Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-438/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Nağıyeva Rəvanə Binyamin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşamış, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs məxsus “Qaz 31105" markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirəcəyini dair yalan vədlər verib aldadaraq həmin işlərin görülməsi müqabilində Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində 50 manat, xx.xx.2020-ci il tarixdə həmin yerdə 500 manat, xx.xx.2020-ci il tarixində həmin yerdə 500 manat, xx.xx.2020-ci il tarixində həmin yerdə 100 manat alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 1150 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təmir etdirmək üçün əldə etdiyi Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə ünvanında ona yerdiyi 9000 manat dəyərində “Qaz 31105” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin iyul-avqust aylarında sonuncudan gizli Abşeron rayonu Müşviq qəsəbəsi ərazisinə, yaşayış olmayan “səhralıq” bir əraziyə aparıb orada avtomobili hissələrə ayırıb avtomobil ehtiyat hissələri alış-satışı ilə məşğul olan məntəqələrə, satılmayan hissələrini isə metallom kimi metal qəbulu məntəqələrinə satmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 9000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid1 bir müddət əvvəl Zərərçəkmiş şəxs rəhbəri olduğu tədris kursunda müəllimə işləməsi ilə bağlı sonuncu ilə bir neçə ildir ki, münasibətləri yaranmışdır. Belə ki. arvadı Aynurə onun tədris mərkəzində müəllimə işləmiş və o arabir ora gedib-gələn zaman Ədaləti tanımışdır. Bir neçə dəfə həyat yoldaşını işdən götürmək üçün gedəndə, sonuncunun xahişi ilə onun **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz 31105" markalı avtomobilinin bəzi detallarını təmir etmişdir. xx.xx.2020-ci il tarixdə növbəti dəfə həyal yoldaşının çalışdığı "xxxx" MMC hüquq xidməti və tədris mərkəzinə gedəndə Ədalət sözügedən avtomobilinin mühərrik hissəsində nasazlıq olduğunu bildirib avtomobilin mühərrik hissəsini və banını təmir etdirmək eləcə də, rənglətdirməkdə ona köməklik etməyi xahiş etmişdir. O bacardığı təmir işlərini özü edəcəyini, digər işləri isə tanış ustalara etdirəcəyini bildirmiş, Ədalət onunla razılaşmış, avtomobili itələyərək işə salmış, o aftomobili təmir etmək üçün aparmışdır. Ədalət təmir xərcləri üçün ilkin olaraq ona 50 manat pul vermiş, avtomobilin təmiri üçün lazım olan məbləği isə bir neçə gün ərzində verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Ədalətin iş yerində görüşmüş, ehtiyat hissələrinin dəyərini hesablamış, 426 manat pul etmişdir. Ədalət isə ona 500 manat pul vermiş, o, pulu götürüb getmişdir. Həmin 500 manat puldan 200 manatını avtomobilin banını təmir edən Namiq adlı ustaya vermiş. 200 manat isə avtomobilin kimyəvi təmizlənməsinə və avtomobilin buferlərinin təmirinə xərcləmiş,. 100 manat isə öz zəhmət haqqı olaraq götürmüşdür. Bir neçə gün sonra Ədalətə zəng edərək avtomobilin mühərrik hisəsində, habelə əziklər olan hissədə təmirin demək olar ki yekunlaşdığını, artıq rəngsaz işlərinə başlanacağını demişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə rəngsaz işinin görülməsi üçün Ədalət ona 600 manat pul vermiş, o, 15 gün ərzində avtomobilin təmir işlərinin yekunlaşacağını bildirmişdir. Beləliklə Ədalət ona avtomobilinin təmir xərcləri üçün ümumilkdə 1150 manat pul vermişdir. Maddi ehtiyacları olduğu üçün, Ədalətin sonuncu dəfə ona verdiyi 600 manat pulu öz ehtiyacları üçün xərcləmiş, bu səbəbdən də Ədalətin avtomobilinin təmir işləri ləngimişdir. Ədalətin sözügedən avtomobilini Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən təmir sexindən götürməsini, təmir üçün ondan alıb təmirə xərcləmədiyi pulları isə hissə-hissə ödəməyi təklif etsə də, sonuncu onunla razılaşmamış, bundan sonra Ədalətin təmir etdirmək üçün ona verdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz 31105" markalı avtomobili hissələrə bölüb satmaq qərarına gəlmiş və 2021-ci ilin iyul-avqust aylarında sözügedən avtomobili həmin təmir sexindən götürüb idarə edərək Abşeron rayonu Müşviq qəsəbəsi ərazisində, yaşayış olmayan “səhralıq” bir əraziyə aparmış və təxminən 1 ay müddətində həmin Zərərçəkmiş şəxs məxsus **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz 31105" markalı avtomobili hissələrə ayıraraq, istifadə edilmiş avtomobil ehtiyat hissələri alış-satışı ilə məşğul olan məntəqələrə həmçinin səyyar metal qəbulu ilə məşğul olan şəxslərə satmış və avtomobilin ehtiyat hissələrinin satışından 800(səkkiz yüz) manat gəlir əldə etmişdir. Ədalətdən 1150 manat pulu onun işlədiyi Sumqayıt şəhəri, 5-ci məhəllə əraziisndə yerləşən “İzzət" MMC-nin qarşısında almış. Zərərçəkmiş şəxs məxsus avtomobili sexdən götürüb Abşeron rayonu, Müşviq qəsəbəsi ərazisində, yaşayış olmayan “səhralıq” bir yerə aparıb orada hissələrə ayırmış, belə ki, avtomobili ümumilikdə laqonda ilə doğrayaraq səyyar qaydada metal alan şəxslərə satmış, əlvan metalların səyyar qaydada əlvan metal alan şəxslərə, dəmirlərini isə dəmir alanlara satmış, avtomobilin heç bir detalın işlək vəziyyətdə heç bir mağazaya satmamışdır. Avtomobilin hissələrini tanımadığı şəxslərə satmış, avtomobili metal hissələrə ayırdığından hamı hissələrin metal olduğunu bilmiş, heç kim avtomobilin doğranmasını bilməmiş, onun pula ehtiyacı olduğundan avtomobili hissələrə ayıraraq satmış, düşünürdür ki, avtomobil dəyərini hissə-hissə qaytarar. O, avtomobili ustanın yanma qoyan zaman özünün olduğunu demiş, həmin ustaları tanıdığından ucuz qiymətə düzəltmək üçün özünə məxsus olduğunu demiş, sonradan isə usta avtomobilin Ədalətə məxsus olduğunu bilmişdir. Avtomobil bir müddət təmir sexində qalmış, bundan sonra maddi imkanı zəif olduğundan avtomobili hissələrə ayıraraq satmaq qərarına gəlmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən azyaşlı övladlarının nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən "xxxx" MMC hüquq xidməti və tədris mərkəzinin direktorudur. Həmin mərkəzdə təxminən 2 il əvvəl Aynurə adlı xanım rus dili müəlliməsi kimi çalışırmış, Aynur "xxxx" MMC hüquq xidməti və tədris mərkəzində müəllim işlədiyi müddətdə onun həyat yoldaşı olan Şahin adlı şəxsi tanımış və onun avtomobil təmiri ustası olduğunu öyrənmişdir. xx.xx.2020-ci il tarixdə işlədiyim mərkəzdə olduğu zaman Şahin adlı şəxsi yanında yaşlı bir şəxslə görmüş, sonuncu onu görüb tanışlıq vermiş, o da həmin şəxsi xatırlamışdır. Həmin müddət də söhbət zaman Şahinin avtomaşın təmiri ustası olduğunu xatırladığı üçün işlədiyi mərkəzin yaxınlığında saxladığı mühərrik hissəsində nasazlıq olan **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz 31105" markalı avtomobilə baxmasını xahiş etmişdir. Birlikdə avtomobilə baxmış. Şahin avtomobili özü təmir edəcəyini bildirmiş, o, avtomobilin sol tərəfində olan əziyi də düzəldə biləcəyini soruşduqda avtomobili təmir edərək saz vəziyyətdə gətirib ona təhvil verəcəyini bildirmişdir. O, da avtomobili yoxlatdırması üçün ona 50 manat pul vermiş, avtomobili itələyərək işə salmış və Şahin avtomobili idarə edərək getmişdir. Sabahısı gün Şahin ona zəng edərək avtomobilin mühərriki üçün ehtiyat hissələrinin alacağını bildirmiş, bunun üçün pul lazım olduğunu demiş, xx.xx.2020-ci il tarixdə Şahin yanında oğlu ilə onun iş yerinə gəlmiş, iş yerinin arxasınada həyətin içərisində Şahin ilə söhbət etmiş və söhbət zamanı ona avtomobil üçün ehtiyat hissələri alacağını bildirmişdir. Ehtiyat hissələrin dəyərini hesablamış və 426 manat pul etmişdir. O da sonuncuya 500 manat pul vermiş və Şahin çıxıb getmişdir. Bir neçə gün sonra Şahin ona zəng edərək avtomobilin mühərrik hisəsində, habelə əziklər olan hissədə təmirin yekunlaşdığını, artıq rəngsaz işlərinə başlanacağını demiş, buna görə də pul tələb edildiyini bildirmişdir. Rəngsaz işinin 700 manata olduğunu bildirsə də, onun tanışı olduğu üçün münasib edərək 500 manata iş gördürəcəyini demişş, buna görə də xx.xx.2020-ci il tarixdə iş yerinin arxa tərəfində Şahinlə görüşmüş, ona 500 manat pul vermiş, Şahin də avtomobilin 1 həftədən sonra hazır olacağını, gətirib ona təhvil verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Şahin yenə iş yerinə gələrək əlavə ehtiyat hissələri almaq üçün pul lazım olduğunu demişdir. O da sonuncuya artıqlaması ilə 100 manat pul vermiş, həmin puldan artıq qalan hissəni özünə götürməsini demiş, beləliklə Şahin adlı şəxsə 1150 manat ümumilikdə pul vermişdir. Həmin məbləği ona verdikdən sonra ondan avtomaşını təhvil verməsini istəmiş, sonuncu da ona müxtəlif bəhanələr gətirməyə başlamış, ondan avtomaşının harada olmasını soruşmuş, Şahin də avtomaşının yerini ona deməmişdir. Sonradan avtomaşının Ceyranbatan qəsəbəsi yaxınlığında “Padjero”avtomobil təmiri sexində olmasını öyrənmiş, avtomaşına baxmaq üçün getmiş, bu zaman avtomaşının ön və arxa buferlərinin, akkumlyatorunun, ön sol farasının, arxa sağ qapısının içərisinin olmadığını görmüş, orada yaxınlıqda işləyən sexlərdən maraqlandığı zaman həmin şəxslər Şahinin həmin avtomaşını oraya düzəldib satacağı adı ilə gətirməsi barədə məlumat verdiyini, hətta müştəri də, gətirdiyini bildirmişdir. Avtomobilin vəziyyətini gördükdən sonra Şahinlə danışdığı zaman sonuncu ondan aldığı 1150 manat puldan 240 manatına ehtiyat hissə aldığını, qalan pulu da, öz ehtiyaclarına sərf etdiyini, ona verdiyi vədə əməl etməyərək avtomaşınımı təmir etdirmədiyini bildirmişdir. Bundan sonra danışıqları zamanı ona verdiyi pulu geri qayatarcağına söz versə də, geri qaytarmadığı üçün 1150 manat pulunu ödəməsi məqsədi ilə mülki iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə 1150 manat pulunun ödənməsini təmin etsə də, digər iddialarını təmin etməmişdir. Həmçinin bu günə qədər Təqsirləndirilən şəxs onun **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz 31105" markalı avtomobilini özünə qaytarmamış və onunla əlaqəni tam kəsmişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini və düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Şahinlə 2017-ci ildə rəsmi nikaha daxil olmuş, 1 oğul övladı vardır. Zərərçəkmiş şəxs 2017-ci ildən tanıdığını, Zərərçəkmiş şəxs "xxxx" MMC-də direktor, o isə həmin MMC-də rus dili müəlliməsi işlədiyini bildirmişdir. 2020-ci ildə Ədalət özünə məxsus “QAZ 31105" markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün Şahinə vermiş, bundan başqa Ədalət avtomobilin təmiri üçün Şahinə hissə-hissə pul da vermişdir. Ancaq həmin pulun məbləğini dəqiq bilmir, sonradan bilmişdir ki, Şahin Ədalətin avtomomobilini təmir etdirməmiş və həmin avtomobili hissələrə ayıraraq satmışdır. Bundan sonra Şahin Ədalətə avtomobilin pulunu və təmirə verdiyi pulları hissəhissə qaytarmasını təklif etsə də, ancaq Ədalət razılaşmamış və Şahinlə atasını məhkəmələrə verməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Mövlud oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarından, 2022-ci ilin yay aylarına qədər Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Bakı-Quba yolunun kənarında yerləşən avtomobil təmiri məntəqəsində Namiq adlı çilingərin yanında köməkçi işləmişdir. 2020-ci ilin oktyabr ayında Şahin adlı şəxs “QAZ 31105“ markalı avtomobili təmirə gətirmiş, belə ki, avtomobildə ön və arxa qapılarda əzik işləri görülməli və arxa buferdə olan əzik düzəlməli olmuşdur. Namiq həmin işlərə görə Şahindən 200 manat pul istəmiş, Şahin həmin vaxt avtomobilin ona məxsus olduğunu demişdir. Şahin ilk olaraq Namiqə 50 manat vermiş, avtomobil düzələndən sonra 150 manat da verəcəyini bildirmiş. Namiq bir müddət sonra avtomobili demək olar ki, təmir etmişdir. Buna görə Namiq dəfələrlə Şahinə avtomobilə götürməsini demiş, Şahin isə avtomobili götürməmişdir. Bir neçə ay sonra Ədalət adlı şəxs sexə gələrək avtomobilə baxıb, avtomobilin ona məxsus olduğunu demiş. Namiq usta Ədalətə avtomobili götürməsini desə də, sonuncu avtomobili Şahinə tam təmir etdirmək üçün verdiyini, bunun üçün ona pul verdiyini, tam təmir olunmayana qədər götürməyəcəyini bildirmişdir. Avtomobil təxminən 7-8 ay sexdə qalmış, sonradan bilmişdir ki, 2021-ci ilin iyul-avqust aylarında Şahin sexə gələrək avtomobili götürüb getmişdir. Həmin gündən sonra Şahini və Ədaləti görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yol kənarında yerləşən ərazidə qum və çınqıl satmaqla məşğuldur. Sahib İbrahimovu 2020-ci ildə oraya avtomobil gətirən zaman tanımış, orada 2022-ci ilin may ayınadək X4 adlı avtomobil ustası işləmişdir. Namiq çilingər-dəmirçi ustası olmuş. Şahin onun yanma “Qaz 31105“ markalı avtomobil gətirmiş və dostunun olduğunu demişdir. Şahin avtomobildə buferləri dəyişdirməyi, bəzi detalları düzəltməyi və rəngələməyini Namiqə tapşırmış, ancaq Şahinin Namiqə pul verib-vermədiyini barədə məlumatı yoxdur. Bir neçə ay sonra Ədalət adlı şəxs Namiqin sexinə gələrək avtomobilin ona məxsus olduğunu demiş. Ədalət avtomobili düzəltdirməsi üçün Şahinə vermiş olduğunu bildirmişdir. Həmin vaxt Namiq ona avtomobili götürməsini demiş, sonuncu isə Şahinlə məsələni dəqiqləşdirəndən sonra avtomobili götürəcəyini demişdir. Bundan sonra Ədalət bir neçə dəfə də sexə gəlmiş, ancaq avtomobili aparmamışdır. Belə ki. Ədalət avtomobili Şahinə təmir etdirməsi üçün verdiyini, əksinə avtomobilin əvvəlki vəziyyətindən də pis vəziyyətə düşdüyünü bildirmişdir. Namiq avtomobildə təmir işləri apardığından avtomobilin bəzi detalları sökülüb içərisinə yığılmış, bu səbəbdən avtomobil pis göründüyündən Ədalət götürməmişdir. 2021-ci ilin iyul-avqust aylarında Şahin sexə gələrək həmin avtomobili götürüb aparmış, bundan sonra Ədaləti və Şahini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Aynurənin həyat yoldaşıdır. xx.xx.2020-ci il tarixində Şahinlə bir yerdə qızının işlədiyi Sumqayıt şəhərində olan “İzzət" MMC-yə gedən zaman orada Ədalətlə tanış olmuşdur. Belə ki, ona ərizə yazmaq lazım olduğundan Ədalətə məxsus hüquq şirkətinə getmiş. Ədalətlə Şahinin danışdığını görmüşdür. Lakin onlardan aralıda dayandığından onların nə danışdıqlarını eşilməmişdir. X13 hazırda pulunun olmadığını bildirdiyini eşitmişdir. Bundan sonra Ədalətə məxsus “QAZ 31105“ markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili itələyib mühərrikini işə salaraq Şahin avtomobilin sükan arxasına əyləşmişdir. Bundan sonra o də avtomobilə əyləşmiş və Şahin onu Ceyranbatanda düşürmüşdür. Şahin isə deməsinə görə avtomobili ustaya aparmış, bundan bir neçə ay sonra Ədalət ona zəng edərək avtomobili gətirməsini Şahinə deməyini bildirmiş, o isə Şahinə deyəcəyini, ancaq özünün bu məsələni həll etməsini bildirmişdir. Bundan sonra Ədalət onun və Şahin barəsində məhkəmələrə şikayət etməyə başlamışdır. Məhkəmə qərarları ilə onun təqsiri sübuta yetirilmədiyindən iddiası ona nəzərən təmin edilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2201/2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobili və açarları cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respubliaksının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2407 saylı məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2007-ci il buraxılışlı, “QAZ-31105-100” markalı 10 VA-039 dövlət qeydiyyat niçanlı, normal vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı avtomobilin 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzərə hesablama yolu ilə təxminən 9000,00 manat müəyyən olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri-50 manat) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4790/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs 1150 manat və ödənilmiş dövlət rüsumuna görə 3 manat məbləğində pul alınaraq iddiaçı X6 verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən buraxılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.1 və 322.1-ci maddələrinə tövsif edlmiş və istintaq həmin maddə ilə davam etdirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək ona həmin Məcəllənin 178.1 və 322.1-ci maddələri ilə eyni məzmunda ittiham elan edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Sübutların qiymətləndirilməsi, cinayət əməlinin hüquqi tövsif olunması və cinayət işinin aidiyyati üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə münasibətdə cəlb etmə müddəti keçdiyinə görə həmin epizod üzrə cinayət üzrə icraata hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif olunmuş və cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə davam etdirilmişdir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 178.2.4 və 322.1-ci maddələrindən həmin Məcəllənin 178.1; 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və onlara həmin maddələrlə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il traixli, 1(012)-1186/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1; 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilmiş o, məhkəmə iclas zalından həbsə alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 adlı və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə həmin maddə üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə iş materiallarını araşdıraraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən həmin Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmasını əsas tutaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) ittiham elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir, həmçinin təqsirləndirilən şəxs və müdafiəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə həmin maddə üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, bununla da Təqsirləndirilən şəxs əməlində təkrarçılıq olmadığından oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamasına görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, yalnız verilmiş ittihama əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“... məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010- cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –19 dekabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 manat məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 20 saata görə 120 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 20 saata görə 120 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(012)-438/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-438/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver