Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-437/2022 19.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə xx.xx.1995-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərd əməklə məşğul olunmış, Yevlax rayonu Tarıqullar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Mehdiabad qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən fərdi evdə kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1, 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədilə 60 manat müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunan psixotrop maddələrin siyahısına1' daxil olan 7 ədəd siqaretin gümüşü kağızı bükümündə ayrı-ayrıqlıqda çəkiləri 0,101, 0,94, 0,1 10, 0,99, 0,94, 0,105 və 0,232qram olmaqla ümumi təmiz çəkisi 0,835 qram kııstrr üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkibinlərinə görə eyni olan psixotrop maddə metamfetamini əldə edib, özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 həmin psixotrop maddə metamfetamindən bir ədəd siqaretin kağızı bükümündə 0,232 qram çəkidə pay verdikdən sonra qalan 6 ədəd gümüşü kağızı bükümündə ayrı-ayrıqlıqda çəkiləri 0,101, 0,94, 0,110, 0,99 0,105qram, ümumi təmiz çəkisi 0,603 qram psixotrop maddə metamfetamini kibrit qutusunun içərisində əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyaraq üzərində saxlamış, 09 aprel 2022-ci il tarixdə saat 17:55 radələrində Rayon Polis İdarəsinin X5 əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən həmin bir ədəd kibrit qutusun içərisində 6 ədəd siqaretin gümüşü kağazı bükümündə 0,101, 0,94, 0,1 10, 0,99, 0,94 və 0,105qram, ümumi təmiz çəkisi 0,603 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 09 aprel 2022-ci il tarixdə, radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 qızından satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün bir ədəd 28 iyun 2005-ci i tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan psixotrop maddələrin siyahısın olan bir ədəd siqaretin gümüşü kağızı bükümündə 0,232 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bəxşiş kimi əldə edib, əynində elan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq saxlamış, 09 aprel 2022-ci il tarixdə saat 17:55 radələrində Abşeron Rayon Polis İdarəsinin X5 əməkdaşlarının keçiridikləri əməliyyat axtarış tədbirləri zamanı Abşeron Mehdiabad qəsəbəsi ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin kağızı bükümündə 0,232 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, Abşeron rayonu Mehdiabad qəsəbəsi, C.Məmmədquluzadə küçəsində kirayədə yaşayır. Pərvizlə münasibətləri hər zaman yaxşı olmuş və aralarında düşmənçilik və ədavət olmamışdır. Pərvizin narkotik vasitə və psixotrop maddə qəbul etdiyini bilirmişdir. Təxminən 3 ildir narkotik vasitə qəbul edir, narkotik vasitə aludəçisidir. Bildirmişdir ki, 07 aprel 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonun ərazisində olduğu zaman təsadüfən adını bilmədiyi bir nəfər kişi ilə tanış olmuş və söhbət zamanı həmin kişinin narkotik vasitə və psixotrop maddə satdığını hiss etmişdir. Aralarında olan razılaşmaya əsasən həmin kişi ona 60 manat müqabilində 7 ədəd siqaretin gümüşü kağızı bükümündə metafetamin vermiş və həmin 7 ədəd bükümdə olan metafetamini kibrit qutusunda əynindəki gödəkçəsinin cibinə qoyub Abşeron rayonu, Mehdiabad qəsəbəsinə gəlmişdir. 09 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs2 görmüş və söhbət əsnasında Pərvizə metamfetamin lazım olduğunu bilib özündə olan 7 büküm metamfetamindən bir büküm metamfetamini istifadə etməsi üçün Pərvizə pay vermişdir. Qalan 6 ədəd həmin bükümləri isə kibrit qutusunda, əynində olan qara rəngli gödəkçəmin sağ döş cibinə qoymuşdur. Həmin gün saat 17:55-də Pərvizlə Abşeron rayonu, Mehdiabad qəsəbəsində olduğu vaxt 3 nəfər mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu və X14 dəvət etmişlər. O, imkan atıb üzərində kibrit qutusunda saxladığı metamfetamini tullaya bilməmişdir. Onlar polis əməkdaşlarının dəvəti ilə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getmişlər. Bölmədə otaqların birində ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi təqdim edilməklə və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibində kibrit qutusunun içərisində saxladığı 6 ədəd siqaretin gümüşü kağızı bükümündə olan psxixotrop maddə metamfetamini təqdim etmiş və öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Sonda o, əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsi, C.Məmmədqulizadə küçəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır, Abşeron rayonu Saray qəsəbəsi, Azadlıq küçəsində yerləşən fərdi evdə yaşayır. Zeynəblə münasibətləri hər zaman yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 6 ay olar ki, psixotrop maddə olan metamfetamin alıb qəbul etmişdir. Zeynəbin narkotik vasitə satmasından xəbəri vardır. 09 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə rastlaşıb görüşmüş və aralarında olan söhbət zamanı Zeynəb ona hədiyə kimi bir ədəd siqaretin gümüşü kağızı bükümündə psixotrop maddə metamfetamin vermişdir. Buna görə o, Zeynəbə pul verməmişdir. Zeynəbdən aldığı həmin bir ədəd siqaretin gümüşü kağızı bükümündə olan metamfetamini əynində olan göy rəngli cins şalvarımın sağ yan cibimə qoymuşdur. Həmin gün Abşeron rayonu, Mehdiabad qəsəbəsində Zeynəblə olduğu vaxt üç nəfər mülki geyimdə olan polis əməkdaşı onlara yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu və X15 dəvət etmişlər. Həmin vaxt o, imkan tapa bilməııişdir ki, Zeynəbin ona verdiyi bir ədəd siqaretin gümüşü kağızı bükümündə olan ıuetamletami tullaya bilməmişdir. Onlar polis əməkdaşlarının dəvəti ilə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getmişlər. Bölmədə otaqların birində ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi təqdim edilməklə müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılmış, kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Sonda o, əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon polis idarəsinin X5 cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis nayorudur. Bildirmişdir ki, 07 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 18 avqust 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra Abşeron RPİ-nin TŞ- nin baş təhqiqatçısı, polis mayoru X3 Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar əməliyyat- axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17:55 radələrində Abşeron rayonu, Mehdiabd qəsəbəsi ərazisində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onları Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Bölmədə o, raportla bölmə rəisinə müraciət etmişdir. Bölmə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində otaqların birində baş təhqiqatçı X9 tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs1 qızma baş təhqiqatçı Rəfael Əsgərov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən bir ədəd kibrit qutusu çıxararaq təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunun içərisinə baxdıqda 6 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olunmuşdur. Həmin altı ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisinə bağdıqda ağ rəngli kristal şəkilli maddə müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən çıxararaq təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisindəki altı ədəd siqaretin gümüşü kağızı bükümündə olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “o, təxminən üç il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, həmin üzərindən aşkar olunmuş metamfetamini 07 aprel 2022-ei il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində yeddi ədəd siqaretin gümüşü kağızı bükümündə əldə edib özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək ona həmin metamfetamindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə pay vermiş qalan altı ədəd bükümləri isə bir ədəd kibrit qutusunda əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyaraq özündə saxlamışdır”.Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan bir ədəd kibrit qutusunun içərisində 6 ədəd siqaretin gümüşü kağızma bülükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdi. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 izahatı alınmışdır. Bundan sonra Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində otaqların birində baş təhqiqatçı X10 tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə bölməyə gətirilmiş digər şəxs Abşeron rayon sakini Təqsirləndirilən şəxs2nın üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs2 baş təhqiqatçı Rafael Əsgərov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü kağazı büküm çıxaraq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümünün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızı bükümünün içərisində olan psixotrop maddə metamfetamindir. Bildirmişdir ki, o, təxminən altı ay olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir həmin üzərindən aşkar olunmuş metamfetamini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs1 pay olaraq alıb üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs2nın üzərindən aşkar olunan bir ədəd siqaretin gümüşü kağızma bülükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2nın izahatı alınmışdır. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon Polis İdarəsinin X5 əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində bz rəngli cins şalvar, qara rəngli gödəkçə, ayağında ağ rəngli idman ayaqqabısı olan orta boylu qadın əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən bir ədəd kibrit qutusu çıxararaq təqdim etdi. Həmin bir ədəd kibrit qutusunun içərisinə baxdıqda 6 ədəd siqaretin gümüşü rəngli kağız bükümləri aşkar olundu. Həmin altı ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisinə bağdıqda ağ rəngli kristal şəkilli maddə müşahidə olundu.Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, “əynində bz rəngli cins şalvar, qara rəngli gödəkçə, ayağında ağ rəngli idman ayaqqabısı olan orta boylu qadın onun özüdür, əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibindən çıxararaq təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisindəki altı ədəd siqaretin gümüşü kağızı bükümündə olan psixotrop maddə metamfetamindir ” . Bildirmişdir ki, “o, təxminən üç il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, həmin üzərindən aşkar olunmuş metamfetamini 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində yeddi ədəd siqaretin gümüşü kağızı bükümündə əldə edib özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək ona həmin ımetamfetamindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə pay vermiş qalan altı ədəd bükümləri isə bir ədəd kibrit qutusunda əynində olan qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyaraq özündə saxlamışdır”. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmadı diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində göy rəngli cins şalvar, qara rəngli uzunqol köynək, üzü saqqalı qara buğdayı, orta boylu şəxs əynində olan əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü kağazı büküm çıxaraq təqdim etdi. Həmin bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümünün içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin əynində göy rəngli cins şalvar, qara rəngli uzunqol köynək, üzü saqqalı, qara buğdayı, orta boylu şəxs onun özüdür, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağazı bükümünün içərisində olan psixotrop maddə metaıufetamindir. Bildirmişdir ki, o, təxminən altı ay olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, həmin üzərindən aşkaı olunmuş metamfetamini xx.xx.2022-ei il tarixdə saat 17 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən tanışı Təqsirləndirilən şəxs1 pay olaraq alıb üzərində daşıyaraq saxlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələı məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/2006 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2" üzərindən aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,232 qram olan ağ rəngli kristallık hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin 10 aprel 2022-ci il tarixli 6/2007 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” üzərindən aşkar olunmuş sözləri olan zərldəki altı ədəd bükümdə ayrı-ayrılıqda 0,101, 0,94, 0,110, 0,99, 0,94, 0,105 qram, ümumi təmiz çəkisi 0,603qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına" daxildir. (Siyahı 1). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin 16 may 2022-ci il tarixli 6/2416 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2” üzərindən aşkar olunmuş sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə metametaminlə üzərində “Təqsirləndirilən şəxs1” üzərindən aşkar olunmuş sözləri olan zərldəki altı ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,483 qram olan psixotrop metamefetamin xarici əlamətlərinə və kompanent tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 30 aprel 2022-ci il tarixli 2175 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs1 Vida di qızında OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASılılıq SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaşı məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 30 aprel 2022-ci il tarixli 2176 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən götürülmüş və ekspertizadan sonra 0,132 qram qalmış psixatrop maddə olan metafetamin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən götürülmüş və ekspertizadan sonra 0.423 qram qalmış psixiatrop maddə olan metafetamin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində yazı olmayan DVD farmatlı disk və bir ədəd Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində yazı olmayan DVD farmatlı disk iş üzrə madd sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan metafetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özlərinin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ek spert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini,qadın olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmənin çağrışına gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin müddətinə bir günə bir gün bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəl məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Bağırov X8 rayonu, Mehdiabad qəsəbəsi, C. Məmmədquluzadə küçəsi, nömrəsiz evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, X4xx.xx.2014-cü il, X6 xx.xx.2017-ci il tarixlərdə anadan olmuşlar. Məhkəməyə təqdim olunmuş 298 və 1-16178, 4478 saylı vəsiqələrdən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X12 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı X12 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilməsini yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmənin çağrışına gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 02 gün tutulduğu və həbsdə saxlanıldığı 01 ay 04 gün müddət, cəmi 01 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, cəmi 02 (iki) ay 12 (on iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından azad edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyaya görə məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,423 qram psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,132 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə ekspertizalarının dəyəri olan 243 (iki yüz qırx üç) manat məbləğində pul vəsaiti müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışında 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışında 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli və cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün və həbsdə olduğu 01 (bir) ay 04 (dörd) gün, cəmi 01 (bir) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) ay 12 (on iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Onun cəzaçəkməsinin əvvəli qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,423 qram psixotrop maddə olan metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,132 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Məhkəmə ekspertizalarının dəyəri olan 243 (iki yüz qırx üç) manat məbləğində pul vəsaiti müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışında 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışında 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənil ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-437/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-437/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver