Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-438/2023 18.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əi qızının, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1965-ci ildə Sabirabad anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, ali təhsilli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə etməklə onu 8000(səkkiz min) manat pul müqabilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” agentliyinə işə düzəldəcəyi adı ilə aldadaraq sonuncunn xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə ərazisində bu adla 8000(səkkiz min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nüşabə adlı tanışının vasitəsi ilə tanımışdır.Nüşabə ilə söhbət əsnasında Nüşaba ona Vüsalə adlı tanışı olduğunu, həyat yoldaşının dünyasını dəyişdiyini və iki övladına tək baxdığını bildirmiş və onu işə düzəltmək istədiyini bildirmişdir. Bundan sonra o,Vüsalə ilə danışmaq istədiyini bildirmiş və Nüşabənin telefonu ilə Vüsalə ilə danışmışdır. Danışıq əsasında Vüsalənin yaxşı,təhsili,ixtisası və əvvəllər işlədiyi yerlər barədə soruşmuşdur. Bundan sonra Vüsalə ona Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin “Dost” agentliyində işləmək istədiyini bildirmişdir.O,isə Zərərçəkmiş şəxs həmin yerə tanışlarının vasitəsi ilə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Vüsalə ilə növbəti telefon zamanı onu işə düzəldə biləcəyini və bu iş üçün 8000 manat pul lazım olduğunu demişdir. Bundan sonra Vüsalə ilə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə ərazisində Sevda adlı rəfiqəsinin evində görüşmüşdür. Həmin vaxtı tanışı Nüşaba,Vüsalə Zərərçəkmiş şəxs Mansuroavnın anası Validə də orada olmuşdur.Həmin vaxtı o, Zərərçəkmiş şəxs Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin “Dost” mərkəzinə işə düzəldəcəyini bildirib ondan 8000 manat pul almışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona iş barədə çoxlu suallar verdiyini və narahat olduğunu bildirdiyi üçün o Vüsaləyə təklif etmişdir ki, notariat kontoruna getsinlər və pulu notariat qaydada ondan götürsün. Bundan sonra o,Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qardaşı və anası birlikdə Abşeron rayonu Xırdalan şəhəri, 1 saylı notariat kontoruna gedərək orada borc müqaviləsi bağlamışlar.Bundan sonra o əldə etdiyi pulu öz şəxsi ehtiyyaclarına xərcləmiş və onun Zərərçəkmiş şəxs faktiki işə düzəldə bilmək üçün bir imkanı olmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əi qızı ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında Qazax rayonuna dayısı gilə qonaq gedən zaman orada onların qonşusu olan Nüşabə adlı qadınla tanış olmuşdur. Həmin qadınla söhbət əsnasında ailə vəziyyəti barədə danışmışdır. Belə ki, ona iki ali təhsilim olduğunu, və iki azyaşlı uşağa baxdığını həyat yoldaşının dünyasını dəyişdiyini demişdir.Nüşabə ondan işləyib-işləmədiyini soruşmuşdur. O da Nüşabayə uşaqlarının azyaşlı olduğu üçün indiyə kimi özünün işləmək istəmədiyini lakin hal-hazırda iş axtardığını bildirmişdir. Nüşabə ona iş tapmaqda kömək edəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən 3 ay sonra Nüşabə ona zəng vuraraq Diləfruz adlı bir qadın tanıdığını pul müqabilində istənilən yerə işə düzəldə biləcəyini bildirmişdir. Ondan harada işləmək istədiyini soruşmuşdur. O da “Asan xidmət” və “Dost” mərkəzi kimi yerlərdə işləmək istədiyini bildirmişdir. Bundan sonra Nüşabə ona bildirmişdir ki, Diləfruz adlı həmin qadınla danışıb onu dost mərkəzinə düzəldə bilib-bilməyəcəyini soruşub ona xəbər verəcəkdir.Həmin gündən təxminən 2 gün sonra Nüşabə ona yenidən zəng vuraraq bildirmişdir ki, Diləfruzla birlikdədir və birlikdə çay içirlər. Nüşabə ona telefonu Diləfruza verdiyini və iş barəsində onunla danışıb suallarını ona verməyini bildirmişdir.O da ilk dəfə telefonda Diləfruzla danışıb tanış olmuşdur. Diləfruz ondan yaşını,təhsilini əvvəllər harada işlədiyini soruşmuşdur.Bundan sonra Diləfruz ona bir tanışı olduğunu onu “Dost” mərkəzinə işə düzəldə bilib-bilməyəcəyini öyrənəcəyini billdirmişdir. Həmin gündən 2 gün sonra 2021-ci ilin oktyabr ayının 6-da Diləfruz yenidən Nüşabənin mobil telefonu ilə ona zəng edərək onu “Dost” mərkəzinə işə düzəldə biləcəyini və bu işin müqabilində 8000(səkkiz min) manat pul lazım olduğunu və həmin pulu sabah üçün çatdırmalı olduğunu bildirmişdir.O, sabah üçün o məbləğdə pulu çatdıra bilməyəcəyini bildirmişdir. Diləfruz da ona işi itirəcəyini həmin iş üçün çoxlu sayda namizəd olduğunu əgər işi istəyirsə sabah üçün mütləq pulu çatdırmalı olduğunu bildirmişdir. O da qardaşı Mürsələ zəng vurmuş və məsələ barədə ona demişdir. Mürsəl öz dostlarından 8000 manat pul borc toplayaraq sabah Diləfruza vermək üçün yaşadığı evə gətirmişdir.xx.xx.2021-ci il tarixdə o, qardaşı Mürsəl və anası Validə birlikdə 8000 manat pulu da götürüb Xırdalan şəhərində Diləfruzla görüşüb pulu vermək üçün getmişlər. Diləfruzun onda nömrəsi olmadığı üçün o, Nüşabayə zəng vurmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində onlar Nüşabə ilə Xırdalan şəhər AAAF park yaşayış kompleksi tərəfdə görüşmüşdür. Nüşabə onlarla birlikdə qardaşının idarə etdiyi avtomobilə əyləşərək Diləfruzun yanına Xırdalan şəhəri 28ci məhəllə ərazisinə Diləfruzun rəfiqəsi Sevda adlı qadının evinə getmişlər . Həmin mənzilə çatdıqda o və anası Nüşabə ilə birlikdə Diləfruzun yanına qalxmışlar. Qardaşı Mürsəl isə avtomobildə onları gözləmişdir o, ilk dəfə həmin mənzildə Diləfruzu görmüş və onunla tanış olmuşdur.O, Sevda adlı qadının ünvanını bilmədiyi mənzilinə daxil olduqdan sonra Diləfruzla üz-üzə anasının yanında əmin olmaq üçün yenidən iş barəsində danışmışdır. Dəqiqləşdirmək üçün Diləfruzdan bir neçə sual soruşmuş və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini,ali təhsil haqqında diplomunun surətini və 8000(səkkiz min) manat pulu anasının yanında Diləfruza vermişdir. Bundan sonra Diləfruz ona bir ay müddətində Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin “Dost” agentliyini işə düzələcəyini bildirmişdir. Hətta qeyd etmişdirki, ola bilsin daha tez bir müddətə yəni 20-25 günə də onu işə düzəldə bilsin. Eyni zamanda Diləfruz çox sayda insanı işə düzəltdiyini bildirmişdir. O, 8000 manat pulu Diləfruza verdikdən sonra iş barəsində ona çoxlu suallar vermişdir. Və aldadılmaqdan qorxduğunu narahat olduğunu qeyd etmişdir.Diləfruz ona bildirmişdir ki, əgər pulnan bağlı narahatlıq varsa pulu notariat kontorunda da ondan götürə bilər. O, də razılaşmışdır. O, anası, qardaşı və Diləfruzla birlikdə Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinə getmişdir. Diləfruz 8000 manat pul üzərində ola-ola onunla borc müqaviləsi bağlamışdır.Bundan sonra onlar çıxıb evlərinə getmişlər. Həmin vaxtdan hal-hazıradək Diləfruz müxtəlif bəhanələr gətirərək nə ondan aldığı pulu geri qaytarır nədəki onu işə düzəltmişdir.Hər dəfəsində pulu istədikdə onu işə düzəltmək üçün pulu Ramil Şükürov adlı şəxsə veridiyini və həmin şəxsin tutulduğunu bildirmişdir.O Təqsirləndirilən şəxs şikayət edəcəyini bildirdikdə sonuncu onunla arasında müqavilə olduğunu bunun üçün polis onun barəsində heç bir tədbir görə bilməyəcəyini məhkəmə müraciət etməyimi aylıq 30-40 manat pul geri qaytarmaq imkanının olduğunu bildirmişdir. O, artıq aldadıldığını başa düşdüyü üçün polisə müraciət etmişdir. Eyni zamanda tələbinin həmin şəxsin barəsində qanuni tədbir görülməsindən və ona dəymiş maddi ziyanın ödənilməsindən ibarət olduğunu qeyd etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır.Qızı Vüsalə 2021-ci ilin iyul ayında Qazax rayonuna qardaşıgildə qonaq olan zaman orada onların qonşusu Nüşabə adlı qadınla tanış olmuşdur. Həmin qadınla söhbət əsnasında ailə vəziyyəti barədə danışmış ona ali təhsilli olduğunu həyat yoldaşının dünyasını dəyişdiyini və iki azyaşlı uşağa baxdığını əvvəllər uşaqlar azyaşlı olduğu üçün işləyə bilmədiyini halhazırda isə iş axtardığını bildirmişdir.Nüşabə isə qızına iş tapmaqda kömək edəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən 3 ay sonra qızı evdə olan zaman Nüşabə ona yenidən zəng vuraraq Diləfruz adlı bir qadın tanıdğını pul müqabilində istənilən yerə işə düzəldə biləcəyini bildirmişdir.Qızından harada işləmək istədiyini soruşmuş qızı isə bildirmişdir ki, Dost mərkəzində işləmək istəyir.Bundan sonra Nüşabə ona bildirmişdir ki, Diləfruz adlı həmin qadınla danışıb onu dost mərkəzinə düzəldə bilib-bilməyəcəyini soruşub qızına xəbər verəcəkdir.Həmin gündən təxminən 2 gün sonra Nüşabə qızına yenidən zəng vuraraq bildirmişdir ki, Diləfruzla birlikdədir və birlikdə çay içirlər.Nüşabə həmin vaxtı telefonu Diləfruz verib qızı ilə danışdırmışdır. Diləfruz qızından şəxsi anket məlumatlarını təhsilini işlədiyi yerləri yaşını və sair soruşmuşdur. X10 mərkəzində işləmək istədiyini bildirdikdə Diləfruz hansısa adını bilmədiyi müəllim deyə xitab etdiyi şəxslə danışıb qızına məlumat verəcəyini bildirmişdir.Bundan 2 gün sonra 2021-ci ilin oktyabr ayının 6-da Diləfruz yenidən Nüşabənin mobil telefonu ilə qızı Vüsaləyə zəng edərək müəllim adlandırdığı kimliyini bizə demədiyi şəxslə danışdığını,qızını “Dost” mərkəzinə işə düzəldə biləcəyini və bu işin müqabilində 8000(səkkiz min) manat pul lazım olduğunu və həmin pulu sabah üçün çatdırmalı olduğunu bildirmişdir.Bundan sonra qızı Diləfruza bildirdikdə ki, həmin pulu sabah üçün düzəldə bilməyəcək Diləfruz o zaman qızının işi itirəcəyini həmin yer üçün çoxlu namizəd olduğunu bildirmişdir. Sabah saat 10 üçün pulun çatdırılmalı olduğunu bildirmişdir. Bundan sonra oğlu Mürsəl öz tanışlarından həmin 8000 manat pulu borc alaraq sabaha qədər pulu düzəltmişdir. Bundan sonra həmin günün səhər o, qızı Vüsalə oğlu Mürsəlin avtomobili ilə Abşeron rayonu Xırdalan şəhərində Diləfruzla görüşüb pulu vermək üçün getmişlər. Diləfruzun onlarda nömrəsi olmadığı üçün qızı Nüşabayə zəng vurmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində onlar Nüşabə ilə Xırdalan şəhər AAAF park yaşayış kompleksi tərəfdə görüşmüşlər. Nüşabə onlarla birlikdə oğlunun idarə etdiyi avtomobilə əyləşərək Diləfruzun rəfiqəsi Sevda adlı qadının evində olduğunu ora getməli olduqlarını bildirmişdir. Onlar birlikdə Sevda adlı qadının yaşadığı mənzilə getmişlər. Həmin mənzilə çatdıqda o, və qızı Nüşabə ilə birlikdə Diləfruzun yanına qalxmışlar. Oğlu Mürsəl isə avtomobildə onları gözləmişdir o ilk dəfə həmin mənzildə Diləfruzu görmüşdür və onunla tanış olmuşdur.O Sevda adlı qadının ünvanını bilmədiyini mənzilinə daxil olduqdan sonra Diləfruzla üz-üzə qızının yanında əmin olmaq üçün yenidən iş barəsində danışmışlar. Diləfruzla görüşən kimi Diləfruz təyin olunmuş vaxtdan gec gəldiyimiz üçün onlara acıqlanmışdır.O, isə gecikdiyi üçün ondan üzürxahlıq etmişdir. Dəqiqləşdirmək üçün Diləfruzdan bir neçə sual soruşmuş qızı isə özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini,ali təhsil haqqında diplomun surətini və 8000(səkkiz min) manat pulu onun yanında Diləfruza vermişdir . Bundan sonra Diləfruz qızına bir ay müddətində onu Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin “Dost” agentliyinə işə düzələcəyini bildirmişdir. Hətta qeyd etmişdir ki, ola bilsin daha tez bir müddətə yəni 20 25 günə də onu işə düzəldə bilsin. Eyni zamanda Diləfruz çox sayda insanı işə düzəltdiyini bildirmişdir. Qızı 8000 manat pulu Diləfruza verdikdən sonra iş barəsində ona çoxlu suallar vermiş və aldadılmaqdan qorxduğunu narahat olduğunu qeyd etmişdir.Diləfruz isə onlara bildirmişdir ki, əgər pulnan bağlı narahatlıq varsa pulu notariat kontorunda da onlardan götürə bilər. Onlar da razılaşmışlar. O, qızı , oğlu və Diləfruz birlikdə Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinə getmişlər. Diləfruz 8000 manat pul üzərində ola-ola qızı Vüsalə ilə borc müqaviləsi bağlamışdır.Bundan sonra onlar çıxıb evlərinə getmişlər. Həmin vaxtdan hal-hazıradək Diləfruz müxtəlif bəhanələr gətirərək nə onlardan aldığı pulu geri qaytarmış nədəki qızını işə düzəltmişdir.Hər dəfəsində pulu istədikdə qızını işə düzəltmək üçün pulu Ramil Şükürov adlı şəxsə veridiyini və həmin şəxsin tutulduğunu bildirmişdir. Ona etdiyi əməllər barəsində polisə müraciət edəcəyi bildirdikdə isə qızı Vüsalə ilə aralarında müqavilə olduğunu bunun üçün polis onun barəsində heç bir tədbir görə bilməyəcəyini məhkəmə müraciət etməyini aylıq 30-40 manat pul geri qaytarmaq imkanının olduğunu bildirmişdir. O,artıq aldadıldığını başa düşdüyü üçün də polisə müraciət etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır.Bacısı Vüsalə 2021-ci ilin iyul ayında Qazax rayonuna dayısıgildə qonaq olan zaman orada onların qonşusu Nüşabə adlı qadınla tanış olmuşdur. Həmin qadınla söhbət əsnasında ailə vəziyyəti barədə danışmış ona ali təhsilli olduğunu həyat yoldaşının dünyasını dəyişdiyini və iki azyaşlı uşağa baxdığını əvvəllər uşaqlar azyaşlı olduğu üçün işləyə bilmədiyini hal-hazırda isə iş axtardığını bildirmişdir.Nüşabə isə bacısına iş tapmaqda kömək edəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən 3 ay sonra bacısı evdə olan zaman Nüşabə ona yenidən zəng vuraraq Diləfruz adlı bir qadın tanıdğını pul müqabilində istənilən yerə işə düzəldə biləcəyini bildirmişdir.Bacısından harada işləmək istədiyini soruşmuş bacısə isə bildirmişdir ki, Dost mərkəzində işləmək istəyir.Bundan sonra Nüşabə ona bildirmişdir ki, Diləfruz adlı həmin qadınla danışıb onu dost mərkəzinə düzəldə bilib-bilməyəcəyini soruşub bacısına xəbər verəcəkdir.Həmin gündən təxminən 2 gün sonra Nüşabə bacısına yenidən zəng vuraraq bildirmişdir ki, Diləfruzla birlikdədir və birlikdə çay içirlər.Nüşabə həmin vaxtı telefonu Diləfruz verib bacısı ilə danışdırmışdır. Diləfruz bacısından şəxsi anket məlumatlarını təhsilini işlədiyi yerləri yaşını və sair soruşmuşdur. X9 mərkəzində işləmək istədiyini bildirdikdə Diləfruz hansısa adını bilmədiyi müəllim deyə xitab etdiyi şəxslə danışıb bacısın məlumat verəcəyini bildirmişdir.Bundan 2 gün sonra 2021-ci ilin oktyabr ayının 6-da Diləfruz yenidən Nüşabənin mobil telefonu ilə bacısı Vüsaləyə zəng edərək müəllim adlandırdığı kimliyini bizə demədiyi şəxslə danışdığını,bacısını “Dost” mərkəzinə işə düzəldə biləcəyini və bu işin müqabilində 8000(səkkiz min) manat pul lazım olduğunu və həmin pulu sabah üçün çatdırmalı olduğunu bildirmişdir.Bundan sonra bacısı ona zəng vuraraq məsələni ona demişdir və sabah üçün 8000 manat pul lazım olduğunu çatdırmadığı təqdirdə işi itirəcəyini bildirmişdir. O da çalışıb pulu toparlayacağını demişdir. Bundan sonra öz tanışları vasitəsi ilə gecə vaxtı həmin pulu yığıb düzəltmişdir.Həmin günü səhəri onun avtomobili ilə anası və bacısı birlikdə Abşeron rayonu Xırdalan şəhərində Diləfruzla görüşüb pulu vermək üçün gəlmişlər. Diləfruzun nömrəsi olmadığı üçün bacısı Nüşabayə zəng vurmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində onlar Nüşabə ilə Xırdalan şəhər AAAF park yaşayış kompleksi tərəfdə görüşmüşlər. Nüşabə onlarla birlikdə onun idarə etdiyi avtomobilə əyləşərək Diləfruzun rəfiqəsi Sevda adlı qadının evində olduğunu ora getməli olduqlarını bildirmişdir. Onlar birlikdə Sevda adlı qadının yaşadığı mənzilə getmişlər. Həmin mənzilə çatdıqda anası və bacısı Nüşabə ilə birlikdə Diləfruzun yanına qalxmışdır. O, isə aşağıda avtomobildə onları gözləmişdir. Həmin mənzildən çıxdıqdan sonra onlar birlikdə notariat kontoruna getmişlər. Sonradan o öyrənmişdir ki, Diləfruz Sevda adlı qadının evdində anasından və bacısından 8000 manat pulu alaraq bacısını 1 ay müddətində Dost mərkəzinə işə düzəldəcəyini bildirmişdir.Həmin vaxtı xeyli müddət keşməsinə baxmayaraq Diləfruz nə aldığı 8000 manat pulu geri qaytarmış nə dəki bacısını işə düzəltmişdir. Onlar Diləfruz barədə maraqlandıqda öyrənmişlər ki, Diləfruz elə bu cür insanları aldatmaqla məşğuldur və bunun üçün də əvvəllər məhkum olunmuşdur. Ona görə də onun barəsində şikayət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qazax rayonunda yaşayır. 2021-ci ilin iyul ayında Qazax rayonuna qonaq gələn Zərərçəkmiş şəxs tanımışdır. Həmin qadınla söhbət əsnasında ailə vəziyyəti barədə danışmışlar. Belə ki, Vüsalə ona iki ali təhsili olduğunu, və iki azyaşlı uşağa baxdığını həyat yoldaşının dünyasını dəyişdiyini əvvəllər uşaqlarının azyaşlı olduğu üçün indiyə kimi özünün işləmək istəmədiyini lakin hal-hazırda iş axtardığını bildirmişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxs Vüsaləni işə düzələ biləcəyini düşündüyü üçün Vüsaləyə zəng vuraraq belə bir tanışı olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. Həmin gündən təxminən 2 gün sonra o, Diləfruzla birlikdə olan zaman ona Vüsalə barədə danışmışdır və Vüsalənin iş axtardığını bildirmişdir. Diləfruzdan Vüsaləni işə düzəldib düzəldə bilməyəcəyini soruşmuşdur. Diləfruz Vüsalə ilə danışmaq istədiyi üçün Vüsaləyə zəng edib telefonu Diləfruza vermişdir. Diləfruz Vüsalədən yaşını,təhsilini,ixtisasını,harada işləmək istədiyini və sair soruşmuşdur. Vüsalə Diləfruza “Dost” mərkəzində işləmək istədiyini bildirmişdir. Bundan sonra Diləfruz Vüsaləyə öz tanışları ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Həmin gündən təxminən 2 gün sonra Diləfruzla yenidən görüş zamanı ona bildirmişdir ki, Vüsaləni işə düzəldə bilər.Yenidən onun telefonu ilə Vüsaləyə zəng edib öz tanışları ilə danışdığını onu işə düzəldə biləcəyini bildirmiş və bunun üçün Vüsalədən 8000 manat pul istəmişdir. X8 pulu sabah üçün çatdırmalı olduğunu əks halda həmin iş üçün çoxlu nazmizədlər olduğunu və işin əldən çıxacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Vüsalə ona zəng vuraraq Diləfruzla görüşmək istədiklərini bildirmişlər. O, saat təxminən 13 radələrində Vüsalə ilə görüşmüşdür. Həmin vaxtı Vüsalənin yanında anası və qardaşı da olmuşdur.O, Vüsalənin qardaşının maşınına əyləşib Diləfruzun qaldığı evə getmişdir. Diləfruz Sevda adlı rəfiqəsinin yanında olduğundan diləfruzu görmək üçün həmin mənzilə getmişlər. Mənzilə çatdıqda Diləfruz Vüsalə və anası birlikdə Diləfruzun yanına qalxmışlar.Vüsalə ilə üzbəüz görüşdükdən sonra Vüsalə yenidən anasının yanında Diləfruza işlə bağlı suallar verməyə başlamış və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini,ali təhsil haqqında diplomunun surətini və 8000(səkkiz min) manat pulu Diləfruza vermişdir. Bundan sonra Diləfruz onu bir ay müddətində Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin “Dost” agentliyini işə düzələcəyini bildirmişdir. Hətta qeyd etmişdir ki, ola bilsin daha tez bir müddətə yəni 20-25 günə də onu işə düzəldə bilsin. Vüsalə 8000 manat pulu Diləfruza verdikdən sonra iş barəsində ona çoxlu suallar vermiş və aldadılmaqdan qorxduğunu narahat olduğunu qeyd etmişdir. Diləfruz ona bildirmişdir ki, əgər pulnan bağlı narahatlıq varsa pulu notariat kontorunda da ondan götürə bilər. Vüsalə də onunla razılaşmışdır.Bundan sonra o, çıxıb öz işlərinin arxasınca getmişdir. Vüsalə və Diləfruz isə notariat kontoruna getmişlər.Həmin vaxtdan bir müddət sonra o, öyrənmişdir ki, Vüsalənin işi alınmayıb və Diləfruz da ona pulu qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bundan başqa Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işi baxılması üçün Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Bakı Ağır cinayətlər məhkəməsi tərəfindən verilmiş məktubdan görünür ki, həmin cinayət işi hal-hazırda məhkəmənin icraatındadır. Zərərçəkmiş şəxs Əi qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Mərkəzi” filialına xx.xx.2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 8.000 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 2.000 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-438/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-438/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver