənişin nəzərdə tutulmadığını bildiyi halda sonuncu ilə söhbətlər apararaq Təqsirləndirilən şəxs1 tərəfindən tələb olunan pulun işinin həll olunması üçün qısa müddət ərzində çatdırılmasının vacib olmasını yalandan bildirərək inandırıb Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Şahid1 600 manat və 900 manat olmaqla, vahid niyyətlə cəmi 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzilin onun müvəqqəti istifadəsinə verilməsinə dair rəsmi sənəd olan 3 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsini alıb Təqsirləndirilən şəxs1 verməklə, sonuncunun öz qulluq mövqeyindən istifadə etməklə Şahid1 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2015ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müxtəlif Mənzil Kommunal İstismar sahələrində, 5 fevral 2019-cu ildən 1 aprel 2020-ci il tarixə kimi isə həmin Departamentin Masazır Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində işləmişdir. Masazır Mənzil Kommunal İstismar sahəsinin rəisi kimi vəzifəsi Mənzil Kommunal İstismar Sahəsinə müraciət edən məcburi köçkünlərin müraciətlərinə baxaraq onlara arayışların verilməsi, xırda məişət problemlərinin həll olunması və bu kimi sənədləşmələrin aparmasından ibarət olmuşdur. Rəisi olduğu Masazır MKİS-nin sturukturu rəis, rəis müavini, bir mühəndis, bir qeydiyyatçı-kargüzar, bir sahə nəzarətçisi, xadimələr (dalandar) və fəhlələrdən ibarət olmuşdur. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi sonuncu dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydalarına əsasən tənzimlənir. Əvvəlki dövrlərdə də eynilə bu qaydalara oxşar məzmunlu qaydalar olmuşdur. Məcburi köçkünlərin ilkin olaraq yeni salınan qəsəbələrə köçürülməsi, yəni məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən həyata keçirilir və bu kütləvi xarakter daşıyır. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2 (iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə, yəni məcburi köçkünə verilir. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Məcburi köçkünün onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüquq yoxdur. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə ev boşaldılaraq, komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əsasnaməsi ilə MKİS-nin vəzifələri və hüquqları müəyyən edilmişdir. Həmin əsasnaməyə görə MKİS-nin vəzifələri və hüquqları məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə mənzil-kommunal xidmətlərinə tələbatın öyrənilməsi məqsədilə Departamentin təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı sahəsində dövlət siyasətinin və Komitənin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi, məcburi köçkün ailələri arasında yaşayış qəsəbələrində olan evlərin bölgüsü aparıldıqdan sonra həmin ailələri bir ay müddətinə yaşayış mənzillərinə (evlərinə) köçmələrinə dair xəbərdar etmək, məcburi köçkünün təqsiri nəticəsində onun müvəqqəti istifadəsinə verilmiş yaşayış evinə zərər vurularsa, dəymiş ziyanın həmin şəxsin hesabına aradan qaldırılmasını təmin etmək, məcburi köçkün yaşayış evindən köçərkən yaşayış evini ona təhvil verilən vəziyyətdə təhvil götürmək, mənzillərin istismar səviyyəsinin yüksəldilməsini, qəsəbələrin abadlaşdırılmasını onların qorunması sahəsində tədbirlərin görülməsini, qəsəbənin sanitar vəziyyətinin normal səviyyədə saxlanılmasını, küçələrin işıqlandırılmasını, mənzil təyinatlı evlərin vaxtında pasportlaşdırılmasını və qeyri-yaşayış sahələrinin təyinatı üzrə səmərəli istifadə edilməsini təmin etmək, mənzilə dair müqavilələri vətəndaşa imzaladıb bir surətini adı keçən şəxsə verilməsini təmin etmək, qəsəbədə yaşayan ailələrin qəsəbə üzrə siyahıya alınması qaydalarına əməl edilməsini təmin etmək, qəsəbədə yaşayan məcburi köçkünlər tərəfindən mənzil-kommunal xidməti ilə bağlı müraciətlərinə (şikayət və ərizəyə) vaxtında və diqqətlə baxılmasını təşkil etmək, müraciətlərdə qoyulmuş məsələnin həllinə nail olmaq, qəsəbədə yaşayan məcburi köçkünləri elektrik enerjisi və su ilə təmin edən avadanlıq və qurğular sıradan çıxdığı zaman yenisi ilə əvəzləşdirilməsinə nail olmaq, məcburi köçkünlər haqqında Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən qəsəbələrdə məcburi köçkün ailələri onlara verilmiş vaxt ərzində yaşayış evinə köçməzsə və ya başqasını köçürərsə onların barəsində müvafiq tədbirlər görüb evi geri almaq, məcburi köçkünün yaşayış evini satmaq, dəyişmək, bağışlamaq, girov qoymaq və sair vasitələrlə özgəninkiləşdirilməsinə yol verməmək, məcburi köçkünün ona verilmiş yaşayış evini kirayəyə verməsinə yol verməmək, məcburi köçkün yaşayış evində, həyətyanı sahəsində dəyişikliklər etdikdə və ya əsaslı təmir işləri apardıqda bu cür işləri razılaşdırmaq, məcburi köçkünün yaşadığı evdə, dam örtüyündə, çardaqda, döşəmədə, tavanda və qapı-pəncərə bloklarında konstruktiv dəyişikliklər etməsinə yol verməmək, MKİS-nə cəlb edilmiş olunacaq işçilər barəsində müəssisə rəhbərliyinə təqdim etmək, MKİS-də çalışan işçinin işə laqeyd münasibəti və nizamintizamın pozulması ilə əlaqədar cəzalandırılması barədə Departamentin direktoruna yazılı müraciət etmək və sairdir. Yaşayış sahəsinə kimlərinsə qeydiyyata salınması yalnız Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin səlahiyyətlərinə daxil edilmişdir. Lakin bu qeyd etdiklərini, yəni sonradan qeydiyyata alınmanı tənzimləyən konkret təlimat və ya hər hansı digər akt yoxdur. Bunlardan başqa 2019-cu ilin təxminən mart ayının əvvəlində rəisi olduğu Masazır Mənzil Kommunal İstismar sahəsində xadimə (dalandar) işləyən Şahid1 şifahi qaydada müraciət edərək övladı X12 və nəvəsi X4 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında müvəqqəti istifadəsində olmaqla Abşeron rayonu Masazır qəsəbəsində yerləşən dövlət mənzil fonduna daxil olan ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 4 nömrəli binanın 35 nömrəli 1 otaqlı mənzilə qeydiyyata düşmələrinə köməklik etməyini xahiş etmişdir. Elnaz özü də bilmişdir ki, bunların edilməsi, yəni faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyata salınması qanuni deyil. Həmin ərəfədə pula ehtiyacı olduğuna görə qeyd olunan şəxslərin mənzilə qeydiyyata alınması üçün Elnazdan 1500 (bir min beş yüz) manat pul istəmiş, sonuncunun inanması üçün isə Komitədə yaxın münasibətlərinin olduğu vəzifəli şəxslərin vasitəsilə, onlara pul verməklə bu məsələni həll edəcəyini ona bildirmiş, hətta onun yanından guya rəhbər vəzifəli şəxsə zəng etməyini əks etdirən vəziyyəti yalandan uydurmuşdur. Elnaz da yaxınlarının qeyd edilən mənzilə qeydiyyata alınması qarşılığında 1500 manat pul verməyə razı olduğunu, lakin həmin pulu hissə-hissə verə biləcəyini demişdir. Belə olduqda pulu MKİS-də kargüzar işləyən Təqsirləndirilən şəxs2 verməsini bildirmişdir. Həmçinin Səidəyə də tapşırmışdır ki, Elnazın yaxınlarını mənzilinə qeydiyyata salınması üçün sonuncunun verəcəyi pulu götürüb özünə versin, həmçinin Elnaza yaxınlarının mənzilə qeydiyyata salınması üçün pulun verilməsinin zəruriliyini izah etsin. Şahid1 da həmin pulu əvvəlcə 900 manat, sonra isə 600 manat olmaqla, cəmi 1500 manat pulu iki dəfəyə Təqsirləndirilən şəxs2 vasitəsilə ona vermişdir. Həmçinin tapşırığı ilə Səidə vasitəsilə yaşayış sahəsinə dair 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ona vermişdir. Qeyd edilən müqavilənin müqavilədə “kirayəçinin ailə üzvləri” qrafasına əlyazısı ilə “X12 (övladı)” və “X10 (nəvəsi)” sözlərini yazıb həmin qrafanın boş qalmış hissəsini 3 yerdən böyük “Z” hərfləri ilə doldurub müqavilədəki dəyişiklikləri faktiki olaraq heç bir yerdə rəsmiləşdirməməklə Səidə vasitəsilə Elnaza geri verib işin həll olunduğunu bildirmişdir. Sonradan Masazır MKİS-nin rəisi vəzifəsinə təyin edilmiş Pərviz X1 və X4 Şahid1 istifadəsinə olan mənzilə qeydiyyata salınmasını xahiş etsə də, Şahid2 bu məsələnin onun səlahiyyətində olmadığını bildirib imtina etmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 10 oktyabr 2013-cü il tarixdən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar sahəsinin qeydiyyatçı-kargüzarı vəzifəsində işləyir. Vəzifəsi Mənzil Kommunal İstismar Sahəsinə müraciət edən məcburi köçkünlərin müraciətlərini qeydiyyata alaraq bu barədə sahə rəisinə məlumat vermək, müvafiq şəxslərə veriləcək arayışların layihəsini hazırladıqdan sonra imzalayıb möhür vurması üçün sahə rəisinə təqdim etmək və bu kimi sənədləşmələri aparmaqdan ibarət olmuşdur. 2019-cu ilin təxminən mart ayının əvvəlində işlədiyi Masazır Mənzil Kommunal İstismar sahəsinin rəisi Təqsirləndirilən şəxs1 MKİS-də xadimə (dalandar) işləyən Şahid1 yaxınlarının yaşadığı mənzilə qeydiyyata düşməsi ilə əlaqədar verəcəyi 1500 manat pulu götürüb ona verməsini, həmçinin Elnazla danışıb pulu bayrama qədər, yəni “Novruz bayramı”na qədər verməsinin vacib olduğunu sonuncuya izah etməsini tapşırmışdır. Həmin ərəfədə əvvəlcədən tanıdığı Şahid1 bildirmişdir ki, övladı X12 və nəvəsi X4 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında müvəqqəti istifadəsində olmaqla Abşeron rayonu Masazır qəsəbəsində yerləşən dövlət mənzil fonduna daxil olan 4 nömrəli binanın 35 nömrəli 1 otaqlı mənzilə qeydiyyata düşmələrinə köməklik etməsi üçün sahə rəisi Təqsirləndirilən şəxs1 müraciət etmiş, Yusif müəllim ondan qeyd edilən yaxınlarının həmin mənzilə qeydiyyata salınması üçün 1500 (bir min beş yüz) manat pul istəmişdir. Uzun müddət keçdiyi üçün Elnazın yaxınlarının qeydiyyata salınması ilə bağlı ərizə yazıb-yazmadığını xatırlamır. Özü də Elnaz da qeyd edilən mənzildə yaşamayan şəxsin həmin mənzilə qeydiyyata salınmasının qanunsuz olduğunu bilmişlər. Tapşırığa uyğun olaraq bayrama qədər Yusif müəllim tərəfindən tələb olunan pulun verilməsinin tələb olunduğunu Elnaza deyib, pulun tezləşdirilməsinin vacibliyini izah etmişdir. Elnaz da həmin vaxt Yusif müəllimə verməsi üçün əvvəlcə 900 manat, bir neçə gün sonra isə 600 manat olmaqla, cəmi 1500 manat pulu iki dəfəyə vermiş, o da həmin pulları elə aldığı gün tam olaraq Yusif müəllimə iş otağında təklikdə vermişdir. Həmçinin Yusif müəllimin tapşırığı ilə Elnazdan yaşayış sahəsinə dair 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini götürüb ona vermişdir. Həmin müqaviləni Yusif müəllimə verərkən müqavilədə “kirayəçinin ailə üzvləri” qrafası boş olmuş, lakin təxminən bir gün sonra Yusif müəllim həmin müqaviləni geri qaytararaq Elnaza verib işinin həll olunduğunu ona deməyini tapşırmışdır. Müqaviləyə baxanda görmüşdür ki, müqavilədə “kirayəçinin ailə üzvləri” qrafasına əlyazısı ilə “X12 (övladı)” və “X10 (nəvəsi)” sözləri yazılıb. Bu qaydada Təqsirləndirilən şəxs1 həmin müqavilədəki dəyişiklikləri faktiki olaraq heç bir yerdə rəsmiləşdirməməkləElnaza geri qaytarmağı üçün vermişdir. O da Yusif müəllimin tapşırdığı kimi həmin müqaviləni Elnaza verib işinin həll olunduğunu bildirmişdir. Qeyd edilən 1500 manat puldan Təqsirləndirilən şəxs1 ona heç bir məbləğdə hissə verməmiş, əvvəlcədən də onunla bu barədə razılığı olmamışdır. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 “Qaynar xətt” əlaqə mərkəzinə zəng edib şikayət etmişdir. 1993-cü ildə yaşadığı Füzuli rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən yataqxanasında məskunlaşmışlar. Məcburi köçkün statusu var. 1990-cı ildə X13 ilə qeyri-rəsmi qaydada evlənmiş, həmin evlilikdən 1 övladı olmuşdur. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən dövlət mənzil fonduna daxil olan ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 4 nömrəli binanın 35 nömrəli 1 otaqlı mənzil müvəqqəti istifadəsinə verilmişdir. Həmin vaxt özündən başqa ailə üzvü olmadığına görə tək yaşayan fərd kimi bir otaqlı mənzil verilmişdir. Belə ki, faktiki əri olmuş Şahin Məmmədovdan 1990-cı illərin sonunda ayrılmış, yeganə övladı X12 isə evlənərək öz ailəsi ilə birlikdə ayrıca yaşamışdır. Təkbaşına yaşadığı üçün həmin mənzilin gələcəkdə sahibsiz qalmaması, həmçinin mənzilin qızı Ayşənə qalması üçün yollar axtarmağa başlamışdır. Təxminən 2019-cu ilin mart ayında işlədiyi Masazır Mənzil Kommunal İstismar sahəsinə yeni rəis təyin olunmuş Təqsirləndirilən şəxs1 müraciət edib fikrini ona bildirmiş, Yusif müəllim nə qədər pul verməyə imkanının çatdığını soruşmuşdur. O isə Təqsirləndirilən şəxs1 hazırda pulunun olmadığını, lakin qızı və nəvəsi istifadəsində olan evdə qeydiyyata salınacaqsa qohumlardan, tanışlardan borca pul tapa biləcəyini demişdir. Yusif müəllim Qaçqınların və X11 üzrə Dövlət Komitəsini nəzərdə tutaraq Komitədə yaxın münasibəti olan şəxslərlə danışdıqdan sonra yekun söz deyəcəyini bildirmişdir. Həmin gün və ya ertəsi gün Yusif müəllim 1500 manat verərsə işinin həll olunacağını bildirmiş, o da bir qədər vaxt verərsə həmin pulu tapa biləcəyini demişdir. Yusif müəllim isə pulu kargüzar işləyən Təqsirləndirilən şəxs2 verməyini tapşırmışdır. Həmin gün MKİS-nin binasından çıxmamış kargüzar Səidə onu arxadan səsləyib yanına gələrək pulu tezləşdirməyini, bayrama qədər məsləninin həll olunmasının Yusif müəllim tərəfindən tələb edildiyini bildirmişdir. Həmin hadisələr mart ayına təsadüf etməklə “Novruz” bayramı ərəfəsində baş vermişdir. Çalışaraq pulu tezliklə verəcəyinə Səidəyə söz vermiş. Səidə isə ona “nə qədər tez tapsan işin də tez həll olunar” demişdir. 2019-cu ilin mart ayının 13-ü və ya 14-də bir yaxınından 600 manat, digərindən isə 900 manat pul alıb Səidəyə vermişdir. Səidənin həmin pulu nə vaxt, hansı şəraitdə və hansı miqdarda olan hissəsini Yusif müəllimə verdiyini bilmir. Səidə həmçinin 4 nömrəli binanın 35 saylı mənzilin istifadəsinə verilməsinə dair müqavilənin əslini, qızı və nəvəsinin şəxsiyyətini təsdiq edən sənədlərin surətlərini istəmiş, o da, elə həmin gün 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini, X12 və X6 şəxsiyyət vəsiqələrinin surətlərini Səidəyə vermişdir. Lakin qızı və nəvəsinin həmin mənzilə qeydiyyata alınması ilə bağlı ərizə yazmağı tələb edilməmişdir. Həmin müqaviləni Səidəyə verməzdən əvvəl 1-ci səhifəsinin şəkilini çəkib özündə saxlamışdır. “Novruz” bayramından bir gün əvvəl, 19 mart tarixdə Səidə onu yanına dəvət edərək işinin həll olunduğunu deyib 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ona vermişdir. Müqaviləyə baxanda və 1-ci səhifəsinin özündə olan şəkli ilə müqayisə edəndə görmüşdür ki, müqavilədə “kirayəçinin ailə üzvləri” qrafasına əlyazısı ilə “X12 (övladı)” və “X10 (nəvəsi)” sözləri yazılıb. Səidədən müqavilənən nə tez hazır olduğunu soruşanda, Səidə “özümüz yazırıq da” deyə cavab vermişdir. Bundan sonra qızı ilə nəvəsinin qeydiyyata alındığını düşünmüşdür. Əslində isə qızıgil Quba şəhərində ailəsi ilə yaşadığından heç vaxt həmin mənzildə yaşamamışlar. 2020-ci ilin təxminən dekabr ayında Qaçqınların və X11 üzrə Dövlət Komitəsindən gələn siyahılara baxanda ona məlum olmuşdur ki, istifadəsində olan mənzildə yalnız özü qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən hazırki vaxtadək Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müxtəlif Mənzil Kommunal İstismar sahələrində, 2020-ci ilin aprel ayından isə həmin Departamentin Masazır Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində işləyir. Özündən əvvəl həmin vəzifədə işləmiş Təqsirləndirilən şəxs1 və həmin MKİS-də qeydiyyatçı-kargüzar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 10 oktyabr 2013-cü il tarixdən hazırki vaxtadək həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs1 isə 2015-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müxtəlif Mənzil Kommunal İstismar sahələrində, 2019-cu ilin fevral ayından 2020-ci ilin aprel ayınadək isə Departamentin Masazır Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmişdir. Həmin MKİS-də dalandar işləyən Şahid1 təxminən 2020-ci ilin dekabr ayında müraciət edərək onunla Departament arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında müvəqqəti istifadəsinə verilmiş mənzildə kimlərin qeydiyyatda olmasını soruşmuş, o da Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin vahid elektron reyestrinə baxıb həmin mənzildə yalnız özünün qeydiyyatda olmasını bildirmişdir. Bundan sonra Elnaz bildirmişdir ki, Səidə və Yusif onun yaxınlarını həmin mənzilə qeydiyyata salınması adı ilə 2019-cu ilin mart ayında ondan 1500 manat pul almışlar və sözügedən müqaviləni ondan götürüb əlyazma ilə ailə üzvlərinin adlarını müqaviləyə qanunsuz olaraq əlavə etmişlər. Hər hansı şəxsin məcburi köçkünün müvəqqəti istifadəsinə verilmiş mənzilə qeydiyyata salınması üçün ərizə ilə Komitə rəhbərliyinə müraciət olunmalı, Komitə rəhbərinin göstərişi əsasında yaradılan komissiyada həmin məsələyə baxılıb qərar verilməlidir. Bu barədə müsbət qərar verildikdən sonra müvafiq şəxsin qeydiyyata götürülməsi barədə MKİS tapşırıq verilə bilər. Lakin hazırkı vəziyyətdə həmin məsələ ilə bağlı ElnazMəmmədovanın bu barədə müraciəti daxil olmamış, onun heç bir yaxını müvəqqəti istifadəsində olan qeyd edilən mənzildə qeydiyyata götürülməmişdir. Bundan sonra Elnaz Komitə rəhbərliyinə və hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Təxminən bir neçə ay əvvəl Yusif X3 və X4 Şahid1 istifadəsinə olan mənzilə qeydiyyata salınmasını xahiş etmiş, lakin bu məsələnin səlahiyyətində olmadığını bildirib imtina etmişdir. Belə ki, Şahid1 qeyd edilən yaxınlarının həmin mənzilə qeydiyyata alınmasının heç bir qanuni əsası yoxdur. Müvafiq ünvanlarda müvəqqəti qeydiyyatda olan şəxslərə dair Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin vahid elektron reyestrindən görünür ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Məcburi köçkün şəhərciyi 4 saylı binanın 35 nömrəli 1 otaqlı mənzilində yalnız Şahid1 qeydiyyata götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından hazırki vaxtadək Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktor müavini vəzifəsində işləyir. İşlədiyi Departamentin səlahiyyətlərinə məcburi köçkünlar üçün inşa edilmiş mənzillərə köçürülmüş məcburi köçkün ailələri ilə müvafiq kirayə müqavilələrinin bağlanması, köçkünlar üçün inşa edilmiş qəsəbələrdə mənzil istismar xidmətinin həyata keçirilməsi, həmin qəsəbələrdə təmizlik və abadlıq işlərinin təşkili, bu işlərin həyata keçirilməsinə nəzarət etmək və sair daxil olmuşdur. Direktor müavini olduğu Mənzil İstismarı Departamentinin məcburi köçkünlərin məskunlaşdığı şəhər və rayonlarda mənzil-istismar sahələri fəaliyyət göstərir. Köçürülmüş məcburi köçkün ailələrinin onlar üçün istifadəyə verilmiş yeni mənzillərə qəbulu və yerləşdirilməsi Komitənin Mənzil İstismarı Departamentinin tapşırıqlarına əsasən həmin mənzil-istismar sahələrinin rəhbərliyi tərəfindən təmin edilir. Bundan sonra köçürmə vərəqələri əsasınada köçürülmüş məcburi köçkün ailələrinin ailə başçıları ilə müvafiq müqavilələr bağlanılır. Məcburi köçkünlərin ilkin olaraq məskunlaşdığı şəraitsiz yaşayış sahələrindən Komitənin mənzil fonduna daxil edilmiş yeni yaşayış sahələrinə köçürülməsi Komitədə yaradılmış komissiyalar tərəfindən həyata keçirilmişdir. Məcburi köçkün ailəsinin ailə üzvlərinin sayına görə yaşayış sahələri verilir. Belə ki, adətən ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaqlı, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaqlı, ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara 3 otaqlı, ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara 4 otaqlı evlər verilmişdir. Lakin əvvəllər bu barədə konkret norma müəyyən edilməmişdir. Həmin qaydada evlərin verilməsi və digər qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydalarına əsasən tənzimlənir. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Kirayə müqaviləsi işlədiyim Departament ilə məcburi köçkün arasında 2 (iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə, yəni məcburi köçkünə verilir. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Məcburi köçkünlərə onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ verilməmişdir. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə tərəfimizdən ev boşaldılaraq, komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Belə olan halda departamentin müvafiq ərazidə fəaliyyət göstərən mənzil istismar səhəsinin rəhbərliyi bu barədə Komitəyə məlumat verir, bundan əlavə mənzillə təmin olunması nəzərdə tutulan məcburi köçkünün ərizəsini, mənzildən imtina edənin ərizəsini, onların ailə tərkibi haqqında müvafiq sənədləri təqdim edir. Kifayət qədər əsaslar olarsa məcburi köçkünə yaşayış sahəsinin verilməsinə razılıq verilir və bundan sonra onunla kirayə müqaviləsi bağlanılır. Kirayə müqaviləsi hazır blank formasında olmaqla adətən ərazi MKİS-i tərəfindən doldurulub Komitəyə təqdim edilir, Departament rəisi də yenidən sənədi nəzərdən keçirib kifayət qədər əsas olduğuna əmin olduqdan sonra “kirayəyə verən” qismində imza edir. Həmin müqaviləyə əl yazısı ilə məcburi köçkün ailəsinin üzvlərinin adları, verilən yaşayış sahəsinin ünvanı, nömrəsi və neçə otaqdan ibarət olması və sair qeyd edilir. Həmin müqavilə əsasında məcburi köçkün yaşayış sahəsinə yerləşdirilməsi ərazi MKİS-i tərəfindən həyata keçirilir. Bundan əlavə o, ifadəsində göstərmişdir ki, Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və həmin MKİS-də qeydiyyatçı-kargüzar vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 10 oktyabr 2013-cü il tarixdən hazırki vaxtadək həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs1 isə 2015-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müxtəlif Mənzil Kommunal İstismar sahələrində, 5 fevral 2019-cu ildən 1 aprel 2020-ci ilədək isə Departamentin Masazır Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 hazırda Departamentin Binəqədi rayon Mənzil Kommunal İstismar sahəsinin mühəndisi vəzifəsində işləyir. Həmin MKİS-də dalandar işləyən Şahid1 Komitəyə ərizə ilə müraciət edərək Səidə və Yusifin onun yaxınlarını dövlət tərəfindən məcburi köçkün olduğuna görə onun müvəqqəti istifadəsinə verilmiş mənzilə qeydiyyata salınması adı ilə 2019-cu ilin mart ayında ondan 1500 manat pul aldıqlarını bildirmişdir. Şahid1 ilə Departament arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin idarədə saxlanan nüsxəsinə və məcburi köçkünlərin reyestrinə baxanda görmüşdür ki, həmin mənzildə yalnız Şahid1 qeydiyyatdadır. Yəni həmin mənzildə Elnazdan başqa heç kim qeydiyyata alınmayıb. Görünür ki, Yusif və Səidə onu aldadaraq pulunu ələ keçirmiş və kirayə müqavilənin vətəndaşda saxlanılan nüsxəsində “kirayəçinin ailə üzvləri” qrafasına əlyazma ilə “X12 (övladı)” və “X10 (nəvəsi)” sözlərini yazıb həmin müqavilədəki dəyişiklikləri faktiki olaraq heç bir yerdə rəsmiləşdirməməklə ona geri qaytararaq qanunsuzluq etmişlər. Şahid1 qeyd edilən yaxınlarının həmin mənzilə qeydiyyata alınmasının heç bir qanuni əsası yoxdur. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin epizod üzrə icraata xitam verilməsini, dövlət ittihamının müdafiəsini Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4,312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.3-cü maddəsi ilə davam etdirilməklə, həmin maddələrlə təqsirli bilinib, cəzalandırılmalarını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına edilmiş Əlavələrdən görünür ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, müxtəlif rayonların ərazisində çadır düşərgələrində, yük vaqonlarında, yataqxanalarda müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin sosial, mənzilməişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi üçün Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq formaya əsasən tərtib edilmiş 23 sentyabr 2013-cü il tarixli 4/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzili məcburi köçkün Şahid1 təkbaşına müvəqqəti istifadəsinə verilmişdir.Lakin iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən həmin müqaviləyə sonradan əlyazma ilə “1.Müqavilənin predmeti” hissəsinin “1.2 Kirayəçinin ailə üzvləri:” qrafasında “1 X12 (övladı)” və “2 X10 (nəvəsi)” sözləri yazılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən daxil olmuş 18 iyun 2021-ci il tarixli, 393 saylı məktubdan görünür ki, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzildə bir nəfər- Şahid1 qeydiyyatdadır. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin vahid elektron reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Məcburi köçkün şəhərciyi 4 saylı binanın 35 nömrəli 1 otaqlı mənzilində yalnız Şahid1 qeydiyyata götürülmüşdür. Məcburi köçkün Şahid1 ilə Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin Departamentdə saxlanılan nüsxəsinin iş materiallarına əlavə edilmiş kserosurətindən görünür ki, müqavilədə “kirayəçinin ailə üzvləri” qrafası boş olmaqla, hər hansı şəxsin 4 saylı binanın 35 nömrəli 1 otaqlı mənzilində qeydiyyatda olması barədə məlumatlar qeyd edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 17 iyun 2021-ci il tarixli, 4/743 nömrəli rəyindən görünür ki, Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Əyyub Quliyev ilə Şahid1 adlarından olan 23 sentyabr 2013-cü il tarixli, 4-35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin “1.Müqavilənin predmeti” hissəsinin “1.2 Kirayəçinin ailə üzvləri:” qrafasındakı “1 X12 (övladı)” və “2 X10 (nəvəsi)” yazıları Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. 08 iyun 2021-ci və 18 iyun 2021-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 vurulmuş ziyanın qarşılığı qismində 1.500 manat pul vəsaiti verilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4,312.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə 21.06.202021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4-35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildiyinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. AzərbaycanRespublikasıCPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan RespublikasıCPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cümaddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. AzərbaycanRespublikasıCPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs1 məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, 05 fevral 2019-cu il tarixdən öz qulluq mövqeyindən istifadə etməklə qeyrisinin köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4,312.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilsə də, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir, yəni Təqsirləndirilən şəxs1 həmin cinayəti 05 fevral 2019-cu il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 178.2.3, 32.4, 312.1 və 313-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham çıxarılmalı, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.3, 32.4,312.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 07.06.2009-cu il təvəllüdlü Leyla adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayətlər törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini, həmin cinayətlərdən birinin korrupsiya cinayəti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 06.02.2006-cı il təvəllüdlü Nəzrin adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alırcəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4-35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, 02 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4-35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhər Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-437/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-437/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver