Məhkəmə qərarları › İş №1(012)-438/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-438/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-438/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qızının, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Xəyal Nəbi oğlu xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında onun üçün aşkar sürətdə on alıt yaşına çatmayan xx.xx.2003-cü ildə anadan olmuş Zərərçəkmiş şəxs qızı ilə yataq otağında mütəmmadi olaraq, könüllü surətdə öz razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq aşkar sürətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmədə X2 həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Nizami küçəsi məh 6 ev 19c-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, “Baxçalı Evlər” yaşayış kompleksi bina 4B mənzil 11-də valideyinləri ilə birlikdə yaşayır. İlk dəfə 2010-cu ildə Ayla Hüseynova ilə rəsmi nikahda olmuşdur. Həmin evlilikdən Səma adlı azyaşlı qız övladı vardır. Lakin, onun Ayla ilə münasibətləri yaxşı olmadığından, sonuncu ilə nikah müqaviləsinə 2015-ci ildə xitam verilmişdir. Həmin vaxtdan dövlət tərəfindən müəyyən olunmuş alimentini ödəyir. Həmin vaxtdan subay olduğumdan və cavan olduğu üçün valideyinləri ona yenidən ailə həyatı qurmağını məsləhət gömüşlər. Artıq subay qalmaq istəmədiyi üçün yenidən ailə həyatı qurmaq qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəhərindən kənarda doğulmuş və böymüş xanım axtarmışdır. İş yoldaşı Elməddin ona Cəlilabad rayonunda xalası gilin qonşuluğunda Rəvanə adlı qızın tərbiyəli olduğunu bildirmişdir. Bundan sonra 2019-cu ilin yanvar ayının ilk günlərində Cəlilabad rayonu, Günəşli kəndinə Rəvanənin ata evinə valideyinləri ilə birlikdə getmişdir. Orada onlar biri-birilərini görmüşlər. Bundan sonra onun valideyinləri Rəvanəin valideyinləri Rövşən və Pərvanəyə Rəvanəni evlərinə gəlin gətirmək istədiklərini bildirmişlər. Həmin vaxtı Rəvanənin 16 yaşına çatmadığını öyrənmışdir. Onların təkliflərindən sonra Rəvanənin validyenləri 1-2 gün məöhlət istəmişlər. Təxminən 2-3 gün sonra Rəvanənin anası Pərvanə anası Şükufəyə zəng edərək, Rəvanəni ona ərə verəcəyinə razı olduqlarını bildirmişlər. Bundan sonra onlar hazırlıq işləri görmüşlər, qarşılıqlı razılıq əsasında xx xxxxxx 2019-cu il tarixdə o, valideyinləri və qohumları birlikdə Cəlilabad rayonu, Günəşli kəndində Rövşən Allahverdiyevin həyətinə gəlmişlər. Orada həmin günü Rəvanə ilə onun nişan mərasimləri olmuşdur. Həmin nişan mərasiminin videogörüntüsü də vardır. O, nişan vaxtı Rəvanəyə artıq onunla nişanlandığı üçün və onunla əlaqə saxlaması üçün 01 ədəd “Samsung” markalı mobil telefon və ***-***-**-** GSM nömrəsini vermişdir. Nişanda onun valideyinləri ilə Rəvanəin valideyinləri Rəvanənin yaşı tamam olduqdan sonra toy edəcəkləri barədə razılığa gəlmişlər. Bundan sonra onlar yenidən Abşeron rayonuna qayıtmışlar. Həmin vaxtdan sonra o, hər gün Rəvanə ilə telefon əlaqəsi saxlayaraq danışmışdır. Rəvanəyə əvvəl evli olduğunu, sonra boşandığını demiş və Rəvanə də onunla razılaşmışdır. Rəvanə ilə danışarkən artıq nişanlı qalmaq istəmədiyini və sonuncunu yaşadığı evə gəlin gətirmək istədiyini demiş və Rəvanə də onunla razılaşmışdır. Rəvanəin razılığını eşitdikdən sonra dayısı oğlu Şahid4 zəng edərək, onunla Cəlilabad rayonuna gedib Rəvanənin gətirməsini xahiş etmişdir. Loğman da Rəvanənin razı olduğunu eşitdikdən sonra onu aparıb gətirəcəyini demişdir. xx xxxxx 2019-cu il tarixdə saat 14 radələrində Loğman idarə etdiyi “Opel Vectra” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobillə onu götürüb Cəlilabad rayonuna getmişdir. Yolda olarkən, Rəvanəyə zəng edəndə Rəvanə onu gözlədiyini bildirmişdir. Həmin gün saat 22 radələrində, Rəvanənin yaşadığı fərdi evin qarşısına gəlmişdir. Rəvanəyə zəng etmiş, sonuncu özünə məxsus geyim əşyaları olan əl açntası ilə yola çıxmışdır. Rəvanə ilə görüşdükdən sonra Rəvanə Loğmanın avtomobilinin arxa oturacağına əyləşmişdir. Özü isə Loğmanın yanında qabaq oturacaqda əyləşmişdir. Bundan sonra onlar Abşeron rayonunda yerləşən evinə gəlmək üçün yola çıxmışlar. Həmin vaxt anası Şükufəyə zəng edərək, Rəvanə ilə gəldiyini və hazırlıq görməsini demişdir. Təxminən 1 saat sonra qaynanası Pərvanə ona zəng edərkən, Rəvanəin onunla birlikdə olduğunu və heç bir narahatçılıq olmadığını bildirmişdir. Pərvanə bundan sonra Rəvanəyə zəng etsə də Rəvanə utandığı üçün telefona cavab verməmişdir. Onlar təxminən 2-3 saat sonra onun yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən “Baxçalı Evlər” yaşayış kompleksi bina 4B mənzil 11 ünvanındakı evə gəlmişlər. Həmin vaxt Rəvanə onun valideyinləri ilə görüşdükdən sonra mənzilə daxil olmuşdur. Anası Şükufə onları hazırladığı yemək süfrəsinə dəvət etmiş və onlar birlikdə yemək yeyib şənlənmişlər. Həmin gecə Rəvanə anası Şükufə ilə yatmışdır. Səhəri gün, yəni xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində yaşadığı mənzildə yataq otağında Rəvanə ilə qarşılıqlı istəkləri əsasında heç bir zor tətbiq etmədən ilk öncə təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxt ikinci dəfə Rəvanə ilə qarşılıqlı istəkləri əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxtdan Rəvanə ilə ər-arvad münasibətlərində mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Rəvanə ilə cinsi əlaqədə olduğu günün səhərisi gün yəni, xx xxxxx 2019-cu il tarixdə anası Şükufə qaynanası Pərvanəyə zəng edərək, sonuncunu təbrik edib gözaydınnığı vermişdir. Bundan təxminən 1 ay sonra Rəvanə ilə ailə qurmaq münasibəti ilə əlaqədar öz ailə üzvləri və qohumlarına yığıncaq təşkil edib qonaqlıq vermişdir. xx xxxx 2019-cu il tarixdə qaynanası Pərvanənin dəvəti ilə onlar qohumları ilə birlikdə Pərvanəgilin təşkil etdikləri barışıq adlı toy mərasiminə getmişlər. Həmin gün Cəlilabad rayonu, Günəşil kəndində qaynatası Rövşənin həyətində toy mağarı qurularaq onlara toy etmişlər. Onlar həmin gün gecəni orada qalsalarda da, həmin vaxt Rəvanə ilə onun arasında heç bir cinsi əlaqə olmamışdır. Rəvanə ilə evli olduğu müddətdə sonuncu onunla hər dəfə birinci evlilikdən olan övladı Səmanın şəkillərini telefonda saxlamağı səbəbindən mübahisə etmişdir. Hər dəfə Rəvanəyə Səmanın onun uşağı olduğunu və uşağını ata bilmədiyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə o, yaşadığı mənzildə öz otaqlarında Rəvanə ilə qarşılıqlı istək əsasında təbii yoll cinsi əlaqədə olmuşdur. xx xxxxxx 2020ci il tarixdə Rəvanə yenə də onunla ilk evlilikdən olan övladı Səmanın şəkilinə görə mübahisə edib Səmanın ünvanına qarğış etdiyi üçün əsəbiləşib həmin gün axşam evi tərk edib ilk ailəsi olan Aylanın yaşadığı evə getmiş və həmin gündən orada yaşamağa başlamışdır. Anası Şükufəyə isə artıq Rəvanə ilə yaşamayacağımı demişdir. Anası da Rəvanə ilə ayrılmamağı və səbirli olmağını bildirmişdir. Rəvanə ilə artıq yaşamayacağını demişdir. xx.xx.2020-ci il tarixdə qaynanası Pərvanə ona zəng edərək, onların evlərində Rəvanənin yanında olduğunu və ünvanına söyüş söyərək evə gəlməsini tələb etmişdir. Əsəbiləşərək Pərvanəni telefonda söyərək telefonu söndürmüşdür. Səhəri gün yəni, xx.xx.2020-ci il tarixdə qadınlar günü münasibəti ilə əlaqədar anası Şükufəni təbrik etməyə gələrkən, anası X7 də götürüb getdiyini və ondan polisə şikayət edəcəyini bildirmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxsqızının ifadəsindən görünür ki,Cəlilabad rayonu Günəşli, kəndində qeydiyyatda olmaqla həmin ünvanda valideyinləri ilə birlikdə yaşayır. 2019-cu ilin yanvar ayının ilk günlərində qonşusu Aynurənin vasitəsi ilə X9, atası Şahid1 və anası Şükufə Məmmədovanı tanımışlar. Sonuncularla münasibətləri yaxşı olmuş, ədavət və düşmənçilikləri olmamşdır. Həmin vaxt Nəbinin valideyinləri onun anasına oğlanları Xəyalı evləndirmək istədiklərini və bunun üçün kənd qızı axtardıqlarını demişlər. Valideyinləri də onunla razılaşadıqdan sonra Xəyalgilin ailəsinə hə cavabı versələr də öz aralarında razılıq etmişlər ki, nişan edərək nişandan təxminən 2 il sonra isə onlar toy edəcəkmişlər. Bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində yaşadıqları evin həyətində Xəyalla onun nişan mərasimi olmuşdur. Həmin nişan mərasimində Xəyal, Xəyalın valideyinləri və qohumları iştirak etmişlər. Həmin gün Xəyalla nişanlanmışdır. Nişan günü Xəyal ona əlaqə saxlaması üçün “Samsung J3” markalı mobil telefon və ***-***-**-** GSM nömrəsi vermişdir. Nişanı olduğu üçün Xəyalın həmin hədiyyəsini qəbul etmişdir. Həmin gündən sonra Xəyalla mobil telefon əlaqəsi vasitəsi ilə zəngləşib danışırmışlar. Xəyalı sevməyə başlamış, daha sonra Xəyal ilə danışarkən sonuncu ona ailə qurmaq üçün öz evinə aparmaq istədiyini demiş və o, razılaşmışdır. xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində Xəyal ona zəng edərək bibisi oğlu Loğman ilə Cəliabad rayonuna gəldiyini və onu aparmaq istədiyini demişdir. Xəyala valideyinlərinin evdə olmadığını demişdir. Həmin gün, yəni xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində Xəyal bibisi oğlu Loğman ilə Loğmanın idarə etdiyi “Opel” markalı tünd yaşıl rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə yaşadığı evin qarşısına gəlmişlər. Evdən çıxaraq həyətin giriş qapısının qarşına gəlmiş və Loğmanın idarə etdiyi “Opel” markalı avtomobilin arxa oturacağında əyləşmişdir. Xəyal isə avtomobilin ön oturacağında Loğmanın yanında əyləşmişdir. Loğman avtomobili idarə edərək, Abşeron rayonu, Masazır kəndinə tərəf yola düşmüşlər. Onlar yolda olarkən Xəyalın anası Şükufə ona zəng edərək, onu gətirib-gətirmədiyini soruşanda Xəyal da mənimlə birlikdə evə çatdığını və onun valideyinlərinə “Allah xeyir versin” deməsini anasına demişdir. Təxminən 2-3 saat sonra Xəyala məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən “Baxçalı evlər” yaşayış kompleksinin 4B nömrəli binasının 11ci mənzilinə gəlmişlər. Həmin vaxt mənzildə Xəyalın atası Nəbi və anası Şükufə olmuşdur. Xəyalın atası və anası onunla görüşərək təbrik etmişlər. Daha sonra Xəyalın valideyinləri, bibisi oğlu Loğman, özü və Xəyal qaynanası Şükufənin əvvəlcədən hazırladığı stola əyləşib yeyib içmişlər. Xəyalla öz istəyi ilə gəldiyi üçün anası və atasından utandığına görə onlarla bir neçə gün danışmamışdır. Xəyalın evinə gəldiyindən 3 gün sonra anası Pərvanə ilə telefon əlaqəsi saxlayıb hər şeyin yaxşı olduğunu deyib söhbət etmişlər. Xəyalın evinə gəldiyi gecəni anası Şükufə ilə birlikdə yatmışdır. Səhəri gündən isə Xəyalın otağında sonuncu ilə birlikdə yatsa da Xəyal ilə aralarında heç bir cinsi əlaqə olmamışdır. Xəyalın evinə gəldiyindən artıq 1 həftə sonra nə səbəbdən toy etmədiyini soruşmuşdur. Xəyal da ona əvvəl evli olduğunu və əvvəlki ailəsindən bir qız övladının olduğunu, ona görə də bu dəfə toy etməyəcəyini ancaq öz qohumları arasında qonaqlıq edəcəklərini ona bildirmişdir. Bu söhbətdən iki gün sonra, yəni xx xxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır kəndində “Baxçalı evlər” yaşayış kompleksinin həyətindəki kafedə Xəyalın qohumlarının iştirakı ilə Xəyal ilə onun ailə qurmağına görə qonaqlıq təşkil olunmuşdur. Həmin günün gecəsi, yəni xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Masazır kəndində yerləşən “Baxçalı Evlər“ yaşayış kompleksinin 4B nömrəli binasının 11ci mənzilində Xəyalın yataq otağına gəlmişlər. Orada hər ikisi əynlərində olan paltarları çıxardıb çarpayıya uzanmışlar. Daha sonra Xəyal ona çarpayıda üzü üstə uzanmağını demiş və o, çarpayıda üzü üstə uzanmışdır. Bundan sonra Xəyal öz gərginləşmiş cinsiyyət orqanını təbii yolla onun cinsiyyət orqanına salaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Təxminən 2-3 dəqiqə onunla cinsi əlaqədə olduqdan sonra Xəyal öz ehtirasını təmin etdiyini deyib onun yanında uzanmışdır. Təxminən 10 dəqiqə sonra Xəyal onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmaq istədiyini deyəndə, Xəyala razılıq vermişdir. Bundan sonra o, çarpayıda üzü üstə uzanaraq dizimi qarın nahiyəsinə sıxmış, Xəyal da onun arxa tərəfinə keçib öz gərginləşmiş cinsiyyət orqanını mənim arxa keçəcək nahiysinə salaraq onunla 3-4 dəqiqə qeyri-təbbi yolla cinsi əlaqədə olduqdan sonra ehtirasını təmin etmişdir. Bundan sonra o, Xəyalın anası Şükufənin ona verdiyi ağ parçaya özünü silmişdir. Həmin vaxt parçanın üzərində qan izi olmasa da Xəyalın spermasını görmüşdür. Həmin parçanı qaynanası Şükufəyə vermişdir. Bundan sonra onlar yataq otağından çıxıb qonaq otağında Xəyalın ailə üzvləri ilə birlikdə şam yeməyi yemişlər. Gecə isə Xəyal ilə birlikdə yataq otaqlarına keçib yatmışlar. Təxminən 1 həftə sonra qaynanası həmin ağ parçanı zibil qutusuna atmışdır. Həmin vaxtdan sonra hər gün Xəyal ilə bir otaqda bir çarpayıda yatsa da, heç vaxt aralarında nə təbii yolla nə də ki, qeyri-təbii yolla cinsi əlaqə olmamışdır. Dəfələrlə Xəyalla cinsi əlaqədə olmağı təklif etsə də Xəyal hər dəfə ona yorğun olduğunu deyərək onunla cinsi əlaqədə olmaqdan imtina etmişdir. Xəyal ilə yaşamağa başladıqlan 3 ay sonra, yəni xx xxxx 2019-cu il tarixdə valideyinləri ilə el adəti deyilən “barışıq” mərasimi olması üçün Cəlilabad rayonu, Günəşli kəndinə getmişlər. Orada atası evinin həyətində yeyib-içmək təşkil olunmuşdur. Xəyalı qohumları və onun qohumları ilə birlikdə yeyib-içib şadlanmışlar. Həmin gecəni atası evində qalmışlır, lakin, orada da Xəyalla arasında heç bir cinsi əlaqə olmamışdır. Həmin vaxtdan sonra da Xəyalla ailə kimi yaşasalar da, aralarında heç bir cinsi əlaqə olmamışdır. Xəyal ilə yaşadıqları müddət ərzində hər dəfə onun mobil telefonunda əvvəlki arvadının şəklini və uşağının şəklini görüb həmin şəkilləri silməsini deyirmiş. Xəyal da hər dəfə şəkilləri silsə də yenidən təzə şəkillər olurmuş. Buna görə də Xəyailla onun arasında mübahisə baş verirmiş. xx xxxxxx 2020-ci il tarixdə o, yenə də Xəyalın telefonuna baxarkən qızı və əvvəlki arvadı Ağabacının şəklini görüb onların şəklinə baxaraq əsəbiləşib söyüş söymüşdür. Xəyal da ona uşağından ayrı qala bilmədiyini deyəndə, «əgər sən uşağından ayrı yaşa bilmirdinsə niyə mənimlə ailə qururdun» sözlərini demişdir. Həmin günün səhərisi, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində Xəyal anası Şükufəni yanına çağırıb nəsə deyərək çıxıb getmişdir. Mən qaynanasından Xəyalın nə dediyini soruşduqda sonuncu ona Xəyalın artıq onunla yaşamaq istəmədiyini və evə gəlməyəcəyini demişdir. Qaynanasına «axı mən nə etmişəm ki, Xəyal mənimlə yaşamaq istəmir» sözlərini demişdir. Qaynanası da ona Xəyalın əvvəlki ailəsi ilə yaşamaq istədiyini və buna görə evdən getdiyini demişdir. Həmin günün axşamı Xəyalın evə gəlmədiyini görüb sonuncunun mobil nömrəsinə zəng etmişdir. Bu vaxt Xəyal ona evə gəlməyəcəyini və əvvəlki ailəsi ilə yaşayacağını və artıq onunla münasibətlərin alınmayacağını demişdir. Xəyalın əsəbi olduğunu fikirləşib bir söz deməmişdir. 2020-ci ilin mart ayının 7-si tarixinə kimi səbr edib gözləsə də Xəyal həmin müddətdə evə gəlməmişdir. Artıq bu barədə anası Pərvanəyə zəng edib məlumat vermişdir. Bunu eşidən qaynanası Şükufə də onunla mübahisə edərək, evdəki döşəmə silmək üçün nəzərədə tutulmuş taxta ilə onun sol qolundan və sağ ayaq nahiyəsindən vurmuşdur. Bu vaxt evdə olan qaynatası Nəbi qaynanası Şükufəyə “sən nə edirsən” deyib onu sakitləşdirirmiş. Həmin günü saat 20 radələrində anası Pərvanə yaşadığı evə gəlmişdir. Bu vaxt anasına hər şeyi danışdığı üçün anası Pərvanə qaynanası Şükufə ilə mübahisə edib onu da götrürüb Xəyalın evindən çıxmışdır. Səhəri gün, yəni xx xxxxx 2020-ci il tarixdə Abşeron RPİ-nə gələrək bu barədə ərizə ilə müraciət etmişlər. Xəyal İbrahimov onunla cinsi təbii və qeyri təbii yolla cinsi əlaqədə olarkən, onun yaşının 16 yaşdan aşağı olduğunu yəni, xx.xx.2003-cü il təvəvllüdlü olduğunu bilmişdir. Xəyal İbrahimov onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olarkən ona qarşı heç bir zorakılıq etməmişdir. Əksinə sonuncu ilə öz istəyi ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. İlk dəfə Xəyal İbrahimovla xx xxxxx 2019-cu il tarixdə ilk və son dəfə Abşeron rayonu Masazır kəndi “Baxçalı evlər” yaşayış kompleksinin 4B nömrəli binasının 11 nömrəli mənzilində Xəyala məxsus yataq otağında təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Təhqiqata vermiş olduğu ilkin izahatında Xəyalın xx xxxxx 2019-cu il tarixdə bibisi oğlu Loğman ilə birlikdə onu Cəlilabad rayonu, Günəşli kəndindən iradəsindən zidd olaraq qolunu burub məcburi qaçırdığını, öldürməklə hədələməsini, ondan ayrıldığı və əvvəlki ailəsi ilə barışdığı üçün əsəbiləşərək belə bir izahat vermişdir. İstintaq materiallarında olan Zərərçəkmiş şəxs qızının ərizəsindən görünür ki, X5 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona örə də nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində ifadəsi elan edilmiş Qanuni nümayəndə ifadəsindən görünür ki, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qızı onun övladıdır. X9 isə qızı Rəvanə ilə 2019-cu ilin aprel ayndan 2020-ci ilin mart ayınadək ər-arvad münasibətlərində yaşayan şəxs kimi tanımışdır. 2019-cu ilin yanvar ayının ilk günlərində evidə olarkən Xəyal, anası Şükufə və atası Nəbi Cəlilabad rayonu, Günəşli kəndinə yerləşən evlərinə gəlmişlər. Sonuncular Rəvanəyə elçi gəlmişlər, Əri ilə bu barədə fikirləşib sonradan məlumat verəcəklərini demişlər. Həmçinin, qızının 16 yaşının tamam olmadığını elçi gələnlərə məlumat vermişdir. Təxminən 2-3 gün sonra Xəyalın anası Şükufəyə zəng edib qızını sonuncunun oğluna verməyə razı olduqlarını demişdir. Qarşılıqlı razılıq əsasında xx xxxxxx 2019-cu il tarixdə Xəyal ilə qızı Rəvanənin Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evilərinin həyətində nişan mərasimi olmuşdur. Həmin nişan mərasimində həm onlar tərəfədən qohumla, həm də Xəyalgilin qohumları iştirak etmişlər. Nişan mərasimi əvvəldən axıradək video kamera ilə çəkilərək disk formasında qeydə alınmışdır. Xəyal nişan vaxtı Rəvanəyə artıq nişanlandığı üçün və qızı ilə əlaqə saxlaması üçün 01 ədəd “Samsung” markalı mobil telefon və ***-***-**-** GSM nömrəsini vermişdir. Nişanda o, Xəyalın valideyinləri ilə Rəvanənin yaşı tamam olduqdan sonra toy edəcəkləri barədə razılığa gəlmişlər. Bundan sonra Xəyal və qohumları yenidən Abşeron rayonuna qayıtmışlar. Həmin vaxtdan sonra qızı Rəvanə hər gün Xəyalla telefon əlaqəsi saxlayaraq danışırmış. xx xxxxx 2019cu il tarixdə qohumlarının toy mərasimi ilə əlaqədar olaraq o, əri Rövşən ilə həmin mərasimə getmişlər. Həmin gün qızı Rəvanə və digər övladları evdə qalmışlar. Onlar həmin toy mərasimindən çıxıb xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində evə gələrkən, qızı Rəvanənin evdə olmadığını görüb sonuncuya zəng etmişdir. Lakin, Rəvanə onun zəngimə cavab verməmiş, həmin vaxt Xəyala zəng edərkən, sonuncu ona cavab verərək, Rəvanənin onun yanında olduğunu və ailə qurmaq üçün Rəvanəni Abşeron rayonu, Masazır kəndində yerləşən yaşadığı evə apardığını və Rəvanənin də utandığı üçün telefona cavab vermədiyini bildirmişdir. Bundan sonra rahat olaraq ərim Rövşənə də bu barədə demişdir. Əri Rövşən də artıq heç nə edə biləməycəklərini və Rəvanənin öz istəyi ilə getdiyi üçün allah xeyr versin deyib öz otağına keçmişdir. xx xxxxx 2020-ci il tarixdə Xəyalın anası Şükufə ona zəng edərək, gözünüz aydın olsun deyib onları təbrik etmiş, göz aydınlığı vermişdir. xx xxxx 2019-cu il tarixdə onun dəvəti ilə Xəyalgilin ailəsini və qohumlarını təşkil etdikləri barışıq adlı toy mərasiminə dəvət etmişdir. Həmin tarixdə yenə də video çəkiliş ilə yaşadığı evin həyətində toy mərasimi olmuşdur. Həmin mərasim günün gecəsi Xəyalgil onlarda qalmışlar, səhəri gün isə Abşeron rayonuna qayıtmışlar. Xəyal Rəvanə ilə evli olduğu müddətdə Rəvanə Xəyal ilə hər dəfə birinci evlilikdən olan övladı Səmanın şəkillərini telefonda saxlaması səbəbindən mübahisə edərək dalaşırmış. Xəyal da hər dəfə Rəvanəyə Səmanın onun uşağı olduğunu və uşağını ata bilmədiyini deyirmiş. xx xxxxxx 2020-ci il tarixdə Rəvanə yenə də Xəyal ilə ilk evlilikdən olan övladı Səmanın şəkilinə görə mübahisə edib Səmanın ünvanına qarğış etdiyi üçün Xəyal əsəbiləşib həmin gün axşam evi tərk edib ilk ailəsi olan Aylanın yaşadığı evə getmişdir. Həmin gündən sonra orada yaşamağa başlamışdır. xx.xx.2020-ci il tarixdə qızı Rəvanə ona zəng edərək, əri Xəyalın xx xxxxxx 2020-ci il tarixdə dalaşdığı vaxtdan evdən çıxıb getdiyini və həimn tarixədək evə qayıtmadığını bildirmişdir. Qızı Rəvanəni gətirmək üçün Masazır kəndində yaşadıqları mənzilə gəlmiş, həmin vaxt evdə qızı Rəvanə, qudaları Nəbi və Şükufə olmuşlar. Orala telefonla Xəyala zəng edib təhqir etməyə başlayanda Xəyal da onu söyüb telefonu söndürmüşdür. Daha sonra o, əsəbiləşib qızı Rəvanəni də götürüb oranı tərk etmişdir. Qızı yolda olarkən qaynanası Şükufə tərəfindən döydüyünü ona bildirmişdir. Səhəri gün onlar bu barədə Abşeron RPİ-nə gələrək ərizə ilə müraciət etmişlər. X5 qarşı heç bir şikayəti olmadığını bildirərək, ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində X6 dindirilmiş ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Nizami küçəsi məh 6, ev 19c-də qeydiyyatda olmaqla ünvan 6-də ailəmlə birlikdə yaşayır. X9 onun oğludur. Xəyal ilk dəfə 2010-cu ildə Ayla Hüseynova ilə rəsmi nikahda olmuşdur. Həmin evlilikdən Səma adlı azyaşlı qız övladı vardır. Lakin, oğlumun Ayla ilə münasibətləri yaxşı olmadığından sonuncu ilə 2015-ci ildə boşanmışlar. Həmin vaxtdan sonra oğlu subay qaldığı üçün Xəyala evlənməsini xahiş etmiş və sonuncu onunla razılaşmışdır. 2019-cu ilin yanvar ayının ilk günlərində oğlu Xəyal evə gəlib evlənmək istədiyini və Cəlilabad rayonu, Günəşli kəndinə Rəvanə adlı qız tapdığını demişdir. Əri Nəbi və oğlum Xəyal ilə birlikdə Cəlilabad rayonu, Günəşli kəndinə Rəvanənin yaşadığı ünvana getmişlər. Rəvanənin sonradan tandığı valideyinləri Pərvanə və Rövşənə gəlişlərinin səbəbini demişdir. Həmin vaxt onlar Rəvanənin 16 yaşına çatmadığını öyrənmişlər. Pərvanə isə ona evdə bu barədə məsləhət edib 1-2 günə onlara “hə yox deyərik” sözlərini demişdir. Onlar oradan çıxıb Abşeron rayonuna qayıtmışlar. Təxminən 2-3 gün sonra Rəvanənin anası Pərvanə ona zəng edərək, Rəvanəni oğlu Xəyala ərə verəcəyinə razı olduqlarını bildirmişdir. Bundan sonra onlar hazırlıq işləri görmüşlər. Qarşılıqlı razılıq əsasında xx xxxxxx 2019-cu il tarixdə, oğlu Xəyal, əri Nəbi, qohumları ilə birlikdə Cəlilabad rayonu Günəşli kəndində Rövşən Allahverdiyevin həyətinə gəlmişlər. Orada həmin günü Rəvanə ilə oğlu Xəyalın nişan mərasimi olmuşdur. Həmin nişan mərasimində hamı deyib gülərək yeyib-içmişşlər. Həmin nişan mərasiminin videogörüntüsü də vardır. Oğlu nişan vaxtı Rəvanəyə artıq nişanlandığı və əlaqə saxlaması üçün 1 ədəd “Samsung” markalı mobil telefon və ***-***-**-** GSM nömrəsini vermişdir. Nişanda Rəvanəin valideyinləri Rəvanənin yaşı tamam olduqdan sonra toy edəcəkləri barədə razılığa gəlmişlər. Bundan sonra onlar yenidən Abşeron rayonuna qayıtmışlar. Həmin vaxtdan sonra oğlu Xəyal hər gün Rəvanə ilə telefon əlaqəsi saxlayaraq danışırmış. xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində oğlu Xəyal ona zəng edərək, Cəlilabad rayonundan Rəvanə ilə birlikdə evlərinə gəldiyini və süfrə açmağını demişldir. O, evdə yemək hazırlayıb stol açaraq onların gəlməsini gözləmişdir. Təxminən 2-3 saat sonra yaşadıqları Abşeron rayonu, Masazır kəndində yerləşən “Baxçalı Evlər” yaşayış kompleksi bina 4B mənzil 11 ünvanında qapının açıldığını və Rəvanənin əlində geyim əşyaları olan əl çantası ilə evə daxil olduğunu görüb onu öpüb qucaqlayaraq «xoş gəlmisən» sözlərini demişdir. Bundan sonra onlar birlikdə oturub yemək yemişlər. Ona məlum olmuş ki, Rəvanə öz razılığı ilə Xəyal ilə ailə qurmaq məqsədi ilə qaçıb gəlmişdir. Rəvanəgili isə qardaşı oğlu Loğman öz avtomobili ilə gətirmişdir. Həmin gecə Rəvanə onunla yatmışdır. Artıq səhəri gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları mənzildə yataq otağında Rəvanə ilə oğlu Xəyal cinsi əlaqədə olmuşdur. Bundan sonra qudası Pərvanəyə zəng edərək göz aydınnığı vermişdir. Maddi vəziyətləri pis olduğu üçün, Xəyal toy edə bilməmişdir. Bundan təxminən 1 ay sonra Xəyal Rəvanə ilə ailə qurmağı münasibəti ilə əlaqədar öz ailə üzvləri və qohumlarına yığıncaq təşkil edib qonaqlıq vermişdir. xx xxxx 2019-cu il tarixdə qudası Pərvanənin dəvəti ilə onlar qohumları ilə birlikdə Pərvanəgilin təşkil etdiyi barışıq adlı toy mərasiminə getmişlər. Həmin gün Cəlilabad rayonu, Günəşil kəndində qudası Rövşənin həyətində toy mağarı qurularaq Xəyal və Rəvanəyə toy etmişlər. Onlar həmin gün gecəni orada qalıb səhər gün Abşeron rayonuna qayıtmışlar. Xəyal Rəvanə ilə evli olduğu müddətdə Rəvanə Xəyal ilə hər dəfə birinci evlilikdən olan övladı Səmanın şəkillərini telefonda saxladığı səbəbindən mübahisə edərək dalaşırmış. xx xxxxxx 2020-ci il tarixdə Rəvanə yenə də oğlu Xəyal ilə ilk evlilikdən olan övladı Səmanın şəkilinə görə mübahisə edib Səmanın ünvanına qarğış etdiyi üçün, Xəyal əsəbiləşib həmin gün axşam evi tərk edib ilk ailəsi olan Aylanın yaşadığı evə getmiş və həmin gündən sonra orada yaşamağa başlamışdır. Xəyal onunla telefon əlaqəsi saxlayarkən artıq Rəvanə ilə yaşamayacağını deyəndə, Rəvanə ilə ayrılmamağı və səbirli olmasını demişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yas mərasimindən evə gələrkən evdə gəlini Rəvanə və əri Nəbi olmuşdur. Elə onun arxası ilə Rəvanənin anası Pərvanə onlara gəlmişdir. Sonuncu ilə görüşüb evə dəvət etmişdir. Pərvanə ona «oğlun Xəyal gəlib mənim ayağımdan öpəcək» sözlərini deyəndə, Pərvanəyə səbrli olmasını demişdir. Pərvanə onun yanında telefonla Xəyala zəng edib təhqir etməyə başlayan zaman, Xəyal da onu söyüb telefonu söndürmüşdür. Bundan sonra Pərvanə, əri Nəbinin və onun yanında gəlini Rəvanəni əli ilə baş nahiyəsindən vurmuşdur. Daha sonra Pərvanə qızı Rəvanəni də götürüb getmişdir. Gedərkən isə ona «sizi polis şöbələrində süründürəcəm» sözlərini demişdir. Gəlini Rəvanəni döyməmiş, sonuncunun dediklərinin yalandır. Məhkəmə iclasında şahid qismində Şahid3 dindirilmiş ifadəsində göstərmişdir ki, X9 onun baldızı Şükufənin oğludur. Zərərçəkmiş şəxs qızını isə 2019-cu ilin yanvar ayında Xəyal ilə nişanı olan şəxs kimi tanımışdır. Belə ki, 2019-cu ilin yanvar ayının 27-də Cəlilabad rayonu, Günəşli kəndində Rəvanəgilin fərdi evlərinin həyətində Xəyal ilə Rəvanənin nişan mərasimi olmuşdur. Həmin nişan mərasimində də iştirak etmişdir. Həmçinin, nişan mərasimində video kamera ilə çəkiliş olmuş və həmin çəkiliş disk formasında köçürülmüşdür. 2019-cu ilin aprel ayının 12-də yaşadığı evdə olarkən baldızı Şükufə onun mobil nömrəsinə zəng edərək oğlu Xəyalın nişanlısı Rəvanənin istəyi ilə çonuncunu ailə qurmaq üçün evlərinə gətirdiyini bildirmişdir. İlkin gecəni Rəvanəni adət-ənənəyə görə özü ilə yatırdığını, lakin, həmin gün axşam Xəyal ilə Rəvanənin “gərdəyə” girəcəyini bunun üçün evlərinə gəlib yengə olmasını xahiş etmişdir. Şükufənin xahişini nəzərə alıb evindən çıxıb ünvan 6 ünvanına gəlmişdir. Həmin vaxt evdə Xəyal, Rəvanə, Şükufə və əri Nəbi olmuşdur. Hamı ilə görüşüb Rəvanəni də təbrik etmişdir. Həmin gün onlar, yemək yemək yedikdən sonra, yəni xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində Rəvanə ilə Xəyal yataq otağına keçmişlər. Təxminən 30-40 dəqiqə sonra Xəyal otaqdan çıxmış, daha sonra, otağa daxil olmuşdur. Həmin vaxt Rəvanə ona çarpayını göstərmiş və Rəvanənin çarpayısının parçasına baxanda üzrəində 1-2 dənə qanabənzər ləkələr və sprema olduğunu görmüşdür. Bundan sonra onlar qonaq otağına gəlib orada hamı ilə birlikdə axşam yeməyini yemişlər. Gecəni orada qalıb xx xxxxx 2019-cu il tarixdə isə öz evinə getmişdir. Bundan sonra xx xxxx 2019-cu il tarixdə Cəlilabad rayonunda Rəvanənin anası Pərvanənin dəvəti ilə Xəyal və Rəvanənin barışıq adlı toy mərasimi olmuşdur. Bundan başqa Xəyal və Rəvanə arasında nə baş verdiyindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, X9 onun bibisi oğludur. Zərərçəkmiş şəxs qızını isə 2019-cu ilin yanvar ayından Xəyalın nişanlısı olduğu vaxtdan tanımışdır. Sonuncu ilə münasibətlərində heç bir ədavət və düşmənçilik olmamışdır. Belə ki, 2019-cu ilin yanvar ayının 27-də Cəlilabad rayonu, Günəşli kəndində Zərərçəkmiş şəxs qızının yaşadığı evin həyətində Xəyal ilə Rəvanənin nişan mərasimi olmuşdur. Həmin vaxtdan Rəvanə ilə Xəyal mütəmadi olaraq bir-biri ilə telefon əlaqəsi saxlamışlar. xx xxxxx 2019-cu il tarixdə Xəyal ona zəng edərək, Rəvanənin Xəyala zəng edərək artıq nişanlı qalmaq istəmədiyini və bu səbəbdən gedib Rəvanəni, Cəlilabad rayonundan yaşadığı evə gətirmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, həmin gün özünə məxsus “Opel Vectra” markalı ** CR *** dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayonuna getmişlər. Xəyal yolda olarkən Rəvanəyə zəng edəndə Rəvanə onu gözlədiyini demişdir. Həmin gün saat 22 radələrində onlar Rəvanənin yaşadığı fərdi evin qarşısına gəlmişlər. Xəyal Rəvanəyə zəng edəndə Rəvanə də özünə məxsus geyim əşyaları olan əl çantası ilə yola çıxmışdır. Xəyal sonuncu ilə görüşdükdən sonra Rəvanə öz istəyi ilə heç bir zorakılıq olmadan onun avtomobilinin arxa oturacağına əyləşmişdir. Xəyal isə onun yanında qabaq oturacaqda əyləşmişdir. Bundan sonra onlar Abşeron rayonunda, yerləşən Xəyalın evinə gəlmək üçün yola çıxmışlar. Xəyal bu vaxt anası Şükufəyə zəng edərək, Rəvanə ilə gəldiyini və hazırlıq görməsini demişdir. Təxminən 1 saat sonra qaynanası Pərvanə Xəyala zəng edərkən, Xəyal Rəvanənin onunla birlikdə olduğunu və heç bir narahatçılıq olmadığını bildirmişdir. Pərvanə bundan sonra Rəvanəyə zəng etsə də Rəvanə utandığı üçün telefona cavab verməmişdir. Onlar təxminən 2-3 saat sonra Xəyalın yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən “Baxçalı Evlər” yaşayış kompleksi bina 4B mənzil 11 ünvanındakı evə gəlmişlər. Həmin vaxt Rəvanə Xəyalın valideyinləri ilə görüşdükdən sonra mənzilə daxil olmuşdur. Bibisi Şükufə onları hazırladığı yemək süfrəsinə dəvət etmişdir. Onlar birlikdə yemək yeyib şənlənmişlər. Daha sonra çıxıb evinə getmişdir. Bundan sonra Rəvanə ilə Xəyalın arasında nə baş verdiyini bilmir. Sadəcə olaraq onların 2019-cu ilin iyul ayında Cəlilabad rayonu, Günəşli kəndində barışıq adlı toy mərasimi olmuşdur. Ondan sonra baş verənlərdən heç bir məlumatı yoxdur. Nə özü nə Xəyal Rəvanəni xx.xx.2019-cu il tarixdə Cəlilabaddan Abşeron rayonuna gətirərkən Rəvanəyə qarşı heç bir zorakı hərəkətlər etməmişlər, əksinə Rəvanə özü şəxsi istəyi ilə könüllü olaraq Xəyal ilə ailə qurmaq üçün birlikdə Abşeron rayonuna gəlmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsindən görünür ki, İbrahimov Xəyal onun oğludur. İlk dəfə oğlu Xəyal 2010-cu ildə Ayla Hüseynova ilə rəsmi nikahda olmuşdur. Həmin evlilikdən Səma adlı azyaşlı qız övladı vardır. Lakin, oğlunun Ayla ilə münasibətləri yaxşı olmadığından sonuncu ilə 2015-ci il də boşanmışlar Həmin vaxtdan sonra oğlu subay olduğu görə ona evlənməsini xahiş etmişdir. 2019-cu ilin yanvar ayının ilk günlərində oğlu Xəyal evə gəlib evlənmək istədiyini və Cəlilabad rayonu, Günəşli kəndinə Rəvanə adlı qız tapdığını demişdir. Arvadı Şükufə və oğlu Xəyal ilə birlikdə Cəlilabad rayonu, Günəşli kəndinə Rəvanənin yaşadığı ünvana getmişlər. Rəvanənin sonradan tandığı valideyinləri Pərvanə və Rövşənə gəlişlərinin səbəbini demişlər. Həmin vaxt onlar Rəvanənin 16 yaşına çatmadığını öyrənmişlər. Pərvanə isə ona evdə bu barədə məsləhət edib 1-2 günə onlara cavab verəcəyklərini demişdir. Onlar oradan çıxıb Abşeron rayonuna qayıtmışlar. Təxminən 2-3 gün sonra Rəvanənin anası Pərvanə arvadı Şükufəyə zəng edib Rəvanəni oğlu Xəyala ərə verəcəyinə razı olduqlarını bildirmişdir. Bundan sonra onlar hazırlıq işləri görmüşlər. Qarşılıqlı razılıq əsasında xx xxxxxx 2019-cu il tarixdə o, oğlu Xəyal, arvadı Şükufə, qohumları ilə birlikdə Cəlilabad rayonu Günəşli kəndində Rövşən Allahverdiyevin həyətinə gəlmişlər. Orada həmin günü Rəvanə ilə oğlu Xəyalın nişan mərasimim olmuşdur. Həmin nişan mərasimində hamı deyib gülərək yeyib-içmişdir. Həmin nişan mərasiminin videogörüntüsü də vardır. Oğlu nişan vaxtı Rəvanəyə artıq nişanlandığı üçün və onunla əlaqə saxlaması üçün 1 ədəd “Samsung” markalı mobil telefon və ***-***-**-** GSM nömrəsini vermişdir. Nişanda Rəvanənin valideyinləri Rəvanənin yaşı tamam olduqdan sonra toy edəcəkləri barədə razılığa gəlmişlər. Bundan sonra onlar yenidən Abşeron rayonuna qayıtmışlar. Həmin vaxtdan sonra oğlu Xəyal hər gün Rəvanə ilə telefon əlaqəsi saxlayaraq danışırmış. xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində oğlu Xəyal onlara zəng edərək, Cəlilabad rayonundan Rəvanə ilə birlikdə evlərinə gəldiyini bildirmişdir. Şükufə də evdə yemək hazırlayıb stol açaraq onların gəlməsini gözləmişdir. Təxminən 2-3 saat sonra yaşadıqları Abşeron rayonu, Masazır kəndində yerləşən “Baxçalı Evlər” yaşayış kompleksi bina 4B mənzil 11 ünvanında qapının açıldığını və Rəvanənin əlində geyim əşyaları olan əl çantası ilə evə daxil olduğunu görüb arvadı Şükufə onu öpüb qucaqlayaraq «xoş gəlmisən» sözlərini demişdir. Bundan sonra onları ilə birlikdə oturub yemək yemişlər. Səhəri gün yəni xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları mənzildə yataq otağında Rəvanə ilə oğlu Xəyal cinsi əlaqədə olmuşlar. Şükufə də bundan sonra qudası Pərvanəyə zəng edərək, göz aydınlığı vermişdir. Maddi vəziyətləri pis olduğu üçün Xəyal toy edə bilməmişdir. Bundan təxminən 1 ay sonra Xəyal Rəvanə ilə ailə qurmağı münasibəti ilə əlaqədar öz ailə üzvləri və qohumlarına yığıncaq təşkil edib qonaqlıq vermişdir. xx xxxx 2019-cu il tarixdə qudası Pərvanənin dəvəti ilə onlar qohumları ilə birlikdə onların təşkil etdiyi barışıq adlı toy mərasiminə getmişlər. Həmin gün Cəlilabad rayonu, Günəşil kəndində qudası Rövşənin həyətində toy mağarı qurularaq Xəyal və Rəvanəyə toy etmişlər. Onlar həmin gün gecəni orada qalıb səhər gün Abşeron rayonuna qayıtmışlar. Xəyal Rəvanə ilə evli olduğu müddətdə o, Xəyal ilə hər dəfə birinci evlilikdən olan övladı Səmanın şəkillərini telefonda saxlamağı səbəbindən mübahisə edərək dalaşırmış. Xəyal da hər dəfə Rəvanəyə Səmanın onun uşağı olduğunu və uşağını ata bilmədiyini deyirmiş. xx xxxxxx 2020-ci il tarixdə Rəvanə yenə də oğlu Xəyal ilə ilk evlilikdən olan övladı Səmanın şəkilinə görə mübahisə edib Səmanın ünvanına qarğış etdiyi üçün Xəyal əsəbiləşib həmin gün axşam evi tərk edib ilk ailəsi olan Aylanın yaşadığı evə getmişdir. Həmin gündən sonra orada yaşamağa başlamışdır. Xəyal anası Şükufə ilə telefon əlaqəsi saxlayarkən, artıq Rəvanə ilə yaşamayacağını deyəndə Şükufə də Rəvanə ilə ayrılmamağı və səbirli olmağı ona demişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində gəlni Rəvanə ilə evdə olarkən arvadı Şükufə yas mərasimindən evə gələrkən Rəvanə anasının da gələcəyini bildirmişdir. Elə bu vaxt qudası Pərvanə də onlara gəlmişdir. Onlar sonuncu ilə görüşüb evə dəvət etmişlər. Pərvanə arvadı Şükufəyə «oğlun Xəyal gəlib mənim ayağımdan öpəcək» sözlərini deyəndə, Şükufə ona səbirli olmasını demişdir. Pərvanə onların yanında telefonla Xəyala zəng edib təhqir etməyə başlayanda Xəyal da onu söyüb telefonu söndürmüşdür. Daha sonra Pərvanə arvadı Şükufə və onun yanında gəlini Rəvanəni əli ilə baş nahiyəsindən vurmuşdur. Daha sonra Rəvanəni də götürüb gedərkən, «sizi polis şöbələrində süründürəcəm» sözlərini demişdir. Arvadı Şükufə gəlini Rəvanəni döyməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş keçirilmiş məhkəmə-tibbi ekspertizanın 150 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarada qoyulmuş suallara uyğun olaraq: 1.Zərərçəkmiş şəxs sağ baldırın yan səthində və sol bazunun ön və bayır səthində qançırlar müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlərmüddəti müayinədən 1-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir.

2. Zərərçəkmiş şəxs qızının qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir.

3. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqdə olmağa dəlalət edir. . İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 851 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs qızının əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntelektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır(psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Sərbəstliyə və müstəqilliyə can atma, aktivlik, emosionallıq, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, qərarın təsviri hissəsində göstərilən hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 290 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qəarda suallara uyğun olaraq, X.Şahid1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Şadlıq mərasimlərini əks etdirən videogörüntülər 04 ədəd «DVD» diskləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X9 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə istintaqı zamanı X9 göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə X2 həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, şahidlərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini X5 cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələbinin olmamasını, tərəflərin faktiki nikah münasibətlərində olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə X2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəza təyini zamanı X4 cəzasını yüngülləşdirən halı, törədilmiş cinayətin az ağır cinayət olmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan şikayətçi olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayəthüquqi təsir tədbirləri tətbiq olunmalıdır. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, X5 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərlərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənləri, zərərçəkmiş şəxsin xahişini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, X9 ona təyin edilmiş cəzanı çəkmədən də islah olunması mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, sınaq müddəti müəyyən edilməsi, onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış şadlıq mərasimlərini əks etdirən videogörüntülər 04 ədəd «DVD» disklərin sahibinə Şahid1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X9 Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilsin. Davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək təqsirləndirilən şəxs X2 üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində X2 davranışı üzərində nəzarətin həyata keçirilməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış şadlıq mərasimlərini əks etdirən videogörüntülər 04 ədəd «DVD» disklərin sahibinə Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar