Məhkəmə qərarları › İş №1(012)-439/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-439/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-439/2022 11.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhərində yerləşən avtomobil bazarında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 3,49 qram, 1,30 qram, 3,29 qram və 32,42 qram olmaqla, ümumi çəkisi 40,5 qram, 17 ədəd ağ rəngli kağız kəsikləri bükümündə, ayrı-ayrılıqda təmiz çəkisi 1,18 qram, 0,87 qram, 1,40 qram, 0,7 qram, 0,8 qram, 0,7 qram, 0,56 qram, 0,75 qram, 0,7 qram, 1,42 qram, 0,88 qram, 0,8 qram, 0,63 qram, 0,7 qram, 0,78 qram, 0,6 qram, 0,92 qram ümumi çəkisi 14,37, bütünlükdə isə cəmi 54,89 qram bitki mənşəli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 350 manat pul müqabilində qanunsuz olaraq əldə edib, Abşeron rayonu Hökməli qəsəbəsinə yaşadığı evə gələrək, həmin narkotik vasitəni üzərində daşımış, 16 mart 2022-ci il tarixdə, saat 17 radələrində bir ədəd ağ rəngli kağız kəsiyi bükümündə 0,92 qram narkotik vasitə olan qurudulmuş marixuananı qonşusu Şahid3 10 manat pul müqabilində satmış, qalan narkotik vasitə olan qurudulmuş marixuananı isə yaşadığı evdə divanın üzərində yastığın altında qoyaraq saxlamış, Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həmin tarixdə 19:50-də yaşadığı evdə keçirilmiş baxış və götürmə zamanı cəmi 20 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 53,97 qram narkotik vasitə olan qurudulmuş marixuana yaşadığı evdə divanın üzərində yastığın altında, həmin tarixdə saat 17:30 radələrində Şahid3 Abşeron rayonu Hökməli qəsəbəsində yaşadığı evin yaxınlığında Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Qobu polis bölməsinə gətirilib, şəxsi axtarışı keçirilən zaman həmin bir bükümdə narkotik vasitə 0,92 qram qurudulmuş marixuana Şahid3 əynində olan boz rəngli cins şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə olan marixuanaları müxtəlif yerlərdən tanımadığı şəxslərdən alırmış və həm ondan özü istifadə edir, həmdə kimsə ondan istəyəndə bir bükümünü 10 manatdan satırmış ki, yenidən özünə narkotik vasitə almağa pulum olsun. 13 mart 2022-ci il tarixdə idarə etdiyi VAZ-2106 markalı, 01CB066 qeydiyyat nişanlı avtomobili satmaq üçün Sumqayıt şəhərinə avtomobil bazarına aparmışdır. Həmin gün saat 12 radələrində Sumqayıt avtomobil bazarında olan zaman bir nəfər şəxs ona yaxınlaşmış və onunla söhbət zamanı onda narkotik vasitə marixuana olduğunu və ona sata biləcəyini demişdir.O, da etiraz etməmiş və həmin şəxs ondan aralaşıb, 5-10 dəqiqə sonra qayıtmış və ona bir ədəd selofan bağlamanın içərisində xırda bükümlərdə marixana vermiş, o, da həmin şəxsə 350 manat marixuananın pulunu vermişdir. Ondan sonra yaşadığı evə gəlib həmin narkotik vasitəni yaşadığı evdə divanın üstündə yastığın altında gizlətmişdir ki, həm özü istifadə edəcək, həm də kimsə istəsə verəcək.16 mart 2022-ci il tarixdə, saat təxminən 17 radələrində yaşadığı evdə olan zaman qonşusu Vüqar ona zəng etmiş və ondan narkotik vasitə marixuana istəmişdir. O, da evdən bir ədəd ağ kağız bükümdə marixuana götürüb küçəyə çıxmış və evinin yanında Vüqara hədiyyə kimi vermiş, Vüqar da oradan çıxıb getmişdir. Ondan sonra öz işləri ilə məşğul olmuş, saat təxminən 19 radələrində yaşadığı evin yaxınlığında olan zaman Abşeron rayon Qobu polis bölməsinin əməkdaşları ona yaxınlaşıb, qonşusu Şahid3 saxladıqlarını və Vüqar onlara narkotik vasitəni ondan almasını deməsini bildirmişlər.O, da polis əməkdaşlarına Vüqara 10 manata marixuana verdiyini etiraf etmiş və yaşadığı evdə də marixuana saxladığını bildirmişdir. Polis əməkdaşları da müdafiəçinin iştirakı ilə evinə baxış keçirmək istədiyini bildirmişlər, o, da bundan etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə evinə girmişlər, otaqda divanın üstündə olan yastığın altında sellofan və kağız bükümlərdə olan marixuananı onlara təqdim etmişdir. 4 ədəd sellofan bükümdə, 16 ədəd isə ağ rəngli kağız bükümlərdə olan marixuanaları video çəkilişlə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, iştirak edən polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, həyəcanlı olduğu üçün narkotik vasitəni toxumlarını tanımadığı həyətlərdə əkərək becərib əldə etdiyini demiş, əslində isə elə olmamışdır, o, narkotik vasitələri tanımadığı şəxsdən əldə edirmiş, evində aşkar edilmiş narkotik vasitəni də Sumqayıt şəhərində tanımadığı şəxsdən 350 manata almışdır.Kimlərə narkotik vasitələr satmasını xatırlamır. Narkotik vasitəni əldə etdiyi həmin şəxsin şəxsiyyətini bilmir, həmin şəxs təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Sonda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Polis İdarəsinin CAŞ-nin Qobu PB-nin CA üzrə əməliyyat baş müvəkkili işləyir. 16 mart 2022-ci il tarixdə məxfi mənbədən ona Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Şahid3 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən Polis Bölməsinin rəisinə raportla məruzə edilmiş, Şahid3 və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün onların ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsindən ötrü qərar qəbul edilmiş və Polis Bölməsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Xəqani oğlundan ibarət əməliyyat qrupu yaradılmış və əvvəlcə Şahid3 ətrafında əməliyyat tədbirləri keçirilməsinə başlamışlar. Onlar Abşeron rayonu Hökməli qəsəbəsi Koroğlu küçəsində Şahid3 yaşadığı evin yaxınlığına saat 17 radələrində getmişlər və Şahid3 orada görüb ona yaxınlaşaraq özlərini ona təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və onu Polis Bölməsinə dəvət etmişlər. Şahid3 də bundan etiraz etməyərək onlarla Polis Bölməsinə gəlmiş, X5 Vəliyev ilə bağlı təhqiqatçı Məmmədxan Həsənov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Şahid3un üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid3 üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, şəxsi axtarış zamanı Şahid3 əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu və bir qədər əvvəl qonşusu Təqsirləndirilən şəxs öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir.Həmin büküm açılmış və içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olmuş, həmin kütlə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər.Ondan sonra əməliyyat tədbirini davam edərək Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat müvəkkili Şahid1, təhqiqatçı Məmmədxan Həsənov və dövlət hesabına dəvət olunmuş müdafiəçi Valeh Məhərrəmov ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə gedirdik, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışlar və özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onlarla Qobu polis bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə olan marixuana vardır. Ona görə onlar birlikdə Təqsirləndirilən şəxs öz razılığı ilə onun yaşadığı evə getmişlər və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan heç bir əşya aşkar edilməmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında divanın üstündə yastığın altında 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə, 16 ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitə olan marixuanaya oxşar kütləni təqdim edərək, həmin kütlənin marixuana olduğunu və kimsəsiz həyətlərə toxum səpib becərdiyini, narkotik vasitə olan marixuananı həm özü istifadə etdiyini, həm də satdığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, qonşusu Şahid3 də bir qədər əvvəl bir büküm marixuananı 10 manata satmışdır. Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evdə baxış tam keçirilmiş, başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmiş, aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdiyi xüsussatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə olan marixuanaları müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb istifadə edir. Təqsirləndirilən şəxs onunla qonşudur və onunla arasında heç bir qərəzli münasibəti yoxdur. Mehmanın narkotik vasitələrdən qəbul etdiyini bilirmiş.Ona görə 16 mart 2022-ci il tarixdə günorta saatlarında Mehmana zəng edərək ondan istifadə etməyə 10 manat pul müqabilində narkotik vasitə olan marixuana istəmişdir. Mehman da ona demişdir ki, onda narkotik vasitə olan marixuana var və evlərinin qabağına gedib ondan alsın.O, da Mehmanın yaşadığı evin qarşısına getmiş və Mehman küçəyə çıxıb ona bir ədəd ağ kağız bükümündə narkotik vasitə olan marixuana vermiş və o, də Mehmana 10 manat pul vermişdir.O, Mehmandan ayrılıb oradan uzaqlaşanda mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu deyərək onu Qobu polis bölməsinə dəvət etmişlər.O, da Polis əməkdaşları ilə Qobu polis bölməsinə getmiş, orada müdafiəçi dəvət edilmiş və onun üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, da buna etiraz etməmişdir.Ona üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etməyi təklif edilmiş, o, da əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ kağız bükümündə narkotik vasitə olan marixuananı təqdim etmişdir.Ondan həmin narkotik vasitəni kimdən aldığı soruşulmuş, o, da həmin narkotik vasitəni bir qədər əvvəl qonşusu Mehmandan 10 manata aldığını bildirmişdir.Üzərində aşkar edilmiş narkotik vasitə marixuana video çəkilişlə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Qeyd etmişdir ki, o, ilk dəfə olmuşdur ki, Mehmandan narkotik vasitə alırmış, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasını bilmir, ancaq Mehmanın narkotik vasitə qəbul etdiyini bildiyi üçün ondan narkotik vasitə istəmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan baxış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 17 mart 2022-ci il tarixli, 7/263 saylı məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, vət. Şahid3 üzərindən götürülmüş təmiz çəkisi 0,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 17 mart 2022-ci il tarixli, 7/262 saylı məhkəmə-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı... evindən götürülmüş narkotik vasitə...” yazı və imzalar olan zərfdə 4 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,49 qr, 1,30 qr, 3,29qr, 32,42 qram olmaqla, ümumi təmiz çəkisi 40,5 qram bitki mənşəli kütlələr və bir ədəd sellofanda 16 ədəd kağız kəsikləri bükümündə hır birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,18 qr, 0,87 qr, 1,40 qr, 0,7 qr, 0,8 qr, 0,7 qr, 0,56 qr, 0,75 qr, 0,7 qr, 1,42 qr, 0,88 qr, 0,8 qr, 0,63 qr, 0,7 qr, 0,78 qr, 0,6 qr, (şərti olaraq 5-20 N-li obyektlər) olmaqla, ümumi çəkisi 13,470 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində “Şahid3 üzərində.....” yazı və imzalar olan zərfin içərisində 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,9 qram marixuana ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı.... evindən götürülmüş narkotik vasitə....” yazılan zərfdə 20 ədəd bükümdə ümumi çəkisi 53,97 qram olan marixuana ilə eyni tərkiblidir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan 52,97 qram narkotik vasitə olan qurudulmuş marixuana, Şahid3 üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 0,85 qram narkotik vasitə olan qurudulmuş marixuana mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 12-ci bəndində qurudulmuş marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 iyun 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 iyul 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226- 1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 01 il, 06 ay müddətində azadlıdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1999-cu ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarının 3-cü maddəsinin 3-cü bəndinin 15-ci maddəsinə əsasən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Hökməli qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Səfərov X2 qəsəbəsi yeni yaşayış massivində ailəsi və X3 2005-ci il, X4 2006-ci il tarixdə anadan olmuş iki uşaqları ilə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 14 may 2022-ci il tarixli, 2497 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan və Təqsirləndirilən şəxs götürülmüş 52,97 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid3 götürülmüş 0,85 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 160 (yüz altmış manat) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan və Təqsirləndirilən şəxs götürülmüş 52,97 qram narkotik vasitə olan qurudulmuş marixuana və Şahid3 götürülmüş 0,85 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 160 (yüz altmış manat) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar