Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-439/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qonşusu aşkar surətdə on altı yaşına çatmayan xx xxxxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə elçi göndərərək özünə arvad edəcəyi barədə yalan vəd verib aldadaraq onu xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində yaşadığı ünvan 3inə apararaq yataq otağında qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin tarixdə etdiyi hərəkətinin davamı olaraq cinsi ehtirasını təmin etmək niyyəti ilə xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Abşeron rayonu Novxanı kəndi, Əsgər Abuzərov küçəsi, 29 nömrəli evinə apararaq yataq otağında yenidən Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ailəsi ilə Novxanı kəndində kirayə evdə yaşayırdı. Zərərçəkmiş şəxs bir neçə dəfə küçədə onun qarşısına çıxmış və o, Fatiməyə evlənmək məqsədi ilə elçi göndərmək istədiyini söyləmiş,, Fatimə isə ona əvvəl başqası ilə cinsi əlaqədə olduğunu və qızlıq pərdəsinin pozulduğunu bildirmiş, o isə Fatiməni belə qəbul etdiyini söylədikdən sonra Fatiməyə görüşmək istədiyini bildirmiş, xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində yolun kənarında Fatimə ilə görüşmüş və birlikdə onun evinə getmiş, həmin vaxt evdə anası olduğu üçün və onları görməməsi üçün Fatiməni evin arxa tərəfində olan otağa aparmış, evdə olan zaman saat 23:30 radələrində Fatimə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmağı istəmiş, Fatimə də buna etiraz etməmiş, hər ikisi əynlərində olan paltarları çıxartmış, onlar otaqda olan divana uzandıqdan sonra o, öz cinsiyyət orqanını Fatimənin arxa keçəcəyinə salmış və həmin vaxt qız ağrıdan qışqırmış, o isə Fatiməyə narahat olmamasını, ağrının keçəcəyini söyləmiş, o, səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə Fatimə ilə cinsi əlaqədə olmuş və iki dəfə Fatimənin arxa keçəcəyinə boşalmış, həmin günü saat 06 radələrində işə gedəndə Fatiməni də aparacığını demiş, Fatiməyə məscidin yanında qalmağını və işdən gələndə evə gətirəcəyini bildirmiş, lakin işdən gələrkən Fatiməni orada görməmişdir. Sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı evə gəlmiş, belə ki Fatimə ilə ailə quracağını bildirərək sonuncunu yaşadığı evə çağırmış, həmin vaxt evdə anası olduğu üçün onları görməsin deyə Fatiməni evin arxa tərəfində olan otağa aparmış, saat 22:00 radələrində evdə olan zaman Fatimə ilə qeyri-təbii yol ilə cinsi əlaqədə olmaq istəmiş, Fatimə də etiraz etməmiş, hər ikisi əynində olan paltarları çıxartmış, o, otaqda olan divana uzanmış, öz cinsiyyət orqanını Fatimənin arxa keçəcəyinə salmış və həmin vaxt Fatimə ağrıdan qışqırmış, o isə ağrının keçəcəyini demiş, Faitmə ilə səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə olmuş və iki dəfə Fatimənin arxa keçəcəyinə boşalmışdır. Həmin günü saat 03 radələrində Fatimə ilə evdən çıxmış və sonuncuya valideynlərinin narahat olmamaları üçün evinə getməyini məsləhət görmüşdür. Sonda o, tutduğu əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cavan olmasını əsas gətirərək barəsində məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayında o və ailəsi Pəri adlı şəxsə məxsus evdə kirayə yaşadığı zaman Abşeron rayonu, Novxanı qəsəbəsində yol ilə piyada gedərkən Təqsirləndirilən şəxs onun qarşısına çıxmış və onunla evlənmək məqsədi ilə elçi göndərmək istədiyini söyləmiş, o, İlhama ondan əvvəl başqası ilə cinsi əlaqədə olduğunu və qızlıq pərdəsinin pozulduğunu bildirmiş, İlham isə onu belə qəbul etdiyini söylədikdən sonra İlham bir neçə dəfə onunla görüşmək istədiyini bildirmiş, lakin, hər dəfə o buna etiraz etmiş, bundan sonra İlham ona əgər görüşməsə atasına və anasına kiminləsə əlaqədə olduğunu və qızlıq pərdəsinin pozulduğu barədə deyəcəyini bildirmiş, o, İlhamdan heç kimə bu barədə heç nə deməməyi söyləmiş və onunla görüşməyə razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı evdən çıxaraq yolun kənarında İlhamla görüşmüş və onunla birlikdə onların evinə getmiş, həmin vaxt evdə İlhamın anası olduğu və onları görməməsi üçün İlham onu evin arxa tərəfində olan otağa aparmış, evdə olan zaman saat 23:30 radələrində İlham onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı istəmiş, o da buna etiraz etməmiş, hər ikisi əynində olan paltarları çıxartmışlar, İlhamın cinsiyyət orqanı gərginləşmiş vəziyyətdə olmuş, onlar otaqda olan divana uzandıqdan sonra İlham öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış və həmin vaxt o ağrıdan qışqırmış, İlham isə ona narahat olma ağrının keçəcəyini söyləmiş, o, İlhamla səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə olmuş və İlham iki dəfə onun arxa keçəcəyinə boşalmış, həmin günü saat 06 radələrində İlham işə gedəndə onuda aparacığını demiş, ona məscidin yanında qalmağını və işdən gələndə onu evə gətirəcəyini bildirmiş, o, İlhamın onu düşürtdüyü yerdə qalmış, lakin, bir qədər sonra qardaşı onu orada taparaq evə gətirmiş, ondan bu barədə soruşulduqda o yaddaşını itirdiyini, evdən çıxıb gedən zaman burada qaldığını bildirmiş, o, İlhamla olan münasibətləri barədə ailə üzvlərinə heç nə deməmişdir. Sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxaraq İlhamla birlikdə onun yaşadığı evə getmiş, İlham onunla ailə quracağını bildirərək onu yaşadığı evə çağırmış, həmin vaxt evdə İlhamın anası olduğu üçün anası onları görməsin deyə İlham evin arxa tərəfində olan otağa onu aparmış, saat 22:00 radələrində evdə olan zaman İlham onunla qeyri-təbii yol ilə cinsi əlaqədə olmaq istəmiş, o da buna etiraz etməmiş, hər ikisi əynində olan paltarları çıxartmış, İlhamın cinsiyyət orqanı gərginləşmiş vəziyyətdə olmuş, o, otaqda olan divana uzanmış, İlham öz cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış və həmin vaxt o ağrıdan qışqırmış, İlham isə ağrının keçəcəyini demiş, o, İlhamla səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə olmuş və İlham iki dəfə onun arxa keçəcəyinə boşalmışdır. Həmin günü saat 03 radələrində İlhamla o evdən çıxmış və İlham ona evdəkilərin onunla bağlı narahat olmamaları üçün evlərinə getməyini məsləhət görmüş, o da İlhamın evindən çıxıb tək hərəkət etmiş, halı pis olduğundan ona su vermək üçün Duz gölünün yaxınlığında yerləşən bir evin zəngini basmış, lakin qapını açan olmamış, o, tək hərəkətdə olan zaman Abşeron rayonu, Novxanı qəsəbəsində Abşeron RPİ-nin PPXB-nün əməkdaşları onu taparaq Abşeron RPİ-nə gətirmişlər, o, söhbət əsnasında Təqsirləndirilən şəxs 15 yaşı olduğunu bildirmiş, ilkin izahatında İlhamın tutulmaması üçün Murad adlı şəxslə cinsi əlaqədə olduğunu bildirərək İlhamla olan münasibətini gizlətmiş, əslində Murad adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, X1 onun arvadı, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs isə onun qızıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində qızı Zərərçəkmiş şəxs çörək almaq adı ilə yaşadığı evdən çıxmış, lakin bir müddət keçməsinə baxmayaraq Fatimə evə qayıtmamış, onun istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vurmuş, lakin həmin nömrəyə zəng çatmamış, o qızı Fatiməni axtarsa da tapa bilmədiyi üçün DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, qızı Fatimə evdən çıxan zaman əynində göy rəngli cins şalvar, tünd qəhvəyi rəngli gödəkçə və ayağında qara rəngli çəkmə olmuşdur. xx.xx.2020-ci il tarixdə o və arvadı Ruhəngiz Abşeron rayon polis idarəsinə gəlmiş, orada onlara qızı Fatimənin polis əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə gecə vaxtı Novxanı kəndi ərazisində tapıldığı məlum olmuş, həmin günü o qızı Fatimənin sağ salamat tapılması ilə əlaqədar Abşeron polis idarəsinə ərizə vermiş, qızı Fatimə polis idarəsində izahat verən zaman əks cinsin nümayəndəsi ilə cinsi əlaqədə olduğu barədə izahat vermişdir. xx xxxxxx 2020-ci il tarixdə o, arvadı ilə birlikdə qızı Fatimə ilə söhbət edərkən Fatimə onlara bildirdi ki, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə qonşuları Təqsirləndirilən şəxs onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. O, bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Onun və arvadının qızının başına gələnlər barədə məlumatı olmamışdır. xx.xx.2019-cu il tarixdə axşam vaxtı o və arvadı qızı Fatimənin evdə olmadığını görmüş, narahat olub onu axtarmağa başlamış, lakin həmin gecə o, qızını tapmamış, xx.xx.2019-cu il tarixdə saat 07 radələrində oğlu Elnur Novxanı kəndindəki məscidin yanından keçən zaman Fatiməni orada görüb evə gətirmiş, Fatimədən harada olması barədə soruşanda o ağlayaraq yaddaşını itirdiyini onlara bildirmiş, başqa heç nə söyləməmişdir. İş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və Şahid2 oxşar məzmunlu ifadə verərək Qanuni nümayəndə ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. X6 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, KEŞ-140 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edən əlamətlər müəyyən edildi. Qeyri tibbi yolla cinsi əlaqə zamanı iz qalmırsa, müddətini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 872 saylı, xx.xx.2020-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 873 saylı, xx.xx.2020-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual amnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin daxili aləmə yönəlməsi) daha yaxındır. Səthilik, məsuliyyətsizlik, sadəlövlük kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uyğurmağa meyililik əlamətləri müşahidə olunmadı. F. Hüseynovanın əqli və psixi inkişafı nəzərə alınmaqla, hadisə baş verərkən yaranmış şaraitin mahiyyətini tam dərk etmək, davranışının mümkün nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malik olmuşdur. F. Hüseynovanın hadisə baş verən zaman psixi emosional vəziyyətdə həyəcan əmələ gəlmiş, lakin öz hərəkətlərini idarə etmək iqdidarında olmuşdur. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətlərindən psixi-emosional halından asılı olaraq və hadisə baş verərkən təqsirləndirilən şəxslərə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 295 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyətini təsdiq edən əlamətlər müsbətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli ifadənin yerində yoxlanılması protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində onun üçün aşkar surətdə on altı yaşına çatmamış Təqsirləndirilən şəxsla ilə cinsi əlaqədə olduğu yeri əyani göstərərək verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan doğum haqqında şəahdətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2004-cü il tarixində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Novxanı kəndi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx xxxx 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsailə üzvləri ilə birlikdə Abşeron rayonu, Novxanı kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayətçi olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmədə ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat və məhkəmə zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 210 (iki yüz on) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, maddi ziyan, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal həbsə alınsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat və məhkəmə zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 210 (iki yüz on) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-439/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-439/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver