Məhkəmə qərarları › İş №1(012)-437/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-437/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-437/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid, tərcüməçi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində və xx.xx.2022-ci il tarixdə 16 yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evində görüşərək qarşılıqlı razılıq əsasında öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi əlaqədə olmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası və qardaşı ilə birlikdə yaşayır. İş olanda fərdi qaydada tikintidə usta işləyir. Zinaida ilə 2020-ci ildə tanış olmuşdur. Zinaida ilə bir neçə dəfə ev götürüb birlikdə təmir etmişlər. Həmin vaxtdan Zinaida ilə dostluq münasibətləri yarandığından sonuncunun yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gedib-gəlmiş. 2020-ci ilin əvvəllərində Zinaidanın evində olan zaman azyaşlı qızı Almaz ilə də tanış olmuşdur. Almaz ona bir neçə dəfə ondan xoşu gəldiyini dedikdən sonra Almazla da münasibətləri yaranmışdır. 2022-ci ilin fevral ayında Almazla sevgili olmağa başlamışdır. Bu barədə o, Almazın anası Zinaidaya sonradan məlumat vermişdir. Almaza o, yaşı tamam olan kimi evlənəcəyini bildirmişdir. Təxminən 11 mart 2022-ci il tarixdə saat 22 radələrində Almazgilə getmişdir. Həmin vaxt Zinaida evdə olmamış, onlar birlikdə yemək yemişlər. O, bir qədər spirtli içki də qəbul etmiş, söhbət etdikdən sonra Almaz ona cinsi əlaqədə olmağı təklif etmişdir. O, da həmin vaxt sərxoş olduğu üçün etiraz etməyərək Almazla sevişməyə başlamış və Almazın razılığı ilə cinsi əlaqədə olmuşlar. Onlar yalnız təbii yol ilə cinsi əlaqədə olmuşlar. Bir qədər sonra o, çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Zinaida bu barədə məlumat aldıqdan sonra bu məsələni adi qəbul etmişdir. Almaz ilə həmin vaxtdan sonra bir neçə dəfə Almazın razılığı ilə yaşadığı evdə cinsi əlaqədə olmuşlar. Arada işi ilə əlaqədar bir neçə müddət Almazgilə gedə bilməmişdir. 2022-ci ilin noyabr ayında o, Almazgilə gedən zaman Almazın hamilə olduğunu görmüş, söhbət əsnasında Almaz ondan hamilə qaldığını demişdir. O, da Almaza narahat olmamağmı, uşağı rahat doğmasını, onunla ailə quracağını bildirmişdir. Sonradan Almaz xəstəxanaya müraciət edən zaman azyaşlı olduğu üçün xəstəxanadan polisə məlumat verilmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda onlar ailə kimi birlikdə yaşayır, onların birgə yaxın münasibətindən xx.xx.2022-ci il tarixdə Mələk adlı övladları dünyaya gəlmişdir. Qızı Mələyin atası olsa da, anası Almaz Mələyə babasının adını və soyadını vermişdir. O, Almaz yaşı tamam olan kimi evlənəciyini bildirmişdir. Etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Əlavə olaraq bildirmişdir ki, Almaz ilə ümumilikdə təxminən 4-5 dəfə, yəni ilk dəfə 11 mart 2022-ci il tarixdə, ikinci dəfə 13 mart 2022-ci il tarixdə cinsi əlaqədə olmuşlar, sonra cinsi əlaqədə olduğu vaxtları dəqiq xatırlamır. Almazla cinsi əlaqədə olan zaman Almazı heç vaxt hədələməmiş və ona heç bir təzyiq göstərməmiş, həmişə Almazın razılığı və istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. O, Almaz ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə cinsi əlaqədə olan zaman onun azyaşlı olmağını bildirmiş, Almaz israrla onunla cinsi əlaqədə olmaq istədiyi üçün Almazla öz razılığı ilə cinsi əlaqədə olmuş, həm də həmin vaxt sərxoş olduğunu bildirmişdir. Sonda o, etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onların birlikdə yaşayışından bir azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə Şahid iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, anası Zinaida ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Anası Zinaida ev ustası işləyir. Vüsal adlı şəxsi də anasının iş yoldaşı kimi tanımışdır. Vüsalı 2020-ci ilin əvvəllərindən tanıyır. Vüsal ilk dəfə yaşadığı evə anasının iş yoldaşı kimi gələrkən tanımışdır. Vüsal anası ilə birlikdə usta işlədiyi üçün arada onlara gəlirmiş. Vüsaldan xoşu gəlmiş, Vüsal onlara gələndə o, Vüsala bir neçə dəfə xoşu gəldiyini demiş, beləliklə münasibətləri yaranmışdır. 2022-ci ilin fevral ayında Vüsal ilə sevgili olmağa başlamışlar. Bu barədə anasına heç bir söz deməmişdir. Vüsal söhbət əsnasında ona ailəsi ilə boşanacağını və onunla evlənəcəyini demiş, təxminən 11 mart 2022-ci il tarixdə saat təxminən 22 radələrində Vüsal onlara gəlmişdir. Anası Zinaida evdə olmamışdır. Onlar birlikdə yemək yeyib söhbət etdikdən sonra o, Vüsala onunla cinsi əlaqədə olmağını istəmişdir. Vüsal də etiraz etməyib onunla sevişmiş və cinsi əlaqədə olmuşlar. Onlar yalnız təbii yolla cinsi əlaqədə olmuşlar. O, Vüsalı sevdiyi və Vüsalın ailəsi ilə boşanıb onunla evlənəcəyini dediyi üçün inanıb onunla cinsi əlaqədə olmuşdur. Bir qədər sonra Vüsal çıxıb getmiş, sonra anası Zinaida evə gəlmişdir. Aradan bir neçə gün keçdikdən sonra o, anasına bu barədə danışmışdır. Anası ona əsəbləşərək niyə belə bir şey etdiyini demiş, sonradan Vüsal Quba şəhərinə işləməyə getdiyini ona demiş, aradan təxminən 2 ay keçdikdən sonra qadın xəstəliyini keçirmədiyi üçün şübhələnmiş, test etdikdə hamilə olduğu məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə müayinə olunmaq üçün Saray qəsəbəsində yerləşən xəstəxanaya getmişlər. Həmin vaxt polisə bu barədə məlumat verilmişdir. O, Vüsalın yalnız adını bilir, yaşının 26 olduğunu ona demiş, Vüsalın barəsində qalan məlumatları bilmədiyini bildirmişdir. Vüsal ilə ümumilikdə 2 dəfə, yəni ilk dəfə 11 mart 2022-ci il tarixdə, ikinci dəfə 13 mart 2022ci il tarixdə cinsi əlaqədə olmuş, Vüsal onu heç vaxt hədələməmiş və ona heç bir təzyiq göstərməmişdir. Vüsaldan başqa heç kimlə cinsi əlaqədə olmadığını bildirmişdir. O, istintaq zamanı ifadə verən zaman Vüsalın adını bildirmək istəməmiş, Vüsalın tutulacağından qorxduğu üçün Vüsalın adını yalandan Cavid kimi bildirmişdir. Ancaq Vüsal adlı şəxsi tanımır, yalnız Təqsirləndirilən şəxs ilə öz razılığı ilə cinsi əlaqədə olmuş, həmin şəxsdən də Mələk adlı qızı dünyaya gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, qızı Almazla birlikdə yaşayır. İş olanda fərdi qaydada tikintidə usta işləyir. Vüsal ilə 2020-ci ildə tanış olmuşdur. Vüsal ilə bir neçə dəfə ev götürüb birlikdə təmir etmişlər. Həmin vaxtdan Vüsal ilə dostluq münasibətləri yarandığından yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə də Vüsal gedib-gəlirmiş. Vüsal evinə gələn zaman qızı Almaz ilə də tanış olmuşdur. Təxminən 2022-ci ilin mart ayında Almaz ona tanışı Vüsal ilə sevgili olduğunu, hətta Vüsal ilə öz razılığı ilə cinsi əlaqədə olduğunu da bildirmişdir. O, da ilk öncə Almaza əsəbiləşsə də, Almaz ona Vüsal ilə evlənəcəyini bildirdiyi və Vüsalı sevdiyi üçün heç bir söz deməmişdir. Bir neçə müddət keçdikdən sonra qızı Almazın hamilə olduğunu başa düşmüşdür. 2022-ci ilin noyabr ayında Almazı müayinə üçün Abşeron rayon Mərkəzi xəstəxanasına aparan zaman azyaşlı olduğu üçün xəstəxanadan polisə məlumat verilmişdir. X8 ilə ailə kimi birlikdə yaşayır, onların xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı övladları da dünyaya gəlmişdir. Onun və qızı Almazın Vüsal barəsində heç bir şikayət və tələbləri yoxdur. Qızı Almaz ona dedikdən sonra Almazın Vüsal ilə cinsi əlaqədə olmasını bilmişdir. Almaz ona dediyinə görə ilk dəfə Vüsal ilə 11 mart 2022-ci il tarixdə, sonradan isə müxtəlif vaxtlarda bir neçə dəfə Vüsal ilə cinsi əlaqədə olmuşlar, o, Vüsal ilə Almazın evlənməyə razılaşdıqlarını və bir-birini sevdiklərini bildiyi üçün bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 915 saylı ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır.

3. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi.

4. Zərərçəkmiş şəxs adına “1 saylı X13”i tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, onda hal-hazırda 30 həftə 0 günlük hamiləlik təyin edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs təvəllüdü xx.xx.2007-ci ildir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 anası Zərərçəkmiş şəxs Əbülfəz qızı, atası isə X2r. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RİHB-nın Saray qəsəbə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2şayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid ərizəsindən görünür ki, o və qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər, onların bir azyaşlı uşaqları var, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, ibtidai istintaqın zamanı Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanıılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gndə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı 42 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 252 (iki yüz əlli iki) manat və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 42 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 252 (iki yüz əlli iki) manat və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar