Məhkəmə qərarları › İş №1(012)-438/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-438/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-438/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Abşeron rayon Vəkil Bürsunun vəkili X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 13 aprel 2020-ci il tarixdə saat 19 radələrində, qonşusu Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır kəndi, A.Abbasov küçəsi 4-də yerləşən yaşayış evinin hasardan keçərək həyətinə sonra isə açıq qalmış qapıdan evinə qanunsuz daxil olmaqla, otaqda divara bərkidilmiş bir ədəd 250 (iki yüz əlli) manat dəyərində «LC» markalı televizoru gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 aprel 2020-ci il tarixdə saat 03 radələrində qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Masazır kəndi qəsəbəsi A.Abbasov küçəsi 6-da yerləşən evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq saxlanc yeri kimi evin arxasına qoyulmuş bir ədəd 160 (yüz altımış) manat dəyərində «Saft» markalı velosipedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, 2020-ci ili mart ayından qonşusu Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin karantin rejimi ilə əlaqədar Neftçala rayonuna getmişlər. 13 aprel 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 və ailə üzvüləri evdə olmadığı üçün, hasardan qonşusu Zərərçəkmiş şəxs1 evinin həyətinə keçmiş, Zərərçəkmiş şəxs1 evinin giriş qapısının açıq olduğunu görüb, həmin qapıdan Elmarın evinə daxil olmuş, otaqlardan birinə keçib orada divara vurulmuş «LC» markalı, plazma televizoru asılqandan çıxararaq özü ilə götürmüş, gəldiyi kimi hasardan keçərək öz yaşadığı evə gedərək televizoru yaşadığı evin həyətində olan dolabın içərisinə qoyaraq orada izlətmişdir. Həmin vaxtı evlərində heç kim olmamış, atası Cavanşir İsmayılov işdə olmuşdur. Həmin oğurluq hadisəsindən bir neçə gün sonra, Zərərçəkmiş şəxs1 evindən televizorun oğurlanması ilə əlaqədar polisə şikayət etdiyini eşitmiş, həmin oğurluğa görə polisin və Elmarın ondan şübhələnəcəyini başa düşdüyü üçün, 19 aprel 2020-ci il tarixdə televizoru yaşadığı evdə gizlətdiyi yerdən götürmüş, Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək, evindən oğurladığı televizoru Elmarın özünə qaytarmışdır. Onun Elmarın evindən televizor oğurlamasını özündən başqa heç kim bilməmişdir. O, Elmarın evindən televizoru tək oğurlamış, lakin sonradan polisin və Elmarın ondan şübhələnəcəyini başa düşdüyü üçün televizoru Elmarın özünə qaytarmışdır. O, bundan başqa 10 aprel 2020-ci il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 gizlin olaraq yaşadığı evin həyətində olan bir ədəd velosipedi oğurlamışdır. Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşayır, o, yaşıdığı evin hasarından baxanda Habilin azyaşlı oğlunun velosepidinin həyətdə olduğunu görmüş, maddi vəziyyəti yaxşı olmadığı üçün, həmin velosipedi oğurlayıb satmaq fikirinə düşmüşdür. 10 aprel 2020-ci il tarixdə gecə saat 03 radələrində hasardan qonşusu Zərərçəkmiş şəxs2 həyətinə keçmiş, Habilin həyətində evin arxasına qoyulmuş bir ədəd velosipedi oğurlayaraq, Zərərçəkmiş şəxs2 yaşadığı evin həyət qapısını içəridən açmış, oğurladığı velosipedi idarə edərək yaşadığı evə gəlmişdir. Həmin velosipedi yaşadığı evin həyətində gizlətmiş, 20 aprel 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evin həyətinə gəlmiş, ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 azyaşlı oğlunun velosipedinin oğurladındığını, həmin oğurluqda ondan şübhələndiklərini demişlər, sonra isə onu polisə dəvət etmişlər. O, polis idarəsinə gələndən sonra bir ədəd televizor və bir ədəd velosiped oğurladığını etiraf etmiş, Elmarın evindən oğurladığı bir ədəd televizoru Elmarın özünə qatardığını, bir ədəd oğurladığı velosipedi isə Habilin özünə qaytarmışdır. O, törətdiy əməldən peşman olmuş, bir ədəd televizor və bir ədəd velosipeddən əlavə olaraq heç nə oğurlamadığını bildirmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs 14.04.2020-ci il tarixdə evindən oğurluq olduğunu aşkar etdiyi üçün Abşeron rayonun polis idarəsinə şikayət etmiş, həmin şikayət ərizəsi ilə əlaqədar göstərmişdir ki, 2013-cü ildən Abşeron rayonu, Masazır kəndində A.Abbasov küçəsində, yeni məhəllədə aldığı evdə ailə üzvüləri ilə birlikdə yaşayır. 2020-ci ildə «Novruz» bayramından əvvəl ailə üzvülərini qeydiyyatda olduğu Neftçala rayonuna yola salmış, bir müddət sonra isə ölkədə karantin rejimi olduğu, heç bir iş olmadığı üçün özüdə Neftçala rayonuna getmək qərarına gəlmişdir. 29.03.2020-ci il tarixdə yaşadığı evin giriş qapısının açarı xarab olduğu üçün, giriş qapısının arxasına ağac söykəmiş, həyat darvazasının qapısını bağlayaraq, qeydiyyatda olduğu ata yurdu Neftçala rayonuna getmişdir. 14.04.2020-ci il tarixdə Abşeron rayon, Masazır kəndində yerləşən evinə qayıtmış, yaşayış evinin giriş qapısı açıq olduğunu görmüş, evə daxil olanda otaqda divara vurduğu «LC» markalı plazma televizorun orda olmadığını, oğurlandığını görmüş, dərhal həyat yodaşından evdə olan digər qiymətli əşyalırn yerini soruşmuş, evdə olan ədigər əşyaların yerində olduğunu, yalnız bir ədəd divara vurduğu televizorun oğurlandığını, başqa heç nə oğurlanmadığını müəyyən etdikdən sonra, istifadəsində olan mobil telefonla DİN-nin 102 zəng-mərkəzinə həmin oğurluq barədə məlumat vermişdir. Bir az sonra polis əməkdaşları hadisə yerinə gələrək ondan ərizə və izahat alaraq hadisə yerinə baxış keçirmişlər. 20 aprel 2020-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs onun evindən televizor oğurlanması ilə əlaqədar polisə şikayət etdiyni eşitdiyi üçün, polisin ondan şübhələnəciyni başa düşüb, onun evindən oğurladığı televizoru gətirib onun özünə qaytarmışdır. O, bir ədəd «LC» markalı plazma televizoru 2018-ci ildə 450 manata almış, aldığı vaxtdan da həmin televizoru istifadə etmişdir. Bu səbəbdən də məhkəmə əmtəşünaslıq ekspertizanının 10 iyun 2020-ci il tarixli 9/950 saylı rəyi ilə tanış olarkən həmin rəydə göstrilən bir ədəd istifadədə olmuş «LC» markalı «32DB552U» modelli, 32 düyümlü, 81 sm dioqanallı telefizorun 2020-ci ili naprel ayına orta bazər qiyməti nəzəri qaydada təxminən 250,00 manat müəyyən edilməsi barədə rəylə razı olmuşdur. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 aprel 2020-ci il tarixdə yaşadığı Abşeron rayonu, Masazır kəndi, A.Abbasov küçəi 6 saylı evdən bir ədəd «Saft» markalı velosipedinin oğurlanmasını müəyyən etmiş, həmin «Saft» markalı velosipedi 2019-cu ildə 600 manata almış, həmin velosipedi həyətdə yaşadığı evin həyətində saxlamışdır. 17 aprel 2020-ci il tarixdə yaşadığı həyətdə evin araxasına keçən vaxtı evin arxasına qoyduğu velosipedin orada olmadığını görmüşdür. O,həmin velosipedin oğurlanmasında qonşusu Təqsirləndirilən şəxs şübhələnmiş, bu səbəbdən də 20 aprel 2020-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müracəit edərək yaşadığı evin həyətindən velosipedinin oğurlanması ilə əlaqədar şikayət etmişdir. O, velosipedinin oğurlanması ilə əlaqədar sahə rəisi Şahid da məlumat vermiş, Sahə rəisi onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yani Nurlanın evinə gedib həyətə baxanda ona məxsus olan «Saft» markalı, velosipedin həyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs həmin velosipedi oğurladığını sonra isə yaşadığı evin həyətinə saxladığını bildirmiş, sonra isə Nurlan həmin velosipedi gətirib onun özünə qaytarmışdır. O, həmin velosipedi Nuprlandan alıb yaşadığı evin həyətinə gətirmişdir. O, həmin velosipedi 2019-cu ildə 600 manat almış, təxminən bir il istifadə edəndən sonra qonşusu Təqsirləndirilən şəxs hasardan keçərək oğurlamış, həmin velosipedi 600 manat alsada bir il istifadə etmiş, ona görə də məhkəmə əmtəşünaslıq ekspertizası tərəfindən həmin velosipedə qoyulmuş 160 manat qiymətlə razı olmuş və həmin oğurluq nəticəsində ona 160 manat maddi ziyan dəydini göstərmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin ictima təhlükəsizlik şöbəsinin sahə rəisi polis mayoru Şahid Aydın oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayon, Masazır qəsəbəsində sahə rəisi vəzifəsində işləyir. 2020ci ilin aprel ayında onun xidməti ərazisində yaşayan Zərərçəkmiş şəxs2 ona zəng edərək həyətində olan bir ədəd velosipedin oğurlandığını bildirmişdir. O, xidməti əraziyə getmiş, Zərərçəkmiş şəxs2la birlikdə, Habilin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Habilin həyətindən oğurlanmış velosipedi, Nurlanın yaşadığı evin həyətində aşkar etmişlər. Nurlan həmin velosipedi oğurladığını bildirmiş, sonra isə həmin velosipedi Habilə qaytarmışdır. Habil isə həmin velosipedi öz yaşadığı evin həyətinə aparmışdır. O, Təqsirləndirilən şəxs qonşusu Elmir İsmayılovun da evindən bir ədəd “LC” markalı televizorunu oğurladığını, Nurlan həmin televizoruda Elmarın özünə qaytardığını eşitmişdir. Təqsirləndirilən şəxs barəsində hər iki faktla əlaqədar istintaq aparıldığını, Təqsirləndirilən şəxs həmin faktlara görə məsuliyyətə cəlb olunmuş və barəsində politsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Azərbaycan Respublikası Cəlilabad Hərbi Məhkəməsinin 12 avqust 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.1, 182.2.2 və 182.2.3cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2 , 332.2.3 maddələri ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) ay müddətinə, azadlıqdan mərhum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 10 (on) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzası qismən toplaaqla Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. 30.01.2015-ci ildə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən X3 məhkumluğu ödənilməmişdir. 24.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 24 iyun 2020-ci il tarixdə ittiham elan edilməsi və barəsində qətimkan tədbiri seçilməsi üçün Təqsirləndirilən şəxs tutulması haqqında axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. 26 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsi ilə dayandırılmışdır. 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs özü könüllü gələrək istintaqa təslim olmuşdur. 27.04.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 cü maddələri ilə ittiham elan edilmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. 01.05.2021-ci il tarixdə ibtidai istintaqın qurtarmasını və ibtidai istintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək üçün, Təqsirləndirilən şəxs tutulması haqqında axtarış elan edilmişdir. 01.05.2021-ci il tarixdə ********* saylı cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsi ilə dayandırılmışdır 23.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, Abşeron rayon Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. 23.06.2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat təzələnmiş, 23.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədə qalmışdır. İş materiallarında olan 10 iyun 2020-ci il tarixli 9/950 saylı məhkəmə əmtəşünaslıq ekspertizasının rəiyndən görünür ki, 1 ədəd istifadə olunmuş «LC» markalı «32DB552U» modelli, 32 düyümlü,81 sm dioqanallı televizorun 2020-ci ili naprel ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 250 manat müəyyən edilmişdir. İş materiallarında olan 01.06.2020-ci il tarixli 9/949 saylı məhkəmə əmtəşünaslıq ekspertizasının rəiyndən görünür ki, 01 ədəd qara-göy rəngli «Saft» markalı ZY-600 model velosipedin istifadə olması nəzərə almaqla 2020-ci ilin aprel ayına olan respublika daxili orta bazar qiyməti təxminən 160 manat müəyən edilmişdir. İş materiallarında cinayət işi üzrə götürülmüş bir ədəd “LC” markalı televizor maddi subut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1 oğluna qaytarılmışdır. Bundan başqa cinayət işi üzrə götürülmüş bir ədəd “Saft» markalı velosiped maddi subut kimi tanınmış və saxlanılmasından ötürü Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənildiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qtimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan bir ədəd “LC” markalı televizorun Zərərçəkmiş şəxs1 oğluna qaytarılması nəzərə alınmalıdır. Bundan başqa iş üzrə maddi sübut cinayət işi üzrə götürülmüş bir ədəd “Saft» markalı velosipedin saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X6 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı o, məhkəmə iclas zalında həbs olunduğu vaxtdan yəni, 12 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan olan bir ədəd “LC” markalı televizorun Zərərçəkmiş şəxs1 və bir ədəd "Saft" markalı velosipedin isə saxlanılmasından ötürü Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar